Məhkəmə qərarları › İş №1(074)-76/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-76/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-76/2022 21.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 7 uşaq atası, işsiz, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsi, 15 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə Şamaxı rayonu, Qonaqkənd kəndi ərazisində yerləşən X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən Zərərçəkmiş şəxs məxsus “URAL-375 yük markalı” **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dəmir materialdan olan yük yerini (kuza) kəsici qurğu ilə hissələrə doğrayaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs məxsus 2000 (iki min) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 02 fevral 2022-ci il tarixdə saat 16 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şamaxı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 16:50 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin kağızına bükülmüş bir ədəd büküm içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,250 (sıfır tam mində iki yüz əlli) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əvvəllər də bir neçə dəfə məhkum olunmuşdur. 26 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Şamaxı rayonu Qonaqkənd kəndinə dəmir almaq üçün gedərkən həmin vaxt o, Qonaqkənd kəndinə çatmamış boş sahədə əzik dəmir görmüşdür. Həmin vaxt boş sahədə gördüyü dəmiri doğrayaraq oraya gəldiyi, özünün idarə etdiyi avtomobilə yükləmişdir. Bundan sonra həmin doğranmış dəmiri Şamaxı rayonu ərazisində dəmirlərin alqı-satqısı ilə məşğul olan Əziz adlı şəxsə 47 manat pulun müqabilində satmışdır. 02 fevral 2022-ci il tarixdə, saat 10 radələrində ərzaq almaq məqsədilə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən bazara getmişdir. Təxminən otuz dəqiqə keçdikdən sonra bazardan çıxıb yaşadığı evə getmək üçün yaxınlıqda yerləşən avtobus dayanacağına getmişdir. Dayanacaqda dayanan zaman yerdə siqaretin kağızına bükülmüş bir ədəd büküm görmüşdür. Həmin vaxt o, ətrafa baxıb heç kimin olmadığına əmin olub yerdə olan bükümü götürüb açaraq içərisinə baxdıqda, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olduğunu görmüşdür. Yerdən tapdığı heroini daha sonra istifadə etmək üçün heroin olan bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş və həmin vaxtdan üzərində gəzdirməyə başlamışdır. 02 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində siqaret çəkmək üçün yaşadığı Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsinə çıxmışdır. Həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. O, həmin vaxt polis əməkdaşlarına etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, mo, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin kağızma bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan heroin bükümünü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o„ hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini üzərində gəzdirməkdə bşaqa heç bir məqsədi olmamışdır, sadəcə istifadə etmək üçün üzərində gəzdirmişdir. O, bir daha yuxarıda göstərdiklərini təsdiq edərək bildirmişdir ki, Şamaxı rayonu Qonaqkənd kəndində boş sahədə dəmir gördükdən sonra Şamaxı rayonu ərazisində dəmirlərin alqı-satqısı ilə məşğul olan Əziz adlı şəxsə 47 manat pulun müqabilində satmışdır. O, həmin dəmiri doğrayaraq avtomobilinin yük yerinə yükləmişdir. Daha sonra o, həmin dəmiri Əziz adlı şəxsdən götürərək Qonaqkənd kəndi ərazisində yerləşən və həmin dəmiri götürdüyü boş sahəyə yerləşdirmişdir. O, həmin dəmiri oğurlamamış, sadəcə olaraq boş sahədə lazımsız kimi hesab edib götürmüşdür. Bildirmişdir ki, o, mobil telefon işlətmir, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansısa bir mobil telefon olmamışdır. O, Şamaxı şəhər sakinləri Seyidhüseyn Seyidovu və Elçin Qəribovu bir yerli kimi tanıyır, onların hər ikisi ilə münasibəti normal olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Onu da qeyd etmişdir ki, Seyidhüseynin və Elçinin hər hansısa bir narkotik vasitələrinin istifadə edib- etməməkləri barədə bir söz deyə bilmir, həmçinin əgər narkotik vasitələrdən istifadə edirlərsə həmin narkotik vasitələri haradan əldə etməkləri barədə heç bir məlumatı yoxdur. Şamaxı şəhər sakinləri Seyidhüseyn Seyidovun və Elçin Qəribovun üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin onun üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni tərkibli olmağı barədə heç bir söz deyə bilmir, onun bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur, o, ifadəsində göstərdiyi kimi narkotik vasitə olan heroini yerdən tapmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, təqaüdçüdür, heç bir yerdə işləmir. O, Şamaxı rayonu Qonaqkənd kəndində yaşasa da bəzi vaxtlar Bakı şəhərinə gedib uşaqları ilə birlikdə qalır. 15 dekabr 2021-ci il tarixdə özü və həyat yoldaşı X1 ilə birlikdə yaşadığı Şamaxı rayonu Qonaqkənd kəndindən Bakı şəhərinə uşaqlarının yanma getmişdir. O, yaşadığı kənddə oğlu Mirqalib Əsgərova məxsus 10 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində ev tikilmədiyini, lakin həmin torpaq sahəsinə özünə məxsus URAL-375 yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı köhnə dəmir kuzasını yerləşdirdiyini bildirmişdir. 27 yanvar 2022-ci il tarixdə bacısı oğlu Şahid4 ona zəng vuraraq bildirmişdir ki, torpaq sahəsində olan həmin dəmir kuza yerində deyil. Həmin vaxt o, bacısı oğlu Natiqə demişdir ki, kəndi axtarsın bəlkə haradasa həmin dəmir kuzanı görər. Bacısı oğlu Natiq ona bildirmişdir ki, kuzanı axtarsa da tapa bilməyib. O, Natiqə demişdir ki, bu barədə polisə məlumat versin, özü də gəlir. O, bacısı oğlu Natiqin həmin oğurluq hadisəsi ilə bağlı Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etdiyini, sonra özünün də Şamaxı rayon polis şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin dəmir kuzanı Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Bundan əvvəl hər hansısa bir oğurluq hadisəsi baş verməmişdir. Həmin dəmir kuza təxminən 10 ildir ki, oğluna məxsus boş torpaq sahəsində yerləşmişdir. O, özünə məxsus URAL-375 yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı köhnə dəmir kuzasının torpaq sahəsində bütöv vəziyyətdə olduğunu, ona qaytarılan zaman hissələrə bölünmüş vəziyyətdə olsa da hissələri tam olduğunu bildirmişdir. Məhkəməyə ərizə təqdim edərək, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 02 fevral 2022-ci il tarixdə Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 02 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri C.Məmmədquluzadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində hər hansısa bir narkotik vasitənin olmadığını dedikdə, onlar onu Şamaxı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin kağızma bükülmüş büküm aşkar edilmişdir. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə heroin olan büküm baxışda iştirak edənlərin iştirakları ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib göstərdi ki, dəmir alışı ilə məşğul olur. 26 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Şamaxı şəhər sakini kimi tanıdığı Mübariz adlı şəxs onun yaşadığı evə gəlmiş və ona bildirmişdir ki, dəmir var, onu satmaq istəyir. O da Mübarizdən nə dəmiri olduğunu maraqlanmış, Mübariz ona idarə etdiyi QAZ-3110 markalı, dövlət qeydiyyat nömrəsi yadında qalmayan avtomobilin yük yerində yük avtomobilinin kuzasını göstərmiş və bildirmişdir ki, satılıq dəmir budur. O, həmin dəmir kuzanı tərəzidə çəkdiyini və kuzanın çəkisinin 130 kiloqram gəldiyini bildirmişdir. O, dəmirin bir kiloqramını 0,42 qəpiyə aldığını və cəmi Mübariz adlı şəxsə 54 manat pul verdiyini göstərmişdir. O, Mübarizdən həmin dəmir kuzanın oğurluq olubolmamasını soruşmuş, Mübariz ona bildirmişdir ki, bu dəmiri pul əvəzində Şamaxı rayonu Qonaqkənd kəndindən alıb, oğurluq dəmir deyil. O, həmişə Mübariz adlı şəxsdən dəmir aldığı üçün ona inanmışdır. O, həmin dəmir kuzanın oğurluq olmasından heç bir məlumatının olmadığını, əgər olsaydı həmin dəmir kuzanı almayacağmı göstərmişdir. Mübariz adlı şəxs həmin dəmir kuzanı ona tək satmışdır. Mübariz adlı şəxs bundan əvvəl ona müxtəlif qiymətlərə hər növ işlənmiş dəmirləri satmışdır. O, həmişə Mübariz adlı şəxsin ona satdığı dəmirlərin oğurluq olub-olmamasını dəqiqləşdirib sonra həmin dəmirləri almışdır. O, dəmirlərin alışını Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən boş sahədə həyata keçirdiyini bildirmişdir. Həmin ərazidə dəmirlərin alışını həyat keçirmək üçün hər hansısa bir rəsmi icazə və VÖEN olmamışdır. Mübariz adlı şəxs həmin kuzanı doğranmış vəziyyətdə gətirmiş, həmin kuzanı harada doğraması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Əlsahab oğlu ifadə verib göstərdi ki, xəstəliyi ilə bağlı əlillik təqaüdçüsüdür, heç bir yerdə işləmir. O, barəsində soruşulan Zərərçəkmiş şəxs onun dayısı olduğunu, onunla münasibətinin həmişə yaxşı olduğunu, aralarında ədavət və düşmənçiliklərinin olmadığını bildirmişdir. O, Şamaxı rayonu Qonaqkənd kəndində dayısı oğlu Mirqalib Əsgərova məxsus 10 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində ev tikilmədiyini, lakin həmin torpaq sahəsində dayısıgilə məxsus URAL-375 yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı köhnə dəmir kuzasının olduğunu bildirmişdir. Dayısı və ailəsi artıq Bakı şəhərində yaşadıqları üçün həmin torpaq sahəsinə nəzarət ona tapşırılmış, onun özü də hər gün həmin torpaq sahəsinə gedib baxmışdır. 26 yanvar 2022-ci il tarixdə həmin torpaq sahəsinə gedib baxan zaman orada olan dayısıgilə məxsus URAL-375 yük markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı köhnə dəmir kuzasının yerində olmadığını aşkar etmiş, həmin vaxt ətrafı nə qədər axtarsa da həmin dəmir kuzanı tapa bilmədiyindən Şamaxı rayon polis şöbəsinə həmin məsələ ilə bağlı məlumat vermişdir. Həmin günün səhəri, yəni 27 yanvar 2022-ci il tarixdə dayısı Zərərçəkmiş şəxs zəng vurub bu barədə məlumat verdikdən sonra dayısı Şakirin özünün Şamaxı rayon polis şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etdiyini göstərmişdir. O, həmin oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhələnmədiyini, bundan əvvəl hər hansısa bir oğurluq hadisəsinin baş vermədiyini bildirmişdir. İş materiallarından görünür ki, 27 yanvar 2022-ci il tarixdə Şamaxı rayonunun Qonaqkənd kəndi ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı göstərilən əraziyə baxış keçirilməklə protokol tərtib olunmuşdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli protokldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəı olan heroinə oxşar kütlə aşkar olunun götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli, 6/685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, "Azərbaycan Respublikası DİN Zərflər üçün №73" dairəvi möhür əksi olan "ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən..." sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,200 qram. Aparılmış tədqiqatın dəyəri 65,0 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 4(074)-15/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(074)-25/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə Şamaxı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 2 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 03 mart 2022-ci il tarixli, 1051 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan AZ-1 № 326049 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 09 iyul 2009-cu ildə nikahlarını bağlamışlar, ərə Ömərov, arvada Ömərova soyadı verilmişdir. İş materiallarında olan AZE 12304260 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X8 11 aprel 2007-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ömərova Gülnarədir. İş materiallarında olan AZE 12304220 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X17 04 aprel 2008-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ömərova Gülnarədir. İş materiallarında olan AZE 12304229 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X9 01 mart 2009-cu ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ömərova Gülnarədir. İş materiallarında olan AZE 12304271 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X10 28 sentyabr 2010-cu ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ömərova Gülnarədir. İş materiallarında olan AZE 12304204 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X15 09 noyabr 2013-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ömərova Gülnarədir. İş materiallarında olan AZE 12304232 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X11 15 noyabr 2015-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Ömərova Gülnarədir. İş materiallarında olan AA1222125 saylı şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, X16 14 sentyabr 2019-cu ildə doğulmuşdur. İş materiallarında olanb Şamaxı rayon X13 hüquqi şəxsin 07 dekabr 2022-ci il tarxli 1199 saylı arayışından görünür ki, 30 avqust 1985-ci il təvəllüdlü X6 6-7 həftəlik hamilədir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 4(074)- 36/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 4(074)-15/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlılğı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İş materiallarında olan “NİHAD” İstesalat Kommersiya firması tərəfindən 18 mart 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, təqdim olunmuş işlənmiş URAL-375 yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzasına 2000 manat olmaqla ümumillikdə 2000 (iki min) manat dəyər qiyməti müəyyən edilir. İş materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 may 2022-ci il tarixli, 9/2973 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən URAL-375 yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 ədəd aluminium materialından 150 kiloqramlıq, ölçüsü 1,50x3 metr olan dəmir kuzasının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2000,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Ural 375 yük markalı ** BB *** dövlət qeydiyyat nişanlı dəmir kuzasını geri almışdır. İş materiallarında olan Şamaxı rayonunun Qonaqkənd bələdiyyəsinin 29 may 2010cu il tarixli, 04 nömrəli qərarının surətindən həmin kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin X4, AA seriyalı, 144890 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən həmin URAL 375 yük markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə Zərərçəkmiş şəxs məxsus olması göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 17 iyun 2022-ci il tarixli, 271/58924/5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 1(074)-25/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın 10 ay, 17 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 1 il 4 ay 9 gün təşkil edir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöğbəsinin 15 dekabr 2022-ci il tarixli 485/58924/5 saylı məktubunda göstərilir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon Məhkəməsinin 1(074)-25/2021 saylı 17 fevral 2021-ci il tarixli hökmü ilə 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırıllması cəzasına məhkum edilmişdir. Hökm 10 mart 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum 15 mart 2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. 04 fevral 2022-ci il tarixdə məhkum ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 19 gününü çəkmiş 1 il müddət amnistiya aktının təsiri altına düşdüyü üçün azaldılmış və cəzasının çəkilməmiş hissəsi 4 ay 7 gün təşkil edir. İş materiallarında olan İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin 07 dekabr 2022ci il tarixli tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs sağ baldır sümüklərinin sınığına görə aparılmış cərrahi əməliyyat sonrakı vəziyyəti xəstə tibbi rəy almaq üçün göndəriş verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, himayəsində 7 uşağının o cümlədən 2 azyaşlı, 5 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, himayəsində 7 uşağının o cümlədən 2 azyaşlı, 5 yetkinlik yaşına çatmayan uşağının olmasını, həyat yoldaşının hamilə olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmalı, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(074)-25/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 4 ay 7 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 02 fevral 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Şamaxı rayon İcra və Probasiya şöbəsində yenidən qeydiyyata alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 115,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifat kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,200 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut URAL-375 yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı köhnə dəmir kuzanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmaldır. Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edillməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və CM-nin 234.1-ci maddəsi ilə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(074)-25/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 4 ay 7 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs 3 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 02 fevral 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3(üç) il 1(bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində yenidən qeydiyyata alındığı gündən hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 115,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifat kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,200 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut URAL-375 yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı köhnə dəmir kuzanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar