Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-86/2021 24.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Savalanova Arzu Tarix qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29, 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmiş və qanunsuz olarq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməklə saxlamış və daşımışdır. Belə ki, o, 27 may 2021-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 124-cü kilometrliyində yol sol tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus qarışıq mallar mağazasının ön tərəfində olan pənjələrindən üçünün şüşəsini sındırıb qanunsuz olaraq binaya daxil olmaqla mağazanın kassasında olan 470 (dörd yüz yetmiş) manat məbləğində pulu və 80 (səksən) manat dəyərində olan bir dəst kişi geyimini oğurlamağa cəhd etsə də, pəncərənin arxasında olan dəmir listləri əzə bilmədiyini və maneəni aradan qaldıra bilmədiyini görüb hadisə yerindən qaçaraq öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, MARQOLİN konstruksiyalı tapança, patronlar və tapançanın komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə edib saxlamaqla Şamaxı rayonuna daşımış, daxil olmuş məlumat əsasında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən 27 may 2021-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Şamaxı rayonu yeni Muğanlı yaşayış massivi ərazisində saxlanılıb Şamaxı rayon polis şöbəsinə gətirilərək həmin tarixdə saat 19:45 radələrində üzərində şəxsi axtarış aparılarkən əlindəki üzərində “MARİO BARUTTİ” yazısı olan kardon torbaya baxış keçirilən zaman torbanın içərisindən 01 (bir) ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5,6 millimetr kalibrli, idman təlim məşqləri üçün nəzərdə tutulan MARQOLİN konstruksiyalı, texniki jəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən tapança, zavod üsulu ilə istehsal olunmuş 5,6 millimetr kiçik kalibirli olmaqla, həmin kalibrli MARQOLİN konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararla və döyüş sursatı hesab edilən 07 (yeddi) ədəd patronlar və zavod üsulu ilə istehsal olunmuş 5,6 millimetr kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, istifadəyə yaralı, həmin kalibrli MARQOLİN konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayətləri tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, 25 may 2021-ci il tarixdə Bərdə rayonunda yaşayan ailə üzvlərinin yanına getmək qərarına gəlmiş, lakin pulu olmadığından birbaşa Bərdə rayonuna gedən avtomobilə minə bilməyib, təsadüfən Şamaxı rayonuna gedən tanımadığı şəxsin avtomobilinə minib sərnişin kimi Şamaxı rayonuna doğru getmişdir. Axşam saatlarında Şamaxı rayonuna gəlmiş, lakin pulu olmadığından Bərdə rayonuna doğru getmək üçün taksi tapa bilməmiş və rayon ərazisində yerləşən restoranlarda gecələmişdir. 26 may 2021-ci il tarixdə axşam saatlarında Şamaxı rayonunda yerləşən «Bənövşə» restoranına getmiş, 27 may 2021-ci il tarixdə, təxminən saat 2-3 radələrində restoranla üz-üzə mağaza olduğunu görüb, həmin vaxt əyni nazik olduğundan və pulu olmadığından düşünmüşdür ki, əyninə paltar tapıb, mağazadakı pulları götürüb, Bərdə rayonuna gedər. Buna görə də mağazaya yaxınlaşıb, ilk öncə mağazanın qapısını açmağa çalışmış, lakin qapını aça bilmədiyi üçün mağazanın qarşısında yerləşən üç ədəd pəncərədən ilk öncə sol tərəfdə yerləşən iki ədəd pəncərənin hərəsinin bir çərçivəsini sındırmış, lakin pəncərənin arxasına dəmir list düzəldildiyi üçün içəri girə bilməmiş, daha sonra mağazanın sağ hissəsində yerləşən pəncərə çərçivəsini sındırıb içəri daxil olmağa çalışmış, lakin həmin çərçivənin də arxasında dəmir list olduğundan mağazaya daxil olmaq cəhdi nəticəsiz qalmış, üç pəncərə çərçivəsini sındırdığı üçün polislərin gəlib onu həbs edəcəyindən qorxduğu üçün həmin yerdə qalmayıb Şamaxı rayonu, Muğanlı kəndi istiqamətində piyada getməyə başlamışdır. 27 may 2021ci il tarixdə, saat 18:30 radələrində əlindəki çanta ilə Şamaxı rayonu, Yeni Muğanlı massivi yaxınlığında piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb, baş vermiş oğurluğa cəhd hadisəsi ilə bağlı şübhəli olduğunu demişlər və onu rayon polis şöbəsinə dəvət etmişlər, həmin vaxt o, polis əməkdaşlarına mağazaya girməyə cəhd etdiyini etiraf etmişdir. O, yalnız oğurluğa cəhd etmişdir. Buna görə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. İbtidai araşdırma dövründə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərmişdir ki, 25 may 2021-ci il tarixdə Bərdə rayonunda yaşayan ailə üzvlərinin yanına getmək qərarına gəlmiş, lakin pulu olmadığından birbaşa Bərdə rayonuna gedən avtomobilə minə bilməyib, təsadüfən Şamaxı rayonuna gedən tanımadığı şəxsin avtomobilinə minib sərnişin kimi Şamaxı rayonuna doğru getmiş, yola düşməzdən öncə «Marqolin» markalı tapança ilə içərisində tapançanın patronlarının olduğu göy rəngli sellofanı qara rəngli papağın içərisinə qoyub, daha sonra papağı üzərində «MARİO BARUTTİ» yazıları olan bənövşəyi rəngli, karton materialdan hazırlanmış çantanın içərisinə qoymuş və bəzi əşyalarını da papağın üzərinə qoyub yola düşmüşdür. O, 25 may 2021-ci il tarixdə axşam saatlarında Şamaxı rayonuna gəlmiş, lakin pulu olmadığından Bərdə rayonuna doğru getmək üçün taksi tapa bilməmiş və rayon ərazisində yerləşən restoranlarda gecələməyi qərara almış, 26 may 2021-ci il tarixdə axşam saatlarında Şamaxı rayonunda yerləşən «Bənövşə» restoranına getmiş, 27 may 2021-ci il tarixdə, təxminən saat 2-3 radələrində restoranla üz-üzə mağaza olduğunu görmüş, həmin vaxt əyni nazik olduğundan və pulu olmadığından düşünmüşdür ki, əyninə paltar tapıb, mağazadakı pulları götürüb, Bərdə rayonuna gedər. Buna görə də mağazaya yaxınlaşıb, ilk öncə mağazanın qapısını açmağa çalışmış, lakin qapını aça bilmədiyi üçün mağazanın qarşısında yerləşən üç ədəd pəncərədən ilk öncə sol tərəfdə yerləşən iki ədəd pəncərənin hərəsinin bir çərçivəsini sındırmış, lakin pəncərənin arxasına dəmir list düzəldildiyi üçün içəri girə bilməmiş, daha sonra mağazanın sağ hissəsində yerləşən pəncərə çərçivəsini sındırıb içəri daxil olmağa çalışmış, lakin həmin çərçivənin də arxasında dəmir list olduğundan mağazaya daxil olmaq cəhdi nəticəsiz qalmış, üç pəncərə çərçivəsini sındırdığı üçün polislərin gəlib onu həbs edəcəyindən qorxduğu üçün həmin yerdə qalmayıb Şamaxı rayonu, Muğanlı kəndi istiqamətində piyada getməyə başlamışdır. 27 may 2021-ci il tarixdə, saat 18:30 radələrində əlindəki çanta ilə Şamaxı rayonu, Yeni Muğanlı massivi yaxınlığında piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb, baş vermiş oğurluğa cəhd hadisəsi ilə bağlı şübhəli olduğunu demişlər və onu rayon polis şöbəsinə dəvət etmişlər, həmin vaxt o, polis əməkdaşlarına mağazaya girməyə cəhd etdiyini etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2006-cı ildən kiçik sahibkarlıqla məşğul olur. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 124-cü kilometrliyində özünə məxsus qarışıq mallar mağazası işləyir. 26 may 2021-ci il tarixdə, saat 22 radələrində mağazanı bağlayaraq öz yaşadığı ünvana getmişdir. 27 may 2021-ci il tarixdə, saat 08 radələrində mağazanı açmağa gəlmiş, bu zaman mağazanın 03 ədəd şüşələrinin sındırıldığını görüb dərhal Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gələrək özlərini təqdim etmişlər və həmin mağazaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, mağazanın şüşələri sındırılmış, lakin şüşənin arxa tərəfində dəmir olduğuna görə içəri daxil olunmamışdır. Buna görə də mağazadan heç bir əşya oğurlanmamışdır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 124-cü kilometrliyində yerləşən ona məxsus mağazanın içərisindəki kassada 470 (dörd yüz yetmiş) manat pul və satış üçün 20000 (iyirmi min) manat dəyərində əmlakı olmuşdur. Ona məxsus olan mağazada bir dəst kişi geyiminin qiyməti, bir ədəd şalvar 25 manat, bir ədəd köynək 20 manat və bir ədəd ayaqqabı 35 manat olmuşdur. Mağazadan oğurluq olmamışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, onun icraatına 27 may 2021-ci il tarixdə rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Bəhlul Məliklinin əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus olan mağazadan oğurluq etməyə cəhd göstərən naməlum şəxsin əməliyyat yolu ilə şəxsiyyətinin müəyyən olunaraq izahatının alınması məqsədi ilə təhqiqat qrupuna dəvət edilməsi göstərilmişdir. Əməliyyat tağşırığına əsasən mağazaya daxil olub, oğurluq etmək istəyən naməlum şəxsi müəyyən etmək məqsədi ilə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə tərəflərindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus olan mağazadan oğurluq etməyə cəhddə şübhəli bilinən, sonradan adı məlum olan, Sumqayıt şəhəri, 4-cü Mikrorayon 28/4-də yaşayan Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə, saat 18:30 radələrində Şamaxı rayonu, Yeni Muğanlı massivi yaxınlığında müəyyən edilmiş və həmin vaxt onun əlində çanta olmuşdur. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, baş vermiş oğurluğa cəhd hadisəsi ilə bağlı şübhəli olduğunu ona bildirərərək, onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs mağazaya girməyə cəhd etdiyini etiraf etmiş və onlar ondan əlavə hansısa qanun pozuntusu törədib-törətmədiyini soruşduqda, əlindəki çantada tapança olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, onlara heç bir müqavimət göstərmədən onlarla birlikdə RPŞ-nə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin təhqiqatçısı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl üzərində odlu silah olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əlindəki bir ədəd «MARİO BARUTTİ» yazıları olan bənövşəyi rəngli karton materialdan hazırlanmış çantanın içərisində odlu silah olan bir ədəd «Marqolin» markalı tapança saxlamasını və həmin odlu silahı iştirakçılara göstərə biləcəyini bildirmişdir. Ona görə də Müdafiəçi, RPŞ-nin, CAB-nin baş əməliyyat müvəkkili Şahid3 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs göstərdiyi çantaya baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisində qara-ağ rəngli papağın içərisində nömrəsi və markası silinmiş bir ədəd tapança, tapançanın içərisində bir ədəd boş daraq, 07 ədəd patron aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bir ədəd tapança «Marqolin» markalı tapançadır, həmin tapança və 07 ədəd patron ona məxsusdur. Həmin silahı və patronu təxminən bir həftə öncə Sumqayıt şəhərində zavodlar olan yerdə, «Esmira» şadlıq sarayının yaxınlığından tapmışdır. Təqsirləndirilən şəxs əlindəki çantadan aşkar olunmuş bir ədəd «Marqolin» markalı tapança, tapançanın içərisində bir ədəd boş daraq və 07 ədəd patron kardon qutuya qoyularaq qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin bir ədəd «Marqolin» markalı tapança, tapançanın içərisində bir ədəd boş daraq və 07 ədəd patronu gələcəkdə lazım olar deyə üzərində saxlamışdır. Həmçinin ona da Təqsirləndirilən şəxs həmin odlu silahı satış məqsədilə üzərində saxlaması, onun odlu silahların satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadə verərək Şahid1 ifadələrində göstərilən xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmişdir ki; “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 28 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. 27 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu 27 may 2021-ci il tarixdə saat 19:23-də şübhəli şəxs qismində tutulmuşdur. Şamaxı rayon Məhkəməsinin 29 may 2021-ci il 4(074)-52/2021 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1 və 228.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 27 may 2021-ci il tarixdən hesablanmışdır. Şamaxı rayon Polis Şöbəsinin 07 iyun 2021-ci il tarixli ********* saylı məktubunda göstərilri ki, Sumqayıt şəhəri 4-cü mikrorayon 28/4 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs adına və eyni zamanda istifadəsində hər hansı odlu və ya digər silah qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 250 manat ziyan tam şəkildə ona ödənilmişdir. 27 may 2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması barədə protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 19:45-də videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs əlindəki bir ədəd «MARİO BARUTTİ» yazıları olan bənövşəyi rəngli karton materialdan hazırlanmış çantada olan qara-ağ rəngli papağın içərisində nömrəsi və markası silinmiş bir ədəd tapança, tapançanın içərisində bir ədəd boş daraq, 07 ədəd patronlar aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd tapançanın «Marqolin» markalı tapança olmasını, həmin tapança və 7 ədəd patronun ona məxsus olmasını, həmin silahla patronu təxminən bir həftə öncə Sumqayıt şəhərində zavodlar olan yerdə «Esmira» şadlıq sarayının yaxınlığında, yol kənarından tapdığını, həmin gündən sonra özündə saxladığını bildirmişdir. 28 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 124-cü km hissəsində yolun sol tərəfində təqdim etdiyi hadisə yerində ərzaq mağazasına baxış keçirilmiş, baxış zamanı ərzaq mağazasının şüşələrinin sındırılsa da mağazaya daxil olunmadığı müəyyən edilmiş və hadisə yerinin fotoları çəkilərək iş materiallarına əlavə edilmişdir. 210830055 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlindəki bir ədəd «MARİO BARUTTİ» yazıları olan bənövşəyi rəngli karton materialdan hazırlanmış çantada olan qara-ağ rəngli papağın içərisindən aşkar edilərək götürülmüş nömrəsi və markası silinmiş bir ədəd tapança, tapançanın içərisində bir ədəd boş daraq, 07 ədəd patronların odlu silah olub-olmamasını müəyyən etmək üçün ballistik ekspertizası təyin edilərək rəy alınaraq iş materialına əlavə edimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalist Tədqiqatlar idarəsinin 28.05.2021-ci il tarixli 21/341R nömrəli ballistik ekspertizasının rəyinə əsasən təqdim edilmiş N-si silinmiş silah, zavod üsulu ilə keçmiş «SSRİ» dövlətində istehsal olunmuş, 5,6 mm kalibirli, idman məşqləri üçün nəzərdə tutulan MARQOLİN konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 07 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli MARQOLİN konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuşdur, həmin kalibirli MARQOLİN konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş N-si silinmiş 5,6 mm kalibirli MARQOLİN konstruksiyalı tapançadan eksperimental atəşlər zamanı əldə olunmuş nümunələr DİN-in KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. 07 ədəd 5,6 mm kiçik kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuş, DİN-in KTİ-də «fiziki-kimyəvi» ekspertiza tədqiqatı keçirilmədiyindən qərarda göstərilən «əgər yararlıdırsa həmin silahdan sonuncu dəfə nə vaxt atəş açılmışdır?» sualına cavab verilməmişdir. Həmçinin, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 10 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayətləri tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etməsi və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməklə saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 177.2.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu andan, yəni 27 may 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs dəyən ziyanın ödənilməsi nəzərə alınmalı və cinayət işi üzrə maddi sübut – Şamaxı rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd «Marqolin» markalı tapança, 01 ədəd daraq və 07 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu andan, yəni 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəyən ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Şamaxı rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd «Marqolin» markalı tapança, 01 ədəd daraq və 07 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-86/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-86/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver