Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-83/2022 19.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Güloğlan oğlunun, Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1968-ci ildə Şamaxı rayonu Mirikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Şamaxı rayonu Mirikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, xx xxxxxxxx 1974-cü ildə Şamaxı rayonu Mirikənd kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şamaxı rayonu Mirikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 12 may 2022-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Mirikənd kəndində ictimai yer hesab olunan kənd körpələr evi-uşaq bağçasının qarşısındakı küçədə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək küçənin ortasında ətrafında insanların olmasına biganə yanaşıb idarə etdiyi “VAZ-21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kənd yolunda hərəkətdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 heyvanlarını yoldan çıxarmaması ilə bağlı sonuncu ilə mübahisə edərək əsaslı səbəb olmadan onun ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək avtomobildən düşüb kəllə ilə Təqsirləndirilən şəxs1 sifət nahiyəsindən zərbə vurub ona göz qapaqlarının postravmatik qançırlı-şişkin vəziyyəti, sol göz altı nahiyə hematoması, gözün ağlı qişasına qansızma, sol qaşın tüklü hissəsinin cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 12 may 2022-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Mirikənd kəndində ictimai yer hesab olunan kənd körpələr evi-uşaq bağçasının qarşısındakı küçədə çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə həmkəndlisi X2 idarə etdiyi “VAZ-21013” markalı, 06- BC- 590 dövlət qeydiyyat nişanlı avtomobillə kənd yolunda hərəkətdə olarkən onun heyvanlarını yoldan çıxarmaması ilə bağlı Cavad Zərbalıyevlə aralarında başlanmış mübahisə zamanı əsaslı səbəb olmadan sonuncuya yaxınlaşaraq ucadan yüksək səslə nalayiq ifadələr işlədib əlində silah qismində istifadə etdiyi 1 metr 30 santimetr uzunluqda ağac parçası ilə (çomaqla) X2 baş nahiyəsinə zərbə vuraraq sonuncuya alın nahiyəsinin və sağ gözün üst səthinin səthi yaralarla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə, həmçinin X2 idarə etdiyi “VAZ-21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vurub müxtəlif detallarını əzərək sonuncuya 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, həmkəndlisidir, onunla əvvəllər münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 12 may 2022-ci il tarixdə, saat 15 radələrində özünə məxsus VAZ-21013 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şamaxı rayonu Mirikənd kəndi ərazisində yerləşən mağazaya gedərkən həmin vaxt xırda buynuzlu heyvanları avtomobillərin hərəkət etdiyi yolda görmüş və idarə etdiyi avtomobilin siqnalını vermişdir ki, heyvanları yoldan çıxarsın. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 üstünə yüksək səslə qəşqıraraq “niyə siqnal verib heyvanları ürküzdürürsən” sözlərini ona demişdir. Həmin vaxt o, cavab olaraq bildirmişdir ki, “heyvanların yolun hərəkət hissəsindədir, bu səbəbdəndə siqnal verirəm” deyərək evinə getmişdir. Bir müddət keçdikdən sonra təkrar geri qayıdaraq Şamaxı rayonu Mirkənd kənd uşaq bağçasından nəvəsini götürmək istəyən zaman, həmkəndlisi Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq “bayaq nə deyirdin” sözlərini ona demişdir. Həmin vaxt o, Marifə cavab “içmisən, çıx get buradan” sözlərini demişdir. Bu zaman Marif sinəsindən bir yumruq vurmuşdur. Həmin vaxt o, bir daha Marifə demişdir ki, “içmisən çıx get”. Buna baxmayaraq Marif əlindəki ağacla onun baş nahiyəsinə iki dəfə vurmuşdur. Həmin vaxt orada olan kənd sakinləri, lakin adları yadında qalmayan şəxslər onları aralamışlar. Bundan sonra Marif əlindəki bıçaqla ona tərəfə gəlmiş, o, onun əlindən qaçaraq uşaq bağçasına girmişdir ki, onu bıçaqla vurmasın. Həmin vaxt Marif bağçanın qapısının yanına gələrək qapını bərk vurmağa başlamışdır ki, qapı açılsın və o, içəri daxil olaraq onu vursun. Lakin içəridə olan işçilərdən bəziləri və o, qapını bərk tutmuşlar ki, qapını aça bilməsin. Daha sonra Marif əlindəki ağacla ona məxsus VAZ-21013 markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini əzməyə başlamışdır. Bundan sonra o, Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu döyməmiş, sadəcə olaraq özünü müdafiə edən zaman başı onun göz nahiyəsinə dəymişdir. Həmin vaxt o, həyəcanlı olduğundan elə demişdir. Bir daha hal-hazırda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, həmkəndlisi Marif onun baş nahiyəsinə əlindəki bıçaqla iki dəfə vurmuş, o, başını qaldıran zaman başı onun göz nahiyəsinə dəymiş, həmçinin Marifin əlindəki bıçağı görüb qorxduğundan o, uşaq bağçasına qaçıb girmişdir. O, Marifi kəllə ilə vurmamışdır. Baş verən hadisə zamanı hadisə yerində o, Təqsirləndirilən şəxs1 və bağçada işləyən işçilərin bəziləri olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən 4-5 dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Marif ona qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Təqsirləndirilən şəxs1 ona məxsus avtomobilin şüşəsini sındırmaqla, ümumilikdə ona təxminən 300 manat ziyan vurmuşdur. O, artıq bir ildir ki, spirtli içki qəbul etmir, hadisə baş verən zaman da spirtli içki qəbul etməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, Təqsirləndirilən şəxs1 ilə barışmasını, ona dəyən ziyanı tam ödəməsini və ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Hazırda işləmədiyini və maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, X3 tanıyır, həmkəndlisidir, onunla əvvəllər münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 12 may 2022-ci il tarixdə yaşadığı Şamaxı rayonu Mirikənd kəndi yaxınlığında özünə məxsus heyvanlarını otaran vaxt həmkəndlisi Cavad idarə etdiyi VAZ-21013 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə heyvanları otardığı yerin yaxınlığına gələrək heç bir səbəb olmadan avtomobilə siqnal verib otardığı heyvanları ürküzdürmüşdür. Həmin vaxt Cavad “səninlə daha sonra söhbət edərik” sözlərini ona demiş və avtomobili sürüb onun yanından uzaqlaşmışdır. Həmin vaxt o, nə baş verdiyini anlamadığı üçün kənd bağçasının qarşısına gəlib həmkəndlisi Cavada yaxınlaşıb və ondan nə üçün belə bir hərəkət etdiyini soruşmaq istəyən zaman həmkəndlisi Cavad Zərbalıyev heç bir söz demədən sifət nahiyəsinə kəllə ilə bir dəfə vurmuş və qaçaraq kənd bağçasına daxil olmuşdur. Həmin vaxt o, həmkəndlisi Cavadın bu hərəkətindən bərk əsəbləşərək əlindəki ağacla (çomaqla) Cavadın idarə etdiyi VAZ- 21013 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə vurmuş və sındırmışdır. Cavadın avtomobilinin şüşəsini sındırdıqdan sonra evlərinə getmişdir. Bir müddət keçdikdən sonra həmkəndlisi Cavadın Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini, polis əməkdaşlarının Mirkənd kəndinə gəldiyini bilib, yenidən bağçanın qarşısına gəlmişdir. Həmin hadisə zamanı o, Cavada qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu döyməmiş, sadəcə olaraq Cavad onun sifət nahiyəsinə kəllə vurduğu üçün əlindəki ağacla (çomaqla) həmkəndlisi Cavadın idarə etdiyi avtomobilin qabaq alın şüşəsinə və kapotuna vurmuşdur. Baş verən hadisə zamanı hadisə yerində o, həmkəndlisi Cavad və kənd bağçasında işləyən tanımadığı şəxslər olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə 10-15 dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Cavad adlı şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmkəndlisi Cavad yalan danışır, o, Cavadı əlindəki ağacla (çomaqla) vurmamış, sadəcə olaraq əlindəki çomaqla Cavad ona kəllə vurduğuna görə onun idarə etdiyi avtomobilin kapotunu əzərək qabaq alın şüşəsini sındırmışdır. Həmçinin onun əlində hər hansısa bir bıçaq olmamışdır, o, ümumiyyətlə bıçaq gəzdirmir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, təqsirləndirilən şəxs X7 ilə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib göstərdi ki, 12 may 2022-ci il tarixdə, saat 15 radələrində işdə olan zaman səs-küy eşidib nə baş verdiyini öyrənmək məqsədilə bağçanın mətbəxindən dəhlizə çıxmış və iş yoldaşı, həmin bağçada gözətçi işləyən X4, bağçanın aşbazı X20 və həyat yoldaşı Cavad Zərbalıyev birlikdə bağçanın giriş qapısını tutduqlarını, Cavadın baş nahiyəsindən qan axdığını görmüşdür. Bu səbəbdən də o, nə baş verdiyini soruşan zaman həyat yoldaşı Cavad ona bildirmişdir ki, onu həmkəndlisi Təqsirləndirilən şəxs1 əlindəki ağacla baş nahiyəsindən vurub. Həmin vaxt o, həmkəndlisi Təqsirləndirilən şəxs1 bağçanın həyətində nalayiq ifadələr işlətməsini eşitmişdir. Bu zaman o, bağçanın qarşısına çıxaraq Marifin sərxoş vəziyyətdə əlindəki ağacla həyat yoldaşı Cavadın idarə etdiyi avtomobili vurub əzdiyini görmüş və ona öz iradını bildirmişdir. Həmin vaxt Marif onun və ona irad bildirən müdiri Nərminə Alıyevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Nərminə Alıyeva Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin hadisə zamanı o, həmkəndlisi Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu söyüb təhqir etməmişdir. Təqsirləndirilən şəxs1 və həyat yoldaşı Cavad Zarbalıyev işlədiyi Şamaxı rayonu Mirikənd kənd uşaq bağçasının qarşısında dava etmişlər Həmin hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə zamanı hadisə yerində iş yoldaşlarından bəziləri orada olmuşlar, həmçinin kənd sakinləri də orada toplaşmışlar, həmin vaxt o, bərk əsəbləşdiyindən hadisə yerində olan kənd sakinlərinin adlarını dəqiq xatırlamır. O, yuxarıda göstərdiyi kimi bir daha bildirmişdir ki, hadisə zamanı həmkəndlisi Təqsirləndirilən şəxs1 əlində olan ağacla həyat yoldaşı Cavad Zərbalıyevin idarə etdiyi avtomobilə zərbələr endirmişdir. Həyat yoldaşı Cavadın əlində isə heç nə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X9 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanılması haqqında 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayətlər haqqında ərizə və məlumatların qeydiyyatı kitabında HK-1-515,516/22 nömrə ilə qeydiyyata alınmış müraciətlər əsasında Şamaxı RPŞ-nin TQ-nun təhqiqatçısı polis baş leytenantı Şəmşir Şirinov tərəfindən qəbul olunmuş ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması barədə 13 may 2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şamaxı rayonu Mirikənd kəndindəki uşaq bağçasının qarşısına baxış keçirilən zaman Cavad Zərbalıyev həmkəndlisi Təqsirləndirilən şəxs1 ona məxsus VAZ 21013 markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin qabaq alın şüşə və qabaq yan şüşələri əlində olan ağac ilə vurub sındırmasını və ona 300 manat civarında ziyan dəyməsini bildirmişdir. Cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib müvafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 13 may 2022-ci il tarixli, 132 nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər - alın nahiyəsinin və sağ gözün üst səthinin səthi yaraları küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X2 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 13 may 2022-ci il tarixli, 131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 almış olduğu xəsartələr - OS-Göz qapaqlarının postravmatik qançırlı-şişkin vəziyyəti, sol göz altı nahiyə hematoması, gözün ağlı qişasına qansızma, sol qaşın tüklü hissəsinin cırılmış yarası küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Təqsirləndirilən şəxs1 almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə Şamaxı rayonu, Mirikənd kəndində yerləşən kənd bağçasının qarşısında baş vermişdir. Hadisə yeri arxa, sağ və sol tərəfdən kənd sakinlərinin evləri qarşı tərədən isə kənd arası avtomobillərin hərəkət yolu əhatə edir. Hadisə yerindən cinayət predmeti olan 1 metr 30 santimetr uzunluğunda, başlıq hissəsi yumru toppuz olan ağac (çomaq) aşkar edilərək götürülmüşdür. Şamaxı RİHB-nın Mirikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 may 2022-ci il tarixli 146 saylı arayışından görünür ki, X1 rayonu Mirikənd kəndində yaşayır. Şamaxı RİHB-nın Mirikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 may 2022-ci il tarixdə X2 adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində Mirikənd kənd inzibati ərazi nümayəndəliyinə şifahi və yazılı məlumat daxil olmamışdır. Kənd sakinləri arasında X7 müsbət xarakterizə olunur. Şamaxı RİHB-nın Mirikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 may 2022-ci il tarixli 148 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu Mirikənd kəndində yaşayır. Şamaxı RİHB-nın Mirikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində Mirikənd kənd inzibati ərazi nümayəndəliyinə şifahi və yazılı məlumat daxil olmamışdır. Kənd sakinləri arasında Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 23 may 2022-ci il tarixli cavabından görünür ki, X2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 may 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Mingəçevir rayon Xalq Məhkəməsinin 14 iyun 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17, 226 maddəsinin 1 hissəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 sentyabr 2001-ci il tarixdə cəzası qurtardığı üçün həbsdən azad edilmişdir. Şamaxı Avtomotoservis və Ticarət Müəssisəsinin 04 iyul 2022-ci il tarixli rəyindən görünür ki, VAZ 21013 markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanı olan avtomaşına ümumilikdə 300 manat ziyan dəymişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, VAZ- 21013 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi X6 qəbzlə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X7 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X7 ona təqdim edilmiş üç ağacdan Təqsirləndirilən şəxs1 onu ikinci sırada duran ağacla vurduğunu, həmin ağacı başlığında olan yumru topuzundan tanıdığını bildirmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin maddəsi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.1 və 221.3-cü maddələrinə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş üç ağacdan X7 ilə mübahisə edən zaman əsəbləşərək sonuncunun avtomobilinin alın şüşəsini ikinci sırada duran ağacla vurduğunu, həmin ağacı başlığında olan yumru topuzundan tanıdığını bildirmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayətin predmeti olan 1 metr 30 santimetrlik ağac (çomaq) maddi sübut kimi tanınmış və saxlanması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə X2 xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi və Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt ətrafda olan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşlar. Təqsirləndirilən şəxslər X2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Təqsirləndirilən şəxslər X7 və X11 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd ağac parçası(çomaq) məhv edilməli, VAZ 21013 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. X2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X7 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut 1 ədəd ağac parçası (çomaq) məhv edilsin, VAZ 21013 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 qaytarılması nəzərə alınsın. X2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-83/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-83/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver