Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-9/2025 23.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.2001-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.2000-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin aprel ayının ortalarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan, hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin aprel ayının sonlarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan, hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin may ayının əvvəlində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan, hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan, hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin aprel ayının ortalarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin aprel ayının sonlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin may ayının əvvəlində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024cü ilin aprel ayının ortalarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin aprel ayının sonlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, 2024-cü ilin may ayının əvvəlində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, azad girib-çıxmaq imkanı olduğu fermadan hər birinin qiyməti 5000 (beş min) manat olan 03 (üç) baş iribuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən heyvandarlıq fermasında 2022-ci ilin iyul-avqust ayından baytar həkim kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs3 ilə həmin fermada işlədiyi müddətdə tanış olmuşdur. Təqsirləndirilən şəxs3 fermada nəzarətçi kimi işləmişdir. Təqsirləndirilən şəxs2 Raufun həmkəndlisidir. Təqsirləndirilən şəxs2 2024-cü ilin mart, aprel və may aylarında həmin fermada fəhlə işləmişdir. 2024-cü ilin aprel ayının ortalarında Rauf fermada olan heyvanları sayıb, Mamed adlı şəxsə inəklərin sayının 223 baş olduğunu bildirmişdir. Mamed adlı şəxs getdikdən bir neçə saat sonra, Rauf ona və fermada fəhlə işləmiş Təqsirləndirilən şəxs2 heyvanları yenidən saydığını, yenidən saydığı zaman, heyvanlarının sayının 223 deyil, 226 baş olduğunu müəyyən etdiyini demişdir. Rauf artıq olan üç baş iribuynuzlu heyvanı oğurlayıb, satmağı təklif etmişdir. Həmin vaxt maddi sıxıntıları olduğu üçün, o, Raufun təklifi ilə razılaşmışdır. Zaur da, iribuynuzlu heyvanı oğurlayıb satmağa razılaşmışdır. O, Şahid2 adlı bir nəfər heyvan alveri ilə məşğul olan şəxsi tanıdığını demişdir. Onlar qərara gəlmişdirlər ki, inəklərin bir ədədini 3500 manata satsınlar. O, bu barədə Şahid2 demiş, Orxan da, inəklərin hər birinə 3000 manat təklif etmişdir. Həmin gün gecə saatlarında Şahid2 yük avtomobili ilə fermanın həyətinə gəlmiş, o, Zaur və Şahid2 üç baş simmental cinsindən olan inəyi avtomobilə yükləmişdirlər. Heyvanları yüklədikdən sonra, Orxan inəklərin hər başına 3000 manat olmaqla, 9000 manat pul verib, oradan uzaqlaşmışdır. Bundan sabahki gün Rauf işə gəlmiş və 9000 manat pulu öz aralarında bölmüşdürlər. Təxminən bir həftə sonra, o, Rauf və Zaur qərara gəlmişdirlər ki, yenidən üç baş inək oğurlayıb satsınlar. O, yenidən Şahid2 zəng edib, hər biri 3000 manatdan olmaqla, üç baş simmental cinsindən inək təklif etmişdir. Şahid2 üç baş inəyi dediyi qiymətə ala bilməyəcəyini, yalnız bir başına pulunun çatacağını demişdir. O, Rauf və Zaura Şahid2 ilə danışdığını, sonuncunun üç baş inəyi deyil, yalnız bir başını almağa imkanının olduğunu, qalan iki baş inəyi isə özünün Ağcabədi rayonuna aparıb, satacağını demişdir. Həmin gün gecə saatlarında Şahid2 yük maşını ilə fermanın həyətinə gəlmiş, o, Zaur və Şahid2 üç baş simmental cinsindən olan inəyi yük avtomobilinə yükləmişdirlər. Heyvanları yüklədikdən sonra, Orxan inəklərin aldığı bir baş inəyə görə 3000 manat verib oradan uzaqlaşmışdır. Sabahki gün qərara gəlmişlər ki, satılan bir baş inəyin pulunu bölməsinlər, digər iki baş inəyi o, Ağcabədi rayonunda satdıqdan sonra, ümumilikdə üç baş inəyin pulunu bölsünlər. Təxminən bir-iki gün keçdikdən sonra, Şahid2 Şamaxı rayonu, Çarhan kəndində yerləşən evinə getmiş və sonuncudan iki baş iri buynuzlu heyvanı Ağcabədi rayonuna aparması üçün yük avtomobili tapmasını xahiş etmişdir. Orxan Şahid8 adlı şəxsə zəng edib, iki baş iribuynuzlu heyvanı Ağcabədi rayonuna aparmaq lazım olduğunu demiş və sonuncu ilə heyvanları Ağcabədi rayonuna aparmaq üçün 180 manata razılaşmışdırlar. Bir qədər sonra, inəkləri avtomobilə yükləyib, Ağcabədi rayonuna aparmış və heyvan alveri ilə məşğul olan tanımadığı bir nəfər şəxsə bir başı 2500 manat olmaqla, ümumilikdə 5000 manata satıb, Şamaxı rayonuna qayıtmışdır. Heyvanları satdığı gün 8000 manat pulu Rauf, Zaur və o, aralarında bölmüşdürlər. 2024-cü ilin may ayının əvvəllərində o, Rauf və Zaur qərara gəlmişlər ki, yenidən üç baş inək oğurlayıb satsınlar. O, yenidən Şahid2 zəng edib, hər biri 3000 manatdan olmaqla, üç baş simmental cinsindən inək təklif etmişdir. Orxan Mirzəyev üç baş inəyi dediyi qiymətə ala bilməyəcəyini, yalnız bir başına pulunun çatacağını, bir başına da, 3000 manat deyil, 2750 manat təklif etmişdir. Onlar razılaşmışdırlar. Bundan sonra o, Şahid2 demişdir ki, gəlib üç baş inəyi götürsün, yenidən iki başını aparıb saxlasın, əgər müştəri olsa, satsın, olmasa onun üçün saxlasın, aparıb Ağcabədi rayonunda satacaqdır. Orxan təklifilə razılaşdıqdan sonra, sonuncuya axşam saatlarında gəlib heyvanı aparmasını demişdir. Həmin gün gecə saatlarında Şahid2 yük maşını ilə fermanın həyətinə gəlmiş, o, Zaur və Şahid2 üç baş simmental cinsindən olan inəyi yük avtomobilinə yükləmişdirlər. Orxan aldığı bir baş inəyə görə 2750 manat verib, oradan uzaqlaşmışdır. O, Rauf və Zaur qərara gəlmişlər ki, satılan bir baş inəyin pulunu bölməsinlər, digər iki baş inəyi o, Ağcabədi rayonunda satdıqdan sonra, ümumilikdə üç baş inəyin pulunu bölsünlər. Bundan təxminən bir-iki gün keçdikdən sonra, o, Şahid2 Şamaxı rayonu, Çarhan kəndində yerləşən evinə getmiş və iki baş iribuynuzlu heyvanı Ağcabədi rayonuna aparması üçün yük avtomobili tapmasını xahiş etmişdir. Orxan yenidən Şahid8 zəng edib, iki baş iribuynuzlu heyvanı Ağcabədi rayonuna aparmaq lazım olduğunu demiş və sonuncu ilə heyvanları Ağcabədi rayonuna aparmaq üçün 180 manata razılaşmışdırlar. O, heyvanları Ağcabədi rayonuna aparmış və heyvan alveri ilə məşğul olan tanımadığı bir nəfər şəxsə bir başı 2400 manat olmaqla, ümumilikdə 4800 manata satıb, Şamaxı rayonuna qayıtmışdır. Heyvanları satdığı gün 7550 manat məbləğindəki pulu Rauf, Zaur və o aralarında bölmüşdürlər. 2024-cü ilin may ayının sonlarında fermada nəzarətçi işləmiş Təqsirləndirilən şəxs3 səhhətində problemlər olduğundan, müdiriyyət tərəfindən həmin şəxsin yerinə fermaya nəzarət ona tapşırılmışdır. Bundan sonra o, fermada daimi yaşamağa başlamışdır. Həmin vaxtlarda valideyni X2 ürəyində problemlər olduğu üçün, əməliyyata ehtiyacı yaranmışdır. O, digər oğurladığı heyvanlardan əldə etdiyi pulu xərcləmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixdə Orxan adlı şəxsə zəng edib, heyvanlar üçün ot alınacağını, buna görə də, pul lazım olduğu üçün, fermanın yiyəsinin üç baş simmental cinsindən olan iribuynuzlu heyvan satışa çıxaracağını deyib, iribuynuzlu heyvan almaq istəyib-istəmədiyini soruşmuşdur. Orxan iribuynuzlu heyvanları almaq istədiyini deyib, heyvanları almaq üçün nə vaxt gəlməsini soruşmuş və o, gecə gəlib heyvanları aparmasını bildirmişdir. Şahid2 gecə yox gündüz vaxtı gəlmək istədiyini dedikdə, sonuncuya gündüz vaxtı işlərin çoxluğu səbəbindən başının qarışıq olacağını, buna görə də, gecə saatlarında gəlməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən gecə saat 01 radələrində o, fermada olan simmental cinsindən olan iribuynuzlu heyvandan üç başını tövlədən çıxarıb, Şamaxı-Qızmeydan avtomobil yolunun kənarına çıxarmışdır. Həmin vaxt Şahid2 orada Şahid8 idarə etdiyi yük avtomobildə onu gözləmişdir. Orxan heyvanlara baxdıqdan sonra, həmin heyvanların qiymətini soruşmuş, o da, Orxana hər heyvan üçün 3000 manat pul istəmişdir. Lakin, Orxan onunla razılaşmayıb, hər heyvana 2500 manat pul təklif etmişdir. O, həmin məbləğlə razılaşmış və heyvanları Orxanın gətirdiyi yük avtomobilinə yükləmişdirlər. Orxan üç baş iribuynuzlu heyvana görə ona 7500 manat pul verib, oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Şamaxı şəhərinə gedib satdığı inəklərin pulundan 655 manatını xərcləyib, qalan hissəsini pul kisəsinə qoyub, geri qayıtmışdır. Qayıtdıqdan sonra, fermada çoban işləyən İlkin və valideyni Mayıl adlı şəxs heyvanları çıxartdığı tövlədən üç baş iribuynuzlu heyvanın olmadığını aşkar edib, ona məlumat vermişdirlər. O, həmin şəxsləri aldatmaq üçün, həmin inəklərin yerini dəyişib, digər tövləyə saldığını demişdir. Lakin, İlkin və Mayıl adlı şəxslər ona inanmayıb, bu barədə Zərərçəkmiş şəxs Şamaxı rayonunda yaşayan tanışı Mamed adlı şəxsə zəng edib, məlumat vermişdirlər. Mamed fermaya gəldikdən sonra, ona üç baş inəyin yoxa çıxması ilə bağlı suallar vermiş və o, məcbur olub etdiyi əməli etiraf etmişdir. Söhbət zamanı Mamed adlı şəxs üç baş iri buynuzlu heyvanı qaytarmasını tələb etmiş, əks halda polisə məlumat verəcəyini demişdir. Bundan sonra o, Orxan adlı şəxsin mobil nömrəsini Mamedə vermiş, Mamed Orxan adlı şəxsə zəng edib, məsələni izahat etdikdən sonra, telefonu ona vermişdir. O, Orxanla danışıb inəkləri qaytarmasını istəmiş, Orxan da, pulunu aldıqdan sonra, heyvanları geri qaytaracağını demişdir. O, Orxana pulu qaytaracağını dedikdən sonra, Orxan üç baş inəyi geri gətirib təhvil vermişdir. O, 4800 manat pulu Orxana verib qalanını da, qaytaracağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra, Zərərçəkmiş şəxs onun barəsində Şamaxı Rayon Polis Şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Doqquz baş simmental cinsindən olan iribuynuzlu heyvanın oğurlanmasında ona, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 başqa heç kim kömək etməmişdir. Həmin doqquz baş inəyin oğurlanmasını onlar üçü qərara almış və oğurlamışdırlar. Şahid2 ondan, Zaur və Raufdan aldığı doqquz baş iribuynuzlu heyvanın oğurluq olmasından məlumatı olmamışdır. Həmçinin, onların ümumilikdə oğurladıqları 09 baş inəyi əvvəlcədən hissə-hissə oğurlamaq kimi bir niyyətləri olmamışdır. İlk dəfə 03 baş inəyi oğurladıqdan sonra, etdikləri oğurluq hadisəsinin üstü açılmadıqdan sonra, ikinci dəfə 03 baş inək oğurlamaq qərarına gəlmişlər və həmin də, oğurluq hadisəsinin üstü açılmamasını görüb, sonda üçüncü dəfə 03 baş inək oğurlamaq qərarına gəlmiş və oğurlamışdırlar. Törətdiyi əməldən hazırda peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özlərini təqsirli bilərək, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə oxşar məzmunlu ifadə verib, törətdikləri əməldən hazırda peşmançılıq çəkdiklərini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiklərini bildirərək, onlara yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş vəkil Müdafiəçi3 göstərdi ki, Şamaxı rayonu, Çuxuryurd kəndində Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsində yerləşən ferma həmin şəxsə məxsusdur. Təqsirləndirilən şəxs1 həmin fermada heyvanlara baxan baytar həkim kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə fermada işləyən İlkin adlı şəxs iribuynuzlu heyvanların sağarkən, sayım zamanı, heyvanların üç başının olmadığı, daha sonra həmin üç baş iribuynuzlu heyvanın Təqsirləndirilən şəxs1 tərəfindən gecə saatlarında naməlum şəxslərə satılması barədə məlumat vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 oğurladığı üç baş simmental cinsindən olan iribuynuzlu heyvanı qaytarmışdır. Bir neçə gün keçdikdən sonra, əlavə iki baş iribuynuzlu heyvanın da, olmadığını aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 iki baş inəyin əvəzində 5000 manat pul verməyə razı olduğunu demişdir. Daha sonra, Orxanın geri qaytardığı üç baş inəkdən və iki baş inəkdən əlavə, on baş inəyin də, olmadığı müəyyən edilmişdir. Daha sonra inəkləri geri qaytarmaması və ziyanı ödəməməsi səbəbindən, Zərərçəkmiş şəxs özünə məxsus 12 baş inəyin Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması barədə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 12 baş inəyin 3 başını tək, qalan 9 başını isə əvvəllər fermada işləmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə ayrı-ayrı vaxtlarda, üç dəfəyə oğurlamışdır. Həmin şəxslər tərəfindən oğurlanmış 9 baş inəyin əvəzindən sonuncuların valideynləri tərəfindən maddi ziyan ödənilmişdir. Lakin, 9 baş iribuynuzlu heyvanlarla bağlı dəymiş ziyanın əvəzi ödənilsə də, 3 baş heyvanın aqibəti ilə bağlı ibtidai araşdırma düzgün aparılmamışdır. Belə ki, istintaq orqanı qaytarılan və barəsində şikayət etmədikləri 3 baş heyvanın da, faktiki dəymiş ziyanın epizodlarına əlavə etmişdir. Beləliklə də, 3 baş iribuynuzlu heyvan qaytarılmamış və ya həmin heyvanların dəyəri zərərçəkmiş şəxsə ödənilməmişdir. Oğurlanmış 12 baş iribuynuzlu heyvanların hər biri simmental cinsindən olmaqla, dövlət xətti ilə xarici ölkələrdən gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərmişdir ki, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən ferma Zərərçəkmiş şəxs məxsusdur. Oğlu Şahid4 həmin fermada heyvanların sağımı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 isə həmin fermada baytar-həkim kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə oğlu İlkin 85 baş heyvanları sağmaq qərarına gəlmiş, lakin həmin vaxt heyvanların sayının 82 baş olduğunu aşkar etmişdir. İlkin bu barədə ona və fermanın sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. İlkin heyvanları iki dəfə saymış və yenə də, 03 baş heyvanın əksik olduğunu aşkar etmişdir. İlkin heyvanların əksikliyi ilə bağlı həkim Təqsirləndirilən şəxs1la danışmış, Orxan isə ona öz işləri ilə məşğul olmasını, əksik gələni özünün tənzimləyəcəyini bildirmişdir. İlkin Orxandan şübhələnmiş və bir daha Zərərçəkmiş şəxs zəng vurub, Orxanın bu hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra, Zərərçəkmiş şəxs dostu olan Mamed adlı şəxs fermaya gəlib, Orxanla bu barədə danışdıqdan sonra, Orxan 03 baş inəyi oğurlamasını etiraf etmiş və həmin tarixdə oğurladığı 03 baş inəyi geri qaytarmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 fermadan 03 baş inəkdən əlavə də, heyvanları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur. Zərərçəkmiş şəxs Şamaxı rayonu, Çuxuryurd kəndində ferması var və Namik həmin fermada simmental cinsindən olan iribuynuzlu heyvanlar saxlamaqla məşğul olur. Namik Sabirabad rayonunda yaşadığı üçün, həmin heyvanlara mütəmadi olaraq nəzarət edə bilmir. Buna görə də, o, həmin fermada heyvanlara nəzarət edir və bunun qarşılığında Namikdən hər hansı məbləğ almır. xx.xx.2024-cü il tarixdə yaşadığı Çuxuryurd kəndində olan vaxt, Namik ona zəng edərək, fermadakı fəhlələrin zəng etdiyini və 03 baş inəyin yoxa çıxdığı barədə məlumat verdiklərini deyib, məsələni aydınlaşdırmaq üçün, ondan fermaya getməyini xahiş etmişdir. Bundan sonra o, həmin fermaya getmiş və fermada olan zaman, heyvanlara nəzarət edən Təqsirləndirilən şəxs1 çağırıb bu barədə söhbət etməyə başlamışdır. İlk əvvəl Orxan heyvanların yerində olduğunu desə də, sonradan həmin heyvanları xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə oğurlayıb satdığını etiraf etmişdir. Söhbət zamanı, Orxandan üç baş iri buynuzlu heyvanı qaytarmasını tələb edib, əks halda polisə məlumat verəcəyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 oğurladığı 03 baş inəyi satdığı, heyvan alveri ilə məşğul olan Şahid2 mobil telefon nömrəsini ona vermişdir. O, Şahid2 zəng edib, Təqsirləndirilən şəxs1 satdığı 03 baş simmental cinsindən olan inəklərin oğurluq olduğunu deyib, məsələni izahat etmiş, Şahid2 də, aldığı 03 baş inəyin oğurluq olduğundan məlumatının olmadığını, həmin heyvanları Təqsirləndirilən şəxs1 pul qarşılığında aldığını demişdir. Təqsirləndirilən şəxs1 Şahid2 ilə danışdıqdan sonra, sonuncunun heyvanları geri gətirəcəyini demişdir. Bir qədər sonra, Şahid2 Təqsirləndirilən şəxs1 aldığı 03 baş inəyi fermaya gətirib təhvil vermişdir. xx.xx.2024-cü il tarixdə Namik yenidən ona zəng edib, fermadan 02 baş inəyin də olmadığını, ola bilsin ki, həmin inəkləri də, Təqsirləndirilən şəxs1 oğurlaya biləcəyini deyib, məsələni aydınlaşdırmağını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Orxanla görüşüb, söhbət zamanı, Orxana iki baş simmental inəyin olmadığını, həmin inəkləri sonuncunun oğurladığından şübhələndiklərini demişdir. Orxan isə həmin inəklərdən məlumatının olmadığını bildirmişdir. O da, Orxandan ya oğurladığı iki baş inəyi geri qaytarmasını, ya da, dəymiş ziyanı ödəməsini tələb etmişdir. Sonradan məlum olmuşdur ki, ümumilikdə fermadan Təqsirləndirilən şəxs1 oğurladığı, lakin geri qaytardığı 03 baş inəkdən əlavə, 12 baş inək oğurlanmış və o, bu barədə Namikə məlumat vermişdir. Namik Təqsirləndirilən şəxs1 geri qaytardığı 03 baş inəkdən əlavə 12 baş inəyi ya qaytarması, ya da, həmin heyvanların oğurlanmaları ilə bağlı dəymiş ziyanı ödəməsi barədə Orxanı xəbərdar etmişdir. O, Namikin dediklərini Orxana çatdırmış, lakin Orxan 03 baş geri qaytardığı inəkdən başqa, heyvan oğurlamadığını deyərək, dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də, Zərərçəkmiş şəxs Orxanın 12 baş inəyi oğurlaması barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, fermadan oğurluğu Təqsirləndirilən şəxs1la bərabər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adlı şəxslər törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Şahid6 dostu kimi tanıyır. xx.xx.2024-cü il tarixdə o, Raman Zülfüqarov və Məmməd ilə birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndində olarkən, Məmmədə zəng gəlmişdir. Bundan sonra, onlar birlikdə Zərərçəkmiş şəxs Çuxuryurd kəndində yerləşən fermasına getmişdirlər. Fermada olan zaman, orada baytar-həkim işləyən Təqsirləndirilən şəxs1 gecə saatlarında fermadan 03 baş simmental cinsindən olan iribuynuzlu heyvan oğurlamasından xəbər tutmuşdur. Bundan bir qədər sonra, həmin heyvanlar fermaya qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, o, iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin aprel ayının ortalarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək, fermanın sahibinin üç baş simmental cinsindən olan iribuynuzlu heyvanın satdığını demişdir. Orxan heyvanların bir başını 3500 manata satmalarını demişdir, o isə, həmin heyvanların hər birinə 3000 manat təklif etmişdir. Orxan onunla razılaşdıqdan sonra, ona gəlmək istədiyini demişdir. Lakin, Orxan gündüz vaxtı işlərin çox olduğunu deyib, axşam gəlməyini istəmişdir. O, razılaşıb, həmin gün axşam saatlarında yük avtomobili idarə edən tanışı Şahid8 ilə üç baş iribuynuzlu heyvanı Şamaxı rayonu, Çuxuryurd kəndindən Şamaxı rayonu, Çarhan kəndinə aparması müqabilində 60 manata razılaşaraq, birlikdə Orxanın işlədiyi Çuxuryurd kəndində yerləşən fermaya getmişdirlər. Fermaya çatdıqdan sonra, Təqsirləndirilən şəxs1 və adının Təqsirləndirilən şəxs2 olduğunu sonradan bildiyi şəxslə birlikdə üç baş simmental cinsindən olan inəyi yük avtomobilinə yükləmişlər və o, hər heyvana görə 3000 manat olmaqla, ümumilikdə Orxana 9000 manat pul verib, Şamaxı rayonu, Çarhan kəndində yerləşən evinə getmişdir. Bir neçə gün keçdikdən sonra, Orxan yenidən ona zəng edib, müdir tərəfindən əlavə üç baş inək satmaq istədiyini deyərək, həmin heyvanları almaq istəyib-istəmədiyini soruşmuşdur. Orxan hər baş heyvana görə 3000 manat olmaqla, ümumilikdə 9000 manata satdığını demişdir. Lakin, onun üç baş inəyi almağa maddi imkanı çatmadığına görə, Orxana həmin heyvanlardan yalnız bir başını ala biləcəyini, digər iki baş inəyi isə satmaq məqsədi ilə aparmağı, satdıqdan sonra pulunu verməyi təklif etmişdir. Orxan onunla razılaşdıqdan sonra o, həmin gün axşam saatlarında yük avtomobili idarə edən Şahid8 ilə üç baş iribuynuzlu heyvanı Şamaxı rayonu, Çuxuryurd kəndindən Şamaxı rayonu, Çarhan kəndinə aparması müqabilində 60 manata razılaşmış və sonuncunun idarə etdiyi yük avtomobili ilə Orxanın işlədiyi Çuxuryurd kəndində yerləşən fermaya getmişdir. Fermaya çatdıqdan sonra Orxan, Zaur və o, üç baş inəyi yük avtomobilinə yükləmiş və heyvanları yüklədikdən sonra, bir baş inəyə görə Orxana 3000 manat pul verib, heyvanları Çarhan kəndinə aparmışdır. Digər iki baş inəyi sata bilmədiyi üçün, bir neçə gündən sonra Orxan gəlib, həmin heyvanları Ağcabədi rayonuna aparmaq istədiyini demişdir. Bu səbəbdən, o, Şahid8 zəng edib, bu barədə təklif etmiş və Qahir heyvanları 180 manata Ağcabədi rayonuna apara biləcəyini demişdir. Orxan razılaşmış və bundan sonra, Qahir gələrək, Orxanla birlikdə heyvanları avtomobilə yükləyib, aparmışlar. Bundan bir neçə gün keçdikdən sonra, Təqsirləndirilən şəxs1 yenə də, zəng edib müdir tərəfindən üç baş inəyin satışa çıxarılacağını demişdir. Orxan heyvanların hər başına 3000 manat olmaqla, ümumilikdə 9000 manata satdığını demişdir. Lakin, onun üç baş inəyi almağa maddi imkanı çatmadığına görə, Orxana həmin heyvanlardan yalnız bir başını 2750 manata ala biləcəyini demiş, digər iki baş inəyi isə satmaq məqsədi ilə aparmağı, satdıqdan sonra pulunu verməyi təklif etmişdir. Orxan onunla razılaşdıqdan sonra, o, həmin gün axşam saatlarında yük avtomobili idarə edən Şahid8 ilə üç baş iribuynuzlu heyvanı Çuxuryurd kəndindən Çarhan kəndinə aparması müqabilində 60 manata razılaşmış və yük avtomobili ilə Orxanın işlədiyi Çuxuryurd kəndində yerləşən fermaya getmişdirlər. Fermaya çatdıqdan sonra, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və o, üç baş inəyi yük avtomobilinə yükləmiş və heyvanları yüklədikdən sonra, bir baş inəyə görə Orxana 2750 manat pul verib, heyvanları Çarhan kəndinə aparmışdır. Bundan sonra, Orxan onun yaşadığı evə gəlib, sata bilmədiyi iki baş inəyi Qahirin yük avtomobilinə yükləyib Ağcabədi rayonuna aparacağını deyib getmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yenidən ona zəng edib, müdir tərəfindən daha üç baş inəyin satışa çıxarılacağını deyərək, həmin heyvanları almaq istəyib-istəmədiyini ondan soruşmuşdur. Orxan heyvanların hər başına 3000 manat olmaqla, ümumilikdə 9000 manata satdığını demişdir. Lakin, o, hər inəyə görə 2500 manat olmaqla, ümumilikdə üç baş inəyə görə 7500 manat təklif etmişdir. Orxan onunla razılaşdıqdan sonra, o, həmin gün axşam saatlarında yük avtomobili idarə edən Şahid8 ilə üç baş iribuynuzlu heyvanı Çuxuryurd kəndindən Çarhan kəndinə aparması müqabilində 60 manata razılaşmış və yük avtomobili ilə Orxanın işlədiyi Çuxuryurd kəndində yerləşən fermaya getmişdir. Lakin Orxanla telefonda danışan zaman, sonuncu yağış yağması səbəbindən fermanın yollarının bərbad vəziyyətdə olmasını, yük avtomobilinin fermanın həyətinə girə bilməyəcəyini, buna görə də, avtomobili asfalt yolun kənarında dayandırıb, gözləmələrini istəmişdir. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 üç baş simmental cinsindən olan inəyi ferma istiqamətindən piyada tək halda gətirərək, avtomobilə yüklədikdən sonra, o, Təqsirləndirilən şəxs1 03 baş inəyin hər birinə 2500 manat olmaqla, ümumilikdə 7500 manat pul verib, heyvanları Çarhan kəndində yerləşən yaşadığı ünvana aparmışdır. Həmin gün, günorta saatlarında mobil telefonuna özünü Mamed adı ilə təqdim edən şəxs zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona satdığı 03 baş inək oğurluqdur. O, Mamed adlı şəxsə heyvanların oğurluq olmasından məlumatının olmadığını, heyvanları pul qarşılığında Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 onunla telefonda danışmış və ona satdığı 03 baş inəyi həmin fermadan oğurladığını bildirərək, heyvanları geri qaytarmağını xahiş etmişdir. O da, Orxana verdiyi pulu qaytardıqdan sonra, heyvanları geri gətirəcəyini demişdir. Orxan razılaşmış və o, Qahirə zəng edib, gecə fermadan gətirdikləri üç baş inəyin geri qaytarmaq üçün gəlməsini xahiş etmişdir. Heyvanları qaytardıqdan sonra, Orxan 7500 manatdan 4800 manatını ona vermiş, qalanını da, qaytaracağını bildirmişdir. O, Orxanla razılaşıb oradan uzaqlaşmışdır. Bundan sonra, baş vermiş oğurluq hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə dəvət edildikdən sonra, həmin fermadan aldığı ümumi sayı 12 baş olan inəyin oğurluq olmasından, həmin heyvanlardan 03 başının Təqsirləndirilən şəxs1 tərəfindən tək halda, qalan 09 baş inəyin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxslər tərəfindən oğurlanmasından məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Zərərçəkmiş şəxs Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fermanın sahibi olduğunu eşitmiş, lakin həmin şəxsi tanımır. Qardaşı əvvəllər həmin fermada baytar-həkim kimi işləmişdir. Mamed adlı şəxsi də, fermaya nəzarət edən şəxs olmasını eşitmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Orxan evə gəlmişdir. O, qardaşının narahat olmasını görüb, nə baş verdiyini soruşmuşdur. Orxan da, cavabında işlədiyi fermadan üç baş inək oğurladığını, lakin bu barədə fermanın sahibinin məlumatı olduğunu, buna görə də, heyvanları qaytardığını demişdir. Orxana heyvan sahibinin bununla bağlı şikayəti yoxdursa, nəyə görə narahat olmasını soruşmuşdur. Lakin, Orxan buna cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Orxanla birlikdə Çuxuryurd kəndində yerləşən “Çuxuryurd” restoranına gedib, Mamedlə görüşmüşdürlər. Görüş zamanı, Mamed heyvanların sayıldığını, əlavə iki baş inəyin olmadığını deyib, həmin inəklərin pulunu Orxandan tələb etmişdir. O, Orxandan həqiqətən Mamed adlı şəxsin bildirdiyi heyvanları oğurlayıb-oğurlamamasını soruşmuşdur. Orxan cavabında Mamedin yalan danışdığını, sadəcə 03 baş inək oğurladığını ona demişdir. Daha sonra, Zərərçəkmiş şəxs Orxan barəsində Şamaxı Rayon Polis Şöbəsinə şikayət etdiyi məlum olmuşdur. Sonradan məlum olmuşdur ki, qardaşı Orxan 03 baş inəyi tək halda, 09 baş inəyi isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxslərlə birlikdə, ayrı-ayrı vaxtlarda oğurlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən heyvandarlıq kompleksində həkim işləyən Təqsirləndirilən şəxs1 digər şəxslərlə əlbir olaraq, ona məxsus 12 baş iribuynuzlu cins heyvanını oğurladığını bildirmişdir. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda qeyd olunur ki, hadisə yerində baxış keçirilərkən müəyyən edildi ki, həmin yer Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində Qızmeydan kəndinə gedən avtomobil yolundan təxminən 600 metr məsafədə yerləşən fermanın həyətində, içərisində simmental cinsindən inəklər saxlanılan tövlələr olan yerdir. Baxış zamanı, Zərərçəkmiş şəxs, X7 və Şahid4 Mayıl oğlu oğurlanmış 12 baş inəyin fermanın giriş hissəsində, sağ tərəfdə yerləşən tövlədən oğurlanmasını bildirdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6918 nömrəli ekspert rəyində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən rəngləri ağ və qəhvəyi, dişi cinsli, təxminən üç-dörd yaşlı, iri gövdəli, diri çəkisi 700-800 kq, təmiz çəkisi 300-400 kiloqram, simmental cinsindən olan 12 baş inəyin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 60000 manat (5000 x 12 baş) müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərək, oğurlanmış ona məxsus 12 baş simmental cinsindən olan iribuynuzlu heyvanın Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən geri qaytarıldığını, dəymiş ziyanın ödənildiyini göstərmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərək göstərmişdir ki, ona məxsus 12 baş simmental cinsindən olan iribuynuzlu heyvanın oğurlanmasını müəyyən edib, Şamaxı Rayon Polis Şöbəsinə müraciət etdikdən sonra, əlavə 3 baş simmental cinsindən olan heyvanın, yem və dərmanların oğurlanmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Orxan adlı mal alverçisindən şübhələnir. İş materiallarında olan Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarda göstərilir ki, iş üzrə Zərərçəkmiş şəxs Şamaxı Rayon Polis Şöbəsinə əlavə müraciətində ona məxsus fermadan qeyd edilən 12 baş iribuynuzlu heyvandan əlavə 3 baş iribuynuzlu heyvanın, habelə heyvanlara aid yem və dərmanların da, siyahıda əskik gəlməsi və yerində olmamasını bildirmişdir. Həmin müraciətlə bağlı, bir sıra əməliyyat-axtarış və istintaq tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin xüsusatları təsdiq edən kifayət qədər sübutlar toplanılmamış və həmin əmlakın yeri müəyyən edilməmiş, belə bir əmlakın oğurlanması faktı tam olaraq təsdiq edilməmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin fermadan qeyd edilən əmlakın oğurlanması, kiməsə verilməsi və ya məhv edilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar aşkar edilməmişdir. Buna görə də, həmin xüsusatların müəyyən edilməsi, həqiqəti əks etdirib-etdirməməsi və belə bir faktlar müəyyən edilərsə, qanunamüvafiq qaydada tədbir görülməsi üçün hazırki cinayət işinin materiallarından ayrıca materialın ayrılması və həmin materialın yoxlanılmasından ötrü Şamaxı RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabında qeydiyyata alınaraq, araşdırma aparılması qərara alınmışdır. Həmçinin, həmin qərardan görünür ki, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda, iş materiallarında olan Zərərçəkmiş şəxsə cinayət işinin materiallarının təqdim edilməsi və iş materialları ilə tanış etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs toplanmış cinayət işinin materialları ilə tanış olmuş, heç bir etirazının, əlavəsinin və vəsatətinin olmamasını göstərmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fermadan oğurlanmış 3 baş iribuynuzlu heyvan iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə, Təqsirləndirilən şəxs2 isə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və onlar dərhal həbsdən azad edilmişdirlər. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan Ağcabədi Rayon İHB-nın Hüsülü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qobustan Rayon İHB-nın Ərəbşalbaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il və xx.xx.2020-ci il təvəllüdlü iki uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2021-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətməsini, törətdikləri əməli etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini, verilmiş ittiham üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2024-cü il tarixdən hal-hazıradək həbsdə və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fermadan oğurlanmış 3 baş iribuynuzlu heyvanın sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 34 (otuz dörd) saat hüquqi yardıma görə 204 (iki yüz dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 39 (otuz doqquz) saat hüquqi yardıma görə 234 (iki yüz otuz dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 3 (üç) ay həbsdə və ev dustaqlığında olduqu müddət 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 277 (iki yüz yetmiş yeddi) gün həbsdə və ev dustaqlığında olduğu müddəti 554 (beş yüz əlli dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 276 (iki yüz yetmiş altı) gün həbsdə və ev dustaqlığında olduğu müddəti 552 (beş yüz əlli iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fermadan oğurlanmış 3 baş iribuynuzlu heyvanın sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 34 (otuz dörd) saat hüquqi yardıma görə 204 (iki yüz dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 39 (otuz doqquz) saat hüquqi yardıma görə 234 (iki yüz otuz dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-9/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-9/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver