Məhkəmə qərarları › İş №1(074)-84/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-84/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-84/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Şamaxı rayonu Sis kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, administrator işləyən, məkum olunmamış, Şamaxı rayonu Sis kəndində qeydiyyatda olmaqla həmin ünvada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Milli Elmlər X8 adına X1 direktorunun 14 noyabr 2019-cu il tarixli, 219 nömrəli əmri ilə məsul şəxs (administrator) təyin edildiyi həmin rəsədxananın nəzdində olmaqla Şamaxı rayonu Yusif Məmmədəliyev qəsəbəsi ərazisində yerləşən “Kainat” adlı otel-restoranında olan yataq dəstləri və digər yaşayış üçün nəzərdə tutulmuş zəruri əşyalarla təchiz edilmiş kotecləri gəlir əldə etmək niyyəti ilə fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə gətirib gündəlik təmizlənməsini və döşəkağıların dəyişdirilməsini təmin etməklə əxlaqsız yuvalar təşkil edərək saxlamış və 04 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində Süleymanov Şahid7 aldığı 150 (yüz əlli) manat pul müqabilində sonuncunun tanışı-fahişəliklə məşğul olan Şahid6 ilə otelrestoranın həyətində yerləşən 06 nömrəli kotecdə cinsi əlaqədə olmalarına şərait yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayon Pirqulu qəsəbəsi ərazisində yerləşən “Kainat” otel-restoranında 2019-cu ilin iyun ayından administrator işləyir və əmək müqaviləsi bağlamışdır. “Kainat” otel-restoranında bütün işlərə nəzarət edir, otel-restoranda görülən bütün işlər onun icazəsi əsasında aparılır, onun icazəsi olmadan otel-restoranda heç bir iş görülmür. “Kainat” otel-restoranının həyətində 6 ədəd iki mərtəbəli koteclər olmaqla birinci mərtəbəsində yemək yeri, ikinci mərtəbəsi 3 otaqdan və bir hamam otağından ibarətdir. 4 ədəd kotec isə bir mərtəbəli və həmin mərtəbədə iki otaq, hər birində hamam otağı olmaqla cəmi 10 ədəd kotec vardır. Hər bir kotecin tikilmə forması eyni qaydadadır. 04 iyun 2021-ci il tarixdə, saat 22:30 radələrində administrator işlədiyi “Kainat” otel-restoranının həyətində həmin otel-restoranında sərpayıcı işləyən X10 ilə birlikdə həyətdə gəzərkən bir nəfər, sonradan adını bildiyi Şahid7 adlı şəxs yanında olan, sonradan adını bildiyi Bikə adlı qadınla onlara yaxınlaşaraq bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün və kef çəkmək üçün onlara otaq lazımdır. O, da onlarla razılaşmışdır. Həmin vaxt Şahid7 ondan kotecin qiymətini soruşduqda o, bildirmişdir ki, kotecdə qalmağın sutkası 150 (yüz əlli) manat olacaq. Şahid7 adlı şəxs də onunla razılaşmışdır. Bundan sonra o, Şahid7 verdiyi 150 (yüz əlli) manat pulu alıb onları otel-restoranın həyətindəki ikimərtəbəli olan 6-cı kotecə yerləşdirmişdir. Həmin şəxslər, yəni Bikə və Şahid7 onlara verilən kotecə daxil olmuşlar. O, otağın işıqlarını yandırıb həmin Şahid7 adlı şəxsə təhvil verdikdən sonra yemək sifariş vermişlər, o, da sifarişlərini qəbul etmiş və oradan uzaqlaşmışdır. Az sonra, polis əməkdaşları otel-restorana gəlib onunla birlikdə adını bilmədiyi müştəriyə təklif etdiyi otağa getmişlər. Həmin vaxt otaqda sonradan müştəri kimi tanıdığı Şahid7 və Bikə adlı qadın cinsi əlaqədə olmuşlar. Bundan sonra həmin otağa baxış keçirilmiş, ona təqdim edilmiş pulun və hadisə yerinin fotoşəkilləri və videosu çəkilmiş, protokol tərtib edilmişdir. Bundan sonra, onu Şamaxı RPŞ-nə dəvət etmişlər. O, da Şamaxı RPŞ-nə gəlmişdir. 04 iyun 2021-ci il tarixdə, saat 22:30-da sonradan adını bildiyi Şahid7 və Bikə adlı müştərilər gəlmişlər və onunla danışaraq onlara cinsi əlaqədə olmaq üçün təklif etdiyi kotecə görə 150 manat pulu ona vermişlər. Həmin 150 manat pulu isə o, polis əməkdaşlarına təhvil vermişdir. O, bundan başqa heç kimə icazə verməmiş, ancaq Bikə və Şahid7 icazə vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi, həyat yoldaşının dünyasını dəyişməsini və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib göstərdi ki, Şamaxı rayon polis şöbəsinin əməkdaşıdır. 04 iyun 2021-ci il tarixdə Şamaxı rayonu, Pirqulu qəsəbəsi ərazisində yerləşən “Kainat” otel-restoranında administrator işləyən, Şamaxı rayonu Sis kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs işlədiyi restoranda fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etməklə məşğul olması ilə əlaqədar Şamaxı RPŞ-nə məlumat daxil olduğundan polis əməkdaşları ilə birlikdə həmin restorana getmişlər. “Kainat” otel-restoranına gəldikdən sonra həmin otel-restoranın həyətindəki 6 nömrəli kotecə daxil olmuşlar. Kotecin birinci mərtəbəsində bir ədəd foye, bir ədəd ayaqyolu, bir adəd qonaq otağı, ikinci mərtəbəsində bir ədəd ayaqyolu, üç ədəd yataq otağı vardır, ayaqyolu ilə üz-üzə olan işıq yanan yataq otağında bir ədəd çarpayı, bir ədəd şüşəli skaf, iki ədəd tumbuçka vardır. Həmin vaxt çarpayının üzərində iki nəfər-bir qadın bir kişi olmuşdur. Həmin şəxslərdən kim olduqlarını soruşduqda özlərini təqdim edərək Süleymanov Şahid7 və Şahid6 olduqları müəyyən edilmişdir. Həmin şəxslər çılpaq vəziyyətdə olmaqla çarpayının üstündə olan yataq dəsti dağınıq olmuşdur. Həmin şəxslərdən həmin otaqda nə üçün çılpaq vəziyyətdə çarpayının üzərində olduqları soruşulduqda onlar bildirmişlər ki, otaqda cinsi əlaqədə olublar, otağı kirayələmək müqabilində restoranın administratoru Kənan adlı şəxsə 150 manat pul ödədiklərini bildirmişlər. Həmin vaxt özünü restoranın administratoru kimi təqdim edən Təqsirləndirilən şəxs ödəniş kimi edilmiş 150 manat pulu araşdırmaya təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində şahid X5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Süleymanov Şahid7 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, özü heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə Şamaxı rayonuna gəzmək məqsədi ilə gəlmişdir. Bir müddət əvvəl tanışı Bikə adlı qadınla birlikdə 04 may 2021-ci il tarixdə danışıb Şamaxı rayonu Pirqulu qəsəbəsi ərazisində yerləşən “Kainat” adlanan istirahət mərkəzinə istirahət etmək məqsədilə gəlmişlər. Həmin restorana daxil olduqdan sonra administrator xidmətini həyata keçirən bir şəxs onlara yaxınlaşmış və onlara xidmət təklif etmişdir. Administratorun yanında sərpayıcı da olmuşdur. O və Bikə həmin administratora birlikdə qalmaq üçün otaq və yemək lazım olduğunu bildirmişlər. Administrator onlara otağı 150 manata təklif etmişdir. Həmin vaxt o, administratorla otaqda qalacaqlarını, cinsi əlaqədə olaraq kef çəkməkləri üçün danışıb razılaşmışlar. Bundan sonra, onlar administratorla onun təqdim etdiyi otağa baxıb razılaşmışlar. Həmin vaxt o, 150 manat pulu administratora vermişdir. Daha sonra, o və Bikə ikisi birlikdə həmin iki mərtəbəli kotecin birinci mərtəbəsinə daxil olmuşlar və stolda əyləşib yemək sifarişi vermişlər. Sifariş verdikləri yeməyi onlara administratorun yanında olan sərpayıcı gətirmiş, yemək yemişlər, yedikləri yeməyin hesabı 70 manat etmişdir. Daha sonra o və Bikə yemək yedikləri otağın ikinci mərtəbəsinə, yəni onlara 150 manat müqabilində təqdim edilmiş katecin ikinci mərtəbəsinə qalxmışlar. Həmin vaxt kotecin ikinci mərtəbəsində iki yataq otağının, bir hamam otağının olduğunu görmüşdür. Bundan sonra o, Bikəyə onunla cinsi əlaqədə olması üçün 100 manat pul vermiş və onlar həmin yataq otağına daxil olub paltarlarını soyunmuşlar və ikisi də cinsi əlaqədə olmuşlar. O və Bikə yataqda soyunmuş vəziyyətdə cinsi əlaqədə olduqları vaxtı mülki və xidməti geyimdə olan bir neçə nəfər polis əməkdaşları otağa daxil olmuşlar. Bundan sonra, həmin otağa baxış keçirilmiş, fotoşəkillər və video çəkilmiş, protokol tərtib edilmişdir. Bundan sonra onları Şamaxı RPŞ-nə dəvət etmişlər. Onlar da Şamaxı RPŞ-nə gəlmişlər. Bikə öz razılığı ilə onunla cinsi əlaqədə olmuş, o, Bikəni məcbur etməmiş və ona qarşı zor tətbiq etməmişdir. Sadəcə 100 manat pulu ona vermişdir ki, onunla cinsi əlaqədə olsun. O, Bikə ilə danışaraq onunla 100 manat pul müqabilində cinsi əlaqədə olmağa razılaşmışlar. Buna görə də həmin restorana cinsi əlaqədə olmaq üçün getmişlər. Onlar “Kainat” adlanan restorana gedib cinsi əlaqədə olmaq üçün qalmağa otaq sifariş edəndə həmin restoranın adminstratoru onlardan hər hansı bir sənəd istəməmiş, ümumiyyətlə onlardan sənəd tələb edilməmişdir. O, administratora 150 manat pul verib danışıb razılaşmışdır ki, onlar səhərə kimi həmin otaqda qalacaqlar və əsasən də cinsi əlaqədə olacaqlar. Administator da buna razı olmuşdur. Onlar orada adminstratorla danışdıqda sərpayıcı da orada olmuşdur. Onların yanlarında başqa heç kim olmamış, Bikə ilə ikisi olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid6 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, elan olunmuş ifadəsində şahid Süleymanov Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X16 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, o, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi ev 8-də yaşayır, özü heç bir yerdə işləmir. 04 iyun 2021-ci il tarixdə Şamaxı rayonu Pirqulu qəsəbəsi ərazisində yerləşən “Kainat” otel-restorana baxış keçirilməsi məqsədilə polis əməkdaşları ondan həmin baxışda iştirak etməsini xahiş etmişlər, o, də etiraz etməyib həmin otelrestoranda baxış keçirilməsindən ötrü baxışda iştirak etmişdir. O, polis əməkdaşları ilə birlikdə həmin restorana getmişdir. Həmin otel-restorana gəldikdən sonra ondan əvvəl dəvət olunan hal şahidi Şahid4 iştirakı ilə Şamaxı rayonu, Pirqulu qəsəbəsi ərazisində yerləşən “Kainat” otel-restoranın həyətindəki 6 nömrəli kotecə daxil olmuşlar, kotecin birinci mərtəbəsində bir ədəd foye, bir ədəd ayaqyolu, bir adəd qonaq otağı, ikinci mərtəbədə bir ədəd ayaqyolu, üç ədəd yataq otağı vardır, ayaqyolu ilə üz-üzə olan işıq yanan yataq otağında bir ədəd çarpayı, bir ədəd şüşəli skaf, iki ədəd tumbuçka vardır. Həmin vaxt çarpayının üzərində iki nəfər biri qadın biri kişi olmuşdur. Həmin şəxslərdən kim olduqlarını soruşduqda özlərini təqdim edərək biri Süleymanov Şahid7 və Şahid6 olduqları müəyyən edilmişdir. Həmin şəxslər çılpaq vəziyyətdə olmaqla çarpayının üstündə olan yataq dəsti dağınıq olmuşdur. Həmin şəxslərdən həmin otaqda nə üçün çılpaq vəziyyətdə çarpayının üzərində olduqları soruşulduqda onlar bildirmişlər ki, otaqda cinsi əlaqədə olublar, otağı kirayələmək müqabilində restoranın administratoru Kənan adlı şəxsə 150 manat pul odəmişlər. Həmin vaxt özünü restoranın administratoru kimi təqdim edən Təqsirləndirilən şəxs ödəniş kimi edilmiş 150 manat pulu araşdırmaya təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaq da verdiyi ifadəsi elan olunmuş, məhkəmədə ifadəsi elan olunmuş şahid X16 ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması haqqında” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Maddi sübut kimi tanınma haqqında” 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, istintaqa təqdim edilən 150 (yüz əlli) manat pul bir ədəd yüz, iki ədəd iyirmi və bir ədəd on manatlıq pul əskinasları iş üzrə maddi sübut kimi tanınmış və pulun sahibi olan Süleymanov Şahid7 verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 05 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 02:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Milli Elmlər X8 adına X1 direktorunun 14 noyabr 2019-cu il tarixli, 219 nömrəli əmrindən görünür ki, ŞAR-ın “Təsərrüfat” şöbəsinin qazanxana operatoru Təqsirləndirilən şəxs koteclərə məsul şəxs təyin edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 06 iyun 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 X4 Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 22 iyun 2021-ci il tarixli, 418 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri, Sis kəndində anadan olmuş, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyun 2021-ci il tarixli 154 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 1993-cü il təvəllüdlü X6, qızları- 2014-cü il təvəllüdlü X11 və 2015-ci il təvəllüdlü X12 ilə Şamaxı rayonu Sis kəndində yaşayır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə Təqsirləndirilən şəxs Aslan oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, Sis kəndində yaşadığı müddətdə kənd sakinləri və qohumları ilə yaxşı rəftar etmiş, ictimai işlərdə, kəndin xeyir-şər tədbirlərində fəal iştirak etmişdir, sakit təbiətli, təvazökardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24.06.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Aslan oğlu barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə olan cinayət işlərinin icraatına 10.12.2010-cu ildə və 01.06.2016-cı ildə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. AZ-İ 778550 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə 18 noyabr 2013-cü ildə nikahlarını bağlamışlar, ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. 28 oktyabr 2021-ci il tarixli 555 saylı ölüm haqqında arayışdan görünür ki, X6 05 oktyabr 2021-ci il tarixdə ölmüşdür. AZ-İİİ 360125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 iyun 2014-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X3r. AZ-İİİ 672464 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 noyabr 2015-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X3r. AZ-İV 604259 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 iyul 2021-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X3r. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etməklə bu məqsəd üçün mənzil sahəsi verməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsiilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinənşəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi vəhəm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını və onları təkbaşına böyütməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatinə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 05 iyun 2021-ci il tarixdən 06 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdən 06 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar