Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-91/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi və vəkili Müdafiəçi3, müdafiləçilər X8, Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Şamaxı şəhəri Xətai küçəsi 4 saylı evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.3, 32.3, 177.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxx 1997-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 1 a mənzil 40-da qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi giriş 556/57, ev D, mənzil 3-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx xxxxxx 1983-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Şamaxı şəhəri Sabir küçəsi 10 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzatəi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədi ilə həmin cinayətin Təqsirləndirilən şəxs4 və X17 tərəfindən törədilməsini təşkil etmiş, sonunculara zərərçəkmiş şəxsin evdə olmaması, müvafiq koordinatlar, hərəkət trayektoriyası və əmlakın olduğu yer barədə məlumatlar və göstərişlər verib cinayətin törədilməsinə rəhbərlik etdikdən sonra Təqsirləndirilən şəxs4 və Samir Əhmədov qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs4 idarə etdiyi “VAZ2107” markalı ** XZ *** dövlət nömrə nişanlı avtomobil ilə 04 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanının yaxınlığına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs4 avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs1 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, Samir Əhmədov isə Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfindən daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək qonaq otağında olan pəncərəyə zor tətbiq etməklə pəncərəni açmış və evə daxil olaraq yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs2 məxsus 5385 manat dəyərində 750 əyarlı 26,70 qram çəkidə brilyant qaşlı komplekti, bir ədəd 200 manat dəyərində 2,3 qram çəkidə 585 əyarlı qızıl üzüyü bundan başqa Zərərçəkmiş şəxs1 məxsus 12000 manat nağd pulu və bir ədəd 1000 manat dəyərində 750 əyarlı yeddi brilyant qaşlı qızıl üzüyü oğurlayaraq nəticədə Zərərçəkmiş şəxs1 13000 manat, Zərərçəkmiş şəxs2 isə 5585 manat maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ2107” markalı ** EB *** dövlət nömrə nişanlı avtomobil ilə 03 mart 2021-ci il tarixdə saat 01:50 radələrində qeyd olunan ünvanın qarşısına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili hadisə yerinə yaxın yol kənarında saxlamış və hadisəni törətdikdən sonra onları götürmək məqsədi ilə avtomobildə gözləmiş, o, həmin vaxt avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs3 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3 məxsus evin daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək əlində olan vintaçanla yataq otağının pəncərəsinə zor tətbiq etməklə pəncərəni açmış və yataq otağına daxil olaraq yataq otağında olan dolabdan həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 X20 dolları, həmin dövrün məzənnəsi ilə 18 manat 40 qəpik təşkil edən 800 Rusiya rublu, həmin dövrün məzənnəsi ilə 10 manat 27 qəpik təşkil edən 20 Gürcüstan larisi və 2400 manat olmaqla ümumilikdə zərərçəkmiş şəxsə məxsus 7528 manat 67 qəpik pulu yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.3, 32.3, 177.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4, X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin evdə olmaması, müvafiq kordinatlar, hərəkət trayektoriyası və əmlakın olduğu yer barədə məlumatlar alaraq idarə etdiyi “VAZ2107” markalı ** XZ *** dövlət nömrə nişanlı avtomobil ilə 04 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanının yaxınlığına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi o, avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs1 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, Samir Əhmədov isə Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfindən daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək qonaq otağında olan pəncərəyə zor tətbiq etməklə pəncərəni açmış və evə daxil olaraq yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs2 məxsus 5385 manat dəyərində 750 əyarlı 26,70 qram çəkidə brilyant qaşlı komplekti, bir ədəd 200 manat dəyərində 2,3 qram çəkidə 585 əyarlı qızıl üzüyü bundan başqa Zərərçəkmiş şəxs1 məxsus 12000 manat nağd pulu və bir ədəd 1000 manat dəyərində 750 əyarlı yeddi brilyant qaşlı qızıl üzüyü oğurlayaraq nəticədə Zərərçəkmiş şəxs1 13000 manat, Zərərçəkmiş şəxs2 isə 5585 manat maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3 məxsus Şamaxı şəhəri, Dədə Qorqud küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ2107” markalı ** EB *** dövlət nömrə nişanlı avtomobil ilə 03 mart 2021-ci il tarixdə saat 01:50 radələrində qeyd olunan ünvanın qarşısına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili hadisə yerinə yaxın yol kənarında saxlamış və hadisəni törətdikdən sonra onları götürmək məqsədi ilə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs3 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, o, isə Zərərçəkmiş şəxs3 məxsus evin daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək əlində olan vintaçanla yataq otağının pəncərəsinə zor tətbiq etməklə pəncərəni açmış və yataq otağına daxil olaraq yataq otağında olan dolabdan həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 X20 dolları, həmin dövrün məzənnəsi ilə 18 manat 40 qəpik təşkil edən 800 Rusiya rublu, həmin dövrün məzənnəsi ilə 10 manat 27 qəpik təşkil edən 20 Gürcüstan larisi və 2400 manat olmaqla ümumilikdə zərərçəkmiş şəxsə məxsus 7528 manat 67 qəpik pulu yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs3 məxsus Şamaxı şəhəri, Dədə Qorqud küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında idarə etdiyi “VAZ2107” markalı ** EB *** dövlət nömrə nişanlı avtomobil ilə 03 mart 2021-ci il tarixdə saat 01:50 radələrində qeyd olunan ünvanın qarşısına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi o, idarə etdiyi avtomobili hadisə yerinə yaxın yol kənarında saxlamış və hadisəni törətdikdən sonra onları götürmək məqsədi ilə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs3 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3 məxsus evin daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək əlində olan vintaçanla yataq otağının pəncərəsinə zor tətbiq etməklə pəncərəni açmış və yataq otağına daxil olaraq yataq otağında olan dolabdan həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 X20 dolları, həmin dövrün məzənnəsi ilə 18 manat 40 qəpik təşkil edən 800 Rusiya rublu, həmin dövrün məzənnəsi ilə 10 manat 27 qəpik təşkil edən 20 Gürcüstan larisi və 2400 manat olmaqla ümumilikdə zərərçəkmiş şəxsə məxsus 7528 manat 67 qəpik pulu yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verib göstərdi ki, o, həbs edilməmişdən əvvəl anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri, yəni bacısı X13, anası X11 və atası X5 ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. X39 05 mart 2021-ci il tarixdə ürək çatışmazlığından rəhmətə getmişdir.O, özü 28 aprel 2013-cü ildən 13 fevral 2020-ci ilədək Şamaxı rayon X48 Qeydiyyat və X22 kiçik inspektoru vəzifəsində çalışdığını və öz ərizəsilə tutduğu vəzifədən azad olunduğunu bildirmişdir.İşdən könüllü olaraq azad olunmağınada səbəb kimi bacısı X1 olan problemləri göstərmişdir.Belə ki, o, tez-tez bacısını Bakı şəhərinə həkim yanına aparmaq məcburiyyətində qaldığından və işdə olarkən də bunu edə bilmədiyindən öz ərizəsilə polisdə ki, işindən ayrılmışdır. O, mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Şamaxı rayon Polis Şöbəsində işləyərkən tanışları Təqsirləndirilən şəxs4 və X18 qohumu Zərərçəkmiş şəxs1 evində yaxşı pul olması barədə məlumat vermiş və Zərərçəkmiş şəxs1 evindən oğurluq etmək təklifini etmişdir. Nurlan və Samir isə onun bu təklifi ilə razılaşmışdılar. O, əvvəlcədən Nurlan və Samirə qohumu Vəlinin ailəsi ilə birlikdə evdə olmayacağını belə ki, 04 yanvar 2020-ci il tarixdə nəvəsinin ad günündə olacaqlarını məlumat vermiş və hətta özünün də həmin məclisdə iştirak edəcəyini və Vəlinin evə qayıdacağı təqdirdə onlara öncədən məlumat verəcəyini bildirmişdir. Nurlan və Samir isə Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə evdə olmayacağından istifadə edərək 04 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 mənzilinə qanunsuz daxil olmaqla oradan oğurluq etmişlər. Həmin gün axşam o, Samirlə Şamaxı şəhərində görüşərkən Samir ona oğurluq nəticəsində bir ədəd üzərində qaşları olan qızıl boyunbağı, bir ədəd kişi üzüyü, bir ədəd qızıl qolbaq və bir ədəd də qadın üzüyü əldə etdiyini bildirmiş və həmin qızıl-zinət əşyalarını satmağı təklif etmişdir. Bundan əlavə Samir ona evdən çıxan 950 manat puldan da 280 manat pul vermişdir.Təxminən 3 gün sonra o və Samir Əhmədov tanışları Təqsirləndirilən şəxs4 məxsus **- XZ-*** dövlət nömrə nişanlı “VAZ2107” markalı avtomobillə Bakı şəhərinə getmişlər.Onlar ilk öncə birlikdə Mərkəzi univermağın qarşısına getmişlər, həmin vaxt Nurlan avtomobildə gözləmiş o və Samir isə bir neçə mağazaya yaxınlaşmış, mağazalara yaxınlaşar kəndə o, xidməti vəsiqə göstərməklə qızıl-zinət əşyalarını satmağa cəhd etmiş lakin qızılı sata bilməmişlər, növbəti mağazaya yaxınlaşdıqda o, təkrarən xidməti vəsiqəsini əvvəllər görmədiyi, tanımadığı mağaza sahibinə təqdim etmiş və Göyçay rayon Polis Şöbəsinin əməkdaşı olduğunu bildirməklə yanında olan dosdu Samirin maddi ehtiyacı olduğu üçün qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Mağazada olan sonradan adı ona məlum olan Təvəkgül adlı şəxsdə etiraz etməyərək qızıl-zinət əşyalarını ondan alıb çəkmiş və yoxlamışdır.Həmin vaxt təqdim olunan qızıl-zinət əşyalarından biri yəni bir ədəd qolbaq qızıl yox bjuteriya çıxmışdır.Həmin bjuteriyanı da mağaza sahibi onlara geri qaytarmışdır.Mağaza sahibi onlardan götürdüyü qızıl-zinət əşyalarına görə onlara cəmi 1350 manat pul vermişdir.Onlar həmin 1350 manat pulu öz aralarında üç yerə bölmüşlər. Həmin puldan ona 450 manat pul düşmüşdür. Bundan başqa 2021-ci ilin fevral ayının ortaları o, Şamaxı şəhərində, Şirvangöl restoranında əyləşərkən onunla birlikdə Şamaxı rayon Polis Şöbəsində işləmiş Təqsirləndirilən şəxs3 ona zəng vuraraq ondan harada olduğunu xəbər almış və onunla işi olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs3 yerini dedikdən təxminən yarım saat sonra Tural gəlib onların əyləşdiyi masada əyləşmişdir.Həmin vaxt onun yanında Elçin Osman adlı dostuda olmuşdur.O, Turala pivə içməyi təklif etmiş Tural isə bundan imtina etmiş və onunla vacib işi olduğunu bildirərək ondan kənara çıxmağını xahiş etmişdir.Onlar restoranın həyətinə çıxdıqdan sonra Tural ona bildirmişdir ki, ona 3000 manat pul lazımdır.O, 3000 manat pulu hansı məqsədlə istədiyini Turaldan soruşduqda Tural borcu olduğunu bildirmişdir. O, Turala bildirmişdir ki, onun qonşusu Elmira adlı xanım var faizə pul verir, ondan 10 faizlə götürüb ona verər.Turalda onunla razılaşmışdır. Səhəri gün Tural ona zəng vurmuş və onunla yenidən görüşmək istədiyini bildirmişdir. Həmin gün Tural ona 3000 manat deyil 13000 manat pul lazım olduğunu bildirmişdir.O, da qeyd olunan məbləğdə pul tapa bilməyəcəyini bildirmişdir. Bu zaman Tural ona oğurluq etmək təklifini irəli sürmüş, o, da etiraz etməmişdir. X50 şəhərində 2-3 gün gəzmiş və oğurluq etməyə ev axtarmışlar.Tural ona bildirmişdir ki, onun əmisi oğlu Zərərçəkmiş şəxs3 yaxşı pul var gəl onların evindən oğurluq edək.İlk öncə o, əmisi oğlu olduğuna görə oradan oğurluq etmək təklifinə razılıq verməsədə daha sonra Turalla razılaşmışdır. O, da Turala Zərərçəkmiş şəxs3 evində təhlükəsizlik kamerası olduğunu və orada görünərsə tanınmaq ehtimalının olduğunu bildirmişdir.Tural ona bildirmişdir ki, onun öz adamı var oğurluq edəcəkləri gün həmin adamı onunla tanış edəcəkdir. O, da Turalın təklifinə etiraz etməmişdir. Bundan sonra o, Turala əmisi oğlu Rəsulun evinə hardan daxil olmağı, necə çıxmağı, kameranın harada olmasını izah etmişdir. 02 mart 2021-ci il tarixdə o, Bakı şəhərindən Şamaxı şəhərinə gələn zaman Rəsulun ailə üzvüləri ilə birlikdə Bakı şəhərində olduğunu bilib Turala bu barədə məlumat vermişdir.Tural da ona “Wahtsapp” proqramı vasitəsi ilə mesaj yazaraq Şamaxı şəhər avtovağzalına getməyini və orada onu gözləməyini xahiş etmişdir. O, da özünə məxsus “Hyundai Sonata” markalı ** TN *** nömrə nişanlı avtomobili ilə Şamaxı şəhər avtovağzalına gedərək orada Təqsirləndirilən şəxs3 gözləmiş, bir müddətdən sonra Tural ona yaxınlaşmış və öz avtomobilindən düşüb onun “VAZ2106” markalı ** EB *** dövlət nömrə nişanlı avtomobilinə əyləşməyi ondan xahiş etmişdir. O, da mobil telefonunu öz avtomobilində qoyub onun avtomobilinə əyləşmişdir. Qısa müddətdən sonra bir nəfər tanımadığı sonradan adı ona məlum olan Orxan adlı şəxs Turalın idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin zaman Tural onu Orxanla tanış etmiş və o, ev barədə Orxanada ətraflı məlumat vermişdir. O, ilk öncə öz avtomobilini vağzaldan götürüb məhəllələrinə aparmış daha sonra Turalın avtomobilinə əyləşmişdir. O, əvvəldən hazırlıqsız olduğu üçün evə daxil olmaq məqsədi ilə özü ilə heç nə götürməmiş, bu məqsədlə də onlar Şamaxı şəhərində yerləşən “Fayton” marketin yaxınlığında dayanmışlar. O, marketə daxil olmuş və oradan içməyə üç ədəd “bizon” içkisi almış və mağazadan çıxarkəndə mağazanın satıcısına avtomobilinin xarab olduğunu və vintaçan lazım olduğunu bildirmişdir. Satıcıda mağazada olan vintaçanı onlara vermişdir. Bundan sonra onlar rayondan kənarlaşıb bir daha üçlükdə söhbət etmişlər.O, Orxandan özü barədə məlumat verməsini xahiş etmiş Orxan isə Tural ilə əsgər yoldaşı olduğunu və həmçinin Turalın qohumu olduğunu ona bildirmişdir. Tural idarə etdiyi avtomobillə onları hadisə yerinə aparmış və bir dəfə Zərərçəkmiş şəxs3 evini keçmişlər və görmüşlər ki, evin işıqları yanmır. Daha sonra Tural avtomobilini orada olan məktəbin yanında saxlamış və Orxanla o, avtomobildən yerə düşmüşlər. Orxan avtomobildən düşərkən Tural Orxana qara rəngli əlcək vermiş və əvvəlcədən planlaşdırdıqları kimi o, evdən kənarda durub kiminsə gəlməyini xəbər vermək vəzifəsini öz üzərinə götürmüş, Orxan evə daxil olmaq vəzifəsini öz üzərinə götürmüş, Tural isə avtomobili hazır vəziyyətdə saxlayıb iş bitdikdən sonra onları yol kənarından götürmək vəzifəsini öz üzərinə götürmüşdür. Təxminən 15 dəqiqə sonra Orxan gəlmiş və onlar planlaşdırdıqları kimi yolun kənarına çıxmışlar, Tural isə öz avtomobili ilə gəlib onları yolun kənarından götürmüşdür. Onlar Mədrəsə kəndinin girəcəyində getmiş və orada dayanmış və Zərərçəkmiş şəxs3 evindən 3000 ABŞ dollar, 2400 manat pul, 2500 rubl rus pulu və 20 lari gürcü pulu əldə etdiklərini öyrənmişlər. Xarici pulları onlar götürməmiş Orxana yol pulu üçün vermişlər, digər pulları isə öz aralarında tam bölmüşlər. Ona 1000 ABŞ dollar və 800 manat pul çatmışdır. Bundan sonra isə Tural ilk öncə onu öz məhlələrində düşürmüş daha sonra isə Orxanla çıxıb getmişdir. Hadisədən sonra o, oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərclədiyini bildirmişdir. Bundan başqa o, ifadəsində 2020-ci ilin may-iyun aylarında Şamaxı rayonu, Əngərxan kəndində yaşayan Bəhruz adlı şəxsin “Mercedes S-klass” markalı avtomobilinin arxa yük yerində qızıl zinət əşyalarını oğurlamaq barədə Hüseyn Məmmədşuriyə təklif etmədiyini, Şahid4 Şamaxı rayonu, Çuxuryurd kəndində sahibsiz ev olması və orada 1 kq yaxın qızıl-zinət əşyasının olması barədə məlumat verib ona oradan oğurluq etmək barədə təklif etmədiyini bildirmişdir. Hal-hazırda törətmiş olduğu əməldən peşimandır, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Heydərov Nurlan Ceyhun oğlu ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd etmiş və ifadələrində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və Şamaxı rayon Azərsu idarəsində çilingər vəzifəsində işləyir. 2019-cu ildə isə o, özünə məxsus “Lada VAZ 2107” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxıdan Bakı şəhərinə sərnişin daşımaqla, yəni taksiçilik fəaliyyəti ilə məşğul olur.2019-cu ilin dekabr ayının ortalarında o, dostu Təqsirləndirilən şəxs1 və mərhum Samir Əhmədov ilə birlikdə Şamaxı şəhərində yerləşən Avtovağzalın həyətində olan kafedə əyləşib söhbət edən zaman Ağakərim qohumu Vəlinin özünə məxsus “Ford” markalı yük avtomobilini 18000 manata satmasını və onun evində həmin avtomobilin pulunun olmasını onların nəzərlərinə çatdırmaqla Vəlinin evindən həmin pulu oğurlamağı onlara təklif etmişdir.O və Samir Ağakərimdən bunu necə edəcəklərini xəbər aldıqda Ağakərim planı onlara belə izah etmişdir. Qohumu Vəli evdə olmayan zaman Ağakərim onlara xəbər edəcəyini, vəzifə bölgüsünə görə o, özünə məxsus olan “Lada VAZ 2107” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Samiri oğurluq edəcəkləri evə aparacağını və avtomobildən yerə düşüb kimsə gələrsə Samirə xəbər edəcəyini, Samirin isə evin arxa tərəfindən evə daxil olacağını bildirmişdir. 04.01.2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən “Avtovağzalın” həyətində olan kafedə Ağakərim, Samir və o, görüşüb söhbət edən zaman Ağakərim həmin gün qohumunun ad günü olduğunu onlara bildirmiş və Vəlinin ailəsi ilə birlikdə evdə olmayacağını demişdir. Həmçinin Ağakərimdə həmin məclisdə iştirak edəcəyini, Vəli evə qayıtmaq istədikdə onlara məlumat ötürəcəyini bildirmişdir. Həmin gün təxminən saat 20 radələrində Samir ona zəng vuraraq Şamaxı şəhərində yerləşən Ağsu yanacaq doldurma məntəqəsinin yanında olduğunu bildirmişdi. O, özünə məxsus olan “VAZ 2107” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Samiri oradan götürərək öz yaşadığı məhləyə gətirərək maşını orada saxlamış və qapılarını bağlamışdır. Ağakərimin əvvəldən dediyi kimi onlar üzərlərində telefon götürməmişlər və həmin telefonları avtomobilə qoymuşlar.Samir Ağakərimin ona verdiyi sadə telefonu özü ilə götümüş, bunada səbəb həmin telefonun üzərində olan nar nömrənin başqa bir şəxsin adına olması və gələcəkdə onu müəyyən etməyin mümkün olmaması olmuşdur.Samir və o, Təqsirləndirilən şəxs1 ona verdiyi qara rəngli maska və əlcəklərini götürərək Vəli adlə şəxsin yaşadığı ünvana getmişlər.O, Vəli adlı şəxsin evinin qarşısında dayanmış, Samir isə maska və əlcəklərini geyinərək evin arxa tərəfindən evə daxil olmuşdur.Təxminən 10 dəqiqə sonra Samir onun yanına gələrək gedə biləcəklərini bildirmişdir.Samir gəlib onun avtomobilinə əyləşdikdən sonra Samir ona 850 manat pul və ağ rəngli selofan torbada qızıl-zinət əşyalarını göstərərək evdən yalnız bunları götürə bildiyini bildirmişdir. Onlar oradan çıxaraq Bakı-Şamaxı- Yevlax avtomobil yolunun sağ tərəfində yerləşən “Şamaxı” restoranına getmişlər. Orada olan zaman Samir Ağakərimə zəng vuraraq onu ora çağırmışdır. Təxminən 15 dəqiqə sonra Ağakərim ora gəlmiş və Samir onun avtomobilinə əyləşmişdir. Sonra Ağakərim öz avtomobili ilə çıxıb getmişdir, Samir isə onun avtomobilinə əyləşmiş və onlar Bakı şəhərinə yola düşmüşlər. Yolda gedən zaman Samir ona 100 manat pul vermiş və bildirmişdir ki, taksi puludur.Onlar Bakı şəhərinə çatdıqdan sonra “Əcəmi metro” stansiyasının yanına gedərək orada biraz gəzdikdən sonra Şamaxı şəhərinə geri qayıtmışlar.Həmin hadisədən 3 gün sonra Samir ona zəng vuraraq harada olduğunu soruşmuş, o, isə cavabında Bakı şəhərində olduğunu və yarım saata Bakı şəhərindən Şamaxıya doğru yola çıxacağını bildirmişdir.Həmin gün o, Şamaxı rayonuna gəlmiş və Samiri yaşadığı ünvanın qarşısından götürüb Bakı şəhərinə yola düşmüşdür.Yolda gedən zaman Samir ona 50 manat taksi pulu vermiş və onlar Bakı şəhərinə çatdıqdan sonra Şamaxinka adlanan ərazidən Ağakərimi götürmüşlər və Bakı şəhərində Mərkəzi Univermağın yaxınlığındakı əczaçılıq mağazasına getmişlər, Ağakərim və Samir qızılları satmaq üçün maşından düşüb getmişlər. O, isə avtomobildə onları gözləmişdir. Təxminən 40 dəqiqə sonra onlar gəlib avtomobilə əyləşərək qızılları 1350 manata satdıqlarını ona bildirmişlər. Ağakərim həmin puldan 280 manatını ona vermiş qalan pulu isə öz aralarında bölmüşdür. Daha sonra Ağakərim Samirdən 300 manat pul tələb edərək borcu olduğunu demişdir. Samir isə Ağakərimə pul verməmişdir. O, 180 manat pulu Ağakərimə qaytarmışdır ki, apar borcunu ödə. Samir və Ağakərim bir az mübahisə etdikdən sonra onlar Şamaxı şəhərinə doğru yola çıxmışdır. O, Ağakərimi Şamaxinka adlanan ərazidə düşürüb Samirlə birlikdə Şamaxı şəhərinə gəlmişdir. Hal-hazırda törətmiş olduğu əməldən peşimandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını qardaşının Vətən Müharibəsində şəhid olmasını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, həbs edilməmişdən əvvəl həyat yoldaşı Aidə Həsənova ilə birgə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yaşayırmış və özünə məxsus 10-OA -807 dövlət nömrə nişanlı “Pirora” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. 2021-ci ilin mart ayının əvvəlləri anası Rəna xanımın əmisi oğlu Təqsirləndirilən şəxs3 öz istifadəsində olan 055 605-60-00 saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsap” proqramına zəng vuraraq ona 23000 manat pul lazım olduğunu bildirmiş o, isə 23000 manat pulun hansı məqsədlə ona lazım olduğunu soruşduqda Tural “Topaz” oyununda uduzduğunu və pulu verməli olduğunu ona bildirmişdir. Tural həmin borcdan 3000 manatını isə təcili verməli olduğunu qeyd etmişdir. O, da pulu olmadığını bildirdikdə Tural ona pulunun olmadığını bildiyini sadəcə ondan Şamaxı şəhərinə gəlib onunla birgə bir evdən oğurluq edərək ona bu yolla kömək edəcəyini bildirmişdir. O, da həm öz maddi ehtiyaclarını qarşılamaq üçün həm də ki, Turala kömək etmək məqsədi ilə Turalın təklifi ilə razılaşmışdır. Tural ona Şamaxı şəhərinə gələrkən üzərində mobil telefon götürməməyini və onu Şamaxı avtovağzalında gözləyəcəyini bildirmişdir. O, da yol avtomobili ilə həmin gün axşam Şamaxı şəhərinə gəlib çıxmışdır. Həmin vaxt Tural onu idarə etdiyi “VAZ2106” markalı **-EB-*** dövlət nömrə nişanlı avtomobili ilə avtovağzaldan götürmüş və daha sonra isə Ağakərim adlı birini götürmüşdür. Həmin zaman Tural Ağakərimlə onu tanış etmiş və onlar ona daxil olacaqları ev barədə ətraflı məlumat vermişlər. O, qeyd etmişdir ki, əvvəldən hazırlıqsız olduqları üçün evə daxil olmaq məqsədi ilə özləri ilə hər hansı bir alət götürməmişdir. Bu məqsədlə də onlar yola düşmüş və Şamaxı şəhərində yerləşən “Fayton” marketin yaxınlığında dayanmışlar. Ağakərim marketə daxil olmuş və oradan içməyə üç ədəd “bizon” içkisi almış və mağazadan çıxarkəndə özü ilə vintaçan götürmüşdür. Bundan sonra onlar rayondan kənarlaşıb bir daha üçlükdə söhbət etmişlər. O, Ağakərimə özü barədə məlumat vermiş, Tural ilə həm əsgər yoldaşı həm də ki, qohum olduğunu ona bildirmişdir.Tural idarə etdiyi avtomobil ilə onları Zərərçəkmiş şəxs3 evinin yanından aparmış və onlar evin işıqlarının yanmadığını görüb əmin olmuşlar ki, Zərərçəkmiş şəxs3 evdə yoxdur. Daha sonra Tural avtomobilini orada olan məktəbin yanında saxlamış və Ağakərimlə o, avtomobildən yerə düşmüşdür. Bundan sonra onlar plana uyğun hərəkət etməyə başlamışlar. Belə ki, plana uyğun olaraq Tural yol kənarında avtomobildə gözləməli, Ağakərim evin yaxınlığında keşiş çəkməli, o isə pəncərədən evə daxil olmalı imiş. O, avtomobildən düşərkəndə Tural ona qara əlcək və papaq vermişdir ki, evə daxil olarkən onlardan istifadə etsin. Belə ki, həm evə əl izləri düşməsin həm də ki, orada olan təhlükəsizlik kamerasına düşməsin. O, Rəsulun evinə hasardan daxil olmuş, evin yan tərəfi ilə gəlib arxa tərəfinə keçmişdir. Arxa tərəfindən isə marketdən götürdüyü vintaçanla plastik pəncərəni açıb bir başa yataq otağına daxil olmuşdur. O, yalnız yataq otağını axtarmış və yataq otağında olan balaca şkafdan yaşıl rəngli salafan paketdə olan pulu və şüşəli termonun gözündən qara rəngli dəri pul qabını götürmüş və daxil olduğu yerdən də çıxmışdır. Daha sonra Tural öz avtomobili ilə onu və Ağakərimi yol kənarından götürmüşdür.Onlar Mədrəsə adlı kəndin girəcəyində getmiş və orada dayanmışlar.Əldə etdikləri pulun 3000 ABŞ dollar, 2400 manat pul, 800 rubl rus pulu və 20 lari gürcü pulu olunduğunu öyrənmişlər. Xarici pulları Tural və Ağakərim özləri götürməyərək ona yol pulu üçün vermişlər, digər pulları isə öz aralarında tam bölmüşlər.Ona 1000 ABŞ dollar, 800 manat və xarici pullar çatmışdır. Daha sonra isə Tural ilk öncə Ağakərimi öz məhlələrində düşürmüş sonra isə onu yol avtomobili ilə şəhərə yola salmışdır.Sonradan o, oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Hal-hazırda törətmiş olduğu əməldən peşimandır, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd etmiş və ifadə verib göstərdi ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hal-hazırda heç bir yerdə işləmir. O, 08.02.2007-ci il tarixdən 27.02.2021-ci il tarixədək Şamaxı rayon Polis Şöbəsində uçot-qeydiyyat statistika qrupunun operatoru vəzifəsində çalışmış, 27.02.2021-ci il tarixdə isə öz arzusu ilə X27 xidmətdən xaric olunmuşdur. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına qədər olan müddət ərzində Şamaxı şəhəri, “Mərkəzi” univermağın yaxınlığında yerləşən “Topaz” əl oyunları mərkəzində 19200 manat pul uduzmuş və həmin uduzduğu pullarıda müəyyən şəxslərdən faizə götürmüşdür. O, Fərman İbrahimov adlı şəxsdən 3000 manat, Şamaxı şəhərində yerləşən Şamxal adlı şəxsin lombardından isə 5300 manat faizə pul götürdüyünü qeyd etmişdir. “Topazı” təşkil edən operator Etibar adlı şəxsə isə hazıradək 900 manat pul borclu qaldığını bildirmişdir. O, 19200 manat borcdan yerdə qalan borcu ailə üzvülərinə məxsus qızılları satmaqla ödəmişdir. Həmin ərəfələrdə yəni 2021-ci ilin fevral ayının sonlarında o, borca pul axtaran zaman onunla birgə əvvəllər Şamaxı rayon Polis şöbəsində işləmiş Təqsirləndirilən şəxs1 borca və ya faizə pul istəmiş, Ağakərim isə ona öz pulu olmadığını bildirmiş əvəzində ona qohumu Zərərçəkmiş şəxs3 evindən oğurluq etməyi təklif etmişdir. Ağakərim onu şirnikləşdirərək əmisi oğlu Rəsulun evində 50.000- 60.000 manat pul olduğunu bildirmiş, o, isə həmin vaxt maddi sıxıntı çəkdiyi üçün məcbur olub Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmışdır. Razılaşdıqdan sonra Ağakərim onu iki dəfə öz avtomobili ilə qohumu Rəsulun evinin yaxınlığına aparmış və evi uzaqdan ona göstərmişdir. Ağakərim evi ona göstərərkən də evdə təhlükəsizlik kamerası olduğunu bildirmişdir. Ağakərim kamera olduğu üçün evə başqa bir şəxsi yəni Şamaxı şəhərində yaşamayan və burada tanınmayan birini salmaq lazım olduğunu bildirmişdir. Bu zaman o, Ağakərimə Bakı şəhərində yaşayan Orxan adlı bir qohumunun olduğunu və Orxanın əvvəllərdə cinayət törətdiyinə görə məhkumluq həyatı yaşadığını bildirərək Orxanın bu işləri yaxşı bildiyini və bu işdə onlara köməklik edə biləcəyini qeyd etmişdir. 2021-ci ilin mart ayının əvvəllərində o, öz istifadəsində olan 055 605- 60-00 saylı mobil nömrənin “Whatsap” proqramı vasitəsi ilə Orxanın istifadəsində olan 055 323-02- 32 saylı mobil nömrənin “Whatsap” proqramına zəng vurmuş və ona Şamaxı şəhərində bir evdən oğurluq etmək təklifini etmişdir. Orxanda onunla razılaşmışdır. Həmin gün Orxan yol avtomobili ilə Şamaxı şəhərində yerləşən avtovağzala gəlmiş və o, öz idarə etdiyi “VAZ 2107” markalı **-EB-*** dövlət nömrə nişanlı avtomobil ilə Orxanı vağzaldan götürmüş daha sonra isə Ağakərimi götürmüşdür. Həmin vaxt o, Ağakərim ilə Orxanı tanış etmişdir. Onlar evə daxil olmaq üçün hazırlıqsız olduqlarından həmin vaxt Ağakərim Şamaxı şəhərində yerləşən “Fayton” marketə daxil olmuş və oradan 3 ədəd “bizon” içkisi almış və gələrkəndə oradan bir ədəd vintaçan götürmüşdür. Onlar ilk öncə onun idarə etdiyi avtomobillə bir dəfə Rəsulun evinin yanından keçmiş və görmüşlər ki, evin işıqları yanmır, bundan sonra onlar əmin olmuşlar ki, evdə heç kəs yoxdur. Bundan sonra onlar plana uyğun hərəkət etməyə başlamışlar. Belə ki, plana uyğun olaraq o, yol kənarında avtomobildə gözləməli, Ağakərim evin yaxınlığında keşiş çəkməli, Orxan isə pəncərədən evə daxil olmalı imiş. Orxan avtomobildən düşərkəndə o, Orxana qara əlcək və papaq vermişdir ki, evə daxil olarkən onlardan istifadə etsin. Belə ki, həm evə əl izləri düşməsin həmdə ki, orada olan təhlükəsizlik kamerasına düşməsin. O, Ağakərim və Orxanı avtomobildən düşürdükdən təxminən yarım saat sonra Orxan və Ağakərim gəlib onun avtomobilinə əyləşmiş və onlar hadisə yerindən uzaqlaşmışlar. Bundan sonra onlar Mədrəsə adlı kəndin girəcəyinə gələrək orada dayanmışlar. Orada ona məlum olmuşdur ki, evdən 3000 ABŞ dollar, 2400 manat, 800 rubl rus pulu və 20 lari gürcü pulu çıxmışdır. Onlar əldə etdikləri pulu öz aralarında üç yerə bölmüşlər və həmin puldan ona 1000 ABŞ dollar, 800 manat pul çatmışdır. 800 rubl rus pulunu və 20 lari gürcü pulunu isə nə o, nədə ki, Ağakərim götürmüşdür. Həmin pulu Orxana yol pulu kimi vermişlər. Bundan sonra o, öncə yolda Ağakərimi düşürmüş daha sonra isə Orxanı düşürmüşdür. Orxanda yol avtomobili ilə həmin günü Bakı şəhərinə qayıtmışdır. O, idarə etdiyi “VAZ 2107” markalı ** EB *** dövlət nömrə nişanlı avtomobilin nömrəsinin başqa avtomobilə məxsus olduğunu, həmin nömrəni Şamaxı şəhərində yaşayan sinif yoldaşı Mirzəli Mirzəyevdən götürdüyünü və götürərkəndə həmin nömrəni öz avtomobilində istifadə edərək hər hansı bir cinayət hadisəsi törədəcəyini bildirməmişdir. Halhazırda törətmiş olduğu əməldən peşimandır, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 Ağaələskər oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə yəni arvadı Aygün Xəlilova və qızı Fəridə Xəlilova ilə birlikdə Şamaxı şəhəri, Kür-Araz qəsəbəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evində yaşayır.Həmin ev ona məxsusdur. O, mahiyyəti üzrə bildirmişdir ki, 01 mart 2021-ci il tarixdə saat 13:00-da ailə üzvləri ilə birlikdə evdən çıxıb Bakı şəhərində yaşayan qardaşı Ramin Xəlilovun evinə getmiş və 03 mart 2021-ci il tarixdə saat 10:45-də onlarla birlikdə evə qayıtmışdır. Evə qayıtdıqda o, evin giriş qapısını açıb qonaq otağına daxil olanda yataq otağının qapısının bağlı vəziyyətdə olması onu şübhələndirmiş belə ki, onlar evdən çıxarkən bütün otaqların qapısını açıq vəziyyətdə saxlamışdır. O, yataq otağının qapısını açıb içəri daxil olduqda görmüşdür ki, paltar dolabında olan bütün paltarlar, eləcədə otaqda olan digər əşyalar dağınıq haldadır. Bu vaxt o, dərhal paltar dolabında saxladığı pulların yerində olub-olmadığını yoxlamış və həmin vaxt saxladığı özünə məxsus 3000 ABŞ dollar, 2400 AZN, 800 rubl rus pulu və 20 lari gürcü pulunun yerində olmadığını müəyyən etmişdir. O, evindən oğurluq olduğunu anlamış və dərhal DİN 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermişdir. Az müddət keçməmiş polis əməkdaşları onun evinə gəlib hadisə yerinə baxış keçirmiş və baxış zamanı polis əməkdaşları ilə onunla birlikdə evində olan təhlükəsizlik kamerasının yaddaşına nəzər salmışlar və görüntüdə bir nəfər naməlum şəxsin onun evinə daxil olması görüntüsü qeydə alınmış, buna baxmayaraq o, görüntüdə olan şəxsi tanıya bilməmişdir.Sonradan ona məlum olmuşdur ki, evindən oğurluq törədənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşdur. Bu barədə məhz Ağakərim tutulan zaman ona Şamaxı rayon Polis Şöbəsində məlumat vermişdir. Dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikyəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, o, ailə üzvləri yəni arvadı X23, oğlu X33 gəlinləri X19 və Zərərçəkmiş şəxs2, nəvələri X34, Zərərçəkmiş şəxs1 Fərhad oğlu, X29, X30 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, mahiyyəti üzrə bildirmişdir ki, 04 yanvar 2020-ci il tarixdə saat 17:45-də o, qonşuluqda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Elvin adlı şəxsə zəng vurub onları Şamaxı şəhərində yaşayan qızı Məleykə Mahmudovanın evinə aparmasını xahiş etmişdir. Az keçməmiş Elvin idarə etdiyi avtomobillə gəlib onları qızı Məleykə Mahmudovanın evinə aparmışdır. Həmin gün onun ailəlikcə qızı Məleykə Mahmudovanın evinə getməynə səbəb nəvəsi Ayselin ad gününün olması olmuşdur. O, qeyd etmişdir ki, oğlanları Fərhad, Anar və Samir həmin gün Şamaxı şəhərində olmamışlar belə ki, Rusiya Federasiyasında olmuşlar. O, həmin gün evdən çıxarkən evin giriş qapısını və darvazanı qıfılla bağlamış və həmin gün saat 20:40-da ailə üzvüləri ilə birlikdə qızı Məleykə Mahmudovanın evindən çıxıb qohumu Rahim Şıxaliyevin nəqliyyat vasitəsinə əyləşib onunla birlikdə evə qayıtmışdır. Evə çatdıqda o, darvazanı açmaq istəmiş və həmin vaxt görmüşdür ki, darvaza açılmır. Bundan sonra o, qarajın qapısını açıb oradan həyətə keçmiş və görmüşdür ki, darvaza qapısı arxadan bağlanmış və evin yuxarı mərtəbəsinin otağının işığı yanılı vəziyyətdədir. Həmin an o, şübhələnmişdir ki, evə oğru daxil olmuşdur. O, evin içərisinə daxil olmadan DİN-in 102 xidmətinə zəng vurmuş və az müddət keçməmiş evə polis əməkdaşları gəlmişdir. O, polis əməkdaşları ilə birlikdə evə daxil olmuş və evə daxil olanda da yataq otağında olan dolabda saxladıqları gəlini Səbinəyə məxsus 5385 manat dəyərində 750 əyarlı 26,70 qram çəkidə brilyant qaşlı komplektin, bir ədəd 1000 manat dəyərində oğlu Anara məxsus lakin öz pulu ilə aldığı qızıl üzüyün və 12000 manat dəyərində ona məxsus nağd pulun naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir.Gəlini Səbinəyə məxsus komplek bir ədəd qızıl qolbaqdan, bir cüt qızıl sırğadan, bir ədəd qadın üzüyündən və bir ədəd də qızıl klonlu sepdən ibarət olmuşdur.Həmçinin o, əlavə dindirilərkən oğurlanmış qızıl-zinət əşyalarının qiymətləndirilməsinin iş üzrə təyin edilmiş məhkəmə əmtəşünaslıq ekspertizasının rəyi ilə deyil onun ifadəsində qeyd etdiyi qiymətlə götürülməsini istintaq orqanından xahiş etmişdir. Eyni zamanda bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə barışmış ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X31 ifadə verib göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, mahiyyəti üzrə bildirmişdir ki, 04 yanvar 2020-ci il tarixdə saat 17:45-də qaynatası Vəli qonşuluqda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Elvin adlı şəxsə zəng vurub onları Şamaxı şəhərində yaşayan qızı Məleykə Mahmudovanın evinə aparmasını xahiş etmişdir.Az keçməmiş Elvin idarə etdiyi avtomobillə gəlib onları qaynatası Zərərçəkmiş şəxs1 qızı Məleykə Mahmudovanın evinə aparmışdır.Həmin gün onların ailəlikcə baldızı Məleykə Mahmudovanın evinə getməklərinə səbəb Məleykənin qızı Ayselin ad gününün olması olmuşdur.O, qeyd etmişdir ki, həmin gün qayınları və əri Rusiya Federasiyasında olmuşlar. Onlar həmin gün evdən çıxarkən evin giriş qapısını və darvazanı qıfılla bağlamışdırlar. Həmin gün saat 20:40-da o, ailə üzvüləri ilə birlikdə baldızı Məleykə Mahmudovanın evindən çıxıb qohumları Rahim Şıxaliyevin nəqliyyat vasitəsinə əyləşib onunla birlikdə öz evlərinə qayıtmışdılar.Evə çatdıqda darvazanı açmaq istədikdə görmüşlər ki, darvaza açılmır.Bundan sonra onlar qarajın qapısını açıb oradan həyətə daxil olmuşlar və həmin vaxt darvazanın qapısının arxadan bağlı olduğunu və evin yuxarı mərtəbəsinin otağının işığının yandığını görmüşlər. Həmin an bilmişlər ki, evə oğru daxil olmuşdur. Onlar evin içərisinə daxil olmadan DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişlər və az müddət keçməmiş evə polis əməkdaşları gəlmişdir. Onlar evə gələn polis əməkdaşları ilə birlikdə evə daxil olmuşlar.Evə daxil olanda yataq otağında olan dolabda saxladıqları ona məxsus 5385 manat dəyərində 750 əyarlı 26,70 qram çəkidə brilyant qaşlı komplektin və 200 manat dəyərində 2,3 qram çəkidə 585 əyyarlı qızıl üzüyün, bundan başqa əri Anara məxsus bir ədəd 1000 manat dəyərində qızıl üzüyün və 12000 manat dəyərində qaynatası Vəliyə məxsus nağd pulun naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişlər.Ona məxsus komplek bir ədəd qızıl qolbaqdan, bir cüt qızıl sırğadan, bir ədəd qadın üzüyündən və bir ədəd də qızıl klonlu sepdən ibarət olmuşdur.O, həmçinin Təqsirləndirilən şəxs1 yalan danışdığını belə ki, onun qızıl-zinət əşyaları arasında bjuterya qolbaq olmadığını bildirmişdir. Həmçinin o, əlavə dindirilərkən oğurlanmış qızıl-zinət əşyalarının qiymətləndirilməsinin iş üzrə təyin edilmiş məhkəmə əmtəşünaslıq ekspertizasının rəyi ilə deyil onun ifadəsində qeyd etdiyi qiymətlə götürülməsini istintaq orqanından xahiş etmişdir. Eyni zamanda bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə barışmış ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs1 Şamaxı şəhərindən tanıdığını, onunla münasibətlərinin normal olduğunu bildirmişdir. O, mahiyyəti üzrə qeyd etmişdir ki, 2021-ci ilin fevral ayında dəqiq xatırlamadığı gündə Ağakərim ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş o, da Ağakərimin görüşmək təklifini qəbul edib onunla Şamaxı şəhərində yerləşən 6 saylı tam orta məktəbin qarşısında görüşmüşdür. Görüş zamanı Ağakərim ona kasıbçılığın daşını atamağı belə ki, Şamaxı rayonunun Çuxuryurd kəndində bir sahibsiz ev olduğunu və həmin evdə 1 kq yaxın qızıl-zinət əşyası olduğunu bildirməklə həmin evdən oğurluq etməyi ona təklif etmişdir. O, isə Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmamış və bu işlərin onluq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs3 uzun müddətdir ki, tanıdığını və məhz Zərərçəkmiş şəxs3 vasitəsi ilə onun qohumu Təqsirləndirilən şəxs1la tanış olduğunu bildirmişdir. O, mahiyyəti üzrə qeyd etmişdir ki, 2020-ci ilin dekabr ayında Ağakərimlə bir yerdə ona məxsus avtomobildə olan zaman təsadüfən X4 danışıqlarına qulaq asmış belə ki, Ağakərim onun yanında Şamaxı şəhəri, Əngərxan kəndində kiminsə evindən oğurluq etmək təklifini Məmmədşuri Hüseyinə bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Şamaxı rayonunda yerləşən “Fayton” marketdə satıcı və kassir vəzifəsində çalışır. O, mahiyyəti üzrə bildirmişdir ki, 2021-ci ilin mart ayının əvvəlləri saat təxminən 02-03 radələrində bir nəfər şəxs sonradan adı ona məlum olan Ağakərim adlı şəxs onun çalışdığı “Fayton” marketə daxil olaraq avtomobilinin xarab olduğunu və yolda qaldığını bildirərək ondan kəlbətin istəmiş o, isə kəlbətin olmadığını vintaçan olduğunu bildirmiş həmin şəxsdə vintaçanı ondan götürmüş və səhərdə atfyorkanı ona geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib 1993-cü ildən qızıl alveri ilə məşğul olduğunu və Mərkəzi Univermaqda işlədiyini bildirmişdir. O, hazırda da Bakı şəhəri, Yasamal rayonu, Nizami 59 ünvanında icarəyə yer götürüb orada qızıl alqı-satqısı ilə məşğul olduğunu qeyd etmişdir. O, mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Nizami 59 ünvanında işdə olarkən sonradan adı ona məlum olan Ağakərim adlı bir şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu ona bildirmiş və ona xidməti vəsiqəsini göstərərək dostlarının maddi ehtiyacı olması səbəbindən bir ədəd üzərində qaşları olan qızıl boyunbağını, bir ədəd kişi üzüyünü və bir ədəd qızıl qolbağı satmaq istədiyini demişdir.O, da qızılların əyyarını yoxlayarkən ona təqdim olunan qızıllardan birinin yəni qolbağın qızıl olmadığını müəyyən etmiş və onu geri qaytarmışdır. Qalan qızıl-zinət əşyalarına görə isə həmin şəxsə 1350 manat pul vermişdir. Sonradan polis əməkdaşları onun işlədiyi yerə Ağakərim adlı şəxsi gətirərkən o, bilmişdir ki, həmin qızıl-zinət əşyalarını Ağakərim dostları ilə oğurlayıb ona öz qızılları adı ilə satmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 aldığı qızl-zinət əşyalarını satdığını və bu səbəbdən də istintaq orqanına təqdim edə bilməyəcəyini qeyd etmişdir. İş materiallarında olan məhkəmə trasoloji ekspertizasının 06 may 2021-ci il tarixli 3/798 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 04.01.2020-ci il tarixdə Şamaxı şəhəri A.Məmmədağa küçəsi 96 saylı evin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi, 2,3 saylı daktilolentlərin səthlərindəki “a”, “b”, əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. 210830036 nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 04.01.2020-ci il tarixdə Şamaxı şəhəri A.Məmmədağa küçəsi 96 saylı evin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi 2,3 saylı daktilolentlərin səthlərindəki “a”, “b” əl barmaq izləri, 4 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi müqayisəli material qismində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X2 tərəfindən deyil başqa şəxs tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus 03.03.2021-ci il tarixdə Şamaxı şəhəri, Kür-Araz qəsəbəsi D.Qorqud küçəsi 2 saylı evin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1-5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, Zərərçəkmiş şəxs1 məxsus 04.01.2020-ci il tarixdə Şamaxı şəhəri A.Məmmədağa küçəsi 96 saylı evin müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyun 2021-ci il tarixli 9/2941 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda qızıl-zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2594,00 manat müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, ümumi çəkisi 26,70 qram 750 əyarlı bir ədəd brilyant qaşlı qızıl üzük dəsti yəni, bir ədəd qızıl qolbaqdan, bir cüt qızıl sırğadan, bir ədəd üzükdən və bir ədəd qızıl klonlu sepdən ibarət dəst bir qramının qiyməti 80 manat olmaqla 2136 manat, bir ədəd 585 əyarlı qızıl üzük 2,3 qram çəkidə bir qramının qiyməti 60 manat olmaqla 138 manat və bir ədəd 750 əyarlı yeddi brilyant qaşlı üzük 4 qram olmaqla, 1 qramının qiyməti 80 manat olmaqla 320 manat cəmi 2594 manat hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 24 mart 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 24 mart 2021-ci il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş mteriallarında olan Şamaxı rayon Məhkəməsinin 26 mart 2021-ci il tarixli 4(074)-35/2021 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.3 və 32.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 barəsində 2 ay 9 gün müddətinə yəni, istintaq müddətinin sonu olan 04 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan yəni, 24 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 26 mart 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 26 mart 2021-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 28 mart 2021-ci il tarixli 4(074)- 36/2021 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 2 ay 7 gün maüddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu andan yəni, 26 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 28 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materillarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu məhkum olunmamışdır. İş materillarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materillarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 məhkum olmamışdır. İş materillarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası Preobrojensk rayon məhkəməsinin 28 aprel 2012-ci il tarxli hökmü ilə CM-nin 162 maddənin 4 hissəsi b,v bəndi, 161 maddənin 3 hissəsi b bəndi ilə təqsirli bilinib, 69 mad 3 hissəsinə əsasən 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 15 iyul 205-ci il tarixdə Bakı Ağır Cianyətlər məhkəməsinin qərarı ilə əməl 181.3.2, 181.3.3-cü maddəsinə tövsüf edilərərək hökm Azərbaycan Respublikasında tanınaraq CM-nin 181.3.2, 181.3.3, 180.3.2 maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 9 il azadlıqdan məhrumetmə cəzsına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qərarı ilə CM-nin 180.2.1, 180.2.4, 180.2.5, 181.3.3 maddələri ilə təqsirli bilinib CM-nin 66.3 maddəsinə əsasən 8 il 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 may 2018-ci ildə Nizami ryon məhkəməsinin qərarı ilə çəkilməmiş 1 il 4 ay 1 gün müddətinə cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. Novoqordsk vilayəti Stavropol rayon məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, cəza müddəti başa çatmışdır. İş materiallarında olan X9 ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs 24 oktyabr 2020-ci il tarixdə vəfat etmiş əri X12 hüquqi varisi qismində tanınmışdır. Hazırda hüquqi varisi olduğu əri X10 barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmir. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, təqsirləndiirlən şəxs X17 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinin tələblərinə əsasən başlanılmış cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyanın məbləği 2500 manat pul Təqsirləndirilən şəxs3 tərəfindən ona ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respubllikası Müdafiə Nazirinin-Şəxsi Heyət Baş İdarəsinin 22 dekabr 202-ci il tarixli 1/17-17105 saylı arayışından görünür ki, kiçik gizir X24 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 № 497141 saylı arayışından görünür ki, X13 müddətsiz İ qrup əlildir. İş materiallarında olan AZ-İ № 524759 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X25 11 dekabr 2009-cu ildə nikahlarını bağlamışlar, ərə Eyvazov, arvada Eyvazova soyadı verilmişdir. İş mteriallarında olan AZ-İİ № 561145 saylı doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X35 11 fevral 2011-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs3, anası X14r. İş mteriallarında olan AZ-İİ № 978792 saylı doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X36 09 oktyabr 2012-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs3, anası X14r. İş mteriallarında olan AZ-İİİ № 775108 saylı doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X40 01 iyun 2016-cı ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs3, anası X14r. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və X26 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. Onların törətmiş olduğu əməl məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 öhdəsində İ qrup əlil bacısının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs4 qardaşının Vətən Müharibəsində şəhid olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 oğlunun öhdəsində 3 azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.3, 32.3.177.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməldiir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 mart 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixədək olan 7 ay 10 gün həbsdə olduğu müddət 1 il 2 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilən cəzadan çıxılmaldıır. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Propasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs4 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Propasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs4 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 26 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Propasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs3 oğlunun Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə ekspertiza xərci 111 manat 29 qəpik təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qydada alınıb Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübutlar CD disk iş materiallarında saxlanılmalı və Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan bir ədəd vintaçan məhv edilməlidir. Məhkəmə mülki iddia ilə əlaqədar qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X10 ölməsi ilə əlaqədar onun barəsində hüquqi varisinin ərizəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş, mülki iddiada isə onun varisi Ülviyyə Əhmədova tərəfindən mirak əmlakın qəbulu ilə əlaqədar mülki iddiaçı hər hansı bir sübut təqdim etmədiyindən, mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmılidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 məhkəmə istintaq zamanı göstərdiyi 11 saat hüquqi yardıma görə 66 manat pul və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 11 saat hüquqi yardıma görə 66 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi4 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs4 məhkəmə istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.3, 32.3, 177.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 mart 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixədək olan 7 ay 10 gün həbsdə olduğu müddət 1 il 2 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 oğlunun üzərində qəti olaraq 1(bir) il 3(üç) ay 10(on) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Propasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Propasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs4 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli 26 mart 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(ki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Propasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs3 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci 111 manat 29 qəpik təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qydada alınıb Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübutlar CD disk iş materiallarında saxlanılsın və Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan bir ədəd vintaçan məhv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 məhkəmə istintaq zamanı göstərdiyi 11 saat hüquqi yardıma görə 66 manat pul və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 11 saat hüquqi yardıma görə 66 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi4 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs4 məhkəmə istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-91/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-91/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver