Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-77/2022 19.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Şamaxı rayonu Cabanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Cabanı kəndində qeydiyyatda olan və Abşeron rayonu Müşfiqabad qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 aprel 2016-cı il tarixdən hesablanmaqla 24 iyul 2008-ci il təvəllüdlü Əsgərova (Mirzəyeva) Nuray Ruslan qızının yetkinlik yaşına çatana kimi hər ay 95,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-918/2016 saylı, 07 iyun 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 3(074)- 11/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 04 may 2020-ci il, 01 iyun 2020-ci il və 15 dekabr 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 fevral 2022-ci il tarixinə kimi 6295,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirililən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə veürib göstərdi ki, Hazırda fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur, aylıq gəliri ortalama 800-900 manat təşkil edir. O, Abşeron rayonu, Müşviqabad qəsəbəsində yaşadığından və əmək haqqıları qane etmədiyindən Məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərdən imtina etmişdir. Zərərçəkmiş şəxs qohumu kimi tanımış və münasibətləri yaranmışdır. 2006-ci ildə el adəti ilə ailə qurmuşlar. Evliliklərindən 24 iyul 2008-ci il təvəllüdlü Əsgərova (Mirzəyeva) Nuray Ruslan qızı adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-918/2016 saylı, 07 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 06 aprel 2016cı il tarixdən hesablanmaqla 24 iyul 2008-ci il təvəllüdlü Əsgərova (Mirzəyeva) Nuray Ruslan qızının yetkinlik yaşına çatana kimi hər ay 95,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödəniş etsə də, sonradan Zərərçəkmiş şəxs övladını ona göstərmədiyindən aliment ödənişlərini dayandırmışdır. Borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin 24 yanavr 2020-ci il tarixli qərarı ilə 12 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyətim izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 11 fevral 2022-ci il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 6295,00 manat təşkil etmişdir. Hazırda borcundan 4100 manat ödəmişdir. Qalan borcunu da qısa müddətdə ödəyəcəkdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Evliliklərindən 24 iyul 2008-ci il təvəllüdlü Əsgərova (Mirzəyeva) Nuray Ruslan qızı adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Müşviqabad qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs inşaat işlərində usta kimi işləmişdir. Əvvələr Ruslan ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşağı ilə maraqlanmadığı, başqa qadınla münasibəti olduğundan ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-918/2016 saylı, 07 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2016-cı il tarixdən hesablanmaqla 24 iyul 2008-ci il təvəllüdlü Əsgərova (Mirzəyeva) Nuray Ruslan qızının yetkinlik yaşına çatana kimi hər ay 95,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 11 fevral 2022ci il tarixə kimi 6295,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda inşaat işində usta kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs yetərli qazanc əldə etdiyini, istəsə hər ay alimenti ödəyə bilcəyini, lakin ödəmək niyyəti olmadığını bildirmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 4098,80 manat borcundan ödəmişdir, qalan 2197 manat borcunu tələb edərək, təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(074)-918/2016 saylı qətnaməsinin əsasında verilən icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 05 aprel 2016-cı il tarixdən başlayaraq 24 iyul 2008-ci il təvəllüdlü Əsgərova (Mirzəyeva) Nuray Ruslan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 95,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi 19 noyabr 2018-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq borclu tələbi icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş tədbirlər qənaət bəxş olmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə 27 noyabr 2018-ci il tarixdə borclu Təqsirləndirilən şəxs pasport qeydiyyatda olduğu ünvanda Şamaxı rayonu Cabanı kəndində yerləşən evə baxış keçirilmiş, lakin borclunun həmin ünvanda yaşamaması məlum olmuşdur. Borclunun yaşayış yeri məlum olmadığından barəsində müvafiq qərar əsasında Şamaxı rayon Polis şöbəsində axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 3(074)-11/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qərarı ilə 12 gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Həbs tənbehindən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Şamaxı rayon məhkəməsinin 8(074)- 28/2020 saylı, 14 may 2020-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs “ölkədən getmək hüququ müvəqqəti” olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Məşğulluq mərkəzinə müraciət edilməsi təklif olunsada o, həmin təklifdən imtina edərək özünün fərdi əməklə məşğul olduğunu işə ehtiyacı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixə aliment borcu 6295,00 manat təşkil etmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs, Şamaxı rayon məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(074)- 918/2016 saylı qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də ona təklif edilmiş faktiki imkanlardan istifadə etməmişdir. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verib Şahid2 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(074)- 918/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 04 oktyabr 2012-ci il tarixli 2(074)-354/2012 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmış və cavabdeh X3 05 aprel 2016-cı il tarixdən başlayaraq 24 iyul 2008-ci il 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 95 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın İkinci Cabanı kəni inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına veirlmiş xasiyyətnamədə göstərilir ki, o, nümayəndəlik ərazisində yaşadığı müddətdə nümayəndəliyə onun barəsində yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidmətinin 8 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “X7 Company” MMC-də aylıq əməkhaqqı 250-350,00 manat olan iş təklif olunmuş, lakin Təqsirləndirilən şəxs işin onu qane etmədiyini əsas gətirərək, təklif olunan işdən imtina etmişdir. İş materiallarında olan 04 may 2020-ci il, 01 iyun 2020-ci il və 15 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün 10 gün müddət verilməsi barədə xəbərdarlqı edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 3(074)- 11/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 20 iyul 2022-ci il tarixdə 800 manat, 18 avqust 2022-ci il tarixdə 699,40 manat, 20 avqust 2022-ci il tarixdə 699,4 manat, 05 oktyabr 2022-ci il tarixdə 1000 manat və 19 oktyabr 2022-ci il tarixdə 900 manat olmaqla X1 xeyrinə aliment borcundan cəmi 4098,80 manat ödənilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, borcundan 4098,80 manat ödəməsini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-77/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-77/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver