Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-88/2022 30.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1968-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, X14 İnşaat şirkətinin direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-983/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sürücü kimi işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin noyabr ayında ona cinayətdən xəbərsiz Şahid1 vasitəsilə müraciət edən sonuncunun qardaşı Zərərçəkmiş şəxs özünü həmin agentlikdə rəhbər vəzifədə işləyən, işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə ona Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sürücü kimi işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs tərəfindən 15 noyabr 2021-ci il tarixdə Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Ocaq Market”-də quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin özünün tanışı cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 məxsus 4169-7413-6917-4972 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid karta köçürülməsinə nail olub, həmin pul vəsaitini sonuncudan götürərək şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs məxsus 1500 (bir min beş yüz) manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, X14 İnşaat şirkətinin direktoru vəzifəsində işləyir. 2021-ci ilin sentyabr ayında Şamaxı şəhər sakini Vüsal adlı şəxsi Şamaxı şəhərində yerləşən bərbərxanada tanımışdır. Tanış olub söhbətləşdikdən sonra onlar bir-birinin nömrələrini götürmüşlər. Dəqiq yadında olmayan tarixdə o, Şamaxı rayonuna gəlmiş və Vüsal adlı tanışı ilə əlaqə saxlamış və ona bildirmişdir ki, “Şamaxıdadır, gecəni burada qalacaq”. Vüsal adlı tanışı da ona bildirmişdir ki, “lap yaxşı qalarsan görüşərik”. O da həmin günü Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında qalmış, səhəri günü səhər saat 07 radələrində Vüsal ona zəng vurmuş və bildirmişdir ki, “Bakı şəhərinə nə vaxt çıxacaqsan, sənə xaş qonaqlığı vermək istəyirəm”. O da Vüsala bildirmişdir ki, “mən Bakıya çıxmalıyam, başqa vaxt oturarıq”. Bundan sonra o, öz işləri ilə məşğul olmuşdur. Ancaq o, Vüsal adlı şəxslə əlaqə saxlamış, bir müddət keçdikdən sonra ona borc pul lazım olmuş və o, tanışı Vüsaldan 1500 manat borca pul istəmiş, Vüsal da 15 noyabr 2021-ci il tarixdə dostu və iş yoldaşı Şahid2 kartına 1500 manat pul göndərmişdir. O da həmin pulu Şahid2 götürmüşdür. O, işlərini görmüş, sonra 400 manat pulu xx.xx.2021-ci il tarixdə Vüsalın kartına göndərmiş, qalan 1100 manat pulu isə hissə-hissə qaytaracağını demişdir. Daha sonra ona məlum olmuşdur ki, Vüsalın qardaşı Vasif ondan şikayət edib. O, Vasif adlı şəxsi ümumiyyətlə tanımamış, onunla hər hansısa bir iş barəsində danışmamış, sadəcə olaraq Vüsal adlı şəxslə münasibət yaratmışdır. Vüsal adlı şəxsdən 1500 borc almış, 400 manat pulunu geri qaytarmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, polis şöbəsində ona borcunun qaytarılması ilə bağlı işgəncə verilib, onu vurmayıblar, döyməyiblər, sadəcə borcunu qaytarmasını deyiblər. Həmin şəxsləri tanımır. O, bu barədə əvvəlki məhkəmə iclaslarında heç nə bildirməmişdir. Eyni zamanda bununla bağlı heç bir orqana şikayət etməmiş, bu barədə saxlanıldığı istintaq təcridxanasının nəzarətçilərinə və Şamaxı RPŞ-nin MSY-nin rəisinə bu vaxtadək heç nə deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə hərbi xidmətini başa vurub evlərinə qayıtmış və iş axtarmağa başlamışdır. Barəsində soruşulan Azər adlı şəxsi 2021-ci ilin sentyabr ayından tanımış, onunla əvvəllər heç bir formada münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin sentyabr ayının 25-də qardaşı Şahid1 evə gələrək ona bildirmişdir ki, bərbərxanada bir nəfər Azər adlı şəxslə tanış olub, həmin şəxsə onun barəsində deyib və bildirib ki, o, iş axtarır. Həmin vaxt Azər adlı şəxs qardaşı Vüsala bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işləyir və onu həmin agentlikdə sürücü kimi işə düzəldə bilər. Vüsal bunu ona demiş və həmin şəxsin telefon nömrəsini ona vermişdir ki, artıq o, özü onunla əlaqə saxlasın və hansı sənədlər lazım olsa təqdim etsin. Vüsal onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini həmin Azər adlı şəxsə vermişdir ki, lazım olanda Azər adlı şəxs onunla əlaqə saxlasın. 01 oktyabr 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmişdir. Həmin vaxt Azər adlı şəxs ona zəng vurmuşdur və o, ona bildirmişdir ki, sənədlərini ona göndərsin onun işi ilə məşğul olacaq. O, da sənədləri hazır edib Azər adlı şəxsə göndərmişdir. Bundan sonra, yəni 12 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Azər adlı şəxs yenidən ona zəng vuraraq bildirmişdir ki, «gəl Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən “Anar” restoranında görüşək, sənin işinlə əlaqədar söhbətimiz var». O, da evlərindən çıxıb tək Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən “Anar” restoranına getmişdir. Həmin vaxt Azər adlı şəxs artıq restorana çatmışdır. Onlar görüşmüşlər və otaqların birində oturmuşlar. Həmin vaxt o, çay içmiş, Azər adlı şəxs isə özü üçün yemək sifariş etmişdir. Həmin vaxt söhbətləri əsnasında Azər adlı şəxs ona “utanıram deməyə, özün müharibə veteranısan, 1500 manat rüsum ödəmək lazımdır. Sən fikirləşmə ki, mənə o pul çatacaq” sözlərini demişdir. O, da onun nə demək istədiyini başa düşmüşdür. Həmin vaxt Azər adlı şəxs ona demişdir ki, «sənə kart şəkili göndərəcəm dediyim vaxtda həmin karta 1500 manat pul göndərərsən». O, da onunla razılaşmış və onlar oradan çıxmışlar. O, öz evlərinə qayıtmış və Azər adlı şəxsin zəngini gözləmişdir. 15 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Azər adlı şəxs ona kart şəkilini göndərmişdir. O, da evdən 1500 manat pulu götürərək Şamaxı şəhəri Nəriman Nərimanov küçəsində yerləşən “Ocaq Market”-də yerləşən “MilliÖn” elektron ödəmə terminalından həmin karta göndərmişdir. Bundan sonra o, mütəmadi olaraq Azər adlı şəxsin istifadəsində olan ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlamışdır ki, işi nə vaxt düzələcək. 19 noyabr 2021-ci il tarixdə Azər adlı şəxs ona bildirmişdir ki, «gəl Bakı şəhərinə işinlə əlaqədar müəyyən hərəkətlər olmalıdır». O, da onunla razılaşmış və Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra o, Azər adlı şəxslə əlaqə saxlamış, Azər adlı şəxs ona bildirmişdir ki, iki günə həll olunacaq. O,da Bakı şəhərində 4 gün qalsa da Azər adlı şəxs onun işi idə əlaqədar hər hansısa bir sənədləşmə aparmamışdır. Bundan sonra o, Bakı şəhərindən yaşadığı Şamaxı rayonuna qayıtmışdır. O, mütəmadi olaraq Azər adlı şəxslə əlaqə saxlasa da Azər adlı şəxs ona müxtəlif bəhanələr edərək onun işini düzəltmirdi. Azər onun pulundan cəmi 400 manatını qaytarmışdır. O, 15 noyabr 2021-ci il tarixdə MiliÖn ödəmə vasitəsilə Şahid2 adına olan karta 1500 manat pul göndərmişdir. Pul göndərmə səbəbi isə Azər adlı şəxsin onu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sürücü kimi işə düzəlməyi ilə əlaqədar rüsüm ödəmək olmuşdur. O, pul göndərməmişdən əvvəl Azərin istəyi ilə, sürücülük vəsiqəsinin, hərbi biletinin və ona verilmiş medalların şəkillərini ona göndərmişdir. O, əvvəllər Azər adlı şəxsi tanımamışdır. Görüşərkən onlar ikisi olmuşlar, yanlarında başqa heç kim olmamışdır. Onun Azər adlı şəxsdən tələbi həmin şəxsin onu aldadıb aldığı pulu geri qaytarmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o 2016-cı il tarixdən Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 03 iyul 2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs hərbi xidmətini başa vurub evlərinə qayıtmış və iş axtarmağa başlamışdır. 2021-ci ilin sentyabr ayının 25-də o, Şamaxı rayonu ərazisində yerləşən bərbərxanada olan zaman söhbət edən vaxt bir nəfər sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə söhbət edən zaman o, ona bildirmişdir ki, qardaşı hərbi xidmətdə harada olub, o, da ona bildirmişdir ki, 2-ci Qqarabağ müharibəsində iştirak edib. Həmin vaxt Azər ona bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işləyir və qardaşını həmin agentlikdə sürücü kimi işə düzəldə bilər. Həmin vaxt o, onun mobil nömrəsini götürmüş və onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra o, qardaşı ilə bu barədə danışmış və qardaşı Vasifə bərbərxanada tanış olduğu Azər adlı şəxsin nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Daha sonra ona məlum olmuşdur ki, qardaşı Vasif həmin Azər adlı şəxslə əlaqə saxlayıb. Azər adlı şəxs ona bildirmişdir ki, «sənədlərini göndər sənin işinlə məşğul olacam». Vasif də sənədləri hazır edib Azər adlı şəxsə göndərmişdir. Daha sonra, yəni 12 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində qardaşı Vasif və Azər adlı şəxs yenidən zəngləşərək Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən “Anar” restoranında görüşmüşlər, həmin vaxt Azər adlı şəxs qardaşına demişdir ki, «işinlə əlaqədar olaraq 1500 manat pul lazımdır, sənə dediyim vaxt karta vurarsan». Qardaşı da razılaşıb və 1500 manat pulu 15 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Azər adlı şəxsin ona göndərdiyi Şahid2 adına olan karta göndərmişdir. Bunları ona qardaşı Vasif dedikdən sonra o, qardaşına bildirmişdir ki, nə üçün ona deməmiş ona pul göndərib. Bundan sonra qardaşı mütəmadi olaraq Azər adlı şəxslə əlaqə saxlamışdır ki, işi nə vaxt düzələcək. 19 noyabr 2021-ci il tarixdə Azər adlı şəxs qardaşını yenidən Bakı şəhərinə çağırmışdır ki, guya işini düzəldəcək, qardaşı Bakı şəhərində 4 gün qalsa da Azər adlı şəxs onun işi ilə əlaqədar hər hansısa bir sənədləşmə aparmamışdır. Qardaşının Azər adlı şəxsə verdiyi 1500 manat puldan cəmi 400 manatını qaytarmışdır. O, əvvəllər Azər adlı şəxsi tanımamışdır. Ümumiyyətlə ona heç bir məbləğdə əvəllər və indi borc pul verməmişdir. Qardaşı Azərlə görüşən vaxt o, onların yanında olmamış, sonradan qardaşı Vasif ona bunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, heç bir yerdə işləmir. Barəsində soruşulan Təqsirləndirilən şəxs tanıyır, onun iş yoldaşı olub, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 15 noyabr 2021-ci il tarixdə dostu və tanışı Azər onun əlaqə saxlamış və bildirmişdir ki, «sənin kartına pul gələcək 1500 manat həmin pulu götürüb verərsən mənə». O,da həmin vaxt dostu Təqsirləndirilən şəxs həmin pulun nə səbəbə onun kartına gəlməyini və götürüb ona verməyini soruşan zaman Azər ona bildirmişdir ki, Şamaxı rayonunda dostu var ondan borc istəyib ona görə göndərirlər. O, da Azərlə razılaşmış və həmin tarixdə, saat 12:30 radələrində xatırlamadığı terminala yaxınlaşaraq onun plastik kartına gələn vəsaiti, yəni 1500 manat pulu götürərək dostu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra o, mütəmadi olaraq dostu ilə əlaqə saxlayıb görüşmüşdür. Ona məlum olmuşdur ki, dostu həmin aldığı 1500 manat borc puldan 400 manat pulu geri qaytarıb, qalan 1100 manatı isə hissə-hissə qaytaracaq. Həmin vaxt, yəni o, plastik kartından pulunu götürən zaman onun yanında heç kim olmamışdır. Həmin pulun Azərə nə məqsədlə göndərilməsindən xəbəri olmamış, Azər isə ona dostunun borca göndərdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1500 manat məbləğində vəsaitin aldatma yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Sənədlərə baxış keçirilməsi haqqında” 02 iyul 2022-ci il tarixli protokoldan dörünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs səsyazmaları dinlənilmiş, səsyazmalarda sonuncu “ayın ya 1 ya da 2-də əmr veriləcək, alınmasa pulu qaytaracam Şamaxıda qardaşına, sən yaxşı oğlansan, qardaşın da yaxşı oğlandır”, “2 gün mənə vaxt ver pulunu qaytaracam”, “narahat olmayın müəllim, pulunuzu qaytaracam”, “həftənin birinci günü kadr həll edəcək”, “hal-hazırda texnika yoxdur verməyə”, “adam mənə kart göndərib, qaqaşla danışdım, pulu karta göndər, ayın 20-si işə çıxacaq əmri verilib, pulu göndər” sözlərini deyir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə arasında “Votsap” proqramı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən smslər və özünə məxsus sürücülük vəsiqəsi, medalların və vəsiqələrin şəkillərini göndərməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 22 iyul 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci hissəsi ilə əməyə mütləq cəlb olunmaqla 02 il şərti cəzaya məkhum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin 3-cü hissəsi ilə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Hüseynov X5 şəhər məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 177.2.2-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Mülki–hüquqi öhkəliklərinin icrasından yayınan borclu kim Bakı İnzibati İqtisadi Məhkəməsinin 24 avqust 2016-cı il tarilxi 2(82)-1627 saylı qərarı ilə 90589 manat məbləğində cərimə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 15 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilmişdir ki, onun barəsində Göygöl MKTİB-nə şikayət və narazılıqlar daxil olmayıb. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 avqust 2022-ci il tarixli 2062 saylı arayışından görünür ki, X8 qardaşı 1962-ci il təvəllüdlü X6, qardaşının arvadı 1962-ci il təvəllüdlü X1, qardaşının oğlanları 1987-ci il təvəllüdlü X4 və 1990-cı il təvəllüdlü X3 ilə Göygöl şəhəri, N.Nərimanov küçəsi, 2 a saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. "İttiham elan edilməli olan şəxsin tutulması haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu ərazisində tutularaq istintaqa təqdim olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Sənədlərə baxış keçirilməsi haqqında” 08 sentaybr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASM-dən daxil olmuş kart hesabı ilə aparılan əməliyyatlara dair məlumatların və ATM vasitəsilə nağdlaşdırmaya aid mövcud görüntülərin baxışını keçirən zaman 4169-7413- 6917-4972 nömrəli plastik karta 15 noyabr 2021-ci il tarixdə, saat 12:36-da 1500 manat pul terminaldan mədaxil kimi köçürüldüyü, 15 noyabr 2021-ci il tarixdə, saat 14:29-da 10 manat pul terminaldan mədaxil kimi köçürüldüyü, 15 noyabr 2021-ci il tarixdə, saat 10:44-də 3.60 qəpik postterminalla ödəniş olunduğu, 15 noyabr 2021-ci il tarixdə, saat 13:23-də 14.50 qəpik xidmət haqqı kimi tutulduğu və 15 noyabr 2021-ci il tarixdə saat 13:23-də Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 90 Araz Marketdən bankomatdan məxaric edilməklə 1450.0 onlayn kredit vasitəsilə nağdlaşdırılması müəyyən edildi. Həmçinin diskə baxış zamanı həmin göstərilən tarixdə və saatlarda arıq bədən quruluşlu bir şəxsin həmin əməliyyatları apardığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, də Şahid1 təqdim etdiyi sənədi qəbul edib baxış keçirən zaman həmin sənəddə Şahid1 məxsus 416974******5770 nömrəli VSCD Electro Salary ödəniş kartına xx.xx.2021-ci il tarixdə onlayn Mədaxil 400.0 manat pul köçürülməsi müəyyən edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 4(005)- 1068/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 ay həddində, yəni 8 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Şamaxı rayon Məhkəməsinin 1(074)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsidnə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-983/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi tamamilə sübuta yetirildi. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan səsyazmalar, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlı, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 983/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-983/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-88/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-88/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver