Məhkəmə qərarları › İş №1(074)-95/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-95/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-95/2022 28.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə, avtomobillərin icarəsi (Rentacar) xidmətini həyata keçirən “X7” adlı şirkətin sahibi Şahid4 məxsus “Chevrolet Cruse” markalı, boz metallik rəngli, 2012-ci il istehsallı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 fevral 2022-ci il tarixdə icarəyə götürdükdən sonra üzərindəki dövlət qeydiyyat nişanını **-FX-*** dövlət qeydiyyat nişanı ilə əvəzləşdirərək “Tap.az” onlayn internet satış portalında dəyərindən xeyli ucuz məbləğə, yəni 8500 (səkkiz min beş yüz) manat pul müqabilində satışa çıxarmış, satış elanında qeyd etdiyi mobil telefon nömrəsi vasitəsilə onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs3 özünü avtomobilin sahibi və vicdanlı satıcı kimi təqdim edərək inam və etibarından sui-istifadə edib avtomobilin özünə məxsus olması və saz vəziyyətdə olması barədə yalan məlumatlar vermiş, aralarında avtomobilin alqı-satqısı ilə bağlı razılıq əldə edildikdən sonra 15 fevral 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “28 May” qəsəbəsi ərazisində yerləşən “Ağdam” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs3 ilə görüşərək ilkin ödəniş qismində ondan 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində pulu alaraq növbəti gün avtomobilin alqı-satqısını rəsmiləşdirəcəyini və bundan sonra pulun qalan hissəsini də alacağına dair yalan vəd verib aldararaq, həmin pulu şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs3 məxsus 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə, “Tap.az” onlayn internet satış portalında avtomobil satışı ilə əlaqədar mobil telefon nömrəsini yerləşdirmiş Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünü vicdanlı və etibarlı bir şəxs kimi tanıdıb inam və etibarından sui-istifadə edərək sonuncuya ona Moped nəqliyyat vasitəsi alıb gündəlik icarəyə verməsini və nəticədə yüksək məbləğdə gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, aralarındakı şifahi razılaşmaya əsasən onun tərəfindən axtarılıb tapılmalı olduğu üçün “Tap.az” onlayn internet satış portalında Şahid3 tərəfindən satışa çıxarılmış "Yamaha" markalı, 2002-ci il istehsallı “Moped” nəqliyyat vasitəsini alacağı adı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə gətirdərək Elgün Qənizadənin də həmin yerdə Moped nəqliyyat vasitəsini vizual olaraq görməsini təşkil etdikdən sonra sahibinə ödəniş qismində verib qeyd olunan Moped nəqliyyat vasitəsini almaq adı ilə 01 mart 2022-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən "Tantuni və Hicaz" dönər evinin qarşısında sonuncudan 1386 (min üç yüz səksən altı) manat məbləğində pulu alaraq nəqliyyat vasitəsini almadan ərazidən uzaqlaşmaqla həmin pulu şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs4 məxsus 1386 (min üç yüz səksən altı) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğuluq proqramına cəlb olunmuş İİ Qarabağ Müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs2 dövlət tərəfindən verilmiş və işlədə bilmədiyi üçün sonuncu tərəfindən “Tap.az” onlayn internet satış portalında icarəyə verilməsi ilə bağlı elanı yerləşdirilmiş 01 ədəd “TAHAWASH TT-2900” markalı avtoyuma aparatını, 01 ədəd “Xcort XVC0130” markalı avtomobil salonunun təmizlənməsi üçün tozsovuranı, 01 ədəd “FENG FF-Q909A” markalı köpük-maye püskürtmə çənini və 01 ədəd “Xcort XACD50” markalı hava kompressorunu icarəyə götürmə ilə bağlı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə və üzbəüz danışıqları zamanı sonuncuya özünü etibarlı tərəfdaş və icarədar kimi təqdim edib inam və etibarından sui-istifadə edərək özünə məxsus avtoyuma məntəqəsinin olduğunu, hər ay müntəzəm olaraq 300 (üç yüz) manat məbləğində icarə haqqı ödəyəcəyinə dair yalan vəd verib aldararaq 30 mart 2022-ci il tarixdə, saat 11:30 radələrində, ünvan 1 ünvanında yuxarıda qeyd olunan avadanlıqları götürdükən sonra dərhal dəyərindən xeyli ucuz məbləğə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləməklə ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 1900 (bir min doqquz yüz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə “Tap.az” onlayn internet satış portalında elanı yerləşdirilmiş “NAMA48-2” markalı, 2020-ci il istehsallı “Moped” nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə danışıqları zamanı özünü real və vicdanlı alıcı kimi təqdim edib inam və etibarından sui-istifadə etməklə əyani olaraq baxdıqdan sonra 1300 (min üç yüz) manat məbləğində pul müqabilində həmin nəqliyyat vasitəsini alacağı barədə sonuncuya yalan vəd verib aldadaraq həmin nəqliyyat vasitəsinin Mingəçevir şəhərindən Şamaxı şəhərinə Şahid5 idarə etdiyi avtomobillə göndərilməsinə nail olduqdan sonra 05 may 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şahəndan” qəbiristanlığının yaxınlığında sənədləri Şahid5 götürərək nəqliyyat vasitəsini yoxlamaq məqsədilə bir dövrə sürüb qayıtdıqdan sonra pulu verəcəyini bildirib aldatmaqla həmin “Moped” nəqliyyat vasitəsinin mühərrikini işə salıb idarə etməklə ərazidən uzaqlaşaraq növbəti gün “Tap.az” onlayn internet satış portalında dəyərindən xeyli ucuz məbləğə, yəni 850 (səkkiz yüz əlli) manat pul müqabilində satışa çıxarıb Şahid1 750 (yeddi yüz əlli) manat pul müqabilində sataraq şəxsi ehtiyacları üçün xərcləməklə Zərərçəkmiş şəxs1 məxsus 1200 (min iki yüz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun özünün əvvəllər “Moped” nəqliyyat vasitəsi olub. Belə ki, 05 may 2022-ci il tarixdə o, Tap.az internet saytına daxil olaraq “Moped” nəqliyyat vasitəsini axtarmağa başlamışdır. Axtarış zamanı Tap.az saytında göy rəngli “Moped” nəqliyyat vasitəsinin satış elanını görüb elanda yerləşdirilən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı sonradan adını bildiyi Elnur adlı şəxslə danışan zaman ondan sayta yerləşdirdiyi “Moped” nəqliyyat vasitəsinin vəziyyəti barədə məlumat almışdır. Telefon əlaqəsi zamanı elanı yerləşdirən Elnur adlı şəxs “WhatsApp” sosial mesajlaşma proqramı vasitəsi ilə “Moped” nəqliyyat vasitəsinin videoçəkilişini ona göstərmişdir ki, o, həmin nəqliyyat vasitəsinə tam olaraq baxsın. O, “Moped” nəqliyyat vasitəsinə video görüntüsünə baxmış, nəqliyyat vasitəsi onun xoşuna gəlmiş və o, qərara gəlmiş ki, Elnur adlı şəxslə əlaqə saxlayıb həmin “Moped”-i alacağı barədə onu inandırıb müəyyən yerə gətirtməklə sürmək adı ilə aldadıb “Moped”-i ələ keçirsin, çünki onun olduğu ünvana gedərsə “Moped”-i istədiyi kimi ələ keçirməyi çətin olardı. Bu məqsədlə həmin əlaqə saxladığı şəxsə yenidən zəng etmiş və bildirmişdir ki, elanda yerləşdirilən məbləğdən onun üçün nə qədər endirim edər. Ona görə Elnur adlı şəxslə qiymət endirimi barədə söhbət etmiş ki, o, onun həmin “Moped”-i almağına şübhə etməsin. Telefon əlaqəsi zamanı Elnur adlı şəxs ən yaxşı halda 50 manat endirim edəcəyini bildirmişdir. O, onunla razılaşmış və ona bildirmişdir ki, həmin “Moped” nəqliyyat vasitəsini Şamaxı rayonuna gətirə bilərmi? Telefon əlaqəsi zamanı Elnur adlı şəxs ona bildirmişdir ki, özü Mingəçevir şəhərində qalır. Amma buna baxmayaraq onunla razılaşmış və bildirmişdir ki, taksi ilə yola salacaq və həmin taksi sürücüsü onunla əlaqə saxlayacaq. Həmin vaxt Elnur adlı şəxs ona həmin taksi sürücüsünün istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsini ona vermişdir ki, əlaqə saxlasın. Bundan sonra o, həmin taksi sürücüsü, sonradan adını bildiyi Mahir adlı şəxslə əlaqə saxlamışdır ki, hansı ərazidən gəlir Şamaxı rayonuna. Həmin tarixdə, artıq saat 19 radələrində Mahir adlı taksi sürücüsü onunla əlaqə saxlamış və ona bildirmişdir ki, Şamaxı rayonuna gəlib çatıb. O, ona yolu izah edərək bildirmişdir ki, “Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə gəl, Şamaxı rayonu ərazisində yerləşən qəbirstanlığın qarşısından keçəndən sonra burada yolun kənarında dayanmışam”. Həmin taksi sürücüsü olan Mahir də təxminən 5-10 dəqiqə sonra onun yanına çatmışdır. Onun yanına çatdıqdan sonra onlar ikisi birlikdə köməkləşmiş Mahirin idarə etdiyi qırmızı rəngli “Reno Megan” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən gətirdiyi “Moped” nəqliyyat vasitəsini yerə düşürmüşlər. “Moped” nəqliyyat vasitəsini yerə düşürtdükdən sonra o, Mahirin şübhə etməməsi üçün əvvəlcə müştəri kimi real alıcı olaraq özünü göstərib “Moped”-in detallarına diqqətlə baxmış, daha sonra artıq almaq niyyətini qeyd edib Mahirə bildirmişdir ki, “əvvəlcə sürüb yoxlayım görüm necə işləyir”. Həmin vaxt Mahirdən “Moped” nəqliyyat vasitəsinə aid sənədləridə götürmüşdür. Mahir onun “Moped”-i almaq niyyəti olmasını fikirləşib heç nəyə etiraz etməmişdir. O, “Moped” nəqliyyat vasitəsinin mühərrikini işə saldıqdan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Bakı şəhəri istiqamətinə sürmüş, Mahir də görüşdükləri yerdə onu gözləmiş, mopedi sürən zaman saxlamağını bildirməmiş, “Moped”-i tam olaraq ələ keçirmək üçün oradan sürətlə sürüb daha da uzaqlaşmış və oradan uzaqlaşdıqdan sonra, artıq Mahirin onu görmədiyinə əmin olub Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib Bakı şəhəri Binəqədi rayonu Müşfıqabad qəsəbəsi ərazisində yolun kənarında yerləşən avtomobillərin yuyulması sexinə sürmüş və orada saxlamışdır ki, həmin günün səhəri gəlib “Moped” nəqliyyat vasitəsini götürər. Həmin vaxt avtomobillərin yuyulması sexinin həm sahibi olan, lakin adını bilmədiyi şəxsə demişdir ki, bu “Moped” nəqliyyat vasitəsini səhər gəlib götürəcək. Həmin şəxs də etiraz etməmiş və onunla razılaşmışdır. Bundan sonra, həmin tarixdə gecə saatlarında o, özü tap.az saytına elan yerləşdirmişdir və öz əlaqə nömrəsini elan səhifəsində yerləşdirmişdir ki, “Moped” nəqliyyat vasitəsini 850 manat pulun müqabilində satır. Elanı yerləşdirəndən təxminən 1 saat sonra onunla bir nəfər tanımadığı şəxs əlaqə saxlamış və bildirmişdir ki, elanda olan “Moped” nəqliyyat vasitəsini 750 manata almaq istəyir və əgər razılaşsalar, həmin günün səhəri, yəni 06 may 2022-ci il tarixdə gəlib alacaq. O, da “Moped”-i tezliklə satmaqla pul əldə etmək niyyəti olduğu üçün onunla razılaşmış və o, həmin günün səhəri “Moped” nəqliyyat vasitəsini yerləşdirdiyi avtomobillərin yuyulması sexindən götürmüş və saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində sonradan adını bildiyi Nurəddin adlı şəxslə görüşmüş, Nurəddin “Moped” nəqliyyat vasitəsinə baxmış, xoşuna gəldikdən sonra razılaşdıqları kimi 750 manat pulu ona vermiş və “Moped” nəqliyyat vasitəsini işə salaraq oradan uzaqlaşmışdır. O, da öz şəxsi işləri ilə məşğul olmağa getmişdir. O, Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla ümumiyyətlə görüşməmiş, sadəcə olaraq telefon əlaqəsi saxlayıb elana yerləşdirdiyi “Moped” nəqliyyat vasitəsinin alqı-satqısı ilə əlaqədar danışmışdır. Həmçinin o, əvvəllər Mingəçevir şəhər sakini Şahid5 tanımamış, onunla sadəcə olaraq 05 may 2022-ci il tarixdə Şamaxı rayonu ərazisində görüşmüş və “Moped” nəqliyyat vasitəsini ondan alaraq sürüb getmişdir. O, 05 may 2022-ci il tarixdə Mingəçevir şəhər sakini Şahid5 həmyerlisi olan Zərərçəkmiş şəxs1 məxsus gətirdiyi “Moped” nəqliyyat vasitəsini aldadıb ələ keçirmək məqsədilə sürüb yoxlamaq adı ilə alaraq Şahid5 aldadıb həmin “Moped” nəqliyyat vasitəsini onun yanından sürərək uzaqlaşmaqda məqsədi həmin nəqliyyat vasitəsini yoxladıqdan sonra pulunu verib almaq olmuşdur, sadəcə olaraq “Moped” nəqliyyat vasitəsini sürən zaman nəqliyyat vasitəsinin danışıb razılşadıqları kimi 1300 manata pula dəymədiyini görmüş, ani bir anda ağlına gəlmişdir ki, “Moped” nəqliyyat vasitəsini sürüb uzaqlaşsın. O, bundan başqa bir hadisə etməmişdir. 05 may 2022-ci il tarixdə Mingəçevir şəhər sakini Şahid5 “Moped” nəqliyyat vasitəsini Şamaxı rayonu ərazisində ona gətirən zaman nə özünün nə onun yanında heç kim olmamış, onlar tək olmuşlar. O, əvvəllər Bakı şəhər sakini Şahid1 tanımamış, onunla sadəcə olaraq 06 may 2022-ci il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində görüşüb ona “Moped” nəqliyyat vasitəsini 750 manat pulun müqabilində satmış, həmin Nurəddin adlı şəxs və o, həmin vaxt tək olmuşlar, onların yanlarında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs3 dedikləri ilə qismən razıdır. Belə ki, 08 fevral 2022-ci il tarixdə o, Bakı şəhəri ərazisində yerləşən Rentokardan tanıdığı Elmir adlı şəxsdən heç bir sənəd təqdim etmədən “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. 15 fevral 2022-ci il tarixdə o, həmin icarəyə götürdüyü “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili tap.az saytına 4500 manata yerləşdirmişdir ki, satsın. Həmin vaxt o, elan saytına istifadə etdiyi 051-394 59-21 və ***-***-**-** mobil nömrələrini yazmışdır. Həmin tarixdə ona tanımadığı şəxs zəng vurmuş və bildirmişdir ki, «avtomobili almaq istəyir, həmçinin onu da qeyd etmişdir ki, avtomobili heç kimə satma mən lazım olsa artıq pul da verəcəm». O, da onunla razılaşmış və onlar Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında görüşmüşlər. O, sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 demişdir ki, bu avtomobil Rentakarındır, onlar bir qədər söhbət etdikdən sonra avtomobilin qiymətini 3500 manata razılaşmışlar. Həmin vaxt Elnur ona 3500 manat pulu vermiş, ona bildirmişdir ki, «siqaret almaq üçün pulum yoxdur, ona 20 manat pul vermişdir, yəni Zərərçəkmiş şəxs3 mənə cəmi 3480 manat pul vermişdir». Həmin vaxt Zərərçəkmiş şəxs3 onun şəxsiyyətini təsdiq edən sənədinin şəkilini çəkmiş və ona bildirmişdir ki, “sənədin şəkilini çəkirəm ondan ötrü ki, həqiqətən də avtomobilin Rentakara aid olduğunu dəqiqləşdirsin və oğurluq olmadığına əmin olsun”. Həmçinin onlar bundan sonra biri-birini tanımırlar. Daha sonra o, öz işlərinin dalınca getmişdir. Daha sonra Rentakarın sahibi olan Elmir adlı şəxs onunla əlaqə saxlamış və ona demişdir ki, “sənə inanıb avtomobili vermişəm, sən bu nə hərəkət idi mənə qarşı edirdin”. O, isə ona etdiyi əməldən peşman olduğunu demişdir. Dəqiq tarixi yadında deyil 2022-ci ilin mart ayında o, tap.az elan saytına baxış keçirən zaman elan saytda bir nəfər şəxsin avtoyuma avadanlıqlarını icarəyə vermək üçün sayta yerləşdirdiyini görüb elan saytında olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş və onunla Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 120, ev 72-də görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra razılaşmışlar ki, o, həmin avtoyuma avadanlıqlarını ondan 12 aylıq hər ay 300 manat ödəməklə icarəyə götüsün. Bundan sonra o, işləyə bilməmiş və həmin şəxsin icarə pulunu ödəyə bilməmişdir. Daha sonra onun pula ehtiyacı olduğundan həmin avtoyuma avadanlıqlarını tanımadığı şəxsə satmış, sadəcə olaraq köpük vuran aparatını özündə saxlamışdır. Həmin köpük vuran aparatını da istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs4 dedikləri doğrudur. Belə ki, 22 fevral 2022-ci il tarixdə tap.az elan saytında baxış keçirən zaman orada avtomobillərin icarəsi ilə bağlı elan görüb elanda olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və ona bildirmişdir ki, ona «Moped» nəqliyyat vasitəsi lazımdır. Həmin şəxs də ona bildirmişdir ki, hal-hazırda onda «Moped» nəqliyyat vasitəsi yoxdur, lakin o, təklif etmişdir ki, «sən özün «Moped» nəqliyyat vasitəsini tap, alım və sonra sənə icarəyə verərəm, ilkin ödəniş kimi ona 100 manat pul verərsən qalan pulu isə gündəlik 15 manat verməklə icarəyə götürərsən». O, da onunla razılaşmış və daha sonra yenidən tap.az elan saytına daxil olaraq elan saytından «Moped» nəqliyyat vasitəsi tapmış, həmin nəqliyyat vasitəsini 1400 manata danışmış və razılaşmışdır. Razılaşdıqdan sonra onlar özləri Sumqayıt şəhəri ərazisində görüşmüşlər. Mopedin sahibi bir qədər kənarda gözləmiş, o, isə Kia Rio markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobildə sonradan adını bildiyi Elgün adlı şəxslə oturub söhbət edən zaman Elgün ona 1386 manat pul vermiş, o, həmin pulu ondan almış və avtomobildən yerə düşərək oradan uzaqlaşmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ailə vəziyyətini və zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilərək onlarla barışması nəzərə alınaraq, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, 04 may 2022-ci il tarixdə o, özünün «Moped» nəqliyyat vasitəsini Tap.az sosial şəbəkəsinə yerləşdirmişdir ki, satsın. O, həmin Moped nəqliyyat vasitənin qiymətini 1300 manat yazmışdır. Həmin günün səhəri, yəni 05 may 2022-ci il tarixdə Tap.az saytına yerləşdirmişdir ***-***-**-** saylı mobil nömrəsinə 050- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən zəng gəlmiş və bildirmişdir ki, “tap.az” saytına yerləşdirdiyi «Moped» nəqliyyat vasitəsini almaq istəyir. Həmin vaxt o, ondan haralı olduğunu soruşmuş, həmin şəxs Şamaxılı olduğunu ona bildirmişdir. Həmin vaxt o, ona bildirmişdir ki, «gəl bax, bəyənsən al apar». Həmin şəxs də ona bildirmişdir ki, problem deyil şəkilini çək at baxacam, kifayət edər, sən get bir taksi ilə danış gör hansı qiymətə Mopedi Şamaxıya gətirəcək. O, da onunla razılaşmış və tanıdığı Mahir adlı taksi sürücüsünə zəng vurmuş və ona demişdir ki, «Moped» nəqliyyat vasitəni Şamaxı rayonuna hansı qiymətə apararsan. Mahir də bildirmişdir ki, 60 manat verərsən apararam. Bundan sonra o, Mahir adlı şəxsin evinin yanına getmiş və onlar orada «Moped» nəqliyyat vasitəsini Mahir adlı taksi sürücüsünə məxsus «Reno Megan» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hisəssinə yerləşdirmişlər. Həmin vaxt o, Mahirə ***-***-**-** və ***-***-**-** mobil nömrələrini verərək bu şəxsə «Moped» nəqliyyat vasitəsini verəcəyini bildirib qarşılıqında 1300 manat pulu alacağını demişdir. Bundan sonra, yəni saat 19:29-da Mahir ona zəng vurmuşdur ki, «Moped» nəqliyyat vasitəni naməlum şəxs, yəni onunla danışan və «Moped» nəqliyyat vasitəni almaq istəyən şəxs sürərək naməlum istiqamətə getdi. O, əvvələr həmin şəxsi tanımamış, adının da nə olduğunu bilməmişdir. Məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindan ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, 2022-ci ilin fevral ayında özü üçün maşın almaq qərarına gəlmiş və bu səbəbdən də 15 fevral 2022-ci il tarixdə “tap.az” elan saytına daxil olmuş və avtomobil axtarmağa başlamışdır. Həmin vaxt elan saytında “Chevrolet Cruze” markalı avtomobili görüb və həmin avtomobilin qiymətinin aşağı və onun büdcəsinə uyğun olduğunu, yəni 8500 (səkkiz min beş yüz) manat olduğunu görmüşdür. Bu səbəbdən də o, elan saytında yerləşdirilən ***-***-**-** saylı mobil nömrə ilə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və həmin şəxslə əlaqə saxlayıb telefon vasitəsilə söhbət edən zaman həmin şəxsə bildirmişdir ki, elan saytına yerləşdirilən “Chevrolet Cruze” markalı avtomobili almaq istəyir. Həmin vaxt həmin şəxs ona demişdir ki, avtomobili almaq istəyən çoxdur, ola bilsin ki, satdım. O, isə ona bildirmişdir ki, «avtomobili heç kimə satma lazım olsa mən sənə artıq pul verəcəm avtomobili mən alacam, heç kimə satma». Bu zaman həmin şəxs ona ünvan bildirmişdir. Həmin tarixdə, yəni 15 fevral 2022-ci il tarixdə, saat 21:30 radələrində o, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında görüşmüşdür. O, həmin vaxt dostu Şahid2 ilə birlikdə olmuş və onlar birlikdə Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində yerləşən “Ağdam” kafesinin qarşısına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobil hal-hazırda Müşfiq qəsəbəsində evdə həyətdədir. Həmin vaxt onlar avtomobilin qiymətini elanda yerləşdirilən qiymətə, yəni 8500 (səkkiz min beş yüz) manat pulun müqabilində razılaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «mənə təcili bu gecə 7000 (yeddi min) manat pul lazımdır, anamı təcili əməliyyat edəcəklər». O, isə ona bildirmişdir ki, hal-hazırda üzərində 5000 (beş min) manat pul var, həmin 5000 manat pulu Soltana vermiş və onlar birlikdə tanımadığı küçəyə getmişlər oradan “Chevrolet Cruze” markalı avtomobili götürüb yenidən “Ağdam” kafesinin qarşısına qayıtmışlar. Həmin vaxt Soltan ona demişdir ki, avtomobilin 1500 manat cəriməsi var, ən yaxşısı avtomobili sürə-sürə deyil, evakuatorla aparmaq lazımdır, çünki cəriməsinə görə polislər duracağa yerləşdirə bilərlər. O, da onunla razılaşmış və 166 evakuator xidmətinə zəng vuraraq olduqları ünvana çağırmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilin qalan pulunu verdikdən sonra o, həmin 1500 manat cəriməni sildirəcək. Evakuator gəldikdən sonra avtomobili evakuatora yükləmişlər və o, 5000 (beş min) manat pulu Təqsirləndirilən şəxs vermiş və onun şəxsiyyətini təsdiq edən sənədin şəkilini çəkmiş və ona bir daha məlum olmuşdur ki, həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxsdur. O, avtomobili Təqsirləndirilən şəxs alan zaman avtomobilin üzərində **-FX-*** dövlət qeydiyyat nişanlı nömrə olmuşdur. O, avtomobili işlədiyi sexə, yəni Suraxanı rayonu ərazisində yerləşən sexə gətirmişdir. Həmin günün səhəri, yəni 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş və bildirmişdir ki, «avtomobilin arxa yük yerində dövlət qeydiyyat nişanı var onu saxlayın gəlib avtomobili sizin adınıza sənədləşdirəndə o nömrəni götürəcəm. Daha sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, avtomobilin üzərində olan **-FX-*** dövlət qeydiyyat nişanını yoxlatdıran zaman ona məlum olmuşdur ki, həmin nömrə onun aldığı “Chevrolet Cruze” markalı avtomobilinə məxsus deyil, ancaq avtomobilin yük yerində olan **-LY-*** dövlət qeydiyyat nömrəsi həmin avtomobilə məxsusdur. Bundan sonra o, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, qısa bir vaxtdan sonra o, işlədiyi sexə polis əməkdaşları və Rentakarın işçiləri gəlib ona bildirmişlər ki, avtomobil Rentakara aiddir, avtomobili götürmüşlər. O, həmin 5000 manat pulu Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında dostu Şahid2 yanında vermişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, avtomobilin sənədləri hal hazırda avtomobilin borcu olduğuna görə tanışındadır, borcu ödədikdən sonra sənədləri götürüb verəcək, o, ona inanmış və sadəcə şəxsiyyətini təsdiq edən sənədlə kifayətlənmişdir. Məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindan ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, vətən müharibəsi iştirakçısıdır, bununla bağlı 2022-ci ilin mart ayında dövlət tərəfindən ona yardım məqsədilə avtoyuma məntəqəsi üçün nəzərdə tutulan avadanlıqlar verilmişdir. Həmin avadanlıqlar su vuran, köpük, tozsovuran və hava balonundan (kompressordan) ibarət avadanlıqlar olmuşdur. O, dolanışıq məqsədilə həmin avadanlıqları ona verilən vaxtdan tap.az saytına icarəyə verməyinə dair elan yerləşdirmişdir. Elə həmin gün ***-***-**-** saylı nömrə ilə ona zəng edən şəxs yerləşdirdiyi elanla bağlı zəng etdiyini bildirmişdir. Beləliklə onlar telefon danışığı zamanı aylıq 300 manata razılaşmışlar. O, onun avadanlıqlarını götürüb özü işlədəcəkdi və buna görə ona ayda 300 manat pul verəcəkdir. Həmin vaxt o, qəza törətdiyini bildirərək avadanlıqları başqa şəxsə verməyini xahiş edib özünün götürəcəyini bildirmişdir. 30 mart 2022-ci il tarixdə həmin şəxs ona zəng edərək avadanlıqları götürməyə hazır olduğunu bildirmişdir. Bundan sonra o, Votsap vasitəsilə həmin şəxsə olduğu yerin ünvanını göndərmişdir. Həmin şəxs onun yanına gəlmiş, onlar bir qədər söhbət etdikdən sonra razılaşmaları qüvvəsində qalmışdır. Həmin şəxs onunla razılaşmışdır ki, ona 15 gündən bir 150 (yüz əlli) manat pul verməli idi. Onun bu təklifi ilə o, razılaşmış və onun şəxsiyyət vəsiqəsinin surətini götürüb moyka avadanlıqlarını Təqsirləndirilən şəxs vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onu aldadıb nə pulunu verməmiş, nə də ki, avadanlıqları ona qaytarmamışdır. O, bununla bağlı, Təqsirləndirilən şəxsla əlaqə saxlasa da hər dəfə, o, ona pulu ödəyəcəyini bildirsə də, pulunu verməmiş və avadanlıqları da qaytarmamışdır. Hətta Təqsirləndirilən şəxs bir dəfə «WhatsApp» sosial mesajlaşma proqramı vasitəsi ilə ona görüntülü zəng edərək, ondan aldığı avadanlıqları telefonda görüntülü zənglə ona göstərib ona bildirmişdir ki, “bu avadanlıqları götürmüşəm, sənə qaytarmayacağam, sənə atmışam, hara istəyirsən get şikayət elə, mənə heç kim heç nə edə bilməz»”. Bundan sonra, məcbur qalıb Binəqədi rayon polis idarəsinin 43cü polis bölməsinə şikayət etmişdir. Bunun nəticəsində ona 4000 (dörd min) manat ziyan dəymişdir. O, əvvələr həmin şəxsi tanımamış, Təqsirləndirilən şəxs olmasını avadanlıqları ondan alarkən bilmişdir. Həmin avtomobil yuma avadanlıqlarını Təqsirləndirilən şəxs satarkən yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs da yanında kimsə olmamışdır. O, özünə məxsus avtoyuma avadanlıqlarının adlarını, seriya nömrələrini və əlamətlərini təqdim etmiş, həmin avadanlıqların 01 ədəd 200 bar təzyiqli, işləmə təzyiqi 30-200 bar, axın surətu 15 İt, motor gücü 5,5 kw/ 7,5 HP, gərginlik 380 v/3, 73x78x105, TAHAWASH TT-2900 olan yuma aparatının, 01 ədəd 35-35WD-M 220-240 VAC 50/** HZ ***0W Xcort XVC0130 markalı avtomobil salonunun təmizlənməsi üçün tozsovuranın, 01 ədəd 75 litr, FENG FF-Q909A markalı köpük-maye püskürtmə çəninin, 01 ədəd 50 litr, 2.5 HP, Gərginlik 220-240v 50 HZ, güc 501/dəq, Xcort XACD50 markalı hava kompressorunun ona məxsus olduğunu bildirmişdir. Məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindan ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verib göstərdi ki, xx.xx.2022-ci il tarixda Tap.az internet saytında idarə etdiyi "Kia Rio" markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə verməyi barəsində elan yerləşdirmişdir. Həmin elana özünə məxsus 077 ***-**-** saylı mobil telefon nömrəsini əlaqə üçün yerləşdirmişdir. 28 fevral 2022-ci il tarixdə, saat 21:50 radələrində yaşadığı ünvanda olduğu zaman ***-***-**-** saylı mobil telefon nömrəsindən onun həmin nömrəsinə Whatsapp mobil tətbiqindən ismarıc yazılmışdır. Həmin şəxs onun «Moped» alıb gündəlik icarə ilə ona verib-verməyəcəyini soruşmuşdur. O, da ilk avvəl onun yazdığına fikir verməmişdir. Daha sonra ona cavab verərək hansı mopeddon istədiyini və hansı şərtlərlə ona mopedi verəcəyini soruşmuşdur. O, da depozit olaraq 100 manat pulu ilkin ödəniş olaraq verəcəyini, gündəlik də 15 manat pul verəcəyini bildirmişdir. O da onun «Moped» axtarmasını bildirmişdir. Həmin şəxs də ona həmin gün yenidən ismarıc yazaraq Sumqayıt şəhərində 1400 manata "Yamaha" markalı «Moped» satıldığını, onu ucuz da almaq olacağını demişdir. O, da maraqlanmasını demişdir. Bir neçə dəqiqə sonra ona səsli ismarıc göndərərək satıcının onun Sumqayıt şəhərinə gəlmək istədiyini bildirsə də onun Sumqayıt şəhərinə gələ bilib-bilməyəcəyini soruşmuşdur. O, da gələcəyini demişdir. xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində o, ona ismarıc yazaraq mopedə baxmaq üçün getdiyini demişdir. O, da ona getdiyi yerdən ünvan göndərməsini bildirmişdir. Təxminən saat 21:30 radələrində Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən "Defacto" mağazasının qarşısına gəlmişdir. Ona zəng etmişdir. O, da yaxınlıqda olduğunu demişdir. Bir neçə dəqiqə sonra yaxınlaşaraq avtomaşına əyləşmişdir. O, ondan hara gedəcəklərini soruşmuşdur. O, da Sumqayıt şəhərini yaxşı tanımadığını demişdir. Sonra da mopedi satan şəxsə zəng etmişdir. Avtomaşınla Sumqayıt şəhəri 1-ci mkr ərazisində yerləşən "Hicaz" dönər evinin qarşısına gəlmişlər. Orada avtomaşını saxlamış və düşmüşlər. Mopedi satan şəxslə görüşmüşlər. 1300 manata razılaşmışlar. Mopedin açarını və sənədlərini, həmçinin ikinci açarı götürmək üçün «Moped» sahibinin evinə getmişdir. O, da mopedi almaq istəyən şəxslə birlikdə yolun əks tərəfində Sumqayıt şəhəri 40-ci məhəllədə yerləşən "Ordubad" marketdə quraşdırılmış "Kapital" bank bankomatından pul çıxarmaq üçün getmişdir. Həmin şəxs də onunla gəlmişdir. Avtomobili marketin qarşısında saxlamışdır. Bankomatdan 1386 manat pul çıxarmışdır. Avtomobilə əyləşmişdir. Yenidən avtomobili Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə sürüb Tantuni dönərin qarşısında saxlamışdır. Həmin vaxt avtomaşında 1386 manat pulu sayıb həmin şəxsə vermişdir. Bu zaman ona zəng gəldiyi üçün fikri yayınmışdır. Həmin şəxs də avtomobildən düşüb mopedin sahibinə pulu verib açar və sənədləri gətirəcəyini demişdir. Təxminən 1 dəqiqə sonra mopedin sahibinin yolun əks tərəfindən gəldiyini görmüşdür. Ondan pulu verdiyi şəxsi soruşmuşdur. O, da həmin şəxsi görmədiyini demişdir. Bu zaman ətrafa baxsa da pul verdiyi həmin şəxsi tapa bilməyib aldadıldığını başa düşmüşdür. Həmin şəxsə hazırda xatırlamadığı nömrəsinə dəfələrlə zəng etsə də zəng çatmamışdır. Həmin naməlum şəxs onu aldadaraq 1386 manat məbləğində pulu ələ keçirmişdir. Məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindan ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, özü də heç bir yerdə işləmir, İsmayıllı rayon Zərnava kəndində anadan olsada hal-hazırda Mingəçevir şəhərində yaşamaqla taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 tanıyır, Mingeçevir şəhər sakinidir, onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Onun özünə məxsus «Reno Megan» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomabili var, həmin avtomobili ilə müxtəlif rayonlara sərnişin daşımaqla məşğul olur. Belə ki, 06 may 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs1 ona zəng vuraraq Şamaxı rayonuna «Moped» nəqliyyat vasitəsini aparmağını bildirmiş və hansı qiymətə aparacağını soruşan zaman o, ona bildirmişdir ki, 60 manata aparar. Elnur da onunla razılaşmış və onların evinin yaxınlığına «Moped» nəqliyyat vasitəsini gətirərək avtomablin arxa yük hisəssinə yerləşdirmişlər. Zərərçəkmiş şəxs1 ***-***-**-** va ***-***-**-** mobil nömrələrini verərək bu şəxsə verəcəyini bildirmişdir. Bundan sonra o, saat 19:30 radələrində Şamaxı şəhərinə magistiral yola gələrək qəbirstanlığın yanında həmin səxsin dediyi yerə çataraq ***-***-**-** mobil nömrəsinə zəng vurub yerini ona demişdir. Sonra həmin şəxs ona yaxınlaşıb «Moped» alan şəxs olduğunu dedikdən sonra birlikdə «Moped» nəqliyyat vasitəsini avtomabilin yük yerindən düşürmüşlər. Sonra həmin şəxs mühərriki işə salaraq yoxlamasını deyib magistral yolla Bakı şəhəri istiqamətinə getmişdir. O, fikirləşmişdir ki, həmin şəxs «Moped» nəqliyyat vasitəsini sürüb yoxladıqdan sonra onun yanına gələcək. Ancaq həmin adını bilmədiyi şəxs geri qayıtmamışdır. O, dəfələrlə həmin şəxsə zəng vursa da o, telefon zənglərinə cavab verməmişdir. Sonra Zərərçəkmiş şəxs1 ona zəng vuraraq həmin şəxsin yanacaqdoldurma məntəqəsində onu gözlədiyini desə də həmin şəxs orada olmamışdır. Sonra o, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, heç bir yerdə işləmir. Belə ki, 06 may 2022-ci il tarixdə axşam saatlarında o, özü üçün “Moped” nəqliyyat vasitəsi almaq məqsədi ilə tap.az elan saytına daxil olan zaman şəkilsiz bir elan görmüşdür. Həmin elanda qeyd edilmişdir ki, «Moped» nəqliyyat vasitəsi satılır. Həmin elanda ***-***-**-** saylı mobil nömrə qeyd edilmişdir. Həmin «Moped» nəqliyyat vasitəsi 850 manata yerləşdirilmişdir. O, həmin nömrə ilə əlaqə saxlamış və ona bildirmişdir ki, «Moped» nəqliyyat vasitəsini almaq istəyir, lakin şəkili olmadığından həmin sonradan adını Soltan kimi bildiyi şəxsdən “Moped” nəqliyyat vasitəsinin şəkillərini göndərməsini istəmişdir. Həmin şəxs də ona bildirmişdir ki, “Moped” nəqliyyat vasitəsi normal vəziyyətdədir, qiymətdə razılaşsaq həmin günün səhəri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində görüşən zaman «Moped» nəqliyyat vasitəsini görüb bəyənsə alar. O, da həmin şəxslə razılaşmış və onlar onunla həmin «Moped» nəqliyyat vasitəsini 850 manat pul müqabilində alınmasına razılaşmışlar. Həmin günün səhəri, yəni 06 iyun 2022-ci il tarixdə o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində həmin adını sonradan bildiyi Soltan adlı şəxslə görüşmüş və göy rəngli “Moped” nəqliyyat vasitəsini görmüş, baxmış və bəyənmidir. Həmin vaxt o, üzərində olan 850 manat pulu həmin Soltan adlı şəxsə vermiş və «Moped» nəqliyyat vasitəsini sürərək oradan uzaqlaşmışdır. Həmin vaxtdan təxminən 2-3 gün sonra o, həmin «Moped» nəqliyyat vasitəsini 1100 manat pul müqabilində tap.az elan saytında satışa yerləşdirmiş, qısa bir vaxtdan sonra ona zəng olmuş və həmin elana yerləşdirdiyi «Moped» nəqliyyat vasitəsini almaq istədiyini bir nəfər tanımadığı şəxs ondan «Moped» nəqliyyat vasitəsi barədə maraqlanmış və bildirmişdir ki, həmin nəqliyyat vasitəsini almaq istəyir, Bakı şəhəri 20 Yanvar deyilən ərazidə görüşməyi təklif etmişdir. O, da həmin adını bilmədiyi şəxslə 20 Yanvar dairəsi yaxınlığında görüşən zaman həmin adını bilmədiyi şəxs ona bildirmişdir ki, bu «Moped» nəqliyyat vasitəsi oğurluqdur. Ona həmin vaxt «Moped» nəqliyyat vasitəsinin fotoşəkillərini göstərmiş və o, əmin olmuşdur ki, aldığı «Moped» nəqliyyat vasitəsi oğurluqdur. Bu səbəbdən də o, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin şəxsin yanında başqa heç kim olmamış, o, tək olmuşdur. O, ilk olaraq həmin «Moped» nəqliyyat vasitəsinin oğurluq olmasından məlumatsız olmuş, daha sonra məlumatı olduqdan sonra bu barədə müraciət etmişdir. O, həmin şəxsi əvvəllər tammamış, ilk dəfədir ki, görmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan "Yamaha" markali mopedi satis üçün "Tap.az" internet elan saytina yerləşdirmişdir. Həmin mopedin dəyərini 1400 manat qeyd etmiş və özünə maxsus olan ***-***-**-** mobil telefon nömrəsini qoymuşdur. xx.xx.2022-ci il tarixda, saat 19:00 radələrində yaşadığı ünvanda olduğu zaman ***-***-**-** sayli mobil telefon nomrəsindən "Whatsapp" mobil tətbiqi vasitasi ilə ismarıc gəlmişdir. Həmin səxs Mopedə göra əlaqə saxladığını, ona harada baxa biləcəyini soruşmuşdur. O, da ona Sumqayıt şəhəri, 2-ci mkr ərazisində yerləşən "Osmanlı" restoranının qarşısına gəlməsini demişdir. O, da Sumqayıt səhərini yaxşi tanımadığını, avtovağzalı tanıdığını demişdir. O, da həmin yerin avtovağzala yaxın olduğunu bildirmişdir. O, da həmin yerə gələcəyini, ona xəbər edəcəyini demişdir. Təxminən 20:30 radələrində həmin şəxs Sumqayıt səhəri, 2-ci mkr ərazisində yerləşən "Osmanlı restoranının qarşısına gəlmiş, Mopedə baxıb, ondan qiymətini soruşmuşdur. O, da ona 1300 manatdan ucuz satmayacağını demişdir. O, da təxminən 20 dəqiqə sonra geri qayıdacağını demiş ve getmişdir. Təxminan 20 dəqiqə sonra həmin şəxs geri qayıtmışdır. Ondan yenidan mopedin qiymətini aşağı salmağını xahiş etmişdir. O, da ona eyni sözləri demişdir. Həmin səxs geri qayidacağını deyərək uzalaqlaşmışdır. Təxminən 21:30 radələrində ona yenidən zəng etmiş ve harada olduğunu soruşmuşdur. O, da ona Sumqayıt şəhəri, 2-ci mkr ərazisində verləşən "Hicaz" dönər evinin qarşısında olduğunu demişdir. Bir neçə dəqiqə sonra həmin yenə "Kia Rio" markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iki nəfər səxs gəlmişdir. Onlar avtomaşından düşmüşlər. Həmin şəxslərdən biri bir az əvvəl mopedlə bağlı ona zang edən şəxs, digər səxs isə mopedi alacaq şəxs idi. Onlarla söhbət etmiş və 1300 manata razılaşmışlar. Onlar ondan mopedin sənədini və ikinci açarını istəmişlər. O, da onlara yaşadığı ünvanda olduğunu demişdir. Buna görə də mopedi orada saxlayaraq yaşadığı ünvana getmişdir. Açar və sənədi götürüb yaxınlqıda yerləşən "Ordubad" marketə getmişdir. Geri qayıdıb Sumqayit səhəri, 2-ci mkr istiqamətinə gəldiyi zaman mopedi almaq istəyən şəxs yanında olan digər şəxsi ondan soruşmuşdur. O, da həmin şəxsin onunla birlikdə olduğunu demişdir. O, da həmin şəxsə ona verməsi üçün 1386 manat pul verdiyini, avtomaşında telefonla danışdığını, buna görə də fikrinin yayındığını demişdir. O, da həmin şəxsi görmədiyini, onun ona heç bir məbləğ vermədiyini demişdir. Bundan sonra da mopedi almaq istəyən şəxs digər şəxsin onu aldatdığını bildirib DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid4 məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, özü heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs3 tanıyır, onun yaxın dostudur, onunla münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 15 fevral 2022-ci il tarixdə Elnur ilə birlikdə olan zaman, Elnur "Tapaz" elan saytında özü üçün avtomaşın axtarırdı. Həmin vaxt Elnur saytda satışda olan avtomaşın tapmışdır. Onun istifadəsində olan mobil telefonla danışdıqdan sonra onlar birlikdə Binəqədi rayonu 28 may qəsəbəsinə getmişlər. Orada həmin şəxs onları qarşılamış və Ağdam kafesində oturub çay içmişlər. Avtomaşının qiymətini 8500 manata razılaşmışlar. Razılaşdıqdan sonra Elnur həmin şəxsə 5000 manat pul vermişdir avtomaşını evakuator vasitəsilə götürüb birlikdə Suraxanı rayonuna getmişlər. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs həmin 5000 manat puldan 20 manat pulu dostu Elnura qaytarmışdır. Getməmişdən əvvəl həmin şəxs bildirmişdir ki, avtomobilin 1500 manat cəriməsi var həmin cəriməni isə yerdə qalan pulu ona verdikdə ödəyəcəyini qeyd etmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomaşını Rentokardan götürərək üzərinə başqa avtomaşının nömrə nişanını qoyaraq onlara satıb. Elnur həmin şəxsə 5000 manat pulu verən zaman o, onların yanında olmuşdur. Həmin 5000 manat puldan 20 manatını Elnura qaytarmış, 4980 manatını isə özü götürmüşdür. O, həmin 5000 manat pulu Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində “Rentokar”-da avtomobillərin icarəyə verilməsi ilə məşğul olub çörək pulu qazanır. Belə ki, əvvəllərdə üzdən tanıdığı və bir neçə dəfə ondan icarəyə avtomobil götürən Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə işlədiyi “Rentokar”-a gəlmiş və ona bildirmişdir ki, Bakı şəhəri ərazisində bir qədər işləri var, ona avtomobil lazımdır. O, da həmin vaxt onda boş olan “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim edib bildirmişdir ki, bu maşını götürə bilərsən. Soltan da onunla razılaşmış və ona öz şəxsiyyətini təsdiq edən sənədini təqdim etmişdir. O, da ona Rentokar şirkətinə məxsus etibarnamə əsasında həmin “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs dəqiq yadında deyil 3-4 günlük vermişdir ki, işlərini görüb qurtardıqdan sonra avtomobili geri qaytarar. Həmin vaxtdan 3-4 gün keçdikdən sonra Təqsirləndirilən şəxs avtomobili geri qaytarmadığından o, onunla əlaqə saxlamış və ona avtomobilin qaytarmaq vaxtı çatdığını demişdir. Həmin vaxt Soltan ona bildirmişdir ki, işlərini tam olaraq görüb qurtarmayıb. O, da onu tanıdığından onunla razılaşmış və ona bildirmişdir ki, işlərini tez görsün və avtomobili qaytarsın. Artıq 15 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobili geri qaytarmadığından o, GPS vasitəsilə avtomobilin harada olduğuna baxan zaman müəyyən etmişdir ki, avtomobil Bakı şəhəri Qaraçuxur qəsəbəsindədir. O, dərhal həmin əraziyə getmiş və avtomobilinin orada yerləşən sexdə olduğunu görmüşdür. Həmin vaxt o, avtomobilin yanına yaxınlaşan zaman bir nəfər şəxs ona yaxınlaşmış və bildirmişdir ki, o, nə üçün avtomobilin yanındadır. O, da ona avtomobilin sənədlərini təqdim etmiş və ona bildirmişdir ki, avtomobil ona məxsusdur. Həmin şəxs ona demişdir ki, avtomobili həmin tarixdə, yəni 15 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs alaraq ilkin olaraq 5000 manat pulu verib, qalan 3500 manat pulu da avtomobili sənədləşdirəndə verəcək. O, sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 bildirmişdir ki, avtomobili götürür, lakin Elnur ona bildirmişdir ki, həmin avtomobili almaq üçün Təqsirləndirilən şəxs verdiyi 5000 manat pulu almasa avtomobili qaytarmayacaq. Bundan sonra o, oradan uzaqlaşıb polis əməkdaşları ilə həmin sexə gələrək Zərərçəkmiş şəxs3 avtomobili götürmüşdür. Bildirmişdir ki, avtomobili Zərərçəkmiş şəxs3 götürən zaman avtomobilin bəzi yerlərində cızıqlar olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Mingəçevir şəhəri, Mirzə Rəhimov küçəsi, ev 40-da yaşayan Şahid5 06 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şamaxı rayonu ərazisində yerləşən qəbirstanlığının yaxınlığında «Moped» nəqliyyat vasitəsini satacağı şəxsin həmin satmaq istədiyi Mobet nəqliyyat vasitəsini sürüb yoxlamaq adı ilə idarə edərək onun yanından çıxıb getməsi ilə əlaqədar hadisəni törətmiş şəxsin yerinin müəyyən edilməsi istiqamətində tərəfimizdən bir-sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin hadisəni Şamaxı rayonu Quşçu kəndində qeydiyyat olan Təqsirləndirilən şəxs törətmişdir. 06 iyun 2022-ci il tarixdə cinayət işi üzrə şəxsin tanınması istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək «Moped» nəqliyyat vasitəsini aldığı şəxs Təqsirləndirilən şəxs tanımışdır. Bununla bağlı protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. 12 iyul 2022-ci il tarixdə cinayət işi üzrə götürmə aparılması istintaq hərəkəti keçirilmiş, Şahid1 «Moped» nəqliyyat vasitəsi götürülmüşdür. Bununla bağlı protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Bakı şəhəri, Ənvər Hüseynov küçəsi 7-də yaşayan Şahid1 xx.xx.2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 850 manat dəymiş ziyandan 600 manatının istintaq zamanı ödənilməsini göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 18 iyun 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şamaxı rayon Məhkəməsinin 27 iyun 2022-ci il tarixli 4(074)-53/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni, 20 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, 22830052 nömrəli cinayət işi üzrə istintaq zamanı götürülmüş 01 ədəd NAMA48-2 markalı Moped nəqliyyat vasitəsi işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işi üzrə verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 9/6483 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən məlumatlara əsasən 01 ədəd 200 bar təzyiqli, işləmə təzyiqi 30-200 bar, axın surətu 15 İt, motor gücü 5,5 kw/ 7,5 HP, gərginlik 380 v/3, 73x78x105, TAHAWASH TT-2900 olan yuma aparat, 01 ədəd 35-35WD-M 220-240 VAC 50/** HZ ***0W Xcort XVC0130 markalı avtomobil salonunun təmizlənməsi üçün tozsovuran, 01 ədəd 75 litr, FENG FF-Q909A markalı köpük- maye püskürtmə çəni, 01 ədəd 50 litr, 2.5 HP, Gərginlik 220-240v 50 HZ, güc 501/dəq, Xcort XACD50 markalı hava kompressorun 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1900 (bir min doqquz yüz) manat, NAMA48-2 markalı, «Moped» nəqliyyat vasitəsinin 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1200 (bir min iki yüz) manat, 01 dəst 04 ədədlik çelik materialından olan Nilay markalı, biri 7,5 litrlik, digər 03 ədədi isə 5 litrlik qazan dəsti və 01 ədəd çelik materialından olan Nilay markalı 7 litrlik GÜVEÇ samovarı 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 380 (üç yüz səksən) manat müəyyən olunmaqla cəmi 3480.00 (üç min dörd yüz səksən) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 sentyabr 2022-ci il tarixli 518 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu kəndində qeydiyyatdadır. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 sentyabr 2022-ci il tarixli 519 saylı arayışından görünür ki, o, arvadı X2 və 2021-ci il təvəllüdlü X5 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayr. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan 1 ədəd 75 litr, FENG FF-Q909A markalı köpük maye püskürmə çənini təhvil almışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1 və 180.1-ci maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilərək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs təkrarən dələduzluq etməsi, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından dərhal azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cəzanın icrası Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 50,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyrimi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 50,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim (İmza) «əsli ilə düzdür» Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar