Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-80/2021 24.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Savalanova Arzu Tarix qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 39136,31 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30,00 manatın alınaraq iddiaçı Zərərçəkmiş şəxs Əzanalı oğluna verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)- 740/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 3(074)-138/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla haqqında 22 iyul 2020-ci il, 04 avqust 2020-ci il, 06 yanvar 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 19 yanvar 2021-ci il tarixinə kimi cəmi 39146,31 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs Əzanalı oğluna maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, 2008-ci ildən Şamaxı şəhərində yerləşən sahibkar Şahid1 məxsus “Qoşqar Market” adlanan mağazada satıcı kimi işləməyə başlamışdır. 01 mart 2012-ci ildə həmin mağazanı Zərərçəkmiş şəxs icarəyə götürmüş və onların arasında 19 mart 2012-ci il tarixli satıcı kimi fəaliyyət göstərməklə bağlı əmək müqaviləsi bağlanılmışdır. Mağazanı Zərərçəkmiş şəxsla birlikdə işlətmişlər, yəni Zərərçəkmiş şəxs özüdə satıcı kimi fəaliyyət göstərmişdir. 2016-cı ilin fevral ayında kassanı avtomatlaşdırmaq məqsədi ilə malların invertizasiyası keçirilmişdir. Aparılmış hesabat nəticəsində 39136,31 manat məbləğində əksiklik müəyyən olunmuş, 01 mart 2016-cı il tarixdə mağzanın sahibi X1, icarə əsasında mağazanı işlədən Zərərçəkmiş şəxs, ticarət avtomatlaşdırılması üzrə mütəxəssis X3 və onun bildiyinə görə Vergilər Nazirliyinin əməkdaşı olan X5 iştrakı ilə akt tərtib olunmuş və mal çatışmamazlığını təsdiq etmişdir. Bəhram Ağaməmmədov tərəfindən ona sözlə təyziqlər olduğundan yaranmış əksikliyi öz üzərinə götürmüş və borcu ödəyəcəyini bildirmişdir. Həmin gündən 3-4 gün keçdikdən Zərərçəkmiş şəxs və Bəhram Ağaməmmədova yenidən təftiş keçirilməsini təklif etsə də, onlar onunla razılaşmamış və 10 iyun 2016-cı il tarixdə keçirilmiş audit yoxlamasından xəbərdar olmamışdır. Həmin borcla razılaşmadığından Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs 2018-ci ildə borc tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-740/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 39136,00 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tələbin könüllü icrası ilə bağlı bildiriş ona göndərilmiş, borcunu uzun müddət keçməsinə baxmayaraq ödəməmişdir. Borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə baxmayaraq borcunu ödəmədiyindən Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş, yenidən könüllü müddət təyin edilmişdir. Məhkəmə qətnaməsini imkanının kifayət qədər olmadığından icra etməmiş və təqdimat verilən günə, yəni 19 yanvar 2021-ci il tarixə kimi qətnamə üzrə 200 manat borcundan ödəniş etmiş, 38966,31 manat borcu qalmışdır. Hazırda borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, 2012-ci ildə icarə müqaviləsi əsasında X2 məxsus “Qoşqar” marketi icarəyə götürərək sahibkarlıq fəailiyyəti ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs Şamaxı rayonu, Sabir qəsəbəsinin sakini kimi tanımış, onunla arasında bağlanmış 19 mart 2012-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı kimi fəaliyyətə başlamışdır. Eyni qəsəbənin sakini olduqlarından, ona inanmış 2014-cü il tarixdən 2016-cı il tarixədək onun fəaliyyətində yoxlanış aparılmamışdır. Lakin, 2016-cı ilin fevral aylarında mağazanın kassa sistemini avtomatlaşdırmaq qərarına gəlmişlər, malların invertizasiyası aparılmış və nəticədə 39 136,31 manat dəyərində mal çatışmamazlığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin əksikliyi etiraf etmiş və Ağaməmmədov Bəhram, ticarət avtomatlaşdırma mürəxəssisələri X7 və X3 iştrakı ilə bu barədə yazılı surətdə akt tərtib olunmuşdur. Üstündən az müddət keçmiş Təqsirləndirilən şəxs aparılmış yoxlama ilə razı olmadığını bildirmiş və bu səbəbdən audit çağırılmışdır. “X8” MMC tərəfindən keçirilmiş audit zamanı mal çatışmamazlığı olması bir daha təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs verilən müddətdə həmin məbləği qaytarmadığından Şamaxı Rayon Polis şöbəsinə müraciət etmiş və orada aparılmış araşdırma nəticəsində də, Təqsirləndirilən şəxs öz izahatlarında əksiklik olmasını etiraf etmişdir. Əməldə cinayət tərkibi olmadığından polis şöbəsindən ona mülki mübahisə kimi məhkəməyə müraciət etməyini bildirmişdirlər. Təqsirləndirilən şəxs borcu ödəmək fikri olmadığını başa düşüb, məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-740/2018 saylı, 29 iyun 2018 tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 39 136,31 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ona veriməsi qət edilmişdir. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada işlədiyini yetərli qazancının olduğu və istəsə borcunu ödəyə biləcəyini, sadəcə ödəmək niyyətində olmadığını bildirmişdir. 19 yanvar 2021-ci il tarixə kimi borcundan poçt vasitəsi ilə cəmi 20 manat ödəsə də həmin məbləği qəbul etməmiş, hal-hazırda borcu 39146,31 manat təşkil etdiyini və həmin borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadə verib göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-740/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 39136.31 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra vərəqəsi 05 mart 2020-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün tərəfindən icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, pul tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03.06.2020-ci il tarixdə şöbəyə çağırılmış və onunla söhbətlər aparılmış, izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 03 iyun 2020-ci il tarixdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmişdir. Amma borclu tələbi icra etməməkdə davam etmişdir. Borcla bağlı Şamaxı rayon məhkəməsinin 12 aprel 2020-ci il tarixli, 8(074)-56/2020 saylı, saylı qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Borclu Təqsirləndirilən şəxs borcundan ümumilikdə 20 manat ödəniş etmiş və hal-hazırki tarixə tələbkara olan borcu 39146.31 manat təşkil edir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin məlum qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunmuşdur. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, təxminən 2012-ci ildə sahibi olduğu “Qoşqar” marketi icarə müqaviləsi əsasında haqqı ödənilməklə Orxan Cənnatova icarəyə vermişdir. “Qoşqar” marketdə satıcı kimi işləyən Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımışdır. Təxminən 2015-ci ilin sonlarında marketdə əksiklik olduğunu Orxan Cənnatovla birlikdə aşkar emişlər. Bu səbəbdən 2016cı ilin fevral ayında kassanı avtomatlaşdırmaq məqsədi ilə malların invertizasiyası keçirilmişdir. Aparılmış hesabat nəticəsində 39 136,31 manat məbləğində əksik müəyyən olunmuşdur. 01 mart 2016-cı il tarixdə onun icarə əsasında mağazanı işlədən Zərərçəkmiş şəxs, ticarət avtomatlaşdırılması üzrə mütəxəssis X3, və Vergilər Nazirliyinin əməkdaşı olan X5 iştrakı ilə yazılı surətdə akt tərtib olunmuş və Təqsirləndirilən şəxs mal çatışmamazlığını etiraf edərək yazılı surətdə təsdiq etmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs qardaşı Nəbiyev Tariyel ilə marketə gələrək möhlət istəmiş, yaranmış borcu tez bir zamanda qaytaracağına söz vermişdir. Lakin, borcdan heç bir ödəniş etməyərək öhdəliyindən boyun qaçırmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs 2018-ci ildə borc tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-740/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 39136,00 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsini icra etməsi barədə dəfələrlə xəbərdarlıqlar edilməyinə, baxmayaraq müxtəlif bəhanələr gətitrərək borcu ödəməkdən yayınmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təyziq edilmədiyini və sözlərini təftişdə iştrak edən digər şəxslərdə təsdiqləyə biləcəyini demişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə baxışı zamanı da, Təqsirləndirilən şəxs həmin bəhanələri gətirsə də, məhkəmə işin hallarını araşdıraraq əksikliyin onun tərəfindən yarandığını müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Şamaxı rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(074)-740/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 39136,31 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 05 mart 2020-ci il tarixli qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-740/2018 saylı, 29 iyun 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 05 mart 2020-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şamaxı rayon Məhkəməsinin 2(074)-740/2018 saylı, 29 iyun 2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şamaxı rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 3(074)-138/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 8(074)-56/2020 saylı qərardadı ilə borclu xx xxxx 1981-ci ildə Şamaxı raynu Sabir sovxozunda anadan olmuş, Şamaxı rayou Sabir qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ödəniş qəbzlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs xeyrinə 200,0 manat pul ödəniş etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 04 iyun 2021-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Belə ki, borcundan cəmi 200 manat pul ödənişin həyata keçirilməsi, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-80/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-80/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver