Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-79/2025 17.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 23 oktyabr 2025-ci il tarixində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:32-də Şamaxı şəhəri, A.Məmmədağa küçəsində saxlanılaraq, saxlanıldığı yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən videogörüntüyə çəkilməklə üstü yoxlanılarkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümün içində xeyli miqdarda, təmiz çəkisi 0,443 (sıfır tam mində dörd yüz qırx üç) qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı şəhərində 4-cü mikrorayon dairəsi yaxınlığında avtomobillərə səs sistemi quraşdırmaqla məşğul olur, həmçinin müştərilərin istəyi ilə avtomobillərin olduğu yerə gedib orada səs sistemi quraşdırır. O, narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə reabilitasiya mərkəzlərində olmuş, sonuncu dəfə 2025-ci ilin iyun ayında reabilitasiya mərkəzində müalicəsini bitirib oradan çıxmışdır. Lakin müalicəsini bitirdikdən sonra yenə də narkotik vasitələrdən istifadəni davam etdirmişdir. Əsasən də narkotik vasitə olan heroin istifadəçisidir. 22 oktyabr 2025-ci il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində küçədə gəzən zaman yerdə bir ədəd büküm görmüş və həmin büküm onda maraq yaratdığından götürüb açaraq içərisinə baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bu səbəbdən də həmin heroini nə vaxtsa istifadə etmək üçün götürüb cibinə qoymuşdur. 20 oktyabr 2025-ci il tarixdə əvvəlcədən tanıdığı Şamaxı şəhər sakini Vüqar adlı şəxs ona zəng edərək dostuna məxsus “VAZ 2107” markalı avtomobilə səs sistemi quraşdırmağını, həmçinin avtomobilə səs sistemini Şamaxı şəhərində quraşdırmağı xahiş etmişdir. O, Vüqarla razılaşdıqdan sona 23 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində Vüqar “Whatsapp” sosial şəbəkəsində ona zəng edərək, arxasınca yaşadığı evə gəldiyini bildirmişdir. Həmin tarixdə saat 18 radələrində Vüqar dostu Heybətlə birlikdə idarə etdiyi “Lada Priora” markalı avtomobillə onun yaşadığı evə gəlmişdir. O, Vüqarın idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə Şamaxı şəhərinə gəlmişlər. Bir gün əvvəl yerdə tapdığı bükümü də istifadə etmək məqsədilə üzərində götürmüşdür. Vüqar onu və dostu Heybəti saat 20 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində avtomobildən düşürüb bildirmişdir ki, evə dəyib gəlir. Vüqar bunu deyib avtomobili ilə evlərinə getmişdir. Heybət isə qarajın qapısının açarını evdə unutduğunu bildirib yaşadığı evə getmişdir. O, Heybəti gözləyən zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslərin birinin əlində telefon olmuş və o, hiss etmişdir ki, çəkiliş aparırlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. O, etiraz etməyərək əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən Abşeron rayonunda tapdığı bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan heroin olmuşdur. Daha sonra üzərində əlavə narkotik vasitənin olub-olmamasını yoxlamaq üçün üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Honor” markalı çoxfunksiyalı mobil telefon, sol yan cibindən 2 ədəd alışqan, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bank kartı, sağ yan cibindən isə “İphone” markalı çoxfunksiyalı mobil telefon aşkar olunmaqla üzərindən əlavə heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən tərəzi ilə çəkildikdən sonra polis əməkdaşları narkotik vasitəni kağız zərfdə qablaşdıraraq üzərini möhürləmişlər. Cibindən çıxan narkotik vasitə çəkilmiş və 0,87 qram çəkidə olmuşdur. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinin inzibati binasına getmiş, orada ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına seçdiyi vəkilin iştirakı ilə Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş kağız zərf yenidən videogörüntüyə çəkilməklə açılıb içərisində olan bükümə baxış keçirilmiş, baxış zamanı narkotik vasitə olan heroin çəkilmiş və 0,84 qram çəkidə olmuşdur. Həmin büküm yenidən çəkildikdən sonra onun, polis əməkdaşları və vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilən həmin heroini ancaq özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır və o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən həmin narkotik vasitəni yaşadığı Abşeron rayonu Xırdalan şəhərində 22 oktyabr 2025-ci il tarixdə yerdən tapmış, həmin vaxt tək olmuş, yanında heç kim olmamışdır və ətrafda da onun həmin narkotik vasitəni götürməyini kiminsə görməsini dəqiq bilməmişdir. Həmin narkotik vasitəni ona kimsə satmamışdır. O, Şamaxı RPŞ-nə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 23 oktyabr 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin NMQnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Ceyhun Adgözəlov ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat qrupu ilə birlikdə Şamaxı şəhəri, A.Məmmədağa küçəsinə getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, içərisində heroin olan falqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Honor” markalı çoxfunksiyalı mobil telefon, sol yan cibindən 2 ədəd alışqan, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bank kartı, sağ yan cibindən isə “İphone” markalı çoxfunksiyalı mobil telefon aşkar olunmaqla üzərindən əlavə heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,87 qram müəyyən olunmuşdur. Aşkar edilmiş bank kartı və alışqanlar iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Həmin narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçıya tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədilə özündə saxlaması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü elektron tərəzidə çəkən zaman elektron tərəzini ərazidə olan nahamar səthli kafelin üzərinə qoymuşlar. Təhqiqatçı isə elektron tərəzini hamar səthli stolun üzərinə qoyduğu üçün çəkilər arasında 0,03 qram fərq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2 şahid Şamaxı rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid3 və Şahid4 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xırdalan şəhər sakini kimi avtomobillərə səs sistemi quraşdırmaqla məşğul olan şəxs kimi tanıyır. Mirzahirlə münasibətləri normal olmuş, aralarında hər hansı bir mübahisə, dava-dalaş olmamışdır. xx.xx.2025-ci il tarixdə qonşusu Şahid4 ona avtomobilinə səs sistemləri quraşdırmaq istədiyini, tanış usta tanıyıb-tanımadığını soruşmuş, o da Mirzahirin nömrəsini Heybətə vermişdir ki, öz aralarında əlaqə saxlasınlar. xx.xx.2025-ci il tarixdə Heybət ona demişdir ki, Mirzahiri yaşadığı evdən Şamaxı şəhərinə gətirmək lazımdır. O, Heybətlə razılaşdıqdan sonra idarə etdiyi avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Mirzahirin yaşadığı evə getmiş və onlar üçü birlikdə Şamaxı şəhərinə gəlmişlər. Həmin tarixdə təxminən saat 20 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində olan zaman ona evdən zəng gəldiyi üçün təcili evə getmək məcburiyyətində qalmışdır. Mirzahiri və Heybəti həmin küçədə avtomobildən endirib yaşadığı evə getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Mirzahir qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid4 ifadəsində Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 23 oktyabr 2025-ci il tarixdə saat 20:32-dən başlayaraq Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən - əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş büküm aşkar olunmuş, şalvarın və gödəkcənin sağ yan cibindən bir ədəd “Honor”, bir ədəd “İphone” markalı mobil telefonlar, sol yan cibindən iki ədəd alışqan, gödəkcənin iç döş cibindən bir ədəd bir kart aşkar edilmiş, həmin bükümdə olan heroinə oxşar kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2025-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 23 oktyabr 2025-ci il saat 20:32 hesab edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş büküm aşkar olunmuş, şalvarın və gödəkcənin sağ yan cibindən bir ədəd “Honor”, bir ədəd “İphone” markalı mobil telefonlar, sol yan cibindən iki ədəd alışqan, gödəkcənin iç döş cibindən bir ədəd bir kart aşkar edilmiş, həmin falqanın içərisinə baxıldıqda, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, həmin kütlə 0,87 qram gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2025-ci il tarixli, 20/925 nömrəli rəyindən görünür ki, təqdim edilmiş kağız paketdəki 01 ədəd gümüşü rəngli kağıza bükülmüş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,443 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 0,443 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,403 qramdır. Aparılmış tədqiqatın dəyəri 63 manatdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “İphone 7” markalı mobil telefonun ekranı qara, korpusu qara rəngli olmaqla, tək simkart tipli, sensor ilə işləyən mobil telefondur. Mobil telefon işə salınaraq, telefon yaddaşına, mobil proqramlarına, mesaj qutusuna baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs hər hansı bir şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, hər hansı bir məlumat, digər foto və digər video görüntü, mesaj və SMS aşkar edilməmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Honor X 7” markalı mobil telefonun ekranı qara, korpusu qara rəngli olmaqla, tək simkart tipli, sensor ilə işləyən mobil telefondur. Mobil telefon işə salınaraq, telefon yaddaşına, mobil proqramlarına, mesaj qutusuna baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs hər hansı bir şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, hər hansı bir məlumat, digər foto və digər video görüntü, mesaj və SMS aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. 25 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş “İphone”, “Honor” markalı mobil telefonları və 1 ədəd plastik bank kartını təhvil almışdır. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 26 oktyabr 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,403 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsi tərəfindən 05 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, o, həqiqətən də ünvan 2 ünvanda yaşayır. Yaşadığı müddət ərzində 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinə onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 6928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomiyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 23 oktyabr 2025-ci il tarixdən 25 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Abşeron rayonu və Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində (F19.2) qeydiyyatda olması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,403 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 oktyabr 2025-ci il tarixdən 25 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Abşeron rayonu və Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində (F19.2) qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 0,403 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-79/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-79/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver