Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-8/2024 28.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən 2023-cü ilin iyul çağırışlarına cəlb edilmiş və hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, rayon çağırış komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş, müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarına təyin olunmuş, lakin çağırış müddətində təyin olduğu hərbi hissəyə hər hansı bir üzrlü səbəb göstərmədən getməkdən imtina etmiş, heç bir qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2005-ci ildə Şamaxı şəhəri, 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbdən məzun olmuş, orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və həmin ildə Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyası fakültəsinin kompüter mühəndisliyi ixtisasına qəbul olunaraq əyani formada təhsilini davam etdirmiş, təxminən 2015-ci ildə 10-cu sinifdə oxuyan zaman ilkin hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırılaraq hərbi qeydiyyata alınmış və ona “ağ bilet” verilmişdir. Universitetdə təhsil alan zaman 23 fəndən kəsrləri olduğu üçün təhsilini bitirə bilməmiş, universitet zamanı dərslər çətin olduğu üçün həmin fənlərdən kəsilmiş, daha sonra həmin kəsrlərin bir çoxunu bağlasa da, yenə də bir sıra fənlərdən kəsrləri qalmış, 2018-ci il tarixdə valideynləri ayrıldığı üçün, həmçinin anası Aynurənin ürək xəstəliyindən əziyyət çəkməsi ona psixoloji olaraq pis təsir etmiş və bu onun dərsə davamiyyətinə də təsir göstərmişdir. May ayının ortalarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən ona adını xatırlamadığı şəxs zəng edərək tibb komissiyadan keçmək üçün şöbəyə yaxınlaşmalı olduğunu bildirmiş, növbəti gün o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə gələrək tibbi yoxlanışdan keçmiş, tibbi yoxlanış zamanı onda hər hansı bir qüsur aşkar edilməmiş, ona həmin gün çağırış vərəqəsi imzalatdırılmış, iyul ayında hərbi xidmətə gedəcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Daha sonra iyun ayının 26-də atası Şahid2 ona istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj gələrək Sərhəd Qoşunlarına təyin olunmağı ilə bağlı məlumat vermiş, lakin kəsrləri və evdə problemi olduğu üçün həmin vaxt çağırışa gəlməmiş, bundan başqa adını xatırlamadığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşına “Whatsapp” sosial şəbəkəsində xx.xx.2023-cü il tarixli arayışın şəklini göndərmiş, lakin həmin əməkdaş ona sənədin əslinin təqdim edilməli olduğunu bildirmiş, o da ailədə olan problemlər səbəbindən həmin sənədi təqdim edə bilməmişdir. Hazırda müddətli həqiqi hərbi xidmətdən yayınmır, hal-hazırda 1 (bir) fəndən kəsri və dövlət imtahanı qalıb, oktyabr ayında imtahanları verdikdən sonra hərbi xidmətə getməyə hazırdır. Hal-hazırda istifadə etdiyi nömrə Azercell mobil operatoruna məxsus ***- ***-**-** saylı mobil nömrədir, Azercell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni xatırladığı qədərilə 2018-ci ildən etibarən istifadə edir. Bakcell mobil operatoruna məxsus ***-***-**- ** saylı mobil nömrə atası Şahid2 məxsusdur, hal-hazırda həmin mobil nömrədən atası istifadə edir, həmin nömrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə onun tərəfindən təqdim edilmişdir. Belə ki, həmin vaxt istifadəsində telefon olmadığı üçün atasının nömrəsini öz nömrəsi kimi təqdim etmişdir. 2020-ci il və 2021-ci il çağırışlarında tibbi komissiyadan keçən zaman ürəyində problem olduğu üçün ona hər dəfə 1 (bir) il olmaqla ümumilikdə 2 (iki) il möhlət verilmiş, 2022-ci ildə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə Azərbaycan Texniki Universiteti tərəfindən təqdim edilmiş arayışı təqdim etmiş və ona yenidən 1 (bir) il möhlət hüququ verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən daxil olmuş məktuba əlavə edilmiş üzərinə əlyazma ilə “09.06.23” sözləri yazılmış qəbzdə imza bölməsindəki imza ona məxsusdur və onun tərəfindən çəkilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ailədə yaranmış problemlərlə bağlı gələ bilməmiş, həmçinin Azərbaycan Texniki Universitetindən də arayış verilmiş və o, həmin arayışı da ailədə yaranmış problem səbəbindən əslini özü təqdim edə bilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə üzrlü səbəbdən gələ bilməməsi ilə bağlı hər hansı bir sənəd təqdim edə bilmir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən yalnız bir dəfə möhlət hüququ verilməsi barədə məlumatı olmamış, universitetdən təqdim edilən arayışla ona yenidən möhlət hüququ veriləcəyini düşünmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarına təyin olunmağı ilə bağlı atası Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj gəlmiş və atası ona bu barədə xx.xx.2023-cü il tarixdə məlumat vermiş, valideynləri tərəfindən ona rayon prokurorluğuna gəlməyinin zəruriliyi barədə məlumat verilmiş, Azərbaycan Texniki Universitetinin xx.xx.2023-cü il tarixli 3092 nömrəli arayışını atası Şahid2 Azərbaycan Texniki Universitetindən almış, həmin arayışın əsli tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim edilməmiş, həmin arayışın şəklini şöbənin əməkdaşına mobil telefon vasitəsilə göndərmiş, həmin arayışın şəklini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim etməkdə məqsədi müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ almaq olmuş, qorxduğu üçün həmin arayışın əslini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim etməmiş, şöbəyə gedəcəyi halda onu hərbi xidmətə aparacaqlarını bilmiş, həm də anası xəstə olduğu üçün imkan edib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə gələ bilməmişdir. xx.xx.2023-cü il tarixdə DSX-nin Sərhəd Qoşunlarına təyin olunsa da xx.xx.2023-cü il tarixli Azərbaycan Texniki Universitetindən verilmiş arayışı əvvəlcədən almalı olmuş, lakin Universitetdə semestr imtahanları bitdikdən sonra həmin arayış ona təqdim edilmiş, bu səbəbdən həmin arayış ona gec təqdim edilmiş və o da arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə gec təqdim etmişdir. Ailədə mövcud olan problemlər, anasının xəstəliyi ilə bağlı o, hərbi xidmətə gedə bilməmiş, həmçinin universitetdən verilən arayışa görə ona möhlət hüququ veriləcəyini düşünmüş, hərbi xidmətdən boyun qaçırmır və hal-hazırda da hərbi xidmətə getmək istəyir. Çağırış zamanı qorxduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə və rayon prokurorluğuna gəlməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, ondan başqa daha bir oğlu vardır. 2018-ci ildə arvadı Aynurə Abdulrəhmanova ilə boşanmışdır. Təqsirləndirilən şəxs 2005-ci ildə Şamaxı şəhəri, Dövlət ittihamçısı adına 2 saylı tam orta məktəb 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbdən məzun olmuş, orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və həmin ildə Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyası fakültəsinə qəbul olunaraq əyani formada təhsilini davam etdirmişdir. 2015-ci ildə 10cu sinifdə oxuyan zaman ilkin hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırılaraq hərbi qeydiyyata alınmışdır. Saleh universitetdə təhsil alan zaman ailədə yaranmış problemlər səbəbindən arvadından boşanmış, bundan sonra keçmiş arvadı və övladları ilə münasibətlərində bir qədər fasilələr olmuş, lakin, həmişə övladları ilə münasibəti yaxşı olmuşdur. Oğlu Təqsirləndirilən şəxs hərbi xidmətə getməsi ilə bağlı 2023-cü ilin iyun ayının 25-də ona mesaj gəlmiş və mən həmin mesajın ekran görüntüsü kimi şəklini çəkərək oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərmiş, Təqsirləndirilən şəxs ilə danışığı zamanı oğlu ona universitetdən arayış verildiyini və 2023-cü ilin oktyabr ayınadək möhlət hüququnun olduğunu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə gedərək məsələni aydınlaşdıracağını bildirmiş, lakin, daha sonra öyrəndiyi qədərilə oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon getməmişdir. Hazırda istifadə etdiyi nömrə Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədir, təxminən 2003-cü ildən həmin mobil nömrədən istifadə edir, bu nömrə həmişə onun istifadəsində olmuşdur və həmin nömrədən Təqsirləndirilən şəxs istifadə etməmişdir. Oğlunun istifadəsində ***- ***-**-** mobil nömrəsi olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən oğlu Təqsirləndirilən şəxs zəng edilən zaman bəzən zənglərə cavab verməyəndə onunla əlaqə saxlanılmış və o da oğluna “Whatsapp” sosial şəbəkəsində mesaj yazaraq məlumat vermişdir. Arvadı ilə boşandıqdan sonra oğlu Salehlə tez-tez görüşmələri olmamış, adətən oğlu maddi sıxıntısı olan zaman onun yanına gəlmiş, daha sonra isə bank kartı istifadə etdiyi üçün pul vəsaitini onu öz kartına köçürməyə başlamış, sonuncu dəfə isə oğlu Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında anasının yas mərasimində Şamaxı rayonunda görmüş, lakin, belə mobil telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlamışlar. Hal-hazırda oğlu Təqsirləndirilən şəxs harada olması, hansı ünvanda yaşaması, harada işləməsi barədə məlumatı yoxdur, lakin, oğlu ilə “Whatsapp” sosial şəbəkəsində aradabir mesajlaşmış, bildiyi qədərilə oğlu Təqsirləndirilən şəxs 2020-ci ildən 2022-ci ilədək xəstəliklə bağlı möhlət hüququ, 2022-ci ildə isə təhsil ilə bağlı möhlət hüququ verilmiş, yəni oğlu Təqsirləndirilən şəxs həmin müddət ərzində hərbi xidmət keçməkdən boyun qaçırmamışdır. Dəqiq xatırlamadığı tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən ona zəng gəlmiş, oğlunun hərbi xidmətə getməli olması barədə məlumat verilmiş, o da həmişə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən ona zəng gələn zaman oğlu Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, oğlu da ona hər dəfəsində özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi ilə əlaqə saxlayacağını bildirmişdir. Sonuncu dəfə isə danışıq zamanı kəsri olduğunu və oxuduğu ali məktəbdən ona möhlətlə bağlı məktub verildiyini bildirmiş, oğlu Saleh ona yalnız oxuduğu ali məktəbdən ona möhlətlə bağlı məktub verildiyini demiş, digər hər hansı bir üzrlü səbəbinin olması barədə məlumatı yoxdur. Oğlu ilə danışıq zamanı sonuncu ona hərbi xidmətə getmək istədiyini və xidmətdən yayınmadığını demiş, onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə 9100 qısa nömrəsindən (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən) mesaj gəlmiş və oğlunun Sərhəd Qoşunlarına təyin olunması barədə məlumat verilmiş, o da Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, həmin mesaj ona xx.xx.2023-cü il tarixdə gəlmiş, xx.xx.2023-cü il tarixdə isə o, “Whatsapp” sosial şəbəkəsində 9100 qısa nömrəsindən (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən) gəlmiş həmin mesajın ekran şəklini çəkərək oğlu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərmişdir. Oğlu Təqsirləndirilən şəxs hərbi xidmət keçməkdən boyun qaçırmır ona “Whatsapp” sosial şəbəkəsində yazmış olduğu mesajında da hərbi xidmətə getməyə hazır olduğunu, lakin, oxuduğu universitetdə hal-hazırda kəsrləri olduğunu, oktyabr ayında universiteti bitirdikdən sonra hərbi xidmətə gedəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahid1 ifadə verib göstərdi ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti, xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ü ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının zabiti vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdən isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi vəzifəsində işləyir. Mövcud qanunvericiliyin tələblərinə əsasən 15 yaşı tamam olmuş hər bir kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınır, hərbi həkim komissiyası tərəfindən tibbi yoxlanışdan keçirildikdən sonra sağlamlıq vəziyyətləri müəyyən olunaraq müddətli həqiqi hərbi xidmətə yararlılıqları barədə qərar qəbul edilir. Belə ki, çağırışaqədər yaş həddində olan vətəndaşlar xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə olunmalı, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. Sağlamlıq vəziyyətində problem olan şəxslər dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, «həm dinc, həm də müharibə dövründə» xidmətə yararsız, müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız kimi kateqoriyalara bölünürlər ki, həmin çağırışçılar müəyyən müddətə müddətli həqiqi hərbi xidmətdən azad edilirlər. Bundan əlavə ailə vəziyyətinə görə, təhsilini davam etdirmək üçün möhlət alanlar, deputatlar, bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin, hakimlər, ombudsman fəaliyyəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdən möhlət alanlar, müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud müvəqqəti çağırılmayanlar barədə rayon çağırış komissiyası müvafiq qərarlar qəbul edir. ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 2023-cü ilin iyul çağırışlarına cəlb edilmiş və hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, rayon çağırış komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş, belə ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu üçün müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarına təyin olunmuş, lakin, Təqsirləndirilən şəxs təyin olduğu hərbi hissəyə hər hansı bir üzrlü səbəb göstərmədən getməkdən imtina etmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə çağırılsa da həmin tarixlərdə şöbəyə gəlməkdən boyun qaçırmış, buna görə də Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü toplanmış sənədlər rayon prokurorluğuna göndərilmişdir. S.Abdulrəhmanvun şəxsi işinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına əsasən “revmatizmin fəal mərhələsi” diaqnozu qoyulmuş, “Xəstəliklər cədvəli” 48-ci maddəsinin İ qrafasına əsasən bir il möhlət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına əsasən yenidən “revmatizmin fəal mərhələsi” diaqnozu qoyulmuş, “Xəstəliklər cədvəli” 48-ci maddəsinin İ qrafasına əsasən yenidən bir il möhlət verilmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Texniki Universitetindən gətirmiş olduğu arayışa əsasən xx.xx.2023-cü il tarixədək möhlət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə hər hansı bir sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılan zaman sonuncu telefon danışığı zamanı oktyabr ayının 1-dək möhlət hüququ olduğunu və Azərbaycan Texniki Universiteti tərəfindən ona arayış verildiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin arayışı təqdim etməsi üçün xidmətə dəvət edilmiş, lakin, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə gəlməkdən imtina etmiş, imtina əsası kimi evlərində onkoloji xəstə olduğunu və şöbəyə gələn zaman onu hərbi xidmətə aparacaqlarını bildirmişdir. Azərbaycan Texniki Universitetinin xx.xx.2023-cü il tarixli 3092 nömrəli arayışı ilə tanış olmuş, həmin arayışın yalnız şəkli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə təqdim olunmuş, Təqsirləndirilən şəxs həmin arayışın özünün təqdim edilməsi bildirilmiş lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək arayışı təqdim etməkdən boyun qaçırmışdır. Həmçinin, may ayında Təqsirləndirilən şəxs tibbi yoxlanışdan keçən zaman ali təhsilini bitirməyini şifahi olaraq bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş 2 nömrəli əlavənin - “Elektron xidmət növlərinin Siyahısı”nın 35.4-cü bəndinə əsasən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir və Təqsirləndirilən şəxs da bu barədə SMS-lə məlumat verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında elektron məlumat bölməsində də vətəndaşın hansı hərbi hissəyə düşməsi barədə məlumatlar qeyd olunur, S.Abudlrəhmanov ilə telefon əlaqəsi saxlanılan zaman onun özünə də şəxsən hansı hərbi hissəyə düşməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs may ayında tibbi yoxlanışdan keçən zaman onunla söhbət zamanı sonuncuya təhsil almağı, ailə vəziyyəti ilə bağlı suallar verilmiş, Təqsirləndirilən şəxs təhsilini bitirdiyini, heç bir yerdə təhsil almadığını, ailəsində problem olmadığını bildirmiş və ***-***- **-** və ***-***-**-** nömrəsini öz nömrəsi kimi qeyd etmiş, ***-***-**-** nömrəsi ilə sonradan dəfələrlə əlaqə yaratmaq istəsələr də Təqsirləndirilən şəxs edilən zənglərin heç birinə cavab verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, 76c-23 nömrəli material üzrə faktla bağlı Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmışdır. Çağrğışçının qeydiyyat kartası və digər tibbi sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Şamaxı RMX publik hüquqi şəsin 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RNX-nın Narkoloji, Ruhi-Əsəb və Onkoloji Kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilmişdir. Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 avqust 2023-cü il tarixli 5-75-12/2-1503/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatdadır. Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibari ərazi dairəsi üzrə nümayəndəliyinin 16 avqust 2023-cü il tarixli 5-75-12/2-1504/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası xx.xx.1965-ci il təvəllüdlü Şahid2 Azay oğlu, anası xx.xx.1976-cı il təvəllüdlü X2 və qardaşı xx.xx.2004-cü il təvəllüdlü X3 ilə ünvan 4 evdə qeydiyyatdadır. Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı Rayon Polis Şöbəsinin 19 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2023-cü il tarixdə 830446 nömrəli axtarış işi açılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə Bakı şəhərində Sabunçu rayonu ərazisində tutularaq, 19 avqust 2023-cü il tarixdə Şamaxı RPŞ-nə gətirilərək, Şamaxı rayon prokurorluğuna təhvil veirlmişdir. “İttiham elan edilməli olan şəxsin tutulması haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə saat 12:10-da tutulmuşdur. “Tutulmuş şəxsin azad edilməsi haqqında” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham elan edilməsi üçün tutulmuş Təqsirləndirilən şəxs azad edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, 23083617 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 şəxsin 16 avqust 2023cü il tarixli 10529 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş şəkillərdən görünür ki, Şahid2 məxsus mobil telefonun “SMS”-lər bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə 9100 qısa nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsinə “Siz muddetli heqiqi herbi xidmet kechmek üchün Serhed Qoshunlarina teyin edilmisiniz. Muzeffer Ordunun qalib esgeri, Vetenin keshiyinde qürurla dayan!!” məzmunlu mesaj gəlmiş və həmin mesaj Təqsirləndirilən şəxs göndərilməklə sonuncuya DSX-nin Sərhəd Qoşunlarına təyin edilməsi ilə bağlı məlumat verilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs atası Şahid2 ilə müxtəlif məzmunda danışıqlar aparmış və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası Şahid2 ilə “Whatsapp” sosial şəbəkəsində danışıq zamanı Şahid2 (atasına) xx.xx.2023-cü il tarixli arayışın şəklini göndərmiş və “Papa sened universitetdedi Tutorda ozunde saxlayib, senedim var yani, sekildeki sened universitetdedi hal hazirda” məzmunlu, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən “hərdəfə kəsirə görə arayışnan möhlət verilsə ona hamı qalar getməz” məzmunlu mesaj yazaraq xəbərdarlıq etməsi müəyyən edilmişdir. Azərbaycan Texniki Universitetinin xx.xx.2023-cü il tarixli 3092 nömrəli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2016/2017-ci tədris ilində ATU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin əyani, ödənişli əsaslarla 656r qrup Kompüter mühəndisliyi ixtisası üzrə daxil olmuş, hazırda tələbənin 2 fəndən (11 kredit) akademik borcu yarandığından universiteti xx.xx.2023-cü il tarixdə bitirməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 sentyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 01 fevral 2024-cü il tarixli 3-29-68/2-84/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildə Azərbaycan Texniki Universitetinə “Kompyuter mühəndisliyi” ixtisasına əyani təhsilalma forması üzrə qəbul olunmuşdur. Əyani təhsilalma forması üzrə “Kompyuter mühəndisliyi” ixtisasının tədris müddəti 4 il olaraq müəyyən edilmişdir. X1 təhsil müddətində 1 akademik borcu qaldığından o, bakalavr təhsil səviyyəsi üzrə təhsilini başa vura bilməmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 6 fevral 2024-cü il tarixli 9-3/2-304/2024 saylı məktubundan görünür ki, xx xxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) 2016-cı ildə ali təhsil bakalavriat səviyyəsinə İ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək Azərbaycan Texniki Universitetinin “Kompyuter mühəndisliyi” ixtisasının əyani təhsilalma formasına ödənişli əsaslarla qəbul olunmuşdur. Təhsil müəssisəsi tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sistemində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs akademik borcu yarandığı üçün təhsilini 2023/2024-cü ildə başa vuracağı gözlənilir. Mövcud qaydalara əsasən akademik borcu yaranmış, lakin tələblər sırasından xaric edilməmiş şəxslər, o cümlədən bakalavrlar təhsil alan şəxslər hesab edilir. Azərbaycan Texniki Universitetinin TU-x/e-001/029-73ü saylı 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetinin xx.xx.2016-cı il tarixli 166-T(Ş) nömrəli əmri ilə təhsilin bakalavariat səviyyəsi üzrə “kompyuter mühəndisliyi” ixtisasının əyani şöbəsinin 656r qrupuna qəbul olunmuşdur. Təqsirləndirilən şəxs ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətində (4 il ərzində) toplaya bilmədiyinə görə Azərbaycan Texniki Universitetinin 28 iyul 2020-ci il tarixli 112-T(S) nömrəli əmrinə əsasən tələbə kontingentində saxlanılmaq şərti ilə növbəti tədris ilinə keçirilmişdir. Tələbə Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetinin tələbəsidir və onun hazırda bir fəndən akademik borcu var. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin və istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin heç bir qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırması tamamilə sübuta yetirildi. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 321.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-8/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-8/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver