Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-70/2023 05.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, 40 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən ictimai yer hesab olunan X4 inzibati binasında toplaşmış çoxsaylı vətəndaşların yanında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq həmin diaqnostika mərkəzinin həkimi Zərərçəkmiş şəxs ilə mübahisə edib yumurqla sonuncunun sol göz nahiyəsindən vurmaqla ona sol gözün bayır bucağının almacıq hissəyə keçən səthinin iki ədəd cızığı yarası xəsarətləri ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirərək və gözünə taxmış olduğu üzərində "BOSS" və "R2202 54 18-138C2" sözləri yazılmış 01 (bir) ədəd eynəyin zədələnməsi nəticəsində sahibinə 20 (iyirmi) manat dəyərində maddi ziyan vuraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İİ qrup əlildir, psixi pozuntuları vardır. Buna görə də dəfələrlə psixiatriya mərkəzində müalicə almışdır. xx.xx.2015-ci il tarixindən Ruhi-əsəb kabinetində "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" (F70.1) diaqnozu ilə qeydiyyatdadır və hal-hazırdada müalicə üçün "Haloperidol", “Çikladol”, “Geozepan”, “Denzolan”, “Fenozipan”, “Aminazin”, “Moditendepo”, “Benzobital" adlı dərman preparatlarını qəbul edir. Şahid1 onun atasıdır, atası Xanlar uzun müddətdir ki, ağır dialez xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq həkim nəzarəti altında olmaqla xəstəxanaya gedərək dialez köçürdür. Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini kimi tanıyır, onun göz həkimi olduğunu bilir. Onunla və ailəsi ilə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Atası Xanlar özü sərbəst gəzə bilmədiyindən o və qardaşı Şahid2 hər iki qolundan tutaraq atası Xanlarla birlikdə hara getdisə onunla gedir. Atası Şahid1 İ qrup əlildir. 10 mart 2023-cü il tarixdə həmişə olduğu kimi saat 10 radələrində o, qardaşı Orxan və atası Xanlar birlikdə Şamaxı rayon Diaqnostuka mərkəzinə gedərək atası üçün dialez köçürtmək qərarına gəlmiş, həmin vaxt atası Xanlar Diaqnostika mərkəzinin ikinci mərtəbəsində dialez şöbəsində dialezini köçürtdükdən sonra bildirmişdir ki, gözündə ağrıları var və həmin mərtəbədə olan oftolmoloqa müraciət etmək istəyir. Bu zaman həmin dialez şöbəsində atası Xanlar əlil arabasına əyləşdirilərək Orxan adlı göz həkiminin iş otağına aparılmışdır. Otağın qarşısında 3-4 nəfər şəxs növbə gözləmişlər. Həmin vaxt onlar otağa daxil olmuş, otağa daxil olduqdan sonra Orxan həkim uca və aqressiv səslə “çıxın otaqdan, adam müayinə edirəm” sözlərini demiş, həmin vaxt atası Xanlar Orxan həkimə bildirmişlər ki, dialez xəstəsidir, vəziyyəti yaxşı deyil, onu növbədənkənar qəbul etsin. Çünki bilinir ki, dialez xəstələri üçün həkim qəbulu növbədənkənardır. Lakin buna baxmayaraq Orxan həkim bir daha aqressiv və uca səslə otağı tərk etməyini bildirmiş, onlar da heç bir söz demədən Orxan həkimin otağından dəhlizə çıxmış, həmin vaxt onlar dəhlizlə atasını əlil arabasında aparan zaman Orxan adlı həkim dəhlizə gəlmiş və atasının ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman atası əlil arabasında əyləşdiyi zaman Orxan həkimə bildirmişdir ki, danışığına fikir versin, dialez xəstəsi olduğundan həkimin onu növbədənkənar müayinə etməyə borclu olduğunu bildirib əsəbləşərk əli ilə yüngül formada Orxan həkimin yaxasında tutmuş, bu zaman Orxan həkim ayağı ilə təpiklə atasının əyləşdiyi əlil arabasına vurmuş, buna görə o, özü də həmin vaxt Orxan həkimin atası Xanlara qarşı etdiyi hərəkətindən əsəbləşərək yüngül formada Orxan həkimin sinəsindən itələmişdir ki, nə üçün xəstə atasına qarşı belə bir hərəkət edir. Bu zaman Orxan həkimin eynəyi yerə düşmüşdür. Bundan sonra onlar oradan çıxıb evinə getmiş və bu barədə polis şöbəsinə məlumat vermişlər. Həmin hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Həmin hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, özü Şamaxı rayon X1 Korpusunda həkim oftalmoloq vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə, saat 10 radələrində o, işdə olan zaman, həmçinin xəstə müayinə etdiyi vaxt Şamaxı şəhər sakinləri kimi tanıdığı Xanlar və oğlanları Orxan və Qaraxan adlı şəxslər xidməti iş otağına daxil olmuşlar. Həmin vaxt o, xəstəni müayinə etdiyi üçün içəri daxil olan şəxslərin Xanlar, Orxan və Qaraxan olduqlarını sonradan bilmişdir. Həmin vaxt o, qeyd edilən şəxslər tərəfə baxmadan xəstəni müayinə edərkən onlara bildirmişdir ki, “zəhmət olmasa növbənizi gözləyin, xəstəni müayinə etdikdən sonra növbə ilə xəstələri qəbul edəcəm”. Buna baxmayaraq içəri daxil olan şəxslər, yəni sonradan bildiyi Xanlar uca səslə ağır formada təhqiredici ifadələrlə onun ünvanına nalayiq söyüşlər söymüş, o da həmin vaxt onlar tərəfə baxmış və Xanların dialez xəstəsi olduğunu görüb ona bildirmişdir ki, əlində müayinə etdiyi xəstənin müayinəsini bitirdikdən sonra onu müayinə edəcək, buna görə də onların az bir vaxt gözləməklərini demişdir. Buna baxmayaraq Xanlar növbə gözləməyəcəyini deyərək söyüşlərinə davam etmişdir. Bu zaman o və iş otağında olan personal kabineti tərk etmiş, həmin vaxt o, telefon vasitəsilə polisə zəng vuraraq hadisə barədə məlumat vermiş və dəhlizdə dayanıb gözləmişdir. Həmin vaxt o, dəhlizdə dayanmış, Xanlar adlı şəxs əlil arabasında əyləşib dəhlizlə hərəkətdə olan zaman söyüşlərinə davam edib onun qarşısından keçən zaman əli ilə onun qarın, sinə nahiyyəsi tərəfdən itələmiş və onun ünvanına ağır formada söyüşlər söymüşdür. O, Xanların bu hərəkətindən bərk əsəbləşərək artıq özünü saxlaya bilməyib onu özündən uzaqlaşdırmaq üçün astadan onun oturduğu əlil arabasının təkərinə ayağı ilə yüngül vurub kənara çəkilməsini bildirmiş, bu zaman Xanların oğlu Qaraxan yumruğu ilə onun sifət nahiyəsinə vurmuş, zərbənin təsirindən eynəyi sınaraq sifətinə xəsarət yetirmişdir. Həmin vaxt X4 əməkdaşları, həmçinin müayinə gözləyən şəxslər bu hadisənin şahidi olmuşlar. Bu zaman orada olan lakin xatırlamadığı şəxslər və işçilər Qaraxanı ondan kənarlaşdırmışlar. Həmin hadisə zamanı o, Xanlar və Qaraxan adlı şəxslərə qarşı heç bir qanunsuz hərəkət etməmiş, onları söyüb təhqir etməmiş, sadəcə ayağı ilə Xanların əyləşdiyi əlil arabasını itələmək üçün vurmuşdur. Həmin hadisə zamanı hadisə yerində çoxlu şəxslər olmuşdur. Baş verən hadisə təxminən ümumilikdə 1-5 dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Qaraxan ona qarşı qeyd etdiklərindən başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özü də halhazırda Şamaxı rayonu X1 korpusunda təsərrüfat bölmə müdiri vəzifəsində işləyir. Onun iş yeri Şamaxı rayon Mərkəzi Xəstəxanası yazılsa da hal-hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən X4 inzibati binasında fəaliyyət göstərir. O, 2020-ci iliin yanvar ayından 2023-cü ilin may ayının 11-nə qədər olan müddət ərzində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən X7 Mərkəzinin Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsinin müdiri vəzifəsində çalışmışdır. Belə ki, 10 mart 2023-cu il tarixdən, saat 10 radələrində Diaqnostika Mərkəzinin birinci mərtəbəsində olan zaman ikinci mərtəbədə səs-küy eşidib ikinci mərtəbəyə qalxmış, həmin vaxt dəhlizdə Diaqnostika Mərkəzinin həkim-oftolmoloqu Zərərçəkmiş şəxs pəncərənin yanında dayanmışdır. Həmin vaxt Şamaxı şəhər sakini Şahid1 əlil arabasında oturmuş vəziyyətdə, oğlanları Şahid2 və Təqsirləndirilən şəxs onu sürərək çıxış istiqamətinə tərəf getmişlər. Artıq uzun müddətdir ki, Şahid1 dializ xəstəsi olduğundan diaqnostika mərkəzinə gəlmişdir, həmçinin həmin xəstəliklə əlaqədar yerişində problem olduğundan əlil arabasında və ya uşaqlarının köməkliyi ilə hərəkət etmişdir. Həmin vaxt əlil arabasında əyləşən Şahid1la, oğlu Təqsirləndirilən şəxsla Diaqnostika mərkəzinin həkimi Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyini eşitmiş, lakin adam çox olduğundan kimin kimi vurduğunu görməmiş, daha sonra ona məlum olmuşdur ki, Orxan həkim baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O. özü həmin hadisə zamanı heç bir xəsarət almamışdır, çünki həmin hadisəyə heç bir müdaxilə etməmişdir. Həmin hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə zamanı orada həkimlər və təxminən 10- 15 nəfər adlarını bilmədiyi xəstələr və vətəndaşlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özü 2019-cu il tarixdən Şamaxı rayonu Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. O, 2022-ci ilin sentyabr ayından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən X5 xidmət edir. Belə ki, 10 mart 2023-cü il tarixdə o, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən X4 inzibati binasında xidmətdə olan zaman Diaqnostika Mərkəzinin həkim-oftolmoloqu Zərərçəkmiş şəxs binanın birinci mərtəbəsinə onun yanına gələrək, Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs və atası Şahid1 barədə iradlarını bildirmişdir. O da məsələni aydınlaşdırmaq üçün Orxan həkimin iş otağına tərəf getmiş, həmin vaxt Şamaxı şəhər sakini Şahid1 əlil arabasında oturmuş vəziyyətdə, oğlanları Şahid2 və Təqsirləndirilən şəxs isə onu sürərək çıxış istiqamətinə tərəf getmələrini görmüşdür. Artıq uzun müddətdir ki, Şahid1 dializ xəstəsi olduğundan diaqnostika mərkəzinə gəlmiş, həmçinin həmin xəstəliklə əlaqədar yerişində problem olduğundan əlil arabasında və ya uşaqlarının köməkliyi ilə hərəkət etmişdir. Həmin vaxt əlil arabasında əyləşən Şahid1 ona məlum olmayan səbəblərdən qəflətən Diaqnostika Mərkəzinin həkimi olan Zərərçəkmiş şəxs yaxa nahiyyəsinə əl atmış, bu zaman Xanların oğlu Qaraxan yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə vurmuş və Orxan həkimin eynəyi yerə düşmüşdür. Ani bir andan Orxan həkim də ayağı ilə Şahid1 arabasına yüngül formada vurmuşdur. Həmin vaxt o, və orada olan adlarını bilmədiyi vətəndaşlar Xanlar və oğlanlarını sakitləşdirərək Diaqnostika mərkəzindən çıxarmışdır. Daha sonra ona məlum olmuşdur ki, Orxan həkim baş vermiş hadisə ilə əlaqədar DİNnin 102 xidmətinə və Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o, özü heç bir xəsarət almamışdır. Həmin hadisə zamanı Şahid2 həkim Zərərçəkmiş şəxs qarşı heç bir hərəkət etməmişdir. Həmin hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmiş, hadisə zamanı orada həkimlər və təxminən 10-15 nəfər adlarını bilmədiyi xəstələr və vətəndaşlar olmuşdur. Məhkəmə iclasında Şahid2 qardaşı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Xanla oğluna qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 Ərəstan oğlu məhkəməyə gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək oğlu təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Xanla oğluna qarşı ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 23 may 2023-cü il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə, narkotik vasitə, güclü təsir edən maddələri əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 4(005)-776/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 may 2023-cü il tarixdən saat 16:20-dən hesablanmışdır. “İcraatda olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə başlanan ********* nömrəli cinayət işi ilə icraatda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birlşdirilmiş və ********* nömrəsi saxlanılmaqla iş üzrə ibtidai istintaq davam etdirilmişdir. “Cinayət işinin başlanması haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, HK-1- 266/23 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 22.1.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən X4 inzibati binasında Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, hadisə yerinin vətəndaşların toplaşdığı və ictimai yer olduğu müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “məhkəmə-tibbi ekspertiza” üzrə xx.xx.2023-cü il tarixli 53 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol gözün bayır bucağının almacıq hissəyə keçən səthinin iki ədəd cızığı nisbətən bərk kənarlı küt əşya (ola bilsin eynəyin təsirindən) törənmişlər, müddətlər müayinədən bir neçə saat əvvəl olmaqla, xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. X3 almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 04 may 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli 1152 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül kəmağıllıq, davranış pozuntusu ilə aşkar edilir. Yoxlanılan şəxsdə hazırki müayinə zamanı müəyyən edilən kəmağıllılıq Yüngül kəmağıllıq, davranış pozuntusu ilə o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlinə görə anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı. “Könüllü təqdim edilən əşyanın götürülməsi barədə” xx.xx.2023-cü il tarixli “protokoldan görünür ki, həmin tarixdə Şamaxı RMX-nin Cərrahiyyə Korpusunda həkim-oftalmoloq işləyən Zərərçəkmiş şəxs təqdim etdiyi qara rəngli, bir çərçivəsinin şüşəsi qırıq vəziyyətdə olan, üzərində "BOSS" və "R2202 54 18-138C2" sözləri yazılmış eynək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 22 may 2023-cü il tarilxi 5-75-12/2- 000/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümyəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertiza” üzrə xx.xx.2023-cü il tarixli 9/3119 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd üzərində "BOSS" və "R2202 54 18-138C2" sözləri yazılmış eynəyin zədələnməmişdən əvvəl istifadədə olmuş, normal vəziyyətdə orta bazar qiyməti təxminən 20 manat müəyyən olunur. Təqdim edilən eynəyə dəymiş ziyanın müəyyən edilməsi ekspert əmtəəşünaslıq predmetinə aid deyil. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Seçilmiş həbs qətimkan tədbirinin hazırkı iş üzrə qətimkan qismində nəzərə alınması barədə 23 iyun 2023-cü il tarilxi qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hazırkı iş üzrə qətimkan tədbiri qismində nəzərə alınmışdır. İş üzrə hadisə vaxtı zədələnmiş və Zərərçəkmiş şəxs məxsus olan üzərində "BOSS" və "R2202 54 18-138C2" sözləri yazılmış eynək cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğuna görə, həmin əşya cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. “Cinayət əməlinin tövsif olunması və əmələ hissəvi xitam verilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1, 234.4.3 və 240.1-ci maddələrindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Qaraxan Xanlar oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1, 234.4.3 və 240.1-ci maddələri ilə cinayət təqibinə hissəvi xitam verilmiş, ********* nömrəli cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə davam etdirilmişdir. “Həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsi və həbsdən azad edilməsinə dair” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verillmiş və o, dərhal həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1, 234.4.3 və 240.1-ci maddələri elan edilmiş ittihamlar dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ağ rəngli, üzərində "Verbatim, CD-R, 52x” sözləri yazılmış, elektron məlumat daşıyıcısına (CD disk) Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində “VİD-20230317- WA0001.mp4” adlı bir ədəd video fayl aşkar edilmiş, “VİD-20230317-WA0001.mp4” adlı video fayla baxış keçirilən zaman həmin video görüntünün 00:40 saniyə olduğu müəyyən edilmişdir. Video görüntünün yuxarı sol küncündə qara rənglə "xx-xx-2023 Fri" ağ və qara rənglə -"09:54:14" sözləri, aşağı sağ küncündə isə ağ rənglə "İnzibati kalidor" sözləri yazılmışdır. Baxış zamanı görüntüdə ilkin olaraq Şamaxı rayon Diaqnostika Mərkəzinin dəhlizində olan şəxslər və ağ rəngli həkim xalatında olan Zərərçəkmiş şəxs və polis geyimində olan mühafizə polisinin əməkdaşı görünür. Zərərçəkmiş şəxs, mühafizə polisinin əməkdaşı və dəhlizdə olan digər şəxslər video görüntünün 00:05-ci saniyəsində Zərərçəkmiş şəxs xidməti iş otağı istiqamətində hərəkət edirlər. Video görüntünün 00:15-ci saniyəsində Zərərçəkmiş şəxs bildirdiyinə görə əlil arabasında oturaq vəziyyətdə olan Şahid1 və əlil arabasının idarə edilməsinə köməklik edən Şahid1 oğlu Təqsirləndirilən şəxs görünür. Video görüntünün 00:16-cı saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinin sol hissəsinə yumruqla bir dəfə zərbə endirməsi görünür. Daha sonra orada olan şəxslərin köməkliyi ilə Təqsirləndirilən şəxs oradan uzaqlaşdırılır. Zərərçəkmiş şəxs əlavə olaraq video görüntünün 00:38-ci saniyəsində ekranın sağ tərəfində görünən qara gödəkçə və boz rəngli şalvarda, üzü tüklü, əli cibində olan şəxsin Təqsirləndirilən şəxs olmasını bir daha təsdiq etmişdir. Baxış zamanı CD diskdə iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı bir məlumat aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol və elektron məlumat daşıyıcısı (CD disk) iş materiallarına əlavə edilmişdir. Bundan başqa, istintaq zamanı foto çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs verdiyi ifadələri hadisə yerində - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 120-ci kilometriliyində yerləşən X4 inzibati binasında yoxlanılmış, aparılmış istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları - Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş hadisə yeri barədə qeyd etdiyi xüsusatları mahiyyəti üzrə təsdiq edərək hadisə yerində təqdim edib bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin gedişatı fotoşəkillərə çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 2574003AARRK nömrəli Göndərişi üzrə məlumatlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” adlı F70.1 kodlu xəstəlikdən əziyyət çəkir, “yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. Cinayət işi üzrə, Şamaxı rayon Mərkəzi Xəstəxanası PHŞ-ə verilmiş sorğu əsasında daxil olmuş məktubda göstərilmişdir ki, “Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, ev 40-da qeydiyyatda olan, xx.xx.1996-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Narkoloji kabinetində qeydiyyatda yoxdur. Lakin xx.xx.2015-ci il tarixindən Ruhi-əsəb kabinetində "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" (F70.1) diaqnozu ilə qeydiyyatdadır və "Haloperidol", “Çikladol”, “Geozepan”, “Denzolan”, “Fenozipan”, “Aminazin”, “Moditendepo”, “Benzobital" dərman preparatlarını qəbul edir, 3-cü qrup ömürlük əlildir”. Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 avqust 2021-ci təvəllüdlü və 05 noyabr 2022-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs xüliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 22 may 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd eynək sahibinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 6 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində "BOSS" və "R2202 54 18-138C2" sözləri yazılmış eynək Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-70/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-70/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver