Məhkəmə qərarları › İş №1(074)-73/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-73/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-73/2025 29.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət əməlini törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 28 sentyabr 2025-ci il tarixdə saat 23 radələrində Şamaxı rayonu, Həmyəli kəndində “Talva” adlanan ərazidə şəxsi münasibətlər zəminində qaynı Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşərək, sonuncunun alt dodaq hissəsinə bir dəfə yumruqla vuraraq, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan yaraları və qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Beydulla adlı şəxs ilə əvvəllər münasibəti yaxşı olub, aralarında heç bir ədavət, dava və ya mübahisə baş verməyib. Beydulla adlı şəxs onun arvadı Səadət Qafarlının qardaşıdır. Beydulla bir neçə dəfə ailə məsələlərinə müdaxilə edib, lakin o, həyat yoldaşına görə bu məsələlərin üstünə getməyib. Həmişə Beydullaya ailə işlərinə qarışmamasını desə də, o, buna məhəl qoymayıb və ailə münasibətlərinə qarışmaqda davam edib. 28 sentyabr 2025ci il tarixində saat 23 radələrində o, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən evində olarkən qaynı Beydulla “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq, Həmyəli kəndində yerləşən “Talva” adlı ərazidə söhbət etmək istədiyini bildirib. O da razılaşıb və bir neçə dəqiqə sonra həmin ərazidə görüşüblər. Görüş zamanı bir qədər söhbət ediblər. Söhbət zamanı Beydulla ona bacısı Saadəti incitməməsini deyib. O isə cavabında həyat yoldaşını incitmədiyini, lakin ailə işlərinə qarışmamasını bildirib. Bu zaman aralarında yaranan mübahisə əsnasında Beydulla onun köynəyindən tutduğu üçün o, Beydullanın üzünə bir dəfə yumruq vurub. Zərbə Beydullanın alt dodağına dəyib və o, yerə yıxılıb. Bir neçə saniyə sonra Beydulla özünü toparlayaraq yerdən qalxıb. Daha sonra o, hadisə yerindən çıxaraq evinə qayıdıb. Bir neçə saat sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Şamaxı rayon polis şöbəsinə müraciət edib. Həmin hadisə zamanı Beydulla adlı şəxsin alt dodağına bir dəfə yumruqla zərbə endirmiş, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə zamanı hadisə yerində ondan başqa yalnız Beydulla olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə zamanı Beydulla adlı şəxs onun yaxasından yapışıb, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə təxminən bir-iki dəqiqə ərzində davam etmiş, həmin gün mübahisə olsa da, döyülməmiş, sadəcə hər ikisi bir-birlərinə əl-qol atmışlar. Bu səbəbdəndə həyəcanlı olduğu üçün döyüldüyü barədə məlumat vermişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Camil adlı şəxs ilə əvvəllər münasibəti yaxşı olub, aralarında heç bir ədavət, dava və ya mübahisə olmayıb. Camil adlı şəxs onun bacısı Səadətin əridir. Onlar 2019-cu ildən ailəlidirlər və birgə nikahdan iki övladları var. Əvvəl evdə bacısı ilə Camilin arasında mübahisələr yarandığı üçün o, bacısının tərəfini saxlayıb və bu səbəbdən Camil ilə aralarında fikir ayrılığı yaranıb. 28 sentyabr 2025-ci il tarixində saat 23 radələrində Şamaxı şəhərindən rayonunun Həmyəli kəndinə qayıdarkən, o, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Camil adlı şəxsə kənddə görüşmək istədiyini yazıb. Camil də razılaşıb. Həmin tarixdə o, Şamaxı rayonu, Həmyəli kəndinə gedən yolun “Talva” adlanan ərazisinə təkbaşına gedib. Orada olarkən yeznəsi Camil də gəlib. Hadisə yerində o, yeznəsinə bacısını incitməməsini bildirib, Camil isə ona ailə işlərinə qarışmamasını deyib. Daha sonra aralarında söhbət gedərkən mübahisə yaranıb. Mübahisə zamanı Camil adlı şəxs ona bir dəfə yumruq vurub. Zərbə onun alt dodağına dəyib və o, huşunu itirərək yerə yıxılıb. Sonra özünə gələrək yerindən qalxıb. O, qalxdıqdan sonra Camil hadisə yerindən uzaqlaşıb. Təxminən bir saat sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Şamaxı rayon polis şöbəsinə müraciət edib. Sonra isə baş vermiş hadisə barədə həmkəndlisi Məhərrəm Qafarova məlumat verib. Həmin hadisə zamanı Camil adlı şəxsə qarşı heç bir hərəkət etməmişdir. Hadisə zamanı hadisə yerində ondan başqa yalnız Camil olub. Sonradan baş verən hadisəni Məhərrəm Qafarova demişdir. Həmin hadisə zamanı Camil adlı şəxs onun alt dodağına bir dəfə yumruq zərbəsi endirib, başqa heç bir hadisə baş verməyib. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam edib. Camil ilə mübahisə etsə də, onu döyməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Dəyanat oğlu və Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olub, aralarında heç bir ədavət, dava və ya mübahisə baş verməyib. Camil adlı şəxs Beydulla adlı şəxsin bacısı Səadətin həyat yoldaşıdır. Onlar 2019-cu ildən ailəlidirlər və birgə nikahdan iki övladları var. Əvvəllər evdə Camil ilə həyat yoldaşı Saadət arasında ailədaxili mübahisələr olduğuna görə Beydulla da bacısı Saadətin tərəfini saxlamışdır. 29 sentyabr 2025-ci il tarixində gecə saatlarında o, Şamaxı rayonu, Həmyəli kəndində yaşadığı evdə olarkən, Beydulla onun evinə gəlib çölə çağırıb və 28 sentyabr 2025-ci il tarixində saat 23 radələrində baş vermiş hadisə barədə məlumat verib. Beydulla ona bildirib ki, həmin tarixdə Şamaxı şəhərindən Həmyəli kəndinə qayıdarkən, yeznəsi Camil ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb və bacısına görə kənddə görüşmək istədiyini yazıb. Camil də görüşməyə razılıq verib. Daha sonra Beydulla təkbaşına Şamaxı rayonu, Həmyəli kəndinə gedən yolun “Talva” adlı ərazisinə gedib. Orada olarkən yeznəsi Camil də gəlib. Həmin yerdə olduqları zaman Beydulla ona bacısını incitməməsini deyib, Camil isə ona ailə işlərinə qarışmamasını bildirib. Söhbət zamanı aralarında mübahisə yaranıb və mübahisə zamanı Camil adlı şəxs Beydullanın alt dodağına bir dəfə yumruqla zərbə vurub. Beydulla zərbədən sonra huşunu itirərək yerə yıxılıb, daha sonra özünə gələrək yerdən qalxıb. Beydullanın sözlərinə görə, Camil hadisə yerindən uzaqlaşıb, o isə bir qədər sonra həmin yeri tərk edib. Təxminən bir saat sonra, yəni 29 sentyabr 2025-ci il tarixində Beydulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Şamaxı rayon polis şöbəsinə müraciət edib. Həmin hadisə zamanı hadisə yerində olmadığından, Beydulla və Camil adlı şəxslərə qarşı heç bir hərəkət etməmişdir. Hadisə yerində olmamış, lakin Beydullanın deməsinə görə, hadisə zamanı orada yalnız Beydulla və Camil olmuş, başqa heç kim olmamışdır. Həmin zaman hadisə yerində olmadığı üçün ona qarşı heç bir qanunsuz hərəkət edilməyib. Sadəcə Beydulla ona baş vermiş hadisə barədə ətraflı məlumat verib. Beydullanın dediyinə görə, hadisə təxminən bir-iki dəqiqə ərzində davam edib. Camil adlı şəxsin Beydulla tərəfindən döyülməsi barədə onun hər hansısa bir məlumatı olmayıb. Həmçinin Camil ona bu barədə heç bir məlumat verməyib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin İsmayıllı rayon şöbəsinin 29 sentyabr 2025-ci il tarixli, 333 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan yaraları və qansızması bərk küt əşya(alət) təsirindən törənməklə, qərarın təsviri hissəsində göstərilən və Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxsin 01 oktyabr 2025-ci il tarixli, 18-1-72/2-1678/2025 saylı məktubundan görünür ki, Şamaxı rayonu, Həmyəli kəndində yaşayan Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Polikilinika şöbəsinin Narkoloji və Ruhi Əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 oktyabr 2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur. Əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar