Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-82/2023 15.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-X1, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saat 22:00 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsi ərazisində qohumu X1 evinin yaxınlığında onunla söhbət edən zaman aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı sonuncunun onu yumruqla vurmasından qəzəblənərək yerdən götürdüyü plastik boru ilə Elbrus Pənahovun sifət nahiyəsinə vuraraq ona sol gözün ağlı qişasına qansızma, sol gözün bayır bucağı proyeksiyasının, sol qaşın qurtaracaq hissəsində yara, sol göz altı nahiyəsinin qançırı və hematoması ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şahid2 onun dayısı oğlu Elşən Pənahovun həyat yoldaşı olmuşdur. O, xx.xx.2023-cü il tarixində qohumları ilə birlikdə onun pornoqrafik xarakterli görüntüsü ilə bağlı Şahid2 ilə söhbət etməyə gedən zaman o, küçədə Şahid4la videogörüntüdəki şəxsin o, olub-olmamağı barədə söhbətləşən zaman Elbrus Pənahov sağ tərəfində dayanmaqla qəfil onun çənə nahiyəsinə zərbə endirmiş, buna görə o, ani olaraq yaxınlığında olan rezin borunu əlinə götürərək Elbrusun üstünə atmış və qaranlıq olduğu üçün həmin borunun Elbrusun harasına dəyməsini bilməmişdir. O, Elbrus Pənahova rezin borunu atan zaman hadisə yerində o, Xəyyam və Elbrusdan başqa heç kim olmamışdır. O, Elbrus adlı şəxsə rezin borunu atdıqdan sonra onunla arasında mübahisə davam etməmişdir. Elbrus adlı şəxs onu yumruqla vuran zaman o, həmin vaxtı çənə nahiyyəsindən xəsarət almış, yəni iki gün çənəsi ağrımış, lakin gedib ekspertizadan keçməmiş çünki şikayət etmək niyyətində olmamışdır. Onun Elbrus ilə hər hansısa bir mübahisəsi olmamış, o, Şahid2 əmisi ilə söhbət edən zaman Elbrus onu anidən vurduğunda,n o, da onu vurmuş, lakin onlar bir-birini təhqir etməmiş, həmçinin dava baş verdikdən sonra oraya başqa şəxslər gəlməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmaq istəsə də, o razılaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasının bibisi oğludur. Şahid2 isə onun ögəy anasıdır. Belə ki, o, əslində Rövşən Pənahovun oğlu olsa da əmisi Elşən Pənahov onu övladlığa götürmüşdür. Elşən Pənahov 2017-ci ildə vəfat etdikdən sonra Şahid2 ilə o, Baharın oğlu Səyyad Pənahov, nənəsi Anamxanım Pənahova yaşayır. xx.xx.2023-cü il tarixdə Şahid2, Təqsirləndirilən şəxs onunla olan videogörüntüsünün yayılması barədə məlumat vermiş, bundan sonra gecə vaxtı qohumları Şahid1, X4, Şahid4 Səməd oğlu və onların həyat yoldaşları Ceyhunla Baharı üzləşdirmək və məsələnin əslini öyrənmək üçün Şahid2 yaşadığı evə gəlmişdir. O, həmin vaxt evin yaxınlığında yerləşən dərəyə siqaret çəkmək üçün çıxmışdır. Geri qayıtdıqda Ceyhunun həyət qapısının çöl tərəfində dayanmasını, səsküy olmasını, qohumlarının Ceyhunu həyətə salmaq üçün razı salmağa çalışmasını, Ceyhunun qışqıra-qışqıra videogörüntüdəki kişinin o olmamasını deməsini görmüşdür. O, heç bir şeydən xəbərsiz Ceyhungil olan yerə yaxınlaşmaq istədikdə Ceyhun haradan götürdüyünü bilmədiyi plastik materialdan olan boru ilə onun sol gözünə vurmuş, o, həmin vaxtı huşunu itirmişdir. Həmin gün Şamaxı şəhərində yerləşən Diaqnostika Mərkəzinə müraciət etmiş, həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılmışdır. O, həmin vaxtı Təqsirləndirilən şəxs qarşı hər hansısa bir nalayiq ifadə işlətməmiş və onuda vurmamışdır. Təqsirləndirilən şəxs həmin vaxtı küçədə əlində plastik boru olmuş, Ceyhun isə küçədə dayanmış, daha sonra onların evinin yanından gedən zaman əmisi Xəyyam adlı şəxs onun arxası ilə qaçıb səs küy saldıqda o, əlindəki boru ilə əmisi Xəyyamı vurmaq istədiyindən o, qaçıb onları sakitləşdirmək istəyən zaman Təqsirləndirilən şəxs əlindəki plastik boru ilə onun sol göz nahiyyəsindən vurmuş və o, yerə yıxılaraq huşunu itirmişdir. Ceyhun Bayramov onu vuran zaman qohumları Xəyyam və Seymur adlı şəxslər orada olmuşdur. Hadisə isə xx.xx.2023-cü il tarixində saat 22:00 radələrində onun yaşadığı Mədrəsə qəsəbəsindəki evin yaxınlığında olmuşdur. Hadisə zamanı gecə olduğundan zənnicə qəsəbədə ətraflarında kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun ölən əri Elşən Pənahovun bibisi oğludur və onunla eyni qəsəbədə yaşayır. Aralarında münasibəti həmişə yaxşı olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşının əmisi oğlu Şahid1 ona “Whatsapp” mobil tətbiqində mesaj yazaraq onun Ceyhunla münasibətinin olub-olmadığını soruşqduqda o, Ceyhunla heç bir münasibətinin olmadığını bildirmişdir. Bundan sonra Şamaxı RPŞ-nə təqdim etdiyi videogörüntünü Bəhruz ona göndərmiş, Ceyhunun həmin videogörüntünü ona da göndərməsini söyləmişdir. O, bundan sonra Ceyhunun onu zorlamağa cəhd etməsini videogörüntüyə alması və Ceyhunun videogörüntünü yayması barədə xəbərdar olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Zəng mərkəzi”-nə müraciət etmişdir. Daha sonra Bəhruz və digər qohumları onun evinə gəlib onu Ceyhunla münasibətinin olub-olmadığını soruşduqda o, onlara hər şeyin yalan olmasını, Ceyhunun başqa qadınlar barəsində də belə videogörüntülərin olmasını qaynı Xəyyama deməsini söyləmişdir. Qohumları ona inanmasalar da həmin məsələni dəqiqləşdirmək üçün onun evinə gəlmişlər. Elbrus Pənahov da evdə olmuşdur. Təxminən 15 dəqiqə sonra Elbrus gözündən aldığı xəsarətlə geri qayıtmış və onlar Elbrusdan nə olmasını soruşduqda Elbrus onlara bildirmişdir ki, küçədə Ceyhunun yanında olan zaman Ceyhun anidən əlində olan plastik boru ilə onun sifət nahiyyəsindən vurmuş, həmin vaxtı o, müqavimətini itirərək yerə yıxılmışdır. Onlar Elbrusdan nə üçün Ceyhunun onu vurmasını soruşduqda Elbrus bunun səbəbini bilmədiyini və səbəbsiz olaraq Ceyhunun onu vurmasını bildirmişdir. Bundan sonra onlar gecə saatlarında Elbrusu Şamaxı rayon Diaqnostika mərkəzinə aparmış və orada Elbrusa tibbi yardım göstərildikdən sonra o, evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızının oğludur. Şahid2 onun oğlu Elşənin həyat yoldaşıdır. Oğlu Elşən 2017-ci ildə vəfat etdikdən sonra o, Şahid2, nəvələri Səyyad Pənahov və Elbrus Pənahov bir evdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə Şahid2, Təqsirləndirilən şəxs onunla olan videogörüntüsünün yayılması barədə məlumat vermiş, həmin vaxtı söz söhbət yarandığından axşam saatlarında qohumları Şahid1, X4, Şahid4 Səməd oğlu və onların həyat yoldaşları Ceyhunla Baharı üzləşdirmək və məsələnin əslini öyrənmək üçün Şahid2 yaşadığı evə gəlmişlər. Həmin vaxtı Ceyhun həyət qapısının çöl tərəfində dayanmışdır. Təxminən 22:00 radələrində Elbrus Pənahov evə daxil olmuş və Elbrus evə daxil olan zaman xəsarət aldığını gördüyüdən ondan nə olduğunu soruşduqda Elbrus onlara bildirmişdir ki, onu küçədə Təqsirləndirilən şəxs vurmuşdur. Onlar hadisənin necə olmasını soruşduqda Elbrus onlara söyləmişdir ki Təqsirləndirilən şəxs yaxınlaşan zaman o, əlindəki plastik boru ilə onun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Elbrus Şamaxı rayon diaqnostika mərkəzinə aparılmış və orada ilkin tibbi yardım göstərildikdən sonra evə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şahid2 onun qardaşı Elşən Pənahovun həyat yoldaşıdır. Elşən Pənahov 5 il əvvəl vəfat etdikdən sonra Şahid2 Mədrəsə qəsəbəsində tək övladları və qaynanası ilə birgə yaşamağa başlamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində o, eşitmişdir ki Şahid2 əxlaqsız videosu yayılıb bu səbəbdəndə xx.xx.2023-cü il tarixdə o, qohumları ilə birlikdə Şahid2 evinə getmişdir. Təxminən saat 22:00 radələrində o, küçəyə çıxaraq bir qədər Ceyhunla söhbət etdikdən sonra kənara çəkilib telefonla danışıb siqaret çəkən zaman Baharın evinin yaxınlığında Ceyhun ilə Elbrusun dartışdığını görmüş, həmin vaxtı Ceyhun yerdən götürdüyü plastik boru ilə Elbrusun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra Elbrus bir qədər arxaya gedib dayanmış, həmin vaxtı o, onlara yaxınlaşıb hər ikisini sakitləşdirmiş və Elbrusu evlərinə aparmışdır. Elbrus evə daxil olan zaman sifət nahiyyəsindən xəsarət aldığından ondan nə olduğunu soruşmuşlar, həmin şəxs isə evdəkilərə Ceyhunun onu plastik boru ilə vurduğunu bildirmişdir. Daha sonra onlar oradan çıxıb getmiş və nələr olmasını bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində küçədə siqaret çəkib telefonla danışan zaman Elbrus adlı şəxsin Təqsirləndirilən şəxs vurubvurmadığını bilmir. Çünki o, həmin vaxtı bunu görməmiş, o, onlara baxan zaman artıq onlar dartışırdılar. Həmçinin o, onları gəlib sakitləşdirən zamanda nə olduğunu soruşduqda Ceyhun ona bildirmişdir ki, Elbrus ona qəflətən yumruq vurduğundan o, da Elbrusu vurmuşdur. Elbrus ilə Ceyhun dartışan zaman həmin vaxtı küçədə ondan və onlardan başqa hər hansısa bir şəxs olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əlindəki plastik boru ilə Elbrus Pənahovu vurduqdan sonra həmin şəxsi yenidən vurmağa cəhd etməmiş və onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şahid2 onun əmisi Səməd Pənahovun gəlini yəni Elşən Pənahovun həyat yoldaşıdır. Şahid2 əxlaqsız videosu qohumlar arasında səs küyə səbəb olduğundan 10 iyun 2023-cü il tarixində qohumlar birlikdə Şahid2 evinə getmişdir. Təxminən saat 22:00 radələrində onlar orada olan zaman Elbrus evə daxil olan zaman sifət nahiyyəsindən xəsarət aldığını görmüş və ondan nə olması və onu kim vurması soruşulduqda Elbrus bildirmişdir ki, küçədə Ceyhuna yaxınlaşan zaman Ceyhun anidən olaraq heç bir səbəb olmadan haradansa götürdüyü plastik boru ilə onu vurmuş və o, müqavimətini itirərək yıxılmışdır. Daha sonra bununlada bir qədər orada olan şəxslər mübahisə etdikdən sonra onlar oradan çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 10 iyul 2023-cü il tarixli, 188 saylı ekspert rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər - sol gözün ağlı qişasına qansızma, sol gözün bayır bucağı proyeksiyasının, sol qaşın qurtaracaq hissəsində yara, sol göz altı nahiyəsinin qançırı və hematoması küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X1 almış olduğu xəsarətlər ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu Mədrəsə qəsəbəsində X1 evinin yerləşdiyi küçədir. Ətrafda çox sayda evlər vardır. Elbrus Pənahov yaşadığı evin yaxınlığında küçədə hadisənin baş verdiyi yeri təqdim edərək, 10 iyun 2023-ci il tarixində təxminən saat 22:00 radələrində Təqsirləndirilən şəxs onu qəflətən əlində olan boru ilə vurub xəsarət yetirdiyini və həmin vaxtı yerə yıxıldığını bildirmişdir. Hadisə yerindən heç bir əşya və ya predmet götürülməmiş, protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Ailəlidir, iki azyaşlı övladı var. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs nikahsız arvadı-X6 xx.xx.1991-ci il, qızı-X2 xx.xx.2016-cı il və oğlu- X5 xx.xx.2020-ci il təvəllüdlü ibarət ailə tərkibi vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüNgülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq aylıq qazancının 20 (on) faizi dövlət nəfinə tutulmaqla 11(on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-82/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-82/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver