Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-73/2021 27.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 21.11.1985-ci il tarixdə Kəlbəcər rayon Qalaboyun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2 uşaq atası, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Kəlbəcər rayon Qalaboyun kəndində qeydiyyatda olmaqla hazırda Şamaxı rayon Şəhriyar qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə saat 12 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı ərazisinin yaxınlığında otlaq sahəsində heyvanlarını otardığına görə həmin heyvanları qeyd edilən sahədən çıxarması ilə bağlı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı yumruq və təpiklə sonuncunu qəsdən vuraraq ona boynun sol yan səthinin kürək hissəyə keçən hissəsinin geniş həcmli qançırı və sağ diz qapağının sıyrığı ilə müşahidə olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən və qəsdən Zərərçəkmiş şəxs itələyib yerə yıxmaqla ona sol dirsək nahiyəsinin hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onlar 1993-cü il tarixdən Kəlbəcər rayonundan köçkün düşərək Şamaxı rayon Şəhriyar qəsəbəsində fermada məskunlaşmışlar. Hal-hazırda onlar həmin fermada heyvandarlıqla məşqul olaraq ailələrini saxlayırılar. O və onun ailəsi Zərərçəkmiş şəxs ilə qonşu yerlərdə yaşayırlar. Onun və ailəsi ilə Zərərçəkmiş şəxs arasında münasibtlər həmişə yaxşı olub, aralarında dava-dalaş və mübahisə olmamışdır. 28 fevral 2021-ci il tarixdə, saat 12 radələrində o, fermanın yaxınlığında heyvan otaran zaman Zərərçəkmiş şəxs ona yaxınlaşıb demişdir ki, «burdan heyvanlarını çıxar, bura mənim yerimdir». O, da cavabında Zərərçəkmiş şəxs demişdir ki, “bura sənin yerin deyil”. Həmin yer Şamaxı rayon sakini olan Amid adlı şəxsə məxsusdur və Amid özü ona həmin ərazidə heyvan otarmağına icazə vermişdir. Sonra Zərərçəkmiş şəxs təkidlə ona demişdir ki, «burdan heyvanarı çıxar». Bu səbəbdən aralarında Zərərçəkmiş şəxs ilə mübahisə yaranmışdır. Lakin, o, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs gedərkən yıxılaraq özü-özünə xəsarət yetirib ona demişdir ki, “səni şərləyib tutduracam”. O, ümümiyyətlə Zərərçəkmiş şəxs yaxınlaşmamış, çünki, o, Gülbadənin onu qıcıqlandırıb ona nə isə etməsini istədiyini bilmiş, buna görə də ona yaxınlaşmasa da, özü-özünü yerə yıxmışdır. Sonra da ondan əsassız olaraq şikayət etmişdir. Zərərçəkmiş şəxs o, vurmamışdır. Onların aralarında yalnız söz mübahisəsi olmuşdur. Zərərçəkmiş şəxs özü yerə yıxılaraq bildirmişdir ki, «səni şərləyib tutduracam». Hətta onu da demişdir ki, o, Gülbadənin necə yerə yıxılmasını da dəqiq görə bilməmiş, çünki, heyvanlarına nəzarət edəndə bir də görmüşdür ki, Gülbadə yerə yıxılıb. Ola bilsin ki, özü yerə yıxılanda qolu əzilmişdir. Lakin, o, tam əminliklə deyir ki, o, Gülbadəyə heç nə etməmişdir. Həmin vaxt onların yanlarında heç bir şəxs və ya şəxslər olmamışdır. Lakin, kənarda bir neçə şəxslər olmuşdur, belə ki, Amid adlı şəxs, bacısı Günay və anası Şahid1 kənardan hadisəni dəqiqliklə görmüşlər. Zərərçəkmiş şəxs ilə onun arasında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs özünü yerə yıxdıqdan sonra o da oradan getmişdir. Həmin vaxt bundan başqa orada heçnə olmamışdır. Zərərçəkmiş şəxs ilə onun arasında münasibətlər həmişə yaxşı olub, aralarında davadalaş və mübahisə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Laçın rayonundan köçkün düşəndən sonra ailəsi ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində məskunlaşmışdır. Təqsirləndirilən şəxs da Şəhriyar qəsəbəsi ərazisində məskunlaşmışdır. Təqsirləndirilən şəxs ilə qız qohumluqları olmuşdur. 28 fevral 2021-ci il tarixdə, saat 12 radələrində o, evində olan zaman həyətdə heyvan səsi eşidib həyətə çıxanda görmüşdür ki, Təqsirləndirilən şəxs öz qoyun heyvanlarını onun həyətində otarır. O, Təqsirləndirilən şəxs irad bildirərək heyvanlarını həyətindən çıxarıb başqa yerdə otarmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə onun iradlarına baxmayaraq öz heyvanlarını həyətdən çıxartmayıb öz sözləri ilə özünə haqq qazandırmağa başlamışdır. O, Təqsirləndirilən şəxs öz heyvanlarını həyətindən çıxartmadığını görüb özü onun heyvanlarını həyətindən çıxartmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs onun heyvanları çıxartmasına mane olduğuna görə də aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə vaxtı Təqsirləndirilən şəxs ona daha da yaxınlaşaraq gözləmədiyi halda boynunun sol tərəfindən yapışaraq zərbə ilə onu yerə yıxmış, yerə yıxılanda müvazinətini saxlaya bilmədiyi üçün sol qolu altında qalıb əzilmiş, o, qışqırmağa başlamış, lakin Təqsirləndirilən şəxs onun qışqırmasına əhəmiyyət vermədən onun yerdə yıxılmış vəziyyətdə olmasından istifadə edib təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmuş, o, da qışqırıb köməyə adam çağırdığı üçün kənar şəxslərin gəlib topalaşacağını bilən Təqsirləndirilən şəxs heyvanlarını da həyətindən çıxarıb getmişdir. Həmin hadisə 28 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində məskunlaşdığı evin həyətində baş vermiş və həmin hadisə mübahisə ilə birlikdə 15 dəqiqə ərzində davam etmişdir. Hadisə vaxtı azyaşlı oğlu Elsevər yanlarında olmuşdur. Ətrafda kimisə görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində ağac parçası olsa da, o, həmin ağacla onu vurmamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu yumruq və təpiklərlə vurmuşdur, onu yerə yıxanda da sol qolu altında qalıb əzilmişdir. Hadisə evlərinin həyətində baş vermişdir. Evlərinə gələn yol əsas magistral yolda Azpetrolun yanından gəlir, Azpetrol evlərindən təxminən 500-600 metr aralıda yerləşir. Sadəcə oğlu DİN-in 102 xidmətinə zəng edib məlumat verərkən evlərinin ünvanı kimi dəqiq göstərmək üçün Azpetrolun yanından dönən yolu qeyd edərkən fikrini düzgün izah edə bilməyib Azpetrolun yanında olmasını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və məhkəmədən cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, halhazırda anası Zərərçəkmiş şəxs ilə birlikdə Şəhriyar qəsəbəsində yaşayırlar. Təqsirləndirilən şəxs ailəsi ilə qonşuluqda yerləşən fermada məskunlaşmışlar. Təqsirləndirilən şəxs və onun ailə üzvüləri ilə onların ailəsi arasında münasibətlər həmişə yaxşı olmuşdur. Aralarında dava-dalaş və mübahisə olmamışdır. 28 fevral 2021-ci il tarixdə, saat 12 radələrində öz binalarının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs özünə məxsus olan xırda buynuzlu heyvanları onların həyətinin yaxınlığında otaran zaman anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, heyvanları o, tərəfdə otarsın. Lakin Təqsirləndirilən şəxs heyvanları onların evinin yaxınlğından uzaqlaşdırmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Mübahisə vaxtı Təqsirləndirilən şəxs anası Gülbadəyə yaxınlaşaraq onu yerə yıxıb təpiklə yumruqla vurmuşdur. Sonra o, evlərində olan mobil telefonu ilə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra isə anası Zərərçəkmiş şəxs bu barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs yerə yıxaraq təpiklə yumruqla onu vurmuşdur. Həmin ərazidə anası, o və Təqsirləndirilən şəxs başqa heç bir şəxs olmamışdır. Anası Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş davadalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verməsədə onların yaşadıqları ünvana yol həmin yerdən keçdiyindən demiş, məntəqə onlardan xeyli uzaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 28 fevral 2021-ci il tarixdə saat 12 radələrində o, evində olan vaxtı, oğlu Vüqar evinin yaxınlığında yerləşən otlaq sahədə heyvanları otarmış, həmin vaxtı, o, evin həyətində olanda evdən bir qədər aralıda yerləşən Gülbadənin evinin yanında oğlu Vüqarın heyvanları əsəbi halda evinə tərəf qaytardığını görüb nə baş verdiyini soruşmaq üçün həyətdən otlaq sahəyə gəlib Vüqardan nə baş verdiyini soruşmuş, Vüqar da demişdir ki, heyvanları otaran zaman Zərərçəkmiş şəxs yaxınlaşıb ona deyib ki, “burdan heyvanlarını çıxar bura mənim yerimdir”, o da Zərərçəkmiş şəxs deyib ki, “bura sənin yerin deyil”, bu səbəbdən onunla Gülbadə arasında mübahisə yaranmış, lakin, o, Zərərçəkmiş şəxs vurmamışdır, Zərərçəkmiş şəxs özü yıxılaraq özü-özünə xəsarət yetirib Vüqara deyib ki, “səni şərləyib tutduracam”. O, da öz evinə qayıtmışdır. Həmin vaxtı ətrafda və onların yanında kimsə olmamışdır. O, hadisə yerinə gedəndə qızı Günay onunla birlikdə olmuş, başqa heç kim olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 29 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 01 mart 2021-ci il tarixli, 50 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-boynun sol yan səthinin kürək hissəyə keçən hissəsinin geniş həcmli qançırı, sol dirsək nahiyyəsinin qançırlı hematoması və sağ diz qapağının sıyrığı küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 28.02.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir, xəsarətlərdən boynun qançırı və sağ diz qapağının sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Sol dirsək nahiyyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa "Yüngül" zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 mart 2021-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 aprel 2021-ci il tarixli 248 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü , Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkolji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 15 may 2021-ci il tarixli 154 nömrəli arayışından görünür ki, Qasımov X4 rayonunda qeydiyyatdadır, hal-hazırda Şəhriyar qəsəbəsində 1960-cı il təvəllüdlü X6, 1962-ci il təvəllüdlü Şahid1 Dillən qızı, 1987-ci il təvəllüdlü X1, 2013-cü il təvəllüdlü X8 və 2015-ci il təvəllüdlü X3 ibarət ailə üzvləri ilə Şamaxı rayon Şəhriyar qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Qasımov X5 qəsəbəsində yaşamış, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 19 may 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu vurmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, bunu məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla (zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi) tam təsdiq olunmuşdur ki, 28.02.2021-ci il tarixdə saat 12 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxsin Vüqarın heyvanlarını başqa şəxsə məxsus olan torpaq sahəsindən çıxarmasını tələb etməsindən sonra münaqişənin başlanmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə tərbiyələndirmə habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları, eləcə də Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının aşağı həddə təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349,351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-73/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-73/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver