Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-71/2022 19.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Əlsən oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 3, ev 33-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla Şamaxı rayonu ərazisinə daşımış, 03 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən “Şam” restoranının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 03:45 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol qoltuqaltından göy rəngli, üzərində "Original Levis" sözləri yazılmış bir ədəd sellofan bükümdə satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 350,0 (üç yüz əlli) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda tutulmamışdan əvvəl təxminən 3-4 ay olar ki, nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana tapanda istifadə edir. Təxminən 1 ay bundan əvvəl o, özünə məxsus olan “SAMSUNG J7” markalı mobil telefonunda "İNSTAGRAM" sosial şəbəkəsində adi profil ilə qeydiyyatdan keçib həmin sosial şəbəkədə səhifələrə baxarkən narkotik vasitələrin satışı ilə məşqul olan bir səhifəyə rast gəlib həmin səhifədə narkotik vasitə əldə etmək üçün mesaj yazmışdır. Yazdıqdan bir müddət sonra həmin yazışdığı şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, lakin həmin şəxs sadəcə adının Mehriyar olduğunu demiş, başqa məlumatları barədə ona bildirməmişdir. Həmin şəxslə 1-2 gün həmin sosial şəbəkədə ünsiyyətdə olmuşlar, sonradan İran İslam Respublikası vətəndaşı olan həmin Mehriyar adlı şəxs onun "WhatsApp” sosial mesajlaşma proqramı vasitəsi ilə istifadə etdiyi nömrəsini istəmiş, o, "WhatsApp” sosial mesajlaşma proqramında istifadə etdiyi özünə məxsus olan ***-***-**-** saylı nömrəsini ona vermiş və həmin şəxs ona İran İslam Respublikasına aid mobil nömrə ilə yazmış, onlar həmin sosial şəbəkədə ünsiyyət yaratmışlar. Həmsöhbət olan zaman həmin şəxs ondan hansı narkotik vasitə qəbul etdiyini soruşmuş, o, özünü Mehriyar kimi təqdim edən İran İslam Respublikası vətəndaşı olan həmin şəxsə nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini demişdir. Həmin şəxs ondan kart hesabına 100 (yüz) manat məbləğində pul göndərməyimi və bunun müqabilində ona narkotik vasitə olan qurudulmuş marixuana göndərməsi barədə təklif etmiş, o, onunla razılaşıb, həmin məbləği onunla danışdığı həmin günün axşamı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən mağazada “Milliön” aparatı vasitəsi ilə hazırda yadında qalmayan kart hesabına 100 (yüz) manat pul yükləmiş, yükləyərkən aparatdan çıxan çeki də zibilliyə atmışdr. Sonra isə həmin şəxs ilə əlaqə yaratmağa çalışmış, lakin müəyyən etmişdir ki, həmin şəxs onu "İNSTAGRAM" sosial şəbəkəsində və "WhatsApp” sosial mesajlaşma proqramında qara siyahıya salmışdır, yəni həmin proqranlarda onun onunla əlaqə saxlamağını əngəlləmişdir. Buna görə də, həmin şəxslə əlaqə yarada bilməmişdir. Həmin tarixdən təxminən 20-25 gün keçdikdən sonra, yəni 02 aprel 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində o, küçədə dayanarkən və telefonu da üzərində olmuş, bu vaxtı həmin Mehriyar adlı şəxs onunla "WhatsApp” sosial mesajlaşma proqramı vasitəsilə əlaqə yaradıb, probleminin olduğunu, istədiyi qurudulmuş marixuananı hazır etdiyini və Abşeron rayonu Müşfiqabad qəsəbəsi yaxınlığında bir yerə qoyduğunu, o, yola çıxdıqdan sonra yer barədə məlumat verəcəyini demişdir. Həmin şəxslə razılaşıb, deyilən əraziyə getmək üçün taksi axtarmışdır. Həmin vaxt qonşuları Şahid4 ilə Şahid3 sonuncunun idarə etdiyi "HYUNDAİ MATRİX" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona doğru küçə ilə gəldiklərini görüb, avtomobili saxlatdırıb onlarla salamlaşmış və Cavada onu Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə aparmağını xahiş edmiş, qarşılığında 20 manat pul təklif etmişdir, Lakin Cavad ona yorğun olduğunu və evə gedəcəyini deyib, aparmaqdan imtina etmiş və sağollaşıb avtomobili idarə edərək yoluna davam etməyə başlamış, o, da piyada hərəkət edib gedərkən, daha sonra Cavad avtomobil ilə geriyə qayıdıb, ona əgər avtomobili özü sürəcəyəksə getməyə razılıq vermiş, Cavadla razılaşıb, avtomobili idarə etməyə başlamış, Cavad isə arxaya keçib yatmışdır. Müşfiqabad qəsəbəsinə çatdıqdan sonra özünü Mehriyar kimi təqdim edən İran İslam Respublikası vətəndaşına "WhatsApp” sosial mesajlaşma proqramı vasitəsilə zəng edib narkotik vasitə olan qurudulmuş marixuananın yerini soruşmuş, həmin şəxs "WhatsApp” sosial mesajlaşma proqramı vasitəsilə ona məkan yerini mesajla göndərib, həmin ərazidə halhazırda fəaliyyətini dayandırmış "Şam" restoranı olduğunu, həmin restoranın arxasında olan əl-üz yuyulan yerdə marixuananın qoyulduğunu demiş, buna görə də o, telefonunda məkanın göstərildiyi istiqamətdə avtomobil ilə hərəkət edib avtomobili idarə etməyə başlamış, yolda Cavad yuxudan ayılıb, uzaq yol getdikləri üçün narazılıq etmiş, ona 20 manat əvəzinə 50 manat verəcəyini dedikdən sonra Cavad razılaşıb, yenidən yatmışhdır. O, da telefon vasitəsilə məkanın göstərildiyi istiqamətdə avtomobil ilə hərəkət edərkən artıq Şamaxı rayonu ərazisinə daxil olduqlarını görmüş, Şamaxı rayonu ərazisinə daxil olduqdan sonra, telefonunda məkanın göstərildiyi yerə çatdıqları işarəsi verilmiş, həmin yerdə yolun sağ hissəsində "Şam" restoranı olduğunu görmüş və avtomobili restoranın yaxınlığında saxlayıb, piyada oraya getmiş, görmüşdür ki, restoranda heç kim yoxdur, bilinirdi ki, uzun müddətdir ki istifadə edilmir və restoranın arxasındakı əl-üz yuyulan olan yerə gedib, göy rəngli sellofan paketin olduğunu görmüş və həmin sellofanı götürüb əynindəki gödəkçənin içəri hissəsində gizlətmiş və piyada avtomobilə doğru getməyə başlamışdır. Avtomobilə çatdıqdan bir neçə dəqiqə keçdikdən sonra mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib, ona üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu demişlər, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşları Cavad və Qurbanı da Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra birlikdə Şamaxı rayon polis şöbəsinə getmişlər. Şamaxı rayon polis şöbəsinin inzibati binasında onun şübhəli şəxs kimi tutulmasını bildirilməklə vəkillər siyahısından onun seçdiyi vəkil dəvət edilmiş, bundan sonra vəkil və polis əməkdaşlarının iştirakları ilə mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sol qoltuqaltında saxladığı göy rəngli sellofana bükülmüş bükümü aşkar etmişlər, büküm açılıb içərisinə baxıldıqda açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan salafanı polis əməkdaşları kardon qutuya qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin karton qutunu və protokolu o,, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə lazım olasa istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Bildirmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxtı məşğul olmamışdır. Eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı kiməsə satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə əldə etməyi ilə bağlı Şahid4 və X7 heç bir məlumatı olmamışdır. Onlar sadəcə onunla birlikdə olmuşdur və onun narkotik vasitə əldə etməyi ilə bağlı onların əlaqəsi olmamışdır. Cavad sadəcə taksi kimi gəlsə də o, avtomobili sürdüyündən, o, yatmış, eyni zamanda Qurban da yatmışdılar, onlar bilmirdilər ki, o, narkotik vasitə götürmək üçün gəlmişdir. Bildirmişdir ki, o, narkotik vasitə aludəçisi olmaqla mütəmadi olaraq əldə edəndə istifadə edirdi. Lakin, hər dəfə lazım olanda narkotik vasitənin əldə edilməsi çətin olduğundan, yəni tutulmaq ehtimalı olduğundan o, fikirləşmişdi ki, bir dəfə əldə edib bir müddət istifadə edər. Hal-hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 02 aprel 2022-ci il tarixdə xidməti iş yerində olduğu vaxt Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və 03 aprel 2022-ci il tarixə keçən gecə Şamaxı rayonu ərazisində narkotik vasitə əldə edəcəyi barədə ona məlumat daxil olmuş, buna görə də o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, daha sonra şöbə rəhbərliyinin müvafiq göstərişinə əsasən həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin gün gecə saatlarından başlayaraq o, Şamaxı rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Mərzəndiyə kəndi ərazisindən keçən hissəsində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxtı, 03 aprel 2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs "HYUNDAİ MATRİX" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Mərzəndiyə kəndi ərazisindən keçən hissəsində yolun sağ kənar hissəsində yerləşən və istifadə edilməyən, fəaliyyət göstərməyən, heç kimin olmadığı “Şam” restoranına gəlib avtomobili saxlaması, avtomobildən düşüb restoranın həyətindən şübhəli əşya götürərək əynindəki geyimdə gizlətməsini müşahidə etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs şübhəli hərəkət edib avtomobilə əyləşmək istədiyini görüb xüsusi parollardan istifadə edərək dərhal ona yaxınlaşmışlar, əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə, psixotrop maddə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın, narkotik vasitə və psixotrop maddənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər. Orada olarkən eyni zamanda müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs gəldiyi avtomobildə digər iki nəfər şəxs - Bakı şəhəri ,Sabunçu rayonu, Maştağa qəsəbə sakinləri - Şahid4 və X11 da olması müəyyən edildiyindən şübhəli olduğu üçün həmin şəxsləri də RPŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs, Şahid4 və X11 onlara heç bir müqavimət göstərməyib etiraz etməmişlər və onları RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Şəmşir Məliklinin xidməti otağında əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması elan edilmiş, daha sonra dəvət edilmiş müdafiəçi Tofiq Seyidov, o, və X3 əməliyyat müvəkkili Şahid2in iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində nəşə kimi tanıdığı narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə qeyd edilən şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol qoltuqaltından göy rəngli, üzərində "Original Levis" sözləri yazılmış bir ədəd sellofan torba aşkar olunmuşdur. Həmin aşkar olunmuş sellofan torba açılaraq içərisinə baxıldıqda, sellofan torbanın içərisində ağ şəffaf sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofan torbanın içərisindəki kütlə nəşə adı ilə tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur və həmin narkotik vasitə olan qurudulmuş marixuananı tutulmamışdan bir neçə dəqiqə əvvəl əldə edib özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd karton qutuya qoyularaq müvafiq qaydada qablaşdırılmışdır, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokoldakılar doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddəni onun satış məqsədilə özündə saxlaması müəyyən edilsə də, bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitəni satmaq üçün konkret olaraq kimlərlə əlaqə saxlaması müəyyən edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı konkret olaraq kimlərə satmaq niyyətinin olması, bununla bağlı kimlərlə əlaqəsinin olması barədə hazırkı vaxta kimi məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, X5 ilə eyni küçədə qalırlar, həmin şəxsi bir neçə ildir ki tanıyır. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət olmamışdır. Şahid3 ilə də eyni də yaşayır, həmin şəxslə dostluq münasibətləri vardır. 02 aprel 2022-ci il tarixdə, təxminən saat 23 radələrində küçəyə çıxmış, həmin vaxt söhbət etmək üçün dostu Cavada zəng etmiş, telefonla danışarkən görüşmək qərarına gəlmişlər, o, Cavadın yanına gedib, yaşadığı evdə çay içmişlər, təminən bir saatdan çox müddətdə Cavadla evdə söhbət etmişlər, daha sonra küçəyə çıxmışlar, onu idarə etdiyi "HUNDAİ MATRİX" markalı, 99-BG 598 dövlət qeydiyyat nişanlı avtomobil ilə evə doğru aparmağa başlamış, yolda gedərkən Nəcəfqulu onları görmüş, Cavada əli ilə saxlamasını işarə etmiş, Cavad avtomobili saxladıqdan sonra Nəcəfqulu ilə salamlaşıb, söhbət etməyə başlamışlar, söhbət zamanı Nəcəfqulu Cavada 20 manat verəcəyini, onu Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə aparmasını xahiş etmişdir. Cavad Nəcəfquluya yorğun olduğunu və evə gedəcəyini deyib, aparmaqdan imtina etmiş və yoluna davam etməyə başlamış, lakin sonradan nə fikirləşmişdisə geri qayıdıb, Nəcəfquluya əgər özü sürəcəksə getməyə razılıq vermiş, Nəcəfqulu razılaşıb, avtomobili idarə etməyə başlamış, Cavad isə arxaya keçib yatmışdır. O, özü avtomobilin sağ ön sərnişin oturacağında əyləşmiş Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə getmişlər, orada olarkən Nəcəfqulu kimləsə danışıb, Şamlaxı rayonu istiqamətində avtomobili idarə etməyə başlamış, lakin o, buna qarışmayıb, heç nə deməmişdir. Bir qədər keçdikdən sonra Cavad yuxudan ayılıb Nəcəfquluya hara getdiklərini soruşmuş, Nəcəfqulu cavabında Şamaxı rayonuna getdiklərini demiş, Cavad ona 20 manat pul verdiyini, onunda benzinə getdiyini demişdir, Nəcəfqulu cavabında 20 manat əvəzinə 50 manat verəcəyini dedikdən sonra Cavad razılaşıb, yenidən arxa oturacaqda əyləşmişdir. Nəcəfqulu Şamaxi rayonu ərazisinə çatdıqdan sonra sağ tərəfdə işıqları söndürülmüş Şam restoranının yaxınlığında saxlayıb, avtomobildən düşərək görmədiyi istiqamətə getmişdir. Həmin vaxt o, təbii ehtiyacını qarşılamaq üçün avtomobildən düşüb kənarlaşmışdır. Bir neçə dəqiqə keçdikdən sonra mülki geyimdə olan iki nəfər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib, Nəcəfquluya üzərində narkotik vasitə olmaqla şübhəli olduğunu demişlər. Polis əməkdaşları Nəcəfqulunu Şamaxı rayon polis şöbəsinə dəvət etmıişlər. Həmin vaxt polis əməkdaşları onu və Cavadı da Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, Şamaxı RPŞ-də Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni küçədə qalır, həmin şəxsi bir neçə ildir ki, tanıyır. Onunla küınasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət olmamışdır, Şahid4 ilə də eyni küçədə yaşayırlar, həmin şəxslə də dostluq münasibətləri vardır. Ailə vəziyyəti ilə bağlı etibarnamə ilə idarə etdiyi "HYUNDAİ MATRİX" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 02 aprel 2022 ci il tarixdə, təxminən saat 23 radələrində küçəyə çıxmış, həmin vaxt Qurban ona zəng etmiş, telefonla danışarkən görüşmək qərarına gəlmişlər, Qurban olduğu yerə gəldikdən sonra yaşadığı evdə çay içmişlər. Bir saatdan çox müddətdə Qurbanla evdə szobət etmişlər, daha sonra küçəyə çıxıb, Qurbanı etibarnamə ilə idarə etdiyi "HYUNDAİ MATRİX" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evlərinə doğru aparmağa başlamış, yolda gedərkən Nəcəfqulu onu görüb, əli ilə avtomobili saxlamağını işarə etmiş, avtomobili saxlayıb Nəoəfqulu ilə salamlaşıb söhbət etmişlər. Söhbət zamanı Nəcəfqulu 20 manat verəcəyini, onu Abşeron rayonu Müşfiqabad qəsəbəsinə aparmağını xahiş etmişdir. Nəcəfquluya yorğun olduğunu və evə dedəcəyini deyib, aparmaqdan imtina etmiş və yoluna davam etməyə başlamış, lakin pula ehtiyacı olduğu üçün geri qayıdıb, Nəcəfquluya əgər özü sürəcəksə getməyə razılıq vermiş, Nəcəfqulu razılaşıb, avtomobili idarə etməyə başlamış, o, isə arxaya keçib yatmışdır. Bir qədər keçdikdən sonra ayıldıqda hələ də deyilən ünvana çatmadığını görüb, hara getdiklərini soruşmuş, Nəcəfqulu cavabında Şamaxı rayonuna getdiyini demiş, ona 20 manat pul verdiyini, onunda benzinə getdiyini demiş, Nəcəfqulu cavabında 20 manat əvəzinə 50 manat verəcəyini dedikdən sonra razılaşıb, yenidən arxa oturacaqda əyləşmişdir. Yuxuda olarkən avtomobilin dayandığını hiss etmiş, yuxudan ayılmışdır. Bir neçə dəqiqə keçdikdən sonra mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşıb polis əməkdaşları odüqlarını bildirib, Nəcəfquluya üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu demişlər. Polis əməkdaşları Nəcəfqulunu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşları onu və Cavadı da Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər.Şamaxı RPŞ-də Təqsirləndirilən şəxs -zərindən narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X1 03 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 aprel 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan görünür ki, 03 aprel 2022-ci il tarixdə saat 03:45-dən başlayaraq Şamaxı RPŞ-nin Təhqiqat Qrupunda xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı onun əynindəki qara rəngli gödəkçənin sol qoltuqaltından göy rəngli, üzərində "Original Levis" sözləri yazılmış bir ədəd sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin sellofan torbada olan kütlə bir ədəd karton qutuda qablaşdırılmaqla möhürlənmiş, istintaq hərəkətinin gedişatının əks edildiyi videogörüntü olan DVD disk protokolla birlikdə iş materiallarına əlavə edilmişdir. İş matetiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 04 aprel 2022ci il tarixli “7/317” nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş göy rəngli salafana bükülmüş bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə" yazılar və imzalar olan karton qutuda bir ədəd üzərində "Original Levis" yazısı olan göy rəngli polietilen paketdəki şəffaf sellofan bükülüdə təmiz çəkisi - 350,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır”. Marixuananın təmiz çəkisi 350 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 349,95 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 4(074)- 39/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 15 may 2022-ci il tarixli arayışından görünür ki, Quliyev X2 rayon Məhkəməsinin 12 iyul 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 172.2.3, 177.2.4cü maddələri təqsirli bilinib, CM-nin 68.1.1-1, 69.3-cü maddələrinə əsasən, 2 il 1 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırırlması cəzasına məhkum eidlmişdir. İş materillarında olan Bakı şəhər Probasiya İdarəsinin 12 iyun 2021-ci il tarixli 21-1/3- 9432-19 saylı məktundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(008)-238 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il 1 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun cəza müddəti 01 oktyabr 2021-ci il tarixdə bitdiyindən Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatdından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən, məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Sabunçu RİHB-nın Maşğata qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qəsəbədə yaşadığı müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır. İş materiallarında olan Sabunçu RİHB-nın Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 iyun 2022-ci il tarixli 3173 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası 14 mart 1962-ci il təvəllüdlü X9 ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3, ev 33-də qeydiyyatdadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2784 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbayan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə gecə saat 02 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən “Şam” restoranının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 03:45 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol qoltuqaltından göy rəngli, üzərində "Original Levis" sözləri yazılmış bir ədəd sellofan bükümdə satış məqsədi olmadan əldə etdiyi ümumi təmiz çəkisi 350,0 (üç yüz əlli) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında və ibtidai istintaqda da əməlini etiraf edərək bildirmişdir ki, narkotik maddə qəbul edir və həmin narkotik maddəni də özünün istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə etməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri ilə təsdiq olunur ki, təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitə ona məxsus olmaqla öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli rəyindən də aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair hər hansı bir sübüt təqdim edilmədi. Həmçinin narkotik vasitənin digər istehlakçısı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Hazırki işdə isə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə əldə etməsinə dair məhkəmədə hər hansı bir hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs narkotik vasitəni özünün istifadə etməsi məqsədilə qanunsuz olaraq əldə etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunur, lakin təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satmaq niyyətində olması məhkəmədə öz təsdiqini tapmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində verilmiş şərhdə göstərilmişdir ki, Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Beləliklə də, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması əməlində satış məqsədi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 349,95 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardıma görə 60 manat pulun fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 349,95 qram olan qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardıma görə 60 manat pulun fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-71/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-71/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver