Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-74/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, məhkumluğu olmayan, Şamaxı şəhəri Həzi Aslanov küçəsi 10 a saylı evdə qeydiyyatda olan, Şamaxı şəhəri M.Hadi küçəsi 110 saylı binanın 46 saylı mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 04 may 2022-ci il tarixdə saat 12 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri Nəriman Nərimanov küçəsində yerləşən təkər təmiri sexinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 13:05 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,202 (sıfır tam mində iki yüz iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 04 may 2022-ci il tarixdə səhər vaxtı təxminən saat 09:00 radələrində o, Şamaxı şəhəri avtovağzal dairəsinin yaxınlığında yerləşən heyvan bazarında qaynaq işləri görmək üçün, həmin vaxtı yaşadığı evdən çıxıb yola düşmüşdür. Şamaxı rayonu avtovağzal dairəsində avtobusdan düşüb, heyvan bazarı istiqamətində piyada tək halda getməyə başlamış, heyvan bazarına çatmağa təxminən yüz metr məsafə qalmış yerdə yolun kənarında siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm görmüşdür. Həmin vaxtı, yerdəki bükümün içərisində nə olması marağına səbəb olduğundan, əyilib yerdən bükümü götürmüş və həmin bükümü açıb içərisinə baxdıqda, bükümün içərisində açıq qəhvəyi rəngli maddə olmasını görmüşdür. O, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə bükümdə olan həmin maddənin kakos adı ilə tanıdığı narkotik vasitə olan heroin olmasını bilmişdir. O, arabir tapanda heroin istifadə etdiyi üçün, tapdığı həmin heroini gələcəkdə ehtiyacı olarsa istifadə etmək üçün əynindəki qara rəngli cins şalvarının sol yan cibinə qoyub gizlətmiş, daha sonra yoluna davam edib işi ilə məşğul olmuşdur. Həmin vaxtı onun bükümü götürüb içərisində narkoptik vasitə olmasını bilib cibində gizlətməyini kənar kimsə görməmiş və bilməmişdir o, da bu barədə kiməsə bildirməmişdir. Həmin tarixdə təxminən saat 12 radələrində ailə üzvlərindən zəng edib, ev üçün çörək almasını tapşırmışlar. Buna görə də, işini yarımçıq qoyub, yola çıxmış və avtobusla Şamaxı şəhəri Nərimanov küçəsində yerləşən təkər təmiri sexinin yaxınlığına gəlib avtobusdan düşüb, çörək almaq üçün mağazaya doğru piyada tək halda hərəkət etməyə başlamış, həmin vaxtı tapdığı narkotik vasitə də üzərində olmuşdur. Yolda piyada gedərkən həmin vaxtı mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını və onun üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin polis əməkdaşları onun şübhəli olduğuna görə onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, buna etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, yolda gələrkən üzərindəki narkotik vasitəni kənara atmağa imkan tapa bilməmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı Şəmşir müəllim onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onun şübhəli şəxs qismində tutulduğunu qeyd etmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını ona təqdim etmiş, onun həmin siyahıdan seçdiyi vəkil Əlisa müəllim dəvət edilmiş, daha sonra ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakları ilə mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirilərkən, onun əynində olan qara rəngli cins şalvarımın sol yan cibində gümüşü kağıza bükülmüş bir ədəd büküm aşkar edilmiş, polis əməkdaşları gümüşü kağıza bükülmüş bükümü açdıqda, içərisindən açıq qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilmişdir. Daha sonra onun üzərində əynindəki geyimlərdə baxış davam etdirilsə də, başqa qanunsuz əşya və narkotik vasitə aşkar edilməmiş, bundan sonra onların iştirakları ilə onun üzərindən aşkar edilib götürülmüş və içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi va protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini gələcəkdə lazım olarsa özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Onun həmin narkotik vasitəni üzərində gəzdirməkdə başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, indiyə kimi də belə bir işlə məşğul olmamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini kiməsə satmaq niyyəti olmamış, həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Feruz ifadə verib göstərdi ki, 04 may 2022-ci il tarixdə Şamaxı RPŞ-də xidmətdə olduğu vaxtı ona Şamaxı rayon sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yəni narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, buna görə o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək və narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, bundan sonra şöbə rəhbərliyinin göstərişinə əsasən 04 may 2022-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. 04 may 2022-ci il tarixdə, axşam saat 12 radələrindən başlayaraq o, rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Şamaxı şəhəri Nərimanov küçəsi ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxtı, Təqsirləndirilən şəxs Şamaxı şəhəri Nərimanov küçəsi ərazisində yerləşən təkər təmiri sexinin yaxınlığında yolun kənarında şübhəli hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində narkotik vasitə və ya cinayət xarakterli digər əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını onlara bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, da onlara etiraz etməyib heç bir müqavimət göstərməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Şəmşir Şirinovun xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması elan edilmiş, daha sonra dəvət edilmiş Müdafiəçi, o, və CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, aparılmış baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmaması soruşulmuşdur, Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd büküm aşkar olunmuş, həmin büküm açıldıqda bükümün içərisindən narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisində olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir ona məxsusdur və həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsi davam etdirilsə də, onun üzərində və geyimlərində qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar Şamaxı şəhəri Nərimanov küçəsi ərazisində yerləşən təkər təmiri sexinin yaxınlığında saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilən zaman o, özü bildirmişdir ki, həmin narkotik vasitə bükümünü tapmışdır, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir əməliyyat məlumatı əldə edilməmişdir. Təqsirləndirilən şəxs tutularkən tək halda olmuş, yanında və ətrafında heç kim olmamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin gəzdirməsindən yaxınları, tanışları və ailə üzvlərindən kimlərinsə məlumatının olması və kimlərəsə narkotik vasitədən verməsi faktı müəyyən edilməmiş, bu barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Feruz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutma haqqında 04 may 2022-ci il tarilxi protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşduir. İş materiallarında olan 04 may 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, 04 may 2022-ci il tarixdə saat 13:05dən başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibində gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə saxladığı narkotik vasitə olan heroin aşkar edilmiş, həmin sellofan bükümdə olan qeyd edilən maddə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2022-ci il tarixli “6/2579” nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº73" dairəvi möhür əksi olan "Şamaxı şəhəri, H.Aslanov küçəsi 10A-da qeydiyyatda olan.... Təqsirləndirilən şəxs üzərindən..." sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,202 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroinin təmiz çəkisi 0,202 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,152 qramdır. Aparılmış tədqiqatın dəyəri 65,0 manatdır. İş materiallarında olan 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 may 2022-ci il tarixli 1276 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 14 noyabr 1987-ci il təvəllüdlü X3, oğlanları 22 dekabr 2011-ci il təvəllüdlü X4 və 11 iyun 2013-cü il təvəllüdlü X2 ilə Şamaxı şəhəri A.Səhhət küçəsi 10 a saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şıifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 21 may 2022-ci il tarixli 2672 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 iyul 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Bakı şəhəri Suraxanı rayon Xalq Məhkəməsinin 26 mart 1996-cı il tarilxi qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən 2 ay 4 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin 24 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 16 aprel 2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Şamaxı rayon Məhkəməsinin 13 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66, 93.1.4-ci maddələri tətbiq edilməklə 2 il azadlıqdan məhrum edilmişdir. 21 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçməklə məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və öhdəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,152 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,152 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-74/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-74/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver