Məhkəmə qərarları › İş №1(074)-77/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-77/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-77/2025 10.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yerləşən yaşayış sahəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı rayon Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü Şamaxı şəhərində yerləşən orta məktəblərdə direktor vəzifəsinə işə düzəltmək imkanları olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib həmin sahədə istənilən məsələni həll etmək imkanın olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, niyyətini həyata keçirmək üçün tanış olduğu Zərərçəkmiş şəxs arvadı Şahid Şamaxı şəhərində yerləşən orta məktəblərinin birinə direktor vəzifəsinə düzəldəcəyinə köməklik edəcəyini bildirib, Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək, hər hansı bir səlahiyyətlərə malik olmadığı halda yalandan elektron kabinet açılmalı olduğunu deyərək, 12 may 2023-cü il tarixdə özünə məsxus "xxxx" ASC-yə aid 4169-7413-1788-6610 nömrəli bank kartına “birbank” tətbiqi vasitəsilə sonuncu tərəfindən 200 manat vəsait köçürülməsindən sonra, Şahid 2023-cü ilin sentyabr ayında Şamaxı şəhəri, 3 saylı tam orta məktəbdə direktor kimi işə başlayacağını deyib, əvvəlcə sonuncunun əri Zərərçəkmiş şəxs 15 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 may” metrostansiyasının yaxınlığında kafelərin birində 10000 manat məbləğində pulu əlbəəl aldıqdan sonra, 18 may 2023-cü il tarixdə Şamaxı şəhərindəki "xxxx" terminalın vasitəsilə 5000 manat, 19 may 2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 4500 manat, 08 iyun 2023-cü il tarixdə 2500 manat, 15 avqust 2023-cü il tarixdə 4000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən özünə məxsus "xxxx" ASC-yə aid 4169-7413-1788-6610 nömrəli bank kartına köçürülməsinə nail olduqdan sonra, 17 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 3 ünvanındakı fərdi yaşayış evində daha 4000 manat məbləğində pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 30200 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid Şamaxı şəhərində yerləşən 3 saylı məktəbə direktor vəzifəsinə təyin etdirmək məqsədilə Zərərçəkmiş şəxs 30200 manat deyil, ümumilikdə 16200 manat pul almışdır. Səid həmin pulu 2023-cü ilin may-avqust ayları ərzində onun 4169-7413-1788-6610 nömrəli bank kartıma göndərmiş, bundan əlavə Səid ona pul verməmişdir. Səid və Gülşənlə 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri 28 May metrosunun yaxınlığında kafelərin birində görüşsələr də, o həmin vaxt sonunculardan hər hansı bir məbləğdə pul almamışdır. Həmçinin, o 17 avqust 2023-cü il tarixdə Səidin Şamaxı şəhərində yerləşən evində olsa da, həmin vaxt Səiddən hər hansı bir məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, ilkin ifadə zamanı Səid və Gülşən şikayətini geri götürsün deyə, həmin şəxslərin verdiyi ifadəyə uyğun ifadə vermişdir. Fikirləşmişdir ki, Səid və Gülşənin dediklərini təkzib etsə sonuncularla arasındakı münasibəti korlaya bilər. Zərərçəkmiş şəxs aldığı 16200 manat pulu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Həmin vaxt o xəstə olduğu üçün həmin pulları müalicəsinə sərf etmişdir. O, həmin pullardan Tağı Hüseynova hər hansı bir məbləğ verməmişdir. Tağı Hüseynov rəhmətə getdiyi üçün ilkin ifadəsində pulları həmin şəxsə verdiyini bildirmişdir. Lakin, məhkəməyədək icraat zamanı ilkin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı şəhəri, İ.Həbibov küçəsi ev 34A-da ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Şahid Şamaxı şəhər sakinləri kimi tanıyır, sonuncularla əvvəllər münasibətləri normal olmuş, aralarında hər hansı bir mübahisə, dava-dalaş olmamışdır. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər olan müddət ərzində Vəkillər Kollegiyasının üzvü Tağı Hüseynovun yanında köməkçi kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yanvar ayında Bakı şəhərindən Şamaxı şəhərinə gələn zaman Zərərçəkmiş şəxs avtomobilində tanış olmuşdur. Avtomobildə Səid ona həyat yoldaşı Şahid Şamaxı şəhərində müəllimə işlədiyini, imkan varsa Gülşəni şəhər məktəblərinin birinə direktor vəzifəsinə işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O da Səidə problem olmadığını, Təhsil Nazirliyində işlədiyini, həmin sahədə kifayət qədər tanışlarının olduğunu, həyat yoldaşını Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Bunu söyləyən zaman o işi Tağı Hüseynovun, eyni zamanda Vəkillər Kollegiyasında işləyən digər tanışlarının vasitəsilə həll edəcəyimi düşünmüşdür. X4 bundan əvvəl bir neçə nəfər şəxsi məktəb direktoru vəzifəsinə təyin etdirdiyini bilirmiş. Bundan sonra, Səid ona həyat yoldaşının telefon nömrəsini vermişdir ki, onlar öz aralarında danışıb əlaqə saxlayarlar. Səid onu Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobildən endirdikdən sonra Göyçay şəhərinə getmişdir. Daha sonra, Bakı şəhərində olan zaman o, Tağı Hüseynova bir nəfər tanışının Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə düzəlmək istədiyini, bu işdə ona kömək edə bilib-bilməyəcəyini demişdir. Tağı Hüseynov da ona həmin şəxsin imtahan verməsini, qalan məsələlərdə köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Səidin ona verdiyi nömrə ilə əlaqə saxlamış, özünü Elnarə kimi təqdim etmiş, nömrəsini Səidin ona verdiyini bildirmişdir. O, telefon danışığı zamanı Gülşənə Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə işə düzəlməyə kömək edə biləcəyini, iyul ayında təyinatının veriləcəyini, sentyabr ayında isə artıq işə başlayacağını demişdir. Bundan sonra o, mütəmadi olaraq telefon vasitəsilə Gülşən ilə əlaqə saxlayırmış. 2023-cü ilin may ayında o Gülşənə zəng edərək elektron kabinet açdırmaq üçün lazım olan rüsumu ödəmək üçün 200 manat pul istəmişdir. Gülşən də onun göndərdiyi 4169-7413-1788-6610 nömrəli bank kartına 200 manat pul göndərmişdir. O da həmin pula Gülşən üçün elektron kabinet açdırmışdır. Bundan sonra 2023-cü ilin may ayının ortalarında Gülşənə zəng edərək işin alınması üçün ilkin olaraq 10000 manat pul istəmiş, Gülşən onunla razlaşdıqdan sonra sonuncunun həyat yoldaşı ilə birlikdə Bakı şəhəri 28 May metrosunun yaxınlığında görüşmüşlər. Gülşən və Səid ilə görüşüb 28 May metrosunun yaxınlığında yerləşən kafelərin birində əyləşmişlər. Görüş zamanı Gülşən ona Şamaxı şəhəri 3 saylı tam orta məktəbdə direktor vəzifəsinin boş olduğunu, ora təyin olunmaq istədiyini bildirmiş, o da Gülşənə iyul ayında Şamaxı şəhərində yerləşən 3 saylı tam orta məktəbə təyinatının veriləcəyini, sentyabr ayında isə artıq işə başlayacağını demişdir. Görüş zamanı Gülşən istədiyi 10000 manat pulu selofan torbada ona vermişdir. Görüşdükdən sonra yenidən Tağı Hüseynova məsələni danışmışdır. Sonuncu da problem olmadığını, işi həll edə biləcəyini demişdir. Bundan sonra o, Gülşənə zəng edərək işin alınması üçün pul istəmişdir. xx.xx.2023-cü il tarixdə onun Gülşənə göndərdiyi 4169-7413-1788-6610 nömrəli bank kartına 5000 manat pul gəlmişdir. Daha sonra isə, xx.xx.2023-cü il tarixdə 4169-7413- 1788-6610 nömrəli bank kartına 4500 manat pul göndərilmişdir. O, yenidən Gülşənə zəng edərək pul tələb etdiyi üçün xx.xx.2023-cü il tarixdə onun 4169-7413-1788-6610 nömrəli bank kartına 2500 manat göndərilmişdir. Pulu göndərdikdən sonra Gülşən və yoldaşı mütəmadi olaraq onun ilə telefon əlaqəsi saxlamış, telefon danışığı zamanı o hər şeyin qaydasında olduğunu, narahat olmamaqlarını, işin tezliklə həll olacağını, işin alınmadığı təqdirdə pullarını qaytaracağını bildirmişdir. 2023-cü ilin avqust ayının 14-də Gülşən ona zəng edərək, mobil telefonuna 17 avqust 2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən 2 saylı tam orta məktəbdə keçiriləcək müsahibədə iştirak etməyi barədə mesaj gəldiyini demişdir. O da, Gülşənə mesajın onun köməkliyi vasitəsilə gəldiyini, müsahibədən keçmək üçün əlavə olaraq 4000 manat lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə onun 4169-7413-1788-6610 nömrəli bank kartına 4000 manat pul göndərilmişdir. Pulu göndərdikdən sonra o Gülşənə mesaj yazaraq xx.xx.2023-cü il tarixdə evlərinə gələcəyini bildirmiş və həmin tarixdə təxminən saat 20 radələrində Gülşəngilə gəlmiş və gecəni sonuncunun evində qalmışdır. xx.xx.2023-cü il tarixdə Gülşən müsahibə imtahanına gedən zaman o, müsahibəni qəbul edən şəxslərlə danışacağını, Gülşəni həmin müsahibədən rahatlıqla keçirəcəyini bildirmişdir. Bunun qarşılığında Gülşəndən 4000 manat pul istəmişdir. Gülşən də, onun ilə razılaşıb 4000 manat pulu yaşadıqları evdə ona vermişdir. Pulu verdikdən sonra Səid onu Gülşən ilə birlikdə müsahibə imtahanına aparmışdır. O, həmin vaxt Tağı Hüseynova zəng edərək Gülşəni müsahibə götürən şəxslərə tapşırmasını xahiş etmişdir. Tağı da ona Gülşəni tapşıracağını demişdir. Gülşən müsahibədə iştirak etdikdən sonra birlikdə evlərinə gəlmişlər. Evə gəldikdən sonra Gülşəngil ailəvi olaraq restorana getmiş, həmin vaxt o da birlikdə restorana getmişdir. Restorandan qayıtdıqdan sonra gecəni Gülşəngilin evində keçirdikdən sonra xx.xx.2023cü il tarixdə Səid onu Bakı şəhərinə yola salmışdır. Pulu verdikdən sonra o, Tağı Hüseynovla danışaraq, işin nə yerdə olduğunu soruşmuş, sonuncu ona Gülşəni Şamaxı şəhərində yerləşən məktəblərdə direktor vəzifəsinə düzəltməyin alınmadığını, amma kənd məktəblərinin birinə direktor düzəldə biləcəyini demişdir. O da, Gülşənə hələ ki, şəhər məktəbində işin alınmadığını, istəsə kənd məktəbinə direktor keçəcəyini bildirmişdir. Lakin, Gülşən onunla razılaşmayaraq ona verdikləri pulu tələb etmişdir. O, Gülşənə həmin pulları Tağı Hüseynova verdiyini desə də, Gülşən israrla pulu tələb etmişdir. 2024-cü ilin sentyabr ayında Tağı Hüseynov vəfat etdiyi üçün sonuncuya verdiyi pulları geri ala bilməmişdir. 2024-cü ilin sonlarında Gülşən ona barəsində polisə şikayət edəcəyini bildirmiş, bundan sonra o, hissə-hissə olmaqla 2200 manat pulu geri qaytarmış, lakin 28000 manat pulu hazıradək geri qaytarmamışdır. O, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid Şamaxı şəhərində yerləşən 3 saylı məktəbə direktor vəzifəsinə təyin etdirmək məqsədilə Zərərçəkmiş şəxs ümumilikdə 30200 manat pul almışdır. Həmin pulu Zərərçəkmiş şəxs hissə-hissə almışdır. Hər pul aldığında aldığı pulu Tağı Hüseynova vermişdir. Tağı Hüseynov da həmin məbləğin müəyyən hissəsini, təxminən 150-250 manatını ona vermişdir. Tağı Hüseynov vəfat etdikdən sonra 30200 manatdan 2200 manatını hissəhissə zərərçəkmiş şəxsə qaytarmış, lakin 28000 manat pulu hazıradək geri qaytarmamışdır. Lakin Təqsirləndirilən şəxs əlavə ifadəsi zamanı ilkin ifadəsindən fərqli olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 30200 manat deyil, ümumilikdə 16200 manat pul almışdır. Səid həmin pulu 2023-cü ilin may-avqust ayları ərzində onun 4169-7413-1788-6610 nömrəli bank kartıma göndərmiş, bundan əlavə Səid ona pul verməmişdir. Səid və Gülşənlə 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri 28 May metrosunun yaxınlığında kafelərin birində görüşsələr də, o, həmin vaxt sonunculardan hər hansı bir məbləğdə pul almamışdır. Həmçinin o, 17 avqust 2023-cü il tarixdə Səidin Şamaxı şəhərində yerləşən evində olsa da, həmin vaxt Səiddən hər hansı bir məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, ilkin ifadə zamanı Səid və Gülşən şikayətini geri götürsün deyə, həmin şəxslərin verdiyi ifadəyə uyğun ifadə vermişdir. Fikirləşmişdir ki, Səid və Gülşənin dediklərini təkzib etsə sonuncularla arasındakı münasibəti korlaya bilər. Zərərçəkmiş şəxs aldığı 16200 manat pulu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Həmin vaxt o xəstə olduğu üçün həmin pulları müalicəsinə sərf etmişdir. Məhkəmədə əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzi kimi kredit borcundan 5000 manatını hissə-hissə ödəməsinə razıdır. Beləliklə də, ona qarşı olan mülki iddianın qismən qəbul etməsini, yəni dəymiş ziyandan 5000 manatı ödəyə bilməsini bildirdi.

3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən, toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

5. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 3 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, X1 gözətçi işləməklə bərabər ona məxsus “Honda” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı şəhərləri arasında taksi sürücüsü kimi işləyir. Təqsirləndirilən şəxs ilə də 2023-cü ilin yanvar ayında Bakı şəhərində “Şamaxinka” adlanan ərazidən götürüb Şamaxı şəhərinə gətirən zaman avtomobildə tanış olmuşdur. Sonuncu ilə əvvəllər münasibətləri normal olmuş, aralarında hər hansı bir mübahisə, davadalaş olmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Bakı şəhərində “Şamaxinka” adlanan ərazidən götürüb Şamaxı şəhərinə gətirən zaman sonuncu avtomobildə təhsil haqqında telefonda kiminləsə danışırmış. Cuna telefon danışığını yekunlaşdırdıqdan sonra sonuncudan harada işlədiyini soruşmuş, Cuna ona Təhsil Nazirliyində işlədiyini bildirmişdir. O, Cunaya həyat yoldaşı Şahid Şamaxı şəhərində müəllimə işlədiyini, direktorluq üçün hazırlaşdığını, imkan varsa onu şəhər məktəblərinin birinə direktor vəzifəsinə işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Cuna da ona problem olmadığını, Təhsil Nazirliyində işlədiyini, həmin sahədə kifayət qədər tanışları olduğunu, həyat yoldaşını Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Cunaya həyat yoldaşının telefon nömrəsini vermişdir ki, öz aralarında danışıb əlaqə saxlayarlar. O, Cunanı Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobildən endirib evə gəlmişdir. Evə gəldikdən sonra məsələni həyat yoldaşına danışmışdır. Bundan təxminən 2 gün sonra, Cuna həyat yoldaşına zəng edərək özünü Elnarə kimi təqdim etmiş, nömrəni onun verdiyini bildirmişdir. Cuna telefon danışığı zamanı həyat yoldaşını Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə işə düzəldə biləcəyini, iyul ayında təyinatının veriləcəyini, sentyabr ayında isə artıq işə başlayacağını, bunun üçün 35000 manat pul lazım olduğunu, lakin endirim edərək 30000 manata məsələni həll edə biləcəyini demişdir. Bundan sonra onlar, yəni o və həyat yoldaşı Gülşən mütəmadi olaraq telefon vasitəsilə Cuna ilə əlaqə saxlayırmış. 2023-cü ilin may ayının 12-də Cuna həyat yoldaşına zəng edərək sənədlərin hazırlanması üçün 200 manat pul istəmişdir. Həyat yoldaşı da ona 200 manat pul lazım olduğunu bildirdiyi üçün sonuncunun bank kartına 200 manat pul göndərmişdir. Gülşən də “Birbank” tətbiqi vasitəsilə Cunanın göndərdiyi 4169-7413-1788-6610 nömrəli bank kartına 200 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Cuna yenidən həyat yoldaşına zəng edərək, işin alınması üçün ilkin olaraq “10 baş”, yəni 10000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə o həyat yoldaşı ilə birlikdə Bakı şəhəri 28 May metrosunun yaxınlığına getmiş və orada Cuna ilə görüşmüşlər. Cuna ilə görüşüb 28 May metrosunun yaxınlığında yerləşən kafelərin birində əyləşmişlər. Görüş zamanı Cuna ona həyat yoldaşının iyul ayında Şamaxı şəhərində yerləşən 3 saylı tam orta məktəbə təyinatının veriləcəyini, sentyabr ayında isə artıq işə başlayacağını demişdir. Onlar da bunun qarşılığında ilkin olaraq 10000 manat pulu həmin kafedə Cunaya vermişlər. Pulu verdikdən sonra, Cuna yenidən həyat yoldaşına zəng edərək işin alınması üçün pul istəmişdir. Yoldaşı da ona zəng edərək, Cunanın kart hesabına pul göndərməyini tələb etmişdir. O da, xx.xx.2023-cü il tarixdə terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 5000 manat pul göndərmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 4500 manat pul göndərmişdir. Cuna yenidən həyat yoldaşına zəng edərək, pul tələb etdiyi üçün xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 2500 manat göndərmişdir. Pulu göndərdikdən sonra o və yoldaşı mütəmadi olaraq Cuna ilə telefon əlaqəsi saxlamışlar, telefon danışığı zamanı Cuna onlara hər şeyin qaydasında olduğunu, narahat olmamaqlarını, işin tezliklə həll olacağını, işin alınmadığı təqdirdə pulları qaytaracağını bildirmidir. 2023-cü ilin avqust ayının 14-də həyat yoldaşının mobil telefonuna 17 avqust 2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən 2 saylı tam orta məktəbdə keçiriləcək müsahibədə iştirak etməsi barədə mesaj gəlmişdir. Mesaj gəldikdən sonra həyat yoldaşı Cuna ilə əlaqə saxlamış, Cuna həyat yoldaşına mesajın özünün köməkliyi vasitəsilə gəldiyini, müsahibədən keçmək üçün əlavə olaraq 4000 manat lazım olduğunu demişdir. O da, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 4000 manat pul göndərmişdir. Lakin o, sonradan öyrənmişdir ki, həmin mesaj Gülşən direktorluq imtahanı üçün Təhsil Nazirliyinin rəsmi səhifəsində qeydiyyatdan keçdiyi üçün gəlmişdir, Cunanın həmin mesajla heç bir əlaqəsi olmamışdır. Həmin vaxt o, bunu bilmədiyi üçün Cunanın onlara dediyi məbləği sonuncuya göndərmişdir. Pulu göndərdikdən sonra Cuna həyat yoldaşına mesaj yazaraq, xx.xx.2023-cü il tarixdə onlara gələcəyini bildirmiş və həmin tarixdə təxminən saat 20 radələrində onlara gəlmiş və gecəni onların evində qalmışdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı müsahibə imtahanına gedən zaman Cuna müsahibəni qəbul edən şəxslərlə danışacağını, yoldaşını həmin müsahibədən rahatlıqla keçirəcəyini bildirmişdir. Bunun qarşılığında onlardan 4000 manat pul istəmişdir. O da Cuna ilə razılaşıb, 4000 manat pulu yaşadığı evdə Cunaya vermişdir. Pulu verdikdən sonra o, həyat yoldaşını Cuna ilə birlikdə müsahibə imtahanına aparmışdır. Yoldaşı müsahibədə iştirak etdikdən sonra Cuna ilə birlikdə öz evinə gətirmişdir. Evə gəldikdən sonra onlar ailəvi olaraq restorana getmiş, həmin vaxt Cuna da onlarla restorana getmişdir. Gecəni onlarla birlikdə evdə keçirdikdən sonra xx.xx.2023-cü il tarixdə Cunanı Bakı şəhərinə yola salmışdır. Bununla ümumilikdə Cunaya 30200 manat pul vermişlər. Pulu verdikdən sonra Cuna ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu soruşmuşlar, Cuna ona həyat yoldaşının sentyabr ayında 3 saylı tam orta məktəbdə direktor vəzifəsində işə başlayacağını demişdir. Lakin sentyabr ayında 3 saylı tam orta məktəbə başqa şəxs direktor vəzifəsinə təyin olunduğundan onlar aldadıldıqlarını anlayıb Cuna ilə əlaqə saxlamışlar. Cuna onlara həmin şəxsin vəzifəyə müvəqqəti təyin olunduğunu, narahat olmamaqlarını, yoldaşının tezliklə direktor vəzifəsinə təyin olunacağını bildirmişdir. Lakin Cunanın iş məsələsini həll etmədiyini görüb sonuncuya verdiyi pulu geri tələb etməyə başlamışlar, sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirmişdir. 2024-cü ilin sonlarında Cunaya barəsində polisə şikayət edəcəyini bildirmiş, bundan sonra Cuna hissə-hissə olmaqla 2200 manat pulu ona geri qaytarmış, lakin 28000 manat pulu hazıradək geri qaytarmamışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşını konkret olaraq kimin vasitəsilə işə düzəldəcəyi barədə nəsə deməmişdir, Tağı Hüseynov barədə də onlara hər hansı bir məlumat verməmişdir. Cuna onlara bildirmişdir ki, Təhsil Nazirliyində yüksək vəzifəli tanışları var, həmin şəxslərin vasitəsilə həyat yoldaşını direktor vəzifəsinə işə düzəldəcək, lakin həmin şəxslərin şəxsiyyəti barədə onlara heç nə deməmişdir. O, Cunaya verdiyi pulu geri istəyəndə Cuna gah bildirmişdir ki, pulları işin alınması üçün kiməsə verib, gah da deyirmiş ki, xəstə olduğundan müalicəsi üçün xərcləyib. Sonda Zərərçəkmiş şəxs məhkəmədən mülki iddiasının təmin edilməsini, ona vurulmuş 15300 manat maddi ziyanın və 136 manat məbləğində dövlət rüsumunun mülki cavabdeh olan Təqsirləndirilən şəxs tutularaq ona qaytarılmasına köməklik göstərilməsini xahiş etdi.

6. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2023-cü ilin yanvar ayında həyat yoldaşı Zərərçəkmiş şəxs vasitəsilə tanış olmuş, Cuna ilə əvvəllər münasibətləri normal olmuş, aralarında hər hansı bir mübahisə, dava-dalaş olmamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs X1 gözətçi işləməklə bərabər Bakı-Şamaxı taksi sürücüsü kimi işləyir, Təqsirləndirilən şəxs ilə də 2023-cü ilin yanvar ayında sonuncunu Bakı şəhərində “Şamaxinka” adlanan ərazidən götürüb Şamaxı şəhərinə gətirən zaman avtomobildə tanış olmuşdur. Həyat yoldaşı evə gəldikdən sonra avtomobildə Elnarə adlı qadınla tanış olduğunu bildirmişdir. Həmin qadının Təhsil Nazirliyində işlədiyini, deməsinə görə onu Şamaxı şəhər məktəblərinin birinə direktor vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Həmin ərəfələrdə o da, Elm və Təhsil Nazirliyinin rəsmi səhifəsində direktorluq imtahanı üçün qeydiyyatdan keçmişdir, fikirləşmişdir ki, Cuna bu işdə ona kömək edə bilər. Bundan təxminən 2 gün sonra Cuna ona zəng edərək, özünü Elnarə kimi təqdim etmiş, nömrəni Səidin verdiyini bildirmişdir. Cuna telefon danışığı zamanı onu Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə işə düzəldə biləcəyini, iyul ayında təyinatının veriləcəyini, sentyabr ayında isə artıq işə başlayacağını, bunun üçün 35000 manat pul lazım olduğunu, lakin endirim edərək 30000 manata məsələni həll edə biləcəyini demişdir. Bundan sonra, onlar mütəmadi olaraq telefon vasitəsilə Cuna ilə əlaqə saxlamışlar. 2023cü ilin may ayının 12-də Cuna ona zəng edərək, sənədlərin hazırlanması üçün 200 manat pul istəmişdir. O da, Səiddən Cunaya göndərmək üçün 200 manat pul istəmişdir. Səid pulu onun kart hesabına göndərdikdən sonra o 200 manatı “Birbank” tətbiqi vasitəsilə Cunanın ona göndərdiyi 4169-7413-1788-6610 nömrəli bank kartına göndərmişdir. Pulu göndərdikdən sonra, Cuna yenidən ona zəng edərək, işin alınması üçün ilkin olaraq “10 baş”, yəni 10000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə o həyat yoldaşı ilə birlikdə Bakı şəhəri 28 May metrosunun yaxınlığına getmiş və orada Cuna ilə görüşmüşlər. Cuna ilə görüşüb 28 May metrosunun yaxınlığında yerləşən kafelərin birində əyləşmişlər. Görüş zamanı Cuna onun iyul ayında Şamaxı şəhərində yerləşən 3 saylı tam orta məktəbə təyinatının veriləcəyini, sentyabr ayında isə artıq işə başlayacağını demişdir. Onlar da, bunun qarşılığında ilkin olaraq 10000 manat pulu həmin kafedə Cunaya vermişlər. Pulu verdikdən sonra, Cuna yenidən ona zəng edərək, işin alınması üçün pul istəmişdir. O da, yoldaşına zəng edərək, Cunanın kart hesabına pul göndərməyini tələb etmişdir. Yoldaşı xx.xx.2023-cü il tarixdə terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 5000 manat pul göndərmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 4500 manat pul göndərmişdir. Cuna yenidən ona zəng edərək, pul tələb etdiyi üçün yoldaşı xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki terminal vasitəsilə Cunanın 4169- 7413-1788-6610 nömrəli bank kartına 2500 manat göndərmişdir. Pulu göndərdikdən sonra o və yoldaşı mütəmadi olaraq Cuna ilə telefon əlaqəsi saxlamış, telefon danışığı zamanı Cuna onlara hər şeyin qaydasında olduğunu, narahat olmamaqlarını, işin tezliklə həll olacağını, işin alınmadığı təqdirdə pulları qaytaracağını bildirmişdir. 2023-cü ilin avqust ayının 14-də onun mobil telefonuna 17 avqust 2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən 2 saylı tam orta məktəbdə keçiriləcək müsahibədə iştirak etməyi barədə mesaj gəlmişdir. Mesaj gəldikdən sonra o, Cuna ilə əlaqə saxlamış, Cuna ona mesajın özünün köməkliyi vasitəsilə gəldiyini, müsahibədən keçmək üçün əlavə olaraq 4000 manat lazım olduğunu demişdir. Lakin o, sonradan öyrənmişdir ki, həmin mesaj o, direktorluq imtahanı üçün Təhsil Nazirliyinin rəsmi səhifəsində qeydiyyatdan keçdiyi üçün gəlmişdir, Cunanın həmin mesajla heç bir əlaqəsi olmamışdır. Həmin vaxt onlar bunu bilmədiyi üçün həyat yoldaşı xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki terminal vasitəsilə Cunanın 4169-7413-1788-6610 nömrəli bank kartına 4000 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Cuna ona mesaj yazaraq xx.xx.2023-cü il tarixdə onlara gələcəyini bildirmiş və həmin tarixdə təxminən saat 20 radələrində onlara gəlmiş və gecəni onların evində qalmışdır. xx.xx.2023-cü il tarixdə o müsahibə imtahanına gedən zaman Cuna müsahibəni qəbul edən şəxslərlə danışacağını, onu həmin müsahibədən rahatlıqla keçirəcəyini bildirmişdir. Bunun qarşılığında onlardan 4000 manat pul istəmişdir. Onlar da Cuna ilə razılaşıb, 4000 manat pulu yaşadığı evdə Cunaya vermişlər. Pulu verdikdən sonra, həyat yoldaşı onu Cuna ilə birlikdə müsahibə imtahanına aparmışdır. O, müsahibədə iştirak etdikdən sonra Cuna ilə birlikdə öz evlərinə gəlmişdir. Evə gəldikdən sonra onlar ailəvi olaraq restorana getmişlər, həmin vaxt Cuna da onlarla restorana getmişdir. Gecəni onlarla birlikdə evdə keçirdikdən sonra xx.xx.2023-cü il tarixdə yoldaşı Cunanı Bakı şəhərinə yola salmışdır. Bununla ümumilikdə Cunaya 30200 manat pul vermişlər. Pulu verdikdən sonra Cuna ilə əlaqə saxlayaraq, məsələnin nə yerdə olduğunu soruşmuş, Cuna onun sentyabr ayında 3 saylı tam orta məktəbdə direktor vəzifəsində işə başlayacağını demişdir. Lakin, sentyabr ayında 3 saylı tam orta məktəbə başqa şəxs direktor vəzifəsinə təyin olunduğundan onlar aldadıldıqlarını anlayıb, Cuna ilə əlaqə saxlamışlar. Cuna onlara həmin şəxsin vəzifəyə müvəqqəti təyin olunduğunu, narahat olmamaqlarını, onun tezliklə direktor vəzifəsinə təyin olunacağını bildirmişdir. Lakin, Cunanın iş məsələsini həll etmədiyini görüb sonuncuya verdikləri pulu geri tələb etməyə başlamışlar, Cuna müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirmişdir. 2024-cü ilin sonlarında Cunaya barəsində polisə şikayət edəcəyini bildirdi, bundan sonra Cuna hissə-hissə olmaqla 2200 manat pulu geri qaytarmış, lakin 28000 manat pulu hazıradək geri qaytarmamışdır. Şahid əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu konkret olaraq kimin vasitəsilə işə düzəldəcəyi barədə nəsə deməmiş, Tağı Hüseynov barədə də ona hər hansı bir məlumat verməmişdir. Cuna ona bildirmişdir ki, Təhsil Nazirliyində yüksək vəzifəli tanışları var, həmin şəxslərin vasitəsilə onu direktor vəzifəsinə işə düzəldəcək, lakin həmin şəxslərin şəxsiyyəti barədə ona heç nə deməmişdir. O, Cunaya verdiyi pulu geri istəyəndə Cuna gah bildirmişdir ki, pulları işin alınması üçün kiməsə verib, gah da deyirmiş ki, xəstə olduğundan müalicəsi üçün xərcləyib.

7. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

8. “Cinayət işinin başlanması və icraatda qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1-779/25 nömrəli material üzrə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi balanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır.

9. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərar ona elan olunmaqla, surətinin təqdim edilməsi qərara alınmışdır.

10. “Polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1969-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.

11. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə Bakı şəhəri Xətai RPİ tərəfindən və Yevlax RPŞ tərəfindən Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə cinayət işi açılmış, ardıcıllığa uyğun olaraq AR CM-in 73-1.2 və 73-1.1-ci maddələrinə əsasən, xitam edilmişdir.

13. “Üzləşdirmədə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi öz ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arvadı Şahid Şamaxı şəhərində yerləşən orta məktəblərinin birinə direktor vəzifəsinə düzəltmək üçün ümumilikdə 30200 manat məbləğində pul vəsaitini verdiyini, hazırda Təqsirləndirilən şəxs ona 16500 manat verəcəyinin olduğunu göstərmişdir.

14. “Üzləşdirmədə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi öz ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər, Şahid Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun, yəni Şahid Şamaxı şəhərində yerləşən orta məktəblərinin birinə direktor vəzifəsinə düəltmək üçün ümumilikdə 30200 manat məbləğində pul vəsaitini verdiyini, hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 16500 manat verəcəyinin olduğunu göstərmişdir.

15. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmasının və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, cinayət işinin materiallarına uyğun olmaqla Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, üzləşdirmə protokolları, təqdim edilmiş sənədə baxış keçirilməsi və materiala əlavə edilməsi haqqında protokol və digər ibtidai istintaq materialları iş üzrə sübut növü kimi qiymətləndirilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, özünü müdafiə üçün dəlil gətirərək Zərərçəkmiş şəxs ümumilikdə 30200 manat deyil, 16200 manat pul almasını, həmin pulu xəstə olduğu üçün müalicəsinə sərf etməsini söyləməsini özünümüdafiə xarakterli və əsassız olduğundan təmin edilmədən rədd edilməsi, dəymiş ziyanın 14900 manat hissəsinin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qaytarılmasının iş üzrə nəzərə alınması qərara alınmışdır.

16. 27.07.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli, həmçinin zərərşəkmiş şəxsin əlavə olaraq 200 manat ödənilməsinə dair ifadəsindən görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ümumilikdə 14900 manat məbləğində ziyan ödənilmişdir.

17. Mülki iddiaçı Zərərçəkmiş şəxs “Cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyana görə 15300 manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 136 manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

18. 03.03.2026-cı il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şamaxı rayon Məhkəməsinin binasında 500 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs ödənilmişdir.

19. 10.03.2026-cı il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şamaxı rayon Məhkəməsinin binasında 500 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs ödənilmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

22. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

23. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

24. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə görə, eyni əməl xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

25. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

26. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə onun törətdiyi əməllər düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş və az ağır cinayətlər kateqoriyasına aid edilir.

27. Belə ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir (qərarın 31-ci bəndi). Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq, işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir (qərarın 33-cü bəndi). Qeyd edilən qərarın 36-cı bəndinin 3, 4 və 10-cu abzaslarında göstərilmişdir ki, izah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə həm də mülki iddiaçı kimi tanınmalıdır. Təqsirkarın özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-in 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə, onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (qərarın 39-cu bəndi).

28. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.2.4-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin - əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

29. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur.

30. Başqa sözlə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özünü Şamaxı şəhərində yerləşən orta məktəblərdə direktor vəzifəsinə işə düzəltmək imkanları olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ümumilikdə 30200 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını mənimsəmişdir.

31. Məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

32. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

33. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də, yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

34. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

35. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

36. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə, Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

37. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

38. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

39. Təqsirləndirilən şəxs ona CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, özünü müdafiə üçün dəlil gətirərək, Zərərçəkmiş şəxs ümumilikdə 30200 manat deyil, 16200 manat pul almasını, həmin pulu xəstə olduğu üçün müalicəsinə sərf etməsi ilə bağlı ifadəsində göstərdiyi qeyd edilən xüsusatlar cinayət işinin materialları ilə tam təkzib edilməklə, onun törətdiyi cinayət əməlləri tam olaraq sübuta yetirildiyindən, həmin xüsusatlar iş üzrə toplanmış kifayət qədər mötəbər dəlillərin məcmusu ilə özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilməklə rədd edilir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan, cəzalanmaqdan yayınmaq və dəymiş ziyanı ödəməmək məqsədi daşıması kimi qiymətləndirir.

40. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, özünü Şamaxı şəhərində yerləşən orta məktəblərdə direktor vəzifəsinə işə düzəltmək imkanları olan şəxslərlə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ümumilikdə 30200 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını mənimsəməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

41. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

42. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

43. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

44. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

45. Məhkəmə, CM-in 59.1.14-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, 59.2-ci maddəsinə əsasən, 56 yaşında olmaqla məhkəmə icraatı zamanı davranışlarını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

46. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

47. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun tərəfindən hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məxsus cəmi 30200 (otuz min iki yüz) manat məbləğində maddi ziyandan 15900 (on beş min doqquz) manat məbləğində ziyanın ödənilməsi və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilərək barışıq əldə edilməsi üçün müəyyən təşəbbüs (əlavə olaraq 5000 manat ziyanın hissə-hissə ödənilməsi ilə bağlı təklifləri) göstərməsi də nəzərə alınmalıdır.

48. Məhkəmə hesab edir ki, cəzanın icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır.

49. Məhkəmə hesab edir ki, CPM-in 353.4.8-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır.

50. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

52. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur.

53. İş üzrə məhkəmə xərcləri yoxdur.

54. Məhkəmə, həmçinin iş üzrə verilmiş mülki iddiaya da münasibət bildirməyi zəruri hesab edir.

55. Belə ki, CPM-in 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

56. CPM-in 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

57. CPM-in 180-cı maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.

58. CPM-in 354.1.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər.

59. Məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia tələbində göstərdiyi məbləğ cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş və məhkəmədə öz təsdiqini tapmış ittihama uyğun olduğundan onun mülki iddiası qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 14300 (on dörd min üç yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 136 (bir yüz otuz altı) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 14436 (on dörd min dörd yüz otuz altı) manat pul vəsaiti tutularaq, mülki iddiaçıya ödənilməlidir.

60. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaması nəzərə alınmalıdır.

61. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da, əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

62. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Bakı Şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 14300 (on dörd min üç yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 136 (bir yüz otuz altı) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 14436 (on dörd min dörd yüz otuz altı) manat pul vəsaiti tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 220 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübutun, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar