Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-85/2021 29.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 74, mənzil 55-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, 01 aprel 2021-ci il tarixdə saat 07:00 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri ərazisində yerləşən avtovağzalın yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, 01 aprel 2021-ci il tarixdə saat 07:49 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli, dəriyə oxşar materialdan olan qolsuz gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,395 (sıfır tam mində üç yüz doxsan beş) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 31 mart 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında dostu ilə görüşüb yaşadığı ünvana getmək üçün avtobus dayanacağında dayanan vaxt yerdə bir ədəd siqaret qutusu görüb, siqaret qutusuna təpik vurmuş, həmin vaxt qutudan səs gəldiyi üçün həmin qutunu götürüb açaraq içərisinə baxdıqda, siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm görmüş, həmin bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olmasını görmüşdür. Sonra heroini istifadə etmək üçün bükümü siqaret qutusundan götürüb, siqaret qutusunu yerə atmış, bükümü isə üzərində qara rəngli, dəriyə oxşar materialdan olan qolsuz gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü üzərində gəzdirmişdir. Həmin tarixdə təxminən saat 18:00 radələrində gəzmək məqsədilə Şamaxı şəhərinə gəlib, bir gecə qaldıqdan sonra Bakı şəhərinə qayıtmaq üçün 01 aprel 2021-ci il tarixdə, saat 07:00 radələrində Şamaxı rayon avtovağzalına gedib, taksi gözləyərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki üzərində qara rəngli, dəriyə oxşar materialdan olan qolsuz gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar etmişlər. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan, heroin olan bükümü polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, bu heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X11 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadə verib göstərdi ki, 31 mart 2021-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. 01 aprel 2021-ci il tarixdə, saat 07:00 radələrində o polis əməkdaşı Şahid1 ilə birlikdə Şamaxı rayon avtovağzal dairəsinin yaxınlığında Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, onlara heç bir müqavimət göstərmədən onlarla birlikdə RPŞ-nə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin təhqiqatçısı Telman Xasayevin xidməti otağında Müdafiəçi, RPŞ-nin Post Patrul Xidməti Bölümünün polis nəfəri, polis serjantı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli, dəriyə oxşar materialdan olan qolsuz gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə saxladığı narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik maddə aşkar edilib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni o, 31 mart 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlamasını, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumatı daxil olmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin ona da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan diskdən və 01.04.2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 01.04.2021-ci il tarixdə saat 07:49-da Şamaxı RPŞ-nin inzibati binasında videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli, dəriyə oxşar materialdan olan qolsuz gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd büküm aşkar edilmiş, həmin bükülü açılarkən içərisində spesifik iyə malik, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmiş, həmin maddə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Şamaxı ryaon Polis şöbəsinin 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə saat 07:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş matreriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 01.04.2021-ci il tarixli 6/1284 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №73" dairəvi möhür əksi olan, "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan maddə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Tədqiqata sərf edildikdən sonra qalıq-0,345 qramdır. İş materiallarında olan iş üzrə təyin edilmiş Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 2083 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək bitkisi preparatlarından və psixostimulyatorlardan sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu 50 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 iyun 2021-ci il tarixli 210 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X3 və oğlu X5 ilə Bakı şəhəri Q.Qarayev küçəsi 74 saylı evin 55 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu 50 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilr ki, xidməti ərazidə yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs - həyat yoldaşı 29 may 1982-ci il təvəllüdlü X6, övladları-08 iyun 1997-ci il təvəllüdlü X5, 10 yanvar 2002-ci il təvəllüdlü X4, 18 iyul 2008–ci il təvəllüdlü X7 və 17 avqust 2012-ci il təvəllüdlü X2r. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 21 sentyabr 2021-ci il tarixli 188-14414-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon ərzisində tutularaq RPŞ-nə gətirilmişdir. İş materiallarından görünür ki, Şamaxı rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(074)-85/2021 saylı qərarı ilə xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilsin. İş materiallrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 24 sentyabr 2021-ci il tarixli 17/40-3439 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq 24 sentyabr 2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, öhdəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarını olmasını, yaşayış yerindən müsbət xasiyyətləndiriməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 aprel 2021-ci il tarixdən 02 aprel 2021-ci i tarixədək, 21 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 11 gün müddət 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhəri Propasiya idarəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldıır. Azərbaycan Respublikasının CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 65,00 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,354 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 aprel 2021-ci il tarixdən 02 aprel 2021-ci i tarixədək, 21 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 11 gün müddət 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 8(səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Propasiya idarəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 65,00 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,354 qram narkotik vasitə olan heroin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-85/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-85/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver