Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-90/2021 08.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx xxxxx 1995-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, xx xxxxx 1972-ci ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Nəsimi qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə, xx xxxx 1995-ci ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 05 aprel 2021-ci il tarixdə saat 20 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı sukanal sahəsinin Şamaxı rayonu, Nəsimi qəsəbəsi ərazisində yerləşən 4 nömrəli anbarının ərazisində açıq sahəyə yığılmış, dövlət və ya ictimai əhəmiyyətli su xəttində istifadə edilməyən, istifadəyə yararlı olmaqla hər biri 3.20 (üç tam onda iki) metr uzunluğunda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş, bir metrinin qiyməti 23 (iyirmi üç) manat olan diametri 159 (yüz əlli doqquz) millimetr ölçülü cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda dəmir boruları oğurlayaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ford” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib apardıqları zaman Şamaxı rayon X19 Yol Polisi X25 Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib zərərçəkmiş şəxsə məxsus cəmi 1771 (min yeddi yüz yetmiş bir) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 05 aprel 2021-ci il tarixdə saat 20 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı sukanal sahəsinin Şamaxı rayonu, Nəsimi qəsəbəsi ərazisində yerləşən 4 nömrəli anbarının ərazisində açıq sahəyə yığılmış, dövlət və ya ictimai əhəmiyyətli su xəttində istifadə edilməyən, istifadəyə yararlı olmaqla hər biri 3.20 (üç tam onda iki) metr uzunluğunda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş, bir metrinin qiyməti 23 (iyirmi üç) manat olan diametri 159 (yüz əlli doqquz) millimetr ölçülü cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda dəmir boruları oğurlayaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ford” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib apardıqları zaman Şamaxı rayon X19 Yol Polisi X25 Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib zərərçəkmiş şəxsə məxsus cəmi 1771 (min yeddi yüz yetmiş bir) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 05 aprel 2021-ci il tarixdə saat 20 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı sukanal sahəsinin Şamaxı rayonu, Nəsimi qəsəbəsi ərazisində yerləşən 4 nömrəli anbarının ərazisində açıq sahəyə yığılmış, dövlət və ya ictimai əhəmiyyətli su xəttində istifadə edilməyən, istifadəyə yararlı olmaqla hər biri 3.20 (üç tam onda iki) metr uzunluğunda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş, bir metrinin qiyməti 23 (iyirmi üç) manat olan diametri 159 (yüz əlli doqquz) millimetr ölçülü cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda dəmir boruları oğurlayaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ford” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib apardıqları zaman Şamaxı rayon X19 Yol Polisi X25 Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib zərərçəkmiş şəxsə məxsus cəmi 1771 (min yeddi yüz yetmiş bir) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özü hər hansı bir işlə məşğul olmur. Maddi ehtiyacına görə ona pul lazım olduğundan 05 aprel 2021-ci il tarixdə, saat 16 radələrində tanışları Qüdrət və Cabir ilə birlikdə olarkən söhbət zamanı onların da maddi ehtiyacı olduğu üçün danışıb qərara gəlmişlər ki, Şamaxı rayonu, Nəsimi qəsəbəsi ərazisində açıq sahədə olan dəmir su borularını onun etibarnamə ilə idarə etdiyi “Ford” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib Bakı şəhərinə aparıb satıb pul əldə edib bölsünlər. Həmin gün o, Qüdrət və Cabir üçü birlikdə onun idarə etdiyi avtomobil ilə həmin sahəyə gedərək, əvvəlcə ərtafda kiminsə olmadığına əmin olub avtomobili boruların yaxınlığında saxlayıb, üçü avtomobildən düşüb koməkləşib bir yerdə cəmi 24 ədəd dəmir su borularını avtomobilə yığmışlar. Daha sonra üçü də avtomobilə əyləşib boruları Bakı şəhərinə aparmaq üçün Şamaxı rayonu Nəsimi qəsəbəsi yoluna çıxanda, Şamaxı rayon polis şöbəsinin YPX-nin əməkdaşları xidməti avtomobil ilə onların əyləşdikləri avtomobilə yaxınlaşaraq “Saxla” işarəsi vermişlər. Lakin həmin vaxt o, avtomobili saxlamayaraq sürmüş, polis əməkdaşları yenidən “Saxla” işarəsi verən zaman o, avtomobili yolun sağ kənarına çəkərək dayandırmışdır. Sonra isə onları Şamaxı rayon polis şöbəsinə gətirmişlər. Onlar həmin su borularını maddi ehtiyacları olduğundan oğurlamışlar. Onlar həmin boruları oğurlayan zaman orada o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 başqa heç kim olmamışdır. Onlar oğurladıqları su borularını Bakı şəhərinə aparıb orada satacaqlarını danışmışlar. Onlar boruları kimə satacaqlarını hələ bilməmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, dəyən ziyan tam ödənilmişdir. Bir daha cinayət əməli törətməyəcəyini, müharibə iştirakçısı və xəstə olmasını bildirib, bu barədə sənədlərini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özü hər hansı bir işlə məşğul olmur. Maddi ehtiyacına görə ona pul lazım olduğundan 05 aprel 2021-ci il tarixdə, saat 16 radələrində tanışları Əmrah və Cabir ilə birlikdə olarkən söhbət zamanı onların da maddi ehtiyacı olduğu üçün danışıb qərara gəlmişlər ki, Şamaxı rayonu Nəsimi qəsəbəsi ərazisində açıq sahədə olan dəmir su borularını Əmraha məxsus olan “Ford” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib Bakı şəhərinə aparıb satıb pul əldə edib bölsünlər. Həmin gün o, Əmrah və Cabir üçü birlikdə Əmraha məxsus olan avtomobil ilə həmin sahəyə gedərək, əvvəlcə ərtafda kiminsə olmadığına əmin olub avtomobili boruların yaxınlığında saxlayıb, üçü avtomobildən düşüb koməkləşib bir yerdə cəmi 24 ədəd dəmir su borularını avtomobilə yığmışlar. Daha sonra üçü də avtomobilə əyləşib boruları Bakı şəhərinə aparmaq üçün Şamaxı rayonu Nəsimi qəsəbəsi yoluna çıxanda Şamaxı rayon polis şöbəsinin YPX-nin əməkdaşları xidməti avtomobil ilə onların əyləşdikləri avtomobilə yaxınlaşaraq “Saxla” işarəsi vermişlər. Həmin vaxt avtomobili Əmrah idarə etmiş və o, avtomobili dayandırmadan sürmüşdür. Polis əməkdaşları yenidən “Saxla” işarəsi verən zaman Əmrah avtomobili yolun sağ kənarına çəkərək dayandırmışdır. Sonrada onları Şamaxı rayon polis şöbəsinə gətirmişlər. Onlar həmin su borularını maddi ehtiyacları olduğundan oğurlamışlar. Onlar həmin boruları oğurlayan zaman orada o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuş, başqa heç kim olmamışdır. Onlar oğurladıqları su borularını Bakı şəhərinə aparıb orada satacaqlarını danışmışlar. Onlar boruları kimə satacaqlarını hələ bilməmişlər. Zərərçəkmiş şəxslə barışmışlar, dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özü hər hansı bir işlə məşğul olmur. Maddi ehtiyacına görə ona pul lazım olduğundan 05 aprel 2021-ci il tarixdə, saat 16 radələrində tanışları Əmrah və Qüdrət ilə birlikdə olarkən söhbət zamanı onların da maddi ehtiyacı olduğu üçün danışıb qərara gəlmişlər ki, Şamaxı rayonu Nəsimi qəsəbəsi ərazisində açıq sahədə olan dəmir su borularını Əmraha məxsus olan “Ford” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib Bakı şəhərinə aparıb satıb pul əldə edib bölsünlər. Həmin gün o, Əmrah və Qüdrət üçü birlikdə Əmraha məxsus olan avtomobil ilə həmin sahəyə gedərək əvvəlcə ərtafda kiminsə olmadığına əmin olub avtomobili boruların yaxınlığında saxlayıb, üçü avtomobildən düşüb köməkləşib bir yerdə cəmi 24 ədəd dəmir su borularını avtomobilə yığmışlar. Daha sonra üçü də avtomobilə əyləşib boruları Bakı şəhərinə aparmaq üçün Şamaxı rayonu Nəsimi qəsəbəsi yoluna çıxanda Şamaxı rayon polis şöbəsinin YPX-nin əməkdaşları xidməti avtomobil ilə onların əyləşdikləri avtomobilə yaxınlaşaraq “Saxla” işarəsi vermişlər. Həmin vaxt avtomobili Əmrah idarə etmiş və o, avtomobili dayandırmayaraq sürmüşdür. Polis əməkdaşları yenidən “Saxla” işarəsi verən zaman Əmrah avtomobili yolun sağ kənarına çəkərək dayandırmışdır. Sonra da onları Şamaxı rayon polis şöbəsinə gətrmişlər. Onlar həmin su borularını maddi ehtiyacları olduğundan oğurlamışlar. Onlar həmin boruları oğurlayan zaman orada o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuş, başqa heç kim olmamışdır. Onlar oğurladıqları su borularını Bakı şəhərinə aparıb orada satacaqlarını danışmışlar. Onlar boruları kimə satacaqlarını hələ bilməmişlər. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, özü təxminən altı ilə yaxın bir müddətdir ki, Şamaxı Su kanal idarəsində nəzarətçi olaraq işləyir. İşi suyun qanunsuz istifadəsinə nəzarət etməkdən ibarət olmaqla, debitor borc üzrə nəzarətçidir. 05.04.2021-ci il tarixdə axşam saat 21 radələrində Şamaxı rayonu Nəsimi qəsəbəsi ərazisindən keçərkən Şamaxı şəhəri 4 №li anbarın ərazisinə aid istifadəyə yararlı olan təxminən 77 metr uzunluğunda, 1771 manat məbləğində olan su borularının naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. O, ilk olaraq həmin vaxt ətrafı axtarsa da, həmin boruları tapa bilməmişdir. Bundan sonra zəng edib su kanal idarəsinin rəhbərliyinə bu barədə məlumat vermişdir. Şamaxı Su kanal sahəsinin Şamaxı şəhəri 4 №li anbarına məxsus su boruları açıq sahədə olduğuna görə mühfizəçisi olmamışdır. Şamaxı Su kanal sahəsinin Şamaxı şəhəri 4 №li anbarına məxsus su boruları yenisi ilə əvəz olunduğu üçün hal-hazırda istifadə edilmir. Onlara dəyən ziyan 1771 manat təşkil etmişdir. Həmin ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib göstərdi ki, Şamaxı rayon X19 Yol Polis X25 Xidmətinin baş inspektoru vəzifəsində işləyir. 05 aprel 2021-ci il tarixdə, 16 radələrində Şamaxı RPŞ-nin DYPB-nə məxsus “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid2lə birlikdə Şamaxı rayonu Kiçik Həmyə qəsəbəsində xidmət apardıqları zaman, taxıl sahəsindən magistral yola yaxınlaşan “Ford” markalı, **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini görmüşlər və həmin avtomobilə “Saxla” işarəsi vermişlər. Şahid2 həmin avtomobilə yaxınlaşan zaman sürücü avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Onların həmin avtomobili Şamaxı rayonu Nəsimi qəsəbəsində ara yolda avtomobilin işıqlarını söndürərək idarə etdiyini müşahidə etmişlər. Onlar həmin avtomobili saxlatdıraraq özlərini təqdim etdikdən sonra, avtomobilin yük yerində 100-150-lik metal boruların olduğunu görmüşlər və şübhəli olduğundan avtomobil ilə birlikdə sürücü və sərnişinləri Şamaxı rayon Polis Şöbəsinə gətirərək rəhbərliyə raport ilə məruzə etmişlər. “Ford” markalı, **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini saxladan zaman avtomobildə biri sürücü olmaqla ondan başqa iki nəfər sərnişin də olmuşdur. Həmin hadisə zamanı orada üç nəfərdən başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və zərərçəkmiş qismində tanınması haqqında” 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış, icraata qəbul olunaraq istintaq aparılmış və "xxxx" ASC-nin Şamaxı Su kanal sahəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. 05.04.2021-ci il tarixli Şamaxı RPŞ-nin DYPB-nin YPX-nın baş inspektoru, polis leytenantı Ruxsar Məmmədovun raportundan görünür ki, 05 aprel 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Şamaxı RPŞ-nin DYPB-nə məxsus “KİA” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid2lə birlikdə Şamaxı rayonu Kiçik Həmyə qəsəbəsində xidmət apardıqları vaxt taxıl sahəsindən magistral yola yaxınlaşan bir avtomobilin yük yerində 100-150-lik metal boruların olduğunu görmüş və şübhəli olduğundan avtomobil ilə birlikdə sürücü və sərnişinlər Şamaxı rayon Polis Şöbəsinə gətirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 aprel 2021-ci il tarixdə saat 22:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 aprel 2021-ci il tarixdə saat 22:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 05 aprel 2021-ci il tarixdə saat 23:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi haqqında” 06 aprel 2021-ci il tarixli protokoldan görünür ki, “Ford” markalı **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı qırmızı rəngli avtomobilin yük yerinə baxış keçirilən zaman, avtomobilin yük yerində hər biri 3,20 metr uzunluqda olan 159 millimetr ölçülü dəmir su borularının olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin su borularını Şamaxı rayonu Nəsimi qəsəbəsi ərazisində boş sahədən oğurladıqlarını bildirmişlər. Baxış zamanı borular sayılaraq ölçülmüş, hər borunun uzunluğu 3.20 metr, 24 ədəd borunun cəmi uzunluğunun 77 metr olduğu müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, istintaqa təqdim edilməklə götürülmüş Şamaxı Su kanal sahəsinin Şamaxı şəhəri 4 №li anbarına aid istifadəyə yararlı olan hər biri 3.20 metr uzunluqda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş vəziyyətdə cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda olmaqla d=159 mm ölçülü dəmir su boruları zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təqdim edilmiş və o, təqdim edilən əşyaları nəzərdən keçirmiş, eyni formalı oxşar su boruları arasında üçüncü sırada yerləşdirilmiş hər biri 3.20 metr uzunluqda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş vəziyyətdə cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda olmaqla d=159 mm ölçülü dəmir su borularını tanımış və Şamaxı Su kanal sahəsinin Şamaxı şəhəri 4 №li anbarından oğurlanmış su boruları olduğunu bildirmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsinə dair” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsinə dair” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsinə dair” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Tikinti materiallarının qiymətləndirilməsi haqqında “Nihad” İstesalat Kommersiya firması tərəfindən verilmiş 18 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş Şamaxı Su kanal sahəsinin Şamaxı şəhəri 4 №li anbarına aid istifadəyə yararlı olan hər biri 3.20 metr uzunluqda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş vəziyyətdə cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda olmaqla d=159 mm ölçülü dəmir su borularının hər bir metrinin qiyməti 23 (iyirmi üç) manat olmaqla ümumilikdə 1771 (min yeddi yüz yetmiş bir) manat dəyər qiyməti müəyyən edilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Şamaxı Su kanal sahəsinə məxsus olmaqla götürülmüş və müvafiq mütəxəssis tədqiqatından sonra hər biri 3.20 metr uzunluqda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş vəziyyətdə cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda su boruları cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı Su kanal sahəsinə təhvil verilmişdir. 24 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Şamaxı Su kanal sahəsinin Şamaxı şəhəri 4 №li anbarına aid istifadəyə yararlı olan hər biri 3.20 metr uzunluqda 24 (iyirmi dörd) ədəd hissələrə bölünmüş vəziyyətdə cəmi 77 (yetmiş yeddi) metr uzunluğunda olmaqla d=159 mm ölçülü dəmir su borularını təhvil almışdır. “Baxış keçirilməsi haqqında” 03.05.2021-ci il tarixli protokoldan görünür ki, Şamaxı rayonu Nəsimi qəsəbəsi ərazisində açıq sahədə təqdim edilmiş hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və iz nümunəsi aşkar edilməmişdir. Şamaxı RİHB-nın Həmyəli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2021-ci il tarixli 82 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 arvadı- X2, oğlu-11 oktyabr 2002-ci il təvəllüdlü X7 və qızı-09 fevral 2005-ci il təvəllüdlü X13 ilə Şamaxı rayonu Həmyəli kəndində yaşayır. Şamaxı RİHB-nın Həmyəli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, kəndin ictimai siyasi işlərində yaxından iştirak edib. O, müsbət xasiyyəti ilə kənd camaatı arasında hörmət qazanmış, mehriban, səliqəli və işgüzar bir insandır. Şamaxı RİHB-nın Həmyəli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2021-ci il tarixli 83 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 arvadı 28 iyun 1999-cu il təvəllüdlü X5, qızları 31 may 2018-ci il təvəllüdlü X8 və 02 iyun 2019-cu il təvəllüdlü X9 ilə Şamaxı rayonu Həmyəli kəndində yaşayır. Şamaxı RİHB-nın Həmyəli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədə göstərilir ki, kəndin ictimai siyasi işlərində yaxından iştirak edib. O, müsbət xasiyyəti ilə kənd camaatı arasında hörmət qazanmışdır, mehriban, səliqəli və işgüzar bir insandır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 15 aprel 2021-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu Həmyəli kəndində yaşayan xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, Şamaxı rayonu Həmyəli kəndində yaşayan xx xxxxx 1972ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Şamaxı rayonu Sabir qəsəbəsində yaşayan xx xxxxx 1995-ci il təvəllüdlü Alışov X14 RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar. Şamaxı RİHB-nın Sabir qəsəbə üzrə icra nümayəndəliyinin 12 iyun 2021-ci il tarixli 109 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 atası X16 və anası X4 ilə Şamaxı rayonu Sabir qəsəbəsində yaşayır. Şamaxı RİHB-nın Sabir qəsəbə üzrə icra nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, qəsəbədə yaşadığı müddət ərzində qəsəbə sakinləri ilə yanaşı, qonşularla da yaxşı münasibətdə olmuşdur. Barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 iyun 2021-ci il tarixli cavabından görünür ki, Alışov X24 Hərbi Məhkəməsinin 20 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, 05 mart 2015-ci ildə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 ərizəsindən görünür ki, təqsirləndirlən şəxslər tərəfindən vurulmuş ziyan ödənildiyi üçün onlara qarşı hər hansı tələbləri yoxdur. Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 11.10. 2013- 01.04. 2015, 29.09.2020-31.12.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. 0131871 saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsində iştirak etmişdir. Mİ 007870 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Qarabağ müharibəsi, əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin -- ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 “barotravma nəticəsində isterik reaksiyalar” dioqnozu ilə müalicə almışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsində iştirak etməsini, “barotravma nəticəsində isterik reaksiyalar” dioqnozu ilə müalicə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məkəmə hesab edir ki, təqsirlədirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək, Təqsirləndirilən şəxs1 oğlu 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək və Təqsirləndirilən şəxs3 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onların həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – diametri 159 mm olan 77 metr uzunluğunda 1771 manat dəyərində olan boruların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Alışov Əmrah İlham oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – diametri 159 mm olan 77 metr uzunluğunda 1771 manat dəyərində olan boruların zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-90/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-90/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver