Məhkəmə qərarları › İş №1(074)-98/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-98/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-98/2022 02.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ ünvan 1axı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü ildə ünvan 1axı rayonu, Hacıqədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1axı rayonu, Hacıqədirli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına ünvan 1axı şəhərində ünvan 1axı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində ünvan 1axı rayonu, Hacıqədirli kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla sonuncunun sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq ona sol göz orbitasının hematoması və qançırı, gözün ağlı qışasına qansızma, sol gözüstü qapağının yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə Şahid1 qonşusu və qohumu olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində o, Anar, Xaqani və digər qonşusu Şahid2 Azad oğlu birlikdə evinin yaxınlığında söhbət edib, siqaret çəkən zaman Anarla zarafatlaşmağa başlamış, lakin daha sonra Anar şit zarafat etdiyi üçün sonuncuya acıqlanıb, zarafatının həddini bilməsini, artıq söz deməməsini tələb etmişdir. Həmin vaxt Anarla aralarında mübahisə yaranmış, mübahisə zamanı baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub, sol qolundan yapışıb, özünə tərəf çəkməyə çalışmışdır, lakin özünü geri çəkmişdir. Həmin vaxt Anarın dırnaqları qolunu cırmağa başlamış, Anar qolunu buraxıb onu təhqir etməyə başlamış, Anarın təhqirlərindən əsəbləşdiyi üçün sağ əli ilə Anarın sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Hadisə zamanı Xaqani Anarın gözünə vurduğu zərbəyə görə onunla mübahisə edib, yaxasından yapışaraq niyə görə Anarı bu formada bərk vurduğunu soruşub danlamış, Şirvan isə Anarı kənara çəkib otuzdurduqdan sonra onlara yaxınlaşıb, Xaqanini sakitləşdirmiş, Xaqani onu buraxıb Anarın yanına gedərək yaşadıqları evə aparmışdır, Şirvan ona burada dayanmamasını deyib, sakitləşdirərək yaşadığı evə aparmışdır. Evə daxil olduqdan sonra Xaqani ilə Anarın hərəkətlərindən əsəbləşib, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək qonşuları tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra Xaqani və Anar tərəfindən döyülməsi barədə ünvan 1axı rayon polis şöbəsinə müraciət etmişdir. Həmin vaxt əsəbi olduğundan Anardan əlavə Xaqaninin də onu döyməsini ərizəsində göstərmişdir, lakin onu yalnız Anar döymüş, Xaqani isə onları aralamış və sadəcə mübahisə etmişdir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Şahid1 qarşı isə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə ünvan 1axı rayonu, Hacıqədirli kəndi ərazisində, yaşadığı evin yaxınlığında baş vermiş, hadisə zamanı hadisə yerində ondan başqa, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən ümumilikdə bir-iki dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir, Şahid1 isə onu sadəcə Anara yumruq atdığı üçün danlamış və mübahisə etmiş, lakin ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu və qohumu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində o, Toğrul, qardaşı Xaqani və digər qonşusu Şahid2 Azad oğlu birlikdə evinin yaxınlığında söhbət edib siqaret çəkən zaman Toğrul ilə zarafatlaşmağa başlamışdırlar, lakin daha sonra birdən-birə Toğrul ona acıqlanıb, zarafatının həddini bilməsini, artıq söz deməməsini tələb etmişdir. Həmin vaxt Toğrul ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Toğrul sağ əli ilə sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Toğrulun yenidən onu vurmaması üçün sağ qolundan yapışıb, özünə tərəf çəkərək, niyə görə onu yumruqla vurduğunu soruşmuş, lakin Toğrul əlindən çıxmaq üçün geriyə çəkilməyə çalışmış, o isə Toğrulun qolundan buraxmamışdır. Hadisə zamanı Xaqani Toğrulu gözünə vurduğu zərbəyə görə mübahisə edib, yaxasından yapışaraq niyə görə onu bu formada bərk vurduğunu soruşub, qohum olduqlarını deyib, etdiyi hərəkətə görə danlamış, Şirvan isə onu kənara çəkib otuzdurduqdan sonra Toğrul ilə Xaqanini sakitləşdirmiş, Xaqani Toğrulu buraxıb yanına gedərək onu yaşadığı evə aparmış, həmin vaxt Şirvanın Toğrulu yaşadığı ev istiqamətində aparmasını görmüş, evə daxil olduqdan bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşlarının Toğrulun evinə getdiyini görüb, sonuncunun onun barədə şikayət etdiyini müəyyən etmiş, lakin özü isə həmin tarixdə Toğrulun onu döyməsi barədə ünvan 1axı rayon polis şöbəsinə müraciət etməmişdir. 26 sentyabr 2022-ci il tarixdə Toğrulun barəsində ünvan 1axı rayon polis şöbəsinə müraciəti ilə bağlı dəvət edildiyi üçün fikrini dəyişib rayon polis şöbəsində olan zaman Toğrulun onu döyməsi barədə ünvan 1axı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə ünvan 1axı rayonu, Hacıqədirli kəndində yerləşən yaşadığı evin yaxınığında, küçədə baş vermiş, hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Şahid2 Azad oğlu və qardaşı Şahid1 olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən ümumilikdə bir-iki dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə çox qısa davam etdiyi üçün həmin vaxt hadisə yerinə kənardən heç kim gəlməmiş, hadisəyə müdaxilə etməmiş, həmçinin qonşular hadisə yerinə gəlməmiş və ya kənardan görməmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu və qohumu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində o, Toğrul, qardaşı Anar və digər qonşusu Şahid2 Azad oğlu birlikdə evinin yaxınlığında söhbət edib, siqaret çəkən zaman Toğrul ilə Anar zarafatlaşmağa başlamışlar, lakin daha sonra Toğrul ilə Anarın arasında mübahisə yaranmışdır, mübahisə zamanı Toğrul Anara acıqlanıb, zarafatının həddini bilməsini, artıq söz deməməsini tələb etmişdir. Həmin vaxt Toğrul ilə Anarın sadəcə söz mübahisəsi etdiklərini düşünüb, Şirvanla söhbət etməyə davam etmiş, lakin təxminən bir dəqiqə ərzində Toğrul ilə Anarın mübahisəsinin böyüdüyünü hiss edib, sonuncuları aralamaq üçün yanlarına gedərkən Toğrulun Anarın sol göz nahiyyəsinə yumruq vurmasını, Anarın isə Toğrulun sağ qol nahiyyəsindən yapışıb özünə tərəf çəkməsini görüb, hadisəyə müdaxilə edərək Toğrulu Anarın gözünə yumruq vurduğu üçün mübahisə edib, yaxasından yapışaraq niyə görə Anarı bu formada bərk vurduğunu soruşub, qohum olduqlarını deyib, etdiyi hərəkətə görə danlamış, Şirvan isə Anarı kənara çəkib, otuzdurduqdan sonra onu sakitləşdirmişdir, Toğrulu buraxıb bir daha etdiyi hərəkətə görə ayıb olmasını deyib, Anarın yanına gedərək yaşadığı evə aparmış, həmin vaxt Şirvan isə Toğrulu yaşadığı evə tərəf aparmışdır, evə daxil olduqdan bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşlarının Toğrulun evinə getdiyini görüb, sonuncunun Anar barədə şikayət etdiyini müəyyən etmiş, lakin Toğrulun onun da, barədə müraciət edəcəyini düşünməmişdir, çünki hadisə zamanı Toğrula qarşı heç bir qanunsuz hərəkət etməmiş, sadəcə olaraq danlamışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Zərərçəkmiş şəxs isə yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə ünvan 1axı rayonu, Hacıqədirli kəndində yerləşən yaşadığı evin yaxınlığında, küçədə baş vermiş, hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Şahid2 Azad oğlu və qardaşı Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən ümumilikdə bir-iki dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə çox qısa davam etdiyi üçün həmin vaxt hadisə yerinə kənardən heç kim gəlməmiş, hadisəyə müdaxilə etməmiş, həmçinin qonşular hadisə yerinə gəlməmiş və ya kənardan görməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Azad oğlu ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qonşusu və qohumu olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində o, Toğrul, Anar və Xaqani ilə birlikdə Anarın evinin yaxınlığında söhbət edib, siqaret çəkən zaman Toğrul ilə Anar zarafatlaşmağa başlamışdırlar, lakin daha sonra Toğrul ilə Anarın arasında mübahisə yaranmış, mübahisə zamanı Toğrul Anara acıqlanıb, zarafatının həddini bilməsini, artıq söz deməməsini tələb etmişdir. Həmin vaxt Toğrul ilə Anarın sadəcə söz mübahisəsi etdiklərini düşünüb, Xaqani ilə söhbət etməyə davam etmiş, lakin təxminən bir dəqiqə ərzində Toğrul ilə Anarın mübahsəsi böyüdüyünü hiss edib, sonuncuları aralamaq üçün yanlarına gedərkən Toğrulun Anarın sol göz nahiyyəsinə yumruq vurmasını, Anarın isə Toğrulun sağ qol nahiyyəsindən yapışıb özünə tərəf çəkməsini görüb, hadisəyə müdaxilə edib aralamışdırlar, Xaqani Toğrul ilə Anarın gözünə yumruq vurduğu üçün mübahisə edib, yaxasından yapışaraq niyə görə Anarı bu formada bərk vurduğunu soruşub, qohum olduqlarını deyib, etdiyi hərəkətə görə danlamış, həmin vaxt Anarı kənara çəkib, otuzdurduqdan sonra Xaqanini sakitləşdirib, mübahisə etməməsini, qardaşı Anarı evlərinə aparmasını istəmiş, Xaqani Toğrulu buraxıb birdaha etdiyi hərəkətə görə ayıb olmasını deyib, Anarın yanına gedərək yaşadığı evə aparmışdır, həmin vaxt özü isə Toğrulu yaşadığı evə tərəf apardıqdan sonra, yaşadığı evə getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşlarının Toğrulun evinə getdiyini görüb, sonuncunun Anar barədə şikayət etdiyini müəyyən etmişdir. Həmin hadisə zamanı o və Şahid1, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdirlər. Zərərçəkmiş şəxs isə yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə ünvan 1axı rayonu, Hacıqədirli kəndində yerləşən yaşadığı evin yaxınlığında, küçədə baş vermiş, hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs, Şahid1 və qardaşı Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən ümumilikdə bir-iki dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə çox qısa davam etdiyi üçün həmin vaxt hadisə yerinə kənardən heç kim gəlməmiş, hadisəyə müdaxilə etməmişdir. Həmçinin qonşular hadisə yerinə gəlməmiş və ya kənardan görməmişdirlər. İş materiallarında olan МТЕ-nin 27 sentyabr 2022-ci il tarixli, 475 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sol göz orbitasının hematoması və qançırı, gözün ağlı qışasına qansızmanın, sol gözüstü qapağının yarasının küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsinin mümkün olması, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olmaları göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında keç bir məlumat yoxdur. İş materiallarında olan ünvan 1axı rayon İHB-nın Hacıqədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2022-ci il tarixli 170 saylı arayışından görünür ki, X1 arvadı X2 və oğlu X3 ilə ünvan 1axı rayonu Hacıqədirli kəndində yaşayır. İş materiallarında olan ünvan 1axı rayon İHB-nın Hacıqədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına veirlmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyi, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərib, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində ünvan 1axı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar