Məhkəmə qərarları › İş №1(074)-73/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-73/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-73/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroin və metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində daşımış, 07 may 2022-ci il tarixdə saat 21:10 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 21:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibində siqaret qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,244 (sıfır tam mində iki yüz qırx dörd) qram qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin və tərkibindəki təsiredici maddənin miqdarı 0,04(sıfır tam yüzdə dörd) qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli həb-narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 06 may 2022-ci il tarixdə əvvəllər Bakı şəhərində tanış olduğu və üzdən tanıdığı şəxslə əlaqə saxlamış, həmin şəxs Şamaxı şəhərindən keçərək Qəbələ rayonuna gedəcəyini bildirmişdir. O, həmin şəxsin ona narkotik vasitə gətirməsini bildirmiş, həmin şəxs Şamaxı şəhərinə çatan zaman, Şamaxı şəhəri ərazisində olduğunu söyləmiş, o, Şamaxı restoranının yaxınlığına gedərək həmin şəxsdən iki büküm heroin və iki bütöv, bir para həb almışdır. O, heroinin bir bükümünü həmin vaxtı istifadə etmiş, yerdə qalan bir büküm heroini, həbləri və narkotik vasitəni qəbul etdiyi borucuğu siqaret qutusuna qoyaraq yaşadığı qəsəbədə hərbi hissənin arxasında gizlətmişdir. 07 may 2022-ci il tarixdə saat 21:00 radələrində o, həmin narkotik vasitəni qəbul etmək üçün gizlətdiyi yerdən götürdükdən sonra ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduğunu ona bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şüphəli olduğunu ona bildirmiş, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara söyləmişdir. Həmin şəxslər onu Şamaxı rayon Polis şöbəsinə dəvət etdikdə o, onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmiş, Şamaxı RPŞ-nin inzibati binasında mobil telefon ilə videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirtmişlər. Üzərinə baxış keçirərkən əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar olunmuş, polis əməkdaşları həmin aşkar olunmuş üzərinə “rothmons” yazılmış siqaret qutusunu açaraq içərisinə baxdıqda, qutunun içərisindən bir ədəd dəmir borucuq, siqaret sellofanında 2 bütöv bir para həb və siqaret sellofanında siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərəsindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmiş, onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərəsində narkotik maddə olan heroin, həblər və dəmir borucuq olan siqaret qutusunu polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişdirlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. O, əvvəllər tanıdığı Bakı şəhər sakini Vüqar adlı şəxs ilə vhatsapp vasitəsi ilə bir neçə dəfə yazışmış, Vüqar adlı şəxs həftə ərzində bir dəfə Qəbələ istiqamətinə gedən zaman ona rus nömrəsi ilə yazaraq Bakı şəhərindən çıxdığını və Qəbələ istiqamətinə getdiyini, narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, o, da ona narkotik vasitə lazım olanda almaq istədiyini bildirdiyindən Şəhriyar qəsəbəsi yaxınlığında onunla görüşmüş və 10(on) manat müqabilində bir büküm narkotik vasitə olan heroin, psixotrop maddə olan metodonun bir dənəsini isə 15(on beş) manata almışdır. Vüqar adlı şəxs rus nömrəsi işlətdiyi üçün onun nömrəsini telefonundan sildiyindən həmin nömrəni xatırlamır. Bundan başqa o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə həmin narkotik vasitələri istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadə verib göstərdi ki, 07 may 2022-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 07 may 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Şahid2 ilə birlikdə Şəhriyar qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etmiş, və o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərinə “rothmans” yazılmış siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda qutunun içərisindən bir ədəd dəmir borucuq, siqaret selofandında 2 bütöv bir para həb və siqaret sellofanında siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüş və götürülən narkotik vasitə baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmişdir, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 07 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan baxış və götürmə haqqında 07 may 2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması barədə protokoldan və diskdən görünür ki, 07 may 2022-ci il tarixdə saat 21:50-dən başlayaraq Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “rothmans” yazılmış siqaret qutusu aşkar edilmiş, həmin aşkar olunmuş üzərinə “rothmans” yazılmış siqaret qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisindən bir ədəd dəmir borucuq, siqaret sellofanında bir ədəd “Metadon 40” həbi aşkar edilmiş, həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 08 may 2022ci il tarixli 6/2662 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi – 0,244 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı 0.04 qram təşkil edir. Heroinin təmiz çəkisi 0,244 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,194 qram, metadon həbinin saylı 1 ədəd tədqiqata sərf edildi ½ hissə, qalıq ½ hissə həb, tramadol həbinin sayı 1 ədəd və ¼ hissə tədqiqata sərf edfildi ½ hissə və ¼ hissə qalıq ½ hissə həb. Aparılmış tədqiqatın məbləği 65 manatdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli 2461 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyun 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdıırlması cəzası saxlanılmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbəsi İƏD-si üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, özünü qəsəbədə layiqli bir gənc kimi göstərmiş, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə ağsaqqalarının və ağbirçəklərinin hörmətini qazanmışdır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 16 iyun 2022-ci il tarilxi 290 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 1961-ci il təvəllüdlü atası X3, 1957-ci il təvəllüdlü anası X2, 1990-cı il təvəllüdlü həyat yoldaşı X5, qızları 2009-cu il təvəllüdlü X4, 2010-cu il təvəllüdlü X6 və oğlu 2015-ci il təvəllüdlü X8 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 27 iyul 2022-ci il tarixli 326-197063/5 saylı məktubunda göstərilir ki, məhkum Təqsirləndirilən şəxs hazırda şöbənin qeydiyyatında olmaqla cəza çəkir və 27 iyul 2022-ci il tarixə hökm üzrə təyin edilmiş cəzasının 11 ay 15 gününü çəkmiş, 1 il müddət amnistiya aktının təsiri altına düşdüyü üçün azaldılmışdır. Cəzasının çəkişməmiş hissəsi 6 ay 11 gün təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və öhdəsində 1 nəfər azyaşlı, 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 1(074)- 41/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 6 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən, 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,194 qram heroin, ½ hissə metadon həbi, ½ hissə tramadol həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 1(074)- 41/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 6 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 7(yeddi) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,194 qram heroin, ½ hissə metadon həbi, ½ hissə tramadol həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar