Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-89/2021 15.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan, özünü zərərçəkmiş şəxsə “Murad” kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Göyçay Mərkəzi Rayon Xəstəxanasına tibb bacısı kimi işə bərpa olunmaq istəyən sonuncunun arvadı Şahid2 işə bərpa olunmasını təmin edəcək kurs bitirməsi barədə sənəd əldə edəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs Göyçay-Şamaxı marşrutu üzrə sürücü işləyən Şahid1 vasitəsilə göndərdiyi 1000 (min) manat məbləğində pulu 2019-cu ilin may ayının sonlarında yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində alaraq özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla əvvəllər münasibəti həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Vaqifi Göyçay rayonuna işi ilə əlaqədar gedərkən tanımış və onunla münasibət yaratmışdır. Vafiq Əliyevin etibarından sui-istifadə edərək Göyçay Mərkəzi Rayon Xəstəxanasına tibb bacısı kimi işə bərpa olunmaq istəyən Zərərçəkmiş şəxs arvadı Şahid2 işə bərpa olunmasını təmin edəcək kurs bitirməsi barədə sənəd əldə edəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə ondan Göyçay-Şamaxı marşrutu üzrə sürücü işləyən Şahid1 vasitəsilə göndərdiyi 1000 (min) manat məbləğində pulu 2019-cu ilin may ayının sonlarında yaşadığı Şamaxı şəhəri, Bakı küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evində alaraq özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Son olaraq əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəyən ziyanı tamamilə ödəməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını göstərərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etməsi barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğlu Vüqar Rzayevin vasitəsilə tanımışdır. Bildirmişdir ki, onun həyat yoldaşı Şahid2 2004-cü ilə qədər Göyçay rayonu Mərkəzi xəstəxanasında tibb bacısı kimi işləmişdir. Daha sonra onunla ailə həyatı qurduğuna görə işdən çıxmışdır. Belə ki, 2019-cu ilin may ayında tanışı Elvinlə söhbət edərkən ona bildirmişdir ki, həyat yoldaşı işdən çıxıb, indi isə işə qayıtmaq üçün onun kurs keçməyi lazımdır. Elvin də ona bildirmişdir ki, “mənim tanışım var, ona deyərəm sənin həyat yoldaşının kurs məsələsini həll edər”. Elvin ona bildirmişdir ki, “bunun 1000 manat rüsumu var, onu ödəyərsən, rüsumu hara ödəniləcəyini sənə tanışım zəng vurub deyəcək”. Bundan qısa zaman sonra ona zəng gəlmiş, özünü Murad kimi təqdim edən şəxs bildirmişdir ki, “mən Elvinin dostuyam, Elvin mənə sənin dediyin məsələni danışıb, indi isə sən mənə özün ətraflı bu məsələni danış”. O da Elvinə dediyini bir daha Murad adlı şəxsə telefon vasitəsilə bildirmişdir. Həmin vaxt Murad ona bildirmişdir ki, “bu məsələ ilə əlaqədar Aynurun müəyyən sənədlərinin surətləri lazımdır. Sən o sənədləri ver Elvinə, Elvin mənə çatdıracaq”. O da həmin vaxt həyat yoldaşı Aynurun diplomunun, əmək kitabçasının, kəbin kağızının və başqa müəyyən sənədlərin surətlərini çıxararaq Göyçay şəhərində yaşayan Vüqar adlı “Qazel” markalı avtomobilin sürücüsünə vermişdir ki, Şamaxı rayonuna gedəndə versin Elvinə. Həmin vaxtdan 10 gün sonra Murad ona yenidən zəng vuraraq bildirmişdir ki, “kurs üçün 1000 manat rüsum ödəmək lazımdır”. Bunu dedikdən sonra Murad ona bildirmişdir ki, “sən həmin 1000 manat pulu göndər mənə”. Həmin vaxt o bildirmişdir ki, “Murad müəllim, siz şəxsiyyət vəsiqənizin şəkilini “WhatsApp” vasitəsilə göndərin mənə, mən sizin adınıza həmin 1000 manat pulu köçürüm”. Həmin vaxt Murad ona bildirmişdir ki, “mənim şəxsiyyət vəsiqəm üstümdə deyil, başqa adamın şəxsiyyət vəsiqəsinin şəkilini göndərim onun adına köçürün”. Həmin vaxt o, Murad adlı şəxsə bildirmişdir ki, “mən heç kimin adına pul göndərmirəm, sizə çatan sənədləri geri qaytarın”. Bundan sonra Elvin ona zəng vurmuş və bildirmişdir ki, “Murad deyir ki, söhbət alınmadı”. O da Elvinə Muradla olan söhbətlərini danışmışdır. Həmin vaxt Elvin ona bildirmişdir ki, “mən zamin oluram, sən həmin 1000 manat pulu mənə göndər, mən özüm Murada çatdıracağam”. O da Elvinə inanıb onunla razılaşmış, həmin 1000 manat pulu 2019-cu ilin may ayının axırlarında Göyçay şəhərində Vüqar adlı “Qazel” markalı avtomobilin sürücüsünə vermişdir ki, həmin pulu Elvin adlı şəxsə çatdırsın. Bundan sonra onun işinin düzəlmədiyini görüb o, mütəmadi olaraq Elvin adlı şəxslə əlaqə saxlamışdır ki, nə üçün işləri düzəlmir. Elvin isə hər dəfə, yəni 2020-ci ilin mart ayına kimi müxtəlif bəhanələrlə işi düzəltməmiş və pulunu geri qaytarmamışdır. 2020-ci ilin mart ayında Elvinlə əlaqə saxlayanda Elvin ona bildirmişdir ki, “Pandemiya ilə əlaqədar bir az səbirli olun, iş düzələcək”. O isə artıq işin düzəlmədiyini bilib ondan pulunu tələb etsə də, Elvin ona pulunu geri qaytarmamışdır. Artıq 2021-ci ilin yanvar ayında o, hüquq mühafizə orqanlarına bu barədə məlumat vermişdir. Bildirmişdir ki, o, həyat yoldaşı Aynurun kurs işinə görə 1000 manat pulu Vüqar adlı Göyçay şəhər sakini ilə Elvin adlı şəxsə göndərmişdir. O, həmin 1000 manat pulu Göyçay şəhər sakini Vüqar adlı “Qazel” markalı avtomobilin sürücüsünə 2020-ci ilin may ayının axırlarında Göyçay şəhərində vermişdir. Ona zəng vuran şəxsin özünü Murad kimi təqdim etdiyini, özünün də sonradan Murada başqa adamın telefonu ilə yadında qalmayan telefon nömrəsi ilə zəng etdiyini, bu səbəbdən də həmin şəxsin Murad olduğunu dediyini, həmin Murad adlı şəxsi görmədiyini və onu tanımadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir və bu barədə notarial qaydada ərizə vermişdir. İştirakı olmadan işə baxılmasına etiraz etmir və onun cəzalandırılmasını istəmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində iş üzrə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram göndərərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini Elvin adlı şəxsin vasitəsilə tanımış və Vaqifi cəmi iki dəfə Göyçayda evlərinin yanında görmüşdür. Təxminən 2 il bundan əvvəl dəqiq xatırlamadığı tarixdə o, evdə olarkən Vaqif onların evinə gələrək ona bir ədəd çanta vermişdir ki, “bunu Şamaxı şəhərinə gedəndə Elvinə verərsən”. O da onunla razılaşmışdır. Bununla da Vaqif iki dəfə onların evinə gələrək çantanı ondan Elvin adlı şəxsə çatdırmasını xahiş etmişdir. Daha sonra həmin ərəfələrdə dəqiq yadında qalmayan tarixdə Vaqif adlı şəxs onların Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndindəki evlərinə gələrək əlində olan sənədləri və pulu ona verərək xahiş etmişdir ki, “bunu çatdır Şamaxı şəhərində yaşayan Elvin adlı şəxsə”. O da Vaqiflə razılaşmış və həmin sənədləri və pulu Şamaxı şəhərində Elvin adlı şəxsin anası Raya adlı qadına Elvinə çatdırması üçün vermişdir. Onu da qeyd etmişdir ki, Elvin adlı şəxs də iki dəfə Şamaxı şəhərindən Göyçay şəhərinə gedərkən Göyçay şəhərində Vaqif adlı şəxsə çantanın çatacağını deyib, ondan xahiş edərək həmin çantanı göndərmişdir. Bildirmişdir ki, həmin çantaların içərisində nəyin olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 Təqsirləndirilən şəxs anası olduğuna görə ona qarşı ifadə verməkdən imtina etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 12 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, baxış keçirilən hadisə yeri Göyçay şəhəri, H.Bayramov küçəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin qarşısıdır. Zərərçəkmiş şəxs həyat yoldaşının işə düzəlməyindən ötrü Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs çatacaq 1000 manat pulu 2019-cu ilin may ayının axırlarında Göyçay şəhərində Vüqar adlı “Qazel” markalı avtomobilin sürücüsünə verildiyi yeri göstərmişdir. Bununla bağlı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. 03 may 2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, baxış keçirilən hadisə yeri Göyçay şəhərinin giriş hissəsində yerləşən dairənin yanıdır. Təqsirləndirilən şəxs “Kapital Banka” borcu olduğundan 350 manat pulu, daha sonra 650 manat pulu Göyçay şəhər sakini Zərərçəkmiş şəxs aldığı yeri göstərmişdir. Bununla bağlı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. 16 iyun 2021-ci il tarixdə elektron məlumat daşıyıcısı olan səs yazısı diskinə baxış keçirilən zaman telefon danışıqları zamanı Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs həyat yoldaşının işinin nə vaxt düzəlməsi barədə soruşduğu müəyyən olunmuşdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 25 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İcbari Tibbi Sığorta X6 Tibbi Ərazi Bölmələrinin X4 rayon mərkəzi xəstəxanası publik hüququ şəxsin 21 may 2021-ci il tarixli 342 saylı məktubunda göstərilir ki, Şamaxı şəhəri, Bakı küçəsi, 39 saylı evdə yaşayan xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Ruhi-əsəb və Narkoloji dispanserində qeydiyyatda yoxdur. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində ailə üzvləri və qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 may 2021-ci il tarixli 1606 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 02 oktyabr 1987ci il təvəllüdlü X1, qızı 08 noyabr 2013-cü il təvəllüdlü X2 və oğlu 21 fevral 2018-ci il təvəllüdlü X5 ilə Şamaxı şəhəri, Bakı küçəsi, 39 saylı evdə yaşayır. 18 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edib, ona dəymiş olan 1000 (bir min) manat maddi ziyanın ödənildiyini göstərmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. "xxxx" ASC-nin Şamaxı filialının 08 sentyabr 2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 250 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs oğlunun ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəyən ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə Zərərçəkmiş şəxs ilə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 250 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-89/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-89/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver