Məhkəmə qərarları › İş №1(074)-7/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-7/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-7/2024 17.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Məmmədova (Orucova) Yuliya Bəhrəm qızı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1981-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, Şamaxı Rayon Məhkəməsinin 1(074)-75/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, cavabdeh kimi ondan, xx.xx.2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2006-cı il təvəllüdlü X6 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, hər ay hər uşağa görə 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində aliment tutularaq, Məmmədova (Orucova) Yuliya Bəhrəm qızına verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-2376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(074)-106/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, məsuliyyəti elan olunmaqla, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2021-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni xx.xx.2023cü il tarixinə kimi 7376,40 manat məbləğində aliment borcunu ödəməyərək, zərərçəkmiş şəxs Məmmədova (Orucova) Yuliya Bəhrəm qızına maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2003-cü il tarixdə o, Məmmədova (Orucova) Yuliya Bəhrəm qızı ilə ailə həyatı qurmuş, 2009-cu ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü İbrahim və xx.xx.2008-ci il təvəllüdlü Taleh adlı övladları dünyaya gəlmişdir. Lakin, sonradan münasibətləri pisləşdiyindən, ayrılmaq qərarına gəlmişlər və Yuliya aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, birgə nikahdan olan uşaqların saxlanılması üçün, ondan hər ay ümumilikdə 273,20 manat sabit pul məbləğində aliment tutularaq, Məmmədova (Orucova) Yuliya Bəhrəm qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment borcunu ödəmədiyindən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə amnistiya qərarına əasən, cəzanın çəkilməmiş hissəsi 06 ay azaldılmış və o, cəzadan azad edilmişdir. Azadlığa çıxdıqdan sonra, yenidən alimenti ödəmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Nəticədə onun 7376,40 manat aliment borcu yaranmışdır. Lakin, hazırda 7376,40 manat aliment borcunu tam olaraq Məmmədova (Orucova) Yuliya Bəhrəm qızına ödəmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova (Orucova) Yuliya Bəhrəm qızı bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2003-cü il ailə qurmuş və birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu adlı övladları anadan olmuşdur. Feruz ilə münasibətləri əvvəl yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs övladları ilə maraqlanmadığından, onlar ayrılmış və övladları onun himayəsində qalmışdır. Bu səbəbdən, övladlarını tək saxlamaqda çətinlik çəkdiyi üçün, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, hər ay hər uşağa görə 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində aliment tutularaq, ona verilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs alimentin ödənilməsi barədə məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonra, Təqsirləndirilən şəxs yenidən məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenə də, aliment üzrə heç bir ödəniş etməmiş və icra məmuru tərəfindən təqdimat verilən xx.xx.2023-cü il tarixə aliment borcunun məbləği 7376,40 manat təşkil etmişdir. Hazırda iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən həmin 7376,40 manat aliment borcunun tam olaraq ona ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X6 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 136.60 manat olmaqla, ümumilikdə 273.20 manat sabit pul məbləğində aliment alınaraq, tələbkar Məmmədova (Orucova) Yuliya Bəhrəm qızına verilməlidir. Həmin icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə, o, cümlədən borcluya göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmiş, lakin aliment tələbini icra etməmişdir. Aliment borcunu ödəməkdən yayındığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim edilmiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, həmin şəxsin barəsində 10 gün müddətinə inzibati qaydada həbs tənbeh tətbiq edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmişdir. Lakin, borclu tələbi icra etməməkdə davam etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə amnistiya aktı əsasında Təqsirləndirilən şəxs cəzadan azad edilmiş və cəzadan azad edildikdən sonra, aliment borcundan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 10 gün müddətində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə tələbkara olan aliment borcu 7376.40 manat təşkil etmişdir. X1 icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün, müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün, İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X6 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq, X2 ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək» növündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla, «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 1(074)-75/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Məmmədova (Orucova) Yuliya Bəhrəm qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəmiş, həmin şəxs ilə barışmış və Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş və müdafiəçisi Müdafiəçi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, aliment borcu tam ödənildiyindən, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, 1500 manat, 5000 manat, 800 manat və 100 manat məbləğində pulu Məmmədova (Orucova) Yuliya Bəhrəm qızının xeyrinə ödəmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, verilmiş ittiham üzrə xx.xx.2023-cü il tarixədək yaranmış aliment borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar