Məhkəmə qərarları › İş №1(074)-78/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-78/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-78/2025 10.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 13 sentyabr 2025-ci il tarixində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:51-də Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən “Yeddi Günbəz” qəbiristanlığında saxlanılaraq, dərhal üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, təmiz çəkisi 5,898 (beş tam mində səkkiz yüz doxsan səkkiz) qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahidlərin elan edilmiş ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, özü 44 günlük müharibə iştirakçısıdır. Uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Narkotik vasitəni ara bir pulu olduğu təqdirdə gedib Bakı şəhərində tanımadığı şəxslərdən alır. Bir müddət əvvəl o, Müşfiqabad qəsəbəsində olan zaman təsadüfən yerdə kibrit qutusu görmüşdür. Adətən narkotik vasitə satan şəxslər Bakıda kibrit qutusunda narkotik vasitəni harasa qoyurlar və yerini söylərək bildirirlər ki, gedib götürsünlər. Bu səbəbdəndə həmin kibrit qutusu marağına səbəb olduğundan o, kibrit qutusunu yerdən götürüb açıb baxan zaman içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş və dərhal kibrit qutusunu bağlayaraq, cibinə qoymuşdur ki, Şamaxı rayonuna gələndə istifadə edər. 13 sentyabr 2025-ci il tarixdə, saat 14 radələrində o, həmin narkotik vasitədən istifadə etmək üçün yaşadığı Şəhriyar qəsəbəsində evdən çıxmış və heç kimin görməməsi üçün “Yeddi günbəz” qəbiristanlığına getmişdir. Qəbiristanlıqda bir qədər getmişdir ki, qarşı tərəfdən 4 nəfər şəxsin gəldiyini görmüş və həmin şəxslərdən birinin əlində telefon olmuşdur. O, ilk əvvəl onların kim olmasından şübhələnməmiş, lakin onlar ona çatan zaman qaçaraq, onun üzərinə gəlmiş və ikisi qolundan tutaraq onu saxlamışdır. Həmin şəxslər ona polis işçisi olduqlarını bildirdiklərindən artıq o, hesab etmişdir ki, üzərində olan narkotik vasitədən məlumatları vardır. Onlardan biri çəkiliş vasitəsi ilə onun hansı səbəbdən saxlanıldığını söyləyərək, onun hüquq və vəzifələrini izah etmişdir. Daha sonra isə ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib üzərində qanunsuz hər hansısa bir narkotik vasitə vardırsa çıxardıb təqdim etməyini söyləmişdirlər. O, da artıq tutulduğunu bildiyi üçün əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardaraq, təqdim etmişdir. Sənədləşmə aparan polis işçisi ondan həmin kibrit qutusundakının nə olduğunu soruşduqda o, ona marixuana olduğunu və Müşfiqabad qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra, onlar həmin kibrit qutusunu açaraq, baxış keçirtmiş və kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olduğundan elektron tərəzi vasitəsi ilə çəkilmiş və ümumi çəkisi 8.91 qram gəlmişdir. Daha sonra, polis əməkdaşları kibrit qutusunu kağız zərfə qoyaraq, qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişdirlər. Bundan sonra, polis şöbəsinə gətirilmiş və təhqiqatçının otağında onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə onun üzərindən aşkar olunan narkotik vasitəyə yenidən baxış keçirilmişdir. Daha sonra, tərəzi vasitəsi ilə çəkilib qablaşdırılmaqla bununla bağlı protokol tərtib edilmişdir. O, ümumilikdə yalnız narkotik vasitə olan marixuana istifadə etmiş və heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Yəni üzərindən aşkar olunan narkotik vasitədən də, yalnız istifadə etmək niyyətində olmuşdur. Onun üzərində gəzdirdiyi narkotik vasitə olan marixuanadan heç kimin məlumatı olmamış, çünki o, narkotik vasitə istifadə etməyi ilə bağlı heç kimə bu barədə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs ərizə təqdim edərək, ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarını tətbiq etməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin cinayətaxtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində bildirdi ki, 13 sentyabr 2025-ci il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə RPŞ-nə məlumat daxil olmuş və baş əməliyyat müvəkkili Şahid1 və Şahid2 onunla birlikdə Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə həmin şəxsin müəyyən edilməsi məqsədi ilə onlar tərəfindən əməliyyat-axtarış tədbirləri başlanılmış və Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə Şamaxı rayonu Yeddi Gümbəz qəbiristanlığı ərazisinə tək getməsi müəyyən edildiyindən onlar Təqsirləndirilən şəxs yerinin dəqiq olaraq müəyyən edilməsi məqsədi ilə həmin şəxsin axtarışına başlamış və təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs Yeddi Gümbəz qəbiristanlığında piyada hərəkətdə olduğunu görmüşdürlər. Onlar çəkiliş vasitəsi ilə dərhal ona yaxınlaşıb saxlayaraq, özlərini təqdim etmiş və ona üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olubolmamasını soruşaraq, müsbət halda üzərindən çıxardıb təqdim etməsini bildirmişdirlər. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə əlini salaraq cibindən bir ədəd kibrit qutusu çıxardıb, onlara təqdim etmiş və onlar həmin kibrit qutusunu açıb baxan zaman kibrit qutusunun içərisindən narkotik vasitə olan marixauana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, narkotik vasitəni Bakı şəhərində Müşfiqabad qəsəbəsi ərazisində yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra onlar tərəfindən həmin narkotik vasitə tərəzi vasitəsi ilə çəkilmiş və ümumi çəkisi 8.91 (səkkiz tam yüzdə doxsan bir) qram gəlmişdir. Müvafiq sənədləşmə apardıqdan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün onu Şamaxı RPŞ-nə gətirmişdirlər. RPŞ-də təhqiqatçı Ağa Məmmədovun xidməti otağında Təqsirləndirilən şəxs üzərində müdafiəçi Zəngi Gülaliyevin və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunun içərisində olan marixuanaya yenidən baxış keçirilmiş, tərəzi vasitəsi ilə həmin narkotik vasitə çəkildikdən sonra narkotik vasitə qablaşdırılmış, AR DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqdan sonra onun ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə əlaqədar, eyni zamandada onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitədən kimlərinsə məlumatının olması ilə bağlı hər hansısa bir əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin cinayətaxtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahid Şamaxı rayon polis şöbəsinin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, şahid Şamaxı rayon polis şöbəsinin cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 14 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə, saat 15:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni polis əməkdaşları tərəfindən faktiki saxlanıldığı 13 sentyabr 2025-ci il, saat 14:51 hesab olunmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 13 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şamaxı RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, həmin şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın onun özünə məxsus olduğunu bir daha bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 14 sentyabr 2025-ci il tarixli, 20/835 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərfdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,898 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Hərbi biletin və vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı olmuş və o, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Təqsirləndirilən şəxs verilmiş arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xasiyyətnamədən görünür ki, o, Şəhriyar qəsəbəsində özünü layiqli bir vətəndaş kimi göstərmiş, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22 sentyabr 2025-ci il tarixli cavabından görünür ki, o, Şamaxı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. “Maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qalıq çəkisi 5,848 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 6092 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarını tətbiq etməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Vətən müharibəsində iştirak etməsini nəzərə alır və Vətən müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının qərarının 24-cü hissəsinə əsasən, müdafiə tərəfinin razılığı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); Təqsirləndirilən şəxs həmin Qərarın 6-cı və 7-ci hissələrində amnistiya aktının tətbiqinin məhdudlaşdırılması nəzərdə tutulmuş şəxslərə aid deyildir. Qərarın 10-cu hissəsində göstərilir ki, bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 24-cü hissəsində göstərilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürüməlidir. Ekspertiza tədqiqatının dəyəri – 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba ödənilməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 5,848 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba ödənilsin. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 5,848 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 165 (yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar