Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-75/2022 19.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 139 saylı evdə qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Şamaxı şəhər ərazisində daşımış, 23 fevral 2022-ci il tarixdə, saat 17 radələrində Şamaxı şəhəri, Koroğlu küçəsində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 17:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən qara rəngli gödəkçəsinin sol qoltuq cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,958 (beş tam mində doqquz yüz əlli səkkiz) qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 139 saylı evdə qeydiyyatda olsa da, ünvan 2 ünvanında olan evində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, küçəyə çıxan zaman nənəsinin evindən bir qədər kənarda ayağı yerdə olan kibrit qutusuna dəymiş və o, əyilərək həmin kibrit qutusunu götürmüş, kibrit qutusunu açaraq içərisinə baxdıqda, qutunun içərisində marixuana olduğunu görüb həmin qutunu əynindəki qara rəngli gödəkçənin sol qoltuq cibinə qoymuşdur. Həmin vaxtdan polis əməkdaşları tərəfindən saxlanılan vaxta kimi həmin kibrit qutusunda olan marixuananı üzərində gəzdirmişdir. Daha sonra 23 fevral 2022-ci il tarxdə, saat 17:00 radələrində o, nənəsinin yaşadığı evdən çıxıb marketə siqaret almağa gedən zaman küçədə mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirdirib, onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməkdaşları həmin kibrit qutusunu açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı yerdən tapan zaman yanında heç kim olmamış və üzərində narkotik vasitə daşımağı ilə bağlı heç kimin məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 23 fevral 2022-ci il tarxdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də 23 fevral 2022-ci il tarxdə, saat 17:00 radələrində RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şamaxı şəhəri Koroğlu küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğu üçün Şamaxı RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Şamaxı RPŞ-nə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol qoltuq cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd kibrit qutusu aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusu açıldıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məzuniyyətdə olduğundan məhkəməyə gəlməmişdir. Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 19 iyul 2022-ci il tarixli 188-10315- 1223 saylı məktubdan görünür ki, NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 şahid qismində çağırılmış, lakin 01 iyul 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək növbəti məzuniyyətə buraxıldığından iştirakı təmin edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 23 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 fevral 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, 23 fevral 2022-ci il tarixdə saat 17:50-dən başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və onun əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüş, həmin kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 7/180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,958 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5,958 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq-5,938 qramdır. Aparılmış tədqiqatın dəyəri 72,0 manatdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in 13 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1829 №li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 17 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 16 iyun 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 12:10-da tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİS-in 16 iyun 2022-ci il tarixli 903 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 139 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində 59 saylı Mənzil Kommunal İstismar Sahəsinə yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, sonuncunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək və 16 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək olan həbsdə olduğu 4 gün müddət 8 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,938 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək və 16 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək olan həbsdə olduğu 4 gün müddət 8 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 22(iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 72,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 5,938 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-75/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-75/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver