Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-82/2021 27.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs1, Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx xxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, məhkumluğu ödənilməyən, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 31 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə saat 23 radələrində X1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısında yolun kənarında saxladığı qapıları açıq vəziyyətdə olan VAZ-2106 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib elektrik naqillərini birləşdirmək yolu ilə avtomobilin mühərrikini işə salaraq oğurlayıb aparmaqla, zərərçəkmiş şəxsə məxsus 3800 (üç min səkkiz yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nətijəsində qeyd olunan avtomobil 13 may 2021-ci il tarixdə Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində 80 (səksən) manat dəyərində maqnitofonu, 90 (doxsan) manat dəyərində qabaq alın şüşəyə bərkidilmiş güzgülü monitoru, 6 (altı) manat dəyərində taksi nişanı və 20 (iyirmi) manat dəyərində vintaçan açar dəsti sökülmüş vəziyyətdə aşkar edilmişdir. Bundan başqa, o, təkrarən, 17 may 2021-ci il tarixdə saat 20 radələrində Şamaxı şəhər X11 küçəsində yerləşən mebel təmiri sexinə sex sahibi Zərərçəkmiş şəxs1 sifarişi ilə oturacaq əşyasını daşımaqda köməklik etmək məqsədilə daxil olduqdan sonra orada stolun üzərində olan “HUAWEİ Mate 20 Lite” markalı, “SNE-LXL” modelli, “**********50363” İMEİ kodlu, işlənmiş vəziyyətdə olan sensorlu smartfon tipli mobil telefonu oğurlamaqla, Zərərçəkmiş şəxs1 məxsus 180 (yüz səksən) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 12 may 2021-ci il tarixdə, axşam vaxtı evdən çıxıb küçə ilə gedərkən dəqiq xatırlamır, hansısa mağazadan spirtli içki olan balaca araq alıb yolda gedərək içmiş, spirtli içki içdiyi üçün sərxoş halda olmuşdur. Bu vaxt o, ünvan 2 ünvanından keçərkən əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsin yaşadığı evinin darvazasının qarşısından yol ilə keçərkən yolun kənarında saxlanılmış «VAZ-2106» markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobilin dayanmasını görüb sərxoş olduğuna görə avtomobili oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı artıq 12 may 2021-ci il tarixdə, saat 23 radələrində sakitcə ətrafa göz gəzdirib yaxınlıqda kiminsə olmadığını müəyyən edib avtomobilə yaxınlaşarkən görmüşdür ki, avtomobilin qapıları açıqdır. Buna görə də dərhal avtomobilin sürücü yerinə əyləşmiş, açar yerinə baxanda görmüşdür ki, avtomobili işə salmaq üçün olan açar yerində deyil, buna görə də açar yerinə birləşik olan elektrik naqillərini dartıb qopararaq, həmin naqilləri bildiyi formada birləşdirib avtomobili tormozdan çıxarmış, həmin küçə üzüaşağı olduğundan avtomobil hərəkət etməyə başlamış və o, skorusdan istifadə edib naqilləri birləşdirməklə avtomobilin mühərrikini işə salıb idarə etməyə başlamışdır. Sonra da avtomobili idarə edərək küçədə hərəkətdə olarkən yadına düşmüşdür ki, onun qeyrirəsmi birlikdə yaşadığı Şahid1 Mansur qızını müalicə üçün Bakı şəhərinə aparmalıdır, həmin vaxtı fikirləşmişdir ki, oğurladığı avtomobil ilə Təranəni Bakı şəhərinə aparsın. Bu məqsədlə avtomobili idarə edərək evlərinə gəlmiş, avtomobili küçədə saxlamışdır. Sonra avtomobildən düşüb evə daxil olmuş və Təranənin şübhələnməməsi üçün ona dostunun avtomobilini götürdüyünü və onu həmin avtomobil ilə Bakı şəhərinə aparacağını bildirib hazır olmasını demişdir. Az sonra Təranə paltarlarını və əşyaları hazırlamış və onlar evdən çıxaraq avtomobilə əyləşmişlər. Təranə bilməmişdir ki, o, həmin avtomobili oğurlamış, elə bilmişdir ki, dostundan almışdır. Avtomobilə əyləşəndən sonra fikirləşmişdir ki, avtomobildə benzin az olar, buna görə də avtomobilə benzin vurmaq üçün avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə (YDM) gəlmiş, avtmobilə 4 manatlıq benzin vurdurmuş, sonra avtomobili idarə edərək YDM-dən çıxanda sərxoş olduğuna görə avtomobili düzgün idarə edə bilmədiyindən avtomobilin qabaq hissəsini YDM-nin həyətindəki zibil qutusuna vurmuş, sonra da avtomobilin hərəkətini davam etdirib YDMdən çıxmaq istəyəndə Təranə onun sərxoş olduğuna görə avtomobili düzgün idarə edə bilmədiyini görüb getmək istəmədiyini bildirmiş, buna görə də əvvəlcə avtomobil ilə geri qayıdıb Təranəni evlərinə yaxın ərazidə yolda düşürüb avtomobil ilə Bakı şəhəri istiqamətində idarə etməyə başlamışdır. Yolda hərəkət edəndə görmüşdür ki, avtomobilin qabaq hissəsi zibil yeşiyinə dəydiyi üçün qabaq buferi əyildiyindən yerə sürtünüb hərəkətə mane olur. Buna görə də avtomobilin yük yerindən götürdüyü remen ilə buferi oturacağa doğru çəkib bağlamışdır ki, yerə sürtünməsin. Bundan sonra avtomobilin hərəkətini davam etdirib Bakı şəhəri istiqamətində getmişdir. Qobustan şəhəri ərazisində yolda hərəkət edəndə avtomobilin mühərriki işləməmiş, buna görə də avtomobilin hərəkətini davam etdirə bilməmişdir. Avtomobili yolun kənarında saxlamışdır. Sonra avtomobildə olan maqnitofon, “Taxi” yazısı olan taksi işarəsini götürüb avtomobilin salonunda olan sellofan torbaya yığmışdır. Eyni zamanda avtomobilin qabaq alın şüşəsinə bərkidilmiş manitoru da götürmək istəyəndə bərk dartdığı üçün manitor qırılmışdır. Sonra, başqa heç nə götürməyib avtomobildən uzaqlaşıb yolun əks tərəfinə keçib bir qədər yol boyu Şamaxı rayonu istiqamətində hərəkət edib yol taksisi gəlməsini gözləmişdir. Avtomobildən götürdüyü əşyalardan monitor qırıldığı üçün həmin vaxtı monitoru dəqiq xatırlamadığı istiqamətdə tullamışdır. Bir qədər hərəkət edəndən sonra, tanımadığı şəxsin idarə etdiyi markasını və nömrəsini xatırlamadığı yol taksisi ilə Şamaxı rayonuna qayıtmışdır. Oğurladığı əşyalardan qalan maqnitofon və taksi nişanını Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yaşayış olmayan yerdə kolluqların arasında gizlətmiş, sonra da marka və nömrəsini xatırlamadığı yol taksisi ilə Bakı şəhərinə getmişdir. Hadisə barədə olanlar bildirdiyi kimi baş vermişdir. Həmin avtomobildən maqnitofon, “Taxi” yazılı taksi nişanı, qabaq alın şüşəyə bərkidilmiş güzgülü monitorundan başqa heç bir əşya götürməmiş, monitor qırıldığı üçün yolda atmış, həmin vaxtı sərxoş olduğundan monitoru hara atdığını xatırlamır. Maqnitofon və taksi nişanının yerini isə təqdim etmişdir. Həmin vaxtı sərxoş olduğundan bu hadisəni törətmiş, yəni VAZ-2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobili oğurlamışdır. O, avtomobili oğurlayandan sonra Bakı şəhərinə gedəndə avtomobilin mühərriki işləmədiyi üçün avtomobili apara bilməmiş, buna görə də fikirləşmişdir ki, avtomobildən bir neçə əşya götürüb sonra satıb pulunu xərcləyər. Zərərçəkmiş şəxs1 o, uzun müddətdir ki, tanıyır. Belə ki, onun yaşadığı evin yaxınlığında mebel təmir sexi vardır, orada işləyir. 17 may 2021-ci il tarixdə saat 20 radələrimdə o, küçədə olarkən Elnur da mebel təmir sexində Qazel avtomobili üçün iş gördüyü vaxt o, yaxınlıqda olduğu üçün sürücü ona demişdir ki, “gəl sexdən oturacaqlardan daşımaqda kömək elə”. O, da etiraz etməyib onun dediyinə görə sexin içinə girmiş, həmin vaxtı sürücü və Elnur avtomobilin yanında olmuş, mebel təmir sexinin içərisində isə heç kim olmamışdır. O, sexə daxil olanda görmüşdür ki, sexin içərisində stolun üstündə sensorlu “HUAWEİ Mate 20 Lite” markalı mobil telefon vardır və telefon zaryatkaya qoşuludur. O, dərhal telefonu gizli götürmək qərarına gəlib telefonu götürüb sexdən çıxmışdır, Elnur iş gördüyündən və sürücü də avtomobildə nə isə iş gördüyündən onun əlində mobil telefonu görməmişlər. o, tez oradan uzaqlaşıb həyətlərinə gəlmişdir. Həyətdə olarkən az sonra Elnurun tələsik həyətlərinə gəldiyini görmüş, bilmişdir ki, Elnur telefonun onun tərəfindən götürüldüyünü bilib arxasınca gəlib, o, da qorxduğu üçün evlərinin həyətindəki hasardan keçib küçəyə qaçmışdır. Küçədə getmək istəyəndə Elnur ona yaxınlaşıb onu saxlamışdır. O, da əməlindən peşman olub mobil telefonu Elnura qaytarmışdır. Həmin vaxtı polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Onun həmin mobil telefonu götürməyini heç kim görməmiş, çünki o, gizlincə həmin mobil telefonu götürmüşdür, heç kimin xəbəri olmamışdır. Lakin, həmin sexə ondan başqa heç kim girmədiyi üçün Elnur həmin mobil telefonu onun götürməsini bilmişdir. Zərərçəkmişlərlə barışmışdır. Əməlindən peşimandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, o, "xxxx" MMC-nin Şamaxı 98 saylı X4 kassir-operator işləyir. Onun özünə məxsus olsa da etibarnamə ilə atası Şahid2 aid «VAZ-2106» markalı, **-BM-*** dövlət nömrə nişanlı, ağ rəngli, 1992-ci il buraxılışlı, qabaq sağ qanadı (krelosu) qara rəngdə rənglənmiş minik avtomobili vardır. Avtomobili özü idarə edir. Belə ki, 12 may 2021-ci il tarixdə saat 19 radələrində o, "xxxx" MMC-nin Şamaxı 98 saylı X5 işinə getmişdir. O, işə gedərkən avtomobili yaşadığı ünvan 2 ünvanında yerləşən evlərinin darvazasının qarşısında yolun kənarında saxlamış, avtomobilin qapıları bağlı olmamış və açarı da evdə qoymuşdur. Atası isə ailə üzvləri ilə evdə olmuşdur. Belə ki, 12 may 2021-ci il tarixdən 13 may 2021-ci il tarixə keçən gecə saat 00:15 radələri olardı, o, iş yerində olarkən "xxxx" MMC-nin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən Şamaxı 15 saylı X4 işləyən və onun da tanışı olan Zəkixan adlı şəxs onların iş yerinə zəng edərək onunla danışmaq istədiyini bildirmiş, o, da onunla telefonda danışanda Zəkixan ona demişdir ki, “sizin avtomobili bir nəfər tanımadığı şəxs idarə edib gəlib bizim zapravkadan 4 manatlıq benzin aldı, sonra da avtomobilin qabaq hissəsini zapravkanın həyətindəki zibil qabına çırpıb avtomobili idarə edib Ağsu rayonu istiqamətində getdi”. O, da Zəkixana demişdir ki, bizim avtomobil həyət darvazasının yanında olmuşdur. Lakin o, avtomobilin nömrəsini də dəqiq dediyi üçün o, onunla sağollaşıb atasının mobil telefonuna zəng etmişdir. Atasına demişdir ki, darvazanın qarşısına baxsınlar ki, avtomobil oradadır ya yox. Az sonra atası ona zəng edərək avtomobilin yerində olmadığını bildirmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edib məlumat vermişdir. Zəkixanın deməsinə görə avtomobil yanacaqdoldurma məntəqəsində olanda avtomobilin arxa oturacaqında bir qadının da əyləşmiş olduğunu görmüşdür. Polisə şikayət edəndən sonra polis əməkdaşları həmin avtomobiliin Qobustan rayonunun Qobustan şəhəri ərazisində tapıb ona təhvil vermişlər. Həmin avtomobillərinə baxanda müəyyən etmişdir ki, avtomobilinin qabaq paneli, buferi, abrisofkası, kapotu və sağ qanadı (krelosu) əzilmişdir, avtomobilin mühərriki o, bilmədiyi səbəbdən xarab olduğu üçün işləməmiş, avtomobilinin salonunda olan “LG” markalı maqnitofon, qabaq alın şüşəyə bərkidilmiş güzgülü monitor, taksi nişanı, xırda bir neçə açar da götürülmüşdür. VAZ-2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı minik avtomobili etibarnamə ilə atası Şahid2 məxsusdur. Lakin, təxminən 3-4 aydır ki, atası 2 dəfə insult xəstəliyinə tutulduğu üçün hərəkət edə bilmir, yataq xəstəsidir. Buna görə də avtomobili o, idarə edir, arabir işdə olmayanda rayon ərazisində taksi kimi də idarə edir. Lakin, onun sürücülük vəsiqəsi yoxdur. Hazırda VAZ-2106» markalı, **-BM-*** dövlət nömrə nişanlı minik avtomobili faktiki olaraq ona məxsusdur. Ona məxsus avtomobil əzilməmişdən əvvəlki qiyməti təxminən 3800 manat dəyərində olmuşdur. Hazırda isə əzildiyi üçün təmirə ehtiyacı olduğundan təxminən 1500-2000 manat pul xərclənməlidir. Həmçinin, avtomobilin salonunda olan 80 (səksən) manat dəyərində maqnitofonu, 90 (doxsan) manat dəyərində qabaq alın şüşəyə bərkidilmiş güzgülü monitoru, 6 (altı) manat dəyərində taksi nişanı və 20 (iyirmi) manat dəyərində vintaçan açar dəsti də oğurlanmışdır. İş üzrə təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyana görə 300 manat ödənilmiş, qalan 900 manat pulu isə sonradan ödəyəcəyi barədə aralarında razılaşma olduğunu bildirib, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, o, mebel ustası olduğu üçün onun Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən mebel təmir sexi vardır, təmir sexi “Şamaxı Elektroniks” mağazasının yanında yerləşir. Təqsirləndirilən şəxs tanıyır, o, onun mebel təmir sexinin yaxınlığında yaşayır. Hüseyn arabir mebel təmir sexinə gəlib-gedir, qonşuluqda yaşadığı üçün o, onun sexə gəlməsinə etiraz etmir. 17 may 2021-ci il tarixdə, saat 20:00 radələrində mebel təmir sexində QAZEL markalı avtomobilin adını bilmədiyi sürücüsünün sifarişi ilə düzəltdiyi avtomobil oturacağı və hisslərini avtomobilə daşımışdır. Həmin vaxtı o, özünə məxsus “HUAWEİ Mate 20 Lite” markalı mobil telefonunu da mebel təmir sexinin içərisində elektrik cərəyanına zaryatka üçün qoymuşdur. Belə ki, o, əşyaları avtomobilə daşıdığı vaxtı, Hüseyn də hardansa ora gəlmiş, bu vaxtı avtomobilin sürücüsü Hüseynə demişdir ki, “ordan oturacaqlardan qalanını gətir”. O, da həmin vaxtı avtomobilin yanında olmuş, Hüseyn həmin kişinin sözündən sonra mebel təmir sexinə daxil olmuş və oturacaqlardan birini gətirib avtomobilin yanında qoyub harasa çıxıb getmişdir. Bundan az sonra o, işini yekunlaşdırmış və sexə daxil olanda görmüşdür ki, mobil telefonu yerində yoxdur. O, da dərhal bilmişdir ki, telefonunu Hüseyn götürmüşdür, çünki ondan başqa heç kim sexə daxil olmamışdır. Buna görə də dərhal Hüseyngilin həyətinə getmişdir. O, həyətə daxil olanda görmüşdür ki, Hüseyn onu görən kimi həyətlərində hasardan tullanıb qonşuya qaçıb getmişdir. Bundan sonra o, tanışlarının mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra o, görmüşdür ki, Hüseyn küçəyə çıxıb qaçmaq istəyir. O, dərhal ona yaxınlaşıb Hüseyni tutub saxlamış və mobil telefonunu Hüseyndən almışdır. Həmin vaxtı polis əməkdaşları da hadisə yerinə gəlmişlər və o, hadisə barədə ərizə ilə müraciət etmişdir. Həmin “HUAWEİ Mate 20 Lite” markalı mobil telefonun qiyməti 600 (altı yüz) manat dəyərindədir. Həmin avtomobilin nömrəsini bilmir. Sürücüsünü də yaxşı tanımır, sadəcə müştəri kimi avtomobilin oturacaqlarını düzəltməyi sifariş verdiyi üçün o, da düzəltmiş və onun işini bitirdiyi üçün getmişdir. Onun haqqında başqa heç nə bilmir. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mansur qızı ifadə verib göstərdi ki, əvvəllər evli olub boşanmışdr, 1 azyaşlı uşağı var. Təxminən 2 il bundan qabaq o, Bakı şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar Hüseyn ilə tanış olandan sonra onunla qeyri-rəsmi ailəli kimi yaşamağa başlamışlar. Bir müddət Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Təxminən 1 ay bundan əvvəl isə Şamaxıya gəlib burada qalırlar, azyaşlı uşağı isə Bakı şəhərində anası evindədir. Belə ki, son günlərdə onun bədənimdə ağrıları olduğundan Hüseynə demişdir ki, o, Bakı şəhərinə getməlidir. Hüseyn də demişdir ki, onu aparacaq. 12 may 2021-ci il tarixdə, təxminən saat 23:30 radələrində, o, evdə olmuş, bu vaxtı Hüseyn hardansa evə gəlmiş, görmüşdür ki, Hüseyn içkilidir. Hüseyn evə gələn kimi ona “hazırlaş, səni Bakıya aparıram”. O, ona demişdir ki, «nə ilə gedəcəyik», Hüseyn də demişdir ki, “dostumun maşınını gətirmişəm, onunla aparacam”. O, da əvvəlcə Hüseynin içkili olmasına görə onun avtomobili düzgün sürə bilməyəcəyindən qorxub getmək istəmədiyini bildirmiş, Hüseyn isə ona demişdir ki, «narahat olma yaxşı sürəcəm». O, da paltarlarını hazırlamış, tam hazırlaşandan sonra həyətə düşüb küçəyə çıxanda görmüşdür ki, Hüseyn ağ (süd-moloçnı) rəngli VAZ-2106 markalı avtomobili yaşadıqları evin həyət darvazasının qarşısında saxlayıb, avtomobilin qabaq sağ tərəfi qara rənglə rənglənmişdi, avtomobilin nömrəsini isə xatırlamır. O, avtomobilə əyləşəndən sonra Hüseyn avtomobili işə salıb Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarındakı Azpetrol yanacaqdoldurma məntəqəsinə sürmüş, orada təxminən xatırladığına görə avtomobilə 4 manatlıq benzin vurdurmuşdur. Benzin vurulandan sonra, Hüseyn avtomobili idarə edəndə düzgün idarə edə bilmədiyi üçün avtomobilin qabaq hissəsini Azpetrolun həyətindəki zibil qabına vurmuş və avtomobili bir qədər irəli doğru hərəkət etdirmişdir. O, Hüseynin sərxoş olmasına və avtomobili də vurmasına görə qorxmuş, bilmişdir ki, Hüseyn bu vəziyyətdə Bakı şəhərinə kimi avtomobili idarə edə bilməyəcək. buna görə də o, Hüseynə təkidlə bildirmişdir ki, “saxla avtomobili mən getmək istəmirəm”. Hüseyn isə “qorxma, rahat sürəcəm”demişdir. Lakin, o, Hüseynin avtomobili düzgün idarə edə bilmədiyini görüb çox təkid edəndən sonra Hüseyn avtomobili saxlamış, o, avtomobildən düşüb piyada evə tərəf gəlmişdir, Hüseyn isə avtomobil ilə Bakı şəhərinə doğru getmişdir. Sonradan bilmişdir ki, Hüseyn kiminsə avtomobilini gizlin qaçırıb, onu isə aldadıb ki, guya dostunundur. Həmin gündən sonra o, Hüseyn ilə bir dəfə telefonda danışmışdır, Hüseyn ona ***-***-**-** saylı nömrədən evdə olan ***-***-**-** saylı nömrəyə zəng etmişdi, o, telefon əlaqəsi zamanı ona demişdir ki, “bu nə məsələdir, camaatın avtomobilini oğurlamısan, məni də zibilə salmısan”. Hüseyn də bir söz deməmişdir. Sonradan isə Hüseyn ilə danışmamışdır. Sonradan bilmişdir ki, Hüseyn həmin avtomobili oğurlayaraq gətirmişdir. Həmin vaxtı o, bu barədə heç nə bilməmişdir. Hüseyn sadəcə evə gəlib ona bildirmişdir ki, dostunun avtomobilidir. Onun həmin avtomobili haradan gətirməsi, kimdən alması və kimlərlə olması barədə heç nə bilməmişdir. Sonradan bilmişdir ki, Hüseyn həmin avtomobili oğurlamışdır. Hüseynin avtomobildən hansısa əşya götürməsini o, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma oğludur, oğlu Nurlan "xxxx" MMC-nin Şamaxı 98 saylı X4 kassir-operator işləyir. Belə ki, oğlu Nurlan özünə məxsus «VAZ-2106» markalı, **-BM-*** dövlət nömrə nişanlı, ağ rəngli, 1992-ci il buraxılışlı, qabaq sağ qanadı (krelosu) qara rəngdə rənglənmiş minik avtomobilini almışdır, lakin avtomobil etibarnamə ilə onun adına olsa da, həmin avtomobili oğlu Zərərçəkmiş şəxs2 özü pulu ilə almışdır, həmin avtomobilin oğurlanmasına görə onun oğlu Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir. Belə ki, 12 may 2021-ci il tarixdə, saat 19 radələrində oğlu Nurlan "xxxx" MMC-nin Şamaxı 98 saylı X5 işinə getmş, işə gedərkən avtomobili yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinin darvazasının qarşısında, yolun kənarında saxlamış, avtomobilin qapıları bağlı olmamış və açarı da evdə qoymuşdur. O, isə ailə üzvləri ilə evdə olmuşdur. Həmin vaxtı, avtomobil darvazanın qarşısında olmuşdu. Təxminən saat 22 radələrində o, ailə üzvləri ilə yatmışlar. 12 may 2021-ci il tarixdən 13 may 2021-ci il tarixə keçən gecə, saat 00:20 radələri olardı, o, evində olarkən oğlu Nurlan onun mobil telefonuna zəng edərək ona demişdir ki, darvazanın qarşısına baxaq ki, avtomobil oradadır ya yox. O, da dərhal pəncərədən, daha sonra həyətə düşüb darvazaya çıxmaqla avtomobilin dayandığı yerə baxmış və avtomobilin yerində olmadığını müəyyən edib oğlu Nurlana zəng edib bunu bildirmişdir. Bundan sonra, oğlu Nurlan 102 xidmətinə zəng edib məlumat vermişdir. Az sonra oğlu Nurlan polis əməkdaşları ilə gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Onu da qeyd etmişdir ki, polisə şikayət edəndən sonra polis əməkdaşları həmin avtomobillərini 13 may 2021-ci il tarixdə Qobustan rayonunun Qobustan şəhəri ərazisində tapıb oğlu Nurlana təhvil vermişlər. Həmin avtomobillərinə baxanda müəyyən etmişdir ki, avtomobilin bir neçə detalları əzilmişdir, avtomobilin mühərriki işləmir, avtomobilin salonunda olan “LG” markalı maqnitofon, qabaq alın şüşəyə bərkidilmiş güzgülü monitor, taksi nişanı, xırda bir neçə açar da götürülmüşdür. «VAZ-2106» markalı, **-BM-*** dövlət nömrə nişanlı minik avtomobili etibarnamə ilə ona məxsusdur. Lakin, təxminən 3-4 aydır ki, o, 2 dəfə insult xəstəliyinə tutulduğu üçün hərəkət edə bilmir, yataq xstəsidir. Buna görə də avtomobili oğlu Nurlana vermişdir, o, avtomobili idarə edir. Hazırda VAZ-2106» markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobil faktiki olaraq oğlu Nurlana məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağımının YPX inspektoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət aparır. 13 may 2021-ci il tarixdə o, tərtib edilmiş qrafikə əsasən xidməti iş yerində, yəni Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində 90-cı kilometrliyində yolboyu xidmətdə olmuş, həmin vaxtı YPX inspektoru, polis baş serjantı İsaxan Xanaliyev də onunla birlikdə xidmətdə olmuşdur. Onlar xidmətlərini davam etdirərkən, 13 may 2021-ci il tarixdə səhər saatlarında avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində “VAZ- 2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yolun kənarında dayanmasını, avtomobildə isə nə sürücü, nə də sərnişin olmadığını görüb avtomobilin nömrəsini müvafiq qaydada aparatla yoxlayanda məlum olmuşdur ki, həmin avtomobilin qaçırılması barədə gecədən Şamaxı RPŞ-dən şübhəli olması bildirilmişdir. Buna görə də onların tərəfindən avtomobilə baxış keçirilərkən avtomobilin salonunda bir ədəd qadın şəxsiyyət vəsiqəsinin olması, eyni zamanda avtomobilin qabaq hissəsinin əzilməsi, buferinin remenlə avtomobilin salonundakı oturacağa bərkidilməsi müəyyən edilmiş, daha sonra avtomobilin aşkar edilməsi barədə Şamaxı RPŞ-nə və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinə məlumat verilmişdir. Bundan az sonra Şamaxı RPŞ-nin əməkdaşları və avtombobilin sahibi ilə birlikdə avtomobilə baxış keçirilmiş və avtomobil hadisə yerindən götürülmüşdür. Həmin avtomobil gecə saatlarında həmin ərazidən keçdiyi üçün onlar tərəfindən avtomobilin hansı saatlarda Qobustan şəhəri ərazisində yerləşən xidmət etdiyi YPX postundan keçməklə həmin ərazidə saxlanılması, avtomobildə sürücüdən başqa kimlərin olmasını müəyyən edə bilməmişlər. İş materiallarında olan 13 may 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə ünvan 5 ünvanında baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, hadisə yerində 12 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 özünə məxsus «VAZ-2106» markalı **-BM-*** dövlət nömrə nişanlı, ağ rəngli, 1992-ci il buraxılışlı, qabaq sağ qanadı (krelosu) qara rəngdə rənglənmiş minik avtomobilini saxlamış, həmin avtomobil 12.05.2021-ci il tarixdən 13.05.2021-ci il tarixə keçən gecə oğurlanmış, hadisə yerində «VAZ-2106» markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilə aid hər hansı bir detal, əşya qalmamışdır. İş materiallarından görünür ki, 13 may 2021-ci il tarixdə “VAZ-2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün qəbzlə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Eləcə də, avtomobildən götürülmüş 01 ədəd maqnitofon və 01 ədəd taksi nişanı da cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir İş materiallarından görünür ki, 13 may 2021-ci il tarixdə 01 ədəd “HUAWEİ Mate 20 Lite” markalı sensorlu smartfon mobil telefonu iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün qəbzlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan 13 may 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində “VAZ-2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dayandığı hadisə yerində avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq detallarının əzilməsi, avtomobilin salonunda olmuş “LG” markalı maqnitofon, qabaq alın şüşəyə bərkidilmiş güzgülü monitor, taksi nişanı, xırda bir neçə açarın götürülməsi müəyyən edilmiş, avtomobilin salonunda 01 ədəd şəxsiyyət vəsiqəsi müəyyən edilmiş, avtomobil Şamaxı RPŞ-nə gətirilmişdir. İş materiallarından görünür ki, 13 may 2021-ci il tarixdə “VAZ-2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı “Şamaxı Avtomotoservis və Ticarət müəssisəsi”nin mütəxəssisi tərəfindən həmin avtomobilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, “VAZ-2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə ümumilikdə 1060 (bir min altımış) manat dəyərində maddi ziyan dəymişdir. İş matreriallarında olan Şamaxı rayon Polis Şöbəsinin 17 may 2021-ci il tarixli protoklundan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Supehdar oğlu 17 may 2021-ci il tarixdə saat 20 radələrində mebel təmir sexindən ona məxsus “HUAWEİ Mate 20 Lite” markalı sensorlu smartfon mobil telefonu oğurlamış, hadisə yerində mobil telefona aid hər hansı bir detal, əşya qalmamışdır. İş materiallarında olan 18 may 2021-ci il tarixli götürmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd “HUAWEİ Mate 20 Lite” markalı sensorlu smartfon mobil telefonu götürülmüş və qablaşdırılmaqla bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan 18 may 2021-ci il tarixli götürmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Supehdar oğlunun təqdim etdiyi bir ədəd maqnitofon və bir ədəd taksi nişanı əşyaları götürülmüş, 01 ədəd maqnitofonun üst qapaq hissəsi yerində olmamış, qara rəngli olmuşdur. Üzərində qara rənglə “Taxi” yazısı olan sarı rəngli taksi nişanı olması da müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 4(074)- 44/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 35 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, “təqdim edilmiş «VAZ- 2106» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətini 3800 (üç min səkkiz yüz) manat, bir ədəd maqnitofonun tam vəziyyətdə 80 (səksən) manat, üzərində qara rənglə “Taxi” yazısı olan sarı rəngli bir ədəd taksi nişanı 06 (altı) manat, eləcə də əlamətləri qeyd edilmiş avtomobilin qabaq alın şüşəsinə bərkidilmək üçün olan güzgülü monitoru 90 (doxsan) manat, vintaçan açar dəstini 20 (iyirmi) manat olmaqla yekun olaraq əşyaların 196 (yüz doxsan altı manat) AZN dəyərində qiyməti müəyyən edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertiza” üzrə 16 iyun 2021-ci il tarixli 9/3512 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsallı, “HUAWEİ Mate 20 Lite” markalı, “SNE- LXL” modelli, “**********50363” İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 180 manat müəyyən olunur» İş marteriallarında olan 08 iyun 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın 300(üç yüz) manat hissəsi ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 iyun 2021-ci il tarixli 1756 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamxı şəhəri S.Ə.Şirvani küçəsi 31 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan DİN-nin əməliyyat və statistik informasiya idarəsinin 10 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 73-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 19 iyul 2012-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzası 6 ay müddətinə azaldılmış, 14 sentyabr 2013-cü ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 02 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 177.2.2, 29,185.1, 185.2.2, 326.1-cü maddələri təqsirli bilinb, CM-nin 66.3-cü maddəsinə əsasən 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarı ilə 20 oktyabr 2017-ci il tarixli 816 VQD saylı Qanunun tətbiqi ilə CM-nin 177.2.2 maddəsi ilə 3 il 6 ay müddət 3 ilə endirilməklə CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə cəzası qəti olaraq 4 il 2 ay müəyyən edilib. Bundan başqa Təqsirləndirilən şəxs Sübehdar oğlu Şamaxı rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsi ilə 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 05 avqust 2020-ci il tarixli 7(074)-26/2020 saylı qərarı ilə, Şamaxı rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş 10 ay 10 gün azadlıqğın məhdudlaşdırılması cəzası 5 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 30 dekabr 2020-ci ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sübehdar oğlu qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və hazırkı məhkəmə baxışının predmeti olan cinayəti məhkumluğunun ödənilmədiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 177.2.2-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı qismən ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəza çəkməsinin əvvəli həbs edildiyi andan yəni, 17 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut VAZ-2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin və HUAWEİ Mate 20 Lite markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar Şamaxı rayon Polis Şöbəsində saxlanılan 1 ədəd maqnitofon və 1 ədəd taxi yazılmış nişan zərərçəkmiş şəxs X3 qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan yəni, 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut VAZ-2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin və HUAWEİ Mate 20 Lite markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar Şamaxı rayon Polis Şöbəsində saxlanılan 1 ədəd maqnitofon və 1 ədəd taxi yazılmış nişan zərərçəkmiş şəxs X3 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-82/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-82/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver