Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-94/2021 08.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 sentyabr 2014-cü il tarixdən hesablanmaqla 18 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 fevral 2015-ci il tarixli 2(074)-40/2015 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Şamaxı Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 3(074)-60/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 27 mart 2020-ci, 13 may 2020-ci və 06 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 yanvar 2021-ci il tarixədək 7100,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə 24 iyun 2010-cu il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, 20 oktyabr 2010-cu il tarixdə isə nikahları rəsmi qaydada qeydə alınmışdır. Birgə nikahdan 18 iyun 2011-ci il tarixdə Şəhriyar adlı uşaqları dünyaya gəlmişdir. Əvvəl münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri düz gəlməmiş, Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Şamaxı Rayon Məhkəməsinin qətnaməsi ilə övladı Şəhriyar Axundovun saxlanılması üçün hər ay 100,00 manat alimentin ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmiş, maddi imkanı yaxşı olmadığına görə alimenti ödəyə bilməmişdir. İcra şöbəsində barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətdən sonra da heç bir ödəniş etməmişdir. Təqdimat verildikdən sonra iki dəfə 280 manat olmaqla, cəmi 560 manat aliment ödənilmişdir. Daha sonra müvəqqəti işə getmədiyi üçün işdən çıxarılmışdır. Hazırda fəhləliklə məşğul olmaqla günəmuzd işləyir. Aylıq gəliri 300 manat təşkil edir. Aliment borcunu tam bağlaya bilmir. 28 iyun 2021-ci il tarixədək aliment borcundan 500 manat ödəniş edə bilər. Hazırda 6540,00 manat aliment borcu var. 2017-ci ildə ikinci dəfə rəsmi nikaha daxil olmuş və bu nikahdan 1 uşağı dünyaya gəlmişdir. Hesablanmış aliment borcunu isə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək xəstə olduğundan məhkəmə prosesinə gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 24 iyun 2010-cu il tarixdə öz razılığı ilə ailə qurmaq üçün Təqsirləndirilən şəxs qoşulub qaçmışdır. 20 oktyabr 2010-cu il tarixdə el adəti ilə toy edib rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların 18 iyun 2011-ci il tarixdə X2 adlı uşaqları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla ailə qurarkən onu yaxşı tanımamışdır. Ailə qurduqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qumar oyunu ilə məşğuldur. Ailəyə maddi baxımdan köməklik etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 100 manat alimentin ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ilə söhbətlər zamanı alimenti ödəməyəcəyini, məhkəmə qətnaməsini icra etməkdən qərəzli şəkildə boyun qaçıracağını bildirmişdir. İcra sənədi icra şöbəsində olarkən Təqsirləndirilən şəxs alimenti ödəməmiş və Şamaxı Rayon Məhkəməsinin qərarları ilə birinci dəfə 500 manat inzibati qaydada cərimə, daha sonra 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqdimat verildikdən sonra Təqsirləndirilən şəxs cari ilin fevral və aprel aylarında iki dəfə 280 manat olmaqla cəmi 560 manat aliment ödəmişdir. Hazırda təqdimat üzrə Təqsirləndirilən şəxs 6540,00 manat borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadə verib göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-40/2015 saylı, 24 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2014-cü il tarixdən başlayaraq 18 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi 29 aprel 2015-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmiş, lakin aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 11 mart 2020-ci il tarixdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmiş, lakin borclu tələbi icra etməməkdə davam etmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixə aliment borcu 7100,00 manat təşkil etmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin məlum qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Buna görə də barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmədə şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Şamaxı rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 2(074)-40/2015 saylı icra vərəqəsindən görünür ki, 18 iyun 2011-ci il təvəllüdlü X2 anası Zərərçəkmiş şəxs yanında qalması, cavabdeh Təqsirləndirilən şəxs 22 sentyabr 2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb 18 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 29 aprel 2015-cı il tarixli qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixdə verilmiş 2(074)-40/215 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 29 aprel 2015-ci il tarixli bildirişin surətindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şamaxı rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli 2(074)-40/2015 saylı icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 24 sentyabr 2015-ci il tarixli 3(074)-428/2015 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında inzibati cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 8(074)-169/2016 saylı qərardadı ilə borclu 22 avqust 1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şamaxı rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 3(074)-60/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verimiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. Qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 may 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Barəsində axtarış elan olunan şəxsin tutulması barədə” 23 iyun 2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə tutularaq Bakı şəhəri Yasamal rayon Polis idarəsinin X4 təhvil verilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 1(074)-94/2021 saylı qərarı ilə 22 avqust 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə saat 15:30-da Şamaxı rayon Məhkəməsinin binasına təxirə salınmış məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(074)-94/2021 saylı qərarı ilə 22 avqust 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun haqqında axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı istintaq təcridxanasının 13 oktyabr 2021-ci il tarixli 17/40-4195 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən 22 avqust 1990-cı il təvəllüdlü Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, 12 oktyabr 2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, iki dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-94/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-94/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver