Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-93/2023 27.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində ictimai yer hesab edilən Şamaxı şəhəri, Şirvan küçəsi ərazisində, "xxxx" MMC-nin Şamaxı filialının yaxınlığında olan çoxsaylı vətəndaşların yanında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, heç bir əsaslı səbəb olmadan, ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq, X3 və Zərərçəkmiş şəxs2 ünvanına ucadan yüksək səslə nəlayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı yumruqla Qurban Alıyevin sifət nahiyəsinə vurmuş, həmin vaxt onları aralaşdırmağa gələn Zərərçəkmiş şəxs2 də sifət nahiyəsinə sillə vuraraq, Qurban Alıyevin sağ göz orbitasının hematoması, sağ gözün ağlı qışasına qansızma, sağ göz altının yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət, Zərərçəkmiş şəxs2 sifətin sol yarısının şişkinliyi, ağız boşluğunda solda səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs2 və Qurban Alıyev adlı şəxsləri tanıyır. Həmin şəxslərlə münasibəti yaxşı olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, gecə saatlarında tanışı Şahid3lə birlikdə siqaret almaq üçün, Gənclər küçəsində yerləşən “KapitalBank”ın yaxınlığında olarkən, tanıdıqları Qurban Alıyev, Şahid2 və Zərərçəkmiş şəxs2 yolun kənarında dayandıqlarını görüb salamlaşmış və söhbət etməyə başlamışlar. Söhbət zamanı, Qurban Alıyev ona və Ceyhuna necə qulluq edə biləcəyini soruşmuş, o da, Qurbandan iki ədəd enerji içkisi olan “Go” almasını xahiş etmişdir. Həmin vaxt Qurban 100 manat pulu ona uzatmış, o da, pulu götürüb, Şirvan küçəsində Cahid adlı şəxsin işlətdiyi marketə tərəf getmişdir. O, marketə daxil olub, enerji içkiləri alarkən, küçədə səs-küy olduğunu eşitmiş və küçəyə çıxdıqda, Ceyhunla Qurbanın mübahisə etdiyini, Qurbanın onun haqqında danışdığını, onun üçün içki almaq istəmədiyini dediyini eşitmişdir. O, buna əsəbləşərək, Qurbana yaxınlaşıb, nəyə görə arxasınca danışdığını soruşmuş və daha sonra Qurbanın ünvanına nəlayiq ifadələr işlədərək, sonuncunun sağ göz nahiyyəsinə yumruqla iki dəfə vurmuşdur. Həmin vaxt Ceyhun onları sakitləşdirmək istəmiş, lakin o, buna əhəmiyyət verməyib, Qurbanın üzərinə getmişdir. Qurban isə ondan uzaqlaşan zaman, Zərərçəkmiş şəxs2 onun üzərinə qışqıraraq, ondan sakitləşməyini tələb etmiş, o isə, həmin anda özünü saxlaya bilməyib, Şamonu da, təhqir edib, sonuncunun üz nahiyəsinə bir dəfə sillə vurmuşdur. Ceyhun və Yaşar ona sakit olmağını, Qurban və Şamonun sərxoş olduğunu deyib, onu oradan uzaqlaşdırmışlar. Hadisə Şirvan küçəsində, “Azərcell”in satış mərkəzinin yaxınlığında baş vermiş və həmin vaxt hadisə yerində o, Qurban, Ceyhun, Şamo, Yaşar və yaxınlıqdakı ərzaq mağazasını işlədən Cahid adlı şəxs olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt o, heç bir xəsarət almamış, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hazırda isə o, zərərçəkmiş Qurban Alıyev və Zərərçəkmiş şəxs2la barışmış, həmin şəxslərin müalicə xərclərini ödəmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 tanıyır, həmin şəxslərlə hər hansı bir ədavəti olmamışdur. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında kafede tanışları Şamo və Yaşarla birlikdə olmuş, həmin vaxt o və Şamo pivə, Yaşar isə çay içmişdir. Bundan bir neçə saat sonra, evə getmək üçün kafedən cıxıb, piyada yolun kənarı ilə tanışları Şamo və Yaşarla birlikdə Şirvan küçəsində yerləşən "xxxx" mağazası istiqamətində getməyə başlamışlar. Həmin vaxt tanıdıqları Vüsal və Ceyhunla qarşılaşmışlar. Vüsal onunla görüşüb, söhbət etməyə başlamışdır. Söhbət zamanı, Ceyhunla Vüsala sözgəlişi olaraq necə qulluq edə biləcəyini soruşmuş, Vüsal isə cavabında ondan enerji içkisi olan “Go” almasını xahiş etmişdir. O, etiraz etməmiş və Vüsala 100 manat pul vermişdir. Vüsal enerji içkisi almaq üçün yaxınlıqda olan marketə getmişdir. Vüsalı gözləyərkən, Ceyhunla aralarında Vüsal üçün enerji içkisi almaq üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı, Ceyhuna Vüsalı tanımadığını, nəyə görə sonuncuya da, içki almalı olduğunu demişdir. Həmin vaxt Vüsal mağazadan çıxıb, onun üzərinə gəlib təhqir edərək, anidən onun sağ göz nahiyyəsinə yumruqla iki dəfə vurmuşdur. Həmin zaman Şamo yaxınlaşıb Vüsalı sakitləşdirmək istəsə də, Vüsal Şamonu da, təhqir edib, sonuncunun üz nahiyyəsinə bir dəfə sillə vurmuşdur. Ceyhun və Yaşar Vüsalı oradan uzaqlaşdırmışdırlar. Daha sonra, Şamo baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, özü isə sonradan Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin, hadisədən sonra Vüsal 100 manat pulu tam olaraq ona qaytarmışdır. Hazırda o, ona xəsarət yetirmiş Təqsirləndirilən şəxsla barışmış, həmin şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Odur ki, qərar qəbul edərkən, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Məhəmmədhüseyn oğlu zərərçəkmiş X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs2 iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxsla barışdığını, həmin şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə zərərçəkmiş X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs, Şahid3, X2, Şahid2 və Zərərçəkmiş şəxs2 Məhəmmədhüseyn oğlunu Şamaxı şəhər sakinləri kimi tanıyır. Həmin şəxslərlə əvvəllər münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. O, adlarını qeyd etdiyi şəxslərin ara-sıra Şamaxı şəhəri, Şirvan küçəsində yerləşən ona məxsus mağazaya gəlib ərzaq aldığını bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində mağazada olarkən, Təqsirləndirilən şəxs mağazaya daxil olub, enerji içkisi olan “Go” istəmiş, o da, Vüsala həmin enerji içkisini tapıb verərkən, Təqsirləndirilən şəxs içkini götürmədən küçəyə çıxmış, o da, Vüsalın yəqin enerji içkisini almaq fikrindən daşındığını düşünüb, işi ilə məşğul olmağa başlamışdır. Daha sonra, küçədə səs-küy eşitmiş, lakin mübahisə səslərinin yüksəldiyini və Vüsalın söyüşlər söydüyünü eşidib, küçəyə çıxmışdır. Həmin vaxt Şahid3 ilə Şahid2 Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırdıqlarını, Şamo ilə Qurbanın isə kənarda dayanmalarını, Qurbanın sağ gözünün şişdiyini görüb, onlara iradını bildirib, səsküy salmamalarını, iş fəaliyyətinə mane olduqlarını demiş və mağazaya daxil olmuşdur. O, hadisə zamanı Qurbanı kimin döyməsini, həmçinin orada əlavə kimlərin olmasını görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Мəhkəmə-Тibbi Еkspertiza və X4 Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 192 saylı ekspert rəyindən görünür ki, X1 üzərində aşkar edilmiş xəsarətlər - sağ göz orbitasının hematoması, sağ gözün ağlı qişasına qansızma, sağ göz altının yarası küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması zamanı alınmış, xəsarətlər ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Мəhkəmə-Тibbi Еkspertiza və X4 Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 193 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Məhəmmədhüseyn oğlunun üzərində aşkar edilmiş xəsarətlər - sifətin sol yarısının şişkinliyi, ağız boşluğunda solda səthi yarası küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür, xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından, dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəza müddəti bitdiyi üçün, şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il və xx.xx.2022-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-93/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-93/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver