Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-95/2024 18.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət əməlini törətmiş şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən yaşadıqları evin hamamında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona burun üstünün yarası, burun kökü nahiyəsindən burun sümüyünün yer dəyişən sınığı, burun tənəffüsünün pozulması ilə nəticələnən sağlamlığın uzun müddətə (3 həftədən çox) pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuşlar. Birgə nigahlarından üç övladları dünyaya gəlmişdir. Həyat yoldaşı ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir münaqişə və dava-dalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evə gəlmiş, evə gəldikdən sonra heyvanlara yemək vermişdir. Həyat yoldaşı hamamın peçini yandırmadığı üçün onunla aralarında mübahisə olmuşdur. xx.xx.2024-cü il tarixdə atasının “cümə axşamı” olduğundan və bu səbəbdən çimməli olduğundan, çimmək məqsədi ilə hamamın peçinə odun ataraq qalamışdır. Bundan sonra həyat yoldaşı evdən hamama isti su gətirmiş, o, başını yumuş, daha sonra bədənini yuyarkən həyat yoldaşına “əgər sən bir saat əvvəldən hamamı qalasaydın, mən də normal isti hamamda çimərdim” söyləmiş, bu zaman Zərərçəkmiş şəxs ona “telefonun zaryatkası qurtarır, tez çim çıx” demişdir. Bundan əsəbləşərək, sağ əlinin arxası ilə bir dəfə Zərərçəkmiş şəxs burnunun üstündən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs hamamdan çıxıb yaşadıqları evə getmişdir. xx.xx.2024-cü il tarixdə diş həkiminə gedərək dişini çıxartdırmış, həmçinin evin işıqları söndüyündən çox əsəbi olmuş, həyat yoldaşı Zərərçəkmiş şəxs hamamın peçini yandırmamasını görüb daha da əsəbləşmişdir. Zərərçəkmiş şəxs sağ əlinin arxası ilə cəmi bir dəfə yaşadıqları Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evin hamamının içində vurmuşdur. Hadisə təxminən 3-5 dəqiqə ərzində baş vermişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan üç övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həyat yoldaşı Altay yaşadıqları Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evə gəlib, sonra heyvanlara yem düzəldib verdikdən sonra çimmək istəməsini söyləmişdir. Qızı Ayan ilə birlikdə həyat yoldaşı Altay hamamın peçinə odun ataraq qalamışlar. Daha sonra o, evdə peçdə isitdiyi suyu hamama gətirib və həyat yoldaşı Altaya suyun isti-soyuqluğuna baxmasını söyləmişdir. Suyun isti-soyuqluğuna baxdıqdan sonra o, vedrə ilə suyu Altayın başına tökmüş və Altay başını yumuşdur. Hamamda işıq yanmadığı üçün o, telefonla işıq tutmuş, Altay bədənini yuyan zaman, o, telefona baxıb və “telefonun zaryatkası azdır, tez çim” demiş, o, bu cümləni söyləyən kimi, Altay sağ yumruğu ilə onun burnunun üstündən vurmuş və onun burnu qanamışdır. Onu vurandan sonra həyətə çıxmış və evə getmişdir. Altayın bacısı Rəbiyyə də bu zaman evdə olmuş və Rəbiyyə əlində olan parça ilə onun sifətinin qanını silmişdir. Bundan sonra o, bu barədə anası Sevdaya məlumat vermiş və anası Sevda da onların yaşadıqları evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə 102 xidməti zəng mərkəzinə müraciət etdikdən sonra anası Şahid2 şikayət ərizəsi verməməyi üçün ondan təkidlə xahiş etdiyindən, polis əməkdaşına şifahi olaraq özünün Şamaxı rayon polis şöbəsinə yaxınlaşaraq şikayət ərizəsi verəcəyini bildirmişdir. Həmçinin övladının yanında Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmaq istəməmiş, daha sonra burnu çox ağrıdığından xx.xx.2024-cü il tarixində Şamaxı rayon Diaqnostika mərkəzinə müraciət etmiş, Diaqnostika mərkəzində ona burun sümüyünün sınmasını söyləmişlər. Bu səbəbdən həyat yoldaşı Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Təqsirləndirilən şəxs onu yaşadıqları Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evin həyətində olan hamamın içində yumruqla bir dəfə burnunun üstündən vurmuşdur. Təqsirləndirilən şəxs ona qarşı başqa heç bir qanunsuz hərəkətlər etməmiş, sadəcə onun burnundan bir dəfə yumruqla vurmuş, hadisə təxminən 3-5 dəqiqə ərzində baş vermişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Münasibətləri həmişə yaxşı olub, aralarında davadalaş olmayıb. Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş və aralarında heç bir münaqişə və dava-dalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində atasının cümə axşamı ilə əlaqədar yemək hazırlamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, bu zaman qardaşı Altay hamamda iş görmüş, Zərərçəkmiş şəxs isə evin mətbəxində iş görmüşdür. O, evin digər bir otağında qardaşı qızı Ayan ilə birlikdə olarkən işıqlar sönmüş, qardaşı Təqsirləndirilən şəxs hamamın işığını düzəltmək istəyərkən işığın avtomatının partlamasını sonradan bilmişdir. Qardaşı qızı Ayanla birlikdə evin içində olarkən təxminən 15-20 dəqiqə sonra qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs qışqıraraq həyətdən Ayanı çölə çağırmış, Şahid1 çölə çıxmış, o digər otağa keçdikdə Zərərçəkmiş şəxs burnunun qanamasını görüb, səbəbini soruşduqda, Zərərçəkmiş şəxs cavabında Təqsirləndirilən şəxs rahat çimməsi üçün hamamda işıq tutarkən Təqsirləndirilən şəxs onun burnundan vurduğunu demişdir. Təxminən 5 dəqiqə sonra qardaşı Altay da evə gəlmiş, Təqsirləndirilən şəxs özüdə Rayanın burnundan hamamda olarkən əsəbləşib vurmasını bildirmişdir. Təqsirləndirilən şəxs Rayanı vurmasını görməmiş, hadisə vaxtı onlar hər ikisi hamamda olmuş, o isə evin içində olmuşdur. Lakin Təqsirləndirilən şəxs evə gəldikdən sonra Zərərçəkmiş şəxs burnundan Altayın vurması ona məlum olmuş, daha sonra o, evdə olan dəsmal ilə Rayanın burnunun qanını silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs dayısı oğlu olmaqla, qızı Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Münasibətləri yaxşı olmuş, aralarında heç bir münaqişə olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında nəvəsi Şahid1 telefonla ona zəng edərək, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs vurmasını söyləmişdir. O, tez məhəllədə olan taksilərin birinə oturub Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən qızı Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, evdə qızı Zərərçəkmiş şəxs, dayısı oğlu Təqsirləndirilən şəxs və nəvəsi Şahid1 olmuşdur. Qızı Zərərçəkmiş şəxs burnunun üstündə cızıq və qan izləri olmuş, Təqsirləndirilən şəxs “Rayanın burnu nə səbəbə qanayıb” deyə soruşmuş, Təqsirləndirilən şəxs isə “hamamda çimərkən əsəbləşib vurmuşam” deyə cavab vermişdir. Daha sonra bununla bağlı qızı Zərərçəkmiş şəxs 102 xidmətinə məlumat vermişdir. O, qızına “ailədir, problemlər olur, uşaqların da balacadır, şikayət etmə” deyə söyləmiş, bundan sonra qızı şifahi olaraq “şikayət etmirəm, bir şərtlə ki, Altay məni bir daha vurmasın” demişdir. Sonra o, yaşadığı ünvan 1 ünvanına geri qayıtmışdır. Təqsirləndirilən şəxs Rayanı vurmasını görməmiş, hadisə vaxtı o, ünvan 1 ünvanında olmuş, hadisə barəsində nəvəsi ona zəng edərək məlumat verdikdən sonra, o, Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs işdən gəldikdən sonra atasına hamamı yandırmağa kömək etmiş, Təqsirləndirilən şəxs hamamın peçinə odun atdıqdan sonra atasına evdən kibrit və kağız gətirib vermişdir. Təqsirləndirilən şəxs hamamın peçini yandırmış, daha sonra anası Zərərçəkmiş şəxs evdə olan isti suyu peçin üzərindən götürüb hamama aparmışdır. Hamamda işıqlar yanmadığı üçün Zərərçəkmiş şəxs telefonda işıq tutmuş, atası Təqsirləndirilən şəxs isə hamamda çimmişdir. Atası və anası hamamda olarkən, o və bibisi Şahid3 evin içində olmuşlar. Təxminən 15 dəqiqə keçdikdən sonra anası Zərərçəkmiş şəxs hamamdan qaçaraq həyətə çıxmış, evin qarşısında olarkən qışqıraraq onun adını çəkmiş, o və bibisi Şahid3 evdən həyətə çıxmışlar. Həyətə çıxdıqdan sonra anasının burnunun qanamasını görmüş, “nə olub, burnun niyə qanayıb” deyə soruşmuşlar. Anası Zərərçəkmiş şəxs “burnuma Altay vuraraq xəsarət yetirib” deyə cavab vermişdir. Daha sonra o, bibisi Şahid3 və anası Zərərçəkmiş şəxs yaşadıqları evin içinə daxil olmuşlar və bibisi Şahid3 anasının burnunun qanını dəsmal ilə silmişdir. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs burnundan vurarkən onlar hər ikisi yaşadıqları evin həyətində yerləşən hamamın içində olmuşlar. İşıq yanmadığından anası telefonla atası üçün işıq tutmuş, hadisə vaxtı o, evin içində bibisi Rəbiyyə ilə birlikdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 04 noyabr 2024-cü il tarixli, 372 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun üstünün yarası, burun kökü nahiyəsindən burun sümüyünün yer dəyişən sınığı, burun tənəffüsünün pozulması küt əşya təsirindən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurularaq yetirilməsinə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın uzun müddətə (3 həftədən çox) pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 noyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 16 noyabr 2024-cü il tarixli 18-1-72/2-1771/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-95/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-95/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver