Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-93/2021 08.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları mahiyyəti üzrə baxılması üzrə Şamaxı rayon məhkəməsinə göndərilmiş və iş hazırlıq iclasında baxılması üçün təyin olunmuşdur. Yekun protokola əsasən Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən "VİP" marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş, qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına baxmayaraq ucadan səs-küy salmaqla Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə yumruqla sonuncunun göz nahiyəsinin üst hissəsindən vuraraq ona sağ göz orbitasımn hematoması, sağ üst göz qapağının səthi cırılmış yarası, gözün ağlı qişasına qansızmalar ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaqla zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı məhkəməyə vəsatət verərək göstərdi ki, Şamaxı rayon məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Materiallardan görünür ki, həmin məhkəməyədək sadələşdirilmiş icraat materialı 24 iyun 2021-ci il tarixdə Şamaxı RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı Şəmşir Şirinov tərəfindən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə açılmışdır. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “VİP” marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş, qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasizliq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına baxmayaraq ucadan səs-küy salmaqla Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə yumruqla sonuncunun göz nahiyəsinin üst hissəsindən vuraraq ona sağ göz orbitasının hematoması, sağ üst göz qapağının səthi cırılmış yarası, gözün ağlı qişasına qansızmalar ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaqla zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 14 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Şamaxı RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı Şəmşir Şirinov tərəfindən tərtib edilmiş yekun protokolu Şamaxı rayon prokuroru tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən kobud qanun pozuntuları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün materialın məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş təhqiqatçı barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 430-cu maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraatın yalnız ibtidai istintaq şəklində aparılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Şamaxı RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı Şəmşir Şirinov barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən proses iştirakçıları ayrı-ayrılqıda vəsatətin təmin olunmasına etiraz etmədilər. Məhkəmə vəsatətlə bağlı proses iştirakçılarının fikirlərini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verilmiş və göstərilən hallar aradan qaldırılmadan məhkəməyədək sadələşdirilmiş icraat materialın mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs yetkinlik yaşına çatmasa da, onun barəsində icraatın ibtidai istintaq şəklində deyil, məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılması müəyyən edilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-1.0.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə ibtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına yol verilmir. Həmin Məcəllənin 428.2-ci maddəsinə görə, cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 430-cu maddəsində də yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraatın yalnız ibtidai istintaq şəklində aparılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2003-cü ildə anadan olmuşdur. Bundan başqa məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasına baxmayaraq ibtidai araşdırma dövründə onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir. Həmin Məcəllənin 91.9-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir. Qeyd edilən Məcəllənin 100.4-cü maddəsinə əsasən 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Həmin Məcəllənin 432.4.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək hüququnun təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməli törədilərkən-23 iyun 2021-ci il tarixdə yetkinlik yaşına çatmamış, buna baxmayaraq onun barəsində icraat məhkəmədəyədək sadələşdirilmiş icraat şəklində aparılmış və həmçinin icraat zamanı qanuni nümayəndəsi cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.9-cu maddəsinə əsasən məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299-300 və 303-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialına baxılmasına xitam verilsin və məhkəməyədək sadələşdirlmiş icraat materialı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-93/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-93/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver