Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-85/2022 15.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X6, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - X3 iştirakları ilə, xx xxxx 1973-cü ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 “Azərbaycan Avtomobil yolları dövlət agentliyi” Açıqtipli Səhmdar Cəmiyyətinin “4 nömrəli X7” Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək özü haqqında etibar edilə biləcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirmək üçün X6 etibarından sui-istifadə edərək ona məxsus Sabir qəsəbəsində yerləşən “ETM” marketin qarşısından əsas yolla yardımçı yolun ayrılması üçün nəzərdə tutulan beton plitələrin götürülməsi müqabilində ona yalan vədlər verib aldadaraq, vahid niyyətlə əhatə olunun qəsdlə ondan Şamaxı rayonu Sabir qəsəbəsində “ETM” marketin qarşısında 2020-ci ilin noyabr ayının ortalarında 2500 (iki min beş yüz) manat, 2020-ci ilin dekabr ayının əvvəllərində “ETM” marketin qarşısında 2000 (iki min) manat, 2021-ci ilin aprel ayında “ETM” marketdə yerləşən “MilliÖn” ödəniş terminalı vasitəsi ilə özünə məxsus olmaqla "xxxx" ASCyə aid ******************** nömrəli plastik bank kartına göndərilməklə 2500 (iki min beş yüz) manat, 2021-ci ilin may ayında “ETM” marketin qarşısında 1500 (min beş yüz) manat, 2021ci ilin iyun ayında “ETM” marketin qarşısında 2000 (iki min) manat, 2021-ci ilin iyul ayında isə cinayətdən xəbərsiz olan adını və soyadını xatırlamadığı taksi sürücüsünə Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən “ETM” marketin qarşısında 500 (beş yüz) manat məbləğində pul verib göndərməklə, ümumilikdə Zərərçəkmiş şəxsova məxsus 11000 (on bir min) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2016-cı ildən 4 saylı yol idarəsində yol ustası vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində Elşad adlı şəxsin qonşusu Qoşqar adlı şəxs onu Elşad ilə tanış etmiş, Elşad isə ona bildirmişdir ki, Sabir qəsəbəsində yerləşən “ETM” marketin qarşısında olan hasarları götüzdürmək və marketin qarşısına yol açmaq istəyir. O da həmin işi həll edə biləcəyini söyləyib ona həmin işin 13000 manata başa gələcəyini bildirmiş, lakin 10000 manata aralarında razılaşmışdır. Elşad adlı şəxs ona 10000 (on min) manatı hissə-hissə vermiş, lakin daha sonra o, ona söyləmişdir ki, “işi həll etmişəm, sənədə peçat vurulmalıdı, 500 manat da əlavə göndər”. Bundan sonra Elşad adlı şəxs həmin pulu ona göndərmiş, lakin o, onun işini həll edə bilmədiyindən 2021-ci ilin sentyabr ayının sonlarında Elşad adlı şəxs ondan pulunu geri istəmişdir. O da Elşada həmin pulu qaytaracağını bildirmiş və ona verməli olacağı puldan 26 yanvar 2022-ci il tarixdə 2000 (iki min) manatını qaytarmış, 8850 manat borclu qalmışdır. Həmin pulu isə hissə-hissə ödəyəcəyini bildirmiş, lakin ödəmək üçün maddi imkanı olmamışdır. O, həmin betonların götürülməsi və yolun açılması ilə bağlı rəhbərliyinə hər hansısa bir məlumat verməmişdir. Çünki o, əvvəllər yol idarəsində işləyən adını unutduğu bir nəfər şəxs ilə söhbət edib həmin işi həll etmək istəmiş, həmçinin ona pul vermək istəmişdir. Lakin həmin şəxs onunla razılaşmamışdır. Elşad adlı şəxs ona həmin pulun bir hissəsini Sabir qəsəbəsində şəxsən özü vermiş, bir hissəsini onun kartına göndərmiş, bir hissəsini isə tanışları vasitəsi ilə ona göndərmişdir. Onun Elşad adlı şəxsdən aldığı pullardan heç kimin məlumatı olmamışdır. O, bundan əlavə yol idarəsində işləyən zaman kimdənsə pul alıb hər hansısa bir iş görməmişdir. Qoşqar adlı şəxsin isə ona bu barədə söyləməsinə səbəb isə onun yol idarəsində işləyən zaman yollara nəzarət etməsi olmuşdur. Qoşqar həmin vaxtı yol idarəsində yol ustası işləmiş, o, özü nəzarətçi olduğundan və həmin ərazilərə nəzarət onun səlahiyyətində olduğundan Qoşqar adlı şəxs bu səbəbdən də beton plitələrin götürülməsini ona söyləmişdir. O, aldığı ümumi puldan bir dəfə Qoşqar adlı şəxsə 400 manat vermiş, pulu verməkdə məqsədi isə Qoşqara 200 manat borcu olması, daha sonra isə 200 manat köməklik məqsədi ilə verməsi olmuşdur. O, Qoşqar adlı şəxsə vasitəçilik etmək müqabilində həmin puldan verməmişdir. Həmçinin o, Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyində işləyən Arif adlı şəxsə rüşvət vermək adı altında Elşad adlı şəxsdən həmin pulu almış, lakin Arif adlı şəxs işdən çıxaraq başqa bir ölkəyə getdiyindən, o, heç bir iş görə bilməmişdir. O, Arif adlı şəxs ilə hər hansısa bir danışıq aparmamış, sadəcə olaraq istəmişdir ki, bir nəfər vasitəçi tapıb Arif adlı şəxs ilə həmin məsələni həll etsin. Bundan sonra həmin iş yubandığından və pul da onda olduğundan, həmçinin pula ehtiyacı olduğundan o, həmin pulu xərcləmişdir. Elşad adlı şəxsin ona hansı vaxtlarda nə qədər pul verməsini xatırlamır. ******************** nömrəli bank kartı onun özünə məxsusdur. Zərərçəkmiş şəxsov ona məxsus bank kartına bir dəfə 500 (beş yüz) manat, daha sonra isə 300 (üç yüz) manat pul göndərmişdir. Etdiyi əməldən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadə verib göstərdi ki, onun Şamaxı rayonu Sabir qəsəbəsində yol kənarında marketi vardır. Bakı-Şamaxı-Yevlax yolu yenidən bərpa edildikdən sonra həmin maketin yolu bağlandığından və magistral yol ilə hərəkət edən sürücülər magistral yol ilə hərəkət edən zaman marketə gələ bilmədiyindən, o, yol kənarında olan hasarlardan bir neçəsini götüzdürmək və marketə yol açmaq qərarına gəlmişdir. Lakin bunun dövlət tərəfindən rəsmi qaydada həyata keçirilməsini istəmiş, bu səbəbdən də o, 2020-ci ilin noyabr ayında 4 saylı yol idarəsində sahə rəisi vəzifəsində işləyən X4 müraciət edərək hasarlardan bir neçəsinin götürülməsini və marketə yol açılmasını xahiş etmişdir. Müşfiq isə ondan həmin yolun açılması qarşılığında 12000 (on min) manat pul istəmişdir. O, da ona həmin məbləğin çox olduğunu, ona 10000 (on min) manat pul verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə ona pulun yarı hissəsini verdikdən sonra o, həmin beton plitələri sökəcəyini, yerdə qalan pulu isə sonra ona verǝcǝyǝni bildirmişdir. Təqsirləndirilən şəxs danışıb ona xəbər edəcəyini bildirərək çıxıb getmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng edərək məsələni 10000 manata razılaşdırdığını bildirmiş, bundan 10-15 gün sonra marketin qarşısında Təqsirləndirilən şəxs 2500 manat pul vermişdir. Həmin pulların hansı əskinazlardan ibarət olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs verdiyi 2500 manat puldan sonra dekabr ayında marketin qarşısında 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs beton plitələri götürmədiyini görüb ona zəng etmiş və Müşfiq ona müharibə ilə bağlı başlarının qarışıq olduğunu, tezliklə beton plitələrin götürüləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək qalan pulu da göndərməyini, rüsumlar ödəmək lazım olduğunu bildirmiş və özünün adına rəsmiləşdirilmiş Kapital Banka məxsus ******************** nömrəli plastik kartın şəklini ona göndərərək, pulu həmin karta göndərməyini bildirmişdir. O, müxtəlif vaxtlarda həmin plastik karta e-manat ödəmə terminalı ilə cəmi 2500 manat pul göndərmişdir. Bundan sonra 2020-ci ilin may ayında 1500, iyun ayında 2000 manat pulu marketin qarşısında ona vermişdir. Bundan sonra 2021-ci ilin təxminən iyul ayında Müşfiq Məmmədkərimov onunla əlaqə saxlayaraq əlavə 500 manat pul lazım olduğunu, həmin pulu da verdikdən sonra 2-3 gün ərzində beton plitələrin götürüləcəyini və yolun açılacağını bildirmişdir. O da həmin pulu 1-2 gün sonra Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən “ETM” marketin qarşısında adını və idarə etdiyi avtomobilin nömrə nişanını xatırlamadığı taksi sürücüsünə vermiş və ondan pulu Müşfiq Məmmədkərimova çatdırmasını xahiş etmişdir. Müşfiq Məmmədkərimov bir neçə saatdan sonra ona zəng edərək, göndərdiyi pulu götürdüyünü, işi həll edəcəyini, narahat olmamağını söyləmişdir. Bir müddət keçdikdən sonra beton plitələrin yoldan götürülmədiyini görüb Müşfiqlə əlaqə saxlamış, Müşfiq hər dəfə bir bəhanə gətirərək beton plitələri götüzdürəcəyini bildirmişdir. Bir müddət sonra onun dələduz olduğunu öyrənmiş və ona zəng edərək vermiş olduğu pulu tələb etmiş, bundan sonra Müşfiq Məmmədkərimov ona vermiş olduğu 11000 manat puldan 2000 manatını qaytarmış, yerdə qalan pulu isə hazırki tarixədək qaytarmamışdır. Müşfiq 2021-ci ilin may ayında bir nəfər şəxslə marketin qarşısına gələrək ona həmin şəxsin adının Arif olduğunu, həmin şəxsin Nəqliyyat Nazirliyində işlədiyini bildirmiş, həmin vaxt Arif adlı şəxs orada işləyən fəhlələrə göstəriş verərək beton plitələri sökmələrini tapşırmış, hətta Arifin tapşırığı ilə fəhlələr bir neçə betonu yerindən çıxartmışdırlar. O, Müşfiqə sənədi hazırlayıb ona verdikdən sonra gəlib sökmələrini söyləmiş, bundan sonra Müşfiq ona sənədin 1 həftəyə hazır olacağını, sonǝd hazır olduqdan sonra qalan hissəni də gəlib sökəcəklərini bildirərək, Arif ilə birlikdə çıxıb getmişdirlər. O, Müşfiqə pulu verən zaman bir dəfəsində özünü nəqliyyatın işçisi kimi təqdim edən Arif adlı şəxs olmuş, bir dəfəsində də ona pul verən zaman tanışı Qoşqar adlı şəxs ona pul göndərməyini görmüş və bu barədə məlumatı olmuşdur. ......................................... Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən 4 saylı yol idarəsində yol ustası vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində o, Muşfiq adlı şəxsi həmin idarədən tanımışdır. Muşfiq həmin vaxtları Bakı-Şamaxı-Yevlax yolunda sahə rəisi vəzifəsində işləmişdir. Elşad adlı şəxsi isə o, yaşadığı Sabir qəsəbəsindən tanıyır. Həmin şəxslə onun münasibətləri normal olmuşdur. 2020-ci ilin təxminən oktyabr ayında Elşad adlı şəxs ona bildirmişdir ki, özünə məxsus Sabir qəsəbəsində yerləşən “ETM” marketin qarşısından beton plitələri götüzdürmək istəyir. Buna səbəb isə magistral yol ilə gedib gələn sürücülərin marketə rahat daxil ola bilməsi olmuşdur. O, Elşada söyləmişdir ki, həmin beton plitələrin götürülməsi onun səlahiyyəti deyil. O, Elşada söyləmişdir ki, bu barədə 4 saylı yol idarəsində sahə rəisi vəzifəsində işləyən Muşfiq adlı şəxs ilə onu tanış etsin və onlar özləri söhbət etsinlər. Daha sonra o, Muşfiq adlı şəxs ilə danışmış və Elşad ilə Muşfiqi Sabir qəsəbəsində görüşdürmüşdür. Onlar hər ikisi görüşərək aralarında söhbət etmişdir. Həmin yolun hansı formada danışılması barədə isə məlumatı olmamışdır. 2021-ci ilin may ayında Elşad adlı şəxs ona zəng edərək bildirmişdir ki, onun işlədiyi marketə gəlsin. O da bu səbəbdən ona məxsus “ETM” marketə gəlmiş və Elşad ona 1500 manat pul verərək söyləmişdir ki, işi ilə əlaqədar marketi tərk edə bilmir, bu səbəbdən də həmin pulu aparıb Muşfiqə versin. O da bu səbəbdən həmin pulu götürüb aparıb Pirsaat pirinin yanında Muşfiq adlı şəxsə vermişdir. Həmin pulu verdikdən bir neçə ay sonra Müfiq adlı şəxs həmin beton plitələri götüzdürmüş və təxminən iki gün sonra yol idarəsinin işçiləri gələrək həmin beton plitələri yenidən yerinə qoymuşdur. Bundan başqa Zərərçəkmiş şəxsovun hansı məbləğdə pul verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ildən Şamaxı rayonu Sabir qəsəbəsində “ETM” marketin yanında meyvə dükanında satıcı işləyir. Onun işlədiyi dükan “ETM” marketin sahibi Elşad adlı şəxsə məxsusdur. İşlədiyi müddət ərzində yəni 2019-cu ildə 4 saylı yol idarəsində işləyən Muşfiq adlı şəxsi tanımışdır. Həmin şəxs Elşad adlı şəxs ilə danışıb razılaşmışdır ki, pul müqabilində “ETM” marketin qarşısında olan beton plitələri götürəcəkdir. Muşfiq adlı şəxs hər dəfəsində gələn zaman “ETM” marketin yanında olan kafedə oturub Elşad ilə söhbət etmiş və hər dəfəsində Elşada bildirmişdir ki, “narahat olma, danışmışıq sənədlər gedib.” O, təxminən 3 dəfə Elşad adlı şəxsin ona müəyyən məbləğlərdə pul verməsinin şahidi olmuşdur. Onlar mütəmadi olaraq danışıb görüşdükdən sonra 2020-ci ilin may ayında həftənin cümə günü Muşfiq adlı şəxs bir neçə tanımadığı şəxs ilə “ETM” marketə gəlmiş və “ETM” marketin qarşısında olan beton plitələri oradan götüzdürmüşdür. İki gün ərzində həmin beton plitələr orada olmamışdır. Lakin bazar ertəsi yolların mühafizə xidmətindən işçilər Niva markalı avtomobil ilə oraya gəlmiş və həmin beton plitələrin kim tərəfindən götürülməsin soruşmuşdurlar. Həmin vaxtı Elşad adlı şəxs isə onlara, yol idarəsində işləyən Muşfiq adlı şəxsin götüzdürdüyünü söyləmişdir. Daha sonra onlar Muşfiq ilə danışmış və həmin beton plitələri yerinə qoymuşlar. Bundan sonra isə Muşfiq adlı şəxs yenidən mütəmadi olaraq ora gəlmiş, Elşad isə ona müəyyən məbləğlərdə pul vermişdir. O, beton plitələr götürülən zaman Elşad adlı şəxsin Muşfiqə 1500 (min beş yüz) manat, bundan sonra isə iki dəfə Elşad adlı şəxsin Muşfiqə müəyyən məbləğlərdə pul verməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 20 may 2022-ci il tarixli qərardan görünür ki, HK- 1/442 saylı material üzrə Şəki rayonu Böyük Dəhnə kənd sakini X3 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X5 26 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, X1 rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 08 iyul 2022-ci tarixli cavabından görünür ki, X3 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 may 2022-ci il tarixli arayışından görünür ki, X2 rayonu, Böyük Dəhnə kəndində qeydiyyatdadır və yaşayır. Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X3 adına verilmiş xasiyyətnamədən görünür ki, o, kənddə yaşadığı vaxtda bacarıqlı olmuş, ictimai işlərdə fəallığı ilə kənd sakinlərinin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X6 verdiyi ifadələri hadisə yerində yoxlanmış, aparılmış istintaq hərəkəti zamanı X8 istintaqa verdiyi ifadələrində qeyd etdiyi xüsusatları mahiyyəti üzrə təsdiq edərək Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “ETM” marketi və marketin qarşısında olan beton plitələri göstərərək ümumilikdə 11000 (on bir min) manat pulu həmin beton plitələri götüzdürmək müqabilində Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2016-cı il tarixində Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi 4 nömrəli X7 MMC-də yol ustası, xx.xx.2016-cı ildə iş icraçısı, xx.xx.2020-ci il tarixində 6-cı dərəcəli operator, xx.xx.2021-ci il tarixində isə 10-cu dərəcəli yol ustası vəzifəsində işləmişdir. Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi 4 nömrəli X7 MMC-nin 25 iyul 2022-ci il tarixli 153 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli X7 MMC-yə 03 fevral 2016-cı il tarilxi 86/2k nömrəli işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 61K nömrəli əmrlə işdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qulluq mövqeyindən istifadə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 26 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. X5 məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs X4 dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablansın. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. X5 məhkəmə iclas zalında dərhal həbsə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs X4 dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-85/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-85/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver