Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-8/2023 16.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şamaxı rayonu Çuxuryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Konstontinoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Konstontinoviç tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan - hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda 50-63 santimetr diametrli, hər bir metri 6.50 (altı manat əlli qəpik) manat dəyərində SSRİ istehsalı 500 (beş yüz) ədəd dəmir borunu (turba), 32 millimetr diametrli rezin materialından, hər metri 05 (beş) manat dəyərində olan 300 (üç yüz) metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərrikli 2800 (iki min səkkiz yüz) manat dəyərində olan 01 (bir) ədəd çalaqazan aparatı, “STEEL” markalı, Almaniya istehsalı, mühərrikli 700 (yeddi yüz) manat dəyərində olan 01 (bir) ədəd odundoğrayanı (matapila), 10 millimetr diametrli, 01 (bir) bükümdə hər metri 0.65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu, 150 millimetr diametrli paslanmayan materialdan hər biri 150 (yüz əlli) manat dəyərində olan 04 (dörd) ədəd su kranını, 100 millimetr diametrli paslanmayan materialdan hər biri 100 (yüz) manat dəyərində olan 05 (beş) ədəd su kranını, 40 millimetr diametrli paslanmayan materialdan hər biri 50 (əlli) manat dəyərində olan 10 (on) ədəd su kranını, “MOSA” markalı, İtaliya istehsalı, benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 01 (bir) ədəd 6,5 (altı tam onda beş) kilovatlıq işıq generatorunu, dəmir materialından 03 (üç) metr uzunluğunda 50 (əlli) manat dəyərində olan 01 (bir) ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 (otuz) manat dəyərində olan 10 (on) ədəd beli (lapatka), Almaniya istehsalı, əl ilə (ruçnoy) işləyən hər biri 150 (yüz) manat dəyərində olan 02 (iki) ədəd toxumsəpəni, Almaniya istehsalı hər biri 50 (əlli) manat dəyərində olan 04 (dörd) ədəd bağ kərkisini, Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 120 (yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd çalaqazanı, Almaniya istehsalı 80 (səksən) manat dəyərində olan 01 (bir) ədəd dəmir yabanı, İsrail istehsalı 25 millimetr diametrli yanmayan materialdan üç xətli (jilalı) hər metri 06 (altı) manat dəyərində olan 200 (iki yüz) metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində olan 01 (bir) ədəd talı (buksur üçün), Almaniya istehsalı əl ilə (ruçnoy) işləyən 140 (yüz qırx) manat dəyərində olan 01 (bir) ədəd toxumsəpən beli, əl ilə yığılmış 300 (üç yüz) manat dəyərində olan 01 (bir) ədəd manqal üstü odun sobasını, hər biri 200 (iki yüz) manat dəyərində olan 02 (iki) ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı hər biri 25 (iyirmi beş) manat dəyərində olan 02 (iki) ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 (iki yüz əlli) manat dəyərində olan 02 (iki) ədəd samovar-çaynik dəstini, hər biri 10 (on) manat dəyərində olan 02 (iki) ədəd qaz açarını, hər biri 05 (beş) manat dəyərində olan 02 (iki) ədəd çəkici, hər biri 06 (altı) manat dəyərində olan 02 (iki) ədəd kəlbətini, hər biri 01 (bir) manat dəyərində olan 36 (otuz altı) ədəd kabab üçün şişləri, 05 (beş) manat dəyərində olan ağac budamaq üçün 01 (bir) ədəd qayçını, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd bıçaq itiləmə alətini, 02 (iki) manat dəyərində olan 01 (bir) ədəd dəmir fırçanı, hər biri 01 (bir) manat dəyərində olan su kranı üçün 02 (iki) ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, Şamaxı rayonu Çuxuryurd kəndində bir nəfər şəxsə məxsus evə nəzarət etmiş, həyətində iş gördürmüşdür. O, ilk dəfə bu işlə bağlı polisə dəvət edildiyi gündən 15-20 gün qabaq həmin həyətdə ustalar tərəfindən iş görüldüyünə görə dəmir hissələri artıq qalmış və zibil kimi ayrılmışdır. Belə ki, həyətdə ustaların işlədiyi yerdə dəmir işləri görüldüyü yerdə köhnə dəmir hissələri qalmış və həmin hissələr – aristonun altındakı dəmirlər, qarajdan çıxan dəmirlər, borular və digər hissələrdən çıxan dəmir hissələri olmuşdur. O, da rayon ərazisində Emil adlı şəxsin dəmir almasını eşitdiyi üçün ona zəng edib dəmir satdığını bildirmiş, həmin vaxtı o, VAZ 2106 markalı avtomobili ilə Emilgilə adını xatırlamadığı fəhlə ilə getmiş, sonra isə Emil ilə danışıb dəmirləri ona satacağına razılaşmış, sonra Çuxuryurda qayıdıb fəhləni düşürtmüş, sonra avtomobil ilə Emilgilə qayıtmış, maşını orada qalmış, Emil ilə onun ağ rəngli “FORD” yük maşını ilə nəzarət etdiyi evə gəlmiş, sonra həmin dəmirləri Emilin maşınına yükləmişlər, sonra Emilin maşını və onun maşını ilə o və Emil ikisi onun evinə gəlmişlər. Həmin vaxtı dəmirləri çəkib 470 kq olmasını müəyyən etmişlər. Emil ona 180 manat pul etdiyini və pulu sabah verəcəyini demiş, o, da tək halda avtomobilinə əyləşib Çuxuryurda nəzarət etdiyi evə qayıtmışdır. Hadisə o, dediyi kimi baş vermişdir. O, Emilin avtomobili ilə tək halda gəlib, tək halda qayıtmış, fəhlə həmin avtomobillə gəlməmiş, dəmirləri də sabah deyil, aparan kimi tərəzidə çəkmişlər. Həmin vaxtı orada işləyən fəhlələr də zibillikdən gətirdikləri dəmirləri də Emilə satmışlar. O, bu işlə bağlı ilk dəfə polisə dəvət ediləndən 15-20 gün qabaq əsgər yoldaşı Rəhimov Emil gəlmişdir. O, da “UAZ” markalı yük maşını ilə həmin əsgər yoldaşı ilə həmin gün səhər tezdən Çuxuryurd kədində boş sahələrdə gəzmişlər. Həmin vaxtı hava qarlı olmuş və avtomobili sürərkən avtomobilin mühərriki xarab olmuşdur. O, da atası Konstantinə zəng etmiş, atası da “VAZ-2106” markalı avtomobilləri ilə gəlmiş və əsgər yoldaşını kəndə qaytarmış, o da atası ilə Nağaraxana kəndində tanıdıqları Aleksandrın yanına gedib yolda qalmış “UAZ” markalı yük maşınını gətirməkdə köməklik etməyi bildirmişlər. O, da özünün traktoru ilə həmin gün saat 12 radələrində gəlmiş və onlar “UAZ”-ı asfalt yola çıxarmışlar, orada UAZ üzüaşağı yolla bir qədər gəlmiş və sonra evakuatorla maşını ustaya qoymuşlar. Həmin “UAZ” markalı avtomobilin detalları nasaz olmuş, işləməmiş, buna görə də, mühərriki xarab olandan sonra həmin “UAZ” markalı avtomobili Filmana qaytarmış, bildiyinə görə Filman da kiməsə vermişdir. Həmin “UAZ” markalı avtomobilin arxa stop işığının lamıçka yeri deşik kimi qalmış, lamıçkası olmamışdır. “UAZ” markalı avtomobildə əvvəldən qulpu qırıq kəlbətin olmuş, lakin avtomobili təhvil verəndə həmin kəlbətinin yerində olmasına fikir verməmişdir. Avtomobilin yük yerində bir çox qırıntılar zibil halında olmuşdur, konkret qoz qabığı qırıntısı olmasına fikir verməmişdir. Həmin «UAZ» markalı yük avtomobilini o, etibarnamə ilə idarə etmiş, xatırladığına görə həmin «UAZ» markalı yük avtomobilin dövlət nömrə nişanı **-BH-*** saylıdır. Sonradan bildiyinə görə həmin avtomobilin mülkiyyətçisi X5r, lakin, o, həmin şəxsi tanımır, o, avtomobili Filmandan götürmüşdür. Dəqiq xatırlamadığı tarixdə, o, Vasifin uşaqlarını Kələxana kəndindən Çuxuryurd kəndindəki evinə gətirmiş, orada avtomobilin tormoz sistemi və kardanı xarab olmuş, o, da Vasifə zəng edib avtomobili həyətinə salıb təmir edəndən sonra aparmaq istədiyini bildirmiş, çünki küçədə təmir etmək istəməmiş, həmin vaxtı avtomobilində yük olmamışdır. 15-20 dəqiqə ərzində evin həyətində avtomobili təmir edib çıxıb getmişdir. Onun avtomobilində heç bir əşya olmamış və o, Nağıya heç bir əşya, eləcə də qeyd edilən balta, çəkic, kvalt və bu kimi bir neçə əşyanı verməmişdir. Vasif onun barəsində yalan məlumat vermişdir. O, həmin dəmirləri aparmamış və kim tərəfindən götürülməsini bilməmişdir. Vətən müharibəsində xəsarət aldığına görə dəfələrlə müalicə olunarkən ona sakitləşdirici dərmanlar vurulduğuna görə, hadisənin tarixini dəqiq xatırlamır, bir müddət əvvəl, o, Şamaxı rayonu mərkəzi ərazisində olarkən, həmin vaxtı onun etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** nömrəli avtomobildə olan vaxtı, Vasifin oğlu Nağı Əhmədov xatırlamadığı bir nömrədən onun ***-***-**-** saylı nömrəsinə zəng edərək demişdir ki, “axşam çıxarsan kəndə, maşınla gələrsən bizə, səninlə işim var”. O, da həmin gün axşam təxminən saat 19 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **- BB-*** nömrəli avtomobil ilə Çuxuryurd kəndinə getmiş və Nağının qaldığı evə gedib onunla görüşmüş və nə məsələ olduğunu soruşmuşdur. Nağı ona demişdir ki, “dağın üstü tərəfdə dəmir yığmışam, atamın (Şahid2) da xəbəri var, maşınınla gedib gətirək”. Nağının dəmirləri gecə gətirmək istəməsinə görə şübhələnsə də, Nağı demişdir ki, dəmirləri özü yığmışdır, buna görə də ona bir söz deməmiş və Nağı ilə həmin axşam idarə etdiyi avtomobil ilə Nağının qeyd etdiyi yerə getmişlər, həmin vaxtı getdikləri yer Zərərçəkmiş şəxs məxsus oğurluq olan obyektə nisbətən yaxın ərazi olmuşdur. Onlar bir yerə gedib çatmışlar, həmin yer asfaltdan qıraqda dərə kimi yer olmuş, orada avtomobili saxlamışlar, o, əlindən müharibədə xəsarət aldığına görə, Nağıya kömək etməmiş, Nağı tək halda oradan müxtəlif ölçülü dəmirlər – armaturlar, dəmir borular və müxtəlif dəmir hissələrini dərədən götürüb avtomobilin yük yerinə yığmış, o, həmin vaxtı avtomobilin salonunda olmaqla Nağının konkret olaraq hansı dəmir əşyaları yığmasını bilməmişdir. Dəmirləri yığandan sonra Nağı avtomobilə əyləşmiş və ikisi avtomobil ilə Nağının yaşadığı evin həyətinə gəlmişlər, həmin vaxtı Nağı avtomobildən bir neçə əşyaları götürüb həyətinə yığmış, həmin vaxtı gecə olduğundan konkret hansı əşyaları götürməsini bilməmiş, ola bilsin ki, istintaqın aşkar etdiyi həmin əşyalar olmuşdur. Lakin, o, dəqiq fikir verməmişdir. Bundan sonra, Nağı demişdir ki, digər əşyalar avtomobildə qalsın, satarıq. Həmin vaxtı, saat 20 radələri olardı, o, avtomobili ilə Nağı ilə birlikdə Şamaxı şəhər mərkəzinə gəlmişlər, burada Emil Söydümovun dəmir əşyalar alan şəxs olmasını bildikləri üçün, avtomobili onun yaşadığı ünvana sürmüş və avtomobildə olan dəmirləri Emil Söydümova satmışlar, müəyyən müddət keçdiyindən dəmirlərin konkret hansı çəkidə olmasını və Emil Söydümovun nə qədər pul verməsini və ona nə qədər pul çatmasını xatırlamır. Bundan sonra, Çuxuryurd kəndinə qayıtmışlar. Sonradan özü analiz edib bilmişdir ki, Nağı həmin dəmir əşyaları Zərərçəkmiş şəxs obyektindən oğurlamışdır. Lakin, bilir ki, Nağı həmin əşyaları tək götürə bilməz, ona çox güman ki, atası Vasif də köməklik etmiş, onların Zərərçəkmiş şəxs obyektindən digər əşyaları hansı formada götürməsi, necə daşıması və satmalarını bilmir. O, “UAZ”-la onlar üçün heç nə daşımamış, “UAZ” markalı avtomobili demək olar ki, o, heç bir iş üçün sürməmiş, çünki alandan ancaq xarab olmuşdur və ustaya aparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, uzun müddətdir Bakı şəhərində yaşayır. Onun özünə məxsus olmaqla vəfat etmiş atasının adına olan, Şamaxı rayonu Çuxuryurd kəndinin meşə ərazisində yerləşən, istirahət məqsədilə inşa edilmiş yarımtikili vardır. Həmin obyekt tam təmir olunmadığına görə həmin ərazidə o, bağ sahəsi salmış, ərazidə 4 ədəd dəmirlə yarımtikili formasında kontstruksiyalar vardır, eyni zamanda əlavə olaraq 1 ədəd metaldan 5x2.5 metr ölçüdə üstü bağlı vaqon və bir ədəd 2x1 metr ölçüdə dəmir seyf vardır. Həmin obyektdə olan qeyd etdiyi vaqonda metal borular, su şlanqları, siyirtmələr, çala qazan alətlər və digər bu kimi alətlər olmuşdur. O, 04 dekabr 2021-ci il tarixdə səhər vaxtı o, obyektə gedəndə müəyyən etmişdir ki, həmin obyektdə olan vaqondan həmin ərazinin bağ sahəsini çəpərləmək üçün hər biri 2.5 metr uzunluqda diametri 50-63 sm ölçüdə olmaqla 500 (beş yüz) ədəd metal dirəklər (SSRİ istehsallı) hər bir metri 6 manat 50 qəpikdən olmaqla cəmi 8125 AZN, diametri 32 sm ölçüdə (32-lik) rezin materialından 300 (üç yüz) metr uzunluqda su şlanqı hər bir metri 5 manatdan olmaqla 1500 AZN, Almaniya istehsallı mühərrikli 01 ədəd çalaqazan 2800 AZN, “STEEL” markalı Almaniya istehsallı mühərrikli 01 ədəd odundoğrayan (matapila) 700 AZN, diametri 10 sm ölçülü (10-luq) uzunluğu 5000 (beş min) metr olan 1 bükümdə tros hər metri 0.65 manatdan olmaqla cəmi 3250 AZN, diametri 150 sm (150-lik) ölçülü nerjavika materialından 4 ədəd siyirtmə (su krantı) hər biri 150 manatdan cəmi 600 AZN, diametri 100 sm ölçülü (100-lük) nerjavika materialından 5 ədəd siyirtmə (su krantı) hər biri 100 manatdan cəmi 500 AZN, diametri 40 sm ölçülü (40-lıq) nerjavika materialından 10 ədəd siyirtmə (su krantı) hər biri 50 manatdan cəmi 500 AZN, “MOSA” markalı 6.5 kVT-lıq İtaliya istehsallı (benzin yanacağı ilə işləyir) 01 ədəd işıq generatoru 4500 AZN, dəmir materialından 3 metr uzunluqda 01 ədəd nərdivan 50 AZN, şişburun formalı Almaniya istehsallı 05 ədəd lapatka hər biri 30 manatdan olmaqla cəmi 150 AZN, Almaniya istehsallı 05 ədəd çalov hər biri 30 manatdan olmaqla cəmi 150 AZN, Almaniya istehsallı əl ilə (ruçnoy) 02 ədəd toxumsəpən hər biri 150 manatdan olmaqla cəmi 300 AZN, Almaniya istehsallı 04 ədəd bağ kərkisi hər biri 50 manatdan olmaqla cəmi 200 AZN, Almaniya istehsallı əl ilə (ruçnoy) 01 ədəd çalaqazan 120 AZN, Almaniya istehsallı 01 ədəd yaba 80 AZN, İsrail istehsallı diametri 25 millisantimetr ölçülü yanmayan materialdan 3 jilalı 200 metr uzunluqda işıq kabeli hər bir metri 6 manatdan olmaqla cəmi 1200 AZN, köhnə SSRİ istehsallı 01 ədəd tal (buksur üçün dartmağa lazımdır) 2000 AZN, Almaniya istehsallı əl ilə (ruçnoy) 01 ədəd toxumsəpən lapatka 140 AZN, əl ilə yığılmış alt hissəsi manqal üstü odun sobası 01 ədəd peç 300 AZN, 14-lük dəmirlə yığılmış 02 ədəd manqal hər biri 200 manatdan olmaqla cəmi 400 AZN, SSRİ istehsallı 02 ədəd balta hər biri 25 manatdan olmaqla cəmi 50 AZN, 8-10 litr tutumlu latun materialından 02 ədəd samovar-çaynik dəsti hər biri 250 manatdan olmaqla cəmi 500 AZN, 02 ədəd qaz açarı hər biri 10 manatdan olmaqla cəmi 20 AZN, 02 ədəd çəkic hər biri 5 manatdan olmaqla cəmi 10 AZN, 02 ədəd kəlbətin hər biri 6 manatdan olmaqla cəmi 12 AZN, şişlərin bir ədədi 01 (bir) manat olmaqla 36 ədəd şiş cəmi olaraq 36 (otuz altı) AZN, ağac budamaq üçün 01 ədəd qayçının qiyməti 05 (beş) AZN, 01 ədəd bıçaq itiləmə alətinin qiyməti 02 (iki) AZN, 01 ədəd dəmir şotkanın qiyməti 02 (iki) AZN, su krantı üçün 02 ədəd başlığın hər biri 01 (bir) manat olmaqla cəmi 02 (iki) AZN oğurlanmışdır. Bununla da ona məxsus 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində əmlak oğurlanmışdır. Ona dəyən ziyandan 482 manat pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Ağsu rayonu Yenilik kəndində qeydiyyatda olmaqla, hazırda Şamaxı rayonu Çuxuryurd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, işi ilə bağlı bəzən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən evdə, bəzən də Şamaxı rayonu Kələxana kəndində yaşayır. Onun Şamaxı rayonu Çuxuryurd kəndində yaşadığı ev İsrafil İsrafilov adlı şəxsə məxsusdur. Kələxana kəndində isə müvəqqəti olaraq fermadakı evdə qalır. Təqsirləndirilən şəxs Konstontinoviçi tanıyır, Şamaxı rayonunda yaşayır, hər kəs onu “Saşa” adı ilə tanıyır. Belə ki, dəqiq tarixini xatırlamır, təxminən 15-20 gün bundan qabaq, axşam saat 00-dan 01 radələrinə kimi olan müddətdə, o, Şamaxı rayonu Kələxana kəndində evdə olarkən Təqsirləndirilən şəxs özünün ***-***-**-** saylı nömrəsindən zəng edib bildirmişdir ki, “özümün VAZ-2106 markalı avtomobilim ilə Avaxıldan gələndə Çuxuryurd kəndində “STAR OTEL”-in yaxınlığında yolda hərəkətdə olanda avtomobilin tormoz şlanqı partlayıb, icazə versən maşını salım sizin həyətə, maşında yük var, yükü boşaldım, maşını düzəldim, sonra yükü götürərəm”. O da ona icazə verdiyini bildirmiş, həmin vaxtı Çuxuryurd kəndindəki evində oğlu Nağı olmuşdur. Təqsirləndirilən şəxs zəngindən sonra oğlu Nağıya da zəng edib Təqsirləndirilən şəxs avtomobil ilə gələcəyini və avtomobili həyətə salacağını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobili ilə onların həyətinə gəlmiş, oğlu Nağı qapını açmışdır, Təqsirləndirilən şəxs avtomobili həyətə salmış, avtomobildəki dəmir əşya yüklərini həyətə boşaltmış, sonra Təqsirləndirilən şəxs avtomobili həyətlərində düzəltməyə başlamış, buna görə də səs yaranmışdır. Bundan sonra, Çuxuryurd kəndinin icra nümayəndəsi Bəşir müəllim ona zəng edərək Təqsirləndirilən şəxs oğurluq dəmirləri həyətinə gətirdiyini və həyətlərində nə isə səs-küy yarandığını bildirmişdir. O, da ona demişdir ki, “Təqsirləndirilən şəxs mənə zəng vurub maşını həyətimə gətirmək istədiyini deyib, mən ona icazə vermişəm”. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobili düzəldib həmin yükləri həyətindən götürüb avtomobilə yığanda oğlu Nağı dəmirlərin arasında bir neçə detalı istəmişdir, Təqsirləndirilən şəxs də balta, çəkic, kvalt, ocaq üçün dəmir list, kabab üçün şiş və bir neçə detalları oğlu Nağıya vermiş, Nağı da həmin detalları həyətlərində qoymuşdur. Oğlu Nağı ona zəng edib Təqsirləndirilən şəxs bir neçə əşyanı götürməsini bildirmiş, o, bilməmişdir ki, həmin əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. O, Bəşir müəllimin zənginə görə şübhəli qaldığı üçün həmin günün sabahısı telefonu ilə Təqsirləndirilən şəxs zəng edib ondan soruşmuşdur ki, “Təqsirləndirilən şəxs, bu nə məsələdir, sən dəmir oğurlayırsan?, mənim həyətimə gətirirsən?”. Təqsirləndirilən şəxs də ona demişdir ki, “mən Elçinin Çuxuryurd kəndindəki obyektindən dəmirləri götürmüşəm, yiyəsi olmadığına görə götürmüşəm, mənə heç kim heç nə edə bilməz”. O da Təqsirləndirilən şəxs demişdir ki, “sən oğurladığın dəmirləri mənim həyətimə gətirmisən, məni polis tutsa sənin adını bildirəcəm”. Təqsirləndirilən şəxs də ona demişdir ki, “narahat olma, mən səni çıxartdıracam”. Bundan sonra, o, Təqsirləndirilən şəxs ilə görüşməmişdir. O, həmin əşyaları Zərərçəkmiş şəxs obyektində əvvəllər görmüşdür, çünki o, bir neçə dəfə əvvəllər onun obyektinə getmişdir. Həmin əşyaları da Təqsirləndirilən şəxs oğlu Nağı istəmiş, Nağıya da Təqsirləndirilən şəxs oğurladığı dəmirlərin arasından götürüb vermişdir. Oğlu Nağı ona Təqsirləndirilən şəxs bir neçə əşya götürməsini deyəndə o, şübhələnməmişdir. Həmin vaxtdan o, həyətindəki həmin əşyalara fikir verməmişdir və görməmişdir. Polis əməkdaşları ilə həyətində baxış keçiriləndə həmin əşyalar aşkar edilmiş və o, həmin vaxtı Elçinə məxsus əşyaların həyətində olmasını görmüşdür. O, əvvəlcədən həmin əşyaları həyətində görsə idi, dərhal Elçinə qaytarardı və Təqsirləndirilən şəxs oğurlayıb gətirdiyini bildirərdi. Təqsirləndirilən şəxs ona əvvəlcədən demişdir ki, onu polisə çağırsalar, o, onu polisdən çıxartdıracaq, ona köməlik edəcək ki, o, tutulmasın. Buna görə də belə bildirmiş, Aleksandrın adını demək istəməmiş. lakin, sonradan görmüşdür ki, o, tutulur, buna görə də həqiqəti bildirmişdir. Həmin əşyaları Təqsirləndirilən şəxs oğurlayıb gətirib onların həyətinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayonu Nağaraxana kəndində qeydiyyatdadır və yaşayır. O, traktor sürücülüyü ilə məşğul olmuş və oğlunun idarə etdiyi “Belorus” traktoru vardır, o, həmin traktoru həyətlərində saxlamışdır. Belə ki, o, bu işlə bağlı polisə çağırılıb izahat verməkdən təxminən 15-20 gün öncə, 2021-ci ilin noyabr ayının ortalarında gündüz vaxtı evində olarkən, Çuxuryurd kəndində yaşayan Saşa adı ilə tanıdığı Təqsirləndirilən şəxs Konstontinoviç həmin vaxtı atası Kostya adı ilə tanıdığı X2 ilə birlikdə onlara gəlmişlər. Onlar gəlib ona bildirmişlər ki, Təqsirləndirilən şəxs (Saşanın) “UAZ” markalı yük avtomobili yolda bir yerdə xarab olub batıb, buna görə də onun idarə etdiyi traktoru ilə həmin “UAZ”-ı çəkməyini bildirmişlər. O, da onlarla razılaşmış və traktora əyləşmiş, daha sonra Təqsirləndirilən şəxs (Saşa) da yanında oturacaqda əyləşmiş, Konstantin Kornev isə gəlməmiş və özünün “VAZ-2106” markalı avtomobili ilə harasa çıxıb getmişdir. Həmin vaxtı, onlar ikisi Təqsirləndirilən şəxs ilə həmin yerə getmişlər. Həmin yer, Çuxuryurd kənd sakini kimi tanıdığı Zərərçəkmiş şəxs məxsus olmaqla meşə sahəsində yerləşən obyektinə yaxın ərazidə yerləşirdi. Həmin yerə çatdıqda Çuxuryurd kəndinə aid meşə adlanan ərazidə “UAZ” markalı yük avtomobilinin yanına çatmışlar. Orada, o, traktordan düşməmiş, Təqsirləndirilən şəxs traktordan düşmüş və qoşqunu qoşmuş, o, da traktoru idarə edib “UAZ”-ı dartıb yol ilə “Soyuqbulaq” adlanan yerə tərəf gedən asfalt yola çıxarmış, həmin asfalt yol Çuxuryurd kəndinin mərkəzinə doğru gəlir. Orada qoşqunu ayırmış və o, traktorla evinə gəlmişdir. Təqsirləndirilən şəxs isə sonradan həmin “UAZ”-la hara getməsini o, bilməmişdir. O, orada “UAZ” markalı avtomobildə kənar kimisə görməmişdir. O, həmin vaxtı avtomobilin yük yerinə baxmadığına görə avtomobilin yük yerində nə isə olmasını görməmişdir. O, orada ətrafda və kənarda da kimisə görməmişdir. Həmin vaxtı birinci qar yağdığından yol qarlı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Baxış keçirilməsi haqqnda” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində Zərərçəkmiş şəxs iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış əşyalar Zərərçəkmiş şəxs məxsus olmaqla Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində boş torpaq sahələri ərazisində yerləşən tikilidə, binadan aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi, götürmə aparılması və əşyaların tanınması üçün zərərçəkmiş şəxsə təqdim edilməsi haqqında” xx.xx.2021-ci tarixli protokolundan görünür ki, həmin tarixdə Şahid2 təqdim etdiyi Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən yaşadığı evin həyətində zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı evin həyətindən Zərərçəkmiş şəxs məxsus oğurlanmış əşyalar – 01 ədəd balta, 01 ədəd dəmir çəkic, 01 ədəd çaynik, 36 ədəd kabab şişi, ağac budamaq üçün 01 ədəd qayçı, 01 ədəd itiləmə aləti, 01 ədəd dəmir şotka, su krantı üçün 02 ədəd başlıq Şahid2 nəzarət etdiyi evin həyətyanı sahəsindən aşkar edilmiş, həmin əşyalar Zərərçəkmiş şəxs tərəfindən tanınmış və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 18 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı 482 manat pul ödənmişdir. “Maddi sübut kimi tanıma və saxlaca verilməsi haqqında” 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə götürülmüş - Şahid2 yaşadığı Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin həyətindən Zərərçəkmiş şəxs məxsus əşyalardan - 01 ədəd balta, 01 ədəd dəmir çəkic, 01 ədəd çaynik, 36 ədəd kabab şişi, ağac budamaq üçün 01 ədəd qayçı, 01 ədəd itiləmə aləti, 01 ədəd dəmir şotka, su krantı üçün 02 ədəd başlıq cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğuna görə, həmin əşyalar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 09 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əşyaların qiymətləndirilməsi haqqında “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06 nömrəli mütəxəssis rəyindən görünür ki, “əlamətləri təqdim olunmuş - D=50-63 sm ölçülü hər biri 2.5 (iki tam onda beş) metr uzunluqda SSRİ istehsallı 500 (beş yüz) ədəd dəmir borunun (turba) hər metri 6.50 (altı manat əlli qəpik) manat olmaqla cəmi 8125 (səkkiz min yüz iyirmi beş) AZN, D=32 sm ölçülü (32-lik) rezin materialından, 300 (üç yüz) metr uzunluqda su şlanqının hər metri 05 (beş) manat olmaqla cəmi 1500 (min beş yüz) AZN, Almaniya istehsallı, mühərrikli 01 (bir) ədəd çalaqazan aparat 2800 (iki min səkkiz yüz) AZN, “STEEL” markalı, Almaniya istehsallı, mühərrikli 01 (bir) ədəd odundoğrayan (matapila) 700 (yeddi yüz) AZN, D=10 sm ölçülü (10-luq) 5000 (beş min) metr uzunluqda, 01 (bir) bükümdə trosun hər metri 0.65 (altımış beş qəpik) manat olmaqla cəmi 3250 (üç min iki yüz əlli) AZN, D=150 sm (150-lik) ölçülü paslanmayan materialdan 04 (dörd) ədəd siyirtmənin (su krantı) hər biri 150 (yüz əlli) manat olmaqla cəmi 600 (altı yüz) AZN, D=100 sm ölçülü (100-lük) paslanmayan materialdan 05 (beş) ədəd siyirtmənin (su krantı) hər biri 100 (yüz) manat olmaqla cəmi 500 (beş yüz) AZN, D=40 sm ölçülü (40-lıq) paslanmayan materialdan 10 (on) ədəd siyirtmənin (su krantı) hər biri 50 (əlli) manat olmaqla cəmi 500 (beş yüz) AZN, “MOSA” markalı, İtaliya istehsallı, benzin yanacağı ilə işləyən 01 (bir) ədəd 6.5 kVT-lıq işıq generatoru 4500 (dörd min beş yüz) AZN, dəmir materialından 03 (üç) metr uzunluqda 01 (bir) ədəd nərdivan 50 (əlli) AZN, şişburun formalı Almaniya istehsallı 05 (beş) ədəd lapatkanın hər biri 30 (otuz) manat olmaqla cəmi 150 (yüz əlli) AZN, Almaniya istehsallı 05 (beş) ədəd çalovun hər biri 30 (otuz) manat olmaqla cəmi 150 (yüz əlli) AZN, Almaniya istehsallı əl ilə (ruçnoy) işləyən 02 (iki) ədəd toxumsəpənin hər biri 150 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) AZN, Almaniya istehsallı 04 (dörd) ədəd bağ kərkisinin hər biri 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) AZN, Almaniya istehsallı əl ilə (ruçnoy) işləyən 01 (bir) ədəd çalaqazan 120 (yüz iyirmi) AZN, Almaniya istehsallı 01 (bir) ədəd yaba 80 (səksən) AZN, İsrail istehsallı D=25 millisantimetr ölçülü yanmayan materialdan üç jilalı 200 (iki yüz) metr uzunluqda işıq kabelinin hər metri 06 (altı) manatdan olmaqla cəmi 1200 (min iki yüz) AZN, SSRİ istehsallı 01 (bir) ədəd tal (buksur üçün) 2000 (iki min) AZN, Almaniya istehsallı əl ilə (ruçnoy) işləyən 01 (bir) ədəd toxumsəpən lapatka 140 (yüz qırx) AZN, əl ilə yığılmış alt hissəsi manqal üstü odun sobası 01 (bir) ədəd peç 300 (üç yüz) AZN, 14-lük dəmirlə yığılmış 02 (iki) ədəd manqalın hər biri 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) AZN, SSRİ istehsallı 02 (iki) ədəd baltanın hər biri 25 (iyirmi beş) manat olmaqla cəmi 50 (əlli) AZN, latun materialından 8-10 litr tutumlu 02 (iki) ədəd samovar-çaynik dəstinin hər biri 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) AZN, 02 (iki) ədəd qaz açarının hər biri 10 (on) manat olmaqla cəmi 20 (iyirmi) AZN, 02 (iki) ədəd çəkicin hər biri 05 (beş) manat olmaqla cəmi 10 (on) AZN, 02 (iki) ədəd kəlbətinin hər biri 06 (altı) manat olmaqla cəmi 12 (on iki) AZN, kabab üçün 36 (otuz altı) ədəd şişlərin hər biri 01 (bir) manat olmaqla cəmi 36 (otuz altı) AZN, ağac budamaq üçün 01 ədəd qayçı 05 (beş) AZN, 01 (bir) ədəd bıçaq itiləmə aləti 02 (iki) AZN, 01 (bir) ədəd dəmir şotka 02 (iki) AZN, su krantı üçün 02 ədəd başlığın hər biri 01 (bir) manat olmaqla cəmi 02 (iki) AZN hesablandı, yekun olaraq tədqiq edilən əşyaların ümumi dəyərini 28204 (iyirmi səkkiz min iki yüz dörd) AZN dəyərində qiyməti müəyyən edilmişdir”. “Baxış keçirilməsi haqqında” 10 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi oğurluq olan hadisə yerində - Şamaxı rayonu Çuxuryurd kəndində boş torpaq sahələri ərazisində yerləşən tikili olan saxlanc yerində baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin gedişatı fotoşəkillərlə çəkilərək iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadələrində X7 ilə Çuxuryurd kəndində dəmir əşyaları götürməyə getməsi ilə bağlı bildirdiyi xüsusatlar hadisə yerində videoçəkilişdən istifadə edilməklə yoxlanmış, aparılmış istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatları Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində göstərərək hadisənin baş vermə ardıcıllığı ilə bağlı xüsusatları mahiyyəti üzrə təsdiq edərək hadisə yerində təqdim edib bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir, videoçəkiliş olan DVD disk də protokola əlavə edilmişdir. Şamaxı Rayon İHB-nın Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi” haqqında 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli 9/5939 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr-noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 28204,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Azərbaycan Vətən İctimai Birliyinin 67836 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi X3 üzvdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talaması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəməsini və Vətən müharibəsində iştirak etməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd balta, 01 ədəd dəmir çəkic, 01 ədəd çaynik, 36 ədəd kabab şişi, ağac budamaq üçün 01 ədəd qayçı, 01 ədəd itiləmə aləti, 01 ədəd dəmir şotka, su krantı üçün 02 ədəd başlığın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd balta, 01 ədəd dəmir çəkic, 01 ədəd çaynik, 36 ədəd kabab şişi, ağac budamaq üçün 01 ədəd qayçı, 01 ədəd itiləmə aləti, 01 ədəd dəmir şotka, su krantı üçün 02 ədəd başlığın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-8/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-8/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver