Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-71/2023 04.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Saatlı rayonu, Cəfərxan kəndində qeydiyyatda olan və Saatlı rayonu, Sarıcalar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq -13,408 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2023-cü il tarixdə saat 23:05 dəqiqədə Biləsuvar-Bəhrəmtəpə yolunun 5-ci kilometrliyində, Çaylı kəndindən keçən hissəsində cinayət barədə xəbərsiz olan X4 idarə etdiyi “Mersedes C200” minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bükülüdə olmaqla əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 26 may 2023-cü il tarixdə saat 00 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şamaxı rayonu Mədrəsə qəsəbəsinə gedən yolun yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 00:50 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən bir ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,501 (sıfır tam mində beş yüz bir) qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik maddə istifadəçisi olmuş, lakin halhazırda istifadə etmir və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə İmişli rayonu ərazisində avtomobil ehtiyyat hissələri mağazasının yaxınlığından 1 ədəd şəffaf rəngli sellofana bükülümş bükülü tapmış, həmin bükülünü açaraq baxdıqda içərisində qurudulmuş marixuana olmuşdur. O, qurudulmuş marixuananı bükülü ilə birlikdə cibinə qoymuş və fikrləşmişdir ki, sonra istifadə edər. 22 may 2023-cü il tarixdə Biləsuvar rayonu Çaylı kəndində yaşayan nənəsi xəstə olduğu üçün onu görmək qərarına gəlmiş, buna görə həmkəndlisi Murad Əhmədovdan xahiş etmişdir ki, onu Biləsuvar rayonu, Çaylı kəndinə aparsın, ilk olaraq o, buna etiraz etsə də, sonra razılaşmışdır. O, tanışı Mehdi Ağayevlə birlikdə Murad Əhmədovun idarə etdiyi “Mersedes C200” markalı **-BE-*** avtomobilinə əyləşərək Biləsuvar rayonuna gəlmişlər. Həmin tarixdə saat 23:05 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 5-ci kilometrliyində, Çaylı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman polis əməkdaşları onları saxlamışdır. Daha sonra Polis əməkdaşları onlara yaxınlaşaraq gəlişlərinin səbəbini soruşduqdan sonra onu, Murad Əhmədovu və Mehdi Ağayevi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarının müdafiə etmək üçün müdafiəçi X7 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış və ona üzərimdə hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır və özünə məxsusdur. Həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə İmişli rayonu ərazisində avtomobil ehtiyyat hissələri mağazasının yaxınlığından tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra içərisindən narkotik vasitə olan həmin bükülü onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Həmin narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və -15 qram olması müəyyən edilmişdir. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq zərfin üzərini o, müdafiəçi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Onun Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunmamış və götürülməmiş, şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimovla birlikdə tanış olmuş və imzalamışdır. Daha sonra onun, müdafiəçi Mehman Mütəllimovun, Mehdi Ağayevin, onun müdafiəçisi Habil Məmmədovun, Murad Əhmədov, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə Murad Əhmədovun idarə etdiyi “Mersedes C200” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimov ilə birlikdə tanış olmuş və imzalamışdır. Biləsuvar RPŞ-də üzərimdən aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsusdur, xx.xx.2023-cü il tarixdə İmişli rayonu, ərazisində avtomobil ehtiyyat hissələri mağazasının yaxınlığından tapmış və istifadə etmək üçün üzərimdə saxlamışdır. Onun üzərində narkotik vasitənin olması barədə Mehdi Ağayevin və Murad Əhmədovun məlumat olmamışdır. Onun üzərinə Biləsuvar RPŞ-də şəxsi axtarış aparılarkən aşkar olunmuş qurudulmuş marixuananın təmiz çəkinisi 13,408 qram olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə Saatlı rayonunda yolun kənarından 01 ədəd ağ kağıza bükülmüş büküm görmüş və həmin büküm marağına səbəb olduğu üçün götürərərk içərisinə baxmış, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olmasını görmüşdür. Daha sonra istifadə etmək üçün üzərindəki qara rəngli cins şalvarın arxa cibinə qoymuş və həmin tarixdə Şamaxı şəhərinə istirahət etmək məqsədi ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində sərnişin qismində əyləşdiyi taksidən Şamaxı rayon Mədrəsə qəsəbəsinə gedən yolun yaxınlığında düşmüş və yolun kənarında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Daha sonra, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər, o, ilk öcə etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına bildirmiş və bu səbəbdən polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın arxa cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd büküm aşkar edilmiş, polis əməkdaşları kağıza bükülmüş bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Ona polis əməkdaşları tərəfindən istər saxlanılarkən, istərsə də, üzərində şəxsi axtarış aparılarkən heç bir təzyiq və təsir edilməmiş, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Biləsuvar RPŞ-nin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. Saatlı rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid8 əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs jinayət əməlini ifşa edilməsi üçün 22 may 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında Şahid8 tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid7, CAB-in əməliyyat müvəkkili, polis leytenantı İbrahim Qurbanov, RPŞ-nin DYPB-nin YPXnin baş inspektoru, polis baş leytenantı Şahid6 və YPX-nin inspektoru, polis baş serjantı Şahid5 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 22 may 2023-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Mersedes C200” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri “PMK-19” qəsəbəsində hərəkətdə olan zaman əməliyyat qrupu tərəfindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları Şahid6 və Şahid5 tərəfindən həmin avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun 5-ci kilometrliyində, Çaylı kənd ərazisindən keçən hissəsində saxlanılmışdır. Həmin vaxtı əməliyyat qrupunun üzvləri ona yaxınlaşaraq özülərini təqdim etdikdən sonra gəlişilərinin səbəbini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs, X5 və sürücü X8 Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla Şahid8 şöbə rəhbərliyinə məruzə edilmiş, tərtib edilən raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayevə həvalə edilmişdir. Daha sonra Mehdi Ağayevə müvafiq qaydada hüquq və vəzifələri, o jümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, o, vəkil siyahısı ilə tanış olmuş və hüquqlarının vəkil X11 tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil X11 dəvət edilmiş, şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Şahid9 kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı X6 üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir, Bundan sonra X9 müdafiəçisi X10 ilə birlikdə həmin protokolla tanış olmuş və onu imzalamışdır. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olmuş və imzalamışdır. Murad Əhmədovun idarə etdiyi “Mersedes C200” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs, Mehdi Ağayevə və Murad Əhmədova izah olunmuşdur ki, avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, təqdim etsinlər. Təqsirləndirilən şəxs, Mehdi Ağayev və Murad Əhmədov avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişlər. “Mersedes C200” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir, Baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da, tanış olmuş və imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, o, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Saatlı rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid8 əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs jinayət əməlini ifşa edilməsi üçün 22 may 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında Şahid8 tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3, CAB-in əməliyyat müvəkkili, polis leytenantı İbrahim Qurbanov, RPŞ-nin DYPB-nin YPXnin baş inspektoru, polis baş leytenantı Şahid6 və YPX-nin inspektoru, polis baş serjantı Şahid5 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 22 may 2023-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Mersedes C200” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri “PMK-19” qəsəbəsində hərəkətdə olan zaman əməliyyat qrupu tərəfindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları Şahid6 və Şahid5 tərəfindən həmin avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun 5-ci kilometrliyində, Çaylı kənd ərazisindən keçən hissəsində saxlanılmışdır. Həmin vaxtı əməliyyat qrupunun üzvləri ona yaxınlaşaraq özülərini təqdim etdikdən sonra gəlişilərinin səbəbini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs, X5 və sürücü X8 Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla Şahid8 şöbə rəhbərliyinə məruzə edilmiş, tərtib edilən raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayevə həvalə edilmişdir. Daha sonra Mehdi Ağayevə müvafiq qaydada hüquq və vəzifələri, o jümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, o, vəkil siyahısı ilə tanış olmuş və hüquqlarının vəkil X7 tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil X7 dəvət edilmiş, şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Şahid9 kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarmış və təqdim edərək bildirmişdir ki, içərisində narkotik vasitə qurudulmuş marixuana vardır, həmin narkotik vasitə ona məxsusdur və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin qurudulmuş marixuana bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkildikdə çəkisinin 15 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana bükülü ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış, bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs da, zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Murad Əhmədovun idarə etdiyi “Mersedes C200” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs, Mehdi Ağayevə və Murad Əhmədova izah olunmuşdur ki, avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, təqdim etsinlər. Təqsirləndirilən şəxs, Mehdi Ağayev və Murad Əhmədov avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişlər. Daha sonra Murad Əhmədovun idarə etdiyi “Mersedes C200” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi Təqsirləndirilən şəxs da, tanış olmuş və imzalamışdır. Onlar həmin vaxtı qurudulmuş marixuananı qablaşdırması ilə birlikdə çəkmiş və bu səbəbdən də, narkotik vasitənin çəkisi 15 qram olmuşdur, lakin ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıyam. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, Mehdi Ağayevə və Murad Əhmədova hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət Eminin, Mehdinin və Muradın öz razılığı ilə olunmuşdur. Həmin vaxtı onlara qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Şamaxı rayon polis şöbəsinin X2 polis sahə rəisi vəzifəsində işləyir. 26 may 2023-cü il tarxdə Saatlı rayonu, Sarıcalar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən də 26 may 2023-cü il tarxdə saat 00 radələrində o, Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Şamaxı rayon Mədrəsə qəsəbəsinə gedən yolun yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğu üçün sonuncunu Şamaxı RPŞnə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmiş, RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən əvvəlcədən üzərində gəzdirdiyi ağ rəngli kağıza bükülmüş bir ədəd büküm aşkar aşkar edilmiş, daha sonra aşkar edilmiş bir ədəd ağ rəngli kağıza bükülmüş büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə heroin olan bir ədəd ağ rəngli kağıza bükülmüş büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid9 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə saat 23:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 24 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Biləsuvar RPŞ-nin MSY-dən azad edilmişdir. Eyni zamanda,“Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 00:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 26 may 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa cibindən bir ədəd ağ kağızın içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə, sol yan cibindən “Samsunq A3” smartfon markalı mavi rəngli mobil telefon sağ yan cinindən isə 20 manat pul aşkar olunmuş və həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş ağ kağızın içərisində olan kütlə heroin ona məxsusdur. “Şəxsi axtarış və götürmə haqqında” 22 may 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir “Kapital” banka məxsus plastik kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki gödəkçənin sol yan cibindən şəfaf sellofana bükülmüş içərisində qurudulmuş marixunaya bənzər ot kütləsini təqdim etmiş və İmişli rayonunda yol kənarında olan avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satıldığı mağazanın qarşısından taparaq üzrəində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli, 6/3032 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş “....üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .......” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,501 qram olan açıq rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,501 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,451 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli, 19/569 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 13,408 qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 13,408 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 13,358 qramdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata təqdim edilmiş qalıq çəkisi 0,451 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata təqdim edilmiş qalıq çəkisi 13,388 qram marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar RPŞ-də olan maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. İş materiallarında olan Cinayət işinin birləşdirilməsi haqqında 11 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilərək cinayət təqibi ********* nömrəsi ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 iyul 2023-cü il tarixli, 4801 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Saatlı rayonu Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə müçayəndəsi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Cəfərxan kəndində qeydiyyatda olmaqla Saatlı rayonu Sarıcalar kəndində yaşayır və subaydır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 22 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 0,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 13,358 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 26 may 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 0,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 13,358 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-71/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-71/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver