Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-70/2025 29.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 21 iyul 2025-ci il tarixində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:20-də Bakı- Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, yolun Şamaxı rayonu ərazisindən keçən hissəsində yerləşən “Qardaşlar” restoranının yaxınlığında saxlanılaraq, saxlanıldığı yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən videogörüntüyə çəkilməklə üstü yoxlanılarkən, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə xeyli miqdarda, təmiz çəkisi 1,371 (bir tam mində üç yüz yetmiş bir) qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 21 iyul 2025-ci il tarixdə saat 08 radələrində siqaret almaq məqsədilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazidə yerləşən evindən çıxıb yol kənarı ilə market istiqamətində piyada gedərkən yerdən şəffaf sellofana bükülmüş bir ədəd büküm görmüş və həmin büküm marağına səbəb olduğu üçün yerdən götürüb açaraq içinə baxdıqda, bükümün içərisində “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, təxminən iki ildir ki, psixotrop maddə metamfetamin istifadə etdiyi üçün həmin maddənin “patı” olduğunu bilmiş və istifadə etmək məqsədilə əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Marketə getdikdən sonra yaşadığı evə qayıtmış və həmin tarixdə təxminən saat 14-15 radələrində istirahət etmək məqsədilə Şamaxı rayonuna getmək qərarına gəlmiş, buna görə də, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yol kənarında dayanıb, Şamaxı rayonu istiqamətində gedən taksiyə minib Şamaxı rayonu istiqamətində getməyə başlamış, taksi sürücüsü Şamaxı rayonuna getmədiyi üçün o, Bakı Şamaxı yolunda yerləşən Acıdərə adlanan ərazidə taksidən düşüb, yoldan keçən avtomobilllərin birinə minib getmək üçün piyada Şamaxı şəhərinə doğru getməyə başlamışdır. Düşünmüşdür ki, yolda avtomobil düşər minib yoluna davam edər, Şamaxı rayonu ərazisində yerləşən “Qardaşlar” restoranın yaxınlığında piyada Şamaxı şəhəri istiqamətində gedərkən yaxınlıqdakı avtomobildən düşən mülki geyimdə olan dörd nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən ikisi onun qollarından tutmuş, digər biri polis əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Həmin vaxt artıq polis əməkdaşları tərəfindən aşkar olunduğu üçün etiraz etməyib, üzərində “patı” olmasını polis əməkdaşlarına etiraf etmişdir. Polis əməkdaşlarından digəri isə əlindəki mobil telefonla videoçəkiliş etmişdir. Daha sonra əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindəki, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindən tapdığı içərisində “patı”, yəni metamfetamin olan bir ədəd şəffaf selofana bükülmüş bükülünü polislərə təqdim etmiş və polis əməkdaşlarına həmin metamfetamini tapdığını demişdir. Təqdim etdiyi metamfetamin polis əməkdaşları tərəfindən tərəzi ilə çəkildikdən sonra kağız zərfdə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Tərəzidə çəkilərkən metamfetaminin çəkisi 1,41 qram gəlmişdir. Daha sonra onlar Şamaxı rayon polis şöbəsinə gəlmişlər, Şamaxı rayon polis şöbəsinə gəldikdən sonra, üzərində aşkar olunmuş metamfetaminlə bağlı sənədləşmə aparılmış və ona vəkil təyin edilmiş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə cibindən aşkar edilmiş psixotrop maddə zərfdən çıxarılaraq yenidən çəkilmiş və çəkisi 1,44 qram gəlmişdir. Bundan sonra həmin büküm yenidən zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. Şamaxı rayon polis şöbəsində keçirilmiş baxış videogörüntüyə alınmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, uzun müddətdir ki, “patı”, yəni metamfetamin istifadəçisidir. O, üzərindən aşkar edilən həmin metamfetamini ancaq özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır və o, heç vaxtı psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən həmin psixotrop maddəni 21 iyul 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində, yaşadığı evin yaxınlığında, küçədə yerdən tapmış, həmin vaxt tək olmuş, yanında heç kim olmamışdır və ətrafda da onun həmin narkotik vasitəni götürməsini kiminsə görməsini dəqiq bilmir. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir. Hal-hazırda o, maddi vəziyyəti ilə bağlı mobil telefon və nömrədən istifadə etmir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin cinayətaxtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirdi ki, 21 iyul 2025-ci il tarixdə ona Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəflərindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru, polis kapitanı Ceyhun Adgözəlov ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Qeyd edilən tarixdə saat 16:20-də əməliyyat qrupu ilə birlikdə Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, yolun Şamaxı rayonu ərazisindən keçən hissəsində yerləşən “Qardaşlar” restoranının yaxınlığına getmişlər. Diqqətli şəkildə görülməzliyi təmin edərək videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmişlər. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofana bükülmüş bükümü onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansısa predmet aşkar edilməmişdir. Bir ədəd içərisində psixotrop maddə metamfetamin olan sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,41 qram müəyyən olunmuşdur. Həmin bükümdə olan qeyd edilən psixotrop maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçıya tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilərək yenidən elektron tərəzidə çəkilmiş və çəkisi 1,44 qram müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin Təqsirləndirilən şəxs özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin psixotrop maddə yenidən zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 73 ömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetamini sonuncunun satış məqsədilə özündə saxlaması, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofana bükülmüş büküm elektron tərəzidə çəkən zaman elektron tərəzini avtomobilin üzərinə qoymuşlar. Təhqiqatçı isə elektron tərəzini hamar səthli stolun üzərinə qoyduğu üçün çəkilər arasında fərq olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahidlər Şamaxı rayon polis şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, onlar ifadələrində məhkəmə iclasında dindirilmiş şahid Şamaxı rayon polis şöbəsinin Cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixdə saat 17:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni polis əməkdaşları tərəfindən faktiki saxlanıldığı 21 iyul 2025-ci il saat 16:20 hesab olunmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 21 iyul 2025-ciil tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibindən bükülmüş bir ədəd büküm aşkar edilərək götürülmüş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş, bükümün içərisindəki kütlənin “Patı” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş kütlə tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 1,41 qram gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 20/638 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 73” möhür əksi, “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə; İştirakçılar: /imza/ Şahid2/imza/; Müdafiəçi; /imza/ Təqsirləndirilən şəxs; /imza/ C.Adgözəlov; /imza/; Tərtib etdi: /imza/ Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,371 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir”. Metamfetaminin təmiz çəkisi 1,371 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,321 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 4(074)-42/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyul 2025-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 21 iyul 2025-ci il tarixdə götürülmüş, 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, ümumi qalıq çəkisi 1,321 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01 sentyabr 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 124 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X3, xx.xx.2012-ci il təvəllüdlü qızı X4 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X2 ibarət ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Onun barəsində yaşadığı müddətdə yaşadığı ərazidən 124 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 4830 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni cəzanı yüngülləşdirən hallar və ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 21 iyul 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 8 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 (altı) ay, 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin idarədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclası zalından dərhal azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 1,321 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 (altı) ay 16(on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin idarədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 1,321 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-70/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-70/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver