Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-87/2022 19.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid4, Şahid6, X1, Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə 02 may 1979-cu ildə Şamaxı rayonu Quşçu kəndində anadan olumş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Quşçu kənd tam orta məktəbində Uşaq Birliyinin rəhbəri vəzifəsində işləyən, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələri ilə, xx xxx 1998-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Ocaq” marketdə administrator işləyən, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla, Şamaxı şəhəri, M.Bayramov küçəsi 48a saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmiş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə vəkillik faəliyyəti ilə məşğul olduğunu bildirərək formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid4 məhkəmədə olan işi və “Muğan” bankla yaranmış mübahisəsini həll etmək adı ilə 12 yanvar 2022-ci il tarixdə özünə məxsus **********665460 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartına Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində yerləşən “AY store” mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 3000 (üç min) manat və 2022-ci ilin fevral ayında Şahid6 hissə-hissə olmaqla Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə Şahid5 məxsus avtomobildə əlbəəl 1000 (min) manat olmaqla ümumilikdə 4000 (dörd min) manat, 03 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə 100 (yüz) manat məbləğində pul vəsaitini onun cinayətkar fəaliyyətindən xəbəri olmayan Şahid14 məxsus **********829815 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartına, 21 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “ARMOSTORE” mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 50 (əlli) manat məbləğində pul vəsaitini özünə məxsus **********665460 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartına köçürülməsini təmin etmiş və 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Şahid4 yaşadığı ünvan 4 ünvanında sonuncudan hissə-hissə olmaqla 11600 (on bir min altı yüz) manat və 2022-ci ilin fevral ayında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə Şahid5 məxsus avtomobildə əlbəəl 500 (beş yüz) manat olmaqla ümumilikdə 16100 (on altı min yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid4, Şahid6 və Şahid5 təhrik etmişdir. Həmçinin o, 11 mart 2022-ci il tarixdə, saat 16 radələrində, ictimai yer hesab olunan Şamaxı şəhəri, X34 küçəsində yerləşən “Ocaq” marketin qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə çoxsaylı vətəndaşların gözləri önündə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə təxminən 10 dəqiqə müddət ərzində, qardaşı Təqsirləndirilən şəxs1 digər şəxslərlə dalaşmasını görərək Zərərçəkmiş şəxs2, Şahid1 və Zərərçəkmiş şəxs1 ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs1 bud nahiyəsindən qəsdən vuraraq ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bud nahiyəsinin qançırı xəsarəti yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən bir qrup şəxs halında qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 11 mart 2022-ci il tarixdə, saat 16 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri, X34 küçəsində yerləşən “Ocaq” marketin ilk öncə içərisində, daha sonra isə qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında həmin marketin qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə çoxsaylı vətəndaşların gözləri önündə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə təxminən 10-15 dəqiqə müddət ərzində, Zərərçəkmiş şəxs2, Şahid1 və Zərərçəkmiş şəxs1 ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, münaqişənin mağazanın içərisində və qarşısında olan hissələrində yumruq və təpiklə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boynun sağ yan tərəfinin qançırı xəsarəti, münaqişənin mağazanın qarşısında olan hissəsində isə silah qismində istifadə еtdiyi taxta parçası ilə qəsdən Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən vuraraq ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boyun nahiyəsinin arxa səthinin qançırı xəsarəti yetriməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid6 və Şahid4 tanıyır, həmin şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur, onların ərizələrində yazmış olduqları qismən yalandır. Belə ki, təxminən 2021-ci iyul ayında Bakı şəhərində “Şamaxinka” adlanan yerdə taksidə oturan zaman daha sonra adının Reyhan olduğunu öyrəndiyi bir xanımın telefonla söhbət etdiyinin şahidi olmuş, Şahid6 telefonla danışdığı şəxsə borc götürdüyünü, intihar etmək həddinə çatdığını demiş, daha sonra o, Şahid6 danışdığı söhbətin şahidi olduğunu və buna görə də Şamaxı rayon prokurorluğuna müraciət etməsini bildirmiş, Şahid6 ilə söhbətləri olan zaman Şahid6 ona Bakı şəhərində yaşayan tanışı Şahid4 banka 27500 manat borcu olduğunu və buna görə də evinə icra məmurlarının gəlməsi ilə bağlı bir problemi olduğunu bildirmiş, o da Şahid6 heç bir problemin olmadığını və ona köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Şahid6 ilə birlikdə Bakı şəhərində Şahid4 ilə görüşmüş, Şahid4 ilə görüş zamanı sonuncu ona hal-hazırda xatırlamadığı ayın 17-də banka olan borcu ilə bağlı yaşadığı evdən çıxarılacağını bildirmiş, o, həmin məsələni aydınlaşdırmaq məqsədilə Nizami rayon icra və probasiya şöbəsinə yaxınlaşmış, adını hazırda xatırlamadığı icra məmurundan Şahid4 banka nə qədər borcu olub-olmamasını soruşmuş, orada ona Muğan banka yaxınlaşaraq məsələni oradan dəqiqləşdirilməsi bildirilmiş, daha sonra o, Muğan banka yaxınlaşan zaman orada ona Şahid4 borcu ilə bağlı məlumat verilə bilməyəcəyi, bunun üçün etibarnamənin zəruri olduğu bildirilmişdir. Bundan sonra o, Şahid4 yaşadığı evə gedərək məsələni həll etmək üçün ilkin olaraq 3500 (üç min beş yüz) manat pul lazım olduğunu demiş, Şahid4 3500 (üç min beş yüz) manat pulu kimə verəcəyi barədə heç bir şey deməmiş, Şahid4 da ondan bu barədə heç bir söz soruşmamış, bundan sonra Şahid4 ona hazırda xatırlamadığı notariat kontorunda Muğan bankda onun adından iştirak etmək üçün etibarnamə vermiş, etibarnamə ona verildikdən sonra o, Muğan bankın Bakı şəhəri Nərimanov rayonunda yerləşən baş ofisinə getmiş, orada Ramin adlı əməkdaşa yaxınlaşmış, Ramin ona Şahid4 banka 27500 (iyirmi yeddi min beş yüz) manat borcu olduğunu və həmin pulu 3 (üç) hissədə ödəməyə şərait yarada biləcəyini bildirmiş, bunun müqabilində Ramin ondan rüşvət tələb etməmiş o Raminə bu barədə heç bir təklif etməmişdir. O, bu barədə Şahid4 məlumat verdikdən sonra Şahid4 ona 27500 (iyirmi yeddi min beş yüz) manat pulu 3 (üç) hissədə ödəməyə razı olduğunu demiş, bundan sonra Şahid4 ilkin olaraq 100 (yüz) manat pulu ona məxsus Kapital Banka aid olan “Bir kart” adlanan kartına köçürmüş, həmçinin, Şahid4 bankda 4 (dörd) ay möhlət alacağını və bunun qarşılığında Şahid4 ona 500 (beş yüz) manat pul verəcəyini demiş, banka getdikdən bir gün sonra Şamaxı şəhərində yerləşən Çingiz adlı şəxsə məxsus “Bənövşə” adlı restoranda tanışı Şahid7 ilə oturub söhbət edən zaman Şahid7 Muğan bankın işçisi Ramin adlı şəxsin bir nəfər qadını evindən çıxardığını deyib Raminin ünvanına təhqiramiz sözlər işlədən zaman həmin restoranda ondan bir qədər aralıda əyləşmiş sonradan adının Gülxanım olduğunu bildiyi qadın stoldan ayağa qalxaraq Raminin onun qohumu olmasını, buna görə Ramini söyməməsini bildirmiş, o, Şahid4 məsələsini Gülxanıma danışmış, Şahid7 da ona Gülxanımı tanıdığnı, onun vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, Gülxanım ondan Raminin nömrəsini alaraq öz istifadəsində olan mobil telefon vasitəsilə Raminə zəng etmiş, Raminlə bir qədər telefonda danışdıqdan sonra Raminlə axşam gəlib evlərində görüşəcəyini demiş və telefonu söndürmüş, bundan sonra Gülxanım ona vəkil olduğunu, əlinin hər yerə çatdığını, Şahid4 işinə köməklik edə biləcəyini demişdir. O, Gülxanıma bu işin müqabilində ona nə qədər pul verəcəyini soruşduqda Gülxanım ona “nə qədər verə bilərsən indi ver qalanında lazım olduqca sənə deyəcəm” demiş, o da Gülxanıma hazırda 1000 (min) manat pul verə biləcəyini bildirmiş, söhbət gedən zaman Şahid7 da orada olmuş, bir qədər sonra üçü də restorandan çölə çıxaraq Şahid7 məxsus olan VAZ 2109 markalı avtomobilə əyləşmiş, Gülxanım Avtovağzaldan Bakı şəhərinə onu yola salmağı xahiş etmiş, avtomobil Şamaxı şəhərində yerləşən “VİP” adlı marketin yanına çatanda o, Gülxanıma 1000 (min) manat pul vermiş, Gülxanıma 1000 (min) manat pul verməsinin Elçin də şahidi olmuş, Gülxanıma verdiyi 1000 (min) manat pulun hamısı 100 (yüz) manatlıq əskinazlardan ibarət olmuşdur. Gülxanımı avtovağzaldan taksi ilə Bakı şəhərinə yola saldıqdan sonra Gülxanım ona zəng edərək Şahid4 evinin qiymətləndirilməli olduğunu bildirmiş, o, Şahid6 mobil telefon nömrəsini “Whatsapp” proqramı vasitəsilə Gülxanıma göndərmiş, bundan sonra Gülxanım bir nəfər oğlanla gedərək Z.Əliyavaya məxsus evin şəkillərini çəkib və kitab şəklində şəkilləri çap edərək Bənövşə restoranında onunla görüşərək ona vermiş və bunun üçün Gülxanım ondan 350 (üç yüz əlli) manat pul tələb ermiş, Şahid7 yanında Gülxanıma 350 (üç yüz əlli) manat pul vermiş və həmin jurnalı götürərək Şahid6 vermişdir. Bundan sonra Gülxanım özünün istifadəsində olan hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Raminlə danışdığını məsələnin tezliklə həll olunacağını plastik kartına təcili 200 (iki yüz) manat pul göndərməyini bildirmiş və kartının şəklini Şahid7 telefonuna göndərmiş, Şahid7 ilə birlikdə 200 (iki yüz) manat pulu Mərəzədə xatırlamadığı marketdən Gülxanımın kartına göndərmiş, bundan təxminən 2-3 gün sonra Şahid4 ona zəng edərək icra qrupundan zəng edildiyini, məsələnin həll edilmədiyini bildirmiş, bu məqsədlə Gülxanım ilə görüşmək üçün Şahid7la Bakı şəhərinə getmiş, Gülxanıma zəng edərək məsələni nə üçün həll etmədiyini Şahid4 narazılıq etdiyini bildirmiş lakin, Gülxanım işinin çox olduğunu həmin məsələ ilə məşğul olduğunu bildirərək onlarla görüşməkdən imtina etmiş və bu məsələ ilə bağlı təcili 200 (iki yüz) manat pul lazım olduğunu bildirmiş, o da Şahid7la birlikdə Gülxanımın plastik kartına 20 yanvar metro stansiyasının yaxınlığında olan e-manat aparatı vasitəsilə 200 (iki yüz) manat pul göndərmiş, Gülxanıma terminal vasitəsilə göndərdiyi pulların qəbzlərini isə Elçin götürmüşdür. Bundan təxminən 3-4 gün sonra Gülxanım ona zəng edərək artıq işin həll edilmə mərhələsində olduğunu bunun üçün təcili olaraq 1600 (min altı yüz) manat pul lazım olduğunu demiş, o, Bakı şəhərinə gedərək Şamaxinka adlanan ərazidə 1600 (min altı yüz) manat pulu əlbəəl Gülxanıma vermiş, həmin vaxt Gülxanım ora Mercedes Benz 190 markalı avtomobillə gəlmiş, avtomobili idarə edən şəxsin təxminən 50-55 yaşı olmuşdur. Şahid4 aldığı 3500 (üç min beş yüz) manat puldan qalan 150 (yüz əlli) manat pulu isə özü xərcləmişdir. Bundan sonra 2021-ci ilin sonlarında 600 (altı yüz) manat pulu o, Şahid4 vəkilə etibarnamə verilməsi üçün almış, lakin, daha sonra işlər alınmadığından 600 (altı yüz) manat pulu özü xərcləmiş, vəkilə həmin pulu verməmiş, Gülxanımla dəfələrlə əlaqə saxlasa da Gülxanım onun zənglərinə cavab verməmiş və Gülxanıma verdiyi pulların müqabilində Şahid4 heç bir köməklik göstərməmiş, bundan başqa Şahid4 300 (üç yüz) manatı öz xərcləri üçün, Şahid4 qardaşı Şahid5 isə 500 (beş yüz) manat pulu Gülxanıma vermək üçün almış, həmin 500 (beş yüz) manatı almaqda məqsədi əvvəl aldığı 600 (altı yüz) manat pulu xərcləməyi olmuşdur. Belə ki, 2022-ci ilin əvvəllərində Gülxanım ona zəng edərək vəkil tapdığını bildirərək işi həll edə biləcəyini bildirmiş, daha sonra yenidən Gülxanımla əlaqə yaratmaq mümkün olmadığından o, 600 (altı yüz) manatı Gülxanıma təqdim edə bilməmiş və həmin pulu özü xərcləmişdir. Şahid6 almış olduğu 3000 (üç min) manat pulu isə öz xərcləri üçün istifadə etmiş, belə ki, Şahid6, Gülxanım, Gülxanımın sürücüsü, Ramin adlı bank işçinin bacanağı və digər tanımadığı şəxslə Şamaxinka adlanan ərazidə görüşmüş və Şahid6 Şahid4 işinin həll olunması üçün vəkil tapıldığını və təcili olaraq 3000 (üç min) manat pul lazım olduğunu demiş, həmin günün səhəri Şahid6 onun bank kartına 3000 (üç min) manat pul köçürmüşdür. 11 mart 2022-ci il tarixdə günorta namazından geri qayıdan zaman hal-hazırda xatırlamadığı, birlikdə namaz qıldığı şəxsin avtomobili ilə Ocaq marketin yaxınlığında düşmüş, təxminən 10 dəqiqə həmin ərazidə yerləşən paltar dükanının qarşısında tanıdığı şəxslərlə söhbət edən zaman Ocaq marketin qarşısında mübahisə olduğunu görmüş, bu zaman kimlərin mübahisə etməyi maraqlı gəldiyindən o istiqamətə getmiş, Ocaq marketin qabağına yaxınlaşan zaman qardaşı Sahib Niftalıyevin bir neçə nəfər tanımadığı şəxslərlə mübahisə etdiyini görmüş, bu zaman qardaşının mübahisə etməyi ona pis təsir etdiyindən o, mübahisəyə daxil olmuş, mübahisəyə daxil olan zaman məqsədi mübahisə edənləri sakitləşdirmək olmuş, lakin, orada olan tanımadığı şəxslər Təqsirləndirilən şəxs1 vurduqları üçün o da özünü ələ ala bilməyib həmin vaxtı tanımadığı, sonradan adının Elnur olduğunu öyrəndiyi şəxsin ayaq nahiyəsinə bir dəfə təpiklə zərbə endirmiş, daha sonra o, həmin şəxsləri sakitləşdirərək aralamaq istəmiş, eyni zamanda əraziyə post patrul xidmətinin əməkdaşları gəlmiş və orada olan mübahisə edən şəxsləri rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində Şahid6 yalan danışdığını, Şahid6 köməklik edə biləcəyini dediyini və Şahid6 məsləhət verdiyini, vəkillik fəaliyyəti ilə məşğul olmağı barədə heç bir söz demədiyini, Elman adlı tanışının yanında Şahid4 ümumiyyətlə pul almadığını, ümumilikdə dekabr ayının sonuna kimi Şahid4 5100 (beş min yüz) manat pul aldığını, R. Məlikli ilə Şamaxı rayon məhkəməsinin qarışısında görüşdüyünü və görüşməkdə məqsədi Şahid6 məhkəməyə aparmaq olduğunu, belə ki, Şahid6 ona zəng edərək prosesin olduğunu və onu məhkəməyə aparmağını xahiş etdiyini, o da Şahid6 məhkəməyə apardığını, Şahid6 vəkillərin məhkəməyə buraxılmamağı ilə bağlı hər hansı bir söz demədiyni məhkəmədə Şahid6 cərimələndikdən sonra onu Bakı şəhərinə yola saldığını, Şamaxı rayon məhkəməsinin hakimi Etibar müəllimi tanımağı və işi yoluna qoyaraq cəriməni sildirəcəyi ilə bağlı heç bir söz demədiyini, Şahid6 zəng edərək Şahid4 işi ilə bağlı yanvar ayının 14-nə kimi pul verilməyəcəyi təqdirdə evindən çıxaralacağını bildirdiyini, bundan sonra ifadəsinin əvvəlində də qeyd etdiyi kimi Şahid6, Gülxanım, Gülxanımın sürücüsü, Ramin adlı bank işçinin bacanağı və digər tanımadığı şəxslə Şamaxinka adlanan ərazidə görüşdüyünü və Şahid6 Şahid4 işinin həll olunması üçün vəkil tapıldığını və təcili olaraq 3000 manat pul lazım olduğunu dediyini, həmin günün səhəri Şahid6 onun bank kartına 3000 (üç min) manat pulu köçürdüyünü, səs yazılarındakı Eyvaz adlı şəxsin özü olduğunu, ona təqdim edilən səs yazısı 1.m4a faylındakı səs yazısındakı səsin ona məxsus olduğunu, Şahid6 tərəfindən istintaqa təqdim edilən səs yazısı 2.m4a faylındakı səs yazılarındakı danışıqların ona, Şahid5, Şahid6 məxsus olduğunu, orada Nara xanım kimi adı keçən şəxsin Şahid6 olduğunu, ona təqdim edilən səs yazısı 3.m4a faylındakı danışıqların ona, Şahid5, tanışı Şahid7 məxsus olduğundan, səs yazısı 1.m4a adlı fayldakı səs yazısında Etibar adlı şəxs dedikdə Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətovu nəzərdə tutduğunu, həmin vaxt əsəbi olduğun onun adını çəkdiyini, tərəfindən Etibar Hümbətova heç bir məbləğdə pul verilmədiyini, ümumiyyətlə E.Hümbətovu görmədiyini, həmin məbləği müxtəlif yerlərdə eyş-işrət işlərinə xərclədiyini, Şahid6 ona təyin edilmiş cərimənin silinməsi məqsədilə pul almadığını, ona təqdim edilən əməliyyat nömrələri ********** və ********** olan ödəniş qəbzlərində göstərilən 3000 (üç min) manat və 50 (əlli) manat məbləğin 3000 (üç min) manatını onun hesabına müvafiq olaraq Şahid6, 50 (əlli) manatını isə Şahid4 tərəfindən köçürüldüyünü, ona təqdim edilən əməliyyat nömrəsi ********** olan ödəniş qəbzində göstərilmiş 100 (yüz) manat məbləğin Quba rayonunda yaşayan tnaışı Şahid14 bank hesabına köçürüldüyünü, həmin vaxt öz kartı olmadığından pulun həmin karta köçürülməsi üçün kartı Şahid4 göndərdiyini, daha sonra özünə Kapital Bankda kart açdırdığı üçün bütün ödənişlərin öz kartına köçürüldüyünü, Şahid6 tərəfindən təqdim edilən pulu eyş-işrət məclislərində xərclədiyini, Şahid4 tərəfindən təqdim edilən pulları isə ifadəsinin əvvəlində göstərdiyi formada xərclədiyini, Şahid6 konkret olaraq 3000 (üç min) manat, Şahid4 isə 5100 (beş min yüz) manat pul aldığını, Şahid6 tərəfindən 3000 (üç min) manat pulun onun kartına köçürüldüyünü, 1000 (min) manatın isə onun kartına köçürülmədiyini, Şahid6 tərəfindən təqdim edilən CD diskdəki video görüntülərdə olan şəxslərin özü, Şahid6, Şahid4 qardaşı Şahid5 olduğunu, görüntüləri çəkən şəxsin bildiyi qədərilə Şahid4 qızı Ülkər İsayeva olduğunu, həmin görüntülərin Bakı şəhərində Şahid4 evində çəkildiyini, Elçin və Elman adlı şəxslərin onun tanışı olduğunu və həmin proseslərdə yalnız tanışı kimi iştirak etdiyini, ifadəsinin əvvəlində də qeyd etidiyi kimi 3500 (üç min beş yüz) manat pulun 3350 (üç min üç yüz əlli) manatını hissə-hissə Gülxanım adlı qadına verdiyini, Gülxanımın da həmin pulu ondan alan zaman icra qrupuna verəcəyini bildirdiyini, konkret olaraq 3350 (üç min üç yüz əlli) manatı Gülxanıma verdiyini, 150 (yüz əlli) manatı isə özü üçün xərclədiyini, Şahid6 və Şahid4 tərəfindən ona ümumilikdə 8100 (səkkiz min yüz) manat pul verildiyini, həmin məbləğin 4750 (dörd min yeddi yüz əlli) manatını öz şəxsi ehtiyacları üçün xərclədiyini, 3350 (üç min üç yüz əlli) manatı isə Gülxanım adlı şəxsə Şahid4 işinin həll edilməsi üçün verdiyini, səs yazısında dediyi 12000 (on iki min) manat söhbəti Şahid4 banka ödəməli olduğu məbləğ olduğunu, Gülxanımın bankı məhkəməyə verəcəyini və bankın Şahid4 12000 (on iki min) manat pul qaytaracağını bildirmişdir. 11 mart 2022-ci il tarixdə Ocaq marketin qarşısında baş vermiş mübahisə zamanı hər hansı bir xəsarət almadığını, yalnız həmin mübahisə zamanı əynində olan gödəkçənin sağ qolaltı nahiyəsinin cırıldığını, Ocaq marketin qarşısında baş vermiş mübahisəyə müdaxilə etmə səbəbi qardaşı Sahib Niftalıyevin orada tanımadığı şəxslərlə mübahisə etməyi və həmin şəxslərin onu vurması olduğunu, bu səbəbdən də hislərinə hakim ola bilməyib qardaşını müdafiə etmək üçün mübahisəyə müdaxilə etdiyini, baş vermiş mübahisə zamanı nə onun ünvanına nə də tərəfindən kiminsə ünvanına nalayiq ifadələr işlədilmədiyini, Zərərçəkmiş şəxs2 adlı şəxsi tanımadığını və ona həmin xəsarətlərin kim tərəfindən yetirilməsi və nə ilə yetirilməsi barədə məlumatı olmadığını, ümumiyyətlə mübahisə baş verən zaman Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımadığını, lakin daha sonra həmin şəxslə bir məhlədə yaşadığını öyrəndiyini, Zərərçəkmiş şəxs1 həmin xəsarətlərin kim tərəfindən yetirilməsi və nə ilə yetirilməsi barədə məlumatı olmadığını, qardaşı Sahib Niftalıyevin xəsarətləri baş vermiş mübahisə zamanı aldığını lakin, konkret olaraq kim tərəfindən və nə ilə həmin xəsarətlərin yetirilməsi barədə məlumatı olmadığını, əvvəllər Zərərçəkmiş şəxs2la, Zərərçəkmiş şəxs1la və Şahid1la heç bir münasibəti və mübahisəsi olmadığını, Zərərçəkmiş şəxs2 adlı şəxsi ümumiyyətlə tanımadığını, Zərərçəkmiş şəxs1 sonradan öyrəndiyi qədərilə onunla bir məhlədə yaşadığını, Şahid1 isə sonradan öyrəndiyi qədərilə dostluq etdiyi Kamil adlı şəxsin oğlu olduğunu, baş vermiş mübahisə zamanı içkili olmadığını və ümumiyyətlə spirtli içki qəbul etmədiyini, Ocaq marketin qarşısında baş verənləri düzgün və dəqiq olaraq xatırladığını, mübahisənin təxminən 5 dəqiqə ərzində davam etdiyini, daha sonra öyrəndiyi qədərilə mübahisənin ilkin olaraq marketin içərisində başladığını, marketin qarşısında dava düşəndə artıq zorakılıq baş verdiyini başa düşdüyünü, mübahisəyə daxil olmaqda məqsədi dalaşanları ayırmaq və polisə təhvil vermək olduğunu, mübahisə zamanı qara rəngli gödəkçə (papağı qırmızı rəngli olan), göy rəngli cins şalvar, tünd qəhvəyi rəngli köynək geyindiyini, ona məxsus yalnız üzərində olan gödəkçənin sağ qolunun tikişlərinin söküldüyünü, digər əşyaların zədələnmədiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 tərəfindən hər hansı bir alətdən istifadə edilməyini görmədiyini, qardaşı Sahib Niftalıyevin isə mübahisə zamanı marketin qarşısına yığılmış taxta parçalarından birini götürüb həmin şəxlsərin üzərinə getdiyini gördüyünü, lakin həmin taxta parçası ilə onları vurmağını görmədiyini, həmin vaxt orada çox sayda insan olduğundan və gözü də zəif gördüyündən həmin taxta parçası ilə kimi vurmasını görmədiyini, baş vermiş mübahisə zamanı tanıdığı şəxslərdən Şahid2 orada olduğunu və Şahid2 mübahisəni sakitləşdirməyə, dalaşan şəxsləri ayırmağa çalışdığını, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 ilə münaqişə etmədiyini belə ki, qardaşının mübahisə etməyini görüb söhbətə müdaxilə etdiyini, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs1 münaqişə etdiyi şəxslərin kimlər olmasını bilmədiyini, sonradan həmin şəxslərin Şamaxı şəhər sakinləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 olduqlarını bildiyini, ona təqdim edilən video-2022-04-07-16-47-10.mp4 adlı video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin qardaşı Sahib Niftalıyev olduğunu, Təqsirləndirilən şəxs1 qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan şəxs isə qardaşının iş yoldaşı Şahid2 olduğunu, onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan, əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxsləri isə tanımadığını, görüntünün 00:31-ci saniyəsində qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin qardaşı Sahib Niftalıyev olduğunu, tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxsi isə tanımadığını, görüntünün 00:35-ci saniyəsində əynində qara rəngli gödəkçə olan (kapişonunun iç hissəsi qırmızı rəngli) şəxsin, görüntüdə görünən və 00:43-cü saniyədə Zərərçəkmiş şəxs1 təpiklə vuran şəxsin özü olduğunu bildirmişdir.Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rayon prokurorluğunda xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini təsdiq edir, barəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra qardaşı Şirvan Niftalıyev istintaq təcridxanasına gələrək onun hansı səbəbdən həbs olunmağı barədə maraqlanmış, o da qardaşı Şirvan Niftalıyevə baş verənləri danışmış və dəymiş ziyanın Şahid6, Şahid4 və Şahid5 tam şəkildə ödəməyini bildirmiş, Şahid6 və Şahid4 ümumilikdə 8100 (səkkiz min yüz) manat pul almış, lakin, həbs edildikdən sonra həmin şəxslərin şikayətlərini geri götürməsi üçün tələb etdikləri 16100 (on altı min yüz) manat məbləğ qardaşı Şirvan Niftalıyev tərəfindən tam məbləğdə onlara geri ödənilmiş, 11 mart 2022-ci il tarixdə Şamaxı rayonu ərazisində yerləşən Ocaq marketin qarşısında baş vermiş mübahisə ilə bağlı qeyd edir ki, günorta namazından geri qayıdan zaman halhazırda xatırlamadığı, birlikdə namaz qıldığı şəxsin avtomobili ilə Ocaq marketin yaxınlığında düşmüş, təxminən 10 dəqiqə həmin ərazidə yerləşən paltar dükanının qarşısında tanış şəxslərlə söhbət edən zaman Ocaq marketin qarşısında mübahisə olduğunu görmüş, bu zaman kimlərin mübahisə etməsi ona maraqlı gəldiyindən o həmin istiqamətə getmiş, Ocaq marketin qabağına yaxınlaşan zaman qardaşı Sahib Nifdalıyevin bir neçə nəfər tanımadığı şəxslərlə mübahisə etdiyini görmüş, bu zaman qardaşının mübahisə etməyi ona pis təsir etdiyindən o, mübahisəyə daxil olmuş, mübahisəyə daxil olan zaman məqsədi mübahisə edənləri sakitləşdirmək olmuş, lakin, orada olan tanımadığı şəxslər qardaşını vurduqları üçün o da özünü ələ ala bilməyib həmin vaxtı tanımadığı, sonradan adının Elnur olduğunu öyrəndiyi şəxsin ayaq nahiyəsinə bir dəfə təpiklə zərbə endirmiş, daha sonra həmin şəxsləri sakitləşdirərək aralamaq istəmiş, bu müddət ərzində əraziyə post patrul xidmətinin əməkdaşları gəlmiş və orada olan mübahisə edən şəxsləri rayon polis şöbəsinə aparmış, baş vermiş mübahisə zamanı heç kimə xəsarət yetirilməmiş və heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından hal-hazıradək Şamaxı şəhəri ərazisində yerləşən Ocaq marketdə əvvəlcə fəhlə daha sonra administrator vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işlədiyi Ocaq marketdə iş prosesi ilə əlaqədar olaraq Azərsun şirkətinin işçiləri olaraq tanımış, Şahid1 isə ümumiyyətlə əvvəllər tanımamış, həmin şəxslərlə heç bir qohumluq və düşmənçilik münasibəti olmamış, 11 mart 2022-ci il tarixdə mən Ocaq marketdə işdə olan zaman təxminən saat 16 radələrində marketin içərisində yağ satılan bölmədə səs-küy gəldiyini eşidib o tərəfə getmiş, yağ satılan bölməyə çatdıqda orada Şahid9 və Zərərçəkmiş şəxs2 yağ satılan vitrinin mobil telefon ilə fotoşəklini çəkdiklərini və İradə adlı şəxsin isə onlarla söz mübahisəsi etdiyini görmüş, Şahid9 və Şahid8 Azərsun şirkətinin işçisi olmaqla vəzifələri marketdə olan ərzaqların vitrinə düzülməsindən ibarət olmuş, Şahid8 yalnız “kristiyanski”, “kalinka”, “supersun” markalı yağların vitrinə düzülüşü və satışını, Şahid9 isə Azərsun şirkətinə məxsus digər ərzaqların vitrinə düzülüşünə nəzarəti həyata keçirmiş, o, yağ satılan vitrinə çatdıqda Şahid8 Şahid9la söz mübahisəsi etdiyini görmüş, Şahid8 Şahid9 “nə üçün onun boş vitrininin şəklini çəkdiyini, onun “çörəyinə” dəydiyini, gedib öz vitrinin şəklini çəkib qrupa atmağını Şahid9 demiş, Şahid9 isə “nə üçün yağların iki gün anbarda olmasına baxmayaraq onları vitrinə düzməməsinə görə Şahid8 irad tutmuş və bu barədə rəhbərliyə məlumat verəcəyini bildirmişdir. O, bu zaman onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Şahid8 ona olanları danışmış, o isə Şahid9 nə üçün vitrinin şəklini çəkib bu barədə rəhbərliyə məlumat verməsini, buna görə həm Şahid8 həm də ona söz gələcəyini bildirmiş, Şahid9 isə ona məhəl qoymayaraq bu barədə zəng edərək rəhbərliyə telefon vasitəsilə məlumat vermiş, o, isə Şahid9 çəkdiyi şəkillərin telefondan silməsini bildirmiş, Şahid9 isə şəkilləri silməyəcəyini bildirmiş, bundan sonra isə Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq şəkilləri silməyəcəyini və buna görə ona nə edəcəyini soruşmuş, o, isə cavabında şəkilləri problem yaranmamağı üçün şəkilləri silməsini bildirmiş, beləliklə aralarında söz mübahisəsi yaranmış və Zərərçəkmiş şəxs2 marketin içərisində onu nalayiq formada təhqir etmiş, o isə Zərərçəkmiş şəxs2 çıxıb marketdən kənarda söhbət etməyi bildirmiş, onlar mübahisə etdikləri üçün marketin içərisində olan şəxslər onları sakitləşdirməyə gəlmiş və həmin zaman Zərərçəkmiş şəxs2 marketin digər istiqaməti tərəfə onu isə əks istiqamətə aparmışlar, marketin qarşısına çıxdıqdan sonra onunla Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 və adlarını bilmədiyi şəxslər onun üzərinə düşərək onu vurmağa və xəsarət yetirməyə başlamış və Ocaq marketin qarşısında dava düşmüş, baş vermiş dava zamanı ora toplaşan insanlar və daha sonra gələn polis əməkdaşları onları ayıraraq onunla Dövlət ittihamçısı rayon polis şöbəsinə aparmış, digər şəxslər yəni Zərərçəkmiş şəxs2 və Şahid1 isə hadisə yerindən qaçaraq oradan uzaqlaşmışlar. Mübahisədən sonra onlar öz aralarında olan anlaşılmazlığı həll edərək barışmış, törətdiyi əməldə peşmandır və hal-hazırda baş vermiş mübahisə ilə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Hər şey anidən baş vermiş, o Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 isə onun üzərinə gəlmiş, marketin qarşısında isə çölə çıxan əsəbi olduğu üçün onların üzərinə getmiş, Ocaq marketin qarşısında onu Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 vurmuş, onların onu vurması nəticəsində başının arxasından, kürəyindən həmçinin qolundan xəsarət almış, qolu sıyrılmış, Zərərçəkmiş şəxs2 Ocaq marketin içərisində onu təhqir etdiyi üçün təpiklə vurmuş, daha sonra Ocaq marketin qarşısında Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 onu təhqir etdikləri üçün taxta ilə onları vurmuş, baş vermiş mübahisə zamanı spirtli içkinin təsiri altında olmamış, ümumiyyətlə spritli içki qəbul etməmiş, Ocaq marketin içərisində mübahisə təxminən beş dəqiqə, marketin qarşısında isə təxminən beş dəqiqə olmaqla ümumilikdə təxminən on dəqiqə baş vermiş, hücum anında Zərərçəkmiş şəxs2 onun üstünə cumaraq dalaşmış, Dövlət ittihamçısı və Şahid1 marketin içərisində Zərərçəkmiş şəxs2 və Şahid9 ilə mübahisə edərkən görməmiş, Dövlət ittihamçısı və Şahid1 marketin qarşısında Zərərçəkmiş şəxs2 onu təhqir etdiyi üçün onlara yumruq atandan sonra görmüş, belə ki onlar Zərərçəkmiş şəxs2 müdafiə edərək onun üstünə hücum etmiş, baş vermiş mübahisə zamanı ona məxsus yalnız üzərində olan gödəkçə sökülmüş, üzərində olan digər əşya yəni telefon zədələnməmiş, orada olan digər əşyaların zədələnməsini bilmir, mübahisə zamanı Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 heç bir alətdən istifadə etməmiş, sadəcə yumruq və təpiklə onunla dalaşmış, dava düşdükdən sonra Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 hansının hansı tərəfdən onu vurmasını xatırlamır, sadəcə ona müxtəlif yerlərdən yumruq və təpik dəydiyini xatırlayır, Şahid9 və Zərərçəkmiş şəxs2 boş vitrinlərin şəklini çəkdikləri üçün aralarında mübahisə yaranmış, daha sonra Ocaq marketin qarşısında dava düşmüş, əsəbi olduğu üçün və insanlar çox olduğu üçün onu kimin vurmasını dəqiq olaraq xatırlamır, lakin Dövlət ittihamçısı onun sinəsindən yumruq vurmasını xatırlayır, həmçinin taxta parçasını onun əlindən aldıqdan sonra Şahid1 onu yerə yıxmış, anlaşılmazlığı aradan qaldırmaq istəsə də Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 onun üstünə gələrək onu döyməyə başlamış, həmin zaman yerə yıxılmış, yerdən taxta parçasını götürüb onları qorxutmaq istəmiş, çünki baş vermiş mübahisə zamanı o tək qalmış, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkən şəxs Azərsun şirkətinin işçisi Şahid9, video görüntünün 00:05-ci saniyəsində Şahid9 sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin və soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxs onun özü, soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxs isə Şahid10, video görüntünün 00:05-ci saniyəsində onun sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxs Zərərçəkmiş şəxs2, video görüntünün 00:23-cü saniyəsində görüntünün göründüyü hissədə nəfər vitrində ərzaq axtaran şəxslər müştərilər, müştərilərdən arxa tərəfdə marketə gələn kolbasanı qəbul edən Mahir adlı şəxsdir, Mahir kameraya nəzarət edən Ocaq marketin işçisidir. Sadəcə işçi olmadığı üçün onu əvəz edərək kolbasanı qəbul etmək üçün ora gəlmiş, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxs Fuad Şamxalov, göy rəngli xalatda olan şəxs isə Azərsun şirkətinin əməkdaşı Şahid8dır. Qırmızı rəngli paltarda olan əyilərək vitrinə nəsə düzən şəxs isə Ocaq marketin Tahirə adlı işçisi, həmin zaman Zərərçəkmiş şəxs2 ona “mənə nə edə bilərsən? Şəkilləri silməyəcəm” demiş, o da Zərərçəkmiş şəxs2 qolundan tutaraq marketdən kənara çıxmağı bildirmiş, video görüntünün 00:42-ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxs Ocaq marketin Elvin adlı işçisi, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə onun saxlamağa çalışan üzündə tibbi maska olan, Ocaq marketin kameraya nəzarət edən Mahir adlı işçisi, digəri Ocaq marketdə sok-su bölməsinin Fərid adlı işçisi, digər şəxslər isə Ocaq marketin Elvin adlı işçisi və Şahid9dur, F.Şamxalov, Cavidan adlı şəxs də orada onları ayırmağa çalışmış, video görüntünün 01:04-cü saniyəsində Zərərçəkmiş şəxs2 onu təhqir etdiyi üçün Zərərçəkmiş şəxs2 təpiklə vurmuş, Zərərçəkmiş şəxs2 təpiklə vurduqdan sonra Zərərçəkmiş şəxs2 Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslər Elvin, Cavidan, kameraya nəzarət edən Ocaq marketin Mahir adlı işçisi və Şahid1dur, daha sonra Aqravest firmasının işçisi Adil adlı şəxs, onu isə sok su bölməsinin işçisi Fərid adlı şəxs aparmış, ona təqdim edilən 2-ci video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxs onun özün və onun qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan Şahid2 və onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan Dövlət ittihamçısı və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxs isə Şahid9, 2-ci video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda öndə gedən şəxs Zərərçəkmiş şəxs2, onun arxası ilə Şahid10 və sok bölməsinin işçisi Fərid və Şahid1dur. 2-ci video görüntünün 00:31-ci saniyəsində Zərərçəkmiş şəxs2 marketin içərisində ona söyüş söydüyü üçün o Zərərçəkmiş şəxs2 görən kimi Ocaq marketin qarşısında yumruq atmış, daha sonra dava düşmüş, onlar onun üstünə düşərək onu vurmağa çalışmış, 2-ci video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə Zərərçəkmiş şəxs1 olduğu iddia edilən şəxsi təpiklə vuran şəxs qardaşı Təqsirləndirilən şəxs2dir. 00:42-ci saniyədə E.Təqsirləndirilən şəxs2Hüseynova təpiklə vurur, 00:43 saniyədə isə Şahid2 isə əli ilə Dövlət ittihamçısı itəliyərək aranı sakitləşdirmək istəmiş, qardaşım Təqsirləndirilən şəxs2 onu müdafiə etmək üçün mübahisəyə daxil olmuş, 2-ci video görüntünün 00:44-00:48-ci saniyələrində əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 və Dövlət ittihamçısı onu təhqir etdikləri üçün onları vurmuş, taxta parçasını ondan aldıqdan sonra Şahid1 onu arxadan təpiklə vurmuş və o, həmin zaman yerə yıxılmış, yerə yıxıldıqdan sonra da Şahid1 onu təpiklə yenidən ayağından vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, 2021-ci ilin iyul ayından Azərsun Holdinq şirkətində köməkçi vəzifəsində işləyir, vəzifəsi Şamaxı və Qobustan rayonu ərazisində yerləşən müvafiq marketlərdə şirkət tərəfindən verilən ərzaqların paylanılmasında və onların vitrinlərə düzülməsində marketaksiona kömək etməkdən ibarətdir. 11 mart 2022-ci il tarixdə saat 16 radələrində iş yoldaşları Zərərçəkmiş şəxs1, Yasəf Şamxalov və Tariyel Şahməmmədov ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən depodan mal yəni, ərzaq gətirərək Şamaxı şəhəri ərazisində yerləşən Ocaq marketin anbarına boşaltmağa başlamış, ərzaqları “Hyundai” yük markalı avtomobil ilə depodan Ocaq marketə gətirmiş, avtomobili Dövlət ittihamçısı idarə etmiş, həmin gün saat 16 radələrində o, T.Şahməmmədova, Y.Şamxalov və Dövlət ittihamçısı gətirdikləri ərzaqları Ocaq marketin deposuna boşaltdıqdan sonra Y.Şamxalov və T.Şahməmmədov Ocaq marketin anbarında qalaraq gətirdikləri ərzaqları Şahid15 təhvil verməklə məşğul olarkən o, Dövlət ittihamçısı ilə birlikdə Ocaq marketin içərisinə Azərsun şirkətində marketaksion vəzifəsində işləyən Şahid9 ərzaqların vitrinə düzülməsində kömək etmək məqsədi ilə getmiş, o, marketə daxil olduqda bibisi oğlu Şahid1 görüb onunla salamlaşmış, Şahid1 ərzaq almaq üçün ərzaqların yerinin tapılmasında köməklik etməyə başlamış, həmin zaman Dövlət ittihamçısı onlardan aralanmış, o isə Şahid1 “kristiyanski” yağı lazım olduğundan onunla birlikdə yağ satılan bölməyə getmiş, lakin yağ olan bölmədə onların axtardıqları “kristiyanski” yağı olmamış, o isə bundan təəccüblənib həmin zaman orada olan Şahid8 nə üçün vitrində “kristiyanski” yağının olmadığını soruşmuş, çünki 1-2 gün əvvəl “kristiyanski” yağlarını Ocaq marketə gətirib təhvil vermiş, həmin yağları Şahid8 Ocaq marketdə vitrinlərə düzüb üzərinə qiymətlərini vurmalı olmuş, Şahid8 da həmçinin Azərsun şirkətində işləməklə vəzifəsi yalnız marketə verilən yağları vitrinə düzməkdən və üzərinə satış qiymətini vurmaqdan ibarət olmuş, Şahid8 ona kobud şəkildə “yağların yerini bilirsən özün get gətir” demiş, o isə “mən burada fəhlə işləmirəm həmçinin bu mənim işim deyildir” demiş, bu zaman Şahid9 yaxınlaşaraq Şahid8 ilə nə isə söhbət etməyə başlamış, o kənarda olduğu üçün onların nə danışdıqlarını eşitməmiş, Şahid9 ilə Şahid8 söhbət etdikdən sonra Şahid9 ona yaxınlaşaraq “kristiyanski” yağlarının düzülmədiyi vitrinin şəklini çəkərək “Telegramda” platformasında olan qrupa atmağını bildirmiş, hansı ki, həmin qrupda rəhbər heyətdən olan şəxslər də olmuş, qrupun məqsədi görülən işlər barədə gündəlik məlumatların şəklinin çəkilərək həmin qrupa atılması olmuş, vitrində olan ərzaqların düzülməsində problem yaranarsa və yaxud ərzaqlar vitrində olmazsa həmin işə cavabdeh olan şəxslərin əmək haqqından müəyyən məbləğ tutulur. Şahid8 yağları vitrinə düzməli olduğu halda düzməmiş, o isə vitrinin şəklini çəkərkən Şahid8 kameranın qarşısına keçərək ona mane olmağa başlamış, onun çəkdiyi şəkillərdə İ.Dursunalıyeva kameraya düşdüyü üçün Şahid9 özü vitrinin şəklini çəkməyə başlamış, həmin zaman Şahid9 sağ tərəfdə Təqsirləndirilən şəxs1 dayanmış, o da onların yanında olmuş, Şahid10 Ocaq marketdə administrator işləyən Təqsirləndirilən şəxs1 yanında dayanmış, Şahid9 vitrinin şəklini çəkdikdən sonra Təqsirləndirilən şəxs1 “əgər ona vitrinə görə söz gəlsə bizimlə başqa cür danışacağını” bildirmiş, o isə Təqsirləndirilən şəxs1 “necə yəni bizimlə başqa cür danışacaqsan, sən burada administrator işləyirsən işçilərinə tapşır ərzaqları vaxtında vitrinə düzsünlər ki problem yaranmasın” demiş, bu sözdən sonra Təqsirləndirilən şəxs1 acıqlı olaraq onun qolunu sıxıb geri itəliyərək səsini qaldırmış və nalayiq ifadələrlə ona çöldə söhbət etmələrini bildirmiş, o isə S.Nifdalıyevə çöldə söhbət edəcəklərini bildirmiş və orada olan Ocaq marketin işçiləri Təqsirləndirilən şəxs1 bir tərəfə onu isə digər tərəfə apararaq aralamağa başlamış, o isə onlara dalaşmadığını və elə bir niyyətinin də olmadığını, onu buraxmalarını başa salmağa çalışmış, bu zaman Təqsirləndirilən şəxs1 onu aparan şəxslərin əlindən çıxaraq onun yaxasında tutmuş və ona təpik atmış, Təqsirləndirilən şəxs1 atdığı təpik oan dəymiş, həmin zaman Dövlət ittihamçısı isə Təqsirləndirilən şəxs1 sakitləşdirmək üçün Təqsirləndirilən şəxs1 marketdən kənara çıxarmağa çalışmış, marketdə söyüş söyməməsini və dalaşmamağını bildirmiş, digər şəxslər isə onu kənara çəkmiş, o isə onlara onu buraxmaqlarını bildirmiş, o, Təqsirləndirilən şəxs1 söyüş söyməmiş onu vurmamış, əksinə olaraq Təqsirləndirilən şəxs1 onu marketdə təhqir edib ona təpik atıb həmçinin qolunu sıxaraq onu itələyərək onu söhbət etməyə çağırmış, daha sonra o da marketdən çölə çıxmış, Təqsirləndirilən şəxs1 marketin qarşısında gördükdə Təqsirləndirilən şəxs1 ona söyüş söyməyə başlamış o isə söyüşü eşidib Təqsirləndirilən şəxs1 söyüş söydüyü üçün üstünə getmiş, lakin birbirilərinə çatan kimi Təqsirləndirilən şəxs1 ona qəfil yumruq atmış və bundan sonra davadalaş düşmüş, həmin zaman Təqsirləndirilən şəxs1 onları söyüb dalaşmış, o, Dövlət ittihamçısı, Şahid1 özlərini müdafiə məqsədi ilə Təqsirləndirilən şəxs1 müqavimət göstərmiş, həmin zaman Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 qoşularaq Dövlət ittihamçısı təpik ataraq onları təhqir etməyə başlamış, həmçinin Ocaq marketdə qəssab işləyən Şahid2 da Dövlət ittihamçısı əli ilə itələmiş, daha sonra Təqsirləndirilən şəxs1 taxta yeşiklərin üzərindən böyük bir taxta götürərək onu və Dövlət ittihamçısı vurmuş, Şahid1 isə Təqsirləndirilən şəxs1 əlindən taxtanı alaraq baş verəcək bədbəxt hadisənin qarşısını almış, ora toplaşan adamlar isə Təqsirləndirilən şəxs1 aralayaraq oradan uzaqlaşdırmış, daha sonra Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs1 polis əməkdaşları polis şöbəsinə aparmış, sonra isə o və Şahid1 rayon polis şöbəsinə baş vermiş hadisə barədə məlumat vermək üçün getmiş, günahları olmadığı halda müstəntiq onları günahlandırmış yəni, davanı Təqsirləndirilən şəxs1 çıxarmasına və Təqsirləndirilən şəxs1, həmçinin qardaşı Təqsirləndirilən şəxs2 onları təhqir edib vurmasına baxmayaraq günahkar onlar olmuş, video kameradan da göründüyü kimi həm marketin içində həm də marketin qarşısında birinci təpik və yumruğu da Təqsirləndirilən şəxs1 onlara atmış və davanın təşəbbüskarı Təqsirləndirilən şəxs1 olmuş, onlar isə sadəcə olaraq söyülən söyüşə görə və Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 onları vurmasına görə özlərini müdafiə etmişlər. Zərərçəkmiş şəxs2 Ocaq marketin içərisində Təqsirləndirilən şəxs1 onu təpiklə vurduğunu həmçinin Ocaq marketin qarşısında yumruq ilə boyun nahiyəsinə vurduğunu, Təqsirləndirilən şəxs1 kimin xəsarət yetirdiyini bilmədiyini, Təqsirləndirilən şəxs1 onun vurmadığnı, Təqsirləndirilən şəxs1 onlara xəsarət yetirərkən ola bilsin ki, insanlar onu aralayarkən xəsarət aldığını, onların Təqsirləndirilən şəxs1 vurmadığını, sadəcə özlərini müdafiə etdiklərini, əks təqdirdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları döyüb şikəst edəcəklərini, həm video görüntüdən həmdə Təqsirləndirilən şəxs1 yekə taxta parçası ilə onların üstünə gəlmələrinin bunu sübut etdiyini, Dövlət ittihamçısı həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 vurduğunu, Təqsirləndirilən şəxs1 taxta parçası ilə onu vurduğunu, bundan əlavə Təqsirləndirilən şəxs2 Dövlət ittihamçısı təpiklə vurduğunu, hadisəyə kimi səhhətinin normal olduğunu, spirtli içki qəbul etmədiyini, hadisə ərəfəsində Təqsirləndirilən şəxs1 onunla kobud danışmağı həmçinin marketin içərisində ona təpik atmağına görə kefinin pozulduğunu, buna baxmayaraq baş verənləri düzgün və dəqiq olaraq xatırladığını, hadisənin Şamaxı şəhərində yerləşən Ocaq marketdə baş verdiyini, onlara qarşı edilmiş hücumun marketin içərisində təxminən beş dəqiqə marketin qarşısında isə təxminən beş dəqiqə olmaqla ümumilikdə təxminən on dəqiqə davam etdiyini, marketin içərisində Təqsirləndirilən şəxs1 onun qolunu sıxıb onu geri itəliyəndə artıq Təqsirləndirilən şəxs1 onunla dalaşmaq niyyətinin olduğunu başa düşdüyünü, baş verənləri qəti olaraq gözləmədiyini, çünki Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığını, onunla heç bir ədavət və düşmənçiliynin olmadığını, Təqsirləndirilən şəxs1 onu vuracağını və onu təhqir edəcəyini heç vaxt təsəvvür etmədiyini, həmin gün nə olmuşdusa Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan onlarla düşmənçilik edərək onları vurmağa başladığını, halbuki onun Təqsirləndirilən şəxs1lə heç bir zaman dalaşmaq niyyətinin olmadığını, sadəcə Təqsirləndirilən şəxs1 onları vurduğu üçün özlərini müdafiə etdiklərini, Təqsirləndirilən şəxs1 qara paltar geyindiyini, üzünün tüklü olduğunu, onlarla aqressiv danışdığını, onları təhqir edərək xəsarət yetirdiyini, hücum anında Təqsirləndirilən şəxs1 onların üstünə cumaraq onlarla dalaşdığını, birinci olaraq da Təqsirləndirilən şəxs1 ona təpik atıb qolunu sıxaraq onu davaya çağırdığını, adamların onları araladıqdan sonra da Təqsirləndirilən şəxs1 adamların əlindən qaçıb onların üstünə cumaraq dalaşdığını, həmçinin, marketdə və marketin qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini, baş vermiş hadisə zamanı ona məxsus əşyanın zədələnmədiyini, Təqsirləndirilən şəxs1 yekə taxta parçası ilə onların üstünə hücum edərək onu və Dövlət ittihamçısı vurduğunu, həmçinin, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 də onlara hücum edərək xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs1 taxta parçasını yerdən götürərək ona və Dövlət ittihamçısı vurduğunu, daha sonra Şahid1 Təqsirləndirilən şəxs1 əlindən taxta parçasını alaraq baş verə biləcək bədbəxt hadisənin qarşısını aldığını, Təqsirləndirilən şəxs1 marketin içərisində ona xəsarət yetirərək təhqir etdiyini, onu təpiklə vurduğunu, qolunu sıxaraq onu davaya çağırdığnı, halbuki Təqsirləndirilən şəxs1 heç bir şey etmədiyini, Təqsirləndirilən şəxs1 təhqir etmədiyini, marketin qarşısında isə Təqsirləndirilən şəxs1 yenidən oun təhqir etdiyini və çatan kimi yumruq atdığını, daha sonra Təqsirləndirilən şəxs2 də onları vurduğunu, marketin içərisində Təqsirləndirilən şəxs1 onu təhqir etdiyi və qolunu sıxaraq təpik atdığı andan Təqsirləndirilən şəxs1 onunla dalaşdığını baş düşdüyünü, mənəvi və fiziki iztirab keçirdiyini, çox gözlənilməz olsa da heç bir şey etmədiyi halda S.Nofdalıyevin onu vurmağa və təhqir etməyə başladığını, mübahisə zamanı cins şalvar və tünd göy rəngli Azərsun şirkətinə məxsus kurtka geyindiyini, üstündə telefon, pul olduğunu, Təqsirləndirilən şəxs1lə dalaşmadığını, S.Nİfdalıyev ona hücum etdiyi üçün özünü müdafiə etdiyini, Təqsirləndirilən şəxs1lə dalaşmaq niyyətinin olmadığını, Təqsirləndirilən şəxs1 əvvəlcə marketin içərisində qolunu sıxaraq onu geri itələdiyini, təpiklə vurduğunu, təpiyin onun dizinə dəydiyini, marketin qarşısında Təqsirləndirilən şəxs1 ona yumruq atdığını, yumruğun onun boynuna dəydiyini, Təqsirləndirilən şəxs1 rayon polis şöbəsində vermiş olduğu izahatının yalan olduğunu, kameradan da onun Təqsirləndirilən şəxs1 yox, Təqsirləndirilən şəxs1 onu vurduğunun göründüyünü, Təqsirləndirilən şəxs1 marketin içərisində ona təpik atdığnı, həmçinin marketin qarşısında ona yumruq atdığını, o isə özünü müdafiə məqsədi ilə Təqsirləndirilən şəxs1 müqavimət göstərdiyini, Dövlət ittihamçısı həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 vurduğunu, Şahid1 isə Təqsirləndirilən şəxs1 əlində olan taxta parçasını alaraq bədbəxt hadisənin qarşısını aldığını, lakin, Şahid1 Təqsirləndirilən şəxs1 əlindən taxta parçasını almamışdan qabaq Təqsirləndirilən şəxs1 taxta parçası ilə onu və Dövlət ittihamçısı vurduğunu, ora toplaşan adamların isə Təqsirləndirilən şəxs1 aralayaraq oradan uzaqlaşdırdığını, daha sonra Dövlət ittihamçısıyn və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını, sonra isə Şahid1la birlikdə rayon polis şöbəsinə baş vermiş hadisə barədə məlumat vermək üçün getdiyini, hadisə yerində polis əməkdaşlarını gördükdən sonra qaçmadıqlarını, Təqsirləndirilən şəxs1 taxta parçasını götürərək onları qorxutmaq niyyətinin olmasının yalan olduğunu, marketin qarşısında olan kameradan da göründüyü kimi Təqsirləndirilən şəxs1 onu görən kimi üstünə hücum edərək ona yumruq atdığını, Təqsirləndirilən şəxs1 onlarla söhbət etmək niyyəti olmadığını, həm marketin içərisində həm də qarşısında birinci yumruq və təpiyi Təqsirləndirilən şəxs1 ataraq dava yaratdığını, marketin qarşısında Təqsirləndirilən şəxs1 onu təhqir edərək üstünə gəlib onu boynundan vurduğunu, həmin zaman Təqsirləndirilən şəxs1 taxta yeşiyin üstünə yıxıldığını və oradan böyük taxta parçası götürərək onları vurmağa başladığını, taxta ilə onu və Dövlət ittihamçısı vurduğunu, Şahid1 isə Təqsirləndirilən şəxs1 əlindən taxtanı alıb zərərsizləşdirdiyini, Təqsirləndirilən şəxs1 nə onları qorxutmaq nə də ki özünü müdafiə etmək kimi bir niyyətinin olmadığını, taxta parçası ilə onların üstünə qaçıb onları vurduğunu, rayon polis şöbəsində izahat verərkən həyəcanlı olduğunu, izahatını oxumadığını bu səbəbdən də Şahid1 Təqsirləndirilən şəxs1 vurması barədə qeydi görmədiyini, video görüntüdən də hadisənin belə olmadığını, Ocaq marketin qarşısında Təqsirləndirilən şəxs1 onu görən kimi təhqir edib üzərinə gəldiyini, qəfil ona yumruq atdığını, sadəcə özünü müdafiə etmək məqsədi ilə S.Nİfdaılyevə müqavimət göstərdiyini, Təqsirləndirilən şəxs1 vurmadığını, Təqsirləndirilən şəxs1 onu döyməməsi üçün özünü müdafiə etsə də onun əlinin Təqsirləndirilən şəxs1 dəymədiyini, nə də ki Şahid1 Təqsirləndirilən şəxs1 vurmadığını, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkən şəxsin Azərsun şirkətinin işçisi Şahid9 olduğunu, video görüntünün 00:05-ci saniyəsində Şahid9 sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin və soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxsin isə Şahid10 olduğunu, video görüntünün 00:05-ci saniyəsində Təqsirləndirilən şəxs1 sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxsin özü olduğunu, video görüntünün 00:23-cü saniyəsində görüntünün göründüyü hissədə marketdə olan əlavə iki nəfər şəxsi tanımadığını, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxsin F.Şamxalov, göy rəngli xalatda olan şəxsin isə Azərsun şirkətinin əməkdaşı İ.Dursunalıyeva olduğunu, video görüntünün 00:42-ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxsin Ocaq marketin Elvin adlı işçisi olduğunu, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə Təqsirləndirilən şəxs1 saxlamağa çalışan üzündə tibbi maska olan şəxsin, Ocaq marketin kameraya nəzarət edən işçisi, digərinin Ocaq marketdə sok-su bölməsinin işçisi olduğunu, onların adlıarını bilmədiyini, video görüntünün 01:04-cü saniyəsində Təqsirləndirilən şəxs1 onu təpiklə vurduqdan sonra onu Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslərin Elvin adlı şəxs, Şahid10 kameraya nəzarət edən Ocaq marketin işçisi və Şahid1 olduğunu, ona təqdim edilən 2-ci video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan şəxsin Şahid2, əynində boz gödəkçə və qara rəngli şalvar olan şəxsin Dövlət ittihamçısı və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxsin isə Şahid9 olduğunu, video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda olan şəxsin özü olduğunu, video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə Dövlət ittihamçısı vuran şəxsin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, 12-13 il olar ki Azərsun şirkətində sürücü işləyir, 11 mart 2022-ci il tarixdə saat 16 radələrində iş yoldaşları Zərərçəkmiş şəxs2, Yasəf Şamxalov və Tariyel Şahməmmədov ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən depodan mal yəni ərzaq gətirərək Şamaxı şəhəri ərazisində yerləşən Ocaq marketin anbarına boşaltmağa başlamış, ərzaqları “Hyundai” yük markalı avtomobil ilə depodan Ocaq marketə gətirmiş, avtomobili o idarə etmiş, 11 mart 2022-ci il tarixdə saat 16 radələrində onlar gətirdikləri ərzaqları Ocaq marketin deposuna boşaltdıqdan sonra Şahid15 ərzaqları təhvil götürmək istəsə də həmin an printer aparatı işləmədiyindən onlar bir qədər gözləməli olmuş, Şahid15 biraz gözlədikdən sonra həm hava soyuq olduğu üçün həm də ərzaqların vitrinə düzülməsində kömək etmək üçün həmçinin, Şahid15 təhvil-təslimin nə vaxt başa çatacağını soruşmaq üçün Ocaq marketin içərisinə getmiş, Y.Şamxalov və T.Şahməmmədov isə Ocaq marketin anbarında gözləmiş, marketin içərisində Şahid15 ona 5-10 dəqiqə ərzində təhvil-təslim edəcəyini bildirmiş, o da mobil telefonuna kontur vurmaq həmçinin Şahid9 ərzaqların vitrinə düzülməsində kömək etmək üçün marketin içərisində aparatlar olan yerə getmiş, həmin aparatlar yağ satılan şöbənin yanında olmuş, kontur yüklədikdən sonra səs-küy gəldiyini eşidərək ora toplaşan insanlara yaxınlaşmış, həmin zaman Təqsirləndirilən şəxs1 xalasının nəvəsi Zərərçəkmiş şəxs2 ilə mübahisə etdiyini və insanların Təqsirləndirilən şəxs1 bir istiqamətdə Zərərçəkmiş şəxs2 isə digər istiqamətdə araladıqlarını görmüş, Təqsirləndirilən şəxs1 arxası ilə marketdən çölə çıxmış, marketdən çölə çıxmamışdan qabaq kassanın qarşısında Təqsirləndirilən şəxs1 ona yumruq və təpik ataraq xəsarət yetirmiş, həmçinin marketin içərisi olmasına baxmayaraq Təqsirləndirilən şəxs1 onları nalayiq söyüşlərlə təhqir etmiş, həmin zaman o mobil telefon ilə ağsaqqal şəxslərə zəng edərək mübahisənin böyüməməsi üçün çağırmaq istəmiş, marketin qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 görən kimi onun üzərinə cumaraq Zərərçəkmiş şəxs2 yumruq atmış, həmin zaman o, Zərərçəkmiş şəxs2 və özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs1 və ona qoşularaq onu vuran Şahid2 müqavimət göstərməyə başlamış, daha sonra Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 də həmin şəxslərə qoşularaq onlarla dalaşmağa başlamış və onu təpiklə vurmuş, Təqsirləndirilən şəxs2 onu təpiklə vurduqdan sonra Şahid2 da onu yumruqla vurmuş, həmin zaman Təqsirləndirilən şəxs1 əlində yekə taxta parçası ilə onu boynunun arxasından möhkəm vurmuş, daha sonra Şahid1 Təqsirləndirilən şəxs1 əlindən taxta parçasını alaraq baş verə biləcək bədbəxt hadisənin qarşısını almış, ora toplaşan adamlar isə S.Nifdalıyevi aralayaraq oradan uzaqlaşdırmış, daha sonra onu və S.Nifdalıyevi polis əməkdaşları polis şöbəsinə aparmış, sonra isə Şahid1 ilə Zərərçəkmiş şəxs2 rayon polis şöbəsinə baş vermiş hadisə barədə məlumat vermək üçün gəlmiş, onları günahları olmadığı halda müstəntiq onları günahlandırmış yəni davanı S.Nifdalıyevin çıxarmasına həmçinin, qardaşı Təqsirləndirilən şəxs2, orada qəssab işləyən Şahid2 onların təhqir edib vurmasına baxmayaraq günahkar onlar olmuş, video kameradan da göründüyü kimi həm marketin içində həm də marketin qarşısında birinci təpik və yumruğu da Təqsirləndirilən şəxs1 atmış və davanın təşəbbüskarı Təqsirləndirilən şəxs1 olmuş, onlar isə sadəcə olaraq söyülən söyüşə görə və S.Nifdalıyevin, qardaşı Təqsirləndirilən şəxs2 və Şahid2 onları vurmasına görə özlərini müdafiə etmişlər. Təqsirləndirilən şəxs1 onu taxta parçası ilə boynunun arxasından vuraraq xəsarət yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs2 onu təpiklə, Şahid2 isə yumruqla vuraraq xəsarət yetirdiyini, həmçinin marketin içərisində S.Nifdalıyevin onu sinəsindən vuraraq xəsarət yetirdiyini, bundan əlavə onları nalayiq söyüşlərlə marketin içərisində və qarşısında təhqir etdiyini, özünün heç kimə xəsarət yetirmədiyini, S.Nifdalıyev, E.Nifdaliyev və Şahid2 onu, Zərərçəkmiş şəxs2 və Şahid1 vurduqları üçün müqavimət göstərməyə çalışsa da onların heç birini vura bilmədiyini, S.Nifdalıyevə kimin xəsarət yetirdiyini bilmədiyini, S.Nifdalıyevi onun vurmadığını, Təqsirləndirilən şəxs1 onlara xəsarət yetirən zaman ola bilsin insanlar onu aralayarkən xəsarət aldığını, onlar sadəcə özlərini müdafiə etdiyini, özlərini müdafiə etməsələr Təqsirləndirilən şəxs1 və dostlarının onları döyüb şikəst edəcəklərini, həm video görüntüdən həm də Təqsirləndirilən şəxs1 yekə taxta parçası ilə üstlərinə gəlməsinin bunun sübut etdiyini, Zərərçəkmiş şəxs2 “Ocaq” marketin içərisində Təqsirləndirilən şəxs1 təpiklə vurduğunu, həmçinin “Ocaq” marketin qarşısında yumruq ilə boyun nahiyəsinə vurduğunu, hadisəyə kimi səhhətinin normal olduğunu, spirtli içki qəbul etmədiyini, hadisə ərəfəsində Təqsirləndirilən şəxs1 qardaşı E.Nifdaliyevin həmçinin Şahid2 onları vurmasına görə kefinin pozulduğunu, buna baxmayaraq baş verənləri düzgün və dəqiq olaraq xatırladığını, hadisənin Şamaxı şəhərində yerləşən Ocaq marketdə baş verdiyini, marketin içərisində təxminən 10 dəqiqə marketin qarşısında isə təxminən 10 dəqiqə olmaqla ümumilikdə təxminən 15-20 dəqiqə ərzində mübahisənin baş verdiyini, marketin içərisində Təqsirləndirilən şəxs1 məni yumruq və təpiklə sinəsindən vurduqda artıq onların dalaşmaq niyyətinin olduğunu başa düşdüyünü, baş verənlərin onun üçün qəfləti olduğunu, Təqsirləndirilən şəxs1 həmçinin Şahid2 əvvəllər tanısa da, Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığını, onlarla heç bir ədavət və düşmənçili olmadığını, Təqsirləndirilən şəxs1 onu taxta parçası ilə vuracağını və təhqir edəcəyini heç vaxt təsəvvür etmədiyini, həmçinin Təqsirləndirilən şəxs2 onu təpiklə vurmasını ondan əlavə Şahid2 onu vurmasını heç başa düşmədiyini, onları sakitləşdirməyə çalışsa da qarşı tərəfin onları söyərək xəsarət yetirdiyini, heç bir zaman dalaşmaq niyyəti olmadığını, özünü müdafiə etdiyini, Təqsirləndirilən şəxs1 qara paltar geyindiyini, üzünün tüklü olduğunu, hücum anında Təqsirləndirilən şəxs1 onların üstünə cumaraq onlarla dalaşdığını, birinci olaraq da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpik atıb qolunu sıxaraq Zərərçəkmiş şəxs2 davaya çağırdığını, video görüntüdən də adamlar araladıqdan sonra da Təqsirləndirilən şəxs1 onların əlindən qaçıb Zərərçəkmiş şəxs2 üstünə cumaraq dalaşdığının göründüyünü, həmçinin marketdə və marketin qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini, mübahisə zamanı ona məxsus əynindəki boz gödəkçənin tamamilə yararsız vəziyyət düşdüyünü, üzərində olan digər əşya isə yəni telefonun zədələnmədiyini, Təqsirləndirilən şəxs1 yekə taxta parçası ilə onların üstünə hücum edərək Zərərçəkmiş şəxs2 və onu boynunun arxasından vurduğunu, Şahid1 da vurmaq istəyərkən Şahid1 Təqsirləndirilən şəxs1 əlindən taxta parçasını aldığını, Təqsirləndirilən şəxs1 marketin içərisində Zərərçəkmiş şəxs2 xəsarət yetirərək təhqir etdiyini, Zərərçəkmiş şəxs2 təpiklə vurduğunu və qolunu sıxaraq davaya çağırdığını, daha sonra kassanın yanında Təqsirləndirilən şəxs1 onu yumruq və təpiklə vurduğunu, marketin qarşısında isə Təqsirləndirilən şəxs1 yenidən Zərərçəkmiş şəxs2 təhqir etdiyini, yumruq ilə vurduğunu, daha sonra dava düşdüyündən Təqsirləndirilən şəxs2 və Şahid2 da S.Nifdalıyevə qoşularaq onlar vurduğunu, Şahid2 onu yumruqla sinəsindən Təqsirləndirilən şəxs2 təpiklə ayağından, Təqsirləndirilən şəxs1 isə taxta ilə boynundan vuraraq ona xəsarət yetirdiyini, kameradan da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vurduğunun göründüyünü, Təqsirləndirilən şəxs1 marketin içərisində Zərərçəkmiş şəxs2 təpik atdığını, həmçinin, marketin qarşısında da yumruq atdığını, özünün isə Zərərçəkmiş şəxs2 və özünü müdafiə məqsədi ilə Təqsirləndirilən şəxs1 müqavimət göstərdiyini, ora toplaşan adamların isə Təqsirləndirilən şəxs1 aralayaraq oradan uzaqlaşdırdığını, daha sonra onu və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının polis şöbəsinə apardığını, polis əməkdaşlarını görüb qaçmadığını, marketin içərisində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında olan söhbəti eşitmədiyini, həmin zaman orada olmadığını, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkən şəxsin Azərsun şirkətinin işçisi, Şahid9, video görüntünün 00:05-ci saniyəsində Şahid9 sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin Təqsirləndirilən şəxs1, video görüntünün 00:05-ci saniyəsində Təqsirləndirilən şəxs1 sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxsin Zərərçəkmiş şəxs2 olduğunu, video görüntünün 00:23-cü saniyəsində görüntünün göründüyü hissədə marketdə vitrində ərzaq axtaran iki nəfər şəxsi tanımadığını, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxsin Fuad Şamxalov, göy rəngli xalatda olan şəxs isə Azərsun şirkətinin əməkdaşı Şahid8, video görüntünün 00:42ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxsin Ocaq marketin Elvin adlı işçisi olduğunu, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə Təqsirləndirilən şəxs1 saxlamağa çalışan şəxslərdən üzündə tibbi maska olan, Ocaq marketin kameraya nəzarət edən işçisi, digəri Ocaq marketdə sok-su bölməsinin işçisi olduğunu, həmin şəxslərin adını bilmədiyini, o biri şəxslərin isə Ocaq marketin Elvin adlı işçisi və Şahid9 olduğunu, video görüntünün 00:58-ci saniyəsində əynində boz gödəkçə, qara rənli şalvar olan şəxsin özü olduğunu, video görüntünün 01:04-cü saniyəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurduqdan sonra S.Nifdalıyevi Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslər Elvin, Cavidan, kameraya nəzarət edən Ocaq marketin işçisi və Şahid1 olduğunu, özünün isə S.Nifdalıyevin arxası ilə digər istiqamət tərəfə getdiyini, ona təqdim edilən 2-ci video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin Təqsirləndirilən şəxs1 və S.Nifdalıyevin qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan şəxsin Şahid2 olduğunu və onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan şəxsin özü olduğunu və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxs isə Şahid9 olduğunu, ona təqdim edilən 2-ci video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda öndə gedən şəxsin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 arxası ilə isə sok bölməsinin işçisi və Şahid1 getdiyini, o biri şəxsi isə tanımadığını, təqdim edilən 2-ci video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə oni təpiklə vuran şəxsin E.Nifdaliyev olduğunu, həmçinin Şahid2 da onu vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayında Bakı şəhərində “Şamaxinka” adlanan yerdə taksidə oturaraq telefonla söhbət edən zaman həmin vaxt həmin taksidə arxada oturan, əvvəllər tanımadığı, daha sonra adının Eyvaz olduğunu bildiyi şəxs ona telefon danışığını eşitdiyini və özünün vəkillik fəaliyyəti ilə məşğul olduğunu bu səbəbdən də ona köməklik edə biləcəyini bildirərərk öz mobil nömrəsini vermiş, həmin vaxt taksidə onlardan başqa daha iki nəfər tanımadığı şəxs olmuş, Təqsirləndirilən şəxs2lə danışdıqdan təxminən 3-4 saat sonra axşam saatlarında Təqsirləndirilən şəxs2 zəng etmiş, telefonda danışarkən özünü ona təqdim edərək onunla görüşmək istədiyini, söhbətin uzun olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 ona şəhərdə görüşmək istədiyini, o isə Təqsirləndirilən şəxs2 öz yaşadığı evə dəvət edərək, şəhərdə tək onunla görüşə bilməyəcəyini deyib evdə ailə üzvlərinin yanında görüşməyi təklif etmiş, həmin gün Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığı daha sonra adının Elçin olduğunu bildiyi şəxslə onun Şamaxı şəhərində yerləşən evinə gəlmiş və Təqsirləndirilən şəxs2 qızıl işi ilə bağlı problemi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona heç bir problemin olmadığını, “Leyla Əliyeva” fondunun adamı olduğunu, prezidentin köməkçisi Anar Ələkbərov ilə şəxsən tanış olduğunu bildirərək rayon prokurorluğuna müraciət etməyini və orada ona köməklik edəcəyini bildirmişdir. Onun işi rayon prokurorluğunda araşdırıldıqdan sonra qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı əsas götürülərək cərimələnmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2 ona heç bir köməklik etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə ona yenidən narahat olmamağını bildirərək apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirmişdir Onun işi rayon prokurorluğunda araşdırılan zaman Bakı şəhərində yaşayan tanışı Şahid4 banka olan 25000 (iyirmi beş min) manat borcu ilə bağlı evinə icra məmurlarının gəlməsi ilə bağlı bir problemi olmuş, o da Təqsirləndirilən şəxs2 zəng edərək Şahid4 həmin işlə bağlı köməklik edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs2 də ona heç bir problemin olmadığını Şahid4 işi ilə bağlı ətraflı məlumat almaq istədiyini bildirmiş, o da Şahid4 belə bir şəxsin olduğunu və ona köməklik edə biləcəyini bildirmiş, bundan sonra Şahid4 və E.Nifdaliyev telefonda danışmış və aralarında razılaşma olmuş, bildiyi qədərilə Şahid4 ilkin olaraq Təqsirləndirilən şəxs2 100 (yüz) manat, 500 (beş yüz) manat və 3500 (üç min beş yüz) manat pul vermiş, E.Nifdaliyevə verilən 100 (yüz) manat pul E.Nifdaliyevin bank kartına köçürülmüş, bundan sonra Şahid4 müalicə üçün Türkiyəyə gedən zaman Təqsirləndirilən şəxs2 Şahid4 yenidən 2000 (iki min) manat pul istəmiş, o, Təqsirləndirilən şəxs2 zəng edərək Şahid4 özünün pula ehtiyacı olduğunu və bu səbəbdən də həmin məbləği verə bilməyəcəyini bildirmiş, təxminən 7-8 gün sonra Şahid4 Türkiyədən qayıdan zaman Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığı Elman adlı tanışı ilə Şahid4 ilə görüşmüş və ondan 2000 (iki min) manat pul almış, bildiyi qədərilə daha sonra Təqsirləndirilən şəxs2 bir neçə dəfə Şahid4 müxtəlif vaxtlarda Bakı şəhərində 50-100 (əlliyüz) manat, Yeni il ərəfəsində isə 300 (üç yüz) manat pul almış, ümumilikdə isə dekabr ayının 22-nə kimi 6950 (altı min doqquz yüz əlli) manat pulu Şahid4 almış lakin, Şahid4 heç bir köməklik etməmişdir. Dekabr ayının əvvəllərində ona SMS gələrək məhkəməyə gəlməyi bildirilmiş, bundan sonra məhkəmədən ona zəng edilərək inzibati qaydada cərimələndiyi barədə məlumat verilmiş, həmin zəngdən sonra Təqsirləndirilən şəxs2 zəng edərək məhkəməyə çağırıldığını demiş, Təqsirləndirilən şəxs2 də ona narahat olmamağı, adi inzibati iş olduğunu bildirmiş, dekabr ayının təxminən 25-26-da məhkəmənin qarşısında Təqsirləndirilən şəxs2lə görüşmüş və Təqsirləndirilən şəxs2 ona vəkillərin məhkəməyə buraxılmadığını bu səbəbdən prosesdə iştirak edə bilməyəcəyini demiş, o da daha sonra məhkəmə prosesi zamanı 1950 (min doqquz yüz əlli) manat məbləğində cərimələnmiş, məhkəmədən sonra Təqsirləndirilən şəxs2 cərimə edildiyini bildirən zaman Təqsirləndirilən şəxs2 yenidən ona narahat olmamağını və Şamaxı rayon məhkəməsinin hakimi Etibar müəllimi tanıdığını və işi yoluna qoyaraq cəriməni sildirəcəyini bildirmiş, o Təqsirləndirilən şəxs2 Şahid4 işinin nə yerdə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs2 Şahid4 köməklik edəcəyini, lakin həmin işi görmək üçün pul lazım olduğunu pulu verməyəcəyi təqdirdə Şahid4 evindən atılacağını bildirmiş, buna cavab olaraq o, Təqsirləndirilən şəxs2 Şahid4 təxminən 8000 (səkkiz min) manata yaxın pul aldığını bildirmiş, təxminən yanvar ayının əvvəlində Şahid4 ona zəng edərək Təqsirləndirilən şəxs2 ondan yenidən 3000 (üç min) manat pul istədiyini, Şahid4 da Təqsirləndirilən şəxs2 işini düzəldəcəyi təqdirdə 3000 (üç min) yox 5000 (beş min) manat da verə biləcəyini lakin hal-hazırda Təqsirləndirilən şəxs2 pul verə bilməyəcəyini bildirmiş, bundan sonra yanvar ayının 12-si Təqsirləndirilən şəxs2 ona zəng edərək 3000 (üç min) manatı ondan istəmiş, pulu verməyəcəkləri təqdirdə Şahid4 evindən çıxardılacağını, pul verilsə ayın 14-nə işin düzələciyini bildirmiş, o da bundan sonra E,Niftalıyevin bank kartına 3000 (üç min) manat pul köçürmüş, lakin Təqsirləndirilən şəxs2 yenə də işi həll edə bilmədikdən sonra hər dəfə müxtəlif bəhanələr gətirərək 3-5 günə işi həll edəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 artıq işi çox uzatdığını görüb bu barədə Şahid4 qardaşı Şahid5 məlumat vermiş, daha sonra fevral ayında “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs2lə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs2 Şahid4 evinin qiymətləndirilməsinin aparıldığını, təxminən 1 aya işin həll olunacağını lakin 1500 (min beş yüz) manat pul lazım olduğunu Təqsirləndirilən şəxs2 özünün də aldadıldığını bildirmiş, E.Nifdaliyevlə söhbətdən sonra o, 1000 (min) manat, Şahid4 qardaşı Şahid5 isə 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs2 vermiş, həmin görüşdən sonra dəfələrlə Təqsirləndirilən şəxs2lə görüşsələr də Təqsirləndirilən şəxs2 hər dəfə müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirmiş, lakin, sonda Təqsirləndirilən şəxs2 özü Əlövsət adlı vəkil tutduğunu və işi qaydasına qoyacağını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2lə danışan zaman ondan aldığı 4000 (dörd min) manatı geri istəmiş, Təqsirləndirilən şəxs2 də ona həmin pulu verəcəyini və Şahid4 ilə məsələni özünün həll edəcəyini bildirmiş, lakin, ən sonda Təqsirləndirilən şəxs2 ondan aldığı 4000 (dörd min) manat pulu guya Şamaxı rayon məhkəməsinin hakimi Etibar müəllimə verdiyini bildirərək pulu geri qaytarmaqdan imtina etmiş, daha sonra o, Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs2 atasının yaşadığı evə getmiş lakin, Təqsirləndirilən şəxs2 atası da oğlunun dələduz olduğunu müxtəlif şəxsləri aldatdığını, 3 ildi Eyvazı evdən qovduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilmiş pulun bir hissəsini Təqsirləndirilən şəxs2 kartına köçürmüş, bundan başqa 2022-ci ilin fevral ayında “Şamaxinka” adlanan ərazidə Şahid4 qardaşı Şahid5lə birlikdə Təqsirləndirilən şəxs2 ilə görüşən zaman E.Nİfdaliyevin səsini telefonla yazmış, səs yazısı 1.m4a adlı fayldakı səs yazısını 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən ona Whatsapp messencerində atılmış, səs yazısı 2.m4a, səs yazısı 3 .m4a fevral ayında yazılmış, sonuncu iki səs yazısı fevral ayında Bakı şəhərində Şamaxinka adlanan ərazidə yazılmış, Təqsirləndirilən şəxs2 tərəfindən konkret olaraq ona 4000 (dörd min) manat məbləğində ziyan vurulmuş, pulun hamısını Təqsirləndirilən şəxs2 kartına köçürmüş, 3000 (üç min) manatı o, xx.xx.2022-ci il tarixdə, 1000 (min) manatı isə bu ilin fevral ayında Masazır qəsəbəsində bank hesabına köçürmüş, 4000 (dörd min) manatı o Təqsirləndirilən şəxs2 verərkən məqsədi Şahid4 işinə köməklik etmək olmuş, Təqsirləndirilən şəxs2 verdiyi 4000 (dörd min) manatın müqabilində Təqsirləndirilən şəxs2 tərəfindən heç bir hərəkət edilməmiş, sonuncu dəfə fevral ayında Masazır qəsəbəsindəki “AY store” mağazasındakı “e manat”dan Təqsirləndirilən şəxs2 hesabına 1000 (min) manat pul köçürmüş, tərəfindən təqdim edilmiş görüntüdə olan şəxslər özü, Təqsirləndirilən şəxs2, Şahid4 qardaşı Şahid5 və Şahid4 qızı Ülkər İsayevadır. Həmin görüntülər Bakı şəhərində Şahid4 evində qızı Ü.İsayeva tərəfindən çəkilmiş, səs yazısı 3.m4a faylındakı səs yazısındakı danışıqlar Şahid5, Təqsirləndirilən şəxs2 və Elçin adlı şəxsə məxsusdur, səs yazısı 2.m4a. faylındakı səs yazısındakı danışıqlar ona, Şahid5, Təqsirləndirilən şəxs2, səs yazısı 1.m4a. faylındakı səs yazısındakı danışıq Təqsirləndirilən şəxs2 məxsusdur. səs yazısı 1.m4a. faylındakı səs yazısında Təqsirləndirilən şəxs2 Etibar adlı şəxsin adını çəkərkən Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətovu nəzərdə tutmuş, lakin, onun tərəfindən E.Hümbətova təqdim edilməsi, cərimənin silinməsi ilə bağlı heç bir pul verilməmiş, onun tərəfindən təqdim edilən əməliyyat nömrəsi ********** olan ödəniş qəbzində adı qeyd olunmuş Şahid14 kim olması barədə məlumatı yoxdur, həmin 100 (yüz) manatı Şahid14 bank hesabına Şahid4 köçürmüş, həmin hesab nömrəsini Təqsirləndirilən şəxs2 Z,Əliyevaya vermiş, onun tərəfindən təqdim edilmiş əməliyyat nömrəsi ********** və ********** olan ödəniş qəbzlərində göstərilmiş 3000 (üç min) manatı Təqsirləndirilən şəxs2 hesabına o, 50 (əlli) manatı isə Şahid4 köçürmüş, Elman adlı şəxsi ümumiyyətlə tanımır və görməmişdir, Elçin adlı şəxsi isə bir neçə dəfə E.Nifdaliyevlə birlikdə görmüş, lakin həmin şəxsə tərəfindən heç bir vəsait verilməmişdir. Şahid6 ifadəsini təsdiq edərək, Şamaxı regional ASAN xidmət mərkəzinin notariat ofisində yazılmış **********008 nömrəli ərizənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 həbs edildikdən sonra ona, Şahid4 və Şahid5 dəymiş ziyanı tamamilə ödədiyini, bu səbəbdən də hal-hazırda Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 Bakı şəhərində Şamaxinka adlanan ərazidə Şahid5 almış olduğu 500 (beş yüz) manat, həmçinin Şahid4 almış olduğu 12100 (on iki min yüz) manat, ondan isə almış olduğu 4000 (dörd min) manatı tam məbləğdə Təqsirləndirilən şəxs2 qardaşı Şirvan Niftalıyev tərəfindən Şamaxı rayonu ərazisində geri qaytarıldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyini, şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şamaxı rayon sakini Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslə ədavəti və düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs2 ilə tanışı Şahid6 vasitəsilə 2021-ci ilin oktyabr ayında tanış olmuş, belə ki, onun ev məsələsi ilə bağlı bankla problemləri olmuş, banka olan borcları səbəbindən evdən çıxarılacağı üçün bu barədə tanışı Şahid6 ilə söhbət edən zaman Şahid6 ona Eyvaz adlı bir tanışının olduğunu, həmin şəxsin vəkillik fəaliyyəti ilə məşğul olduğunu və bildiyi qədərilə Təqsirləndirilən şəxs2 əlaqələrinin geniş olduğunu və bu məsələdə ona köməklik edə biləcəyini demiş, bundan sonra o, Şahid6 Təqsirləndirilən şəxs2 telefon nömrəsini alaraq Təqsirləndirilən şəxs2 zəng edib problemi haqqında danışmış, Təqsirləndirilən şəxs2 də ona heç bir problemin olmadığını və bu işi həll edə biləciyini bildirmiş və ilkin olaraq ondan Təqsirləndirilən şəxs2 bank kartına 100 (yüz) manat pul vurmağını istəmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2 kartına ilkin olaraq 100 (yüz) manat pul köçürmüş, təxminən oktyabr ayında Təqsirləndirilən şəxs2lə görüşən zaman 500 (beş yüz) manat pul vermiş, daha sonra 4-5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs2lə sonradan adını bildiyi Elman adlı tanışı ilə görüşən zaman Təqsirləndirilən şəxs2 ondan icra şöbəsinə vermək üçün 4000 (dörd min) manat pul istəmiş və o, həmin məbləği Təqsirləndirilən şəxs2 verən zaman Elman adlı şəxs də orada olmuş, pulu verərkən Təqsirləndirilən şəxs2 həmin pulun 500 (beş yüz) manatını özünə götürəcəyini, 3500 (üç min beş yüz) manatı isə icra şöbəsinə verəcəyini bildirmiş, həmin məbləği E.Nifdalıyevə verib Türkiyəyə müalicəyə gedib qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 yenidən zəng edərək işləri yekunlaşdırmaq üçün yenidən 2000 (iki min) manat pul lazım olduğunu bildirmiş, o da yenidən Təqsirləndirilən şəxs2 2000 (iki min) manat pul vermiş, lakin Təqsirləndirilən şəxs2 yenə də işi həll etməmiş, bundan başqa müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 50-100, 300 manat pul verməklə ümumilikdə 12100 (on iki min yüz) manat pul vermiş, lakin ona heç bir köməklik edilməmiş, Təqsirləndirilən şəxs2 ondan dələduzluq yolu əldə etdiyi pul vəsaitlərini geri qaytarmağı üçün dəfələrlə müraciət etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək həmin pulu verməkdən imtina etmiş, Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs2 atasının yaşadığı evə getmiş, lakin, Təqsirləndirilən şəxs2 atası da oğlunun dələduz olduğunu müxtəlif şəxsləri aldatdığını, 3 ildir Təqsirləndirilən şəxs2 evdən qovduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 vermiş olduğu pulun bir hissəsini Təqsirləndirilən şəxs2 kartına köçürmüş, həmçinin əlbəəl həmin məbləğləri vermiş, bundan başqa fevral ayında “Şamaxinka” adlanan ərazidə qardaşı Şahid5 Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs2lə görüşən zaman Təqsirləndirilən şəxs2 səsini telefona yazmış, Təqsirləndirilən şəxs2 həmin vəsaitləri özü vermiş, Təqsirləndirilən şəxs2 tərəfindən ona konkret olaraq 12100 (on iki min yüz) manat məbləğində ziyan dəymiş, lakin, daha sonra banka özü 12100 (on iki min yüz) manatdan əlavə 27000 (iyirmi yeddi min) manat pul ödəmiş, 12100 (on iki min yüz) manatın 11600 (on bir min altı yüz) manatını nağd formada Təqsirləndirilən şəxs2 Bakı şəhərində öz evində əlbəəl vermiş, 500 (beş yüz) manatı isə Təqsirləndirilən şəxs2 tərəfindən verilən bank hesabına köçürmüş, həmin pul vəsaitlərini özü vermiş, belə ki, tərəfindən Təqsirləndirilən şəxs2 100 (yüz) manat, 500 (beş yüz) manat, 4000 (dörd min) manat (dollar və manatla) 2021-ci ilin oktyabr ayında, noyabr ayında 1600 (min altı yüz) manat, dekabr ayında 2 dəfə 500 (beş yüz), 2 dəfə 600 (altı yüz), 1 dəfə 300 (üç yüz), 2 dəfə 200 (iki yüz), 1 dəfə 100 (yüz), 8 dəfə 50 (əlli) manat, 1 dəfə 1800 (min səkkiz yüz) manat, yanvar ayında 4 dəfə 50 (əlli) manat, fevral ayında isə qardaşı Şahid5 tərəfindən 500 (beş yüz) manat pul verilmiş, Təqsirləndirilən şəxs2 12100 (on iki min yüz) manatı verməkdə məqsədi bankda olan probleminə köməklik etməyi olmuş, belə ki, bankla olan problemi ilə bağlı Təqsirləndirilən şəxs2 ona köməklik edəcəyini bildirmiş, lakin heç bir köməklik etməmiş, Təqsirləndirilən şəxs2 tərəfindən verilən pulun müqabilində heç bir iş görülməmiş, sonuncu dəfə qardaşı Şahid5 tərəfindən Bakı şəhərində Şamaxinka adlanan ərazidə 500 (beş yaz) manat pul verilmiş, şəxsən onun tərəfindən isə sonuncu dəfə Təqsirləndirilən şəxs2 yanvar ayında Bakı şəhərində yaşadığı evdə 50 (əlli) manat pul vermişdir. Səs yazısı 3.m4a faylındakı səs yazısındakı danışıqlar Şahid5, Təqsirləndirilən şəxs2 və bildiyi qədərilə Elçin adlı şəxsə, səs yazısı 2.m4a faylındakı səs yazısındakı danışıqlar Şahid5, Təqsirləndirilən şəxs2 və Şahid6, səs yazısı 1.m4a faylındakı səs yazısındakı danışıq Təqsirləndirilən şəxs2 məxsusdur, Şahid6 tərəfindən təqdim edilmiş əməliyyat nömrəsi ********** olan ödəniş qəbzində adı qeyd edilmiş Şahid14 tanımır, ödəniş qəbzində göstərilən 100 (yüz) manatı Şahid14 bank hesabına o köçürmüş və həmin hesab nömrəsini Təqsirləndirilən şəxs2 ona vermiş, əməliyyat nömrəsi ********** və ********** olan ödəniş qəbzləri göstərilmiş 3000 (üç min) manat Təqsirləndirilən şəxs2 hesabına Şahid6 tərəfindən, 50 (əlli) manat isə onun tərəfindən Təqsirləndirilən şəxs2 hesabına köçürülmüş, Elman adlı şəxs Eyvazla birlikdə onun evinə gəlmiş və 4000 (dörd min) manat pulu Elmanın yanında Təqsirləndirilən şəxs2 vermişdir. O, ifadəsini təsdiq edərək, Şamaxı regional ASAN xidmət mərkəzinin notariat ofisində yazılmış **********043 nömrəli ərizənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 həbs edildikdən sonra ona, qardaşı Şahid5 və Şahid6 dəymiş ziyanı tamamilə ödədiyini, bu səbəbdən də hal-hazırda Təqsirləndirilən şəxs2dən heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 Bakı şəhərində Şamaxinka adlanan ərazidə qardaşı Şahid5 almış olduğu 500 (beş yüz) manat, həmçinin ondan almış olduğu 12100 (on iki min yüz) manat, Şahid6 isə almış olduğu 4000 (dörd min) manatı tam məbləğdə Təqsirləndirilən şəxs2 qardaşı Şirvan Niftalıyev tərəfindən Şamaxı rayonu ərazisində Təqsirləndirilən şəxs2 bacısının evində nağd formada verildiyini, həmin pul vəsaitini verərkən o, Şahid13 və tanımadığı bir neçə nəfər şəxsin orada olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyini, şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, Şahid4 onun doğma bacısıdır, Şahid6 bacısı Şahid4 vasitəsilə tanımış, Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamış lakin, son zamanlarda bacısı Şahid4 bankla yaranan problemləri ilə bağlı proseslərdə iştirak etdiyi üçün həmin şəxsi tanımış, belə ki, Təqsirləndirilən şəxs2 ilə Şahid4 Şahid6 vasitəsilə 2021-ci ilin oktyabr ayında tanış olmuş, Şahid4 ev məsələsi ilə bağlı bankla problemləri olmuş, daha sonra tanışı Şahid6 Şahid4 Eyvaz adlı bir tanışının olduğunu və ona bu məsələdə köməklik edə biləcəyini demiş, bundan sonra Şahid4 Təqsirləndirilən şəxs2 zəng edərək problemi haqqında məlumat vermiş, Təqsirləndirilən şəxs2 də Şahid4 heç bir problemin olmadığını və bu işi həll edə biləcəyini bildirmiş və ilkin olaraq Şahid4 onun bank kartına 100 (yüz) manat pul vurmağını istəmiş, bundan sonra bildiyi qədərilə Şahid4 Təqsirləndirilən şəxs2 kartına ilkin olaraq 100 (yüz) manat pul köçürmüş, təxminən oktyabr ayında Təqsirləndirilən şəxs2 Şahid4 ilə görüşən zaman ona 500 (beş yüz) manat, 4-5 gün keçdikdən sonra isə 4000 (dörd min) manat, daha sonra işləri yekunlaşdırmaq üçün yenidən 2000 (iki min) manat pul vermiş, bundan sonra müxtəlif vaxtlarda Şahid4 Təqsirləndirilən şəxs2 50-100, 300 manat pul verməklə ümumilikdə 12000 (on iki min) manata yaxın pul almış, lakin ona heç bir köməklik etməmiş, daha sonra bacısı Şahid4 ona bu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs2 onun problemlərini həll etmədiyini bildirmiş, bundan sonra o özü də bir neçə dəfə Təqsirləndirilən şəxs2lə görüşüb işin nə yerdə olmağı ilə maraqlanmış və sonuncu dəfə fevral ayının sonlarında özü şəxsən Təqsirləndirilən şəxs2 Bakı şəhərində Şamaxinka adlanan ərazidə Şahid6 yanında 500 (beş yüz) manat pul vermiş, Təqsirləndirilən şəxs2 həmin pulun verilməsi ilə bağlı onda səs yazısı vardır və həmin səs yazısı Şahid6 tərəfindən araşdırmaya təqdim edilmiş, səs yazısında adı çəkilən Məhərrəm adlı şəxs özüdür, digər şəxslər isə Təqsirləndirilən şəxs2 və Şahid6dir, şəxsən onun tərəfindən Təqsirləndirilən şəxs2 500 (beş yüz) manat pul vəsaiti 2022-ci ilin fevral ayının 09-da Bakı şəhərində Şamaxinka adlanan ərazidə verilmiş, həmin pulu verərkən orada o, Təqsirləndirilən şəxs2 və Şahid6 olmuş, ümumilikdə isə bacısı Şahid4 konkret olaraq 12100 manat məbləğində ziyan dəymiş, bildiyi qədərilə 12100 (on iki min yüz) manatın 11600 manatını bacısı Şahid4 nağd formada Təqsirləndirilən şəxs2 Bakı şəhərində öz evində əlbəəl vermiş, 500 manatı isə Təqsirləndirilən şəxs2 tərəfindən verilən bank hesabına köçürmüş, həmin pul vəsaitlərini Şahid4 özü vermiş, bacısı tərəfindən 100 (yüz) manat, 500 (beş yüz) manat, 4000 (dörd min) manat (dollar və manatla) 2021-ci ilin oktyabr ayında, noyabr ayında 1600 (min altı yüz) manat, dekabr ayında 2 dəfə 500 (beş yüz), 2 dəfə 600 (altı yüz), 1 dəfə 300 (üç yüz), 2 dəfə 200 (iki yüz), 1 dəfə 100 (yüz), 8 dəfə 50 (əlli) manat, 1 dəfə 1800 (min səkkiz yüz) manat, yanvar ayında 4 dəfə 50 (əlli) manat, fevral ayında isə onun tərəfindən 500 (beş yüz) manat Təqsirləndirilən şəxs2 verilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən verilən pulun müqabilində heç bir iş görülməmiş, sonuncu dəfə onun tərəfindən Bakı şəhərində Şamaxinka adlanan ərazidə Təqsirləndirilən şəxs2 500 (beş yaz) manat pul verilmiş, pul verilən zaman Şahid6 də orada olmuş, Şahid6 tərəfindən təqdim edilən görüntüdə olan şəxslər o, Şahid6, Təqsirləndirilən şəxs2dir, həmin görüntü Şahid4 qızı Ülkər tərəfindən çəkilmiş, səs yazısı 3.m4a faylındakı səs yazısındakı danışıqlar özünə, Təqsirləndirilən şəxs2 və Elçin adlı şəxsə aiddir. Elçin adlı şəxsi yalnız bir dəfə görmüş və həmin şəxs Təqsirləndirilən şəxs2 tanışıdır, səs yazısı 2.m4a faylındakı səs yazısındakı danışıqlar özünə, Təqsirləndirilən şəxs2 və Şahid6, səs yazısı 1.m4a faylındakı səs yazısındakı danışıq Təqsirləndirilən şəxs2 məxsusdur, Şahid6 tərəfindən təqdim edilmiş əməliyyat nömrəsi ********** olan ödəniş qəbzində adı qeyd edilmiş Şahid14 tanımır, ödəniş qəbzində göstərilən 100 (yüz) manatı Şahid14 bank hesabına Şahid4 köçürmüş və həmin hesab nömrəsini Təqsirləndirilən şəxs2 Şahid4 vermiş, əməliyyat nömrəsi ********** və ********** olan ödəniş qəbzləri göstərilmiş 3000 (üç min) manat Təqsirləndirilən şəxs2 hesabına Şahid6 tərəfindən, 50 (əlli) manat isə Şahid4 tərəfindən Təqsirləndirilən şəxs2 hesabına köçürülmüşdür.xx.xx.2022-ci il tarixli ifadəsində rayon prokurorluğunda vermiş olduğunuz əvvəlki ifadəsini təqsdiq edərək, Şamaxı regional ASAN xidmət mərkəzinin notariat ofisində yazılmış **********046 nömrəli ərizənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 həbs edildikdən sonra ona, bacısı Şahid4 və Şahid6 dəymiş ziyanı tamamilə ödədiyini, bu səbəbdən də hal-hazırda Təqsirləndirilən şəxs2dən heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 Bakı şəhərində Şamaxinka adlanan ərazidə ondan almış olduğu 500 (beş yüz) manat, həmçinin bacısı Şahid4 almış olduğu 12100 (on iki min yüz) manat, Şahid6 isə almış olduğu 4000 (dörd min) manatı tam məbləğdə Təqsirləndirilən şəxs2 qardaşı Şirvan Niftalıyev tərəfindən Şamaxı rayonu ərazisində Təqsirləndirilən şəxs2 bacısının evində nağd formada verildiyini, həmin pul vəsaitini verərkən o, Şahid13 və tanımadığı bir neçə nəfər şəxsin orada olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyini, şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı baredə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs2lə əvvəllər ədavəti və ya düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs2 tanışı Şamaxı şəhər sakini Şahid7 vasitəsilə tanımış, 2021-ci ilin təxminən dekabr ayının ortalarında Şamaxı şəhərində yerləşən tanışı Çingiz adlı şəxsə məxsus “Bənövşə” adlı restoranda olan zaman Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bir yaxın dostu olduğunu həmin dostunun qohumunun evinin bankda girovda olmasını həmin şəxsin evinin girovluqdan azad edilməsi yolunu onlara izah etməsini xahiş etmiş, o da Şahid7 əyləşdiyi restoranda olduğunu demiş və ora gəlməsini bildirmiş, bir neçə dəqiqədən sonra Şahid7 yanında bir nəfər eynəkli oğlanla restorana gəlmiş, sonradan ona həmin oğlanın E.Nifdtalıyev olması məlum olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs2 ona yaxın qohumunun evinin bankda girov qoyulduğunu, evin 150000 (yüz əlli min) manat dəyəri olduğunu, bankın evi 22000 (iyirmi iki min) manata satdığını bildirmiş, o da Təqsirləndirilən şəxs2 və Şahid7 onu ətraflı başa sala bilmədiklərini görüb bankda işləyən hər hansı bir şəxsin nömrəsini ona vermələrini, həmin şəxslə danışaraq məsələni aydınlaşdırmağını demişdir. Şahid7 ona hazırda mobil nömərsini xatırlamadığı “Muğan” bankda işləyən Ramin adlı şəxsin nömrəsini vermiş, o, öz mobil telefonu illə Ramin adlı şəxslə danışmış, Ramin ona Muğan bankın yığım şöbəsinin rəhbəri olduğunu bildirmiş, Raminə ev barədə məlumat vermiş, Ramin ona evin hərracdan çıxarılması üçün pul ödənməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs2 həmin şəxslərin nə qədər pul ödəyə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs2 ona həmin şəxslərin 4000 (dörd min) manat pul ödəyə biləcəklərini demiş, bundan sonra o, Raminə həmin adamların banka pul ödəmək istədiklərini, həmin şəxslərin həftənin 1-ci günü pulu banka ödəyəcəyini sənədləşməni dayandırmasını Ramindən xahiş etmiş, Ramin onunla razılaşaraq telefonu söndürmüş, həftənin 1-ci günü zəng edərək heç kimin banka pul ödəmədiyini bildirmişdir. O, Şahid7 zəng edərək həmin şəxslərin banka pul ödəmədiklərini bildirmiş, Şahid7 da həmin işlərlə Təqsirləndirilən şəxs2 məşğul olduğunu bu barədə məlumat verəcəyini bildirmiş, təxminən 1 həftə sonra o, Şamaxı rayonuna gələn zaman Təqsirləndirilən şəxs2 zəng etmiş və Təqsirləndirilən şəxs2lə Şamaxı rayonu ərazisində yerləşən Avtovağzalın qarşısında görüşmüş, Təqsirləndirilən şəxs2 banka pul ödəməli olduqlarını demiş, Təqsirləndirilən şəxs2 də həmin şəxslərin hazırda pulu ödəyə bilmədiklərini, ona sənədləşməni bir müddət gecikdirmək lazım olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxs2 vəkillə müqavilə bağlamalarını bundan sonra evin qiymətləndirilməsinin aparılmasını daha sonra isə həmin qiymətləndirməni məhkəmədə mübahisələndirmələrini bildirmiş, Təqsirləndirilən şəxs2 ona Raminlə danışmağı ondan evlə bağlı prosesi bir qədərdə yubatmasını xahiş etmiş, o da Təqsirləndirilən şəxs2 özünün xahiş edə bilməyəcəyini Ramindən dayısı oğlu Babəkin xahiş edə biləcəyini bildirmiş, təxminən 20 dəqiqədən sonra E.Nİfdalıyev ona zəng edərək Ramindən xahiş etdirməməyini özünün Nizami rayonu İcra Qrupunun rəisinin yanına gedəcəyini bu məsələni orada həll edəcəyini bildirmiş, buna görə də o dayısı oğluna heç bir söz deməmiş, bir neçə gündən sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək evlə bağlı prosesi dayandırdığını onun məhkəmə prosesini başlatmağını bildirmiş, o, Şahid7 evin qiymətləndirilməsi üçün 250-350 (iki yüz əlli-üç yüz) manat arası və vəkillə müqavilə bağlanması üçün isə 500 (beş yüz) manat pul lazım olduğunu, həmin pulun “Əmlak Ekspert Qiymətləndirmə” şirkətinə, 500 (beş yüz) manat pulu isə vəkillə müqavilə bağlamaq üçün istifadə edəcəyini bildirmişdir. Bundan sonra Şahid7 Səbail rayonu Xəqani küçəsində Nizami kinoteatrının yanında 200 (iki yüz) manat pulu ona vermiş, ondan 1-2 gün sonra isə Şamaxı şəhərində Avtovağzal adlanan yerdə Şahid7 yanında 700 (yeddi yüz) manat pulu ona vermiş, o, “Əmlak Ekspert Qiymətləndirmə” şirkətinə gedərək onlarla danışmış və 250 (iki yüz əlli) manat pulu şirkətə ödəmiş, bir neçə gündən sonra şirkətin əməkdaşı ilə sonradan adının Şahid4 olduğunu bildiyi şəxsin Bakı şəhəri 8-ci kilometrliyində yerləşən evinə getmiş, şirkətin nümayəndəsi tərəfindən evin şəkilləri çəkilmiş, qiymətləndirmə cədvəli ona təqdim edilmiş, 2 gün sonra Təqsirləndirilən şəxs2 həmin evlə bağlı ona verdiyi sənədləri də götürərək 5 saylı vəkil bürosunda vəkil işləyən Toğrul Babayevin yanına getmiş, T.Babayevə sənədləri göstərmiş, T.Babayev də bu prosesin artıq yekunlaşdığını, bu işin həlli yolunun yalnız bankın tələb etdiyi pulun ödəmək olduğunu demiş, bundan sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək vəkilin ona dediyi sözləri Təqsirləndirilən şəxs2 demiş və onda olan pulunun üzərinə də pul qoyaraq banka ödəməsini bildirmiş, Təqsirləndirilən şəxs2 də ona əlavə olaraq pul verəcəyini 2000 (iki min) manatı düzəldərək banka ödəməyini bildirmiş, 3-4 gün ərzində Təqsirləndirilən şəxs2 ona Bakı şəhərində hissə hissə olmaqla 600 manat əlavə pul vermiş, bundan sonra Təqsirləndirilən şəxs2 ona verdiyi puldan 200 (iki yüz) manatını geri alaraq özlərinə lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 bütün pulları ona Şahid7 yanında və ya Şahid7 vasitəsilə vermiş, bir neçə gündən sonra Şahid6 adlı qadın ona zəng edərək həmin şəxsləri evdən çıxarıldıqlarını demiş və Şahid6 ilə Nərimanov metrosunun yanında görüşmüş, birlikdə Muğan bankın Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən baş ofisinə getmiş, bankda onlara banka ödənilməli məbləğin tam şəkildə ödənilməli olması bildirilmişdir. O, Şahid7 zəng edərək harada olduğunu soruşmuş, Şahid7 Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhərində olduqlarını bildirdikdən sonra onlara 9-cu mikrorayonda yerləşən “Lalə” adlı restorana gəlmələrini bildirmiş, o, Şahid6 ilə birlikdə həmin restorana getmiş, bir saatdan sonra Şahid7 və Təqsirləndirilən şəxs2 ora gəlmiş, Təqsirləndirilən şəxs2 ora gəldikdən sonra Şahid6 Təqsirləndirilən şəxs2 “məndən aldığın 3000 (üç min) manat cəhənnəmə heç olmasa Zülfiyədən aldığın pulu qaytar” demiş, o, Şahid6 Təqsirləndirilən şəxs2 nə qədər pul verildiyini soruşduqda Şahid6 Təqsirləndirilən şəxs2 onlardan 10000 (on min) manat pul aldığını demiş, Təqsirləndirilən şəxs2 onların yanında Şahid6 3000 (üç min) manat pulu almasını etiraf edərək Şahid4 işini həll etdikdən sonra pulu qaytaracağını demiş və bundan sonra Şahid7 və Təqsirləndirilən şəxs2 çıxıb getmişlər. O bundan sonra Şahid6 “Eyvaz mənə 950 manat pul verib gəl həmin pulu qaytarım sənə” demiş, Şahid6 isə cavabında “yox sən o pulu mənə versən Eyvaz mənim qalan pulumu qaytarmayacaq” demişdir. Bundan sonra o, təxminən 2022-ci ilin mart ayının ortalarında 220 (iki yüz iyirmi) manat pulu terminal vasitəsilə Şahid7 aid “Kapital banka” məxsus plastik karta ödəmiş, təxminən 2 gün sonra isə 300 (üç yüz) manat Təqsirləndirilən şəxs2 aid “Kapital banka” məxsus plastik karta ödəmiş, səhəri gün Təqsirləndirilən şəxs2 ona zəng edərək banka ödəmək üçün pul yığdıqlarını demiş və o, 400 (dörd yüz) manat pulu 20 yanvar metrosunun yanında yerləşən “Şəki” kafesinə apararaq oranı işlədən hazırda adını xatırlamadığı eynəkli kişiyə vermiş və Təqsirləndirilən şəxs2 gəlib pulu ondan götürəcəyini bildirmiş, bir neçə saatdan sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək pulu götürdüyünü bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2 görməmiş onunla əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərinin yalan olduğunu, özünü Təqsirləndirilən şəxs2 vəkil kimi təqdim etmədiyini, Təqsirləndirilən şəxs2 ona Şahid7 avtomobilində pul vermədiyini, bunu Şahid7 da təsdiq edə biləcəyini, Təqsirləndirilən şəxs2 ona cəmi 1300 (min üç yüz) manat pul verdiyini, həmin puldan 920 (doqquz yüz iyirmi) manatını Təqsirləndirilən şəxs2 qaytardığını, yerdə qalan 350 (üç yüz əlli) manat pulun 100 (yüz) manatını Təqsirləndirilən şəxs2 işlərinə görə taksiyə xərclədiyini, 250 (iki yüz əlli) manatını isə qiymətləndirmə üçün ödədiyini, Təqsirləndirilən şəxs2 evin şirkət tərəfindən qiymətləndirilməsi üçün 250-350 manat arası pul lazım olduğunu, qiymətləndirmə üçün tərəfindən 250 (iki yüz əlli) manat ödənildiyini, Şahid7 vasitəsilə ona 200 (iki yüz) manat pul verildiyini, ilkin olaraq 500 (beş yüz) manat pulu ona Təqsirləndirilən şəxs2 Şamaxı rayonu ərazisində Avtovağzalın yanında əlbəəl verdiyini, həmin məbləği ona verərkən Şahid7 da orada olduğunu, daha sonra 200 (iki yüz) manat pulu Şahid7 ona Bakı şəhərində Nizami kinoteatrının yanında əlbəəl verdiyini, ona ilkin olaraq verilən 700 (yeddi yüz) manat pulun 250 (iki yüz) manatını qiymətləndirmə kitabçası üçün xərclədiyini, bundan sonra 200 (iki yüz) manat pulu E.Nifdalıyevin əlbəəl Şahid7 ilə birlikdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Şamaxı rayon şöbəsinin qarşısında verdiyini, 200 (iki yüz) manatı daha sonra bildiyi qədərilə Şahid7 onun bank kartına köçürdüyünü, bank kartının nömrəsini Şahid7 SMS vasitəsilə göndərdiyini, 100 (yüz manatı) Təqsirləndirilən şəxs2 ona əlbəəl Şamaxı rayonunda avtovağzalın yanında qiymətləndirmə kitabını ona verərkən verdiyini, sonuncu dəfə isə 200 (iki yüz) manat pulu Təqsirləndirilən şəxs2 əlbəəl ona Şahid7 yanında yenidən Şamaxı rayonunda avtovağzalın yanında verdiyini, Ümumilikdə isə konkret olaraq Təqsirləndirilən şəxs2 ona 1500 (min beş yüz) manat pul verdiyini, ona verilən 1500 (min beş yüz) manatın 250 (iki yüz əlli) manatını qiymətləndirmə kitabına, 110 (yüz on) manatı taksi xərcləri kimi xərclədiyini, 220 (iki yüz iyirmi) manatı Şahid7 əlbəəl Şamaxı rayonunda verdiyini, 400 (dörd yüz) manatı Bakı şəhərində Şamaxinka ərazisində yerləşən Şəki restoranına verdiyini, Təqsirləndirilən şəxs2 həmin pulu gəlib oradan götürdüyünü, 300 (üç yüz) manat pulu Təqsirləndirilən şəxs2 bank kartına köçürdüyünü, 220 (iki yüz iyirmi) manat pulu isə ya əlbəəl ya da Təqsirləndirilən şəxs2 köçürdüyünü, lakin həmin pulu Təqsirləndirilən şəxs2 geri qaytardığını dəqiq xatırladığını, Şahid6 tərəfindən istintaqa təqdim edilən səs yazısı 3.m4a faylındakı səs yazısında olan danışıqların E.Nifdtalıyevə, tanışı Şahid7, Şahid5 məxsus olduğunu, səs yazısında Şahid7 zəng etdiyi şəxsin o olduğunu, danışığın ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 tərəfindən ona 1500 (min beş yüz) manat pul verildiyini, həmin pulun 250 (iki yüz) manatını qiymətləndirmə kitabına, 110 manatını isə taksilərə xərclədiyini, yerdə qalan 1140 (min yüz qırx) manatı isə Təqsirləndirilən şəxs2 və Şahid7 geri qaytardığını, Şahid5lə görüşmədiyini, danışıqlar zamanı ona 2000 (iki min) manat pul düzəldiləcəyini dediklərini, lakin həmin məbləği düzəltmədikləri üçün görüşlərinin baş tutmadığını, həmin 2000 (iki min) manatı görüşəcəkləri təqdirdə banka ödəyəcəklərini, danışıq zamanı ödəniş dedikdə banka ödənilməli olan 2000 (iki min) manat borcu nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid7 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid3 tanıyır, Şahid3 ilə tanışlığı Şamaxı şəhərində yerləşən “Bənövşə” adlı restoranda təsadüfən olmuş, həmin vaxt dostu özünə məxsus oteli satdığı üçün otelin satılmasında Şahid3 köməklik etməsini xahiş etmiş, bundan sonra Şahid3 ilə münasibəti yaranmış, Təqsirləndirilən şəxs2 isə Şamaxı şəhər sakini kimi uzun müddətdir ki tanıyır, təxminən 2021-ci ilin dekabr ayının sonunda Təqsirləndirilən şəxs2 ilə söhbət edən zaman ona bir qohumunun evinin bankda girovda olduğunu banka ödəməli məbləği bir dəfəyə ödəyə bilmədiklərini həmin məbləği aylara böldürmək lazım olduğunu bildirmiş ,o da Şahid3 bu məsələyə köməklik edə biləcəyini düşünərək öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Şahid3 isə Bənövşə restoranında olduğunu demiş, o, Təqsirləndirilən şəxs2lə birlikdə ora getmiş, söhbət zamanı Təqsirləndirilən şəxs2 Şahid3 yaxın qohumunun evinin bankda girov qoyulduğunu, evin 150000 (yüz əlli min) manat dəyəri olduğunu və evi bankın 22000 (iyirmi iki min) manata satdığını demiş, Şahid3 Təqsirləndirilən şəxs2 onu ətraflı başa sala bilmədiyini görüb bankda işləyən hər hansı bir şəxsin nömrəsinin olub-olmamasını soruşmuş, E.Nifdaliyev Şahid3 bankda işləyən Ramin adlı şəxsin nömrəsini vermiş, Şahid3 Raminlə danışmış, Təqsirləndirilən şəxs2 banka ödəməli pulu qrafikə böldürəcəyini bildirmiş, Şahid3 banka olan borcu qrafikə böldürmək üçün hər hansı bir məbləğdə pul verməli olması barədə Təqsirləndirilən şəxs2 heç bir söz deməmiş, lakin Təqsirləndirilən şəxs2 Şahid3 “sən məsələni həll etsən mən sənə hörmət edəcəm” demiş, lakin Təqsirləndirilən şəxs2 Şahid3 hörməti hansı vasitə ilə edəcəyini, ona pul və ya qiymətli hər hansı bir əşya verəcəyi barədə bir söz deməmiş, bir müddət keçdikdən Şahid3 ilə yenidən Bənövşə restoranında görüşmüş, onları ora Şahid3 zəng edərək çağırmış, orada Şahid3 Təqsirləndirilən şəxs2 məsələnin ancaq məhkəmə yolu ilə həll oluna biləcəyini, bunun üçün vəkil tutmaq və evi qiymətləndirmək lazım olduğunu, məhkəmədə məsələni həll etmək üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demiş, Təqsirləndirilən şəxs2 Şahid3 ilə razılaşaraq artıqlaması ilə pul verəcəyini bildirmiş, bundan təxminən 5-10 gün sonra Şahid3 Şamaxıya gələrək onlarla görüşmüş, Şahid3 görüş zamanı evin qiymətləndirilməsini etdikdən sonra vəkillə müqavilə bağlayacağını və işi məhkəməyə verəcəyini bu işlər üçün ilkin olaraq 1000 (min) manat pul lazım olduğunu demiş, Təqsirləndirilən şəxs2 onun avtomobilində Şahid3 1000 (min) manat pul vermiş, bundan sonra o, Bakı şəhəri Səbail rayonunu Xəqani küçəsində Şahid3 200 (iki yüz) manat pul vermiş, həmin pulu ona Təqsirləndirilən şəxs2 Şahid3 vermək üçün vermiş, bundan sonra dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2lə Bakı şəhərinə gedən zaman Qobustan rayonu Mərəzə qəsəbəsində Təqsirləndirilən şəxs2 ona 200 (iki yüz) manat pul vermiş, həmin pulu Şahid3 məxsus plastik karta ödəmə terminalı vasitəsilə köçürməyini bildirmiş, o da həmin 200 (iki yüz) manat pulu Mərəzə qəsəbəsində yerləşən hazırda adını xatırlamadığı marketdə olan e-manat ödəmə terminalı vasitəsilə Şahid3 aid “Kapital banka” məxsus plastik karta göndərmiş, ödəmə terminalı vasitəsilə ödədiyi pulların qəbzlərini Təqsirləndirilən şəxs2 vermiş, bundan bir neçə gün sonra Bənövşə restoranında Şahid3 Z.Əliyavaya məxsus evin qiymətləndirməsinə aid jurnal şəklində olan sənədləri gətirib Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 orada onun yanında Şahid3 350 (üç yüz əlli) manat pul vermiş, bunlardan başqa Təqsirləndirilən şəxs2 onun vasitəsi ilə və onun yanında Şahid3 pul verməmiş, bundan sonra Təqsirləndirilən şəxs2 ona Şahid3 onu aldatdığını, banka tərəf danışdığını, banka pul ödətdirmək istədiyini bildirmiş və bundan sonra Şahid3 görməmişdir. Təqsirləndirilən şəxs2 özünün tanış etdiyini, Şahid6 ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs2 onunla birlikdə Şamaxı şəhərində görüşən zaman “Leyla Əliyeva” fondunun adamı olması, prezidentin köməkçisi Anar Ələkbərov ilə şəxsən tanış olduğunu bildirməsi barədə xüsusatların yalan olduğunu, Muğan bankda işləyən Ramin adlı şəxsi şəxsən tanımadığını, belə bir adam olmasını Təqsirləndirilən şəxs2 ona bildirdiyini, Təqsirləndirilən şəxs2 onun yanında Şamaxı şəhərində Şahid3 1000 (min) manat pul verdiyini, bundan sonra Bakı şəhərində Təqsirləndirilən şəxs2 verdiyi pulu Şahid3 verdiyini, bir dəfə isə yenə Təqsirləndirilən şəxs2 ona verdiyi 200 (iki yüz) manat pulu Qobustan rayonu Mərəzə qəsəbəsində ödəmə terminalı vasitəsilə Şahid3 məxsus karta köçürdüyünü, bundan başqa Təqsirləndirilən şəxs2 bir dəfə də onun yanında Bənövşə restoranında Şahid3 350 (üç yüz əlli) manat pul verdiyini, Şahid3 2 dəfə - birinci dəfə 600 (altı yüz) ikinci dəfə isə 400 (dörd yüz) manat pulu Təqsirləndirilən şəxs2 qaytardığını, Şahid3 həmin pulları “20 yanvar metrosunun yanında yerləşən “Şəki” restoranına qoyduğunu və Təqsirləndirilən şəxs2 də həmin pulları oradan götürdüyünü, onun adına heç vaxt Kapital banka məxsus plastik kart olmadığını, Şahid3 Təqsirləndirilən şəxs2 vəkillik fəaliyyəti ilə məşğul olmasını deməsini eşitmədiyini, Şahid3 Təqsirləndirilən şəxs2 vəkillə müqavilə bağlayacağını bildirdiyini, Təqsirləndirilən şəxs2 Şahid3 ona məxsus VAZ 2109 markalı avtomobildə avtovağzal istiqamətinə gedən zaman avtomobil Şamaxı şəhərində yerləşən “VİP” adlı marketin yanına çatanda 1000 (min) manat pul verdiyini, Təqsirləndirilən şəxs2 onun yanında Bənövşə restoranında Şahid3 350 (üç yüz əlli) manat pul verdiyini, Şahid3 da bunun əvəzində Təqsirləndirilən şəxs2 evin qiymətləndirilməsinə aid jurnal verdiyini, Mərəzə qəsəbəsində Təqsirləndirilən şəxs2 ona vermiş olduğu 200 (iki yüz) manat pulu Şahid3 kartına göndərdiyini, ancaq Təqsirləndirilən şəxs2 həmin pulu hansı məqsədlə Şahid3 göndərməsini ona demədiyini, Təqsirləndirilən şəxs2 dediyi qəbzləri götürməsi ilə bağlı xüsusatların yalan olduğunu, Şahid3 20 yanvar metrosunun yanında pul göndərmədiyini, Şahid3 məxsus karta cəmi 1 dəfə Mərəzə qəsəbində yerləşən marketdə olan terminal vasitəsilə 200 (iki yüz) manat pul göndərdiyini, səs yazısı 2.m4a faylındakı danışıqların Təqsirləndirilən şəxs2, Şahid5, Şahid6 məxsus olduğunu, orada Nara xanım kimi adı keçən şəxsin Şahid6 olduğunu, səs yazısı 3.m4a faylındakı səs yazısının Təqsirləndirilən şəxs2, Şahid5 və ona məxsus olduğunu, Şahid6 tərəfindən istintaqa təqdim edilən səs yazısı 3.m4a faylındakı səs yazısındakı “İndi bura ödəniləcək 2000 (iki min) razılşadırıldı danışıldı ordan da dalşe da pul ödəyənnən sonra qrafik ki açılmayacaq bunlar artıq pul yazırlar ora hardasa müəyyən bir məbləğdə də məhkəməyə veriləcək onun da azalmağına köməklik eliyəcəy yəni bir söznən problem yaşanmıyacağ” sözlərini Şahid3 onlara dediyini, Şahid3 Təqsirləndirilən şəxs2 banka ilkin olaraq 2000 (iki min) manat ödənilsə bank prosesi saxlayacaq və yerdə qalan pulu qrafikə salacaq dediyini, Şahid3 onlara dediyi sözləri görüş zamanı Şahid4 qardaşı Şahid5 dediyi, Şahid14 kim olmasını, 100 (yüz) manat məbləğin hansı səbəbdən sonuncun hesabına köçürülməsini bilmədiyini, Təqsirləndirilən şəxs2 əvvəllər Şahid4 və Şahid6 pul alması barədə ona heç bir söz demədiyini, Təqsirləndirilən şəxs2 Şahid4 və Şahid6 şikayət etdikdən sonra 4500 (dörd min beş yüz) manat pul almasını ona bildirdiyini, onun tərəfindən Şahid6 və Şahid4 pul alınmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadə verib göstərdi ki,, Şahid6 əvvəllər tanımamış, hal-hazırda da həmin şəxsi tanımır, Şahid4 isə Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində Şahid4 evində olarkən tanımış, Təqsirləndirilən şəxs2 isə əvvəlcədən tanımış həmin şəxslərlə münasibəti normal olmuş, heç bir ədavəti və ya düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs2 həm vəkil həm də müəllim kimi tanıyır, belə ki, onda olan məlumata görə rayon ərazisində Təqsirləndirilən şəxs2 özünü vəkil kimi təqdim edərək vətəndaşların problemlərini həll edəcəyinə söz verir. 2021-ci ilin oktyabr aylarında axşam saatlarında Təqsirləndirilən şəxs2 ilə Şamaxı restoranında çay içən zaman Təqsirləndirilən şəxs2 ondan işləri olduğu üçün Bakı şəhərinə aparmağını xahiş etmiş, o da onu növbəti gün səhər saat 09 radələrində Bakı şəhərinə, hal-hazırda adını xatırlamadığı banka aparmış, bankda olarkən Təqsirləndirilən şəxs2 bank işçisi ilə söhbət etdiyini, bank işçisinin Təqsirləndirilən şəxs2 25-26 (iyirmi beş-iyirmi altı) min manat borc olduğunu, Təqsirləndirilən şəxs2 isə həmin şəxsə onlardan vaxt verilməsini istədiyini eşitmiş, bankdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 sonradan adını bildiyi Zülfiyyə adlı qadının yanına aparmış, Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərinə gedərkən yolda olduğu müddət ərzində Təqsirləndirilən şəxs2 ona həmin qadının bankla probleminin olduğunu və evinin bankda girovda olduğunu bu səbəbdən də Bakı şəhərinə gedərək bu problemi həll edəcəyini bildirmiş, bankdan çıxdıqdan sonra onlar Şahid4 evinə getmiş, onları evdə Şahid4 özü qarşılamış, həmin vaxt evdə Şahid4 başqa onun yeznəsi və qızı olmuş, təxminən yarım saat evdə oturduqdan sonra Təqsirləndirilən şəxs2 ona evdə oturaraq gözləməyini bildirmiş, E.Nİfdalıyev özü isə Şahid4 yeznəsi ilə birlikdə bildiyi qədərilə banka getmiş, təxminən iki saat sonra Təqsirləndirilən şəxs2 Şahid4 yeznəsi ilə geri qayıtmış, o, həmin vaxt siqaret çəkmək üçün çölə çıxmış, bu zaman Təqsirləndirilən şəxs2 ona işi olduğunu deyərək içəri girmiş və yenidən Şahid4 yeznəsi ilə banka gedərək bir saat sonra geri qayıtmış, geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 ona işlərinin qurtardığını və bu səbəbdən də Şamaxı rayonuna geri qayıdacağını bildirmiş, Şamaxı rayonuna qayıdarkən yolda olduğu müddət ərzində Təqsirləndirilən şəxs2 telefonda kiminləsə söhbət etmiş həmin adam bankda müddəti altı ay uzatdığını bildirmiş, təxminən iyirmi gün sonra Təqsirləndirilən şəxs2 ona yenidən Bakı şəhərində Şahid4 ilə görüşəcəyini və bu səbəbdən də onu Bakı şəhərinə aparmağını istəmiş, yolda olduqları müddət ərzində Təqsirləndirilən şəxs2 bank işçisi ilə telefonda söhbət etmiş və həmin şəxsdən vaxtın uzadılmasını xahiş etmiş, daha sonra olan söhbətlərdən, Təqsirləndirilən şəxs2 Şahid4 ilə görüşməyindən, Təqsirləndirilən şəxs2 Şahid4 pul almağından xəbəri olmamış, Şahid6 ümumiyyətlə tanımadığını, Təqsirləndirilən şəxs2 Şahid4 2000 (iki min) manat pul alması barədə məlumatının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs2 onun yanında Şahid4 pul almamış, lakin, təxminən bu ilin mart ayında Şahid4 ona zəng edərək Şamaxı rayonunda olduğunu, Təqsirləndirilən şəxs2 atasının yaşadığı Quşçu kəndinə getdiyini bildirmiş, Şahid4 telefonda ona Təqsirləndirilən şəxs2 işi həll etmədiyini və 20000 (iyirmi min) manat ziyana saldığını bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2lə söhbət edərkən Təqsirləndirilən şəxs2 ona Şahid4 ilkin olaraq 20000 (iyirmi min) manat pul almadığını, lakin, daha sonra həmin pulu banka verdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 ona Bakı şəhərində işi olduğunu və onu Bakı şəhərinə aparmağını xahiş etmiş, Şahid4 ilə Təqsirləndirilən şəxs2 Bakı şəhərində Şahid4 evində görüşən zaman o da orada olmuş, lakin onun yanında Şahid4 Təqsirləndirilən şəxs2 pul verməmiş, ola bilsin ki, 4000 (dörd min) manatı Təqsirləndirilən şəxs2 evdə verərkən o da həmin evdə olduğu üçün Şahid4 bu məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verib göstərdi ki, Şahid6 və Şahid4 əvvəllər tanımamış, həmin şəxslərlə əvvəllər ədavəti və ya düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs2 Orucəli oğlu onun doğma qardaşıdır, əvvəllər qardaşı Təqsirləndirilən şəxs2 Şahid4 və Şahid6 ilə tanışlığının olması barədə məlumatı olmamış, yalnız qardaşı həbs edildikdən sonra onun həmin qadınlara qarşı dələduzluq edərək onlardan ümumilikdə 16100 (on altı min yüz) manat pul aldığı barədə məlumatı olmuş, daha sonra öyrəndiyi qədərilə qardaşı Təqsirləndirilən şəxs2 həmin qadınlardan aldığı pulun müqabilində Şahid4 bankla yaranmış probleminin həll edilməsinə köməklik göstərəcəyinə söz vermiş lakin, sonda həmin qadınlara heç bir köməklik göstərməmişdir. Onun əsl adı Şirzad olsa da hamı onu Şirvan deyə çağırır, həmin şəxslərə dəymiş ziyan onun tərəfindən tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs2 həbs edilikdən sonra onun da Təqsirləndirilən şəxs2 həmin şəxslərə olan borcundan məlumatı olduqdan sonra o, Şahid6 və Şahid4 ilə əlaqə saxlayaraq onlara dəymiş ziyanı ödəyəcəyini bildirmiş, qardaşının Şahid6 aldığı 4000 (dörd min) manatın 2000 (iki min) və 1500 (min beş yüz) manatını Şahid6 tərəfindən təqdim edilən bank kartına köçürmüş, 500 (beş yüz) manatı isə əlbəəl bacısı Sevdanın evində Şahid6 vermiş, Şahid4 da 12100 (on iki min yüz) manatı bacısı Sevdanın evində nağd formada tam şəkildə vermiş, pulu Şahid4 verən zaman Şahid4 qardaşı Şahid5 də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadə verib göstərdi ki, şirniyyat satışı ilə məşğul olan “Nat” adlı firmada marketdə firmaya məxsus malları vitrinlərinə yığmaqla məşğul olur, Şamaxı şəhərində yerləşən “Ocaq” adlı super marketdə firma tərəfindən quraşdırılmış vitrin ona həvalə edilmiş, bütün gün həmin marketdə olur və vitrinə nəzarət edir, Şahid6 və Şahid4 tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs2 Orucəli oğlunu “Ocaq” adlı marketdə tanımış, 2021-ci ilin təxminən noyabr ayının əvvəllərində marketdə olan zaman Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və onunla söhbət etməyə başlamış, söhbət zamanı Təqsirləndirilən şəxs2 ondan maaşını kartla alıb-almamağını soruşmuş, o da cavabında maaşı kartla aldığını bildirmiş, təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 yenidən o, marketdə olan zaman ona yaxınlaşmış və kartından istifadə etmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 ona özünün bank kartının yandığını, ona təcili pul gəlməli olduğunu və bu səbəbdən də bank kartına ehtiyacı olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxs2 bank kartını etibar edə bilməyəcəyini bildirən zaman, Təqsirləndirilən şəxs2 cavabında ona birlikdə bankomata getməyi və onun yanında bankomatdan pulu çıxarmağını xahiş etmiş, Təqsirləndirilən şəxs2 ona təkid etdiyi üçün sonunda Təqsirləndirilən şəxs2lə razılaşmış və Təqsirləndirilən şəxs2 öz kartını vermiş, həmin vaxt Təqsirləndirilən şəxs2 onun yanında kartının ön hissəsinin şəklini çəkərək kiməsə göndərmiş, təxminən iki saat sonra Təqsirləndirilən şəxs2 yenidən onun işlədiyi yerə gələrək karta pul köçdüyünü bildirmiş, o, SMS məlumat xidmətinə qoşulmadığı üçün kartına daxil olan və çıxan pullar haqqında ona SMS bildirişi gəlməmiş, bundan sonra Təqsirləndirilən şəxs2 ona birlikdə bankomata getməyi təklif etmiş, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə işlədiyi Ocaq marketin qarşısında yerləşən Kapital Banka məxsus bankomata getmiş, bankomata kartı daxil edərək 4 rəqəmli təhlükəsizlik kodunu yığmış, kodu yığdıqdan sonra kənara çəkilmiş, pulu bankomatdan Təqsirləndirilən şəxs2 çıxartmış, həmin vaxt o, kartında özünə məxsus heç bir məbləğ olmadığını bildiyi üçün pulun Təqsirləndirilən şəxs2 tərəfindən çıxartmağına etiraz etməmiş, xatırladığı qədərilə Təqsirləndirilən şəxs2 kartdan 100 (yüz) manat pul çıxartmış, bankomatdan pul çıxardarkən Təqsirləndirilən şəxs2lə söhbət zamanı Təqsirləndirilən şəxs2 ona vəkillik fəaliyyəti ilə məşğul olduğunu, ərizə ilə kimsəsizlərə Bakı şəhərində ev verdirdiyini, müraciət edən şəxslərə sosial yardım almağa köməklik etdiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs2 ona da sosial yardım düzəltmək üçün köməklik edəcəyini, bunun üçün şəxsiyyət vəsiqəsini dəyişməyini bildirmiş, həmin vaxt ərindən boşansa da şəxsiyyət vəsiqəsində hələ evli olduğu yazıldığından bu səbəbdən şəxsiyyət vəsiqəsinin dəyişilməli olduğunu Təqsirləndirilən şəxs2 ona bildirmiş, bankomatdan pulu çıxardan zaman Təqsirləndirilən şəxs2 ona həmin məbləğin də kiməsə sosial yardım düzəldilməsi üçün ona göndərilən məbləğ olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 xatırladığı qədərilə bir dəfə yenidən onun yanına gəlmiş və onun kartından istifadə edərək bankomatdan pul çıxaracağını, 1000 (min) manat pul göndərildiyini bildirmiş, bu dəfə də o, Təqsirləndirilən şəxs2lə bankomata getmiş, yenə də kodu yığdıqdan sonra Təqsirləndirilən şəxs2 məbləği daxil edərək pulu bankomatdan çıxartmış, Təqsirləndirilən şəxs2 onun kartından istifadə etdikdən sonra kartını ona etibar etdiyi üçün kartında 5 manat pul saxlamış, Təqsirləndirilən şəxs2 bankomatdan pulu çıxardıqdan sonra ona adlarını bilmədiyi şəxslərə sosial yardım düzəltdiyini, həmin məbləğin də gördüyü işin müqabilində ona verildiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 bir neçə dəfə də marketdə görmüş, onu görən zaman Təqsirləndirilən şəxs2 ondan sosial yardımın verilməsi üçün sənədlərini düzəldib düzəltməməyimi soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 ona tələsməyini bildirmiş, lakin ondan pul tələb etməmiş, pul məsələsini yalnız sosial yardım düzəldikdən sonra danışacaqlarını bildirmişdir. Şahid6 tərəfindən istintaqa təqdim edilmiş **********829815 nömrəli Kapital Banka məxsus kartın ona məxsus olduğunu, həmin kartın onun əvvəlki iş yerində işləyən zaman maaş kartı olduğunu, işdən çıxdıqdan sonra həmin kartı firmaya təhvil verdiyini, Təqsirləndirilən şəxs2 iki dəfə onun kartından istifadə etdiyini, bankomatda kodu özü yığdığını, lakin bankomatdan pulu Təqsirləndirilən şəxs2 özünün götürdüyü üçün konkret olaraq hansı məbləğin çıxardılmasını bilmədiyini, lakin Təqsirləndirilən şəxs2 ona dediyinə görə 100 (yüz) manat və 1000 (min) manat pul çıxartdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 2015-ci ildən hal-hazıradək Şamaxı şəhəri ərazisində yerləşən Ocaq marketdə əvvəlcə kassir daha sonra ət satışı şöbəsində işləmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işlədiyi Ocaq marketdə iş prosesi ilə əlaqədar olaraq Azərsun şirkətinin işçiləri kimi tanımış, Şahid1 isə ümumiyyətlə əvvəllər tanımamış, Təqsirləndirilən şəxs1 isə Ocaq marketdə işləməyi ilə əlaqədar iş yoldaşı kimi tanıyır, həmin şəxslərlə heç bir qohumluq və düşmənçilik münasibəti olmamışdır. 11 mart 2022-ci il tarixdə mən Ocaq marketdə işdə olan zaman təxminən saat 16 radələrində marketin girişində kamera olan otaqda dayanmış, həmin zaman insanların Təqsirləndirilən şəxs1 qoluna girərək Təqsirləndirilən şəxs1 marketdən çıxarmağa çalışdıqlarını görmüş, o da Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onun qoluna girmiş, marketdən çölə çıxarmış, Təqsirləndirilən şəxs1 insanlar içərisində dalaşmamağı, ayıb olduğunu, səs-küy salmamasını bildirmiş, bir neçə dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs2 və onun arxası ilə bir iki nəfərin gəlmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 üzərinə gedib yumruq atmış, bundan sonra marketin qarşısında dava düşdüyünün şahidi olmuş, o, mübahisə edənləri aralamağa çalışmış, dalaşmağa qoymamış, lakin, insanlar çox olduğundan ara qarışmış və o da arada qalaraq dalaşanları ayırmağa çalışmış, daha sonra hadisə yerinə polis əməkdaşları gələrək dalaşan şəxsləri oradan aparmış, mübahisə zamanı onu heç kəs vurmamış, Sadəcə dava düşəndə arxa nahiyəsindən kim isə vurmuş lakin kimin vurduğunu bilməmiş, Zərərçəkmiş şəxs2 və Dövlət ittihamçısı xəsarətlərin kimin yetirdiyini bilməmiş, dava düşdükdə elə qarışıqlıq olduğu üçün kimin kimi vurduğunu görə bilməmiş, hadisəyə kimi səhhəti normal olmuş, spirtli içki qəbul etməmiş, hadisə ərəfəsində dava düşdüyü üçün kefim pozulmuş, buna baxmayaraq Ocaq marketin qarşısında baş verənləri düzgün və dəqiq olaraq xatırlayır, hadisə Şamaxı şəhərində yerləşən Ocaq marketdə baş vermiş, marketin içərisində təxminən on dəqiqə, marketin qarşısında isə təxminən on dəqiqə olmaqla ümumilikdə təxminən 15-20 dəqiqə baş vermiş, marketin qarşısında dava düşəndə artıq zorakılıq baş verdiyini başa düşmüş, baş verənləri qəti olaraq gözləməmiş, qəfil dava düşdüyü üçün dalaşanları aralamağa çalışmış, marketin qarşısında o Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışarkən həmin zaman Zərərçəkmiş şəxs2 da marketin digər çıxışından çıxmış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 görən kimi üzərinə gedərək Zərərçəkmiş şəxs2 yumruq atmış və ondan sonra dava düşmüş, adam çox olduğundan heç kimə fikir verə bilməmiş, ona məxsus olan əşya yəni telefon həmçinin üzərimdə olan paltar zədələnməmiş, orada olan digər əşyaların zədələnməsini bilməmiş, hücum üçün Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 heç bir alətdən istifadə etməmiş, Təqsirləndirilən şəxs1 isə taxta parçası ilə hücum etmiş, marketin qarşısında dava düşdükdən sonra o mübahisənin düşdüynü anlamış, mənəvi və fiziki iztirab keçirmiş, baş vermiş mübahisə zamanı qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar geyinmiş, üstümdə telefon, pul olmuş, üzüm isə tüklü olmuş, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutan şəxs Azərsun şirkətinin işçisi Şahid9dur, video görüntünün 00:05-ci saniyəsində Şahid9 sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin və soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxs Sahib Niftalıyevdir, soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxsi isə tanımır, video görüntünün 00:05-ci saniyəsində Təqsirləndirilən şəxs1 sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxs Zərərçəkmiş şəxs2dur, video görüntünün 00:23cü saniyəsində görüntüyə düşən şəxslərin müştərilər və Mahir adlı şəxsdir, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxs Fuad Şamxalov, göy rəngli xalatda olan şəxs isə Azərsun şirkətinin əməkdaşı İradə Dursunalyeva qırmızı rəngli paltarda olan əyilərək vitrinə nəsə düzən şəxs isə Ocaq marketin Tahirə adlı işçisidir, video görüntünün 00:42-ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxs Ocaq marketin Elvin adlı işçisidir, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə Təqsirləndirilən şəxs1 saxlamağa çalışan üzündə tibbi maska olan, Ocaq marketin kameraya nəzarət edən yuxarıda qeyd etdiyim Mahir adlı işçisi, digəri Ocaq marketdə soksu bölməsinin Fərid adlı işçisidir, digər şəxslər isə Ocaq marketin Elvin adlı işçisi və Şahid9dur, . F.Şamxalov və adını bilmədiyi şəxs də mübahisə edənləri ayırmağa çalışır, video görüntünün 01:04-cü saniyəsində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslər Elvin, kameraya nəzarət edən Ocaq marketin Mahir adlı işçisi və Şahid1, Aqravest firmasının işçisi Adil adlı şəxs, sok-su bölməsinin işçisi Fərid adlı şəxsdir, təqdim edilən 2-ci video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan şəxs özüdür və onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan Dövlət ittihamçısı və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxs isə Şahid9dur, 2-ci video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda öndə gedən şəxs Zərərçəkmiş şəxs2, onun arxası ilə sok bölməsinin işçisi Fərid adlı şəxs və Şahid1 gedir, digər şəxsin adını bilmir, 2-ci video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə Dövlət ittihamçısı təpiklə vuran şəxs Təqsirləndirilən şəxs2dir, 00:42-ci saniyədə Təqsirləndirilən şəxs2 təpiklə Dövlət ittihamçısı vurmuş, 00:43 saniyədə isə o, ərk mənasında Dövlət ittihamçısı dalaşmamağı üçün itələmiş, 2-ci video görüntünün 00:44-00:48-ci saniyələrində Təqsirləndirilən şəxs1 əlində olan taxta parçasını haradan götürdüyünü, Təqsirləndirilən şəxs1 əlindən kimin taxta parçasını aldığını görməmiş, Dövlət ittihamçısı marketin içərisində kassanın yanında vurmamış, marketin qarşısında isə dava düşdükdə orada dalaşanları ayırmağa çalışmış, bir dəfə ərk mənasında Dövlət ittihamçısı dalaşmaması üçün itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, təxminən 3-4 il olar ki, Ocaq marketdə satıcı, daha sonra Azərsun şirkətində satıcı olaraq işinə davam etmiş, işi vitrinə ərzaqların düzülməsi və onların üzərinə qiymətlərin vurulması və həmçinin satıcılıqdır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 iş prosesi ilə əlaqədar olaraq tanımış, həmin şəxslərlə heç bir qohumluq və düşmənçilik münasibəti olmamış, 11 mart 2022-ci il tarixdə Ocaq marketdə saat 16 radələrində marketdə vitrinləri səliqəyə salmaq məşğul olan zaman zaman Zərərçəkmiş şəxs2 tanımadığı şəxs ilə ona yaxınlaşıb nə üçün vitrinlərdə “kristiyanski” yağının olmadığını bildirmiş, o isə kristiyanski yağının bir ay müddətdir ki marketdə olmadığını bildirmiş, Zərərçəkmiş şəxs2 isə axşam mal gəldiyini demiş, o isə bundan məlumatı olmadığını yəqin yağın anbarda olduğunu bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 ondan uzaqlaşaraq marketin içərisində ara ilə yağ bölməsi tərəfə getmiş və daha sonra vitrinin şəklini çəkməyə başlamış, o isə həmin yerdə toyuqları vitrinə düzməklə məşğul olmuş, bu zaman Zərərçəkmiş şəxs2 vitrinin şəklini çəkdikdə həmin şəkillərdə düşdüyünü hiss etmiş, Zərərçəkmiş şəxs2 həmin fotoşəkilləri silməsini bildirmiş, Zərərçəkmiş şəxs2 da çəkdiyi şəkilləri ona göstərərək yanında fotoşəkilləri silmiş, bundan sonra Şahid9 fotoşəkilləri çəkməyə başlamış, həmin vaxt Sahib Niftalıyev aralıdan onlar tərəfə gəlmiş, Şahid9 Təqsirləndirilən şəxs1 görüb “administrator gəlir görək vitrində nə üçün mal yoxdu” demiş, Təqsirləndirilən şəxs1 isə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Şahid9 da dünəndən mal gəldiyini lakin vitrinə düzülmədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə malların siyahıya yazıldığını, gün ərzində vitrinə düzüləcəyini bildirmiş, lakin, Şahid9 şəkilləri silməyəcəyini bu barədə rəhbərliyə məruzə edəcəyini demiş, daha sonra o, satışı yazdığından onların nə söhbət etdiyinə fikir verməmiş, sadəcə Təqsirləndirilən şəxs1 şəkilləri pozub problem yaratmamasını Şahid9 dediyini eşitmiş, lakin, Şahid9 və Zərərçəkmiş şəxs2 şəkilləri pozmayacağını bildirirmiş, həmçinin əvvəl sakit söhbət eləsələr də daha sonra marketin içərisində dava düşmüş, o kimin kimi vurduğunu görməsə də sonradan ona Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurduğu deyilmiş, daha sonra ora toplaşan adamlar mübahisə edənləri marketin çölünə çıxarmış, eşitdiyi qədərilə marketin çölündə də dava düşmüş, daha sonra polislər gələrək mübahisə edənləri polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs2 kobud cavab vermədiyini, “kristiyanski” yağının bir ay müddət olardı ki marketdə olmadığını bildirdiyini, Zərərçəkmiş şəxs2 isə axşam mal gəldiyini dediyini, o isə bundan məlumatı olmadığını yəqin yağın anbarda olduğunu, Şahid9 şəkilləri pozmasını və rəhbərliyə bu barədə verməməsini, Şahid9 isə ona qulaq asmayıb vitrinin şəkillərini çəkməyə başladığını, mübahisə zamanı ona heç kimi xəsarət yetirmədiyini və xəsarət almadığını, Zərərçəkmiş şəxs2 və Dövlət ittihamçısı xəsarəti kimin yetirdiyini bilmədiyini, sonradan bildiyi qədərilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurduğunu, hadisəyə kimi səhhətinin normal olduğunu, hadisə ərəfəsində dava düşdüyü üçün kefim pozulduğunu, buna baxmayaraq Ocaq marketdə baş verənləri düzgün və dəqiq olaraq xatırladığını, hadisənin Şamaxı şəhərində yerləşən Ocaq marketdə baş verdyini, mübahisənin marketin içərisində təxminən 10 dəqiqə, marketin qarşısında isə nə qədər baş verdiyini bilmədiyini, marketin içərisində dava düşəndə artıq zorakılıq baş verdiyini başa düşdüyünü, ona məxsus əşyaların zədələnmədiyini, orada olan digər əşyaların zədələnməsini bilmədiyini, hadisə zamanı göy rəngli xalat geyindiyini, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkən şəxsin Azərsun şirkətinin işçisi Şahid9, video görüntünün 00:05-ci saniyəsində Şahid9 sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin Təqsirləndirilən şəxs1, soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxsin isə Cavidan adlı şəxs, video görüntünün 00:05-ci saniyəsində Təqsirləndirilən şəxs1 sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxsin Zərərçəkmiş şəxs2, video görüntünün 00:23cü saniyəsində görüntüyə düşən şəslərin müştərilə olduğunu, müştərilərdən arxa tərəfdə isə olan şəxsin kolbasanı qəbul edən Mahir adlı şəxs, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxsin Fuad Şamxalov, göy rəngli xalatda olan şəxs isə özü, qırmızı rəngli paltarda olan əyilərək vitrinə nəsə düzən şəxs isə Tahirə adlı işçi, video görüntünün 00:42-ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxsin Ocaq marketin Elvin adlı işçisi, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə Sahib Niftalıyevi saxlamağa çalışan üzündə tibbi maska olan, Ocaq marketin kameraya nəzarət edən yuxarıda qeyd etdiyim Mahir adlı işçisi, digəri Ocaq marketdə soksu bölməsinin Fərid adlı işçisi, digər şəxslərin isə Ocaq marketin Elvin adlı işçisi və Şahid9, video görüntünün 01:04-cü saniyəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurduğu zaman onları Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslər Cavidan, Elvin, kameraya nəzarət edən Ocaq marketin Mahir adlı işçisi və Şahid1, Aqravest firmasının işçisi Adil adlı şəxs, sok su bölməsinin işçisi Fərid adlı şəxs, 2-ci video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan və onun qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan şəxsin və onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan şəxsin və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxsin Şahid9 2-ci video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda öndə gedən şəxsin Zərərçəkmiş şəxs2, onun arxası ilə sok bölməsinin işçisi Fərid, Cavidan və Şahid1 getdiyini, video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə Zərərçəkmiş şəxs1 olduğu iddia edilən şəxsi təpiklə vuran şəxsi tanımadığını, video görüntünün 00:44-00:48-ci saniyələrində Təqsirləndirilən şəxs1 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 və Dövlət ittihamçısı vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verib göstərdi ki, təxminən 7-8 il olar ki, Azərsun şirkətində fəhlə olaraq işləyir, fəhlə kimi işi şirkətin məhsullarını anbara gəldikdən sonra oradan götürüb marketin vitrininə düzməkdən ibarət olmuş, həmçinin məhsulların istehsal tarixinə baxaraq onlara nəzarət etmiş, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 iş prosesi ilə əlaqədar olaraq tanımış, həmin şəxslərlə heç bir qohumluq və düşmənçilik münasibəti olmamış, 11 mart 2022-ci il tarixdə təxminən saat 16 radələrində Ocaq marketdə olan zaman marketdə həm boş vitrinlərin şəklini həm də endirimdə olan malların şəklini çəkib bu barədə Whatsapp qrupuna ataraq rəhbərliyə məlumat verməklə məşğul olmuş, həmin zaman Şahid8 ona və Zərərçəkmiş şəxs2 yağların şəklini çəkməmələrini bildirmiş, o isə həmişə şəkil çəkdiyini hal hazırda da şəkil çəkdiyini Şahid8 bildirmiş, həmin zaman xatırladığı qədərilə Zərərçəkmiş şəxs2 çəkdiyi şəkili pozmuş, lakin, o, şəkili pozmamış, vitrinin şəklini çəkərkən orada Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid10 adlı şəxs dayanmış, əvvəlcə həmin şəxslər heç bir şey danışmasa da sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 “sən kimsən vitrinin şəklini çəkirsən” demiş, Zərərçəkmiş şəxs2 isə cavabında “bəs sən kimsən? Mən həmişə vitrinin şəklini çəkmişəm. Bu dükanın yiyəsi var onlar bizə hələ irad bildirməmişdir” demiş, daha sonra Təqsirləndirilən şəxs1 danışaraq biraz onlardan aralaşmış, vitrin üstündə mübahisə etmiş, sonra Təqsirləndirilən şəxs1 əsəbiləşərək Zərərçəkmiş şəxs2 “gəl çöldə söhbət edək” demiş və Zərərçəkmiş şəxs2 qolundan tutaraq itələmiş, daha sonra onları aralamağa çalışsalar da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurmuş, bundan sonra ora toplaşan insanlar Təqsirləndirilən şəxs1 dükanın bir tərəfinə Zərərçəkmiş şəxs2 isə dükanın digər istiqaməti tərəfə aparmış, daha sonra onlar da marketdən çölə çıxmış, çölə çıxdıqda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərinə gələrək yumruq atmış və bundan sonra dava düşmüş, o, orada heç kimi vurmamış nə də ki ona xəsarət yetirən olmamış, o sadəcə orada S.Nİfdalıyevi və dalaşanları aralamağa çalışmış, lakin, insanlar çox olduğundan ara qarışmış, daha sonra hadisə yerinə polis əməkdaşları gələrək dalaşan şəxsləri oradan aparmış, marketin içərisində Təqsirləndirilən şəxs1 onunla yox, Zərərçəkmiş şəxs2la vitrin üstündə söhbət etmiş, ona heç kəs vurmamış, Zərərçəkmiş şəxs2 və Dövlət ittihamçısı xəsarəti kimin yetirdiyni görməmiş, lakin marketin içərisində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurmuş bundan sonra orada olan şəxslər dalaşanları ayrımağa çalışmış, lakin marketin çölündə yenidən dava düşmüş, Təqsirləndirilən şəxs1 əlindəki taxta parçası ilə onları vurmağa çalışsa da taxtanın kimə dəydiyini görməmiş, hadisəyə kimi səhhəti normal olmuş, spirtli içki qəbul etməmiş, hadisə vaxtı Ocaq marketin qarşısında baş verənləri düzgün və dəqiq olaraq xatırlayır, mübahisə marketin içərisində təxminən 10 dəqiqə, marketin qarşısında isə təxminən 10 dəqiqə olmaqla ümumilikdə təxminən 15-20 dəqiqə baş vermiş, marketin qarşısında dava düşəndə artıq zorakılıq baş verdiyini başa düşmüş, ona məxsus olan əşya yəni telefon həmçinin üzərində olan paltar zədələnməmiş, orada olan digər əşyaların zədələnməsini bilmir, hücum üçün Zərərçəkmiş şəxs2, Dövlət ittihamçısı və Şahid1 heç bir alətdən istifadə etməmiş, Təqsirləndirilən şəxs1 taxta parçası ilə onların üzərinə hücum etmiş, mübahisə zamanı qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək geyinmiş, üstündə telefon, pul olmuş, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkən şəxsi onun özü, video görüntünün 00:05-ci saniyəsində sizdən sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxs Təqsirləndirilən şəxs1, soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxs Şahid10, video görüntünün 00:05ci saniyəsində Təqsirləndirilən şəxs1 sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxs Zərərçəkmiş şəxs2, video görüntünün 00:23-cü saniyəsində görüntünün göründüyü hissədə marketdə oan şəxslər müştərilər, müştərilərdən arxa tərəfdə olan şəxs Mahir adlı işçi, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxs F.Şamxalov, göy rəngli xalatda olan şəxs isə Azərsun şirkətinin əməkdaşı İ.Dursunalıyeva, qırmızı rəngli paltarda olan əyilərək vitrinə nəsə düzən şəxs Tahirə adlı işçi, video görüntünün 00:42-ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxs Ocaq marketin işçisi Şahid11, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə Təqsirləndirilən şəxs1 saxlamağa çalışan şəxslərdən üzündə tibbi maska olan, Ocaq marketin kameraya nəzarət edən Mahir adlı işçisi, digəri Ocaq marketdə sok-su bölməsinin Fərid adlı işçisi, Ocaq marketin Elvin adlı işçisi və özü, onları ayırmağa çalışan şəxs F.Şamxalov, video görüntünün 01:04-cü saniyəsində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslər Şahid10, Şahid11 kameraya nəzarət edən Ocaq marketin Mahir adlı işçisi və Şahid1, Aqravest firmasının işçisi Adil adlı şəxs, sok su bölməsinin işçisi Fərid adlı şəxs, təqdim edilən 2-ci video görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan şəxs Şahid2 və onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan Dövlət ittihamçısı və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxs isə özü, təqdim edilən 2-ci video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda öndə gedən şəxs Zərərçəkmiş şəxs2, onun arxası ilə sok bölməsinin işçisi Fərid, Şahid10 və Şahid1, təqdim edilən 2-ci video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə Dövlət ittihamçısı təpiklə vuran şəxs Təqsirləndirilən şəxs2 olmuş, təqdim edilən 2-ci video görüntünün 00:44-00:48-ci saniyələrində Təqsirləndirilən şəxs1 əlində olan taxta parçasını haradan götürdüyünü görməmiş, Təqsirləndirilən şəxs1 taxta parçası ilə onları vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid11, Şahid12, Şahid9la özlərinə aid hissədə oxşar məzmunlu ifadələr verərək, Şahid9 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid16 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, Şahid9la özünə aid hissədə oxşar məzmunlu ifadələr verərək, Şahid9 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadə verib göstərdi ki, 2021ci ilin oktyabr ayından hal-hazıradək Şamaxı şəhəri ərazisində yerləşən Ocaq marketdə işləyir, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işlədiyi Ocaq marketdə iş prosesi ilə əlaqədar Azərsun şirkətinin işçiləri olaraq tanımış, Şahid1 isə onunla eyni məktəbdə oxumuş, Şahid1 qiyabi olaraq tanımış, həmin şəxslərlə heç bir qohumluq və düşmənçilik münasibətim olmamışdır. 11 mart 2022-ci il tarixdə mən Ocaq marketdə işdə olan zaman saat təxminən 15:50 radələrində o, "xxxx" MMC-nin mallarının təhvil verilməsi üzrə məsul əməkdaşı Taryel adlı əməkdaşı ilə Ocaq marketin zirzəmisində yerləşən anbarda görüşmüş, Taryeldən malları qəbul edən zaman terminalda nasazlıq baş vermiş, nasazlıq baş verən kimi o, dərhal Ocaq marketin birinci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən kamera otağına getdərək kamera otağıdakı kompyuterdən terminalı “refresh” etmiş, lakin terminal yenidən işləməmiş, bu zaman “PAYİM” kolbasa şirkətinin əməkdaşı Niyət malların qəbul edilməsi üçün onu çağırmış, bu zaman otaqdan çölə çıxaraq kolbasa məhsullarının satıldığı şöbəyə getmiş, kolbasa məhsullarını satıldığı şöbəyə gedən zaman Ocaq marketin adminstratoru Sahib Niftalıyevin marketin kassa istiqamətində tək getməsini görmüş, həmin vaxt Təqsirləndirilən şəxs1 ardınca Zərərçəkmiş şəxs2 və Şahid1 getdiyini görmüş, həmin vaxt kolbasa məhsullarının satıldığı hissəyə getdiyi üçün onların marketin çölünə çıxmalarını görməmiş, o, “PAYİM” kolbasa şirkətinin əməkdaşı Niyət ilə malları qəbul edən zaman Ocaq marketin çöl hissəsində post patrul xidmətinin avtomobilinin səsini eşitmiş, malları təhvil alıb qurtardıqdan sonra marketin içərisindən post patrul xidməti avtomobillərinin marketin qarşısından uzaqlaşdığını görmüş, daha sonra marketin içərisində olan tanımadığı şəxslərdən marketin çölündə mübahisənin düşdüyünü və post patrul xidmətinin əməkdaşlarının bu səbəbdən marketin qarşısına gəldiklərini öyrənmiş, bundan sonra o, Ocaq marketin video müşahidə kameralarına baxan zaman tanıdığı şəxslərdən Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 mübahisə etdiyini, qohumu Şahid2 isə mübahisəni sakitləşdirmək istədiyini görmüş, mübahisə və dava-dalaş baş verən zaman orada olmamış, kamera otağında olan müddət ərzində və “Payım” kolbasa şirkətinin əməkdaşı Niyət tərəfindən çağırıldıqdan sonra kolbasa məhsullarının satıldığı hissəyə gedən zaman hər hansı bir səs-küy, dava dalaşın şahidi olmamış, mübahisə bitdikdən sonra kamera görüntülərinə baxan zaman mübahisənin baş verdiyini görmüş, Şamaxı RPŞ-də verdiyi ifadə zamanı bu xüsusatları qeyd etmiş, lakin müstəntiq tərəfindən həmin xüsusatlar ifadəsində qeyd edilməmiş, ifadəni oxumadan qol çəkmiş, Zərərçəkmiş şəxs2 və Dövlət ittihamçısı xəsarəti kimin yetirdiyini görməmiş, Dövlət ittihamçısı o vurmamış, mübahisə zamanı mən orada iştirak etməmiş, mübahisə bitdikdən sonra kamera görüntülərinə baxan zaman mübahisənin təxminən 4-5 dəqiqə ərzində davam etdiyini görmüş, mübahisə baş verdikdən sonra hər hansı əmlak zədələnməmiş, ona təqdim edilən video görüntünün 00:02-ci dəqiqəsindən 00:14-cü dəqiqəsinə qədər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxaraq əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkən şəxs Azərsun şirkətinin işçisi Şahid9, video görüntünün 00:05-ci saniyəsində Şahid9 olduğunu iddia etdiyiniz şəxsdən sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxsin Təqsirləndirilən şəxs1, soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan şəxs Şahid10, video görüntünün 00:05-ci saniyəsində Təqsirləndirilən şəxs1 sol tərəfdə əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxs Zərərçəkmiş şəxs2, video görüntünün 00:23-cü saniyəsində görüntünün göründüyü hissədə iki nəfər vitrində ərzaq axtaran şəxslər müştərilər olmuş, müştərilərdən arxa tərəfdə isə bir nəfər şəxs marketə gələn kolbasanı qəbul edən və kameraya nəzarət edən Şahid12, video görüntünün 00:40-cı saniyəsində vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxs Fuad Şamxalov, göy rəngli xalatda olan şəxs isə Azərsun şirkətinin əməkdaşı Şahid8, qırmızı rəngli paltarda olan əyilərək vitrinə nəsə düzən şəxs isə Ocaq marketin Tahirə adlı işçisi, video görüntünün 00:42-ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli varatnikli olan şəxs Şahid11, video görüntünün 00:52-ci saniyədən və 01:00-ci saniyəyə qədər hissədə Sahib Niftalıyevi saxlamağa çalışan üzündə tibbi maska olan, Ocaq marketin kameraya nəzarət edən Şahid12, digəri Ocaq marketdə sok-su bölməsinin Fərid adlı işçisi, digər şəxslər isə Ocaq marketin işçisi Şahid11 və Şahid9, video görüntünün 01:04-cü saniyəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təpiklə vurduqdan sonra S.Nifadlıyevi Ocaq marketin digər istiqaməti tərəfə aparan şəxslər Şahid11, Şahid10, kameraya nəzarət edən Ocaq marketin işçisi Şahid12, Şahid1, Aqravest firmasının işçisi Adil adlı şəxs, Təqsirləndirilən şəxs1 isə sok su bölməsinin işçisi Fərid adlı şəxs, ona təqdim edilən 2-ci video görüntünün 00:18-ci ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan yeznəsi Şahid2, onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan Dövlət ittihamçısı və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan şəxs isə Şahid9, 2-ci video görüntünün 00:28-ci saniyəsində göy rəngli gödəkçə və cins şalvarda öndə gedən şəxs Zərərçəkmiş şəxs2, onun arxası ilə Şahid10, sok bölməsinin işçisi Fərid və Şahid1, 2-ci video görüntünün 00:31-ci saniyəsində qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan şəxs Təqsirləndirilən şəxs1, tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxs isə Zərərçəkmiş şəxs2, 2-ci video görüntünün 00:35-ci saniyəsində qırmızı kapişon ilə görüntüdə görünən və 00:43-cü saniyədə Dövlət ittihamçısı təpiklə vuran şəxs Təqsirləndirilən şəxs2, Dövlət ittihamçısı əli ilə itələyən şəxs Şahid2, 2-ci video görüntünün 00:44-00:48-ci saniyələrində əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuran şəxs Sahib Niftalıyev olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məlumat daşıyıcısana baxış protokolundan görünür ki, CD diskin içərisində olan VİDEO-2022-04-07-16-47-03.mp4 adlı fayla baxış zamanı həmin videonun müddətinin 1 dəqiqə 44 saniyə olması müəyyən edildi. Video görüntünün yuxarı sol küncündə qara rənglə “xx-xx-2022” ağ rənglə -“ci il” və yenidən qara rənglə “15:44:26” sözləri yazılmışdır. Baxış zamanı görüntüdə ilkin olaraq “Ocaq” adlı supermarket olduğu iddia edilən mağazanın içərisində ərzaqlar satılan bölmə görünür. Əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan, tibbi maskanı çənəsinin altına taxan Şahid9 olduğu iddia edilən şəxs əlində tutduğu telefon vasitəsilə vitrinin fotoşəklini çəkir. Video müddətinin 00:05-ci saniyəsində Şahid9 sağ tərəfdə soyuducuya söykənərək əlləri cibində dayanan, qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan Sahib Niftalıyev və soyuducuya söykənərək əli ilə çənəsini tutan qara köynək və qara şalvarda olan Cavidan adlı şəxs olduğu ehtimal edilir. Sahib Niftalıyevin sol tərəfində əli ilə digər əlini tutan tünd göy rəngli gödəkçə və cins şalvarda olan şəxsin isə Zərərçəkmiş şəxs2 olduğu görünür. Görüntünün göründüyü hissədə marketdə əlavə iki nəfər şəxsin vitrində ərzaq axtardıqları, onlardan arxa tərəfdə bir nəfər satıcının olduğu və yenə arxa tərəfdə iki nəfər şəxsin marketdə dolaşdıqları görünür. Video görüntünün 00:16cı saniyəsində Şahid9 vitrinin çəklini çəkdikdən sonra arxa tərəfə gedir və görüntünün 00:21-ci saniyəsində X27 Eynalovun arxası ilə gedib əli ilə Coşqunun qolundan itələyib nə isə dediyi müəyyən edilir. Görüntünün 00:27-ci saniyəsində qırmızı rəngli paltarda olan əyilərək vitrinə nəsə düzən qadının Tahirə adlı ocaq marketin işçisi olduğu müəyyən edilir. Daha sonra video görüntünün 00:31-ci saniyəsində Sahib Niftalıyevin geriyə çönərək Şahid9 əl-qol hərəkətləri ilə nə isə izah etməyə çalışdığı görünür. Sahibin əl-qol hərəkətlərindən onun nədənsə narazı olduğu görünür. Həmin zaman Zərərçəkmiş şəxs2 onlara yaxınlaşır və görüntünün 00:36-cı saniyəsində Sahib Niftalıyevin hirsli şəkildə Zərərçəkmiş şəxs2 və Şahid9 nə isə dediyi, təxminən 4 saniyə ərzində onlar arasında söhbət getdiyi və daha sonra yəni görüntünün 00:40-cı saniyədə Təqsirləndirilən şəxs1 yenidən əl-qol hərəkətləri ilə söhbətə davam edən zaman qəfil Zərərçəkmiş şəxs2 qolundan yapışıb onu geri itələdiyi görünür. Həmin zaman orada vitrinin qarşısında qara rəngli uzunqol köynək, boz rəngli gödəkçə və göy rəngli cinsdə olan şəxs Fuad Şamxalov, göy rəngli xalatda olan şəxsin isə İradə adlı şəxs olduğu ehtimal edilir. Görüntünün 00:42ci saniyəsində qəhvəyi rəngli gödəkçə və ağ rəngli yaxalıqlı Ocaq marketin Elvin adlı işçisi olduğu iddia edilən şəxs isə gələrək Sahibi və Nurlanı aralamaq məqsədi ilə saxlayır. X28 Məmmədovun qolundan yapışıb geri itəliyərkən ətrafda olan insanlar ora yaxınlaşır. Video görüntüdən görünür ki Zərərçəkmiş şəxs2 bir tərəfdə dayanaraq Sahib Niftalıyevin üzərinə getmir lakin Sahib Niftalıyev onu saxlayan insanların əlindən yaxa qurtarıb Zərərçəkmiş şəxs2 üzərinə getmək üçün çalışır. X31 marketin kameraya nəzarət edən, üzündə tibbi maska olan, orta yaşlı bir nəfər işçisi, Ocaq marketdə sok-su bölməsinin bir nəfər işçisi, Ocaq marketin Elvin adlı işçisi, Şahid9 saxlamağa çalışsalar da Sahib Nifdsaliyev onların əlindən çıxıb Zərərçəkmiş şəxs2 çiynindən yapışaraq onu həmin yerdən aparmağa çalışır. Lakin Ocaq marketin kameraya nəzarət edən orta yaşlı işçisi Zərərçəkmiş şəxs2 arxadan tutaraq Sahib Niftalıyevin əlindən alır. Görüntünün 00:58-ci saniyəsində əynində boz gödəkçə, qara rənli şalvar olan Zərərçəkmiş şəxs1 gəzərək toplaşan insanlara yaxınlaşdığı görünür. Cavidan adlı şəxsdə X23 Məmmədovdan aralamağa çalışarkən Sahib Niftalıyev yenidən onu saxlayan insanların əlindən çıxıb Zərərçəkmiş şəxs2 yaxasından yapışır və görüntünün 01:04-cü dəqiqəsində Zərərçəkmiş şəxs2 təpiklə vurur. Görüntünün 01:07-ci dəqiqəsində Ocaq marketin sok-su bölməsinin işçisi Sahib Niftalıyevin qolundan tutaraq Ocaq marketin digər istiqamətinə aparır. Zərərçəkmiş şəxs1 onların arxası ilə gedir. X28 Məmmədovu təpiklə vurduqdan sonra Elvin, Cavidan, kameraya nəzarət edən Ocaq marketin işçisi və Şahid1 Zərərçəkmiş şəxs2 üzündən tutaraq Ocaq marketin digər istiqaməti tərəfə apardığı müşahidə edilir. CD diskin içərisində olan VİDEO-2022-04-07-16-47-10.mp4 adlı fayla baxış zamanı həmin videonun müddətinin 1 dəqiqə 44 saniyə olması müəyyən edildi. Video görüntünün yuxarı sol küncündə ağ rənglə “xx-xx-2022-ci il” və ağ rəngli “cam 15:50:16” sözləri yazılmışdır. Baxış zamanı görüntünün 00:18-ci saniyəsində ilkin olaraq qara rəngli gödəkçədə və qara rəngli şalvarda olan Sahib Niftalıyevin və onun qoluna girərək əynində qara rəngli uzunqol gödəkçə və qara rəngli şalvar olan Əmirxan adlı şəxsin və onların ardınca əynində boz gödəkçə və qara rəngli şalvar olan Zərərçəkmiş şəxs1 və əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli köynək olan Şahid9 Ocaq marketdən çölə çıxdığı, 00:22-ci saniyədə Əmirxan adlı şəxsin Sahib Niftalıyevi qolundan tutaraq saxladığı və onlarla söhbət etdiyi, görüntünün 00:28-ci dəqiqəsində göy rəngli gödəkçə və cins şalvarda olan Zərərçəkmiş şəxs2 öndə getdiyi, onun arxası ilə Cavidan və sok bölməsinin işçisi və Şahid1 getdiyi görünür və 00:31-ci saniyədə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərinə gedərək yumruqla onu vurmağa cəhd etdiyi, Əmirxanın ona mane olduğu, daha sonra 00:32-ci saniyədə orada olan Şahid1 Sahib Niftalıyevə yumruq atdığı, lakin yumruq zərbəsinin dəymədiyi, yenidən yumruq atdığı həmin yumruq zərbəsinin də dəymədiyi, Əmirxan adlı şəxsin onları ayırmağa cəhd etdiyi, 00:33-cü saniyədə Zərərçəkmiş şəxs2 Sahib Niftalıyevə təpik atdığı, lakin təpiyin dəymədiyi, Sahib Niftalıyevin isə Zərərçəkmiş şəxs2 yumruq atdığı, lakin yumruq zərbəsinin Zərərçəkmiş şəxs2 dəymədiyi, 00:36-cı saniyədə Zərərçəkmiş şəxs1 Sahib Niftalıyevə təpik atdığı, lakin təpiyin dəyməməsi, 00:38-ci saniyədə Sahib Niftalıyevin müvazinətini saxlaya bilməyib taxta yeşiklərin üzərinə yıxılması, daha sonra Əmirxanın Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 geri itəliyərək ayırması, həmçinin 00:43-cü saniyədə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 təpiklə vurması müşahidə edilir. 00:43-cü saniyədə Sahib Niftalıyevin yekə taxta parçası ilə Elnur, Nurlan və Kamalın üzərinə qaçdığı, 00:45-ci saniyədə taxta parçası ilə Zərərçəkmiş şəxs2, 00:46-cı saniyədə isə taxta parçası ilə Zərərçəkmiş şəxs1 vurması, 00:47-ci saniyədə Zərərçəkmiş şəxs1 taxta parçasını Sahib Niftalıyevin əlindən alması, sonrakı dəqiqələrdə isə ora toplaşan insanların onları əks istiqamətdə aralaması müşahidə edilir. CD diskdə iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı bir məlumat aşkar edilmədi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məlumat daşıyıcısana baxış protokolundan görünür ki, CD diskin içərisində səs yazısı 1.m4a, səs yazısı 2.m4a və səs yazısı 3.m4a adlı üç ədəd səs yazısı, video 1.mp4 və video 2.mp4 adlı iki ədəd video fayl aşkar edimişdir. səs yazısı 1.m4a adlı fayla baxış zamanı Şahid6 həmin fayldakı danışığın Təqsirləndirilən şəxs2 məxsus olduğunu, səs yazısı 2.m4a adlı fayldakı danışıqların Şahid5 (Şahid4 qardaşı), Şahid6, Təqsirləndirilən şəxs2, səs yazısı 3.m4a adlı fayldakı danışıqların Şahid5 (Şahid4 qardaşı), Təqsirləndirilən şəxs2 və Elçin adlı şəxsə məxsus olduğunu bildirdimişdir. video 1.mp4 adlı və video 2.mp4 video fayldakı çəkilişlərə baxış keçirilən zaman Şahid6 həmin şəxslərin özü, Şahid5, Təqsirləndirilən şəxs2 və Ülkər İsayeva (Şahid4 qızı) olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 68 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət – boynun sağ yan tərəfinin qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkün olmaqla, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 69 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – boyun nahiyəsinin arxa səthinin və bud nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsi mümkün olmaqla, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 71 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 almış olduğu xəsarət – sol qulaq və sol bazu nahiyələrinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkün olmaqla, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli 2886 nömrəli məktuba əlavə edilmiş 1977 saylı ekspert rəyinin nəticə hissəsində məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissədə Təqsirləndirilən şəxs1 yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya), psixopatabənzər davranışın aşkar edildiyi, nəticə hissəsinin yekun hissəsində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, bu S.Nifdalıyevin anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs1 iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin 21 may 2022-ci il tarixli 188- 7385-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Otucalı oğlu 21 may 2022-ci il tarixdə Şamaxı şəhəri ərazisində tutularaq RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin 21 may 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 21 may 2022-ci il tarixdə saat 20:21-də tutulmuşdur. İş materialarında olan Şamaxı rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 4(074)- 50/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə yaşadığı müddətdə özünü ictimaiyyət arasında yaxşı aparmış, normal xasiyyətə malikdir, kəndin ictimai işlərində fəal iştirak etmişdir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 may 2022-ci il tarixli 33 saylı arayışından görünür ki, o, atası X5, bacıları X8, X6, X9, X7, qardaşı X10 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. İş materiallarında olan X29 adına Milli Oftalmologiya Mərkəzinin 20 may 2022-ci il tarixli 5234 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ambliopiya xəstəliyi ilə müalicə almışdır. İş materiallarında olan 079718 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ümumi səbəbdən 3-cü qrup əlildir. İş materiallarında olan Şamaxı MRX-nın Poliklinikasının 29 dekabr 2022-ci il tarixli 118/3888 saylı ambulator xəstənin tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 bel nahiyyəsindəki ağrılar (hərəkətməhdudluğu) səbəbi ilə müalicə almışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şahid5 notarial qaydada ərizə verərək, Təqsirləndirilən şəxs2 şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şahid4 notarial qaydada ərizə verərək, Təqsirləndirilən şəxs2 şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şahid6 notarial qaydada ərizə verərək, Təqsirləndirilən şəxs2 şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 01 iyun 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 27 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 78.2.2, 178.2.4-cü maddələri olan cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarından görünür ki, Şamaxı rayon Prokurorluğunun 23 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan şikayəti və tələbi yoxdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X13 02 mart 2004-cü ildə nikahlarını bağlamışlar, ərə Niftalıyev, arvada Niftalıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 346035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12 avqust 2009-cu ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X3r. İş materiallarında olan AZ-İİ № 409337 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 dekabr 2003-cü ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X3r. İş materiallarında olan AZ-İİ № 683216 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 sentyabr 2005-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X3r. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı özlərini təqsirli bilmişlər, eyni zamanda onların əməli özlərinin verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələri ilə və X4 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini,yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, 3-cü qrup gözdən əlil olmasaını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını, bel ağrılarından əziyyət çəkmnəsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, öhdəsində iki nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, 3 qrup gözdən əlil olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və müsbət davranışını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 21 may 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək olan 4 ay 28 gün həbsdə saxlanıldığı müddət 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və müsbət davranışını, bel ağrılarından əziyyət çəkməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə onun həmin cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəza şərti olaraq tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübutlar Şahid6 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk, “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Şahid14 **********829815 nömrəli plastik kart hesabına ********** nömrəli əməliyyat nömrəsi ilə müvafiq olaraq 100 (yüz) manat, “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 **********665460 nömrəli plastik kart hesabına ********* nömrəli əməliyyat nömrəsi ilə 50 (əlli) manat və ********** nömrəli əməliyyat nömrəsi ilə 3000 (üç min) manat pulun köçürülməsini özündə əks etdirən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qəbzlər, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid4 təqdim edilmiş **********829815 nömrəli plastik kartın və Z.Əliyava ilə Şahid6 təqdim edilmiş **********665460 nömrəli plastik kartın şəkilləri və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun və Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 21 may 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək olan 4 ay 28 gün həbsdə saxlanıldığı müddət 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın, onun üzərində qəti olaraq 3 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübutlar Şahid6 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk, “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Şahid14 **********829815 nömrəli plastik kart hesabına ********** nömrəli əməliyyat nömrəsi ilə müvafiq olaraq 100 (yüz) manat, “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 **********665460 nömrəli plastik kart hesabına ********* nömrəli əməliyyat nömrəsi ilə 50 (əlli) manat və ********** nömrəli əməliyyat nömrəsi ilə 3000 (üç min) manat pulun köçürülməsini özündə əks etdirən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qəbzlər, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid4 təqdim edilmiş **********829815 nömrəli plastik kartın və Z.Əliyava ilə Şahid6 təqdim edilmiş **********665460 nömrəli plastik kartın şəkilləri və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 178.2.4, 221.2.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun və Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-87/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-87/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver