Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-81/2023 15.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1990-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X4 Təhsil İdarəsində gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonunun Çarhan kəndi ərazisində yerləşməklə, özünün yaşadığı evin həyəti vasitəsi ilə azad girib-çıxdığı, qohumu Zərərçəkmiş şəxs mülkiyyətində olan fərdi yaşayış evinin həyətinə daxil olub, oradan dəyəri 800 manat olan 80 metr uzunluğunda 50 mm qalınlığında “nerjaveyka” materialdan boru, dəyəri 144 manat olan 80 metr uzunluğunda 16-lıq armatur, dəyəri 140 manat olan, 40 metr uzunluğunda 25-lik dəmir boru, dəyəri 100 manat olan, 40 metr uzunluğunda 15-lik dəmir boru, dəyəri 90 manat olan, 200 litr su tutumlu qızdırıcı (hamam çəni) və dəyəri 200 manat olan, 02 metr hündürlüyündə, 01 metr enində, 10 santimetr qalınlığında dəmir qapını oğurlayıb, 300 (üç yüz) manat məbləğində pul müqabilində Şahid satmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1474 (bir min dörd yüz yetmiş dörd) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonu, Çarhan kəndində yerləşən fərdi yaşayış evində yaşayır və X4 Təhsil İdarəsində gözətçi işləyir. Zərərçəkmiş şəxs onun bibisi Gülsabah Hüseynovanın həyat yoldaşıdır, onunla qonşuluqda yaşayır və aralarında münasibətləri həmişə yaxşı olmuşdur. Mirzəkərimin evi onun yaşadığı evlə qonşu olmaqla yanaşı, eyni həyətdə yerləşir və onun həyətindən Mirzəkərimin həyətinə sərbəst giriş vardır. Mirzəkərim uzun illərdir ki, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Maddi imkanı zəif olduğu üçün, 2023-cü ilin yanvar ayından başlayaraq, qonşuluqda yaşayan Mirzəkərimin evinin həyətində olan üzüm çardağının dəmir borularını, “nerjaveyka” materialdan olan borunu, sıxılımış dəmirdən ibarət armaturu, qızdırıcı hamam çənini götürüb, həmkəndlisi olan Şahid satmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Mirzəkərimin evinin qarşısında olan köhnə tikilinin dəmir qapısını və evin həyətində olan 2 ədəd dəmir materialdan boruları Şahid satmışdır. Şahid ona satılan dəmir boruların və digər əşyaların oğurluq olmasını bilməmişdir. Belə ki, o, həmin əşyaların özünə məxsus olmasını, öz həyətindən gətirdiyini demişdir. xx.xx.2023-cü il tarixdə Mirzəkərim Şamaxı rayonu, Çarhan kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş və evinin həyətində dəmir materialdan olan əşyaların yerində olmadığını görüb, onu yanına çağıraraq, dəmir əşyaları ondan xəbərsiz satdığı üçün, aralarında mübahisə yaranmışdır. Mirzəkərim DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermiş və bir qədər sonra Şamaxı RPŞ-nin əməkdaşları gəlib, onu polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş Zərərçəkmiş şəxsla barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iş üzrə Təqsirləndirilən şəxs bağışladığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. 1995-ci ildən işi ilə əlaqədar, Bakı şəhərində yaşamağa başlamış və ara-sıra Şamaxı rayonu, Çarhan kəndinə olan fərdi yaşayış evinə gəlib-gedir. Təqsirləndirilən şəxs onun qaynının oğludur, onunla münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ilə rayonun Çarhan kəndində yerləşən evləri qonşuluqdadır və bir həyətdə yerləşir. O, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Şamaxı rayonuna evinə gəlmiş və evinin həyətinə daxil olan zaman, evinin həyətində olan üzüm çardağının dəmir borularının sökülərək, yerində olmamasını gördükdən sonra, evin həyətini gəzərək yoxlayan zaman, evin həyətində olan hamamın içərisində dəmir materialdan olan su qızdırıcının və evinin qarşısında ona məxsus köhnə tikilinin dəmir qapısının da, yerində olmamasını gördükdə, həmin əşyaların oğurlanmasını müəyyən etmiş və həmin əşyaları oğurlayan şəxsin öz qohumu Təqsirləndirilən şəxs öz yanına çağıraraq, iradlarını bildirsə də, Təqsirləndirilən şəxs, ona yaxşı etdiyini bildirərək, onunla kobud danışmışdır. O, əsəbləşərək, DİN-nin 102 xidmətinə zəng edib, əmlakının oğurlanması barədə şikayət etmişdir. Şamaxı rayonu, Çarhan kəndində ona məxsus olan fərdi yaşayış evinin həyətindən 80 metr uzunluğunda, 50 mm diametrdə “nerjaveyka” materialdan boru, 80 metr uzunluğunda, 16-lıq armatur, 40 metr uzunluğunda, 25-lik dəmir boru, 40 metr uzunluğunda, 15-lik dəmir boru, 200 litr su tutumlu qızdırıcı hamam çəni və evinin qarşısında olan köhnə tikilinin 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapısı oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində, ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu, Çarhan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, dəmir satan şəxslərdən dəmir metal alaraq, metal qəbulu məntəqələrinə sataraq, ailəsini dolandırır. 2023-cü ilin yanvar ayının əvvələrindən həmkəndlisi Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla, dəmir materialları gətirmiş və hər dəfəsində dəmirləri haradan gətirməsini ondan soruşduqda, Təqsirləndirilən şəxs dəmirlərin özünə məxsus olmasını bildirərək, evinin həyətindən gətirməsini dediyi üçün o, da, həmin materialları alaraq, evinin həyətinə yığıb, dəmir alan maşın gəldikdə, sataraq pul qazanmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından iyul ayının ortalarına qədər olan müddət ərzində, ona dəmir və nerjaveyka materialdan əşyalar satmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dəmir materialdan qapı, 15 metr uzunluğunda 2 ədəd dəmir materialdan borular gətirərək, ona satmış və bir neçə gün sonra, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı dəmirləri öz qohumu olan Zərərçəkmiş şəxs məxsus evin həyətindən oğurlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin “102” xidmətinə məlumat verərək, ona məxsus olan Şamaxı rayonu, Çarhan kəndində yerləşən fərdi yaşayış evindən dəmir boruları, su qızdırıcısı, dam örtüyünün dəmirlərinin və qapısının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və xx.xx.2023-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi yer Şamaxı rayonu, Çarhan kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətidir. Həmin həyətdə iki ədəd fərdi yaşayış evi vardır, həmin evlərin biri Zərərçəkmiş şəxs, digər ev isə Təqsirləndirilən şəxs məxsus olmaqla, evlərin hər birindən digərinə sərbəst giriş-çıxış vardır. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çarhan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindən 80 metr uzunluğunda 50 mm diametrdə “nerjaveyka” materialdan boru, 80 metr uzunluğunda, 16-lıq armatur, 40 metr uzunluğunda, 25-lik dəmir boru, 40 metr uzunluğunda, 15-lik dəmir boru, 200 litr su tutumlu qızdırıcı hamam çəni və 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapının oğurlanması müəyyən olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilərək, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqdim edilmiş əşyaların götürülməsi haqqında protokoldan görünür ki, baxış keçirilən Şamaxı rayonu, Çarhan kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətində 40 metr uzunluğunda, 25-lik dəmir boru, 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapı vardır. Baxış zamanı, Şahid həmin materialları göstərib bildirdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs evinin qarşısına gələrək, pula ehtiyacı olduğu üçün, materialları satmaq istədiyini demiş və o, Təqsirləndirilən şəxs həmin əşyaları alaraq, qarşılığında 45 manat pul ödəmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər də, ona dəmir materialları satmışdır. Baxış zamanı, həmin əşyalar istintaqa təqdim edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5768 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1474 manat müəyyən edilir. O cümlədən: 80 metr uzunluğunda, 50 mm qalınlığında “nerjaveyka” materialdan boru - 800 manat, 80 metr uzunluğunda, 16-lıq armatur -144 manat, 40 metr uzunluğunda, 25-lik dəmir boru - 140 manat, 40 metr uzunluğunda, 15-lik dəmir boru - 100 manat, 200 litr su tutumlu qızdırıcı (hamam çəni) - 90 manat və 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapı - 200 manat. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 40 metr uzunluğunda, 25-lik dəmir boru, 40 metr uzunluğunda, 15-lik dəmir boru və 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nun Şamaxı rayonu şöbəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən İİİ qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqların olmasını və onun İİİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərərçəkmiş şəxs məxsus olan 40 metr uzunluğunda, 25-lik dəmir boru, 40 metr uzunluğunda, 15-lik dəmir boru və 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapının sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X2 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 8 (səkkiz) gün islah işləri cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Zərərçəkmiş şəxs məxsus olan 40 metr uzunluğunda, 25-lik dəmir boru, 40 metr uzunluğunda, 15-lik dəmir boru və 2 metr hündürlüyündə, 1 metr enində, 10 santimetr qalınlığında dəmir qapının sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X2 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-81/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-81/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver