Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-76/2025 03.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 06 fevral 1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdə saat 22 radələrində idarə etdiyi **-DN- *** dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə rayonun Məlhəm kəndi ərazisində hərəkətdə olarkən, həmin vaxt avtomobilin sağ ön oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı avtomobilin içərisində yumruqla Zərərçəkmiş şəxs qəsdən iki dəfə zərbə vuraraq, sonucuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ dirsək nahiyəsinin sıyrığı və sifətin sol yarısının hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin elan edilmiş ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı şəhəri, T.Əliyarbəyov küçəsi ev 5-də yaşayır, 2002-ci ildən Şamaxı RMX-nin həkim-psixiatr kabinetində baş beyinin travmatik xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə üzvi şəxsiyyət dəyişikliyi diaqnozu ilə qeydiyyatdadır, 2-ci qrup əlildir. Eyni zamanda, xx.xx.2014-cü il tarixdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır. Faktla bağlı bildirir ki, Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini kimi tanıyır, sonuncu ilə münasibətləri normal olmaqla, əvvəllər aralarında dava-dalaş və ədavət olmamışdır. Babagül onun işlədiyi qapı-pəncərə sexindən bir neçə dəfə material götürmüşdür. Babagül ondan dəfələrlə iş istəyib, lakin o, Babagülə uyğun iş olmadığını bildirmişdir. Buna baxmayaraq, Babagül adlı şəxs bir neçə dəfədir ki, onun sexinə gələrək yanında dayanırmış, lakin onun üçün heç bir iş görmürmüş. Çünki sexdə Babagül üçün bir iş olmamışdır. Təxminən 2025-ci ilin iyul ayının əvvəllərində o, Babagülə Şamaxı rayonu Çuxuryurd kəndində dostuna məxsus torpaq sahəsində mişar daşlarını yığıb səliqəyə salmaq lazım olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixində, saat 19:00 radələrində o, işlədiyi sexdə olarkən, Babagül ona zəng edərək, Çuxuryurd kəndində olan işi görmək istəməsini bildirmişdir. Daha sonra, Babagül onun işlədiyi sexə gəlmişdir. Babagül sexə gəldikdən sonra sonuncunun sərxoş olmasını bilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində özünün idarə etdiyi "Mercedes" markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə o Babagül ilə birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində "Soyuqbulaq" adlanan yolun kənarında dostuna məxsus torpaq sahəsinə getmişdir. Yolda gedərkən mağazadan yemək üçün konserva və çörək almışdır. Orada yemək yeyərkən Babagül cibindən spirtli içki olan araq çıxartmış və qəbul etmiş, lakin o spirtli içki qəbul etməmişdir. Orada olan ***-**** ədəd mişar daşları cərgəyə yığılmalı imiş, aralarındakı razılaşmaya əsasən, Babagül daşın birini 10 qəpikdən cərgəyə yığacaqdı. Babagül təxminən 7-8 ədəd mişar daşını cərgəyə yığdıqdan sonra yorulduğunu və işin qalanını sabah görəcəyini bildirmişdir. O, cavabında bildirmişdir ki, "əgər 7-8 ədəd daş düzəcəydinsə, məni bu vaxtı bura nə səbəbə gətirmisən". Daha sonra, Babagül ona heç bir söz demədən piyada yola düşüb getməyə başlamışdır. Babagül sərxoş olduğu üçün sonuncunun başına yolda nəsə hadisə gələcəyindən ehtiyat edərək, idarə etdiyi avtomobilə oturaraq, Babagülün arxasınca gedib yoldan götürmüş və Şamaxı şəhəri istiqamətində hərəkəti davam etdirmişdir. Saat 22 radələrində yolda gələrkən Babagül adlı şəxs sərnişin oturacağından sol əlini sükana ataraq, onun idarə etdiyi avtomobil ilə manevrlər etməyə başlamışdır. O, avtoqəza olacağından qorxub Babagülü sükandan uzaqlaşdırmaq məqsədi ilə sağ əlinin arxası ilə Babagülü sol sifətindən iki dəfə vurmuşdur. Daha sonra, yolda hərəkətdə olarkən Babagül israrla avtomobili saxlamağını istəmiş, Babagül sərxoş olduğu üçün sonuncunun hava alması məqsədi ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisində "Məlhəm" yazısının 150-200 metr yaxınlığında o avtomobili saxlamışdır. Babagül avtomobildən düşən kimi asfalt yolun ortasına uzanmış, o, Babagülü yoldan kənara çəkib 1-2 dəqiqə hava aldıqdan sonra yenidən avtomobilə oturaraq, Şamaxı şəhərinə getmişlər. Şamaxı şəhərində "Planet" marketin yaxınlığında Babagül onu məcbur eləmişdir ki, avtomobili saxlasın. O, avtomobili saxladıqdan sonra Babagül avtomobildən düşmüşdür. O, bir qədər Babagülə israr etmişdir ki, avtomobilə otursun, evlərinə aparsın, lakin Babagül razı olmamışdır. Bundan sonra o, avtomobil ilə öz yaşadığım evə getmişdir. Daha sonra öyrənmişdir ki, Babagül hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, xx.xx.2025ci il tarixində spirtli içki qəbul etməmişdir. Avtomobil onun mülkiyyətində olsa da, idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Babagül ilə aralarında olan mübahisənin səbəbi onu boş yerə Çuxuryurd kəndinə aparması və işini tam görməməsi olmuşdur. xx.xx.2025ci il tarixdə, saat 22 radələrində onun idarə etdiyi "Mercedes" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində Babagül Bünyatovun sifətinin sol tərəfindən iki dəfə vurmuşdur. Hadisə vaxtı avtomobildə o və Babagül olmuşdur, başqa heç kəs olmamışdır. Babagül Bünyatov sərxoş olduğu üçün idarə etdiyi avtomobilin sükanından tutaraq, qəza şəraiti yaratmış, o, Babagülü sükandan uzaqlaşdırmaq məqsədi ilə sifətinin sol tərəfindən əlinin arxası ilə iki dəfə vurmuşdur. Mübahisə təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs sağ dirsəyinin sıyrığı xəsarəti barədə heç bir məlumatı yoxdur, ola bilsin ki, Babagül asfalt yola uzandığı zaman həmin xəsarəti almışdır. Mübahisə zamanı hər hansı bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarını tətbiq etməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs və Şahid məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, əvvəllər münasibətləri yaxşı olmuşdur, aralarında dava-dalaş və münaqişə olmamışdır. Təqsirləndirilən şəxs qapı-pəncərə sexi işlədir və xx.xx.2025-ci il tarixdən onun sexində işləmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ona 200 (iki yüz) manat əmək haqqı verməlidir. xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs onu Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində “soyuqbulaq” yoluna apararaq orada mişar daşlarını cərgəyə vurmağını söyləmişdir. O, mişar daşlarının bir qismini cərgəyə vurduqdan sonra yorulmağını bildirmiş və işin qalan hissəsini sabah görəcəyimi bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs ona həmin işi bitirməyini söyləmişdir. Daha sonra o, oradan çıxıb piyada öz evinə gəlmişdir. O, yolda olarkən Təqsirləndirilən şəxs özünə məxsus avtomobil ilə gələrək onu yoldan götürmüşdür. Şamaxı rayonu Məlhəm kəndi ərazisində saat 22 radələrində yolda hərəkətdə olarkən Təqsirləndirilən şəxs ona olan 200 manat borcunu istəmişdir. Xəyal ona borcu olmadığını bildirdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Xəyal onun sol sifətindən iki dəfə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs Şamaxı rayonu, Məlhəm kəndi ərazisində “Məlhəm” yazısının yaxınlığında avtomobili saxlamış, onlar avtomobildən düşmüş, 1-2 dəqiqə söhbət etmişlər. Söhbət əsnasında o Xəyala şikayət edəcəyini söyləmiş, Xəyal ondan xahiş etmişdir ki, şikayət etməsin, lakin o, barışıq ilə razı olmamışdır. Daha sonra, onlar avtomobilə oturaraq Şamaxı şəhərində yerləşən “Planet” marketin yaxınlığına gəlmişlər, orada Xəyal avtomobili saxlamış və o, avtomobildən düşmüşdür. Bundan sonra 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 200 (iki yüz) manat borcu vardır, maşında gələrkən Xəyaldan öz pulunu istəmiş, bu səbəbdən aralarında münaqişə yaranmışdır. Xəyal ilə ona olan borcu ilə bağlı mübahisə etmişlər, mübahisə zamanı Xəyal yumruqla onu vurduğu üçün özünü müdafiə məqsədi ilə əlini sola və sağa uzatmış, lakin avtomobilin sükanından tutmamışdır. Onların avtomobildə dartışmaqları təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı avtomobildə o və Təqsirləndirilən şəxs olmuşdur, başqa heç kəs olmamışdır. Hadisə xx.xx.2025-ci il tarixində, saat 22 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin içində baş vermişdir. O, xx.xx.2025-ci il tarixində spirtli içki qəbul etmişdir. Şahid ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğludur, onunla birlikdə yaşayır. Babagül xx.xx.2025-ci il tarixdə gecə saatlarında evə gəlmiş, həmin vaxt Babagülün sol gözünün şişdiyini və göyərdiyini görüb sonuncudan nə baş verdiyini soruşmuşdur. Babagül də ona xx.xx.2025-ci il tarixdə Xəyalın onu mişar daşlarını cərgəyə yığmaq üçün Şamaxı rayonu, Çuxuryurd kəndinə apardığını, geri qayıdan zaman Xəyalın idarə etdiyi avtomobildə aralarında mübahisə yarandığını, mübahisə zamanı Xəyalın yumruqla sol gözündən vurduğunu bildirmişdir. Babagül Xəyalın vurması ilə əlaqədar DİN-in 102 xidmətinə zəng etdiyini və ərizə ilə Şamaxı RPŞ-yə müraciət də etdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması faktına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi istintaq edilmısi üçün aidiyyatı üzrə Şamaxı RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 23 iyul 2025-ci il tarixli, 158 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sifətin sol yarısının hematoması və sağ dirsək nahiyəsinin sıyrığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sifətin sol yarısının hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ dirsək nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və arvadı - xx.xx.1985-ci il təvəllüdlü X1, oğlu xx.xx.2013-cü il təvəllüdlü X3, qızı - xx.xx.2014-cü il təvəllüdlü X2 və oğlu - xx.xx.2017-ci il təvəllüdlü X4 ilə ünvan 1 ünvanında yaşayır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-1243/25 saylı 06 avqust 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 08 sentyabr 2025-ci il tarixli, 3001 nömrəli rəyindən görünür ki “Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar – Şamaxı RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə psixiatrik müşahidədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – təfəkkürün torpidliyi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığın bir qədər artması və s. sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (22 iyul 2025-ci il tarixdə) üzvi şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu onu 22 iyul 2025-ci il tarixdə törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkəti AR CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 02 avqust 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib iki il islah işləri və iki il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CM-ə dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanununa əsasən əməli cinayət hesab edilmədiyindən təyin edilmiş cəzadan azad edilib. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaqda verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının qərarının 24-cü hissəsinə əsasən, müdafiə tərəfinin razılığı olduğundan, cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın 10-cu hissəsində göstərilir ki, bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 24-cü hissəsində göstərilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının qərarının 5.1-ci bəndinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Müdafiəçi dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 07 saat hüquqi yardıma görə 77 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №1(074)-76/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-76/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver