Məhkəmə qərarları › İş №1(074)-87/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-87/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-87/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-X2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1971-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli 5 uşaq anası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə saat 15 radələrində Şamaxı rayon Şəhriyar qəsəbəsində ictimai yer hesab olunan icra nümayəndəliyi ilə bələdiyyənin yerləşdiyi inzibati binanın qarşısında toplaşmış çoxsaylı vətəndaşların yanında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq X4 və Zərərçəkmiş şəxs1 Mayıl qızının ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı yerdən götürərək silah qismində istifadə etdiyi əlamətləri istintaqa məlum olmayan daş parçası ilə Xuraman Məmmədovanın baş nahiyəsindən vuraraq ona sol təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, əli ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vuraraq ona sol qaşüstü nahiyəsinin və sol gözün üst qapağının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək, silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, onun Xuraman Məmmədova və bacıları ilə əvvəllər aralarında yüngül mübahisələri çıxmaq şərti ilə dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Hal-hazırda o, Şəhriyar qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. X30 2-ci Qarabağ müharbəsində iştirak etdyinə görə Şəhriyar qəsəbə bələdiyyəsindən onlara zəng olunaraq bayramla əlaqədar gələn sovqatı aparmaqlarını bildirmişlər. Belə ki, 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, əri Şahid6la birlikdə rayon ərazisindən əllərində sumkalarla Şəhriyar qəsəbəsinə gələrkən, bu vaxtı X30un adına gələn sovqatı götürmək məqsədi ilə o, əri Mehmana demişdir ki, «sən sumkaları evə apar, mən sovqatı götürüm, sən də küçədə qabağıma çıxıb sovqatı evə aparmaqda kömək edərsən». Buna görə də əri Mehman sumkaları evə aparmış, o, da sovqatı götürmək üçün qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin yerləşdiyi inzibati binasına getmişdir. Həmin vaxt orada sovqat almağa gələn xeyli sayda şəxslər olmuşdur. O, orada olan zaman Zərərçəkmiş şəxs1 ona qıcıqlandırıcı formada demişdir ki, “Quşçu kəndindən gəlib burda sovqat niyə alırsan”. Cavabında o, Zərərçəkmiş şəxs1 demişdir ki, “kimin siyahıda adı var, haqqı var onlar alacaqlar”. Belə söhbət edən zaman Şahid5 bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyyəsinə 4 (dörd) dəfə zərbə vurmuş, ona “məni niyə vurursan” sözlərini deyəndə Şahid5 binanın qapısını arxadan bağlamışdır. Bundan sonra qapının qarşısında olan Xuramanın bacıları Zərərçəkmiş şəxs1, Nuridə və Xuraman Məmmədova onun saçından yapışaraq onu pilləkəndən sürüməyə başlamışlar, orada olan qadınlardan X3, Allahverdinin qızı Yetər, Südabə adlı qadın, X8 onu döyənləri aralşdırmışlar. Nəticədə, o, yerə yıxılıb qalmış, bu vaxtı Xuraman Məmmədovanın qardaşı Şahid8 onun yerdə yıxılmış vəziyyətdə qalmağından istifadə edib ağız nahiyəsinə təpiklə bir dəfə zərbə vurmuş, bundan sonra isə Xuramanın oğlu Əmrah da təpiklə üç dəfə sol böyür nahiyəsindən zərbə vurmuşdur. Döyüldükdən sonra o, huşsuz halda qalmış və orada olan şəxslər onu kənara çəkmişlər, həmin vaxtı əri Mehman da ora gəlib onu yerdən qaldırmışdır. Əri Mehman döyülməyinin sonlarını görmüşdür. Bundan sonra, o, tibbi yardım almaq məqsədi ilə Şamaxı mərkəzi rayon xəstəxanasına müraciət etmişdir. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə ilə icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qapısının qarşısında baş vermişdir. Xuraman Məmmədovanın və onun bacılarının müraciətlərində həmin münaqişə zamanı onun daşla Xuramanın baş nahiyəsinə vurmasını göstərməsi şər və böhtandır. O, Xuraman Məmmədovanın baş nahiyəsinə daşla vurmamış, həmin vaxtı Xuraman və bacıları, eyni zamanda qardaşı Şakir və oğlu Əmrah onu o qədər döymüşlər ki, o, döyülməkdən halsız qalmışdır. Onun həmin vaxtı Xuramanı daşla vurması ümumiyyətlə mümkün olmamışdır. Onu Şahid5 taxta parçası ilə dörd dəfə başından vurmuş, onun bacıları Sima, Xuraman, Nuridə əlləri ilə saçından tutub dartıb yolmuşlar, qardaşı Şakir yerə yıxılan vəziyyətdə ağzından təpiklə vurmuş, Xuramanın oğlu Əmrah isə təpiklə sol böyür nahiyəsindən təpiklə vurmuşdur. Həmin mübahisə və davadalaş ümumilikdə təxminən 35-40 dəqiqə ərzində davam etmişdir. Hadisə vaxtı orada təxminən 45-50 nəfər şəxs olmuşdur. Orada olan şəxslərdən X3, Allahverdinin qızı Yetər, Südabə adlı qadın, X8 aralaşdırırdılar, həmçinin polis əməkdaşları Qafur və Talıb da orada olmuşlar. Orada olan şəxslərin hamısı hadisənin şahidi olmuşlar. Eyni zamanda əri Mehman da hadisənin sonlarında gəlmişdir. Son olaraq törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və hazırda zərərçəkmiş şəxslər X9 və Zərərçəkmiş şəxs1 ilə barışmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadə verib göstərdi ki, hal-hazırda o, Şəhriyar qəsəbəsi 1 saylı körpələr evində köməkçi işləyir. Qəsəbə sakini olan Təqsirləndirilən şəxs ilə həmişə münasibəti yaxşı olmuş, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsində bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısına bayramla əlaqədar olaraq sovqatı götürməyə getmişdir. Həmin vaxt binanın qarşısında xeyli sayda insanlar olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs da həmin binanın qarşısına ona düşən sovqatı götürməyə gəlmişdir. Həmin vaxtı, onun bacısı Şahid5 və Aygül Məmmədova da binanın içərisində olmuşlar və icra nümayəndəliyinin dəvəti ilə sovqat paylanmasına köməklik üçün gəlmişlər. Digər iki bacısı–Nuridə Məmmədova və Zərərçəkmiş şəxs1 da binanın qapısının yanında camaatın arasında olmuşlar. Eyni anda qardaşı Şakir də kənarda dayanmışdır. O, orada olan vaxtı, Şamaxı Sosial müdafiə fondunun işçisi Rəna adlı qadın binanın giriş qapısını açaraq demişdir ki, «şəxsiyyət vəsiqənizi verin yoxlayım ki, sizə sovqat düşürmü». Həmin vaxt Təqsirləndirilən şəxs Rənaya bildirmişdir ki, «qapını təcili aç içəri keçim». Eyni zamanda Təqsirləndirilən şəxs nalayiq ifadələr də işlətmişdir. Bu vaxt bacısı Şahid5 Təqsirləndirilən şəxs bildirmişdir ki, «kiminsə içəri keçməyə icazəsi yoxdur». Həmin vaxt Təqsirləndirilən şəxs bacısı Şahid5 ilə mübahisə edərək onu söyüb təhqir etmiş və demişdir ki, “icra nümayəndəsi İxtiyar sizinlə cinsi əlaqədə olur”. Həmin vaxt, bacısı Şahid5 qapını örtdüyü üçün, Təqsirləndirilən şəxs digər bacısı Zərərçəkmiş şəxs1 ilə mübahisəni davam etdirməyə başlamışdır. Mübahisə zəminində Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs1 sağ əlinin barmaqlarını dişləmişdir. Sonra, o, binanın giriş qapısını açaraq icra nümayəndəsi Şahid4 demişdir ki, “sənin adını çəkməklə bizə Təqsirləndirilən şəxs söyüş söyür çıx ona cavab ver”. Lakin Şahid4 binadan çıxmayaraq öz iş otağına getmişdir. O, isə bacıları Zərərçəkmiş şəxs1 ilə Nuridə Məmmədovanı kənara çəkib onları sakitləşdirib qardaşı Şakirin burada olduğunu bildirmiş və demişdir ki, “istəmirəm Şakir bilsin”. O, bacılarını sakitləşdirib qardaşı Şakirin yanına getmişdir. O, sovqat paylanan bələdiyyə binasından təxminən 15-20 metr uzaqda heykəlin yanında qardaşı Şahid8 ilə söhbət edən zaman Təqsirləndirilən şəxs yerdən daş götürüb ataraq baş nahiyəsinə vurmuş, buna görə də baş nahiyəsindən qan axmağa başlamışdır. Zərbənin və ağrının təsirindən o, özündən getdikdən sonra ayılanda özünü Şamaxı mərkəzi rayon xəstəxanasında görmüşdür. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şəhriyar qəsəbəsinin bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs onun baş nahiyəsinə yerdən daş götürərək vurmuşdur. Həmçinin bacısı Zərərçəkmiş şəxs1 barmağına dişi ilə xəsarət yetirmişdir. Eyni zamanda, Simanın saçından tutub dartmışdır. O və ailə üzvülərindən heç bir şəxə Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etməmiş, onu vurmamışlar. Sadəcə olaraq, Təqsirləndirilən şəxs həmin vaxtı bacısı Zərərçəkmiş şəxs1 barmağını dişləyəndə bacısı barmağını Aygülün dişlərindən çıxarmaq üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur, Aygül də Simanın barmağını dişlərindən buraxmışdır. Sima sadəcə özünü müdafiə etmək üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur. Orada təxminən 30-40 nəfər şəxs olmuşdur ki, polis əməkdaşları Qafur və Talıbda orada olmuşlar. Həmin vaxt orada bəlidiyyə sədri Sabir və digərləri olmuşdur ki, onların adlarını xatırlaya bilmir. Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri yalan və böhtandır. Belə ki, bacısı Şahid5 həmin vaxtı bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyəsinə 4 (dörd) dəfə zərbə vurub qapını bağlamamış, həmin vaxtı o və bacıları Zərərçəkmiş şəxs1, Nuridə Məmmədova onun saçından yapışaraq onu pilləkəndən sürüməmişlər, ümumiyyətlə qardaşı Şahid8 və oğlu Şahid7 həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. Qeyd edilənlərin heç biri həqiqətə uyğun deyildir. Hazırda təqirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan ödənildiyindən ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, qəsəbə sakini olan Təqsirləndirilən şəxs ilə həmişə münasibəti yaxşı olub, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsində bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısına bayramla əlaqədar olaraq sovqatı götürməyə getmişdir. Həmin vaxt binanın qarşısında xeyli sayda insan olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs da həmin binanın qarşısına ona düşən sovqatı götürməyə gəlmişdir. Həmin vaxtı, onun bacısı Şahid5 da binanın içərisində olmuşlar və icra nümayəndəliyinin dəvəti ilə sovqat paylanmasına köməklik üçün gəlmişdir. Digər iki bacısı –Nuridə Məmmədova və Xuraman Məmmədova da binanın qapısının yanında camaatın arasında olmuşlar. Eyni anda qardaşı Şakir də kənarda dayanmışdır. O, orada olan vaxtı, Şamaxı Sosial müdafiə fondunun işçisi Rəna adlı qadın binanın giriş qapısını açaraq demişdir ki, «şəxsiyyət vəsiqənizi verin yoxlayım ki, sizə sovqat düşürmü». Həmin vaxt, Təqsirləndirilən şəxs Rənaya bildirmişdir ki, «qapını təcil aç içəri keçim». Eyni zamanda Təqsirləndirilən şəxs nalayiq ifadələr də işlətmişdir. Bu vaxt orada olan bacısı Şahid5 Təqsirləndirilən şəxs bildirmişdir ki, içəri keçməyə icazə yoxdur. Həmin vaxt Təqsirləndirilən şəxs bacısı Şahid5 ilə mübahisə edərək onu söyüb təhqir etmiş və demişdir ki, “icra nümayəndəsi İxtiyar sizinlə cinsi əlaqədə olur”. Həmin vaxt, bacısı Şahid5 qapını örtüdüyü üçün, Təqsirləndirilən şəxs onunla mübahisəni davam etdirməyə başlamışdır. Mübahisə zəminində Təqsirləndirilən şəxs onun sağ əlinin barmağını dişləmişdir. Sonra, Xuraman binanın giriş qapısını açaraq icra nümayəndəsi Şahid4 demişdir ki, “sənin adını çəkməklə bizə Təqsirləndirilən şəxs söyüş söyür çıx ona cavab ver”. Lakin Şahid4 binadan çıxmayaraq öz iş otağına getmişdir. O, isə barmağını Təqsirləndirilən şəxs ağzından dartmaq istəsə də Aygül dişlərini bərk sıxıb barmağını burxmamış, o, da özünü müdafiə etmək üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur ki, barmağını buraxsın. O, dizi ilə Aygülün çənəsindən vurandan sonra barmağını buraxmış, bundan sonra onlar kənara çəkilmişlər. Həmin vaxt Xuraman kənara çəkilib Şakirin yanına getmişdir ki, şəxsiyyət vəsiqəsini versin. Xuraman sovqat paylanan bələdiyyə binasından təxminən 10-15 metr uzaqda heykəlin yanında qardaşı Şahid8 ilə söhbət edən zaman Təqsirləndirilən şəxs yerdən daş götürüb ataraq Xuramanın baş nahiyəsinə vurmuş, buna görə də Xuramanın baş nahiyəsindən qan axmağa başlamışdır. Zərbənin və ağrının təsirindən Xuraman özündən getmiş, sonra Xuramanı Şamaxı mərkəzi rayon xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs da sonradan xəstəxanaya gəlmişdir. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şəhriyar qəsəbəsinin bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs onun barmağını dişləmiş, Xuramanın baş nahiyəsinə yerdən daş götürərək vurmuşdur. O, və ailə üzvülərindən heç bir şəxs Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. Təqsirləndirilən şəxs vurmamışlar. Sadəcə olaraq, Təqsirləndirilən şəxs həmin vaxtı onun barmağını dişləyəndə o, barmağını Aygülün dişlərindən çıxarmaq üçün dizi ilə Aygülün çənəsindən vurmuş, Aygül də onun barmağını dişlərindən buraxmışdır. O, özünü müdafiə etmək üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur. Həmin vaxt bələdiyyə binasının qarşısında təxminən 30-35 nəfər şəxs olmuş, polis əməkdaşları Qafur və Talıb da orada olmuşlar. Həmin vaxt hadisə yerində bəlidiyyə sədri Sabir və digərləri olmuşdur ki, onların adlarını xatırlaya bilmir. Təqsirləndirilən şəxs ifadələrində dedikləri yalan və böhtandır. Belə ki, bacısı Şahid5 həmin vaxtı bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyəsinə zərbə vurmamış, həmin vaxtı o və bacıları Zərərçəkmiş şəxs1, Nuridə Məmmədova onun saçından yapışaraq onu pilləkəndən sürüməmişlər, ümumiyyətlə qardaşı Şahid8 və Şahid7 həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. Qeyd edilənlərin heç biri həqiqətə uyğun deyildir. Hazırda təqirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan ödənildiyindən ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, onun Xuraman Məmmədova və bacıları ilə əvvəllər aralarında yüngül mübahisələri çıxmaq şərti ilə dava-dalaş, mübahisə və münaqişə olmamışdır. Hal-hazırda o, Şəhriyar qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onun X30 2-ci Qarabağ müharbəsində iştirak etdyinə görə Şəhriyar qəsəbə bələdiyyəsindən onlara zəng olunaraq bayramla əlaqədar gələn sovqatı aparmaqlarını bildirmişlər. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə rayon ərazisindən əllərində sumkalarla Şəhriyar qəsəbəsinə gələrkən, bu vaxtı X30un adına gələn sovqatı götürmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs ona demişdir ki, “sən sumkaları evə apar, mən sovqatı götürüm, sən də küçədə qabağıma çıxıb sovqatı evə aparmaqda kömək edərsən”. Buna görə də o, razılaşıb sumkaları evə aparmış, arvadı Təqsirləndirilən şəxs da sovqatı götürmək üçün qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin yerləşdiyi inzibati binaya getmişdir. Həmin vaxtı, o, sumkaları evə qoyub arvadı Təqsirləndirilən şəxs sovqatı gətirməkdə kömək etmək üçün həmin yerə tərəf yol ilə getmiş, inzibati binanın yaxınlığına çatanda görmüşdür ki, bir neçə şəxs toplaşıblar, münaqişə var, dərhal ora yaxınlaşanda görmüşdür ki, Şahid8 və Əmrah Məmmədov arvadı Təqsirləndirilən şəxs üstünə gəlib onu döyürlər, orada olan digər qadınlar isə aralaşdırırlar, arvadı Təqsirləndirilən şəxs da yerdə yıxılmış vəziyyətdədir. O, da ora çatıb arvadı Təqsirləndirilən şəxs yerdən qaldırmış və evə tərəf aparmışdır. Şakir və bacıları yenə də arvadı Təqsirləndirilən şəxs döymək istəmişilər, o, çətinliklə Təqsirləndirilən şəxs onarın əlindən qurtarıb evinə apararkən, həmin vaxtı Əmrah yenə də arvadı Təqsirləndirilən şəxs döymək üçün gələndə Ramil adlı şəxs Əmrahı tutub saxlamışdır. Bundan sonra, arvadı Təqsirləndirilən şəxs tibbi yardım almaq məqsədi ilə Şamaxı mərkəzi rayon xəstəxanasına müraciət etmişdir. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə ilə icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qapısının qarşısında baş vermişdir. Xuraman Məmmədova və onun bacılarının müraciətlərində həmin münaqişə zamanı arvadı Təqsirləndirilən şəxs daşla Xuramanın baş nahiyəsinə vurmasını göstərsə də onların dedikləri şər və böhtandır. Həmin vaxtı arvadı Təqsirləndirilən şəxs Xuramanı daşla vurması ümumiyyətlə mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, Xuraman Məmmədova onun bacısıdır. Təqsirləndirilən şəxs isə qəsəbə sakinidir. Təqsirləndirilən şəxs ilə qeyd edəcəyi hadisədən əvvəl onun münasibəti həmişə yaxşı olub, aralarında dava-dalaş və mübahisə olmamışdır. O, “Şamaxı Azərpoçt”un Şəhriyar qəsəbəsi üzrə agentliyinin əməliyyatçısı işləyir. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində bayramla əlaqədar olaraq qəsəbə sakinlərinə gələn sovqatı paylamağa icra nümayəndəsinə və qəsəbə bələdiyyəsinə onların xahişinə əsasən köməklik üçün getmişdir. Təqsirləndirilən şəxs kürəkəni, adını bilmədiyi “Şenka” kimi tanıdığı şəxs də gəlib onlara müraciət edərək ona sovqat düşüb-düşmədiyini soruşanda, o, ondan sənədləri alaraq baxıb həmin şəxsə demişdir ki, sizin adınız sovqat almaq üçün siyahıda var. Həmin vaxt Təqsirləndirilən şəxs da binanın qapısını zərbə ilə açaraq onlara demişdir ki, qaynının oğlu müharibə iştirakçısıdır və onun adına siyahıda sovqat olub olmadığını soruşduqda, o, siyahıya baxıb dəqiqləşdirib Aygülə demişdir ki, onun adı bu siyahıda yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. O, Aygülə dəfələrlə demişdir ki, «siyahını mən tərtib etmirəm, mən sadəcə siyahıya baxıb sənə deyirəm, sənin adının siyahıda olmaması mənlik deyil». Lakin, Təqsirləndirilən şəxs onunla mübahisəni davam etdirib onun ünvanına təhqiramiz və deyilməsi mümkün olmayan nalayiq söyüşlər, ifadələr işlətmişdir. Sonra isə Təqsirləndirilən şəxs sağ əl nahiyəsini dırnaqları ilə cızmışdır. Lakin o, ona qarşı heç bir hərəkət etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs vurmamışdır. Təqsirləndirilən şəxs ona qarşı bu hərəkətləri edəndən sonra, o, qapını örtmüşdür. Sonradan isə binanın qarşısında çöldə nə baş verdiyini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bacısı Xuraman Məmmədovanın baş nahiyəsinə daş ilə vuraraq ona xəsarət yetirmişdir, eyni zamanda Təqsirləndirilən şəxs bacısı Simanın da barmağını dişləmişdir. Təqsirləndirilən şəxs icra nümayəndəliyi və bələdiyyənin yerləşdiyi inzibati binanın içərisində onu nalayiq ifadələrlə camaatın içərisində təhqir etmiş və sağ əlini tutanda əlinin üstünü cızmışdır. Həmin vaxtı, Təqsirləndirilən şəxs ona başı ilə kəllə atsa da o, kənara çəkilmişdir. Təqsirləndirilən şəxs əlini cızsa da xəsarəti olmadığına görə ekspert müayinəsindən keçməkdən imtina etmişdir. O və ailə üzvlərindən heç bir şəxs Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. Təqsirləndirilən şəxs vurmamışlar. Sadəcə olaraq, Təqsirləndirilən şəxs həmin vaxtı bacısı Zərərçəkmiş şəxs1 barmağını dişləmişdir. Eyni zamanda Xuramanın da başına daşla vurmuşdur. Onlar Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Həmin vaxt bələdiyyə binasının qarşısında təxminən 30-35 nəfər şəxs olmuşdur ki, polis əməkdaşları Qafur və Talıbda orada idilər. Qəsəbə sakinlərindən hadisə zamanı bəlidiyyə sədri Sabir və digərləri olmuşdur ki, onların adlarını xatırlaya bilmir. Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri yalan və böhtandır. Belə ki, bacısı Şahid5 həmin vaxtı bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyəsinə 4 (dörd) dəfə zərbə vurub qapını bağlamamış, həmin vaxtı o, və bacıları Zərərçəkmiş şəxs1, Nuridə Məmmədova onun saçından yapışaraq onu pilləkəndən sürüməmişlər, ümumiyyətlə qardaşı Şahid8 və oğlu Şahid7 həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. Qeyd edilənlərin heç biri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib göstərdi ki, 19 mart 2021-ci il tarixdə saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsinin icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısında olmuş, həmin vaxtı bacısı Xuraman Məmmədova ilə qəsəbə sakini Təqsirləndirilən şəxs arasında mübahisə başlamasını görüb orada qalmayıb evinə tərəf getməyə başlamış, gedərkən yolda hadisənin baş verdiyi yerə tərəf baxanda Təqsirləndirilən şəxs daş parçası ilə onun bacısı Xuraman Məmmədovanın başından vurmasını görmüşdür. Lakin, bir qədər kənarda olduğundan bacısına kömək edə bilməmişdir. Hadisə vaxtı, o, Təqsirləndirilən şəxs vurmamış və sonuncunun saçından tutmamış, ümumiyyətlə ona toxunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, ki, 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsində anasıgilin evinə tərəf gedəndə təsadüfən bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısından keçəndə bacısı Xuraman onu görüb onun yanına gəlmişdir. O, da bacısı Xuramanla söhbət edəndə Aygül yerdən götürdüyü çay daşı ilə bacısı Xuramanın baş nahiyəsinə vurmuş, buna görə də bacısı Xuramanın baş nahiyəsindən qan axmağa başlamışdır. Zərbənin təsirindən bacısı Xuraman özündən gedib yerə yıxılmışdır. Onlar da onu dərhal Şamaxı mərkəzi rayon xəstəxanasına aparmışlar. Orada bacısı Xuramanı müayinə edib cərrahi əməliyyat etmişlər. Sonradan bilmişdir ki, o, gəlməmişdən əvvəl də bacısı Xuraman və digər bacılarıyla Təqsirləndirilən şəxs arasında həmin yerdə münaqişə baş vermişdir. Təqsirləndirilən şəxs onu vurmamışdır. Aygül bacısı Xuramanın baş nahiyəsinə yerdən daş götürərək vurmuşdur. Həmçinin, Aygül bacısı Simanın barmağına dişi ilə xəsarət yetirmişdir. Eyni zamanda, Simanın saçından tutub dartmışdır. O, təkcə bacısı Xuramanın Aygül tərəfindən daşla vurulmasını görmüşdür. Həmin vaxt bələdiyyə binasının qarşısında çoxlu şəxslər olmuşlar, o, onların konkret olaraq kimlər olmasını bilməmiş və kimlər olmasına fikir verməmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri tamamilə yalan və böhtandır, O, hadisənin əvvəlində orada olmamış, bacıları ilə Aygülün arasında nə baş verdiyini görməmişdir. O, orada olduğu müddətdə Aygül daşla bacısı Xuramanı vurmuşdur. Təqsirləndirilən şəxs qərəzli olaraq onlardan belə yalan məlumatlar vermişdir. O, Aygülə ümumiyyətlə yaxınlaşmamışdır. X6 Əhmədovu həmin vaxtı hadisə yerində görməmişdir. O, hadisə yerinə gələndə Aygül bacısı Xuramanı daşla vurduğu üçün Xuramanı götürüb xəstəxanaya aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, Xuraman Məmmədova onun anasıdır, Zərərçəkmiş şəxs1, Şahid5 və Nuridə Məmmədova onun xalaları, Şahid8 isə onun dayısıdır. Qəsəbə sakini olan Təqsirləndirilən şəxs ilə həmişə münasibəti yaxşı olub, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. 19 mart 2021-ci il tarixdə anası və xalalarına yaşadığı Şəhriyar qəsəbəsində bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısına bayramla əlaqədar olaraq sovqat paylandığını demişlər və həmin vaxtı xalası Nuridəyə veriləcək sovqat yeşiyini daşımaqda kömək etmək üçün həmin gün saat 15 radələrində o, inzibati binaya getmişdir. Həmin vaxt binanın qarşısında xeyli sayda insanlar olmuş, həmin vaxt Şahid5 binanın içərisində olmuş və icra nümayəndəliyinin dəvəti ilə sovqat paylanmasına köməklik üçün gəlmişdir. Digər iki xalası – Nuridə və Sima da binanın qapısının yanında camaatın arasında olmuşlar. Həmin vaxt o, sənədi yoxlatdırmaq üçün inzibati binanın içərisinə daxil olmuşdur. O, içəridə olduğu üçün heç bir mübahisəni görməmişdir. Bir neçə dəqiqə sonra, eşitmişdir ki, binanın qarşısında anasının başını vurub qanadıblar. Buna görə də o, dərhal binanın həyətinə çıxanda görmüşdür ki, anası Xuraman yerə yıxılıb, başından qan axır, xalası Sima və dayısı Şakir də onun yanındadırlar. Həmin vaxt Təqsirləndirilən şəxs, əri Mehman və adını bilmədiyi “Şenka” ləqəbi ilə tanıdığ kürəkəni də evlərinə tərəf qaçıb getmişlər. Buna görə də anası Xuramanı Şamaxı mərkəzi rayon xəstəxanasına aparmışlar. O, dalaşmanın şahidi olmamışdır. Bunlar tamamailə yalan məlumatlardır. Təqsirləndirilən şəxs qərəzli olaraq onlardan belə yalan məlumatlar vermişdir. O, hadisənin şahidi olmasa da, bildiyinə görə anası Xuraman, xalaları Şahid5, Zərərçəkmiş şəxs1, X12rşı heç bir qanunsuz hərəkət etməmişlər, sadəcə Aygül xalası Simanın barmağını dişləyəndə xalası Sima dizi ilə onun çənəsindən vurmuşdur ki, barmağını onun dişindən çıxarsın. Eyni zamanda dayısı Şahid8 və o da həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. O, ümumiyyətlə hadisənin şahidi olmamışdır. Aygülün onların barəsində qeyd etdiklərinin heç bir həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Belə ki, rayon rəhbərliyi tərəfindən qəsəbə ərazisində yaşayan imkansız ailələrə «Novruz bayramı» ilə əlaqədar olaraq bayram sovqatı göndərilmiş, nümayəndəlik tərəfindən həmin sovqatın ailələrə çatdırılması üçün həmin aztəminatlı ailələr müəyyən edilərək 19 mart 2021-ci il tarixdə nümayəndəliyin binasının qarşısına dəvət edilmiş, ailələrin əksəriyyəti dəvətsiz gəlmişlər. Həmin gün o, bayram sovqatının paylanmasına nəzarət etmək üçün inzibati binanın içərisində olmuş, təxminən 4-5 saat ərzində binanın içərisində sovqat paylanmasına nəzarət etmişdir. Təxminən saat 20 radələrində binanın həyətinə çıxanda orada olan şəxslərdən eşitmişdir ki, bir neçə saat əvvəl Təqsirləndirilən şəxs ilə qəsəbə sakinləri olan Xuraman Məmmədova və onun ailə üzvləri arasında münaqişə baş vermişdir. O, özü həmin münaqişənin şahidi olmamış, həmin münaqişənin hansı formada başlayıb davam edib başa çatmasını görməmiş, konkret olaraq kimin kimi vurmasının da şahidi olmamışdır. Qeyd etdiyi kimi, həmin müddətdə o, binanın içərisində sovqatın düzgün bölünməsinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs müraciətində Xuraman Məmmədovanın bacısı Şahid5 inzibati binanın içərisində qapının ağzında əlində taxta (ağac) parçası ilə dayanmasını, o özü qapının ağzında olarkən Rənanın qapını açıb əlindəki taxta parçası ilə onun başından zərbə vurub döyməsini, sonra da qapını bağlayıb içəriyə daxil olmasını göstərsə də, bu hadisəni də görməmiş, çünki o, həmin vaxt sovqatın yanında dayandığından Rənanın Aygülü vurmasını görməmişdir. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, halhazırda Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə sədri işləyir. Şəhriyar qəsəbə sakinləri olan X9, onun bacıları, qardaşı Şahid8 və Təqsirləndirilən şəxs tanıyır. Qəsəbə sakinləri kimi həmin şəxslərin hər biri ilə həmişə münasibəti normal olmuşdur. Onlarla aralarında indiyə kimi ədavət və mübahisə baş verməmişdir. Dövlət tərəfindən Şəhriyar qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ayrılmış sovqatın paylanması məqsədilə, 19 mart 2021-ci il tarixdə icra nümayəndəliyi ilə birlikdə qəsəbədəki inzibati binaya toplaşıb dövlət tərəfindən verilən həmin sovqatı qəsəbə sakinlərinə paylamışlar. Həmin işin təşkilinə o və icra nümayəndəsi Şahid4 ilə birlikdə inzibati binada nəzarət edərək verilən sovqatları tənzimləmişlər. Həmin vaxt saat 15 radələrində onlar inzibati binanın içərisində olarkən, binanın qarşısında toplaşmış vətəndaşlar arasında səs-küy gəlməyə başlamışdır. Bundan sonra o, binadan çıxaraq görmüşdür ki, həmin səs-küy Təqsirləndirilən şəxs ilə Xuraman Məmmədova arasında mübahisəyə səbəb olub, buna görə də onlara burada digər şəxslərin olmasını və sakit olmalarını bildirərək təkrarən inzibati binanın içərisinə qayıtmışdır. Bundan sonra işlərinə davam etmiş və binanın içərisinə qayıtdıqdan sonra başqa bir hadisənin şahidi olmamış və mübahisənin hansı formada davam etməsini, dalaşmanın olmasını görməmiş, çünki, o, həmin vaxt binanın içərisində olmuşdur. Binada olmasının səbəbi də sovqatın paylanmasının tənzimlənməsi olmuşdur. Səs gəldikdən sonra binanın qarşısına çıxaraq Təqsirləndirilən şəxs və Xuraman Məmmmədova arasında mübahisə başlanmasını görüb onlara sakit olmalarını deyərək təkrarən binaya qayıtmışdır. O, qayıdandan sonra həmin yerdə başqa bir hadisənin şahidi olmamışdır. Həmin vaxt binanın qarşısında təxminən 30-35 nəfər şəxs olmuşdur. Lakin, mübahisə edən şəxslərdən başqa orada olan digər şəxslərin konkret olaraq kimlər olmasını isə xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, hazırda o, Şamaxı rayon X21 Təhlükəsizlik Bölməsinin polis sahə nəfəri vəzifəsində, polis baş serjantı xüsusi rütbəsində xidmət edir. Dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılmış sovqat paylarının verilməsi məqsədilə, 19 mart 2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində təşkil ediləcək tədbirlə bağlı dəvət edildikləri üçün həmin tarixdə Şəhriyar qəsəbəsinin icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binada RPŞ-nin İTBnin sahə polis nəfəri, polis baş serjantı Şahid3la birlikdə xidmət aparmışlar. Belə ki, həmin gün saat 15 radələrində xidmət apardıqları inzibati binanın içərisində olduqları vaxt binanın qarşısında səs-küy gəlməyə başlamışdır. Bundan sonra o, polis baş serjantı Şahid3 ilə birlikdə mübahisə edən şəxslərin yanına yaxınlaşmışlar. Həmin vaxt, tanımadıqları bir neçə nəfər qadın biri-birləri ilə dava-dalaş etmişlər. Lakin onlar həmin qadınların heç birini tanımamışlar. Onlar yaxınlaşanda artıq dalaşma qurtarmışdır. Onlar sonradan müəyyən etmişlər ki, dava qəsəbə sakinləri Təqsirləndirilən şəxs ilə Xuraman Məmmədova və sonuncunun bacıları arasında baş vermiş, eyni zamanda Xuraman Məmmədovanın qardaşı Şahid8 da hadisə yerində olmuşdur. Həmin vaxt orada 30-35 nəfərə yaxın şəxs olduğundan və onlar dalaşma yerinə sonradan gəldiklərindən həmin dalaşma zamanı konkret olaraq hansı şəxsin nə ilə hansı şəxsi vurmasını dəqiq görə bilməmişdir. Onlar ora çatanda o, Şahid3 ilə birlikdə həmin şəxsləri biri-birindən ayırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs, Xuraman Məmmədova və Zərərçəkmiş şəxs1 müxtəlif xəsarətlər alması göründüyündən onlar həm Şamaxı RPŞ-nə şikayət etmək, həm də xəstəxanaya müraciət etmək üçün binanın qarşısından aralaşmışlar, lakin, onların yanında qalmayıb binanın qarşısında sakitliyi bərpa edib həmin ərazidə xidmətlərinə davam etməyə başlamışlar. Həmin ərazidə qeyd edilən şəxslər arasında dava-dalaş başlayanda onlar binanın içərisində olmuş, əvvəlcə həmin şəxslərin kim olmasını bilməmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs ilə Xuraman Məmmədova və sonuncunun bacıları, eyni zamanda orada olmuş Şahid8dur. Lakin, onların dalaşmasını görə bilməmiş, çünki onlar hadisə yerinə yaxınlaşanda artıq dalaşma bitmiş, mübahisə davam etmiş və onlar da mübahisəni sakitləşdirmişlər. Həmin vaxtı orada 30-35 nəfər və bəlkə də çox adam toplaşmış, onlar həmin vaxtı bəzən camaatın arasına gəlib, bəzən də binanın içərisinə daxil olmuşlar. X17 binanın qapısını açıb əlindəki taxta parçası ilə Təqsirləndirilən şəxs baş nahiyəsindən 4 dəfə vurmasını görməmişlər. Əgər belə bir hadisə baş vermişdirsə də, ola bilsin ki, onlar binanın içərisində olanda bu hadisə baş vermiş və onlar bunu görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi istintaq aparılması üçün aidiyyəti üzrə Şamaxı rayon X18 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 30 mart 2021-ci il tarixli, 70 saylı ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər–sol təpə nahiyyəsinin əzilmiş yarası küt əşya təsirindən törənmişdir, yetirilmə müddətləri 19.03.2021-ci il tarixə uyğun gəlirlər. X2 almış olduğu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. “Baxış keçirilməsi haqqında” 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində qəsəbənin icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısında yerləşir, hadisə yeri Şəhriyar qəsəbəsinin tam mərkəzində yerləşməklə qəsəbənin əsas yolunun kənarında vətəndaşların mütəmadi hərəkətdə toplaşdığı yerdə yerləşir və hadisə yeri ictimai yerdir. Baxış keçirilən zaman hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşyalar. Yəni Təqsirləndirilən şəxs Xuraman Məmmədovanı vurduğu daş parçası və Şahid5 Təqsirləndirilən şəxs vurduğu ağac parçasını tapmaq mümkün olmamışdır. Baxış keçirilməsi zamanı hadisə yerinin fotoları çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 16 aprel 2021-ci il tarixli, 71 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər–alın nahiyyəsinin, sol qaşüstü nahiyənin və sol gözün üst qapağının qançırları küt əşya təsirindən törənmişlər, yetirilmə müddətləri 19.03.2021-ci il tarixə uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X25 X7 Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 aprel 2021-ci il tarixli, 247 nömrəli məktubunun surətindən görünür ki, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 07.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə İƏD-si üzrə icra nümayəndəliyinin 30 iyun 2021-ci il tarixli, 355 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1968-ci il təvəllüdlü Şahid6 Mövlan oğlu, oğlanları- 1994-cü il təvəllüdlü X14, 1999-cu il təvəlüdlü X15 və 2002-ci il təvəllüdlü X13 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə İƏD-si üzrə icra nümayəndəliyi tərəfindən 30 iyun 2021-ci il tarixdə X1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi məlumatlar daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çğırış üzrə Dövlət Xidmətinin Şamaxı ASAN xidmət Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli vətəndaşın həqiqi hərbi xidmətə göndərilməsinə dair elektron arayışdan görünür ki, X14 05 yanvar 2013- 01 iyul 2014, 22 oktyabr 2020-09 dekabr 2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Zərərçəkmiş şəxs1 ərizəsində götərmişdirki, Təqsirləndirilən şəxs ilə barşmışdır, ona dəyən ziyan ödənildiyindən şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs Əhmədova (Məmmədova) Xuraman Mail qızı ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barşmışdır, ona dəyən ziyan ödənildiyindən şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və oğlu X5 22 oktyabr 2020-09 dekabr 2020-ci il tarixlərdə Vətən müharibəsində iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar