Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-84/2024 27.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi ilə, qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində daşımış, 05 iyul 2024cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin gün, saat 01:50-də Şamaxı rayonu, Şəhriyar qəsəbəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq, Şamaxı Rayon Polis Şöbəsinə gətirilməklə, saat 02:40-dan etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əlindəki ağ rəngli, üzərində şəkil olan sellofan torbada bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə, xeyli miqdarda, təmiz çəkisi 415 (dörd yüz on beş) qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. 04 iyul 2024-cü il tarixdə Şamaxı şəhərindən Şəhriyar qəsəbəsinə gedən zaman, yolun kənarında, yerdə ağ rəngli sellofan torba aşkar etmişdir. Həmin sellofan torba onun marağına səbəb olduğundan, açıb içərisinə baxdıqda, qara rəngli sellofan torbanı aşkar etmişdir. Həmin torbanın içərisində isə narkotik vasitə olan marixuana olduğunu görmüş və özü də, narkotik vasitə istifadəçisi olduğu üçün, həmin marixuananı istifadə etmək üçün, üzərində saxlamışdır. 05 iyul 2024-cü il tarixdə, gecə saat 02 radələrində o, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadığı evin yaxınlığında piyada gəzərək, həmin narkotik vasitəni gizlətmək üçün yer axtarırmış. Həmin zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişdirlər. Daha sonra, həmin şəxslər onu polis şöbəsinə dəvət etdikdə, o, razılaşmış və polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-nə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və həmin zaman, əlindəki ağ rəngli sellofan torbanın içərisindən bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra, aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qutuda qablaşdırılaraq, üzəri möhürlənmiş, bununla əlaqədar, protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində olan narkotik vasitəni də, yalnız şəxsi istifadəsi üçün gəzdirmişdir. O, İ qrup əlil olduğundan və bir qolu olmadığından, həmçinin, qara ciyərində narahatçılıq olduğundan, uzun müddətdir ki, müalicə alır və müalicə aldığı üçün mütəmadi olaraq dərman atır. Lakin, dərman atsa da, ağrıları azalmır. Bu səbəbdən də, o, narkotik vasitə olan marixuanadan istifadə edir. Ona görə də, “satış məqsədi ilə, qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlaması” barədə ona qarşı verilmiş ittihamı qəbul etmir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis X2 təhqiqatçısı vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyul 2024-cü il tarixdə o, Şamaxı RPŞ-də xidmətdə olarkən, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olması ilə bağlı Şamaxı RPŞ-nə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında, xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş vəkilin və əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbadan bir ədəd qara sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda, içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin narkotik vasitə olan marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra, həmin bükümdə olan kütlə qutuya qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyul 2024-cü il tarixdə ona Şamaxı rayon sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğuna görə, o, həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən, tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin gün gecə vaxtından başlayaraq o, əməliyyat müvəkkili Şahid3 ilə birlikdə, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Əməliyyat tədbirini həyata keçirdikləri vaxt, 05 iyul 2024-cü il tarixdə, saat 01:50 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edib, əlində də, sellofan torba olmaqla, şübhəli hərəkət etdiyini görüb, onun yanına yaxınlaşmışdırlar. Onlar özlərini təqdim etdikdən sonra, həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişdirlər. Onlar həmin şəxsi Şamaxı RPŞ-nə dəvət etdikdə, sonuncu buna etiraz etməyib, onlarla birlikdə Şamaxı Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında həmin şəxsin həqiqətən də, Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, videogörüntüdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əlindəki ağ rəngli, üzərində şəkil olan sellofan torbadan bir ədəd qara sellofana bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılarkən, bükümün içərisində narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin bükümdə olan kütlə qutuya qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə özündə saxlaması barədə ilkin məlumatlar daxil olsa da, sonradan həmin məlumatlar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi ilə, qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlaması ittihamı verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. İş materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə etməsi, bununla bağlı hər hansı mənfəət əldə etməsi, yaxud digər şəxsi maraq məqsədilə bunu həyata keçirməsi müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Səid Seyidovun arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədilə əldə etməsi barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış və qeyd edilən xüsusatlar müəyyənləşdirilməmişdir. Digər tərəfdən, ittiham tərəfi həqiqətən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satmasını təsdiq edən, bu ehtimalları aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi isə ehtimal əsasında şəxsin təqsirli bilinməsini qadağan edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlər zəminində məhkəmə hesab edir ki, verilən ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli olmasında əsaslı şübhələr yaranır ki, ittiham tərəfi də bu şübhələri hər hansı mötəbər sübutlarla aradan qaldıra bilməmişdir. Belə olan halda, qanuna görə ittiham tərəfindən aradan qaldırılmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublkası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 351.3.1, 351.3.2, 351.3.3 və 351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tətbiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə hesab edir ki, mötəbər və birmənalı şəkildə ittiham olunduğu əməldə təqsirli olmasına dəlalət edən sübutlar olmadığından, verilən ittihama görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi nəticəsinə gəlinməsi qeyri-mümkündür. Həmçinin, məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamışdır ki, onun əməlində də, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən daha yüngül cinayət əməli olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Baxış və götürmə haqqında protokoldan görünür ki, 05 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış aparılmış və onun əlindəki bir ədəd ağ rəngli üzərində şəkil olan sellofan torbada bir ədəd qara sellofana bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılarkən, içərisinə baxıldıqda, bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə bir ədəd karton qutuda qablaşdırılmaqla, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş videogörüntü olan DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 7/1104 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan karton qutudakı 01(bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 415,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq - 414,8 qram təşkil edir. İş materiallarından görünür ki, 414,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 sentyabr 2024-cü il tarixli, 6219 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İ qrup əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə, saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 06 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 18 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Eyni zamanda, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 149669 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ömürlük 1-ci qrup əlillik müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, onun İ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 05 iyul 2024-cü il tarix, saat 01:50-dən 06 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 414,8 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 414,8 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-84/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-84/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver