Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-89/2023 19.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində, “Şamaxı” restoranının yaxınlığında saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 23:20 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, satış məqsədi ilə əldə etdiyi, ümumi təmiz çəkisi 1.495 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik maddələrin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində, yaşadığı evin yaxınlığında olan avtobus dayanacağının yanında dayanan zaman, avtomobil yolunun kənarında bir ədəd selofan bükümü görüb, həmin bükümü götürmüşdür. Həmin bükümü açıb baxdıqda, içərisində narkotik maddə olan heroin olmasını aşkar etmişdir. O, həmin maddəni istifadə etmək üçün, əynindəki şalvarın cibinə qoymuş və yaşadığı ünvana getmişdir. Həmin gün, axşam saatlarında istirahət etmək üçün, Şamaxı şəhərinə getmiş və Şamaxı rayonunda yerləşən “Şamaxı” restoranının həyətinə daxil olmuşdur. Restoranın yaxınlığında ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Həmin şəxslər onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin binasında, dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən, əynindəki şalvarın cibindən selofana bükülmüş bükümü təqdim etmişdir. Büküm açıldıqda, içərisindən narkotik maddə olan heroin aşkar edilmişdir. Daha sonra, üzərindən aşkar edilmiş maddə polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş və kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar edilmiş narkotik maddəni öz istifadəsi üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Belə ki, o, narkotik maddələrin satışı ilə məşğul olmur. Mobil telefonunda bəzi şəxslərlə narkotik vasitənin alışı və satışı ilə bağlı söhbətlər aparsa da, faktiki olaraq heç kimlə alqı-satqı aparmamışdır. Belə ki, o, Şamaxı RPŞ-də saxlanılmamışdan təxminən iki ay əvvəl İran İslam Respublikasının vətəndaşı ona ilk əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə yazaraq, İmişli rayonunda 3 kq marixuana olduğunu, gedib həmin marixuananı götürməyini və 1 kiloqramını da ona verəcəyini bildirmişdir. O, ilk əvvəl razılaşsa da, daha sonra pulu olmadığından, gedib həmin narkotik vasitəni götürməmişdir. O, narkotik vasitələri Bakı şəhərində şəxsən tanımadığı narkotik maddələr satan şəxslərdən ara-bir almışdır. Həmin şəxslərdə tutulduğundan, son zamanlar artıq narkotik vasitəni çalışmışdır ki, İran İslam Respublikasının vətəndaşlarından alsın. Lakin, həmin şəxsləri şəxsən tanımır, sadəcə olaraq sosial şəbəkə vasitəsi ilə danışmışdır. Bakı şəhərində, onun yaşadığı küçədə adını xatırlamadığı bir nəfər şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğundan, o, hər zaman narkotik vasitəni ondan alırdır. Onun tanışları isə həmin şəxsi tanımadıqlarından, ona demişdirlər ki, həmin şəxsdən narkotik vasitəni alıb onlara versin. O da, hər zaman həmin şəxsdən narkotik vasitəni alıb, ondan kim istəyirdisə ona da verirdir. Lakin, narkotik vasitəni alıb başqa şəxslərə verən zaman, heç vaxt həmin narkotik vasitədən qazanc əldə etməmişdir. Çünki onun niyyəti qazanc əldə etmək olmamışdır. Sonradan narkotik vasitə aldığı şəxs həbs edildiyindən, artıq onunla da, əlaqəsi kəsilmişdir. Tanışları ondan xahiş etdiklərindən və onlarla münasibəti olduğundan o, narkotik vasitələrin alqı-satqısında sadəcə vasitəçilik etmişdir. Bu səbəbdən, ona qarşı irəli sürülmüş ittiham üzrə narkotik maddələrin satışında yox, yalnız saxlaması və istifadəsində özünü təqsirli bilir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin tarixdə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət olunmuş və rəhbərliyin göstərişinə əsasən, əməliyyat qrupu təşkil edilərək, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Şamaxı RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı-Şamaxı- Yevlax yolunun üzərində yerləşən “Şamaxı” restoranının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin olduğunu görüb, həmin şəxsə yaxınlaşmışdırlar. Həmin şəxsdən şəxsiyyətini soruşduqda, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək, şübhəli şəxs qismində Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, həmin şəxs əynində olan cins şalvarının cibindən bir ədəd sellofana bükülmüş bükülünü masanın üzərinə qoyub, həmin bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olmasını, həmin maddəni Bakı şəhərində yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yalnız istifadə məqsədi ilə üzərində gəzdirməsini bildirsə də, daxil olmuş əməliyyat məlumatları ilə həmin şəxsin satış məqsədi ilə narkotik vasitəni üzərində gəzdirməsi, həmçinin onun Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Daha sonra, aşkar olunaraq götürülmüş büküm zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş bükümü və bir ədəd mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir, ona məxsusdur, Bakı şəhərində tapmışdır. Təqdim edilmiş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4053 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №73” dairəvi möhür əksi olan “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 1,495 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 1,455 qramdır. İş materiallarından görünür ki, 1,455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Huawei” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5474 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini tərəfindən müstəntiqə ünvanlanmış məlumatdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ümumilikdə narkotik vasitələrin satışı ilə məşğul olaraq, başqa-başqa yerlərdən aldığı narkotik vasitələri Bakı şəhərində və bölgələrdə sataraq, əldə etdiyi gəlir vasitəsi ilə maddi ehtiyaclarını ödəyir. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitənin satdığı şəxslərin mobil nömrələri hazırda bağlı olduğundan və onların dəqiq olaraq yaşadığı ünvanı müəyyən etmək mümkün olmadığından, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin ifadəsinin alınması məqsədi ilə RPŞ-yə gətirilməsini təmin etmək, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini kimlərə satacağını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı, onun bir neçə şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs adını Novruz kimi qeyd etdiyi şəxslə aşağıdakı məzmunda yazışmışdır: Davud - Salam ay brat, hardasan Novruz - Razində Davud – Ay brat İmişliyə getmək lazmdır Novruz – harda iş var, məndə axtarıram Davud – Hə brat, 3 kl mal var onu götürmək lazımdır, 1 kq bizimdir. Bundan başqa, yazışmalara baxan zaman, +994-55-420-98-34 mobil nömrəsi ilə aşağıdakı məzmunda yazışmışdır: Davud – ay brat +994-55-420-98-34 – hə qaqa Davud – danışdım deyir istəyirsəndəpulu at karta saata gəl götür, istəyirsəsə kartı atım Davud – yaxşı emi var istəmirsən? +994-55-420-98-34 – yoxabi pulsuzduğdu Bundan başqa, yazışmalara baxan zaman, adını Rəmiş Beyləqan kimi qeyd etdiyi şəxs ilə aşağıdakı məzmunda yazışmışdır: Rəmiş Beyləqan – nəsə götürməy olar məhlədən birdənə Davud – olar gərək zəng eləyim Rəmiş Beyləqan – səs göndərir Davud – nə qədər pulu var? Rəmiş Beyləqan – bidənə lazımıydı, qonağım var Davud – yaxşı 5 dəq deyirəm Rəmiş Beyləqan – danışmadın qaqa Davud – qaqaş karta vurmaq lazmdır pulu, danışdım qaqaşla Rəmiş Beyləqan – salam davud hardasan davud Davud – Pirşağıda Rəmiş Beyləqan – noldu bəs dediyin Davud – gəlmişəm yaxşı şey götürməyə. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün, yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinin 1.495 qram çəkidə olmasını və onun narkotik vasitələr satması barədə əməliyyat məlumatının olmasını Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlaması və daşıması kimi qiymətləndirməklə, düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1,455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon sahibinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1,455 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-89/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-89/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver