Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-98/2023 13.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı rayonu, 2-ci Çaylı kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan VAZ 21063 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük hüququ olmadan idarə edib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 118-ci kilometrliyində, Bakı şəhəri istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, ehtiyatsızlıqdan piyada keçidi ilə yolu sağdan sola keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin qabaq hissəsi ilə piyada keçidində vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs1 sol gicgah nahiyəsinin dərialtı hematoması, sol qamış sümüyünün qapalı-qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və piyada Zərərçəkmiş şəxs2 sağ qasıq sümüyünün qapalı, az yerdəyişən və sağ said sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi özünə məxsus VAZ 21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərinin mərkəzindən Şamaxı rayonu, 2-ci Çaylı kəndinə Bakı şəhər istiqamətində hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 118-ci kilometrliyinə çatdıqda, sağ zolaqda 40-50 km/saat sürətlə hərəkət etmiş, X1rşısına çatarkən piyada keçidi zolaqları ilə yolu sağdan sola bir kişi və yanında bir qadın əl-ələ tutub asta yerişlə yolu keçdiklərini görüb sükanı azca sola alsa da, piyadaları piyada keçidi zolaqlarında avtomobilinin ön sol tərəfi ilə vurmuş, zərbədən hər iki piyada xəsarət almışlar. O, xəsarət almamışdır. O, dərhal piyadaları xəstəxanaya yola salmışdır. Əlavə olaraq qeyd etmişdir ki, əməlindən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışmasını, ilk dəfə məhkum olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şamaxı şəhəri Diaqnostika Mərkəzindən arvadı Əsmərlə birlikdə çıxıb Bakı-Şamaxı yolunu Bakı şəhər istiqamətli yolun sağ kənarından sola Şamaxı şəhər istiqamətli yolun kənarına doğru keçmək məqsədilə arvadı Əsmərin əlindən tutaraq piyada keçidi zolaqlarına daxil olmuş, bu zaman soldan Bakı istiqamətinə gələn bir avtomobil saxlayıb onların keçmələrini gözləmiş, onlar bir neçə addım asta yerişlə yolu keçib qurtarmağa az qalmış soldan gələn digər tünd rəngli “VAZ” markalı avtomobil piyada keçidi zolaqlarından əvvəl dayanmadan elə gəldiyi sürətlə onları vurmuş, zərbədən o və arvadı Əsmər asfalta yıxılaraq xəsarət almışlar. Onları yolun kənarında yerləşən Diaqnostika Mərkəzinə aparmışlar. Sürücü tərəfindən onlara müəyyən maddi yardım göstərilmişdir. Təqsirləndiirlən şəxslə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələində Şamaxı şəhəri Diaqnostika Mərkəzindən əri Mirzəağa ilə birlikdə çıxıb Bakı-Şamaxı yolunu Bakı şəhər istiqamətli yolun sağ kənarından sola Şamaxı şəhər istiqamətli yolun kənarına doğru keçmək məqsədilə əri Mirzəağanın əlindən tutaraq piyada keçidi zolaqlarına daxil olmuş, bu zaman soldan Bakı istiqamətinə gələn bir avtomobil saxlayıb onların keçmələrini gözləmiş, onlar orta zolağa çatmağa az qalmış soldan gələn “VAZ” markalı avtomobil onları vurmuş, zərbədən o və əri Mirzəağa asfalta yıxılaraq xəsarət almışlar. Onları yolun kənarında yerləşən Diaqnostika Mərkəzinə aparmışlar. O, göstərmişdir ki, sürücü tərəfindən onlara müəyyən maddi yardım göstərmişdir. Təqsirləndiirlən şəxslə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan və işə əlavə olunmuş hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21063 markalı **-BC-*** nömrəli avtomobillə yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X4 VAZ 21063 minik markalı **-BC-*** nömrəli avtomobili Təqsirləndirilən şəxs sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün səlahiyyət vermişdir. 18 sentyabr 2023-cü il tarixli 88 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 22 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X9 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnamayə alınmış 23 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Şamaxı rayon İHB-nın Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin ictimai, siyasi işlərində yaxından iştirak edib, o, müsbət xasiyyəti ilə kənd camaatı arasında hörmət qazanmışdır. Mehriban, səliqəli və işgüzar bir insandır. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 11 oktyabr 2023-cü il tarixli, 8/2828 nömrəli rəyindən görünür ki, VAZ 21063 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 337 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sol gicgah nahiyəsinin dərialtı hematoması, sol qamış sümüyünün qapalı-qəlpəli yerdəyişən sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtomaşının piyadanı vurması nəticəsində almağa uyğun gəlir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 338 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sağ qasıq sümüyünün qapalı, az yerdəyişən və sağ said sümüklərinin qapalı sınıqları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtomaşının piyadanı vurması nəticəsində almağa uyğun gəlir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, VAZ 21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və onlarla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut VAZ 21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu, büdcə təsnifatının kodu 142595 hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut VAZ 21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri - 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30(otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-98/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-98/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver