Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-78/2022 13.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Şamaxı rayonu, Dədəgünəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, 67 saylı evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə, saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısında şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq ona alt dodağın səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol göz orbitasının hematoması və gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuiş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00 radələrində Zərərçəkmiş şəxs evinə gedərək pulunu istəmiş, Sabir isə onu iş gördükləri yerə apararaq ona “sən burda nə iş görmüsən mən sənə nə pul verim” demiş, bundan sonra aralarında mübahisə yaranmış, mübahisə edən zaman onun giriş qapısının qarşısına gəlmişlər, giriş qapısının qarşısında Sabir yerdən bel götürərək ona tərəf gəlib beli qaldıraraq onu vurmaq istəyən zaman özünü müdafiə etmək məqsədi ilə sol əlini belin qarşısına verib sağ əli ilə onun üz nahiyəsindən yumruqla vurmuş, bundan sonra arvadı Şahid araya keçərək onları aralamış, həmin yerdən aralaşıb getmişdir. Zərərçəkmiş şəxslə aralarında olan mübahisə zamanı yaxa-yaxaya yapışıb dartışmışlar, ola bilsin həmin vaxtı dırnağı Sabirin çənəsini cırmışdır. Hadisə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında baş verməklə həmin vaxtı orada Sabirlə ikisi olmuş, sonradan arvadı Mətanət gələrək onları aralamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində dükana gedən zaman Təqsirləndirilən şəxs küçədə evlərinin qarşısında oturduğunu görmüş, Elnur onu çağıraraq pulunu istəmiş, ona qayıdıb gələcəyini demiş, dükandan qayıdanda Elnuru küçədə görməmiş, evinə daxil olaraq çörək yeməyə başlamışdır. Çörək yeyən zaman Elnurun onu çağırdığını eşidib giriş qapısına yaxınlaşmış, giriş qapısına yaxınlaşan zaman Elnurun onun həyətində dayandığını görmüş, Elnuru qapıdan çıxarmaq istəyən zaman qapının qarşısında Elnur onun sol göz nahiyəsindən yumruqla vurduqda yıxılmış, xəsarət almışdır. Bundan sonra Elnurun həyat yoldaşı gələrək Elnuru ondan aralamış, bundan sonra evə daxil olmuş, evə daxil olduqdan sonra Elnur və həyat yoldaşı onun evinə gələrək şikayət etməməyini xahiş etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Elnur onun yaxasından tutarkən əli ilə ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onun üzərinə gələn zaman onu qorxutmaq məqsədi ilə bel götürsə də, onu bellə vurmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs ilə oxşar ifadə verdi. İş materiallarında olan MTE-nin 07 iyun 2022-ci il tarixli, 157 saylı ekspert rəyində Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, alt dodağın səthi yarası küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 iyun 2022-ci il tarixə uyğun gəlməsi, onun bədəni üzərində deşici kəsici alətlə (bıçaqla) yetirilməyə uyğun gələn hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməməsi, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sol göz orbitasının hematoması və gözün ağlı qişasına qansızma dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, alt dodağın səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 iyun 2022-ci il tarixdə verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyun 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 oktyabr 2004-cü ildə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçdiyindən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyi, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxs X1 ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-78/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-78/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver