Məhkəmə qərarları › İş №1(074)-7/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-7/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-7/2023 01.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1997-ci ildə Şamaxı rayonu Dədəgünəş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 1994-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyətilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 yanvar 2020-ci il tarixdə, gecə saat 02 radələrində Şahid Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin hasarından həyətyanı sahəsinə keçməklə, evin qapısını əlamətləri istintaqa məlum olmayan alətlə açıb, yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra, evdən sonuncunun bacısı Zərərçəkmiş şəxs məxsus 880 (səkkiz yüz səksən) manat dəyərində 01 (bir) ədəd “Samsung 3D” markalı, 82 diaqonallı televizoru, 1400 (bir min dörd yüz) manat dəyərində 01 (bir) ədəd “Sharp” markalı, 102 diaqonallı televizoru, 400 (dörd yüz) manat dəyərində 01 (bir) ədəd 5x3 metr ölçülü xalçanı, 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd 1x2 metr ölçülü xalçanı, 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd “Samsung” markalı tozsoranı, 150 (bir yüz əlli) manat dəyərində 01 (bir) ədəd yorğanı (odeyal) və evin saxlanc yeri kimi istifadə olunan zirzəmisinə qanunsuz daxil olaraq, oradan 90 (doxsan) manat dəyərində 15(on beş) kiloqram çəkidə qoz məhsulunu gizli olaraq oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3220 (üç min iki yüz iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyətilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 12 yanvar 2020-ci il tarixdə, gecə saat 02 radələrində Şahid Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin hasarından həyətyanı sahəsinə keçməklə, evin qapısını əlamətləri istintaqa məlum olmayan alətlə açıb, yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra, evdən sonuncunun bacısı Zərərçəkmiş şəxs məxsus 880 (səkkiz yüz səksən) manat dəyərində 01 (bir) ədəd “Samsung 3D” markalı, 82 diaqonallı televizoru, 1400 (bir min dörd yüz) manat dəyərində 01 (bir) ədəd “Sharp” markalı, 102 diaqonallı televizoru, 400 (dörd yüz) manat dəyərində 01 (bir) ədəd 5x3 metr ölçülü xalçanı, 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd 1x2 metr ölçülü xalçanı, 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd “Samsung” markalı tozsoranı, 150 (bir yüz əlli) manat dəyərində 01 (bir) ədəd yorğanı (odeyal) və evin saxlanc yeri kimi istifadə olunan zirzəmisinə qanunsuz daxil olaraq, oradan 90 (doxsan) manat dəyərində 15 (on beş) kiloqram çəkidə qoz məhsulunu gizli olaraq oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3220 (üç min iki yüz iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 11 yanvar 2020-ci il tarixdə, gecə saatlarında Bakı şəhərində olarkən, tanışı Baloğlanla razılaşmışdırlar ki, gecə Şamaxı rayonuna gedib, yuxarı kəndlərdə yerləşən sahibsiz evlərdən oğurluq etsinlər. Onlar həmin gün yola çıxıb, idarə etdiyi avtomobillə Şamaxı rayonu, Çuxuryurd kəndinə çatmışlar. Həmin kənddə taxtadan tikilmiş dəbdəbəli bir ev diqqətlərini çəkmişdir. Ətrafa nəzər salmış və ətrafda işıq yanmadığı üçün, dəmir qapıdan təxminən 50-60 metr aralıdan daş hasardan Baloğlanla birlikdə həyətə keçmişlər. Baloğlanla taxtadan olan iki mərtəbəli evin giriş qapısına yaxınlaşaraq, evin qarşısında olan rəngli plastik giriş qapısını özləri ilə götürdükləri dəmir alətlə açaraq, evə daxil olmuşdurlar. Evdə döşəməyə sərilmiş xalçanı, qırmızı rəngli tozsoranı və “Samsung” markalı böyük televizoru götürmüşdür. Baloğlan isə evin ikinci mərtəbəsinə çıxaraq, oradan odeyal və “Sharp” markalı televizoru götürüb, daş hasarın qurtaracağında yerləşən məftil setkanın yanına gətirmişdirlər. Daha sonra məftilləri əyərək, oğurladıqları əşyaları götürüb, avtomobilin yük yerinə yerləşdirərək, Bakı şəhərinə qayıtmışlar. Səhər saat 10 radələrində Baloğlan ilə birlikdə Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinə gedərək, oğurladıqları televizorları, xalçanı və odeyalı orada satmışlar. Ümumilikdə 230 manat pul əldə etsələr də, odeyal tozlu olduğundan, onu sata bilməyib, zibil qutusuna atmışdırlar. Əldə etdikləri puldan 70 manatı icarəyə götürdükləri avtomobilin pulunu ödəyib, 30 manatlıq yanacaq almışlar. Qalan 130 manat pulu isə həmin gün Sumqayıt yolunda olan kafeyə gedib, orada xərcləmişlər. 2020-ci ilin yanvar ayında dörd dəfə Şamaxı rayonunda, bir dəfə Qobustan rayonunda, bir dəfə də, İsmayıllı rayonunda oğurluq etmişdirlər. Həmin vaxtlar etdikləri oğurluqlara görə, Şamaxı Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 10 yanvar 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərində olarkən, icarəyə avtomobil götürmüşdürlər. Bakı şəhərində Səməndər ilə razılaşmışdırlar ki, gecə saatlarında Şamaxı rayonuna gedib, yuxarı kəndlərdə yerləşən sahibsiz evlərdən oğurluq etsinlər. 11 yanvar 2020-ci il tarixdə avtomobili idarə edib, Şamaxı rayonu, Çuxuryurd kəndinə gələrək, bir qədər axtardıqdan sonra, taxtadan tikilmiş evi görüb, avtomobili saxlamışdırlar. Həmin ərazidə ətrafda və küçədə işıq yanmadığı üçün, dəmir qapıdan təxminən 50-60 metr aralıdan daş hasardan hər ikisi həyətə keçmişdirlər. Evin sağ tərəfində köhnə bir mərtəbəli tikili olmuşdur. Onlar taxtadan olan iki mərtəbəli evin giriş qapısına yaxınlaşaraq, evin qarşısında olan rəngli plastik giriş qapısını özləri ilə götürdükləri dəmir alətlə açaraq, evə daxil olmuşdurlar. Evin içərisində Səməndər döşəməyə sərilmiş xalçanı, qırmızı rəngli tozsoranı və “Samsunq” markalı böyük televizoru götürmüş, o isə, evin ikinci mərtəbəsinə çıxaraq, oradan odeyal və kiçik ölçüdə “Sharp” markalı televizoru götürüb, daş hasarın qurtaracağında yerləşən məftil setkanın yanına gətirmişdirlər. Məftilləri əyərək, oğurladıqları əşyaları götürüb, avtomobilin yük yerinə yerləşdirib, Bakı şəhərinə qayıtmışlar. Səhər saat 10 radələrində onlar birlikdə Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinə gedərək, oğurladıqları əşyaları orada satmışdırlar. Televizorları 120 manata, xalçanı 80 manata, tozsoranı 30 manata sataraq, ümumilikdə 230 manat pul əldə etmişdirlər. Lakin, odeyal tozlu olduğundan, onu sata bilməmişdirlər. Əldə etdikləri puldan 70 manatını icarəyə götürdükləri avtomobilin pulunu ödəyib, 30 manatlıq yanacaq almışlar, qalan 130 manat pulu isə həmin gün Sumqayıt yolunda olan kafeyə gedərək, orada xərcləmişdirlər. 2020-ci ilin yanvar ayında dörd dəfə Şamaxı rayonun ərazisində, bir dəfə Qobustan rayonu, bir dəfə də, İsmayıllı rayonunda oğurluq etmişdirlər. Həmin etdikləri oğurluqlara görə, hər ikisinin barəsində Şamaxı Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Ağsu şəhərində ailəsi ilə birlikdə yaşayır. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ev bacısı Şahid məxsus olsa da, həmin evdə olan müxtəlif çeşiddə əşyalar ona məxsusdur. 20 aprel 2020-ci il tarixdə bacısı Şahid onunla telefon əlaqəsi saxlayaraq, Şamaxı rayonu, Çuxuryurd kəndindəki evinin qapısının sındırılmadan evdə olan və ona məxsus “Samsunq” və “Sharp” markalı televizorların, bir ədəd böyük xalçanın, bir ədəd kiçik xalçanın, “Samsung” markalı tozsoranın, bir ədəd odeyalın və həmin həyətdə olan zirzəminin qapısının qıfılını sındırılmaqla, orada olan tavanda mismardan asılmış 15 kq çəkidə qoz kisəsinin oğurlandığını, bu barədə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Oğurlanmış həmin əşyalar ona məxsusdur. O, həmin ərəfədə, sonuncu dəfə həmin evdə yanvar ayının əvvəllərində olmuş və həmin vaxt evin qapısını və pəncərələrini bağlayıb getmişdir. Evinin qapısının açarları yalnız bacılarında olmuş, başqa kənar şəxslərdə olmamışdır. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən evdə o, yaz və yay aylarında ara-bir yaşadığından, həmin kənddə yaşayan şəxsləri tanımır. Sonradan aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ona məxsus əşyaları oğurlayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslərdir. Ona dəymiş ziyan hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Bu səbəbdən həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 18 aprel 2020-ci il tarixdə Ağcabədi rayonunda olarkən, Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayan Cənnətalı adlı şəxs mobil telefonla ona zəng edərək, onlara məxsus Çuxuryurd kəndində olan evinin hasarından küçəyə su axdığını bildirmişdir. Onlara məxsus həmin evin küçə qapısının açarı Pərvin adlı şəxsdə olduğu üçün, ona zəng edərək evə getməsini, həyətə baxmasını xahiş etmişdir. Bir qədər sonra Pərvin onunla telefon əlaqəsi saxlayaraq, evə getdiyini, küçə qapısını özündə olan açarla çöl tərəfdən açsa da, içəridən bağlı olmasını, qapının açılmamasını söyləmişdir. O da Pərvinə daş hasarın üstündən həyətə keçməsini və təkrar onunla əlaqə saxlamasını söyləmişdir. Bir qədər sonra Pərvin yenidən onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, yaşayış evinin qapısı açıqdır. O, Şamaxı Rayon Polis Şöbəsinə müraciət edəcəyini, polis əməkdaşlarının oraya gələnədək, orada gözləməsini, heç nəyə əl vurmamasını söyləmişdir. O, telefon vasitəsi ilə polis şöbəsinə məlumat verərək, evinə polis əməkdaşlarının getməsini xahiş etmişdir. Bir qədər sonra, polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Daha sonra Pərvin adlı şəxs ona zəng edərək, kiminsə evə daxil olduğunu, evin bir qədər dağınıq vəziyyətdə olmasını söyləmişdir. O, həmin gün Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən evinə gəlmiş və evin otaqlarına baxış keçirərkən, naməlum şəxsin və ya şəxslərin evə daxil olduqlarını, evin birinci və ikinci mərtəbəsində olan bacısı Zərərçəkmiş şəxs məxsus televizorların, xalçaların, tozsoranın, odeyalın və həyətdə olan zirzəminin qapısının qıfılının sındırılmaqla, orada olan bacısına məxsus 15 kq çəkidə qoz kisəsinin oğurlandığını aşkar etmişdir. Həmin gün o, oğurluq hadisəsi barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan 20 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şahid məxsus Şamaxı rayonu, Çuxuryurd kəndindəki evə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şahid evindən sonuncunun bacısı Zərərçəkmiş şəxs məxsus əşyalar - iki ədəd televizor, bir ədəd böyük, bir ədəd isə kiçik xalça, bir ədəd tozsoran, bir ədəd odeyal və ümumi çəkisi 15 kiloqram olan qoz kisəsi oğurlanmış, hadisə yerində maddi sübut kimi götürüləcək hər hansısa bir əşya qalmamışdır. Bu barədə fotoşəkillər çəkilərək, protokol tərtib edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, bir ədəd “Samsunq” markalı, 82 diaqonallı televizorun dəyəri 880 (səkkiz yüz səksən) manat, bir ədəd “Sharp” markalı, 104 diaqonallı televizorun dəyəri 1400 (bir min dörd yüz) manat, bir ədəd (5x3m) böyük xalçanın dəyəri 400 (dörd yüz) manat, bir ədəd (2,5x1,5m) kiçik xalçanın dəyəri 200 (iki yüz) manat, bir ədəd “Samsung” markalı tozsoranın dəyəri 100 (bir yüz) manat, bir ədəd (2,5x3,5m) xarici istehsallı odeyalın dəyəri 150 (bir yüz əlli) manat, 15 kq çəkidə qoz kisəsinin dəyəri 90 (doxsan) manat olmaqla, ümumilikdə 3220 (üç min iki yüz iyirmi) manat qiymət müəyyən edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və onlar saxlandıqları Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5, 68.1.1-1, 69.3-cü maddələrinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən, çəkilməmiş cəzasının müddəti 6 (altı) ay azaldılmış, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 10 (on) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmçinin, iş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə saxlandığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin törətdikləri əməlləri etiraf etmələrini, əməllərindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələrini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar