Məhkəmə qərarları › İş №1(074)-83/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-83/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-83/2021 15.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İHakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə saat 12 radələrində istirahət etmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs iradəsi ziddinə sonuncuya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evinin həyətyanı giriş darvazasının və evə giriş qapısının qıfıllarını sındıraraq evə daxil olmuş və tanışları Bakı şəhər sakinləri Şahid7 və X1 həmin evə dəvət edərək Zərərçəkmiş şəxs mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əslən Şamaxı rayonu, Göylər kəndindən olsa da, hazırda Bakı şəhərində yaşayır. 22 mart 2021-ci il tarixdə uzun müddətdir ki tanıdığı, həmçinin əvvəllər yaşadığı binada qonşusu olmuş Şahid7 zəng edib onu qeyri-rəsmi həyat yoldaşı Əsmər Məmmədli ilə birlikdə istirahət etmək üçün Şamaxı rayonu, Göylər kəndində yerləşən anası Şüküfə Məmmədovaya məxsus evə dəvət etmiş, Şahid7 dəvətini qəbul edib 22 mart 2021-ci il tarixdə axşam saat 20 radələrində Əsmər Məmmədli ilə birlikdə taksi ilə Şamaxı rayonu, Göylər kəndinə gəlmiş və həmin gün onlar birlikdə kənddə anasına məxsus evdə qalmışlar. Gecə saatlarında anasının növbəti gün qaldıqları evə gələcəyini öyrənmiş və anasının dostlarını evə dəvət etdiyini görməməsi üçün Göylər kəndində yerləşən xalası oğlu Şahid5 atası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həmin vaxt boş olduğunu nəzərə alıb qonaqlarını həmin evə apara biləcəyini fikirləşmiş, lakin qonaqları kəndə dəvət edərkən Zərərçəkmiş şəxs məxsus evdə qalmağa planlaşdırmamış, anasının evə gələcəyini fikirləşməmişdir. Tural və Əsmərə səhər qohumu Şahid5 evinə gədib orada qalacaqlarını demişdir. 23 mart 2021-ci il tarixdə saat 11 radələrində anası Şüküfə Məmmədovaya məxsus evdən çıxıb Göylər kəndində yoldan keçən taksini saxlayıb Zərərçəkmiş şəxs məxsus evə tərəf getmiş, təxminən 5 dəqiqədən sonra Zərərçəkmiş şəxs məxsus evin qarşısında taksini saxlatdırıb düşmüş və evə tərəf getmişlər. Evə yaxınlaşdıqda həyətə giriş darvazasında kilid vurulduğunu görmüş və evin boş olduğuna əmin olduqdan sonra həyətə daxil olmazdan öncə darvazasının qarşısında özünə məxsus mobil telefonla xalası oğlu Şahid5 zəng edib dostu və onun qeyri-rəsmi həyat yoldaşı ilə Göylər kəndində olduğunu, lakin anasının onlara məxsus evə gəldiyi üçün öz evində qala bilmədiyini deyib atasına məxsus evə girməyə icazəsini istəmişdir. Şahid5 telefon danışığı zamanı ona evə girməsini icazə vermiş, lakin qonşularının görməməsi üçün səs-küy salmamağı tapşırmışdır. Bundan sonra o, darvazada olan qıfılı çıxardıb Turalı və Əsməri içəri dəvət etmiş, Tural və Əsmər həmin evin kimə məxsus olmasını soruşduqda, onlara narahat olmamasını, həmin evin qohumlarının olduğunu, evin sahibinin içəri daxil olmağa icazə verdiyini demişdir. Bundan sonra Tural və Əsmərlə birlikdə həyətə daxil olub evə tərəf getmiş, evə giriş qapısına yaxınlaşdıqda bu qapının üzərində də qıfılın olduğunu görmüş, həmin qıfılı da eyni qaydada çıxartmış və qonaqları ilə birlikdə evə daxil olmuşdur. Evə giriş qapısı zal otağına açılmış və onlar həmin otaqda yerləşmişlər. Həmin vaxt evdə soyuq olduğundan zalda quraşdırılmış dəmir qaz sobanı yandırmış və gətirdikləri ərzaqları çıxararaq masaya düzüb yeyib-içməyə başlamışlar. Bu qaydada bir neçə saat istirahət etdikdən sonra ögey qardaşı Rəşad Quliyevin arvadı Vüsalə Quliyeva evin giriş qapısından zala daxil olub onları evdə görmüş və çıxıb getməyə çalışmışdır. Dərhal həyətə çıxıb onunla salamlaşmış və narahat olmamağını, tez bir zamanda qonaqlarını yola salacağını demişdir. Bundan sonra Vüsalə çıxıb getmiş və o, Turalı və Əsməri yola salmağa taksi axtarmaq üçün evdən çıxmışdır. Təxminən 15-20 dəqiqədən sonra evə gəldikdə içəridən qışqırıq səslərinin gəldiyini eşitmiş və Şamaxı rayonu, Göylər kəndində yaşayanlar əvvəllər tanıdığı Rauf və Heydər adlı şəxslərin Turalı döyməsini görüb qorxduğu üçün qonaqlarını də evdə qoyaraq qaçmışdır. Əlavə olaraq bildirdi ki, Şahid5la telefonla danışarkən sonuncunun ona evə daxil olmasına icazə verməsini zənn etmiş, lakin hadisədən sonra onu səhv başa düşdüyünü anlamışdır. Buna görə də əməlindən peşmandır. Təqsirləndirilən şəxs oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona elan edilmiş Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə, Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 avqust 2021ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci hissəsinə əsasən, müdafiə tərəfinin yazılı razılığı olduğundan, cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 14-cü hissəsində göstərilir ki, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 28-ci hissəsində göstərilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin.. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar