Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-77/2021 08.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxx 1974-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri A.B.Naseh küçəsi 26 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib, saxlamaqla daşımış, 11 fevral 2021-ci il tarixdə, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhərində yerləşən “Kolxoz” bazarının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, 11 fevral 2021-ci il tarixdə saat 23:20 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ iç cibində olan polietilen torbanın içərisindən bir ədəd gümüşü falqaya bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,386 (sıfır tam mində üç yüz səksən altı) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07.02.2021-ci il tarixdə, saat 14:00 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri Yasamal rayonunda “Kaktus” restoranının yaxınlığında olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq adının Nizami olduğunu bildirərək, 30 manata heroin satdığını, istəyib-istəmədiyini soruşmuş və o, həmin Nizami adlı şəxsə narkotik vasitə olan heroin istədiyini bildirmişdir. Nizami adlı şəxsdən şəffaf sellofan torbanın içərisində gümüşü rəngdə falqaya bükülmüş bükülünü götürüb içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroin olduğunu görüb, bükümü yenidən bükərək əynindəki qara rəngli gödəkçənin sağ iç cibinə qoyaraq həmin şəxsə 30 manat pul vermişdir. O, həmin tarixdə axşam saatlarında Şamaxı şəhərinə qayıtmışdır. Narkotik vasitə olan heroini aşkar edilən vaxta kimi üzərində gəzdirmiş, 11.02.2021-ci il tarixdə, saat 22:20 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə keçəsində yerləşən “Kolxoz” bazarının yaxınlığında yaşadığı evə gedən zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin izibati binasında videogörüntüyə çəkilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sağ iç cibində əvvəlcədən üzərində gəzdirdiyi sellofan torbanın içində büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar etmişlər. Onların iştirakları ilə üzərindən götürdükləri, içərisində narkotik vasitə olan heroin bükümünü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Onun aldığı sellofan torbanın içərisində olan bükümün içində narkotik vasitə olmasından xəbəri olmasını və əməlindən peşman olduğunu bildirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Həmin heroini yalnız istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı RPŞ-də narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat-müvəkkili vəzifəsində işləyir. Şamaxı şəhəri, A.B.Naseh küçəsi ev 26-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə 11.02.2021-ci il tarixdə tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin gün saat 22:20 radələrində o, rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı X7 ilə birlikdə M.Ə.Rəsulzadə keçəsində yerləşən “Kolxoz” bazarının yaxınlığında Təqsirləndirilən şəxsla rastlaşmışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər, lakin Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Onlar onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sağ iç cibində əvvəlcədən üzərində gəzdirdiyi sellofan torbanın içində büküm aşkar olunmuşdur. Həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar etmişlər. Təqsirləndirilən şəxs üzərindən götürdükləri, içərisində narkotik vasitə olan büküm kağız zərfdə qablaşdıraraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin protokolu o, vəkil və baxışda iştirak edənlər imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifdəsi elan olunmuş, o ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11 fevral 2021-ci il tarixdə saat 22:58 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 11 fevral 2021-ci il tarixli protokoldan və diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə baxan zaman əynindəki qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf selofana bükülmüş büküm aşkar edilərək açılmış, selofanın içərisində bir ədəd gümüşü falqaya bükülmüş büküm aşkar olunmuş və həmin büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli 6/640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,386 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmizi çəkisi 0,386 qram, tədqiqata sərf edildikdən sonra qalıq 0,336 qramdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 13 fevral 2021-ci il tarixli 4(074)-21/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan yəni, 11 fevral 2021-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma haqqında” 14 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ümumi qalıq çəkisi- 0,336 qram olan heroin saxlanılması üçün Şamaxı RPŞdə olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi çəxsin 09 mart 2021-ci il tarixli 158 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri A.Naseh küçəsi 26 saylı evdə qeydiyyatda olan xx xxxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 aprel 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər HDQ Hərbi Tribunalının 08.08.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-6, 343, 38-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixli amnistiya qərarına əsasən çəkilməmiş cəzası 1/2 qədər azaldılmış və 19.11.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09.12.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.09.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şamaxı rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 1(074)-36/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsidə nəzərdə tutulmuş cinayəti törətməklə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə əsasən 03 iyun 2020-ci il tarixdən 05 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 1(105)-107/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şamaxı rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbycan Respublikası CM-in 234.1ci maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 may 2021-ci il tarixli 1711 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 1982-ci il təvəllüdlü X3, oğlu 2005-ci il təvəllüdlü X4 və qızı 2014-cü il təvəllüdlü X5 ilə Şamaxı şəhəri A.Naseh küçəsi 26 saylı evdə yaşayır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 aprel 2021-ci il tarixli 1308 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər üç dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzaların onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş və çəkilməmiş 1(bir) il 4(dörd) ay 5(beş) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməli, Şamaxı rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 1(074)-36/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi ilə bağlı hissəsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri–65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,336 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş və çəkilməmiş 1(bir) il 4(dörd) ay 5(beş) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməsin. Şamaxı rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 1(074)-36/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi ilə bağlı hissəsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 0,336 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri–65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-77/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-77/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver