Məhkəmə qərarları › İş №1(074)-7/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-7/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-7/2025 30.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1963-cü ildə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə saat 13 radələrində ağır dərəcəli sərxoş vəziyyətində, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Atayurd” kafesinin qarşısına gəlib orada işləyən Şahid13 çölə çıxmasını tələb etmiş, lakin Şahid13 çölə çıxmadığını görüb kafeyə daxil olaraq heç bir səbəb olmadan vətəndaşların gözü qarşısında Şahid13 ünvanına nalayiq ifadələr işlədib sonuncunu vurmaq üçün əlindən tutub kafedən çölə çıxarmağa cəhd göstərmiş, həmin vaxt kafenin qarşısında dayanmış Zərərçəkmiş şəxs onun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün öz iradlarını bildirsədə o, həmin iradlardan heç bir nəticə çıxartmayaraq öz qanunsuz əməllərinə davam edib Şahid13 kafedən çölə çıxardaraq divara doğru sıxmış, bu vaxt Zərərçəkmiş şəxs yaxınlaşaraq onu oradan kənarlaşdırmaq istədikdə o, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ilk əvvəl ünvanına nalayiq ifadələr işlədib daha sonra isə ovuc nahiyəsi ilə sonuncunun sol göz nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinin qançırı ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 1-ci qrup "Qarabağ" müharibəsi əlili olduğu üçün, əmək qabiliyyətini itirmiş, buna görədə heç bir yerdə işləmir və prezident təqaüdçüsüdür. Müharibə zamanı bel, ayaq və baş nahiyyəsindən aldığı xəsarətlərlə bağlı, şiddətli ağrıları olan zaman bunun qarşısın almaq məqsədi ilə 200, 250 qram spirtli içki qəbul edir. xx.xx.2024-cü il tarixdə, o həmişəki kimi 200 qram spirtli içki qəbul etmiş, oğlu Eşqinlə yaşadığı ünvanın həyətində oturmuşdur. Eşqin ona darıxdığını, bazar tərəfə getdiyini bildirmiş, 15 dəqiqə sonra, 13:04-də onun mobil telefonuna tanımadığı nömrədən, (+**********24) zəng gəlmiş, zəng edən şəxs kim olduğunu bildirmədən oğlu Eşqinin Atayurd kafesinin qarşısında mübahisə etdiyini və onun həmin yerə tez gəlməyini bildirmişdir. O, taksi ilə özünü həmin yerə çatdırmış lakin orada sakitçilik olduğunu, oğlu Eşqinin orada olmadığını görüb mobil telefonu vasitəsi ilə ona zəng edən şəxsə zəng etmək istəsədə, gözü zəif gördüyü və ağ şüşəli eynəyi evdə qaldığı üçün nömrəni telefondan tapa bilməmişdir. O, dərhal Atayurd kafesinin qarşısında olan dönər köşkünə yaxınlaşmış, orada işləyən sonradan adını bildiyi Baba adlı dönərçidən, oğlu Eşqinin orada kiminlə mübahisə etdiyini və nə baş verdiyini soruşmuş, bu zaman Baba adlı şəxs ona diqqət yetirməmiş və əlindəki dönəri hazırlamağa davam etmişdir. Baba adlı şəxs ona cavab vermədiyi üçün onun üstünə qışqıraraq “eşitmirsən səndən söz soruşuram” söyləmişdir. Bundan sonra o, dönər köşkünə yaxınlaşmış, ətrafdakı səs-küydən onu eşitmədiyini zənn etmiş və dönərçinin qolundan yapışaraq çölə çıxmasını istəmişdir. Onun məqsədi yalnız oğlu haqqında məlumat almaq olmuşdur. Bu zaman Baba adlı şəxs ona kinayəli şəkildə baxmış, dönər köşkündən çıxmamış, bu səbəbdəndə o, ona qarşı söyüş söyərək təhqir etmişdir. Bu vaxt bir nəfər şəxs qəflətən arxadan dodaq nahiyyəsindən şillə ilə onu vurmuş, uca səslə ona “gəl burdan cəhənnəm ol” deyə qışqırmağa başlamışdır. O, həmin şəxsə tərəf dönəndə, həmin şəxsin Sima olmasını görmüşdür. Sima adlı şəxs onu vurduqdan sonra geri çəkilmişdir. Bu zaman, o, Simaya qarşı nalayiq ifadələr işlətməyə başlamış, Sima onu qıcıqlandıraraq, qadının dilinə gətirə bilməyəcəyi nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, Simaya tərəf gedərək söyüş söyməsini dayandırmasını və oradan uzaqlaşmasını istəmişdir. Lakin ətrafda olan şəxslər ona mane olaraq Simaya yaxınlaşmasına imkan verməmişlər. Sima isə mobil telefonunu ona tərəf tutaraq video görüntü ilə çəkməyə başlamış, o, da bundan qəzəblənərək Simanın onu görüntüyə aldığını gördükdən sonrada yenidən təhqir etməyə başlamışdır. Ətrafda olan insanlar onu sakitləşdirərək dönər köşkü tərəfə aparmağa çalışsalarda o hələ də Simanı söyməyə davam etmişdir. Həmçinin, Şamaxı sakinləri ona "Qarabağ" əlili olduğu üçün hörmətlə yanaşmış, Simanın isə ona şillə atmağı və ünvanına nalayiq söyüşlər söyməyi onu dahada əsəbləşdirmişdir. O, Atayurd kafesinin pilləkənlərinə tərəf yaxınlaşmaq istəyərkən, həmin Sima adlı şəxs arxadan yenə hücum çəkərək, paltarından dartaraq onu üz üstə yerə yıxmış, bu zaman başı yerə dəyərək xəsarət almış, gözündəki günəş şüasına qarşı olan eynəyin çərçivəsi qaş və göz nahiyəsini çapmış və dövlət tərəfindən ona verilən, qulağının eşitmə aparatıda orada düşüb itmişdir. Sonradan ora gələn oğulları onu evə aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etsə də, orada nə sonuncuya, nə də başqa şəxsə qarşı zor tətbiq etməmiş, Zərərçəkmiş şəxs ora onu sevməyən polis əməkdaşları qəsdən göndərərək, onu şərləmək istəmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş ittihamdan imtina etdiyini bildirərək, bu əsasla cinayət təqibinə xitam verilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, İ qrup Qarabağ müharibəsi əlili olduğuna görə əmək qabiliyyətini itirdiyini, müharibə zamanı aldığı xəsarətlərlə bağlı şiddətli ağrıları olduğundan bunun qarşısını almaq üçün arada spirtli içki qəbul etdiyini, 22 may 2024-cü il tarixdə saat 13 radələrində evində bir az spirtli içki qəbul edib oturarkən istifadəsində olan mobil telefona tanımadığı bir nömrədən zəng gəldiyini, həmin şəxsin ona oğlu Eşqinin “Atayurd” kafesinin qarşısında mübahisə etdiyini, onun tez ora gəlməli olduğunu bildirdiyini, taksiyə minərək təcili ora getdiyini, orada oğlunu tapa bilmədiyindən, orada olan dönər satış köşkünə yaxınlaşdığını, sonradan adının Baba olduğunu bildiyini dönər satan şəxsdən oğlunu soruşduğunu, lakin Baba adlı şəxsin ona fikir vermədiyini, o da Baba adlı şəxsin onu eşitmədiyini zənn edib sonuncunu qolundan tutaraq çölə çıxarmağa çalışdığını, həmin vaxt qəflətən Şamaxı şəhərində hamını şərləməsi ilə tanınan Sima adlı şəxsin onu arxadan şillə ilə dodaq nahiyəsindən vurduğunu, o da əsəbiləşərək sonuncuya qarşı nalayiq ifadələr işlətdiyini, Sima adlı şəxsin də qarşılıqlı şəkildə onu nalayiq ifadələrlə təhqir etdiyini, kənarda duran şəxslərin gəlib onları sakitləşdirdiyini, sonradan Sima adlı şəxsin ona yenidən hücum çəkərək onu itələdiyini, bu zaman başından xəsarət aldığını, sonradan ora gələn oğullarının onu evə apardıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etsə də, orada nə sonuncuya, nə də başqa şəxsə qarşı zor tətbiq etmədiyini, Zərərçəkmiş şəxs ora onu sevməyən polis əməkdaşlarının qəsdən göndərdiyini, onu şərləmək istədiklərini göstərmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu, onu nalayiq ifadələrlə təhqir etdiyini bildirsələr də, məhkəmə baxışı zamanı dindirilmiş həmin şəxslərin hamısı ibtidai istintaq zamanı o formada ifadə vermədiklərini, ifadələrini oxumayaraq imzaladıqlarını, əslində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs orada sözlü mübahisə edərək bir-birilərini nalayiq ifadələrlə təhqir etdiklərini, amma hər hansı bir formada zor tətbiq etmə halının olmadığını bildirmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş müşahidə kameralarından götürülmüş və əlavə olaraq Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntülərdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması, ona xəsarət yetirməsi müəyyən olunmur. Həmin videogörüntülərdə onların bir-birinə qarşı nalayiq ifadələr işlətməsi, kənarda olan şəxslərin isə onları sakitləşdirməsi müəyyən olunur. Bundan əlavə ibtidai istintaq zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X1 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 23 may 2024-cü il tarixli 127 saylı məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət – sol almacıq nahiyəsinin qançırı yumşaq kənarlı küt əşya təsirindən (ola bilsin əl zərbəsi) törənməklə, müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Lakin ibtidai istintaq orqanı tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarda həmin xəsarətin özü-özünə yetirilməsinin mümkün olub-olmaması haqqında sual qoyulsa da, həmin sual ekspert tərəfindən cavablandırılmadığından, məhkəmə baxışı zamanı həmin rəyi verən məhkəmə-tibb eksperti məhkəməyə çağırılaraq dindirilmiş, məhkəmə-tibb eksperti məhkəmə baxışı zamanı verdiyi ifadəsində ekspert rəyində göstərilən xəsarətin şəxsin əl çatan nahiyəsində yerləşməsi, eyni zamanda xəsarətin həddindən artıq yüngül olması ilə bağlı qarşı cinsin nümayəndəsi olan bir kişi cinsli şəxs tərəfindən yetirilməsinin inandırıcı olmaması səbəbindən həmin xəsarətin özü-özünə yetirilməsi ehtimalının daha çox olduğunu bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq etməsinə dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından, ona CM-in 221.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın müdafiəsindən imtina edilməsi məqsədəmüvafiqdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina edilməsi haqqında vəsatətində göstərilən xüsusatlar məhkəmə iclaslarında tədqiq olunmuş sübutlarla tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon Şöbəsinin rəisi Şahid14 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs barəsində ekspertiza təyin edilməsi barədə qərarda verilmiş suallara əsasən Zərərçəkmiş şəxs müayinə edərək müvafiq rəy vermişdir. Müayinə olunarkən Zərərçəkmiş şəxs sola almacıq nahiyyəsində cuzi şişkinlik fonunda açıq çəhrayımtıl qırmızı rəngdə qançır olmuşdur. Həmin xəsarətin əl çatan yerdə yerləşməsi, xəsarətin səthiliyi həmin xəsarətin özü-özünə və ya kənar şəxs tərəfindən yetirilməsinə xarakterikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “məhkəmə-tibbi ekspertiza” üzrə 23 may 2024-cü il tarixli, 127 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət-sol almacıq nahiyyəsinin qançırı yumşaq kənarlı küt əşya təsirindən (ola bilsin əl zərbəsi) törənməklə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 84.6.9-cu maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.4-cü maddəsinə əsasən, şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin qərarına əsasən, cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. İctimai ittiham üzrə cinayət təqibi bir qayda olaraq yalnız zərər çəkmiş şəxsin hüquq və qanuni maraqlarına deyil, bütövlükdə cəmiyyət və dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən cinayət əməllərilə bağlı həyata keçirilir. Xarakteri və ağırlıq dərəcəsi baxımından belə cinayətləri törətmiş şəxslərin təqib edilməsi, o cümlədən, ittihamın sübut olunması bir vəzifə kimi zərər çəkmiş şəxsin deyil, səlahiyyətli dövlət orqanlarının üzərinə düşür. CPM-ə görə ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxs dövlət ittihamçısı ilə bərabər subsidiar ittihamçı kimi tanınmadığından dövlət ittihamçısının ittihama münasibətdə davranışı onun iradəsindən asılı deyildir. Belə vəziyyət isə zərərçəkmişin dövlət ittihamçısının məhkəmə baxışının gedişində cinayət təqibindən imtina etməsinə dair mövqeyi ilə razılaşmamasını da əhəmiyyətsiz edir və məhkəmənin cinayət təqibinə xitam verməsinə mane olmur. Məhkəmə baxışında dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina edilməsilə bağlı mövqelərinin üst-üstə düşməsi yalnız ictimai-xüsusi ittiham qaydasında aparılan cinayət işləri üzrə zəruridir (CPM-in 41.3-cü maddəsi). CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı gedişində dövlət ittihamçısının ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən (ittihamın müdafiəsindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsilə (CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) nəticələnməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. 37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Buna görə də məhkəmə hesab edir ki, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi qəbul olunmalı, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdək 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən sonra 9 saat hüquqi yardım göstərməsinə görə 99 (doxsan doqquz) manat, cəmi 141 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41.3, 43.1.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi qəbul edilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdək 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən sonra 9 saat hüquqi yardım göstərməsinə görə 99 (doxsan doqquz) manat, cəmi 141 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar