Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-9/2023 16.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, ünvan 14axı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1970-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində ünvan 14axı şəhəri, Gənclər küçəsi 33 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan 14axı rayon filialının inzibati binasının ön tərəfinə quraşdırılmış həmin banka məxsus bankomat terminalının qarşısında dayanarkən, istifadəsində olan əri Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 5103 0647 4462 4462 nömrəli bank kartından bankomat vasitəsilə pul çıxarıb ona verməsini xahiş edən Şahid1 Şahkərəm qızından kartı alıb bankomata daxil etməklə, sonuncunun dediyi müvafiq kodu yığaraq, kartın balansında 805 (səkkiz yüz beş) manat pul olmasını görüb, Şahid1 sifarişi ilə həmin puldan 200 (iki yüz) manat hissəsini müvafiq rəqəm xanalarını yığıb çıxararaq, kartı və pulu bankomatdan götürüb sonuncuya qaytardıqdan sonra, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə həmin pulun çıxması ilə bağlı qəbzi əlində gizlin saxlayaraq, pulun çıxması ilə bağlı qəbzi çıxarıb təqdim etmək adı ilə təkrarən Şahid1 kartı alıb bankomata daxil edərək, eyni ilə müvafiq kodu yığaraq, kartdakı puldan 200 (iki yüz) manat hissəsini sonuncunun gözləri qarşısında çıxardıqdan sonra, pulu özünə götürərək əlində saxladığı köhnə qəbzi kartla birlikdə qaytararaq, Şahid1 və ərazidə olan digər şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bildiyi halda açıq şəkildə əməlini davam etdirərək, ərazidən uzaqlaşmağa başlamış, Şahid1 dayanması və pulu qaytarması barədə tələbinə məhəl qoymayaraq qaçıb getməklə, Zərərçəkmiş şəxs1 məxsus 200 (iki yüz) manat məbləğində özgənin əmlakını açıq yolla talamış, yəni soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində Beyləqan şəhəri, Gəray Əsədov küçəsində yerləşən "xxxx" ASC-nin Beyləqan rayon filialının inzibati binasının yanında yerləşən həmin banka məxsus bankomat terminalının qarşısında dayanarkən istifadəsində olan kartdan pul çıxarıb ona verməsini xahiş edən X1 alıb bankomata daxil etməklə, sonuncunun dediyi müvafiq kodu yığaraq, kartın balansında 1585 (bir min beş yüz səksən beş) manat pul olmasını görüb, Soltan Quliyevin sifarişi ilə həmin puldan 500 (beş yüz) manat hissəsini çıxardıqdan sonra, həmin pulu üzərində gəzdirdiyi istifadəyə yararsız olmaqla, balansında heç bir məbləğ olmayan "xxxx" ASC-yə aid 4169 7413 6167 1843 nömrəli kartla birlikdə sonuncuya qaytararaq, Soltan Quliyevə məxsus "xxxx" ASC-yə aid 4169 7413 7927 6932 nömrəli, balansında 1080 (bir min səksən) manat məbləğində pul olan bank kartını gizli yolla ələ keçirmiş, bundan sonra vahid niyyətlə əhatə olunan qəsdlə elektron məlumat daşıyıcısı hesab olunan qeyd olunan bank kartından istifadə etməklə həmin tarixdə və yerdə bankomat terminalından 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Q.Şıxbaloğlu küçəsi, X4 ünvanında yerləşən bankomat terminalından 10 (on) manat, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri ərazisində yerləşən **********1 nömrəli bankomat terminalından hissə-hissə 200 (iki yüz), 200 (iki yüz) və 150 (bir yüz əlli) manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat və xx.xx.2022-ci il tarixdə ünvan 14axı şəhəri, Gənclər küçəsi 33 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan 14axı rayon filialının inzibati binasının ön tərəfinə quraşdırılmış həmin banka məxsus bankomat terminalından 3 (üç) manat çıxarıb nağdlaşdırmaqla, bank tərəfindən komissiya haqqı kimi tutulmuş məbləğlərlə birlikdə zərərçəkmiş şəxs X3 məxsus 1080,89 (bir min səksən manat səksən doqquz qəpik) manat məbləğində özgənin əmlakını təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. xx.xx.2022- ci il tarixdə, səhər saatlarında yaşadığı Şirvan şəhərindən ünvan 14axı şəhərinə gəlmiş və ünvan 14axı şəhərində yerləşən "xxxx"a aid bankomatın yanında dayanmışdır. Həmin vaxt tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq, bankomatdan pul çıxarmaqda köməklik etməyini xahiş etmişdir. O, həmin şəxsə kömək edərək, kartında olan 16 manat pulunu çıxarıb həmin şəxsə vermişdir. Bundan sonra tanımadığı, lakin sonradan adı ona məlum olan Şahid1 ona yaxınlaşıb, kartında olan pulu çıxarmaqda köməklik etməyini xahiş etmişdir. O, kartı aldıqda, həmin qadın ona bildirmişdir ki, kartda pul çoxdur, 200 manata ehtiyacı var, həmin məbləğdə pulu çıxartsın, qalan məbləğ kartda qalsın. O, kartı bankomata daxil etdikdə, kartda 805 manat pulun olmasını görmüş və həmin puldan 200 manat pul çıxarıb kartla birlikdə Şahid1 versə də, kartda qalan pulun balans qəbzini verməmişdir. Daha sonra o, kartı Şahid1 alaraq, qəbzi vermək istədiyini bildirmiş və kartı Şahid1 geri aldıqdan sonra, kartdan əlavə 200 manat pul çıxartmışdır. O, həmin vaxt əvvəldən özündə olan kartda 605 manat pulun olmasını göstərən qəbzi Şahid1 təqdim etdikdə, həmin şəxs ona bildirmişdir ki, bankomatdan çıxan əlavə 200 manat pul da ona məxsusdur. O, cavabında həmin pulun öz kartından çıxartdığını demişdir. Şahid1 ona inanmadığı üçün, kartı başqa şəxsə verərək yoxladan zaman o, düşünmüşdür ki, kartdan 200 manatı çıxardığı bilinəcəkdir. Ona görə də, qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Daha sonra o, tanımadığı taksiyə minib, avtovağzal dairəsinə getmiş, oradan isə başqa avtomobil ilə yaşadığı Şirvan şəhərinə qayıtmışdır. Şahid1 ona təqdim etdiyi kartdan əlavə 200 manat pul çıxarmasını orada olan şəxslər görmüşdür. Həmçinin, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında yaşadığı Şirvan şəhərindən Beyləqan rayonuna getmişdir. Beyləqan şəhərində bazarı gəzdikdən sonra, o, "xxxx"ın yerləşdiyi ərazidə olan bankomata yaxınlaşmışdır. Bankomatın qarşısında olarkən, sonradan adını öyrəndiyi Soltan Quliyev adlı şəxs ona yaxınlaşaraq, özünə məxsus kart hesabından pul çıxarmağını ondan xahiş etmişdir. O, Soltan Quliyevin kartını bankomata daxil etdikdə, kart hesabında 1585 manat pulun olduğunu görmüşdür. O, həmin pulun 500 manatını çıxarıb, Soltan Quliyevə vermişdir. Daha sonra o, Soltan Quliyevin kartını cibinə qoymuş və üzərində olan adsız kartı sonuncuya vermişdir. Soltan Quliyev çıxıb getdikdən sonra o, sonuncuya məxsus kartda qalan 1085 manat puldan 510 manatını çıxartmışdır. Bundan sonra o, taksiyə minib, Şirvan şəhərinə getmişdir. Sonradan o, müxtəlif vaxtlarda kartda qalmış puldan 570 manatını Şirvan şəhərində yerləşən bankomatlardan çıxartmışdır. Sonuncu dəfə isə o, xx.xx.2022-ci il tarixdə ünvan 14axı şəhərində olarkən, bankomatlardan birindən həmin kartdan 3 manat pul çıxartmışdır. Daha sonra o, həmin plastik kartı sındıraraq, ünvan 14axı şəhər ərazisində tanımadığı yerdə zibilə atmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Beyləqan rayonunda yaşayır. "xxxx"da ona məxsus kart hesabı var və həmin hesaba övladları mütəmadi olaraq pul göndərir. 2022-ci ilin aprel ayının əvvəllərində övladları ona məxsus karta 1585 manat pul köçürmüş və o, aprel ayının 11-də Beyləqan şəhərində gedərək, "xxxx"ın Beyləqan rayon filialının yanında yerləşən bankomatdan pul çəkmək istəmişdir. Lakin, gözləri zəif gördüyündən, bankomatın qarşısında dayanan, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsdən kartdan pulunu çıxarmağa köməklik etməsini xahiş etmişdir. O, kartı həmin şəxsə verib, kodu sonuncuya deyərək, kartdan 500 manatını çıxarmasını, qalan məbləğin isə kartda qalmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs kartı bankomata daxil edərək, 500 manatı çıxartmış və daha sonra kartla birlikdə pulu ona təqdim etmişdir. O, pulu kartla birlikdə cibinə qoyaraq, yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndinə getmişdir. Bundan sonra, o, xx.xx.2022-ci il tarixdə yaşadığı kənddən Beyləqan şəhərinə gəlmiş və kartı bankomatın yanında olan tanımadığı şəxsə verərək, kartında olan pulu çıxartmasını xahiş etmişdir. Həmin vaxt tanımadığı şəxs bankomatda pul əməliyyatının mümkün olmadığını bildirmişdir. Bundan sonra o, banka daxil olaraq, kartı yoxlatdırmış və bankın əməkdaşı ona kartın bağlı olmasını və başqa şəxsin adına olmasını bildirmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ona məxsus kartı oğurlamış və əvəzində ona başqa kart vermişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, kartındakı 500 manat pul çıxarıldıqdan sonra, qalan 1085 manat pulu da çıxarılmışdır. Həmin pulun çox hissəsi Şirvan şəhərində, sonuncu dəfə isə 4 manat pulun ünvan 14axı şəhərində yerləşən bankomatdan çıxarıldığı məlum olmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, kartını oğurlayandan sonra ona həmin şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hal-hazıradək ona dəymiş ziyandan hər hansı bir məbləğ qaytarılmamışdır. Bu səbəbdən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, daimi olaraq ünvan 14axı şəhəri, Ş.Seyidov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Bir müddətdir ki, Qarabağ ərazisində işlədiyi üçün, iş yerindən aldığı əmək haqqını "xxxx" ASC-yə aid maaş kartı vasitəsilə əldə etmişdir. Maaş kartını ünvan 14axı şəhərində yaşayan həyat yoldaşı Şahid1 vermişdir ki, pula ehtiyacı olduqda, bankomatdan çıxarsınlar. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Yeganə ona zəng edərək bildirmişdir ki, kartdan 200 manat pul çıxarmaq üçün, həmin gün "xxxx" ASC-nin ünvan 14axı şəhərində yerləşən filialının qarşısındakı bankomatın yanında tanımadığı bir nəfər şəxsə kartı verib, xahiş etmişdir ki, ona köməklik etsin. Lakin həmin şəxs pulu çıxararaq, kartla birlikdə Yeganəyə versə də, balansda qalan pulun qəbzini həyat yoldaşına verməmiş və bir necə saniyə sonra həmin şəxs yenidən kartı Yeganədən alaraq, bankomatdan 200 manat əlavə pul çıxarmışdır. Həmin vaxt Yeganə həmin şəxsə pul lazım olmadığını demiş olsa da, həmin şəxs pulu öz kartından çıxarılmasını əsas gətirmişdir. Yeganə pulun onun kartından çıxarılmasından şübhələndiyi üçün, həmin şəxsə gözləməsini bildirmişdir. Həmin vaxt Yeganə kartın balansını yoxlamaq üçün, kartı orada olan digər şəxsə vermiş və məlum olmuşdur ki, kartdan pulu çıxaran şəxs, kartdan özü üçün əlavə 200 manat pul da çıxarmışdır. Daha sonra, Yeganə həmin şəxsin arxasınca gedərək, ona dayanmağını bildirmiş, lakin həmin şəxs iri addımlarla oradan uzaqlaşmış və qaçmağa başlamışdır. Daha sonra Yeganə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Nəticədə ona 200 manat maddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus kartdan qanunsuz olaraq pulu çıxaran tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Ona dəymiş ziyan hazırda tam olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərlənlərə əsasən, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 14axı şəhəri, Ş.Seyidov küçəsi 1 ünvanında yaşayır. xx.xx.2022ci il tarixdə, saat 11 radələrində əri Zərərçəkmiş şəxs1 məxsus maaş kartını götürüb, ünvan 14axı şəhərində yerləşən "xxxx"ın bankomatına yaxınlaşmışdır. Həmin vaxt bankomatın qarşısında tanımadığı şəxslər dayanmışdır. O, kartdan pul çıxartmağın qaydasını bilmədiyi üçün, bankomatın qarşısında olan həmin şəxslərdən birindən maaş kartından 200 manat pul çıxardaraq, ona verməsini xahiş etmişdir. O, kartı həmin şəxsə vermiş, özü də həmin şəxsin yanında dayanmışdır. Daha sonra həmin şəxs ona ərinin maaş kartından çıxardığı 200 manat pulu versə də, həmin pulun qəbzini ona verməmiş, o, isə fikrindən çıxdığı üçün həmin şəxsdən qəbz tələb etməmişdir. Həmin şəxs qəbzi çıxartmaq üçün yenidən maaş kartını ondan almışdır. Bundan sonra, həmin şəxs kart ilə qəbzi ona vermişdir. Kartı ikinci dəfə həmin şəxsə verən zaman o, həmin şəxsin onun kartından təkrarən 200 manat pul çıxardığını görmüş və özünə pul lazım olmadığını, pulu çıxarmamağını həmin şəxsə bildirmişdir. Lakin, həmin şəxs pulu çıxardaraq, pulun özünə məxsus olduğunu, pulu onun kartından deyil öz kartından çıxardığını bildirmişdir. O, həmin şəxsə yenidən kartını bankomata salaraq, balansı yoxlamağı təklif etmiş, lakin həmin şəxs ərazidən uzaqlaşmağa başlamışdır. O, həmin vaxt əmin olmaq üçün bankomatin qarşısında olan başqa bir şəxsdən kartın balansını yoxlamağını xahiş etmiş və balans yoxlanan zaman orada 405 manat pulun qaldığını görmüşdür. Bu müddət ərzində həmin şəxs bankomatın qarşısından aralanmış və o, həmin şəxsin arxasınca gedərək, sonuncuya dayanmasını bildirdikdə, həmin şəxs qaçmağa başlamışdır. O, bundan sonra yenidən bankomatın qarşısına qayıtmış, orada olan bir nəfər şəxs də onda olan bank qəbzlərinə baxaraq, həmin şəxsin onun kartından pul çıxardığını bildirmişdir. O, həmin şəxsi tapa bilmədiyi üçün, DİN-nin 102 xidmətinə zəng etmişdir. Həmin gün axünvan 14 əri Rəfail Mürşüdova zəng edərək, baş verən hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, ünvan 14axı Rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında xidmətdə olarkən, Şahid1 adlı ünvan 14axı şəhər sakini DİN-nin 102 zəng xidmətinə müraciət edərək, kartından qanunsuz olaraq pul çıxarılmasını bildirmişdir. Bununla bağlı, RPŞ-nin əməkdaşlarının iştirakı ilə hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində məlum olmuşdur ki, həmin hadisəni törədən şəxs - xx.xx.1970-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Şirvan şəhər sakini Təqsirləndirilən şəxsdur. Bununla bağlı, həmin şəxs istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ünvan 14axı Rayon Polis Şöbəsinin sahə rəisi Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir. Onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, ünvan 14axı Rayon Polis Şöbəsində tanıyan Şahid1 təqdim edilən şəxsləri nəzərdən keçirib, Təqsirləndirilən şəxs tanıyaraq göstərdi ki, həmin şəxsin xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində ünvan 14axı şəhəri, Gənclər küçəsində yerləşən "xxxx"ın bankomatından, gözlərinin qarşısında kartından 200 manat pulunu çıxardıb qaçmasını və bununla da, ona qarşı soyğunçuluq etməsini bildirmişdir. İş materiallarında olan Şahid1 tərəfındən istintaqa təqdim edilmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına olan plastik kart hesabına dair bank əməliyyatlarının həyata keçirilməsi sənədinə baxış keçirib müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:04-də kartdan 200 manat pul çıxarılmışdır. Təqdim edilmiş sənədlərə baxış keçirilib, həmin sənədlərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, surətləri cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Bank əməliyyatları barədə sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən X3 məxsus kartının oğurlanması xüsusatı üzrə bank əməliyyatları barədə sənədlərə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: həmin kart 4169 7413 6167 1843 nömrəli kart "xxxx" ASC-yə aid olmaqla, son istifadə tarixi 07/22 müddətinə qədər olmuş, kartda əvvəlcə 1585 manat 89 qəpik pul olmuş, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-nin Beyləqan filialındakı bankomat vasitəsi ilə kartdan 500 manat pul çıxarılmış, həmin pula görə 5 manat komissiya haqqı çıxılmış, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-nin Beyləqan filialındakı bankomat vasitəsi ilə kartdan əlavə 500 manat pul çıxarılmış, həmin pula görə 5 manat komissiya haqqı çıxılmış, xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən "xxxx" ASC-nin X4 filialındakı bankomat vasitəsi ilə kartdan 10 manat pul çıxarılmış, həmin pula görə 1 manat komissiya haqqı çıxılmış, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri ünvanında yerləşən "xxxx" ASC-nin Şirvan fılialındakı bankomat vasitəsi ilə kartdan 200 manat pul çıxarılmış, həmin pula görə 3,5 manat komissiya haqqı çıxılmış, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri ünvanında yerləşən "xxxx" ASC-nin Şirvan fılialındakı bankomat vasitəsi ilə kartdan əlavə 200 manat pul çıxarılmış, həmin pula görə 3,5 manat komissiya haqqı çıxılmış, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri ünvanında yerləşən "xxxx" ASC-nin Şirvan fılialındakı bankomat vasitəsi ilə kartdan əlavə 150 manat pul çıxarılmış, həmin pula görə 3,5 manat komissiya haqqı çıxılmış, xx.xx.2022-ci il tarixdə ünvan 14axı şəhəri, Gənclər küçəsi 33 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan 14axı fılialındakı bankomat vasitəsi ilə kartdan 3 manat pul çıxarılmış, həmin pula görə 1 manat komissiya haqqı çıxılmış, kartda yekun olaraq 0,39 AZN pul qalmış, bununla da, X3 məxsus bank kartında olan 1585 manat 89 qəpik puldan onun özünə 500 manat pul çıxarılmaqla, həmin pula görə 5 manat komissiya haqqı çıxıldıqdan sonra, qalan 1080 manat 89 qəpik pul təqsirkar şəxs tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı ünvan 14axı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Eminov X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 5 (beş) gün həbsdə saxlanılması nəzərə alınıb, təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çataraq, şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən, hazırki cinayət əməllərini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödədiyini və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində ünvan 14axı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-9/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-9/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver