Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-98/2024 17.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X22, X20 və X7 iştirakları ilə, X22, X20 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X22, X20 və X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmələri, ona vurduqları mənəvi ziyanla bağlı X20 və X5 50000 (əlli min), X9 isə 100000 (yüz min) manat dəyərində dəymiş ziyanın ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə barəsində şikayət verdiyi şəxslər əvvəlcə X22, daha sonra X20 və X14 onun şərəf və ləyaqətini aşağılamaqda davam edirlər. Hələ bu azmış kimi X17 da onlara qoşulmuşdur. Barəsində şikayət etdiyi şəxslər X22 mərhum həyat yoldaşının bibisi oğlu, X20 mərhum həyat yoldaşının əmisi oğlu, X10 isə mərhum həyat yoldaşının qardaşıdır, yəni kiçik qayınıdır. Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı ona 18 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. Onun həyat yoldaşı X15 2018-ci ildə vəfat etmişdir. 25-27 mart 2023-cü il tarixlərində mərhum həyat yoldaşının bibisi oğlu X22 o, evdə tək olan zaman onlara gələrək əxlaqsızlıq hərəkətlərlə məşğul olmağı təklif etmiş, o, bununla razılaşmadıqda isə o, onu qucaqlayıb ona qarşı zor tətbiq edərək istəyini etməyə çalışmış və bu zaman aralarında əlbəyaxa mübarizə olmuşdur. Bundan sonra, o guya ağılı çaşdığını dilə gətirərək dil-cavabı üzrxahlıq edib getmişdir. Lakin o bu hərəkətinə başlamazdan əvvəl özünə məxsus mobil telefonun batareyasının zəiflədiyini ona deyib evində öz telefonunu elektrik cərəyanına qoşmuş və guya onun telefonuna hansısa proqram yüklənir demişdir. Qohumu olduğuna görə buna icazə vermişdir. Sonradan isə məlum oldu ki, o, özünə məxsus həmin telefonu evində quraşdırıb əvvəlcədən planlaşdırmaqla törədəcəyi əməlin videogörüntüsünü çəkib sonra onu montaj etməklə onu şantaj etmək fikrinə düşmüşdür. Belə ki, o, onun əxlaqsızlıq təklifinə razılaşmadığı üçün o onun evində çəkib sonra montaj etdiyi həmin görünütünü onun tanıyan qohum-əqrabalara yayacağını əvvəlcə ona bildirmişdir. Aşkar görünür ki, bu şəxs mərhum həyat yoldaşının qohumu ki, onun qeyrətini-namusunu çəkmək əvəzinə, özü onu əxlaqsızlığa sövq etmiş, lakin ciddi narazılığı səbəbindən bu alınmadıqda isə onu qohum-əqraba içində biabır edəcəyini demişdir. Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarında yazılmışdır ki, X22 ifadəsində bildirib ki, o kənd camaatında onun müxtəlif çoxsaylı şəxslərlə cinsi əlaqədə olmağını, yaşadığı evə yad kişi cinsli şəxslərin gəlib-getməsini, onun pornoqrafik xarakterli videogörüntüsün müxtəlif şəxslərin mobil telefonunda olmasından xəbərdardır. Sonra o 2023-cü ildə guya xatırlamadığı şəxsdən onun telefonunun “Whatsapp” mobil tətbiqinə onun bir nəfər kimliyi bilinməyən kişi ilə cinsi əlaqədə olmağını əks etdirən videogörüntü göndərilmiş və orada onun qara rəngli şalvarının dizə qədər endirilməsi, əyninidə olan xələtinin isə belinə qədər qaldırılması və onu qucaqlayan kimliyi bilinməyən şəxsin isə onunla cinsi əlaqədə olmağını göstərən epizodların olması vardır. Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli 07 sentyabr 2023-cü il tarixli qərarının 1-2-ci səhifələrində yazılanlardan görünür ki, yuxarıda qeyd etdiyi bu ifadələri X21 özü polisə bildirmişdir və sonra həmin montaj xarakterli videonu o, qohumları arasında yaymışdır. Şamaxı RPŞ-nin ********* nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarının 6-7-ci səhifələrində yazılanlardan görünür ki, X20 polisə ifadəsində bildirib ki, Ceyhun Pənahov ona bildirib ki, onun əxlaqsızlığı barədə guya pornoqrafik video çıxmışdır. Ceyhun əvvəl ona guya onun lüt-çılpaq fotoşəklini daha sonra isə sözügedən montaj edilmiş videogörüntünü göndərmişdir. Şamaxı RPŞ-nin ********* nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarının 6-7-ci səhifələrində yazılanlardan görünür ki, X14 polisə ifadəsində bildirib ki, 2023-cü ilin iyun ayında eşidib ki, onun əxlaqsızlıq videosu yayılmış və o da bunu araşdırmaq üçün xx.xx.2023-cü il tarixdə onlara gəlmişdir. Xəyyam Pənahov izahatında daha sonra bildirib ki, o ona aid videoya Bəhruz Pənahovun telefonunda baxmış və bu videonu isə Ceyhun Pənahov tərəfindən yayıldığını bildirmişdir. Lakin bu deyilənlər həqiqətə uyğun gəlmir. Şikayət etdiyi şəxslər - Ceyhun Pənahov, Bəhruz Pənahov və Xəyyam Pənahov öz ittihamlarını sübut etməlidirlər. Onlar onu əxlaq pozğunu adlandırmışlar. Aşkar görünür ki, böhtançılar - Ceyhun Pənahov, Bəhruz Pənahov və Xəyyam Pənahov montaj edilmiş bir şeyi ona böhtan atmaqla onu son dərəcə gözdən salmaq, şərəf və ləyaqətini, işgüzar nüfuzunu maksimum dərəcədə aşağılamaqdan çəkinməmişlər. Böhtançılar - bu montaj edilmiş videogörüntünü qohum-əqrabalarına və onu tanıyan şəxslərə ünvanlayıb yaymışlar. Bu böhtan və təhqirlər onu tanıyanların hamısına yayılmışdır. Onlar özlərinin polisə verdiyi yazılı izahatlarında belə ifadələri, danışıqları, öz arzu-istəyi ilə qəsdən onu aşağılayıb gözdən salmaq, hərəkətlərində məqsədi - nəticə etibarı ilə ictimaiyyət içində ona belə çoxsaylı böhtanlar atmaqla şərəf və ləyaqətimi, işgüzar nüfuzumu müxtəlif formalarda olduqca kəskin aşağılamaq olmuşdur. Bu çirkin əməllərin başında isə X21 durur. Odur ki, ona ictimaiyyət içərisində və qohumların arasında yayılmaqla yazılı izahatlarla şər-böhtan atdığına və onai başqa yad kişilərlə əxlaqsız və pozğun hərəkətlər etməkdə ittiham edib çox pis formada təhqir etdiklərinə və bu əsasda montaj edilmiş videonu yaydıqlarına görə X21, X18 və X11 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilsinlər. Ona vurduqları mənəvi ziyanla bağlı X12 və X8 hər birisi üçün 50000 (əlli min) manat dəyərində, X21 üçün isə 100000 (yüz min) manat dəyərində qiymətləndirilərək dəymiş ziyan ona ödənilsin. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Pənahovanın xüsusi ittihamlı şikayətinə etiraz edərək bildirdi ki, o, şikayətlə razı deyildir. Belə ki, o sadəcə öz telefonunda videonu Bəhruza göstərmiş, başqa kənd camaatı arasında heç kimə yaymamışdır. Bahar Pənahova özü həmin videonu Polis Şöbəsində müstəntiqə göndərmişdir. Əlavə olaraq bildirdi ki, sonradan Bahar Pənahova şikayətin geri götürsün deyə və o, bu söhbətlər uzanmasın deyə bunların hamısını öz üzərinə götürmüş, amma sonra yenə imtina etmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Pənahovanın xüsusi ittihamlı şikayətinə etiraz edərək bildirdi ki, o heç kimə onun videosunu göstərməmişdir. O, həmin videonu görmüş, lakin heç kimə göndərməmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Pənahovanın xüsusi ittihamlı şikayətinə etiraz edərək bildirdi ki, bu işlərin hamısını Ceyhun görmüşdür. Həmin video kənd camaatı arasında yayılmamış, ancaq qohunlar arasında yayılmışdır. Əlavə olaraq bildirdi ki, Bahar Pənahova onun mərhum qardaşının arvadı olduğu üçün sadəcə ona əsəbləşərək mübahisələrinin olmasının sabəbi odur ki, niyə ona həmin hadisə ilə bağlı iş olandan sonra demişlər, ona vaxtında deyilsəydi o, da bu barədə tədbir görərdi. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsində X22, X20 və X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməsini və X12 və X8 hər birisi üçün 50000 (əlli min) manat, X13 isə 100000 (yüz min) manat ziyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi böhtan və təhqir cinayəti obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X22, X20 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-98/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-98/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver